Məhkəmə qərarları › İş №1(021)-79/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-79/2023

24.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-79/2023 24.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi X1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1968-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Bərdə rayonu Kətəlparaq kəndində yaşayan barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs nəqliyyat vasitələrini idarə etmək hüququ olmadan ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2022-ci il tarixdə, saat 21:20 radələrində "X4" Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərini pozaraq nəqliyyat vasitələrini idarə etmək hüququ, yəni sürücülük vəsiqəsi olmadan idarə etdiyi VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Yevlax- Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Kətəlparaq kəndi ərazisindən keçən 38-ci kilkometrliyində Ağdam rayonu istiqamətində hərəkətdə olarkən "X4" Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərini pozaraq, yəni sürücü hərəkət üçün təhlükə yarandığını gördükdə nəqliyyat vasitəsinin surətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda bunu etməyərək yolu soldan sağa doğru keçən piyada Zərərçəkmiş şəxs ehtiyyatsızlıqdan yolun sağından soluna doğru 1 metr məsafədə avtomobilinin qabaq hissəsi ilə vuraraq ona sol qaşın, ənsə nahiyəsinin əzilmiş yaraları, sağ bazu sümüyü boynunun yerdəyişmiş sınığı ilə müşayiət olunan sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətlər almasına səbəb olan yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki,hadisə zamanı idarə etdiyi VAZ 21154 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil ona məxsusdur. Lakin sürücülük vəsiqəsi yoxdur. xx.xx.2022-ci il tarixdə saat 21:30 radələrində dostu Şahid Bakı şəhərindən onlara qonaq gəlmişdir. Onu Bərdə şəhərində qarşılayıb birlikdə Yevlax-Ağdam-Laçın avtomobil yolu ilə Bərdə şəhərindən Ağdam rayonu istiqamətində yaşadığı Bərdə rayonu Kətəlparaq kəndinə VAZ 21154 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil 40-50 km\saat sürətlə gedərkən Kətəlparaq kəndi ərazisindən keçən hissəsinə çatan zaman 2 nəfər piyadanın yolun solunda dayandığını görmüşdür. Yolun Kətəlparaq kəndindən keçən hissədə təmir olunur, Ağdam rayonu istiqamətində asfalt örtüyü salınsa da , Bərdə şəhəri istiqamətində yol çınqıldandır. Hər iki istiqamət üçün yol Ağdam rayonu istiqamətində olan hissədən təşkil olunmuşdur. Onlara çatmağa 5-10 metr qalmış yolun sol tərəfindən sonradan həmkəndlisi Zərərçəkmiş şəxs olduğunu öyrəndiyi şəxs yolun hərəkət hissəsinin kənarından qum-çınqıl yol ilə yeni çəkilmiş yolun sərhəddində yerləşən kəndiri qaldırıb ani olaraq qaça-qaça yolu soldan sağa doğru keçmişdir. Dərhal əyləci sıxmışdır, lakin qəzadan yayaınmaq mümkün olmamışdır. Avtomobilin qabaq tərəfi ilə Qədirin sağ tərəfindən vurmuş, Qədir yerə yıxılmışdır. Dərhal avtomobili saxlayarq Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərib X7 Xidmətinə müraciət etmişdir. Avtomobilini hadisə yerində saxlayıb Zərərçəkmiş şəxs X7 avtomobili ilə Bərdə rayon Diaqnostika Mərkəzinə aparmışdır. Daha sonra özü hadisə yerinə qayıdıb polis əməkdaşlarının gəlməsini gözləmişdir. Qəzadan əvvəl spirtli içki qəbul etməmişdir, avtomobildə yük və nasazlıq olmamışdır. Avtomobildə 1 nəfər sərnişin olmuşdur. Zərərçəkmiş şəxsla əvvələr aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Hazırda zərəçəkmiş şəxslə barışmışdır, ona dəymiş ziyanlığı ödəmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin, şahidin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Əvvəllər aralarında heç bir düşmənçilik və ədavət olmamışdır. Yevlax-Ağdam-Laçın yolu yaşadığı Kətəlparaq kəndinin ortasından keçir. xx.xx.2022-ci il tarixdə saat 21:20 radələrində evdən piyada çıxıb həmin yolun digər tərəfində yerləşən mağazaya getmək istəmişdir. Bərdə şəhərindən gələn avtomobillərin yaxınlaşdığını görüb yolu surətli keçmək istəyəndə Ağdam rayonu istiqamətində gələn avtomobilə fikir verməmişdir. Nəticədə Təqsirləndirilən şəxs idarə etdiyi VAZ 21154 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq tərəfi ilə sağ ayaq nahiyəsindən onu vurmuşdur. Zərbənin təsirindən yerə yıxılmışdır. X5 mərkəzinə aparmışlar. Qəzadan əvvəl spirtli içki qəbul etmişdir. Təqsirləndirilən şəxsla barışmışdır, Tofiq onun bütün xəstəxana xərclərini ödəmişdir. Həmçinin Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirdi. İbtidai istintaqa bu barədə vermiş olduğu ərizəni bir daha yazılı qaydada təsdiq edərək eyni məzmunlu ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında iş üzrə Şahid bildirdi ki, Təqsirləndirilən şəxs onun dostudur. xx.xx.2022-ci il tarixdə Bakı şəhərindən Bərdə şəhərinə qonaq gəlmişdir. Həmin gün saat 21 radələrində Tofiq onu Bərdə şəhərində qarşılamışdır. Tofiqlə idarə etdiyi VAZ 21154 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə yaşadığı evə gedərkən Yevlax- Ağdam-Laçın yolunun Kətəlparaq kəndindən keçən hissəsində iki nəfər şəxs yolun çınqıl olan hissəsindən yeni yola aradakı ipi qaldırıb keçərək soldan sağa doğru qaçmağa başlamışlar. Tofiq əyləci sıxsa da yer yaş olduğundan tormoz tam tutmamış və avtomobil sürüşərək qabaq tərəfi ilə ikinci keçən piyadanı vurmuşdur. Tofiq dərhal avtomobili saxlamış, birlikdə vurulan piyada ilkin yardım göstərmişlər. X8 avtomobili ilə X5 mərkəzinə aparmışdır. Avtoqəza nəticəsində heç bir xəsarət almamışdır. Cinayət işinin 1-ci vərəqəsində olan cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işinin başlanmasına əsas və səbəb xx.xx.2022-ci il tarixdə, saat 21:20 radələrində Yevlax-Ağdam-Laçın avtomobil yolunun Bərdə rayonu Kətəlparaq kəndi ərazisindən keçən 38-ci kilometrliyində, sürücü Təqsirləndirilən şəxs idarə etdiyi “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobillə Ağdam rayonu istiqamətində hərəkətdə olan zaman, yolu sol hissəsinin kənarından sağ hissəsinin kənarına doğru istiqamətdə keçən piyada, Zərərçəkmiş şəxs avtomobilin qabaq hissəsi ilə vurmuş, nəticədə piyada Zərərçəkmiş şəxs xəsarət alaraq Bərdə rayon Diaqnostika Mərkəzinə müraciət etməsi barədə toplanmış material olmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi başlanmışdır. Cinayət işinin 49-cu vərəqəsində olan əməlin tövsif edilməsi haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.1-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə əməl həmin Məcəllənin 263-1.1-ci maddəsinə tövsif edilmişdir. Cinayət işinin 86-87-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 100-cü vərəqəsində olan 13 fevral 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 6-13-cü vərəqələrində olan yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi haqqında xx.xx.2022-ci il tarixli Protokoldan görünür ki, yol-nəqliyyat hadisəsi baş vermiş avtomobil yolu asfaltbeton örtükdən ibarət olmaqla səthi hamardır, yol düzdür, hadisə baş verən zaman avtomobil yolu çiskin yağış yağdığından nəm, yəni yaş vəziyyətdə olmuşdur. Yol-nəqliyyat hadisəsi Yevlax-Ağdam-Laçın yolunun Bərdə rayonu Kətəlparaq kənd ərazisindən keçən 38-ci kilometrliyində baş vermişdir. Avtomobil yolu iki istiqamətlidir, yol Ağdam rayonu və Bərdə şəhəri istiqamətində avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuşdur. Ağdam rayonu istiqamətinin yolun sağından birinci dərəcəli yola 2-ci dərəcəli Bərdə rayonu Kətəlparaq kənd yolu birləşir. Yol örtüyünün ümumi eni 8.60 metrdir. Ağdam rayonu istiqamətində yolun sağında 3.0 metr enində yol çiyni, Bərdə şəhəri istiqamətində isə 6.0 metr enində qum-çınqıl yol yerləşir. Yol yeni çəkildiyi üçün hərəkət istiqamətləri ayrılmamışdır. Hadisə yerinə baxış zamanı müəyyən edilmişdir ki, “Vaz 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil Ağdam rayonu istiqamətində, yolun sağ kənarından, sol kənarına doğru 1.0 metr məsafədə piyada Zərərçəkmiş şəxs vurmuşdur. Hadisə baş vermiş ərazidə sürət həddi 60 km/saat sürətlə məhdudlaşdırılmışdır. Cinayət işinin 38-40-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertizası və X2” X3 xx.xx.2022-ci il tarixli 950 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol qaşın, ənsə nahiyəsinin əzilmiş yaraları, sağ bazu sümüyü boynunun yerdəyişmiş sınığı, küt əşyanın(əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilərdilər, törənmə müddəti qərarda göstərilən xx.xx.2022-ci il tarixə uyğun gəlir və sağlamlığın uzun müddət pozulmasına səbəb olan sağlamlığa az ağır vurmaya aiddirlər. Cinayət işinin 34-37-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 23 noyabr 2022-ci il tarixli 8/3083 nömrəli rəyindən görünür ki, VAZ 21154 markalı **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində «X4» Azərbaycan Respublikası Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X4» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. (Ekspertiza xərci 85 manat təşkil edir). Cinayət işinin 159-163-cü vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin Məhkəmə-yol nəqliyyat hadisəsi ekspertizasının 22 iyun 2023-cü il tarixli 8/1692 nömrəli rəyindən görünür ki; VAZ-21154 markalı, 26BB061 dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində "X4" Azərbaycan Respublikasının Qanununun 50-ci maddəsinin 1-ci hissəsinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sürücülük vəsiqəsi olmadan idarə etdiyindən onun hərəkətlərində «X4» Azərbaycan Respublikası Qanununun 33-cü maddəsinin 4-cü hissəsinin tələblərinə uyğunsuzluq olmuşdur. Rəyin tədqiqi hissəsində göstərilən səbəblərə görə avtomobilin yaxın fara işıqlarında belə piyada sürücü Təqsirləndirilən şəxs görünüş dairəsində olmuşdur. Yuxarıda aparılmış hesabatlarda və 23112022-ci il tarixli 8/3083 N-li rəyin tədqiqi hissəsində yolun yaş vəziyyətinə uyğun avtomobilin texniki parametrləri nəzərə alınmaqla hesabat aparılmışdır. (Ekspertiza xərci 85 manat təşkil edir). Cinayət işinin 52-53-cü vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında xx.xx.2023-cü il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 18-cı vərəqəsində olan 28 oktyabr 2022-ci il tarixli 1339 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs hadisə zamanı sərxoş vəziyyətdə olmuşdur. Cinayət işinin 19-cu vərəqəsində olan 28 oktyabr 2022-ci il tarixli 1340 nömrəli sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs sərxoşluq əlaməti müəyyən edilməmişdir. Cinayət işinin 15-ci vərəqəsində olan AD № 699372 nömrəli Nəqliyyat vasitəsinin qeydiyyat şahədətnaməsinin surətindən görünür ki, «VAZ 21154» minik markalı 26BB061 dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 60-cı vərəqəsində olan xx.xx.2023-cü il tarixli qərardan görünür ki, “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil maddi sübut hesab edilmişdir. Cinayət işinin 61-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli qəbzdən görünür ki, “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil sahibi Təqsirləndirilən şəxs təhvil verilmişdir. Cinayət işinin 125-ci vərəqəsində olan Zərərçəkmiş şəxs 21 yanvar 2023-cü il tarixli notarial qaydada təsdiq olunmuş ərizəsinin surətindən görünür ki, Təqsirləndirilən şəxs ilə barışmışdər, ona qarşı heç bir şikayət, iddia və tələbi yoxdur. Cinayət işinin 74-77-ci vərəqəsində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobil iş üzrə maddi sübut kimi tanınmış və Təqsirləndirilən şəxs həmin avtomobilin mülkiyyətçisi kimi tanınmışdır. Cinayət işinin 69-cu vərəqəsində olan Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X9 “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X9 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə Rayon Mərkəzi Xəstəxanası” X6 poliklinikasının narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 66-ci vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Kətəlparaq kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 33-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunması, ailəli olmasını, zərərçəkmiş şəxslə barışmasını, 1-ci Qarabağ müharibəsinin iştirakçısı olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 13 fevral 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 13 fevral 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs daimi yaşayış yerinin olmasını, zərərçəkmiş şəxslə barışıq əldə etməsini, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs 170 (85 manat+ 85 manat) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263-1.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 01 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs 170 (bir yüz yetmiş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. “VAZ 21154” minik markalı, **-BB-*** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs qaytarılması nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar