Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-78/2024 01.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.2002-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Dəymədağıldı kəndində yaşayan, barəsində barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs yol hərəkəti qaydalarınını pozaraq, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yolnəqliyyat hadisəsi törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində idarə etdiyi "Mercedes Benz E 320" markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 37-ci kilometrliyində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən "X3" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni o hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli, eyni zamanda "X3" Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni nəqliyyat vasitəsini maksimum icazə verilən 70 km/saatdan çox olmayan sürətlə idarə etməli olduğu halda bunu etməyərək, 3.24 "maksimum sürətin məhdudlaşdırılması" yol nişanının tələblərini pozaraq avtomobilini 90-100 km/saat sürətlə hərəkət etdirərək yolu sağdan sola doğru dönən Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” minik markalı **-BR-*** qeydiyyat nişanlı avtomobillə Ağdam rayon istiqamətində yolun sağından soluna doğru 6.2 metr məsafədə toqquşmuş, nəticədə o, ehtiyatsızlıqdan VAZ 21074 markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs sol bazu sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı, sol körpücük sümüyünün akromial ucunun sınığı, sol kürək sümüyünün yerdəyişməyən sınığı, İİİ-İV bel fəqərələrinin sol yan çıxıntısının yerdəyişən, V bel fəqərəsinin sol yan çıxıntısının yerdəyişməyən sınığı, travmatik ptoz xəsarətləri ilə müşayiət edilən sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vuran xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, hadisə zamanı idarə etdiyi Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil mənə məxsusdur. Onu etibarnamə ilə idarə edir, onun BC kateqoriyalı sürücülük vəsiqəsi vardır. xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində tanışı Əmirlə dördyol deyilən ərazidə yerləşən mağazaya onun avtomobili ilə getmişdir. Əmir ön sərnişin yerində əyləşmişdi. Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndindən keçən hissəsində 90-100 km/saat surətlə hərəkətdə olarkən özümdən təxminən 100 metr qarşıda VAZ 21074 markalı **-BR-*** qeydiyyat nişanlı avtomobilin avtomobilin kəndin girişinə doğru dönüb, dayandığı görmüşdür. Ona çatmağa 20-30 metr qalmış VAZ 21074 markalı avtomobil sola doğru geriyə dönməyə başlamışdır. Əyləci basıb sola doğru sükanı çevirmişdir. Sol zolaqda onun avtomobilinin qabaq sağ tərəfi ilə VAZ 21074 markalı avtomobilin qabaq sol tərəfi toqquşdur. Zərbənin təsirindən avtomobili qabağa gedərək yolun dərəsində dayanmışdır. Qəza nəticəsində VAZ 21074 markalı avtomobilin sürücüsü sonradan tanıdığı Zərərçəkmiş şəxs xəsarət almışdır. Onu Təcili yardım avtomobili xəstəxanaya aparmışdır. O və sərnişini Əmir heç bir xəsarət almamışdır. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində heç bir yük və ya nasazlıq olmamışdır. Qəzadan sonra Səlahəddinin müalicəsi üçün 2500 manat xərc çəksə də sonradan onun barəsində şikayət etmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, hadisə zamanı idarə etdiyi VAZ 21074 markalı **-BR-*** dövlət qetdiyyat nişanlı avtomobil ona məxsusdur. Onun pulunu verib alsa da etibarnamə ilə idarə edir. xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində idarə etdiyi avtomobillə Ağdam rayonu istiqamətində Yevlax- Ağdam-Laçın yolu ilə hərəkət edib Uğurbəyli kəndinin girişinə girib avtomobilin istiqamətini yola tərəf çevirib, yoldan 2-3 metr kənarda yola perpendikulyar saxlamışdır. Geriyə doğru dönmək üçün yolun boşalmasını gözləmişdir. Həmin ərəfədə yol təmir olunduğundan hərəkət bir tərəfli olmuş, hər iki istiqamətdə yol Ağdam rayonu istiqamətində olan zolaqda təşkil olunmuşdur. Avtomobillərin gəlməsini gözləyərkən Bərdə şəhəri istiqamətindən surətlə gələn Dəymədağıldı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə gələrkən avtomobilin idarəetməni itirib dayandığı yerdə avtomobilinin qabaq tərəfi ilə onun avtomobilinin qabaq sol tərəfindən toqquşmuşdur. Qəza nəticəsində ağır xəsarət almışdır. Onu Bərdə rayon Diaqnostika mərkəzinə aparmışlar. Hadisədən sonra Təqsirləndirilən şəxs atası Feruz dəfələrlə onun yanına gələrək, şikayətçi olmamağı söyləmiş, ona dəymiş ziyanı ödəyəcəyini demişdir. Lakin bu müddət ərzində ona cəmi 200 manat maddi yardım etmişdir. X1 apardığı araşdırmaya görə narazı olmuş, bu barədə şikayət etmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmiş, avtomobilində yük, sərnişin və nasazlıq olmamışdır. Yaqub idarə etdiyi avomobillə onu dayandığı yerdə vurmuş, onun hərəkət yoluna çıxmamışdır. Hazırda onlar barışmamışlar, ona dəymiş ziyanlıq ödənilməmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində iştirak edən Şahid1 bildirdi ki, Təqsirləndirilən şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Yaqubun idarə etdiyi Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində getmişlər. Uğurbəyli kəndinin girişinə çatanda yolun kənarında dayanmış VAZ 21074 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobil qəfildən onların hərəkət yoluna çıxmışdır. Yaqub qəzadan yayınmaq üçün əyləci basıb sükanı sola doğru çevirmişdir. Lakin qəzadan yayınmaq mümkün olmamışdır. Onların avtomobilinin qabaq tərəfi ilə VAZ 21074 markalı avtomobilin sol tərəfi toqquşmuşdur. Hər iki avtomobil sağa doğru gedib yolun dərəsində dayanmışlar. Həmin vaxt Yaqub 90-100 km/saat surətlə hərəkətdə olmuşdur. Qəza nəticəsində heç bir xəsarət almamışdır. Onlar surətli olsa da Səlahəttin əsas günahkardır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində iştirak edən Şahid2 ifadəsində Təqsirləndirilən şəxs ifadəsinə göstərdiyi xüsusatları olduğu kimi təsdiq etdi. Məhkəmə istintaqı zamanı ifadəsi elan olunmuş iş üzrə şahid qismində dindirilmiş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Bərdə rayonu Şirvanlı kəndindən keçən Yevlax-Ağdam-Laçın yoluna yaxın ərazidə olarkən yolda hadisə olduğunu eşidib oraya getmişdir. Hadisə yerinə çatanda Yaqubun idarə etdiyi Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillə VAZ 21074 markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu görmüşdür. Hadisə yerində olan Yaqub VAZ 21074 markalı avtomobilin onun hərəkət yoluna çıxdığını, nəticədə qəza baş verdiyini söyləmişdir. Yaqub və onun yanında olan sərnişin Əmir heç bir xəsarət almamış, lakin VAZ 21074 markalı avtomobilin sürücüsü Səlahəddin xəsarət almış, Təcili Yardım avtomobili onu xəstəxanaya aparmışdır. Hadisənin baş vermə anını görməmişdir. Sonradan hadisə yerinə gəlmişdir. Cinayət işinin 1-2-ci vərəqələrində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, xx.xx.2023-cü il tarixdə fakt üzrə Azərbaycan Respublikası CM-in 263.1-ci maddəsi ilə tərəfimdən cinayət işi başlanılmış və istintaqı aparılmışdır. Cinayət işinin 5-24-cü vərəqələrində olan cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2023-cü il tarixdə saat 19:40 radələrində Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Şirvanlı kəndi ərazisindən keçən 37-ci kilometrliyində sürücü Zərərçəkmiş şəxs idarə etdiyi “VAZ 21074” markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobillə Təqsirləndirilən şəxs idarə etdiyi "Mercedes Benz E 320" minik markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobil toqquşması, nəticədə “VAZ 21074” minik markalı sürücüsü Zərərçəkmiş şəxs xəsarət alaraq Bərdə rayon mərkəzi xəstəxanasına müraciət etməsi barədə məlumat olmuşdur. Cinayət işinin 178-179-cu vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 199-cu vərəqəsində olan 20 fevral 2024-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 52-55-cı vərəqəsində olan iş üzrə təyin edilmiş məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 284 nömrəli rəyindən məlum olmuşdur ki,
1. Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol bazu sümüyünün yuxarı 1/3-nin yerdəyişmiş sınığı, sol körpücük sümüyünün akromial ucunun sınığı, sol kürək sümüyünün yerdəyişməyən sınığı, İİİ-İV bel fəqərələrinin sol yan çıxıntısının yerdəyişən, V bel fəqərəsinin sol yan çıxıntısının yerdəyişməyən sınığı, travmatik ptoz olmuşdur.
2. Həmin xəsarətlər küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol nəqliyyat hadisəsi zamanı sürücü kimi törənə bilər, müddəti qırarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işinin 41-45-ci vərəqələrində olan Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 10 aprel 2023-cü il tarixli 8/823 nömrəli rəyindən müəyyən edilmişdir ki;
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı **-BR- *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuz olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. İstintaq tərəfindın təqdim edilmiş məlumatlara əsasən Mercedes Benz E 320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hadisənin qarşısını almağa texniki imkanı olmamış və onun hərəkətlərində X3” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğunsuzluq olmamışdır. (Ekspertiza xərci 128 manat təşkil edir). Cinayət işinin 84-91-ci vərəqəsində olan Məhkəmə-trasoloji ekspertizasının 24 iyul 2024-cü il tarixli 8/1758 nömrəli rəyindən müəyyən edilmişdir ki;
1. Nəqliyyat vasitələri arasında ilkin kontakt anında toqquşma VAZ 2107 markalı **- BR-*** dövlət qeydiyyat nişanlı avtomobili qabaq sol yan hissəsi ilə Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avytomobilin qabaq sağ hissəsi arasında təxminən 55-65 dərəcə bucaq altında baş vermişdir.
2. Nəqliyyat trasoloji ekspertizası yolu ilə müəyyən edlimiş ilkin kontakt anında nəqliyyat vasitələrinin qarşılıqlı vəziyyət və nəqliyyat vasitələrinin təxminən 55-65 dərəcə bucaq altında toqquşması hər iki sürücünün göstərdiyi mexanizmlər üzrə baş verə bilər. Lakin hadisənin konkret olaraq bu mexanizlərdən hansı üzrə baş verməsini nəqliyyattrasoloji ekspertizası yolu ilə konkret müəyyən etmək mümkün deyildir.
3. Nəqliyyat trasoloji ekspertizası yolu ilə hadisənin baş vermə mexanizmi deyil, mövcud vəziyyət ilkin kontakt anında nəqliyyat hadisələrinin qarşılıqlı vəziyyəti müəyyən olunmuşdur və ilkin kontakt anında nəqliyyat vasitələri arasında olan toqquşma bucağı istintaq tərəfindən müəyyən edilmiş hadisə mexanizmi ilə ziddiyyət təşkil etmir. (Ekspertiza xərci 128 manat təşkil edir). Cinayət işinin 136-140-cı vərəqəsində olan Əlavə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 12 yanvar 2024-cü il tarixli 8/3829 nömrəli rəyindən müəyyən edilmişdir ki;
1. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən VAZ 21074 markalı **-BR- *** qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs hərəkətlərində “X3” Azərbaycan Respublikası Qanununun 42-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuz olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur.
2. İstintaq tərəfindən təqdim olunmuş məlumatlara əsasən Mercedes Benz E 320" markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X3» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin, 64-cü maddəsinin 1-ci hissəsinin, (3.24 Maksimum surətin məhdudlaşdırılması“ yol nişanı) tələblərinə uyğunsuzluq olmuş, həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuş və onun hərəkətlərində X3» Azərbaycan Respublikası Qanununun 64-cü maddəsinin 1-ci hissəsinin tələblərinə olan uyğunsuzluqla hadisənin baş verməsi arasında səbəbli əlaqə olmuşdur. (Ekspertiza xərci 128 manat təşkil edir). Cinayət işinin 26-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli 245 nömrəli Sərxoşluq vəziyyətinin tibbi müayinəsi Aktından görünür ki, sürücü Təqsirləndirilən şəxs hadisə zamanı ayıq vəziyyətdə olmuşdur. Cinayət işinin 149-cu vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2024-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 116-cı vərəqəsində olan BDYPİ-nin Ağcabədi RQİ və TBŞ-dən daxil olmuş 11 dekabr 2023-cü il tarixli 3-13-16-3/2-743/2023 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdən xx.xx.2030-cu il tarixədək BD 200555 seriyalı, B1,B,C1,C kateqoriyalı sürücülük vəsiqəsi, Zərərçəkmiş şəxs xx.xx.2013-cü il tarixdən xx.xx.2023-cü il tarixədək AB 519432 seriyalı BC kateqoriyalı sürücülük vəsiqəsi verilmiş və onların sürücülük hüququ məhdudlaşdırılmamışdır. Cinayət işinin 207-213-cü vərəqəsində olan sübutların qiymətləndirilməsi haqqında 26 fevral 2024-cü iltarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs əməlində cinayət tərkibi olmadığı üçün barəsində cinayət işinin başlanması rədd edilmiş, iş üzrə məhkəmə-tibb ekspertizasının xx.xx.2023-cü il tarixli 284 nömrəli, məhkəmə- trasoloji ekspertizasının 24 iyul 2024-cü il tarixli 8/1758 nömrəli və əlavə məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 12 yanvar 2024-cü il tarixli 8/3829 nömrəli rəyləri, alınmış ifadələr iş üzrə sübut növü kimi tanınmış, Zərərçəkmiş şəxs VAZ 21074 markalı **-BR-*** qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi, Təqsirləndirilən şəxs Mercedes Benz E 320" markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin mülkiyyətçisi kimi tanınmışdır. Cinayət işinin 144-145-ci vərəqələrində olan avtomobillərin maddi sübut hesab edilməsi haqqında xx.xx.2024-cü il tarixli Qərardan görünür ki, VAZ 21074 markalı **-BR- *** dövlət qetdiyyat nişanlı avtomobil və Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobillər maddi sübut hesab edilərək, sahiblərinə qaytarılması qərara alınmışdır. Cinayət işinin 46-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli Qəbzdən görünür ki, Təqsirləndirilən şəxs hadisə zamanı idarə etdiyi Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YHN-ə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsindən təhvil almışdır. Cinayət işinin 145-ci vərəqəsində olan xx.xx.2024-cü il tarixli Qəbzdən görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı idarə etdiyi VAZ 21074 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobili Azərbaycan Respublikası DİN-in Baş İstintaq və Təhqiqat İdarəsinin YHN-ə dair işlər üzrə İstintaq və Təhqiqat Şöbəsindən təhvil almışdır. Cinayət işinin 203-cü vərəqəsində olan xx.xx.2024-cü il tarixli İlkin qiymətləndirmə Aktından görünür ki, Zərərçəkmiş şəxs məxsus VAZ 21074 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərrə 5713 manat hesablanmışdır. Cinayət işinin 204-cü vərəqəsində olan xx.xx.2023-cü il tarixli İlkin qiymətləndirmə Aktından görünür ki, Təqsirləndirilən şəxs məxsus Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilə dəymiş zərrə 8940 manat hesablanmışdır. Cinayət işinin 135-ci vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X5 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X5 tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X4 poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 206-cı vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Şirvanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 167-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunması, ailəli olmasını, cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 20 fevral 2024-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. VAZ 21074 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 384 (128 manat+ 128 manat+ 128 manat) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilməlidir. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə
HÖKMETDİ:
Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il 06 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 384 (üç yüz səksən dörd) manat ekspertiza tədqiqatının dəyəri alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizasının hesabına ödənilsin. . Mercedes Benz E320 markalı **-SS-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. VAZ 21074 markalı **-BR-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Zərərçəkmiş şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov