Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-78/2025 03.03.2026 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X20 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Cəlilzadə Mehran Anar oğlunun katibliyi, dövlət ittihamçısı X9, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi2 və Müdafiəçi1 iştirakı ilə, xx xxxx 1980-ci ildə Bərdə rayonu Həsənli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Həsənli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 228.2.1 və 228.2.2-ci maddələri, xx xxxxxx 1987-ci ildə Bərdə rayonu Alpoud kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Alpoud kəndində qeydiyyatda olan və yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 228.2.1 və 228.2.2-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, istintaqa məlum olmayan tarixdə və mənbədən 13 (on üç) ədəd döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş patronları qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Həsənli kəndində yerləşən fərdi yaşayış evinin yardımçı binasında qanunsuz olaraq saxlamış, 13 yanvar 2025-ci il tarixdə, saat 20:00 dəqiqədən 20:15 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Həsənli kəndində şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman evin qaraj kimi istifadə olunan yardımçı binasında yerləşən sandığın içərisində sellofan torbada qanunsuz olaraq saxladığı 13 (on üç) ədəd döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş patronlar aşkar edilərək götürülmüşdür. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapançanı, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlan yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalbrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlarını 12 yanvar 2025-ci il tarixdə dəqiq vaxtı və yeri məlum olmayan Xankəndi şəhər ərazisindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Təqsirləndirilən şəxs1 məxsus Qaz-24 markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə rayonu ərazinə daşıyıb onun bu cinayətkar niyyətindən xəbəri olmayan kürəkəni - Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan X1 yaşadığı fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəyin alt hissəsində gizlədərək qanunsuz olaraq saxlamış, 13 yanvar 2025-ci il tarixdə, saat 21:15 dəqiqədən 21:25 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Həsənli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən kürəkəni X1 yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəklərin arasından zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapança, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalbıii olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konsturksyialı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlar aşkar edilərək götürülmüşdür. İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 228.2.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapançanı, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın, komplekt hissəsi olan 01 ədəd darağı və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlarını 12 yanvar 2025-ci il tarixdə dəqiq vaxtı və yeri məlum olmayan Xankəndi şəhər ərazisindən qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla ona məxsus Qaz-24 markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə rayonu ərazinə daşıyıb onların bu cinayətkar niyyətindən xəbəri olmayan Təqsirləndirilən şəxs2 kürəkəni - Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan Şahid5 yaşadığı fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəyin alt hissəsində gizlədərək qanunsuz olaraq saxlamış, 13 yanvar 2025-ci il tarixdə, saat 21:15 dəqiqədən 21:25 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan Şahid5 yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəklərin arasından zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapança, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konsturksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlar aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 228.2.1 və 228.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini, Təqsirləndirilən şəxs1 isə Azərbaycan Respublikasının CM-nin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmələri məhkəmə istintaqı dövründə araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, əvvəllər Tarzənlə birlikdə tərəvəz, yəni göyərti alveri ilə məşğul olmuşlar. Təqsirləndirilən şəxs1 avtmobili ilə bazara göy-göyərti aparıb satıb, gəlir əldə edib ailələrini dolandırmışlar. Lakin son dövrlər alver getməmiş və maddi çətinlikiləri olduğundan başqa işlə məşğul olmaq qərarına gəlmişlər. Qərara gəlmişlər ki, işğaldan azad olunmuş rayonlarda, yəni Kəlbəcər və Laçın rayonlarında iş axtarıb tapsınlar. Təqsirləndirilən şəxs1 avtomobili ilə işğaldan azad olunmuş rayonlara getmiş, lakin iş axtarıb tapa bilməmişlər. Evlərinə qayıdarkən Xankəndi şəhərində kimsəsiz evlərin birinə girib özləri ilə apardıqları yeməklə nahar etmək istəmişlər. Yemək yedikdən sonra Təqsirləndirilən şəxs1 təsadufən evdən silah tapmışdır. Tarzən silahı götürüb avtomobilə qoymuşdur. Silahı Xankəndi şəhərində təhvil verməyə qorxmuş, bu səbəbdən də Bərdə rayonuna gətirmişlər. Yaşadıqları kəndə gələrkən yolda avtomobilin benzini qurtarmışdır. Dayısı oğlu Şakirə zəng edib, onlara avtomobilə tökmək üçün benzin gətirməsini xahş etmişdir. Bundan bir neçə dəqiqə sonra tanımadıqları bir avtomobil onların yanından ötüb keçərkən saxladaraq, ondan yanacaq doldurma məntəqəsinə çatmaq üçün onlara yanacaq verməsini xahiş etmişlər. Həmin avtomobilin sahibi onlara 1 litr yanacaq vermiş və onlar avtomobillə gəlib yanacaq doldurma məntəqəsindən avtomobillərinə yanacaq doldurub evlərinə gəlmişlər. Təqsirləndirilən şəxs1 gətirdiyi silah onda olmuşdur. Fikriləşmişdir ki, evində körpə uşaq var, həmin silahı uşaq tapar və hər hansı bir hadisə baş verə bilər. Bu səbəbdən silahı aparıb qızının evində onların xəbəri olmadan çarpayının altında gizlətmişdir. Silah barədə Təqsirləndirilən şəxs1 Rəşad adlı Bərdə RPŞ-nin əməkdaşına zəng edib məlumat vermişdir. Onların niyyəti silahı təhvl vermək olmuşdur. Rəşad adlı polis əməkdaşı da Təqsirləndirilən şəxs1 bildirmişdir ki, istirahət günüdür, həftənin birinci günü gətirib silahı təhvil verərlər. Bərdə RPŞ-də istirahət günü oldugundan heç kim yoxdur. Onun başında xəstəliyi var, yaddaş itkinliyi olduğundan bəzi hallarda nə etdiyini bilmir, yaddaşı pozulur. Həmin silahdan istifadə etməmişdir. Fikirləri həmin silahı təhvil vermək olmuşdur. Hərbi xidmətdə olmadığına görə silah atmağı bilmir. Tapdıqları silah sellofana bükülü halda olmuş, silaha əlini belə vurmamışdır. Tarzən bükülünü avtomobilə qoymuş, evə qayıtdıqdan sonra sonuncu evdə körpə uşağının olduğunu, silahı evə apara bilməyəcəyini bildirmiş, həmin səbəbdən silahı evinə gətirmişdir. Evə gəldikdə düşünmüşdür ki, onun da evdə 12 yaşlı azyaşlı övladı var və silahı aparıb kürəkəni Elzaminin evində gizlətmişdir. Silahı gətirməkdə heç bir məqsədləri olmamış, silahı nə edəcəklərini belə bilməmişlər. Silah gətirmələri barədə heç kimə heç nə deməmişlər. Elzamin və onun ailə üzvlərinin heç birinin silahdan xəbəri olmamışdır. Özünün isə babasından qalan tək lüləli paslı ov tüfəngi olmuşdur. Onun başqa silahlardan və sursatlardan xəbəri olmamışdır. Patronları mərhum qardaşı 1993-cü ildə Birinci Qarabağ müharibəsi zamanı evə gətirib sandıqda gizlətmişdir. Onun onlardan heç bir məlumatı olmamışdır. Təravət onun arvadıdır, aralarında xırda söz-söhbət olmuşdur. Silah gətirmələrinin Təravətlə onun arasında olan münasibətə heç bir aidiyyəti olmamışdır. Təravət hazırda Bakı şəhərində yaşayır, onunla barışmamışlar. Tutduqları əməlin cinayət olduğunu dərk etmişlər. Ona qarşı heç bir təzyiq və ya təsir olmamış, əməlini özü könüllü etiraf etmişdir. Səhvini başa düşür, əməlindən peşimandır. Himayəsində azyaşlı uşağı var. Göstərdiklərinin nəzərə alınmasını və ona rəhm edilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs2la işğaldan azad olunmuş rayonlara fəhləlik etmək niyyəti ilə getmişlər. Xankəndi şəhərində silah tapmış və ağılsızlıq edərək həmin silahı özləri ilə götürmüşlər. Silahı birinci özü tapmış, Əlini çağıraraq silah tapdığını demiş və qərara gəlmişlər ki, silahı gətirib təhvil versinlər. Qırmızı sellofanın içində paslı “Makarov” tipli tapança olmuşdur. Bükülünü avtomobilə qoymuş və özləri ilə gətirmişlər. Avtomobil onun özünə məxsusdur. Silahı Xankəndi şəhərində polisə təhvil verməyə qorxmuşdur. Onların avtomobillərini yollarda olan postlarda yoxlamamışlar. Polis şöbəsinə getməmişlər. Silahı gətirən gün polis əməkdaşı olan tanışları Rəşada məlumat vermişlər ki, silah tapmışlar, təhvil vermək istəyirlər. Rəşad onlara istirahət günü olduğunu, iş günü təhvil vermələrini bildirmişdir. Lakin elə həmin günü polis əməkdaşları onları saxlamışlar. Silahı taparkən heç nə fikirləşməmiş, sonradan başa düşmüşdür ki, cinayət törətmişdir. İstintaq zamanı silah tapması ilə bağlı Rəşada məlumat verdiyini bildirmişdir. Onların silah satmaq niyyətləri olmamışdır. Bərdə rayonuna gələndə silah Təqsirləndirilən şəxs2 qalmış, sonuncu silahı səhəri gün aparıb təhvil verəcəklərini demişdir. Səhvini başa düşür, əməlindən peşmandır. Himayəsində azyaşlı uşağı var. Göstərdiklərinin nəzərə alınmasını və ona rəhm edilməsini məhkəmədən xahiş edir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, ailə üzvləri ilə bilrikdə Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayır. Təqsirləndirilən şəxs2 arvadının ögey atasıdır. Təqsirləndirilən şəxs2 ilə dörd ildən artıqdır ki, qohumdur və bu müddət ərzində həmişə yaxşı münasibətləri olubdur. 2025-ci ilin yanvar ayında arvadının ögey atası, Təqsirləndirilən şəxs2 öz oğlu ilə birlikdə onlara qonaq gəlmişlər. Həmin vaxt o, evdə olmamış, atası, anası və arvadı evdə olmuşlar. O, sonradan evə gəlmiş, qonaqlarla görüşüb yenidən çıxıb getmişdir. Sabahısı gün Bərdə RPŞ-nin əməkdaşları gələrək evlərində silah olmasını bildirib, evlərində axtarış aparıb həmin silahı aşkar etmişlər. Belə ki, Bərdə RPŞ-nin əməkdaşları onlara gəlmiş, o özü polislərlə eyni vaxtda evə çatmış, atası onları qarşılamış, polis əməkdaşları evdə silah olmasını bildirmiş, onunla bağlı gəldiklərini söyləmişlər. Polis əməkdaşları onun iştirakı və müşahidəsi ilə evdə axtarış etmişlər. Polis əməkdaşları nə qonaq otağına, nə mətbəxə keçməmiş, birbaşa onun yataq otağına keçmişlər, şkafı açmışlar, başqa yerə baxıb, sonra çarpayıda olan döşəyi qaldırıb orada silahı aşkar etmişlər. Bundan sonra o və ailə üzvləri bilmişlər ki, evlərinə silah qoyulmuşdur. Evlərində silah olmasından onun xəbəri olmamışdır. Sonradan bilmişlər ki, onun arvadının ögey atası Təqsirləndirilən şəxs2 onlara qonaq gəlib yemək yedikdən sonra özü ilə gətirdiyi silahı axşam onların, yəni ailə üzvlərinin xəbəri olmadan gizlin olaraq aparıb onun yataq otağında çarpayının döşəyinin altına qoymuş, bundan isə heç kimin xəbəri olmamışdır. Qayınanası Təravət ilə əri Təqsirləndirilən şəxs2 arasında soyuqluq olmuş, onlar hadisəyə qədər ayrı yaşamışlar. Təqsirləndirilən şəxs2 bir neçə dəfə ondan xahş etmişdir ki, onları barışdırsınlar. Onlarda bir neçə dəfə barışdırmışlar. Lakin sonradan yenə aralarında narazılıq yaranmış, onlar isə daha qayınanası ilə qayınatasının aralarında olan münaqişəyə qarışmamışlar. Çox güman ki, onları barışdırmadığına görə Təqsirləndirilən şəxs2 onlardan incik qalmışdır. Həmin gün mətbəxdə birlikdə yemək yemişlər. Qonaq otağının və onun yataq otağının qapısı açıq olmuş, Təqsirləndirilən şəxs2 silahı nə cür gözdən yayınıb yataq otağına qoyub, bilmir. Ola bilsin onunla qərəzi olduğundan silahı onun yatdığı otaqda gizlətmişdir. Təqsirləndirilən şəxs2 silah olması haqqında heç bir məlumatı olmamışdır. Polis əməkdaşlarının silahın onların evində olmasını hardan bilmələri barədə heç nə deyə bilmir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 ögey atasıdır. Təqsirləndirilən şəxs2 öz oğlu, yəni onun ögey qardaşı ilə birlikdə onlara qonaq gəlmişdir. Həmin vaxt evdə qayınatası ilə özü olmuşdur. Bir az sonra qayınanası da evə gəlmiş, onun əri Elzaminə zəng edib evdə qonaq oluduğunu söyləmiş, evə ərzaq alıb gətirməsini tapşırmışdır. Ögey qardaşı və ögey atası onlarda xeyli oturmuş, yemək yemiş, çay içmişlər. Çıxıb gedərkən Təqsirləndirilən şəxs2 “onlara 150 manat borcunun olduğunu, həmin borcunu vermək üçün, habelə onlarla haləhval tutmaq üçün gəldiyini” demişdir. Təqsirləndirilən şəxs2 ilə heç vaxt aralarında münaqişə olmamış, həmişə mehriban olmuşlar. Təqsirləndirilən şəxs2 onlara gəldiyi günün sabahısı gün, günorta saat 15 radələrində Bərdə RPŞ-nin əməkdaşları onlara gəlmiş, əri Elzamini soruşmuşlar. Polis əməkdaşları silahla bağlı gəldiklərini bildirmişlər və onun yataq otağında çarpayıda olan döşəyin altından silah çıxarmışlar. Təqsirləndirilən şəxs2 öz arvadı, yəni onun anası Təravət ilə aralarında münaqişə olmuş və ondan xahiş etmişdir ki, onları barışdırsın. O da münasibətlərini özlərinin aydınlaşdırmasını demişdir. Təqsirləndirilən şəxs2 və onun anası Təravət aralarında olan narazılığa görə 2024-cü ilin aprel ayından ayrı yaşayıblar. Təqsirləndirilən şəxs2 həmin hadisədən qabaq xx.xx.2024cü il tarixdə bayramlarını təbrik etmək üçün onlara gəlmişdir. Təqsirləndirilən şəxs2 onların evinə silah qoymasından xəbəri olmamışdır. Sonuncuda silah olmasından da heç bir məlumatı olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 gəlini Səbinənin ögey atasıdır. Təqsirləndirilən şəxs2 onların evində silah gizlətmişdir. Təqsirləndirilən şəxs2 onlara gələrkən o vanna otağında yuyunmuşdur. Çıxanda Təqsirləndirilən şəxs2 onlarda olduğunu görmüş, onu qonaq kimi hörmət və ehtiramla qarşılamışdır. Sabahı gün işdə olarkən məlumat almışdır ki, polis əməkdaşları gəlmiş və evlərində silah aşkar etmişlər. Çaşqınlıq içində evə gəlmiş və həyətdə polis əməkdaşları olduğunu görmüşdür. Polis əməkdaşları oğlunun yatdığı otaqda çarpayının üzərində olan döşəyin altından silahı aşkar etmişlər. Bərdə RPŞ-də məlum olmuşdur ki, Təqsirləndirilən şəxs2 onların evində silah gizlətmişdir. Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə onlara gəlmiş, polis əməkdaşları isə onlara xx.xx.2025-ci ildə gəlmişlər. Təqsirləndirilən şəxs2la arvadı Təravətin arasında münaqişə olmuş və oğlu Elzaminə onları barışdırmasını xahş etmişdir. Onun bundan məlumatı olmuş, oğlu Elzaminə onların işlərinə qarışmamağı demişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, icraatına Təqsirləndirilən şəxs2 “Makarov“ tipli tapanca olması və həmin tapançanı 1500 manata satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat müvəkkili Şahid2 və polis nəfəri Şahid3 ilə bilrikdə Bərdə rayonu Həsənli kəndinə getmişlər. Bərdə rayonu Həsənli kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evə gedərək özlərini təqdim etmiş və evə baxış keçirmişlər. Evə baxış keçirilərkən yataq otağında çarpayının üzərndə olan döşəyin altından bir ədəd köhnə tüfəng, həyətdə yardımçı tikildə olan sandığın içərisindən isə “naqan” tipli tapança və 7.62 kalibirli patronlar aşkar edib götürmüşlər. Daha sonra Bərdə rayonu Böyük Göyüşlü kəndinə Şahid5 yaşadığı evə getmişlər. Həmin evdə yataq otağında olan çarpayının döşəyinin altından “Makarov” tipli tapança aşkar etmişlər. Bundan sonra Bərdə rayonu Alpoud kəndinə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 evnə baxış keçirilən zaman oradan qeyri-qanuni heç nə aşkar edilməmişdir. Onlara silahın olması və satılması ilə bağlı məlumat daxil olmuşdur. Əməliyyat məlumatı xx.xx.2025-ci ildə daxil olmuşdur. “Makarov” tipli tapançanın 1500 manata satılması ilə bağlı məlumat daxil olmuşdur. Bərdə rayonu Həsənli kəndində evə baxış keçirilən zaman yataq otağında çarpayının üzərndə olan döşəyin altından bir ədəd köhnə paslı tüfəng aşkar etmişlər. Digər silahları isə əl damında sandığın içərisində aşkar etmişlər. Təqsirləndirilən şəxslərə tərəflərindən heç bir təzyiq göstərilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid2 ifadə verərək göstərdi ki, əməliyyat müvəkkili Şahid1 icraatına Təqsirləndirilən şəxs2 “Makarov“ tipli tapanca olması və həmin tapançanı 1500 manata satması ilə bağlı əməliyyat məlumatı daxil olmuşdur. Bu barədə rəhbərliyə məruzə olunmuşdur. Əməliyyat müvəkkili Şahid1 və polis nəfəri Şahid3 ilə bilrikdə Bərdə rayonu Həsənli kəndinə getmişlər. Bərdə rayonu Həsənli kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evə gedərək özlərini təqdim etmiş və evə baxış keçirmişlər. Evə baxış keçirilərkən yataq otağında çarpayının üzərində olan döşəyin altından bir ədəd köhnə tüfəng, həyətdə yardımçı tikilidə olan sandığın içərisindən isə “naqan” tipli tapança və 7.62 kalibirli patronlar aşkar edərək götürmüşlər. Sonra Bərdə rayonu Böyük Göyüşlü kəndinə Şahid5 yaşadığı evə getmişlər. Həmin evdə yataq otağında olan çarpayının döşəyinin altında “Makarov” tipli tapança, patron darağı və 8 ədəd patron aşkar etmişlər. Daha sonra Bərdə rayonu Alpoud kəndinə Təqsirləndirilən şəxs1 yaşadığı evə getmiş, sonuncunun evinə baxış keçirilərkən oradan qeyri-qanuni heç nə aşkar etməmişlər. Onlara məlumat “Makarov” tipli tapança ilə bağlı daxil olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri Şahid3 ifadə verərək göstərdi ki, xidmətdə olarkən ona bildirmişlər ki, əməliyyat tədbiri keçirilir, çəkiliş aparılmalıdır. Bərdə rayonu Həsənli kəndinə getmişlər. Bərdə rayonu Həsənli kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evə videoçəkilişlə baxış keçirmişlər. Evə baxış keçirilən zaman yataq otağında çarpayının üzərində olan döşəyin altından bir ədəd köhnə tüfəng aşkar etmişlər. Evə baxış zamanı başqa qeyri-qanuni heç nə aşkar edilməmişdir. Həyətdə olan tikilidə köhnə sandığın içərisindən isə 7.62 kalibirli patronlar, başqa bir silah aşkar olunmuşdur. Sonra Bərdə rayonu Böyük Göyüşlü kəndinə Şahid5 yaşadığı evə getmişlər. Həmin evdə yataq otağında olan çarpayının döşəyinin altında digər bir silah aşkar etmişlər. Daha sonra Bərdə rayonu Alpoud kəndinə, Təqsirləndirilən şəxs1 yaşadığı evə getmişlər. Təqsirləndirilən şəxs1 evnə baxış keçirilərkən oradan qeyri-qanuni heç nə aşkar etməmişlər. Bərdə rayonu Həsənli kəndində Təqsirləndirilən şəxs2 yaşadığı evdə yataq otağında çarpayının altından Toz-8 markalı silah aşkar olunmuşdur. Həyətdə olan əl damından isə tüfəng, 7.62 kalibrli patronlar aşkar olunmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 atasıdır. Polis əməkdaşları onların evindən silah aşkar etmişlər. Onların evində olan sandığın içərisindəki silahlardan heç bir məlumatı olmamışdır. İbtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Sədrlik edən Şahid4 ibtidai istintaq zamanı verdiyi ifadəsini oxuyub elan etmişdir. Şahid4 həmin ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs2 onun atasıdır. Şahid5 isə onun ögey bacısı X2 əridir. O, həmin şəxslərin Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən evlərinə dəfələrlə qonaq getmişdir. xx.xx.2025-ci il tarixdə atası Təqsirləndirilən şəxs2 ona ögey bacısı Səbinəgilin yaşadığı evə qonaq getmələrini istədiyini demişdir. O, atası ilə birlikdə həmin gün saat 19 radələrində Səbinəgilə qonaq getmişlər. Ögey bacısı Şəbinə Mustafayeva, Səbinənin qayınatası Şahid6, atası Təqsirləndirilən şəxs2 və o, evin mətbəxində oturub söhbətləşmişlər. Daha sonra Səbinənin qayınanası Şahid7, ardınca isə əri Şahid5 Miirşüd oğlu da onların yanına gəlmişdir. Onlar birlikdə yemək yemişlər. Həmin ərəfədə atası Əli çölə çıxmış və bir az sonra onların yanına qayıtmışdır. Təxminən saat 21 radələrində o və atası Əli onlarla sağollaşıb öz evlərinə getmişlər. Səhərisi gün, yəni xx.xx.2025-ci il tarixdə ona məlum olmuşdur ki, xx.xx.2025-ci il tarixdə polis əməkdaşları tərəfindən onların Bərdə rayonu Həsənli kəndində yerləşən evlərinə baxış keçirilmiş, evin içərisindən 01 ədəd ov tüfəngi, evin həyətyanı sahəsində yerləşən qaraj kimi istifadə edilən yardımçı tikilidən isə silah və patronlar, eyni zamanda 01 ədəd uzun tiyəli bıçaq aşkar edilərək götürülüb qablaşdırılmışdır. O cümlədən, müəyyən edilmişdir ki, atası Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Şahid5 evinə gedən zaman əvvəllər tanıdığı Təqsirləndirilən şəxs1 ilə birlikdə Xankəndi şəhərindən gətirdikləri 01 ədəd “Makarov” markalı tapançanı gizlin şəkildə həmin evin yataq otağında gizlətmişdir. Onun bununla bağlı əvvəlcədən heç bir məlumatı olmamışdır. Atası Təqsirləndirilən şəxs2 Bərdə rayonu, Həsənli kəndində yerləşən yaşadığı evdə qanunsuz olaraq 01 ədəd ov tüfəngi, evin həyətanı sahəsində yerləşən qaraj kimi istifadə edilən yardımçı tikilidə isə silah və patronlar, eyni zamanda 01 ədəd uzun tiyəli bıçaq saxlaması barədə ümumiyyətlə məlumatı olmamışdır. xx.xx.2025-ci il tarixdə o, Bərdə rayonu, Böyük Göyüşlü kəndində Şahid5 yaşadığı evə qonaq gedən zaman atası Təqsirləndirilən şəxs2 orada silah gizlədəcəyi və ya gizlətməsi barədə, həmçinin atası Təqsirləndirilən şəxs2 qanunsuz olaraq silah əldə etməsi və həmin vaxt üzərində daşıması barədə əvvəlcədən məlumatı olmamışdır. O, Təqsirləndirilən şəxs1 Əli oğlunu tanıyır. Lakin o, atası Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 birlikdə Xankəndi şəhərindən silah gətirmələri barədə məlumatı olmamışdır. O, xx.xx.2025-ci il tarixdə atası Təqsirləndirilən şəxs2la birlikdə ögey bacısı Şahid8 Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən yaşadığı evə istifadəsində olan ağ rəngli “VAZ 2107” markalı, **-BJ-*** dövlət qeydiyyat nişanlı avtomobili ilə getmişlər. Həmin vaxt atasından başqa yanında heç kim olmamışdır. Məhkəmə istintaqı zamanı müdafiə tərəfinin vəsatəti ilə əlavə şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İTB-nin polis nəfəri X7 ifadə verərək göstərdi ki, 2025-ci ilin yanvar ayında qolu sınmış, bu səbəbdən işə getməmişdir. Qafarov X8 Əli İsax oğlu ilə birlikdə Bərdə şəhəri Vaqif küçəsində yerləşən evinə gəlmiş, Təqsirləndirilən şəxs2 yeznəsində silah olduğunu, silah saxlamağın məsuliyyət yaradıb-yaratmadığını soruşmuşlar. Sonunculara silahın ov tüfəngidirsə sənədləşdirsələr məsuliyyətin olmadığını, ancaq başqa silahların cinayət məsuliyyəti yaratdığını bildirmişdir. Əli və Tarzəndən silahın kimdə olduğunu soruşmuş, sonuncu dəqiqləşdirib deyəcəklərini bildirmişlər. Ona silahın kimdə olması barədə məlumat vermədiklərindən, o da rəhbərliyə məlumat verməmişdir. Ona görə də sonuncuların silah barədə ona dedikləri ilə sonradan maraqlanmamışdır. Ona Təqsirləndirilən şəxs1 yaxınlaşmış, Təqsirləndirilən şəxs2 da Tarzənin yanında olmuşdur. Silahla bağlı keçirilən əməliyyatda iştirak etməmişdir. İş materiallarında olan və məhkəmə istintaqında tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin Məhkəmə-ballistik ekspertizasının 14 yanvar 2025-ci il tarixli, 25/42 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 ədəd, XA-8368 №li silah zavod üsulu ilə, keçmiş SSRİ dövlətində, 1966-cı ildə istehsal olunmuş 9 mm kalibrli, Makarov konstruksiyalı tapançadır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. Silahın təyinatı hər hansı bir dəyişikliklərə məruz qalmamışdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibirli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançaların komplekt hissəsidir-darağıdır, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd 91600 №li silah, keçmiş “SSRİ” dövlətində, İjevsk silah zavodunda 1935-ci ildə istehsal olunmuş 16 kalibrli İJ-5 modelli, çaxmağlı, hamar tək lüləli ov tüfəngidir, odlu yivsiz silahdır. Yuxarıda göstərilən səbəbə görə texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. Silahın təyinatı hər hansı bir kustar üsulu ilə dəyişikliklərə məruz qalmamışdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd silah kustar üsulu ilə hazırlanmış 5,6 mm kalibrli, Revolverdir, yivsiz odlu silahdır. Yuxarıda göstərilən səbəbə görə texniki cəhətdən nasazdır və atəş üçün yararsızdır. -Tədqiqata təqdim edilmiş 08 ədəd patronlar zavod üsulu ilə, Rusiya dövlətində, istehsal olunmuş, 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır. Döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş 13 ədəd patronlar zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x54 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş ştat patronlarıdır, döyüş sursatı hesab olunur və atəş üçün yararlıdırlar. -Tədqiqata təqdim edilmiş cəmi 06 ədəd patronlardan 01 ədəd patronların gilizləri zavod üsulu ilə, keçmiş SSRİ dövlətində istehsal olunmuş, içərisi kustar üsulla sonradan doldurulmuş, 05 ədədi isə zavod üsulu ilə, xarici dövlətdə istehsal olunmuş həmin kalibrli hamar lüləli ov silahlarından atış açmaq üçün nəzərdə tutulmuş 16x70 kalibrli ov patronlarıdır, ov döyüş sursatıdırlar. Patronların bütövlüyünün pozulmamasına, kapsulu tam şəkildə olmasına və bütün lazımi komponentləri yerində olmasına görə patronlar istifadəyə və atəşə yararlıdırlar. Qeyd: Təqdim edilmiş 08 ədəd 9x18 mm kalibrli patronlardan 03 ədədi və 13 ədəd 7,62x54 mm kalibrli patronlardan 02 ədədi eksperimental atəş zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X13 Bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 16/87 saylı Rəydən görünür ki, tədqiqata təqdim edilən bıçaq kustar üsulu ilə hazırlanmış bir tərəfi kəsici, ucu deşici xassəyə malik olan təsərrüfat-məişət təyinatlı bıçaqdır və soyuq silah hesab edilmir. Üzərində təyinatını dəyişdirən hər hansı əlavə və dəyişikliklər edilməmişdir. Cinayət işinin məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs2 müdafiəçisi vəsatət verərək cinayət işinin obyekti olan silah-sursatlar kifayət qədər köhnə olduğuna görə onların istifadəyə yararlı olmaları şübhə doğurduğundan həmin silahların istifadəyə yararlı olub-olmamalırının müəyyən edilməsi məqsədi ilə Məhkəmə-ballistik ekspertizasının təyin edilməsini xahiş etmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarı ilə cinayət işi üzrə Məhkəmə-ballistik ekspertizası təyin edilmiş, ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3/1206 saylı Rəydən görünür ki, tədqiqata təqdim edilmş 13 ədəd patron zavod üsulu ildə hazırlanmış 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrə malik “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” modelli avtomat silahlarda “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd silah 1966-cı ildə zavod üsulu ilə istehsal olunmuş, “XA 8368” seriya nömrəli, 9 mm kalibrli “Makar” (PM) konstruksiyalı tapançadır, yivli odlu silahdır, saz vəziyyətdədir, atəş açmaq üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 01 ədəd sandıqça Makarov (PM) konstruksiyalı tapançaların funksional əhəmiyyət daşımayan komplekt hissəsi olmaqla, 08 ədəd 9x18 mm kalibirli patron tutumuna malik, zavod üsulu ilə istehsal olunmuş sandıqçadır (daraqdır), istifadəyə yararlıdır. -Tədqiqata təqdim edilmiş 08 ədəd patron zavod üsulu ilə istehsal olunmuş 9x18 mm kalibrli olmaqla, həmin kalibrə malik “Makarov” (“PM”) konstruksiyalı tapançalarda, “Steçkin” (“APS”) konstruksiyalı avtomatik tapançalarda və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş patronlardır, döyüş sursatı hesab edilir, istifadəyə (atəşə) yararlıdır. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1- 28/2-159/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli, 18-1- 28/2-160/2025 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Təqsirləndirilən şəxslər məhkəmə iclasında özlərini təqsirli bilsələr də, silah-sursatı satış məqsədilə gətirmədiklərini bildirmişlər. Bununla bağlı məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslərin yuxarıda qeyd etdkləri məhkəmə iclasında şahid ifadələri və iş materiallarında olan digər mötəbər sübutlarla təkzib olunmuşdur. Ona görə də məhkəmə təqsirləndirlən şəxslərin məhkəmə iclasında verdikləri ifadələrini özünü müdafiə etmək məqsədi ilə uydurulmuş, gerçəkliyə uyğun olmayan, məhkəməni çaşdırmaq məqsədi güdən ifadə kimi qiymətləndirir. Beləliklə, Təqsirləndirilən şəxs2 istintaqa məlum olmayan tarixdə və mənbədən 13 (on üç) ədəd döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən atəş açmaq üçün nəzərdə tutulmuş, (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/1206 saylı Rəyinə görə “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” modelli avtomat silahlarda “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş) patronları qanunsuz olaraq əldə edib yaşadığı Bərdə rayonu Həsənli kəndində yerləşən fərdi yaşayış evinin yardımçı binasında qanunsuz olaraq saxlaması, 13 yanvar 2025-ci il tarixdə, saat 20:00 dəqiqədən 20:15 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Həsənli kəndində şübhəli şəxs qismində saxlanılaraq yaşadığı evə baxış keçirilən zaman evin qaraj kimi istifadə olunan yardımçı binasında yerləşən sandığın içərisində sellofan torbada qanunsuz olaraq saxladığı 13 (on üç) ədəd döyüş sursatı hesab olunan və atəş üçün yararlı olan zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, 7,62 mm kalibrli olmaqla həmin kalibrli Kalaşnikov konstruksiyalı pulemyotlardan (PK) və Mosin konstruksiyalı karabindən (Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2025-ci il tarixli, 3/1206 saylı Rəyinə görə “Kalaşnikov” konstruksiyalı “AKM”, “AKMS”, “AK 103” modelli avtomat silahlarda, “SKS” karabinində və s. uyğun kalibrli yivli odlu silahlarda istifadə edilmək üçün nəzərdə tutulmuş) atəş açmaq üçün nəzərdə tutulmuş patronların aşkar edilərək götürülməsi; Bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapançanı, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlan yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalbrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd darağı və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalibrli olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlarını 12 yanvar 2025-ci il tarixdə dəqiq vaxtı və yeri məlum olmayan Xankəndi şəhər ərazisindən qanunsuz olaraq əldə edib üzərində saxlamaqla Təqsirləndirilən şəxs1 məxsus Qaz-24 markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə rayonu ərazinə daşıyıb onun bu cinayətkar niyyətindən xəbəri olmayan kürəkəni - Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan X1 yaşadığı fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəyin alt hissəsində gizlədərək qanunsuz olaraq saxlaması, 13 yanvar 2025-ci il tarixdə, saat 21:15 dəqiqədən 21:25 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Həsənli kəndində şübhəli şəxs qismində saxlanılaraq Bərdə rayonu Böyük Göyüşlü kəndində yerləşən kürəkəni X1 yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəklərin arasından zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapança, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalbıii olmaqla, həmin kalibrli Makarov (PM) və Steçkin (APS) konsturksyialı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlar aşkar edilərək götürülməsi; Təqsirləndirilən şəxs1 tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub qrup halında birləşərək satış məqsədilə istintaqa məlum olmayan tarixdə və mənbədən zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapançanı, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın, komplekt hissəsi olan 01 ədəd darağı və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konstruksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlarını 12 yanvar 2025-ci il tarixdə dəqiq vaxtı və yeri məlum olmayan Xankəndi şəhər ərazisindən qanunsuz olaraq əldə edib üzərlərində saxlamaqla ona məxsus Qaz-24 markalı, **-BV-*** dövlət qeydiyyat nömrə nişanlı avtomobillə Bərdə rayonu ərazisinə daşıyıb onların bu cinayətkar niyyətindən xəbəri olmayan Təqsirləndirilən şəxs2 kürəkəni - Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan Şahid5 yaşadığı fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəyin alt hissəsində gizlədərək qanunsuz olaraq saxlaması, 13 yanvar 2025-ci il tarixdə, saat 21:15 dəqiqədən 21:25 dəqiqəyədək olan müddət ərzində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu Böyük Göyüşlü kəndində yaşayan Şahid5 yaşadığı evə baxış keçirilən zaman evin yataq otağında yerləşən çarpayının üzərinə yığılmış döşəklərin arasından zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1966-cı ildə istehsal olunmuş, texniki cəhətdən saz olmaqla atəş üçün yararlı hesab edilən 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silahlar növünə aid tapança, texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla zavod üsulu ilə istehsal olunmuş 08 ədəd 9x18 mm kalibr patronları yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Makarov konstruksiyalı tapançanın komplekt hissəsi olan 01 ədəd daraq və zavod üsulu ilə Rusiya dövlətində istehsal olunmuş atəş üçün yararlı hesab edilən 9x18 mm kalibrli olmaqla, həmin kalibrli “Makarov” (PM) və “Steçkin” (APS) konsturksiyalı tapançalardan atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatı hesab olunan 08 ədəd ştat patronlar aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli, 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələrin onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda istinad edilən qanunvericilik normasının tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin edilməsi məsələsini həll edərkən hesab edir ki, aşağıda göstərilənlər nəzərə alınmalıdır. CM-nin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli, 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 15 yanvar 2025-ci il tarixli, 38 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Həsənli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Mirzəxan-Qaraqoyunlu kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 29 may 2013-cü il tarixli AZ-İİİ 104794 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X17 xx.xx.2013-cü ildə Bərdə rayonunda anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs2 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs2 himayəsində bir nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 16 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs2 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs2 cəzasını ağırlaşdıran hal yoxdur. İş materiallarında olan: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 11 mart 2025-ci il tarixli, 151 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs1 ailə tərkibi: arvadı-xx.xx.1990-cı il təvəllüdlü X4, oğlu-xx.xx.2013-cü il təvəllüdlü X6 və oğlu-xx.xx.2021-ci il təvəllüdlü X5 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Alpoud kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. Bərdə rayon Alpoud kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, AZ-T 251961 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X14 xx.xx.2013-cü ildə Bərdə rayonunda anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs1 qeyd edilmişdir. Bərdə Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş xx.xx.2021-ci il tarixli AZ-İV 589194 nömrəli doğum haqqında şəhadətnamədən görünür ki, X10 xx.xx.2021-ci ildə Bərdə rayonunda anadan olmuşdur. “Ata” qrafasında atası kimi Təqsirləndirilən şəxs1 qeyd edilmişdir. CM-nin 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması cəzanı yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs1 himayəsində iki nəfər azyaşlı uşağının olması onun cəzasını yüngülləşdirən haldır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 16 yanvar 2025-ci il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs1 cəzasını ağırlaşdıran hal yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxslərə cəza təyini məsələsini müzakirə edib, Təqsirləndirilən şəxs2 təqsirli bilindiyi CM-nin 228.2.1 və 228.2.2-ci maddələrinin, Təqsirləndirilən şəxs1 isə təqsirli bilindiyi CM-nin 228.2.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 56.1.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxslər onlara təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidirlər. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barələrində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilməlidir. Təqsirləndirilən şəxslərin barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs2 13 yanvar 2025-ci il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs2 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının 13 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs2 barəsində Bərdə Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs2 cəza çəkməsinin başlanğıcı 13 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 13 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 13 yanvar 2025-ci il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, təqdimat təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində 03 ay müddətinə həbs qətimkan tədbiri seçilməsi, həbs etmənin başlanğıcının 13 yanvar 2025-ci il tarixdən hesablanması qərara alınmışdır. Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərarından görünür ki, vəsatət təmin edilmiş, Təqsirləndirilən şəxs1 barəsində Bərdə Rayon Məhkəməsinin 15 yanvar 2025-ci il tarixli qərarı ilə seçilmiş “həbs” qətimkan tədbirinin “ev dustaqlığı” qətimkan tədbiri ilə əvəz edilməsi və onun dərhal məhkəmə iclas zalında həbsdən azad olunması qərara alınmışdır. Təqsirləndirilən şəxs1 cəza çəkməsinin başlanğıcı 13 yanvar 2025-ci il tarixdən hesablanmalıdır. CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərclərinə dair 17 fevral 2025-ci il tarixli, 16/87 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 31,50 (otuz bir manat 50 qəpik) manat təşkil etmişdir. İş materiallarında olan ekspertiza xərclərinə dair 25 dekabr 2025-ci il tarixli, 3/1206 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 64 (altmış dörd) manat təşkil etmişdir. İş üzrə 95,50 (doxsan beş manat 50 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd 16 kalibrli İJ-5 modelli ov tüfəngi, 01 ədəd üzərində nömrəsi qeyd olunmayan “Revolver” markalı tapança, 11 ədəd 7,62x54 kalibrli patronlar, 06 ədəd ov tüfənginə məxsus patronlar, 9x12 mm kalibrli 05 ədəd patronlarla birlikdə içərisində 9x12 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq olan 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd uzun tiyəli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 05 (beş) ədəd «DVD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınmalıdır. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1 və 228.2.2-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.2.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 13 yanvar 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri “həbs” qətimkan tədbiri ilə əvəz edilsin və o, məhkəmə iclas zalında həbsə alınsın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd 16 kalibrli İJ-5 modelli ov tüfəngi, 01 ədəd üzərində nömrəsi qeyd olunmayan “Revolver” markalı tapança, 11 ədəd 7,62x54 kalibrli patronlar, 06 ədəd ov tüfənginə məxsus patronları, 9x12 mm kalibrli 05 ədəd patronlarla birlikdə içərisində 9x12 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş daraq olan 01 ədəd XA-8368 seriya nömrəli 9 mm kalibrli «Makarov» konstruksiyalı yivli odlu silah hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-nin maddi sübutların saxlanması otağında saxlanılan 01 ədəd uzun tiyəli bıçaq hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 05 (beş) ədəd «DVD» diskin cinayət işinin materiallarında saxlanılması nəzərə alınsın. İş üzrə 95,50 (doxsan beş manat 50 qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-78/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-78/2025
03.03.2026 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver