Məhkəmə qərarları › İş №1(021)-77/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-77/2023

16.03.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-77/2023 16.03.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X1 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı iştirakı ilə, xx xxxxxx 1959-cu ildə Naxçıvan Muxtar Respublikasının Naxçıvan rayonu Xıncab kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Naxçıvan Muxtar Respublikası Kəngərli rayonu Xıncab kəndində qeydiyyatda olmaqla Bakı şəhəri Binəqədi rayonu 3-cü Mədən küçəsi 124-cü korpusda yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə məhkəmənin hazırlıq iclasında baxaraq, məhkəmə Müəyyən etdi: Təqsirləndirilən şəxs ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası CMnin 263.1-1-ci maddəsi ilə ittiham elan edilmişdir ondan ötrü ki, o, 15 sentyabr 2020-ci ildə saat 1145 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən «Bulaq» restoranının qarşısında idarə etdiyi X2 1840 yük markalı **- JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsi istiqamətində 5-6 km/saat sürətlə hərəkətdə olarkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib sağa dönərkən yolun sağından sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs yolun sağ kənarından 2,5 metr məsafədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağ aşıq-baldır oynağının, sağ ayağın iç və bayır topuq nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ ayağın hər iki topuğunun açıq yerdəyişmiş sınıqları, sağ pəncənin yanmçıxığı, sol bud və baldır nahiyələrinin geniş sahəli əzilmiş-cırılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Məhkəmə işin məhkəmə aidiyyətini və məhkəmə baxışının təyin edilibedilməməsinin mümkünlüyünü yoxlayıb belə nəticəyə gəlir ki, qeyd edilən cinayət işinin baxılması Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və CPM): 74.1-ci maddəsinə əsasən, cinayət işinə və digər materiala cinayətin törədildiyi yerin yurisdiksıyasına aid olan birinci instansiya məhkəməsində baxılır. 75.1-ci maddəsinə görə, cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat üzrə materialın, xüsusi ittiham qaydasında şikayətin, habelə digər materialın məhkəmənin icraatına qəbul edilməsi məsələsi həll edilərkən onların məhkəmə aidiyyəti mütləq yoxlanılmalıdır. Məhkəməyə daxil olmuş cinayət işinin və ya digər materialın həmin məhkəməyə aid olmadığı müəyyən edildikdə, məhkəmə onu aidiyyəti üzrə göndərməlidir. 299.3-cü maddəsinə əsasən, məhkəmənin hazırlıq iclasında, hər bir halda, cinayət prosesi tərəflərinin iştirakı ilə məhkəməyə daxil olmuş cinayət işinin ona aid olub-olmaması məsələsinə baxılmalı, müzakirə edilməlidir. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində məhkəmə tərəfindən qəbul edilən qərarların növlərindən biri də, cinayət işinin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə qərardır. 300.1. Məhkəmənin hazırlıq iclasının keçirilməsi nəticəsində aşağıdakı qərarlardan biri qəbul edilir: 300.1.4. müvafiq olaraq cinayət işinin, məhkəməyədək sadələşdirilmiş icraat materiallarının və ya xüsusi ittiham qaydasında şikayətin məhkəmə aidiyyəti üzrə göndərilməsi barədə. Təqsirləndirilən şəxsə verilən ittihamın məzmunundan görünür ki, o, 15 sentyabr 2020-ci ildə saat 1145 radələrində Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində yerləşən «Bulaq» restoranının qarşısında idarə etdiyi X2 1840 yük markalı **-JX-*** dövlət qeydiyyat nişanlı avtomobillə Biləcəri qəsəbəsi istiqamətində 5-6 km/saat sürətlə hərəkətdə olarkən dönəcəyi yolun hərəkət hissəsini keçməkdə olan piyadaya yol verməli olduğu halda bunu etməyib «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 75-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, hadisənin qarşısını almağa texniki imkanı olsa da ala bilməyib sağa dönərkən yolun sağından sol tərəfə keçən piyada Zərərçəkmiş şəxs yolun sağ kənarından 2,5 metr məsafədə idarə etdiyi avtomobilin qabaq hissəsi ilə vuraraq ehtiyatsızlıqdan Zərərçəkmiş şəxs insan həyatı üçün təhlükəli olan sağ aşıq-baldır oynağının, sağ ayağın iç və bayır topuq nahiyələrinin əzilmiş-cırılmış yaraları, sağ ayağın hər iki topuğunun açıq yerdəyişmiş sınıqları, sağ pəncənin yanmçıxığı, sol bud və baldır nahiyələrinin geniş sahəli əzilmiş-cırılmış yaraları xəsarətlərini yetirərək sağlamlığına ağır zərər vurmasına səbəb olmuşdur. Belə ki, cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 sentyabr 2020-ci il tarixdə yol nəqliyyat hadisəsini Bakı şəhəri Binəqədi rayonu Biləcəri qəsəbəsi R.İsmayılov küçəsində, yəni Binəqədi rayonu ərazisində törətmişdir. Ona görə də Təqsirləndirilən şəxs barəsində olan cinayət işi aidiyyəti üzrə Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilməlidir. Azərbaycan Respublikasının CPM-nin 77.1-ci maddəsinə əsasən məhkəmələr arasında məhkəmə aidiyyətinə dair mübahisələrə yol verilmir. Məhkəmə aidiyyəti qaydalarına müvafiq olaraq hər hansı cinayət işi və ya digər material bir məhkəmədən digər məhkəməyə göndərildikdə şərtsiz olaraq göndərildiyi məhkəmənin icraatına götürülməlidir. Məhkəmələr arasında bununla əlaqədar fikir ayrılığı olduqda cinayət işi və ya digər material bir məhkəmədən digərinə müvafiq apellyasiya instansiyası məhkəməsinin sədri tərəfindən göndərilir. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 74.1, 75.1 və 298-300-cü maddələrini rəhbər tutaraq məhkəmə, Qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-1-ci maddəsi ilə təqsirləndirilməsinə dair 1(021)-77/2023 nömrəli cinayət işi məhkəmə aidiyyəti üzrə baxılması üçün Bakı Şəhər Binəqədi Rayon Məhkəməsinə göndərilsin. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar