Məhkəmə qərarları › İş №1(021)-79/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-79/2021

26.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-79/2021 26.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X2, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1986-cı il tarixdə Yevlax şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, ali təhsilli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri sеçilmiş təqsirləndirilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 09 dekabr 2020-ci il tarixdən 23 dekabr 2020-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 15 dekabr 2020-ci il tarixdə saat 10:00 radələrində yaşadığı Yevlax şəhəri Xəqani küçəsi mənzil 4 ünvanında yerləşən evi qanunsuz olaraq tərk edib Bərdə şəhərinə gələrək sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmış, 15 dekabr 2020-ci il tarixdə saat 10:30 radələrində “COVİD-19” (koronavirus) pandemiyası ilə bağlı Bərdə şəhəri Heydər Əliyev prospekti ərazisində qurulmuş stasionar postda xidmət aparan Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılmışdır. Cinayət işi 16 dekabr 2020-ci il tarixdə fakta görə Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı Rəcəb Cəbrayılov tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsi ilə başlanmışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 01 dekabr 2020-ci il tarixdə o, ətrafında olan insanların “COVİD-19” görərək, “COVİD-19” virusuna yoluxmağından şübhələnib Yevlax RMX-na yahma analizi verməyə getmişdir. Lakin həmin vaxt götürülən analizlərin sayının çoxluğu ilə əlaqədar olaraq çöplərin olmaması nəticəsində o, analiz verə bilməmişdir. Bundan sonra eyni qaydada bir neçə gün Yevlax RMX-na getdim. 04 dekabr 2020-ci il tarixdə o, kompyuter tomoqrafiyasından keçmişdir. Bu zaman hər hansı bir xəstəlik onda aşkar olunmamışdır. 05 dekabr 2020-ci il tarixdə Yevlax RMX-da onun özünü yaxşı hiss etməyilə əlaqədar analiz götürülməmiş, analiz çöplərinin isə ağır xəstələr üçün olması bildirilmişdir. Sonra isə o, yenidən dəfələrlə xəstəxanaya müraciət etmişdir. Nəhayət 07 dekabr 2020-ci il tarixdə o, “COVİD-19” virusundan analiz verə bilmişdir. O, analiz verdikdən sonra evə qayıtmışdır. Yevlax RMX-dan sahə həkimi ona zəng edərək “COVİD-19” xəstəsi olmağını, özünü necə hiss etməyini demişdir. O, isə özünü yaxşı hiss etməyini həkimə demiş, bundan sonra isə ona xəstəliklə bağlı Yevlax rayon Polis Şöbəsindən və “TƏBİB”-dən hər hansı bir “SMS” bildiriş gəlməmişdir. Xəstəliyilə əlaqədar olaraq ona hər hansı bir dərman preparatı müalicə oluna bilməsi üçün göndərilməmişdir. Yaşadığı ev sakinlərindən isə analiz götürülməmişdir. O, özündə xəstəliyin simptomlarını hiss etmədiyindən çölə çıxmaq qərarına gəlmişdir. O, 15 dekabr 2020-ci il tarixdə saat 10:00 radələrində idarə etdiyi “X7” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Bərdə şəhəri Üzeyir Hacıbəyov küçəsində yerləşən bacısına məxsus olan evə yollanmışdır. Bacısı Rusiyada yaşadığı üçün evə o, nəzarət etmişdir. Bu zaman saat 10:30 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində yerləşən stansionar polis postunda onu polis əməkdaşları portativ kompyuter vasitəsi ilə yoxlamışlar. Onun aktiv “COVİD-19” xəstəsi olmağı aşkar edilmışdır. Bundan sonra hadisə yerinə ilk növbədə polis əməkdaşları və sonradan isə həkim gəlmiş, onun iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Bundan sonra isə onu həkim evinə aparmışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək bildirmişdir ki, 15 dekabr 2020-ci il tarixdə saat 10:30 radələrində o, Bərdə şəhəri Heydər Əliyev prospektində “COVİD-19” xəstəliyinin kəskin yayılması ilə əlaqədar olaraq qurulan stansionar polis postunda xidmət aparmışdır. Onun həmin postda konkret olaraq vəzifəsi digər polis əməkdaşları ilə birgə icazəsiz rayonlar arası gediş-gəlişin qarşısını alaraq və aktiv “COVİD-19” xəstələrini müəyyən edib evlərinə qaytaraq “COVİD-19” (koronavuris) xəstəliyinin yayılmasının qarşısını almaq olmuşdur. Həmin vaxt o, planşet vasitəsiə yoxlanış apararkən “COVİD-19” (koronavuris) xəstəsi kimi rəsmi qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Xəqani küçəsi mənzil 4 ünvanında yerləşən evini tərk edib Bərdə rayonuna gəlməsi müəyyən edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs planşet vasitəsilə yoxlandıqda aktiv “COVİD-19” (koronavuris) xəstəsi olması müəyyən edilmişdir. Bundan sonra onun, Yevlax RMX-nin həkimi Şahid3, İTB-nin polis nəfəri Şahid2 və Şahid4, hal şahidləri və Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerinə baxış keçirilmişdir. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhərindən Bərdə şəhərinə xaricdə yaşayan bacısının evinə baş çəkmək üçün gəlməsini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həkim müşayəti ilə yaşadığı evə yola salınmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək bildirmişdir ki, 15 dekabr 2020-ci il tarixdə saat 10:30 radələrində o, Bərdə şəhəri Heydər Əliyev prospektində “COVİD-19” xəstəliyinin kəskin yayılması ilə əlaqədar olaraq qurulan stansionar polis postunda xidmət aparmışdır. Onun həmin postda konkret olaraq vəzifəsi digər polis əməkdaşları ilə birgə icazəsiz rayonlar arası gediş-gəlişin qarşısını alaraq və aktiv “COVİD-19” xəstələrini müəyyən edib evlərinə qaytaraq “COVİD-19” (koronavuris) xəstəliyinin yayılmasının qarşısını almaq olmuşdur. Həmin vaxt, xidmət yoldaşı Şahid1 planşet vasitəsiə yoxlanış apararkən “COVİD-19” (koronavuris) xəstəsi kimi rəsmi qeydiyyatda olan Təqsirləndirilən şəxs yaşadığı Yevlax şəhəri Xəqani küçəsi mənzil 4 ünvanında yerləşən evini tərk edib Bərdə rayonuna gəlməsi müəyyən edilmişdir. Bu zaman Təqsirləndirilən şəxs planşet vasitəsilə yoxlandıqda aktiv “COVİD-19” (koronavuris) xəstəsi olması müəyyən edilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs həkim müşayəti ilə yaşadığı evə yola salınmışdır. İş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində Şahid1 və Şahid2 ifadəsində göstərdiyi xüsusatları təstiq edərək onun ifadəsinə uyğun ifadə vermişdir. Məhkəmə istintaqı zamanı Şahid5 ifadə verərək bildirmişdir ki, Təqsirləndirilən şəxs o 4- 5 ilə yaxındır tanıyır, Zamiq ilə onun dostluq münasibəti var. 15 dekabr 2020-ci il tarixdə saat 10 radələrində o, Bərdə rayonu Hacallı kəndindən SMS icazə götürdükdən sonra yola kənarına Bərdə şəhərinə bazara getmək üçün çıxmışdır. Bu zaman yoldan keçən avtomobillərə əl eləmişdir. Həmin vaxt “X7” markalı ** SK *** dövlət qeydiyyat nişanlı avtomobili ilə Zamiq yoldan keçirmişdir. O, Zamiqədə əl etmiş və Zamiq onu tanıyıb avtomobili saxlamışdır. Bundan sonra o, Zamiqin avtomobilində Bərdə şəhərinə yollanmışdır. Bərdə şəhərinin girişində, Heydər Əliyev prospektində qurulan stansionar polis postunda onu və Zamiqi yoxlamışlar. O, həmin vaxt problemsiz postdan keçə biləcəyini demişlər. Lakin bu zaman Təqsirləndirilən şəxs aktiv “COVİD-19” xəstəsi kimi qeydiyyatda olması müəyyən edilmişdir. Bundan sonra hadisə yerinə müstəntiq gəlmiş və onu baxışda hal-şahidi qismində etməyini demişdir. O, razılaşdıqdan sonra, baxış o, Bərdə rayon X4 Təhlükəsizlik Bölməsinin sahə rəisi Şahid1, polis əməkdaşları Şahid2, Şahid4 həkim Şahid3, digər hal şahidi və Təqsirləndirilən şəxs özü iştirak etmişdir. Baxış zamanı aktiv “COVİD-19” xəstəsi olan Təqsirləndirilən şəxs Yevlax şəhərində yerləşən yaşadığı evi tərk edib Bərdə şəhərinə bacısının evinə baş çəkmək üçün gəlməsi müəyyən edilmişdir. Baxış zamanı şifahi sorğuda Təqsirləndirilən şəxs evdən bacısının evinə baş çəkmək üçün tərk etməsini, evdən çıxdıqda məsuliyyət daşıyacağını bilməməsini bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid6 ifadə verərək bildirmişdir ki, 15 dekabr 2020-ci il tarixdə saat 10 radələrində o, Bərdə rayonu Hacallı kəndindən SMS icazə götürdükdən sonra yola kənarına Bərdə şəhərinə bazara getmək üçün çıxmışdır. Stasionar postdan keçərkən dayısı oğlununda orada olduğunu görüb dayanmışdır. Bu zaman polis əməkdaşları “X7” markalı **-SK-*** dövlət qeydiyyat nişanlı avtomobili yoxlayarkən adını sonradan bildiyi Təqsirləndirilən şəxs Covid 19 xəstəsi kimi qeydiyyatda olduğu müəyyən edilmişdir. Hadisə zamanı heç bir mübahisə baş vermədəyini qeyd etmişdir. İş materiallarında olan 02 dekabr 2020-ci il tarixdə tərəfimdən tərtib edilmiş baxış protokoluna və fotocədvələ əsasən müəyyən edilmişdir ki, “Covid 19“ virus infeksiyasına yoluxaraq ev şəraitində izolyasiya olunub müalicəsini davam etdirməli olan Təqsirləndirilən şəxs 15 dekabr 2020-ci il tarixdə saat 10 radələrində Yevlax şəhəri Xəqani küçəsi mənzil 4 ünvanında yerləşən yaşadığı evi qəsdən tərk edərək Bərdə şəhərinə gəlmiş, həmin gün saat 10:30 radələrində Bərdə şəhəri Heydər Əliyev prospektində stansionar polis postunda yoxlama aparan polis əməkdaşları tərəfindən saxlanılmışdır. İş materiallarında olan Yevlax rayon mərkəzi xəstəxanasından daxil olmuş 26 yanvar 2021-ci il tarixli 02-02-57/21 nömrəli məktuba əsasən müəyyən edilmişdir ki, Yevlax şəhəri Xəqani küçəsi mənzil 4 ünvanında yaşayan xx xxxxxx 1986-cı il təvəllüdlü Təqsirləndirilən şəxs COVİD-19 virusunun yoxlanılması üçün yaxma götürülmüş və 09 dekabr 2020-ci il tarixdə pozitiv aşkar edilmişdir. Odur ki, ailə həkimi tərəfindən infeksiyanın yoluxması barədə vətəndaşa məlumat verilmiş və 14 gün müddətində həkim nəzarəti ilə ev izoliasiyasında olması bildirilmişdir. İş materiallarında olan 04 yanvar 2021-ci il tarixli Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. İş materiallarında olan Yevlax şəhər 1 nömrəli sahə inzibati dairəsindənin 18 yanvar 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Yevlax şəhəri, Xəqani küçəsi ev 4-də qeydiyyatda olmaqla yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 09 dekabr 2020-ci il tarixdə “COVİD-19” xəstəliyinin daşıyıcısı kimi rəsmi qeydiyyata alınmasına və 09 dekabr 2020-ci il tarixdən 23 dekabr 2020-ci il tarixədək ona evdə müalicə təyin edilməsinə və evdə müşahidə edilməyə dair iltizam qəbul etməsinə baxmayaraq, 15 dekabr 2020-ci il tarixdə saat 10:00 radələrində yaşadığı Yevlax şəhəri Xəqani küçəsi mənzil 4 ünvanında yerləşən evi qanunsuz olaraq tərk edib Bərdə şəhərinə gələrək sağlam şəxslərlə ünsiyyət yaratmaqla karantin rejiminin qaydalarını pozaraq “COVİD-19” xəstəliyinin yayılması üçün real təhlükə yaratmışdır. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddənin sanksiyasında nəzərdə tutulmuş cərimə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X5rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsinə əsasən hadisələrin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayətin törədilməsi Təqsirləndirilən şəxs əməlini yüngülləşdirən haldır. Bundan başqa 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs məsuliyyətini ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını, eləcə də törədilən cinayətin sanksiyasında ola cərimə cəzasına münasibətdə şəxsin maddi vəziyyətini nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 139-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan cərimə növündə cəzanın təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində cərimə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut, xüsusi müsadirə olunası əmlak, mülki iddia, ekspertiza xərci yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 139-1.1ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinsin və o, 2500 (iki min beş yüz) manat cərimə cəzasına məhkum edilsin. Hökmün icrasına nəzarət oğlunun Yevlax rayon İcra və probasiya şöbəsinə həvalə edilsin. Təqsirləndirilən şəxs barədə seçilmiş “başqa yerə getməmək haqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar