Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-79/2022 11.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1989-cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə şəhəri H.Aslanov küçəsi ev 76da qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialına açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 10.03.2022-ci il tarixdə saat 18 radələrində Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən Hətəm Şərifova məxsus fərdi yaşayış evinin qarşısında Bərdə rayonu Divanlı kəndində yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı başı ilə bir dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə qəsdən vuraraq sonuncuya sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin qançırı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla uzun müddət qonşuluqda yaşamışdır. Aralarında əvvəllər hər hansı bir ədavət və düşmənçiliyi olmamışdır. O təxminən 10 ildir ki, Zərərçəkmiş şəxs sələmə pul götürərək, vaxtı-vaxtında qaytarmışdır. Lakin bir il əvvəl Şahindən 3000 manat pul sələmə götürmüşdür və həmin pulu faizi ilə birlikdə 4350 manat Şahinə pul qaytarmışdır. Buna baxmayaraq Şahin ona borclu olduğunu bildirərək mütamadi olaraq onu narahat etmişdir. 10.03.2022-ci il tarixdə saat 18:20 radələrində o yaşadığı evin həyətində yerləşən avtomobil təmiri sexində olan zaman Zərərçəkmiş şəxs onun işlədiyi sexə getmişdir və onu öz yanına çağırmışdır. O Şahinin yanına getmiş və bu zaman Şahinin sərxoş olduğunu görmüşdür, həmin vaxt Şahin onun 2000 manat borclu olduğunu demişdir, bu zaman o Şahinə borclu olmadığını və pullarını geri qaytardığını demişdir, bundan sonra Şahin onunla qonşuluqda yerləşən atası evinə dəvət etmişdir və orada dəftəri olduğunu demişdir, bundan sonra o Şahinin ata evinin qarşısına getmiş və dəftəri gətirməsini istəmişdir, lakin Şahin ona həyətə keçməsini demişdir, lakin o həyətə keçməyəcəyini bildirmiş, həmin vaxt Şahin onu nalayiq sözlərlə söyüb təhqir etmişdir və onun sinəsindən tutaraq sifət nahiyəsinə yumruqla vurmaq istəmişdir, lakin o Şahinin onu vurmasına imkan verməmiş, sonra isə başı ilə Şahinin sifət nahiyəsinə bir dəfə vuraraq ona xəsarət yetirmişdir, həmin vaxt yanında olan Bəhruz adlı şəxs onları aralamışdır və onu öz yaşadığı ev istiqamətində aparmışdır. Sonra isə onlar arasında heçbir mübahisə olmamışdır. Onun Zərərçəkmiş şəxs vurmasına səbəb onu nalayiq söyüşlərlə söyüb təhqir etməsi olmuşdur. Həmin vaxt onun yanında qonşuluğunda yaşayan Bəhruz adlı şəxs olmuşdur və o baş verən hadisənin şahidi olmuşdur. Şahinlə arasında baş vermiş dava təxminən 5-6 dəqiqə ərzində davam etmiş və mübahisə zamanı ərtafda kənar şəxslər olmamışdır. O, özünü təqsirli bilməyərək məhkəmədən ədalətli cəza verilməsini xahiş etdi. Cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspertin rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, Zərərçəkmiş şəxs məhkəmə iclasında ifadəsində göstərdi ki, o, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O, Bərdə şəhərində yaşayan Səxavət adlı şəxsi təxminən bir neçə ildir ki, tanıyır, onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. Təxminən iki ildir ki, Təqsirləndirilən şəxs ona 2000 manat borcu vardır, lakin buna baxmayaraq o bir neçə dəfə Səxavətdən pulunu istəsə də Səxavət müxtəlif bəhanələrlə pulu verməkdən yayınmışdır. Buna görədə o, 10.03.2022-ci il tarixdə saat 18:20 radələrində Səxavətin yaşadığı Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən evinə getmiş və Səxavəti çağıraraq ondan pulunu istəmişdir, həmin vaxt Səxavət ona borcunu qaytardığını demişdir və buna görədə onlar arasında sözlə mübahisə yaranmış və mübahisə zamanı Səxavət qəflətən başı ilə onun sifət nahiyyəsinə bir dəfə qəsdən vuraraq ona xəsarət yetirmişdir, həmin vaxt Səxavətin yanında olan tanımadığı şəxs Səxavəti ondan aralayaraq yaşadığı evin darvazasından içəri keçirtmişdir, bundan sonra onun sağ qaş və sağ göz nahiyələrində xəsarətlər olduğu üçün o, Bərdə rayon mərkəzi xəstəxanasına ilkin tibbi yardım üçün müraciət etmişdir, sonra isə 11.03.2022-ci il tarixdə o Səxavətin onu döyməsi barədə Bərdə rayon polis şöbəsinə ərizə ilə müraciət etmək qərarına gəlmişdir. Təqsirləndirilən şəxsla aralarında baş vermiş mübahisə Bərdə şəhəri H.Aslanov küçəsində yerləşən sonuncunun yaşadığı evin qarşısında olmuş və təxminən 3-5 dəqiqə ərzində davam etmişdir. Həmin vaxt kənar şəxslər toplaşmamışdır. Hazırda Təqsirləndirilən şəxs oğlu ilə barışmadığını və şikayətçi olduğunu bildirərək, ona ağır cəza verilməsini xahiş etdi. Məhkəmə iclasında ifadə vermiş şahid Şükürlü X1 Səxavət Rəşid oğlu ilə eyni məzmunlu ifadə verərək Zərərçəkmiş şəxs 10.03.2022-ci il tarixdə Təqsirləndirilən şəxs yaşadığı evin qarşısına gəldiyini və Təqsirləndirilən şəxsla orada sözlə mübahisə etdiyini sonra isə aralarında baş vermiş mübahisə zamanı Təqsirləndirilən şəxs başı ilə bir dəfə qəsdən Zərərçəkmiş şəxs sifət nahiyəsinə vurduğunu bildirdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 8-9-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X2 məhkəmətibb ekspertizasının 12.03.2022-ci il tarixli 170 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ qaş nahiyəsinin əzilmiş yarası, sağ gözətrafı nahiyənin qançırı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 10.03.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 50-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümyəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakteriza olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-58-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 20.10.2017-ci il tarixli 1(021)155/2017 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilmiş və o, cinayət məsuliyyətindən azad edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 51-52-ci vərəqələrində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs oğlunun məhkumluğu yoxdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə belə hesab edir ki, ibtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs oğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və o, qeyd edilən maddə ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun məhkumluğunun olmamsaını, yaşayış yerindən müsbət xarakterizə olunmasını, gənc olmaasını cəzasını yüngülləşdirən hallar kimi qiymətləndirir. Təqsirləndirilən şəxs oğlu barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Qeyd olunanları nəzərə almaqla məhkəmə, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs oğlunu azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəzalar cəzanın məqsədini təmin edir. İş üzrə maddi sübut, məhkəmə xərcləri və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Hökmdən, elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə, 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-79/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-79/2022
11.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver