Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-78/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X7, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1960-cı il tarixdə Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, ali təhsilli, subay, məhkumluğu olmayan, Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla yаşаyan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs karantin rejimini pozaraq xəstəliklərin yayılması üçün real təhlükə yaratma cinayət əməlini törətmişdir. Belə ki, o, 21 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 21 dekabr 2020-ci il tarixdən 04 yanvar 2021-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 24 dekabr 2020-ci il tarixdə saat 09-10 radələrində yaşadığı Bərdə rayonu Otuzikilər kəndində yerləşən yaşadığı ünvanı qanunsuz olaraq tərk edib Bərdə rayonu Mirzalıbəyli kəndində, “Murad İnşaat” adlı mağazanın yaxınlığında yerləşən xüsusi karantin rejimi ilə əlaqədar olaraq quraşdırılmış stasionar polis postuna gəlib digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Subaydır, Rəsmi olaraq Bərdə rayonu Otuzikilər kəndində yerləşən Telman Qurbanov adına Xanqaraqoyunlu kənd tam orta məktəbində ibtidai sinif müəlliməsi işləyir. Səhhəti ilə əlaqədar olaraq özünü pis hiss etdiyi üçün 16 dekabr 2020-ci il tarixdə Covid 19 infeksiyası ilə əlaqədar test vermək qərarına gəlmiş, çünki Covid 19 xəstəliyinin əlamətləri olan halsızlıq, dad və qoxu bilmə funksiyasının itirilməsi və quru öskürək onda müşahidə olunmuşdur. Verdiyi testin cavabını gözləməyərək o yaşadığı evdə özü soyuqlama və qrip xəstəliyi əleyhinə dərmanlar qəbul edərək müalicə almağa başlamış, 21 dekabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**- ** mobil nömrəsinə Covid 19 xəstəliyi ilə bağlı verdiyi testin nəticəsinin müsbət olması, onun Covid 19- korona virus infeksiyasına yoxulmağı barədə sms gəlmişdir. Həmin smsdə “Sizin 16.12.2020-ci il tarixdə Covid 19 ilə bağlı verdiyiniz testin nəticəsi pozitivdir. Xahiş olunuz siz və ailə üzvləriniz yaşayış yerini tərk etməyəsiniz. Karantin rejimini pozduğunuz təqdirdə Azərbaycan Respublikasının İnzibati Xətalar və Cinayət Məcəllərində nəzərdə tutulmuş qaydada məsuliyyətə cəlb oluna bilərsiniz”-sözləri qeyd olunmuşdur. 1 gün müddət keçdikdən sonra o, müalicə olunmağı üçün resept yazması üçün X12 məlumat vermiş, X14 maşını ilə həkim yaşadığı ünvana gələrək, onun müalicəsi üçün dərmanlardan ibarət resept yazmışdır. 24 dekabr 2020-ci il tarixədək hərarəti düşmədiyi üçün o, ağciyərlərini yoxlatdırmaq qərarına gəlmiş, bu qərarını birlikdə yaşadığı qardaşı Şahid6 bildirmiş, Şahid6 ona yaşayış yerini tərk etməməyi, evdə müalicəsini davam etdirməyi məsləhət bilmişdir. Lakin o, ağciyərini yoxlatdırmaq üçün təkid etmişdir. 24 dekabr 2020-ci il tarixdə saat 09 radələrində qardaşı Şahid6 ilə Vəlinin idarə etdiyi “VAZ 2107” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə yaşadığı ünvandan çıxıb, Bərdə şəhərində yerləşən xəstəxanaların birinə yola düşmüşdür. Bərdə rayonu Mirzəxan kəndində yerləşən “Murad İnşaat” mağazasının qarşısında xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar postda polis əməkdaşları onun və qardaşı Vəlinin şəxsiyyət vəsiqələrini istəmiş, o və qardaşı Vəli şəxsiyyətlərini təsdiq edən sənədləri polis əməkdaşına vermişlər. Polis əməkdaşı əlindəki planşetlə sənədlərini yoxladıqdan sonra ona “Siz Covid 19 infeksiyasının daşıyıcısınız. Siz 21 dekabr 2020-ci il tarixdən siz yaşadığınız evi tərk etməməlisiniz. Yaşadığınız evi tərk etdiyinizə görə məsuliyyətə cəlb olunacaqsız”-dedi. Bir müddət sonra hadisə yerinə müstəntiq gəlmiş, müstəntiq hadisə yerini müayinə etdikdən sonra onun və qardaşı Vəlinin izahatını aldı. Həmin vaxt qardaşı Şahid6 X10 103 sorğu xidmətinə dəfələrlə müraciət etməsinə baxmayaraq həmin nömrə ilə əlaqə saxlaya bilməmişdir. Əməlindən səmimi peşman olmasını, nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid6 ifadə verərək göstərmişdir ki, Bərdə rayonu Otuzikilər kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə elə həmin kənddə yaşayır. Orta təhsillidir, 20 ildən çox müddətdir ki, X1 elektro-montyor vəzifəsində çalışaraq ailəsini dolandırır. Təqsirləndirilən şəxs onun bacısıdır. Əsli ailə həyatı qurmadığı üçün onunla birlikdə yaşayır. 2020-ci ilin dekabr ayının ortalarında bacısı Təqsirləndirilən şəxs səhhətində problemlər yaranmış, belə ki, Əsli quru öskürək və əzginlik var idi. 16 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs səhhətinin pisləşməsi ilə əlaqədar olaraq X10 103 qaynar xəttinə müraciət etmiş, X14 avtomobili yaşadıqları ünvana gələrək, Əslini müayinə edib, müalicəsi üçün resept yazmışlar. Bundan başqa ondan Covid-19 virusuna yoluxma şübhəsi olmasına görə yaxma üsulu ilə test götürülmüşdür Həmin gündən bacısı Əsli onların evdə Covid-19 virusundan müalicə olunurdu. O, müalicə alındığı müddətdə evdən çölə çıxmamışdır. 21 dekabr 2020-ci il tarixdə Əsliyə məxsus mobil nömrəyə Covid-19 virusuna yoluxması barədə sms gəlməsinin şahidi olmuş, 24 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ağciyərində ağrı hiss etdiyi üçün Bərdə şəhərindəki xəstəxanaların birində ağciyərini müayinə etdirmək istəyirmişdi. o və arvadı Simuzər dəfələrlə Əslini fikrindən yayındırmağa çalışsalar da, Lakin o, fikrindən daşınmamışdır. 24 dekabr 2020-ci il tarixdə o, Əslini özümə məxsus “Vaz 2107” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhərinə aparmışdır. Bərdə rayonu Mirzəxan kəndində yerləşən “Murad İnşaaat” mağazasının qarşısında xüsusi karantin rejimi ilə əlaqədar olaraq quraşdırılmış stasionar postda polis əməkdaşları onları saxlamışlar. Polis əməkdaşları ondan evdə çölə çıxmaq üçün sms göndərərək icazə alıb-almadığını soruşmuşdur. O, isə Əsli ilə icazəsinin olduğunu bildirmişdir. Polis əməkdaşı şəxsiyyət vəsiqələrini götürüb, planşet vasitəsilə icazələrinin olub-olmamasını yoxlamış, polis əməkdaşı əlindəki planşetlə sənədlərini yoxladıqdan sonra bacısı Əsliyə “Siz Covid 19 infeksiyasının daşıyıcısınız. Siz 21 dekabr 2020-ci il tarixdən siz yaşadığınız evi tərk etməməlisiniz. Yaşadığınız evi tərk etdiyinizə görə məsuliyyətə cəlb olunacaqsız”-dedi. Bir müddət sonra hadisə yerinə müstəntiq gəlmiş, Müstəntiq hadisə yerini müayinə etdikdən sonra onun və bacısı Əslinin izahatını almışdır. Həmin vaxt o, X10 103 sorğu xidmətinə dəfələrlə müraciət etməyimə baxmayaraq həmin nömrə ilə əlaqə saxlaya bilməmişdir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1, Şahid4, Şahid7 və Şahid3 oğlunun iştirakları olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, ünvan 4 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Subaydır, Bərdə rayon polis şöbəsinin PPXB-nin polis nəfəri vəzifəsində, polis baş serjantı rütbəsində xidmət edir. 2017-ci il tarixdən DİO-da xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla nifaqı və mübahisəsi olmamışdır. 24 dekabr 2020-ci il tarixdə Bərdə rayonu Mirzalıbəyli kəndində yerləşən xüsusi karantin rejimi ilə əlaqədar olaraq qurulmuş stasionar polis postunda Şahid2 ilə birlikdə xidmətdə olmuşdur. Onlar Stasionar polis postunda xüsusi texniki vasitələrdən istifadə edərək postdan keçən vətəndaşların portalda yaşayış yerini tərk etmək üçün SMS və “E-Təbib” mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən “icazə”ni alıb-almamalarını yoxlamışlar. 24 dekabr 2020-ci il tarixdə bənövşəyi rəngli “VAZ 2107” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Şahid6 və sərnişini Təqsirləndirilən şəxs xüsusi texniki vasitələrlə portalda yoxlayan zaman müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə COVİD-19 virusu ilə bağlı test analizi verməklə testin nəticəsinin pozitiv olmasını bilə-bilə xüsusi karantin rejiminə əməl edərək həmin müddəti evdə keçirməli olduğu halda, qanunsuz olaraq yaşadığı evi tərk etmişdir. O, bu barədə dərhal Təqsirləndirilən şəxs özünə bildirmiş, daha sonra bu barədə Bərdə RPŞ-nin Növbətçi hissəsinə məlumat vermişdir. Bir müddət sonra gün növbəsində xidmətdə olan müstəntiq hadisə yerinə gələrək hal şahidlərinin iştirakı ilə hadisə yerinə baxış keçirtmişdir. Daha sonra Təqsirləndirilən şəxs müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə həkimin iştirakı ilə yaşadığı Bərdə rayonu Otuzikilər kəndinə qaytarılmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Bərdə rayonu Mehdili kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvlərilə birlikdə yaşayır. Ailəlidir, 2 övladı var. Rəsmi olaraq Bərdə şəhəri Mirzalıbəyli kəndində yerləşən “Murad İnşaat” mağazasında satıcı işləyərək ailəsini dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir münaqişə və nifaq olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 24 dekabr 2020-ci il tarixdə saat 09-10 radələrində hər gün olduğu kimi “Murad İnşaat” mağazasında satışla məşğul olmuş, onun işlədiyi mağazanın yaxınlığında xüsusi karantin rejimi ilə əlaqədar olaraq stasionar polis postları quraşdırılmışdır. Təqsirləndirilən şəxs Covid-19 virusuna yoxulmasından yalnız 24 dekabr 2020-ci il tarixdə polis əməkdaşları Təqsirləndirilən şəxs içərisində olduğu bənövşəyi rəngli VAZ 2107 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobildə baxış keçiriləndə öyrənmişdir. Belə ki, Polis əməkdaşları xüsusi karantin rejimi ilə əlaqədar olaraq stasionar polis postunda vətəndaşların portalda yaşayış yerini və olduğu yeri tərk etmək üçün SMS və “E-Təbib” mobil tətbiqi vasitəsilə 3 saatadək müddətə verilən icazə alıb-almamalarını yoxlayarkən “VAZ 2107” markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobildə sərnişin qismində əyləşmiş Təqsirləndirilən şəxs Covid-19 virusuna yoluxaraq ev şəraitində 14 gün müddətində yaşadığı ünvanı tərk etməməli olduğu halda qanunsuz olaraq yaşadığı ünvana tərk etməsi müəyyən olunmuşdur. Hadisə yerinə müstəntiq gəldikdən sonra o və iş yoldaşı Şahid5 iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Müstəntiq Təqsirləndirilən şəxs yaxınlaşıb, 21 dekabr 2020-ci il tarixdə istifadəsində olan ***-***-**-** mobil nömrəsinə Covid-19 virusuna yoluxması barədə sms gəldiyini bildirməsini görmüşdür. Həmin sms-də Əslinin Covid 19 virusuna yoluxması, 14 gün müddətində yaşadığı ünvanı tərk etməyərək ev şəraitində özünü izolyasiya edərək müalicə olunmalı olması, əks halda məsuliyyətə cəlb olunacağı barədə xəbərdarlıq edildiyini göstərilmişdir. Müstəntiq baxış keçirdikdən sonra baxış protokolunu ucadan səsləndirdi. Daha sonra o, baxış protokoluna imza atmışdır. Şahid4 ifadəsinə əlavə olaraq bildirmişdir ki, xeyr, o, Təqsirləndirilən şəxs əvvəllər Stasionar postdan keçməsini görməmiş, Covid 19 virusuna yoluxmasından isə yalnız 24 dekabr 2020-ci il tarixdə xəbər tutmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Tərtər rayonu İsmayılbəyli kəndində anadan olmuş, hazırda Bərdə rayonu Otuzikilər kəndində ailə üzvlərilə birlikdə yaşayır. Şahid6 ilə 1991-ci il tarixdən ailə həyatı qurmuş, birgə nigahlarından 3 övladları var. Təqsirləndirilən şəxs onun baldızıdır. Əsli, onlar ailə həyatı qurandan onlarla birgə yaşayır. Mahiyyəti üzrə bildirir ki, 2020-ci ilin dekabr ayının ortalarında baldızı Təqsirləndirilən şəxs səhhətində problemlər yaranmış, belə ki, Əslidə quru öskürək və əzginlik yaranmış, 16 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs səhhətinin pisləşməsi ilə əlaqədar olaraq X10 103 qaynar xəttinə müraciət etmişlər. X14 avtomobili yaşadıqları ünvana gələrək Təqsirləndirilən şəxs müalicəsi üçün resept yazmışlar. Bundan başqa Əslidən Covid-19 virusuna yoluxma şübhəsi olmasına görə yaxma üsulu ilə test götürülmüşdür. Həmin gündən baldızı Əsliyə o, qulluq etmiş, Əsli müalicə alındığı müddətdə evdən çölə çıxmamışdır. 21 dekabr 2020-ci il tarixdə Əsliyə məxsus mobil nömrəyə Covid-19 virusuna yoluxması barədə sms gəlmişdir. 24 dekabr 2020-ci il tarixdə Təqsirləndirilən şəxs ağciyərində ağrı hiss etdiyi üçün Bərdə şəhərindəki xəstəxanaların birində ağciyərini müayinə etdirmək istəmiş, o və əri Vəli dəfələrlə Əslini fikrindən yayındırmağa çalışmışlar. Lakin Əsli, fikrindən daşınmamışdır. 24 dekabr 2020-ci il tarixdə əri Vəli baldızı Əslini özünə məxsus Vaz 2107 markalı ** BO *** dövlət qeydiyyat nişanlı avtomobillə Bərdə şəhərinə yola düşmüşlər. Təxminən 2 saat sonra onlar evə qayıdanda o, baldızı Əslinin Bərdə rayonu Mirzəxan kəndində xüsusi karantin rejimi ilə əlaqədar olaraq qurulmuş stasionar postda yoxlanılarkən müəyyən olunmuşdur ki, o, Covid 19 xəstəliyi əlaqədar olaraq 14 gün müddətində ev şəraitində müalicə olunmalı olduğu halda, qanunsuz olaraq evi tərk edərək xəstəliyin yaradılması üçün real təhlükə yaratmışdır. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid3 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Ağdam rayonu Sırxavənd kəndində anadan olmuş, hazırda Bərdə rayonu Əyricə kəndində yaşayır. Evlidir, ailəsini 1997-ci il tarixdən X3 X4 həkimi vəzifəsində işləməklə dolandırır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Əsli ilə nifaqı və mübahisəsi olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 24 dekabr 2020-ci il tarixdə gündəlik xidmətdə olan zaman X3 X6 Bərdə rayonu Mirzalıbəyli kəndində, “Murad inşaat” mağazasının yaxınlığında COVİD-19 virusuna yoluxmuş, 14 gün müddətində özünü izolyasiya etməli olduğu halda qanunsuz olaraq yaşadığı ünvanı tərk edərək mağazaya gəlmiş şəxsin müəyyən edilməsi barədə məlumat daxil olmuş, həmin məlumat ilə əlaqədar olaraq X5 Yardım avtomobili ilə Bərdə rayonu Mirzalıbəyli kəndində, “Murad inşaat” mağazasının yaxınlığında yerləşən xüsusi karantin rejimi ilə əlaqədar quraşdırılmış stasionar polis postuna yollanmışdır. Mirzalıbəyli kəndində yerləşən “Murad inşaat” adlı mağazaya yaxınlaşanda həmin mağazanın qarşısında polis əməkdaşlarının yanında Bərdə rayonu Otuzikilər kəndində yaşayan Təqsirləndirilən şəxs dayanmışdı. Müstəntiq baxış protokolunu ucadan oxumuş və imza elətdirmişdir. Daha sonra Təqsirləndirilən şəxs onun tərəfindən müəyyən edilmiş tibbi prosedurlar gözlənilməklə yaşadığı ünvana Bərdə rayonu Otuzikilər kəndinə qaytarılmışdır. Cinayət işinə əlavə edilmiş 24 dekabr 2020-ci il tarixdə tərəfimdən tərtib edilmiş baxış protokoluna və fotocədvələ əsasən müəyyən edilmişdir ki, “Covid 19-PCR“ virus infeksiyasına yoluxaraq ev şəraitində izolyasiya olunub müalicəsini davam etdirməli olan Təqsirləndirilən şəxs 24 dekabr 2020-ci il tarixdə Bərdə rayonu Otuzikilər kəndində yaşadığı ünvanı tərk edərək, ünvan 8 quraşdırılmış stasionar posta gələrək, çoxlu sayda şəxslərlə ünsiyyətdə olmuşdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanasından daxil olmuş 26.12.2020-ci il tarixli 1/211 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Bərdə rayonu Otuzikilər kəndində yaşayan, xx.xx.1960-cı il təvəllüdlü Təqsirləndirilən şəxs 16 dekabr 2020-ci il tarixdə Covid-19 virusuna görə Bərdə RMX-nın TTYS-sı tərəfindən nümunə götürülərək, Xüsusi təhlükəli İnfeksiyaya nəzarət publik hüquqi şəxsin Gəncə şəhər A.Səhhət adına 1 saylı xəstəxanaya göndərilmiş, 21 dekabr 2020-ci il tarixdə cavab pozitiv təyin olunmuşdur. Təqsirləndirilən şəxs evdə müşahidə edilməyə dair iltizam alınmış və evdə müşahidənin vaxtı vətəndaşda heç bir narahatçılıq olmadığı halda 03.01.2021-ci il tarixdə bitir. Məlumat üçün bildiririk ki, müayinə yaxmasında pozitiv olan vətəndaş 14 gün müşahidə altında qalmalı və TƏBİB tərəfindən qəbul olunmuş iltizama əsasən müşahidə bitdikdən sonra növbəti müayinəyə cəlb olunmalıdır. Cinayət işinə əlavə edilmiş Bərdə rayon polis şöbəsindən daxil olmuş 08.01.2021-ci il tarixli 197-17345-1125 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Covid-19 PCR” virusuna yoluxaraq ev şəraitində izolyasiya olunub müalicəsini davam etdirən Təqsirləndirilən şəxs 21.12.2020-24.12.2020-ci tarixlərdə bir neçə dəfə yaşadığı ünvanı tərk edərək, Bərdə şəhəri ərazisində yerləşən apteklərdən dərman alaraq çoxlu sayda şəxslərlə ünsiyyətdə olması müəyyən edilsə də həmin apteklərin ünvanını və ünvsiyyətdə olduğu müştərilərin kim olması müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İƏD-dən daxil olmuş 21.01.2021-ci il tarixli 54 nömrəli arayış və xasiyyətnaməyə əsasən müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Otuzikilər kəndində qeydiyyatda olmaqla , həmin ünvanda qardaşı - 1962-ci il təvəllüdlü Şahid6, qardaşı arvadı - 1969-cu il təvəllüdlü Şahid7, qardaşı oğlu - 1996-ci il təvəllüdlü X2 ilə birlikdə yaşayır və yaşadığı yerdən müsbət xarakterizə edilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 21 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 21 dekabr 2020-ci il tarixdən 04 yanvar 2021-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 24 dekabr 2020-ci il tarixdə saat 09-10 radələrində yaşadığı Bərdə rayonu Otuzikilər kəndində yerləşən yaşadığı ünvanı qanunsuz olaraq tərk edib Bərdə rayonu Mirzalıbəyli kəndində, “Murad İnşaat” adlı mağazanın yaxınlığında yerləşən xüsusi karantin rejimi ilə əlaqədar olaraq quraşdırılmış stasionar polis postuna gəlib digər sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 139-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 139-1.1-ci maddəsinin sanksiyasında daha yüncül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X9rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Hökmün icrası Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 2500 (iki min beş yüz) manat miqdarında cərimə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-78/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-78/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver