Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-79/2025 24.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X5 iclas kaitbliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi İsayeva Xanım Yusif qızının iştirakları ilə, Təqsirləndirilən şəxs xx.xx.1989-cu il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, məhkumluğu olmayan, işləməyən, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPMnin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 11 mart 2025-ci il tarixdə saat 23:33 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,65 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, ünvan 1 ünvanında atası X6 və anası X7 ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə işləmir. O, təxminən 1 (bir) il olar narkotik vasitə olan marixuandan çəkmə yolu ilə istifadə edir. Mahiyyəti üzrə bildirmişdir ki, 11 mart 2025-ci il tarixdə, təxminən saat 23 radələrində o, tək olaraq yaşadığı Bərdə şəhəri, Xəqani küçəsi ilə Bərdə şəhəri, Koroğlu küçəsi istiqamətində hərəkətdə olarkən yaşadığı Xəqani küçəsində olan zaman yerdə 1 (bir) ədəd kibrit qutusunu görmüşdür. Həmin kibrit qutusu onu cəlb etdiyi üçün kibrit qutusunu götürüb içərisinə baxan zaman kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün qurudulmuş marixuananın olduğunu görmüşdür. O, həmin 1 (bir) ədəd kibrit qutusunu əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibinə qoyub oradan Koroğlu küçəsi istiqamətində hərəkətdə olmuşdur. Həmin narkotik vasitədən heç kimə satmaq və pay vermək fikri olmamışdır. Qeyd edilən narkotik vasitə olan qurudulmuş marixuananı üzərində saxlamaqda məqsədi şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin həmin narkotik vasitənin üzərində olması barədə heç kimin məlumatı olmamışdır. 11 mart 2025-cü il tarixdə, təxminən saat 23:20 radələrində o, tək olaraq Koroğlu küçəsində hərəkətdə olarkən həmin vaxt 3 nəfər mülki geyimdə polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Bərdə rayon polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə olmasında şübhəli olduğundan üzərinə vidoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt o, polis əməkdaşlarına üzərinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra mülki geyimdə olan özünü təqdim etmiş polis baş leytenantı Hacı müəllim ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməyini dedikdən sonra o, könüllü olaraq əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibində saxladığı içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin vaxt polis baş leytenantı Hacı müəllim digər mülki geyimdə olan polis əməkdaşlarının və onun iştirakı ilə qeyd etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisinə baxış keçirilən zaman kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananın olması aşkar edilmişdir. Bundan sonra polis baş leytenantı Hacı müəllim tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusu elektron tərəzidə çəkilərkən ümumi çəkisi 9,59 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra polis baş leytenantı Hacı müəllim tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyaraq qablaşdırılmış və zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürləndikdən sonra polis baş leytenantı Hacı müəllim tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə yoxlama və götürülmə aparılan zaman üzərindən qanunla qadağan edilmiş hər hansı bir əşya və predmet aşkar olunmamışdır. Bununla da onun üzərinə yoxlama və götürülmə aparılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra polis əməkdaşları tərəfindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. O, polis şöbəsinin inzibati binasında olan zaman Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Yusif müəllim tərəfindən şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona dövlət hesabına Bərdə rayon Vəkil Bürosunun vəkili Ayna xanım təqdim olunmuşdur. Polis əməkdaşı Yusif müəllim tərəfindən vəkili Ayna xanımın iştirakı ilə ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt polis baş leytenantı Hacı müəllim 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 9,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu təhqiqatçı, polis mayoru Yusif müəllimə təqdim edib həmin narkotik vasitənin 11 mart 2025-ci il tarixdə, saat 23:33 dəqiqədə Bərdə şəhəri, Koroğlu küçəsində üzərində yoxlama və götürülmə aparılan zaman üzərindən aşkar edilərək götürüldüyünü demişdir. Həmin vaxt o, da könüllü olaraq qeyd olunan xüsusatları bir daha təsdiq edərək polis baş leytenantı Hacı müəllimin təqdim etdiyi içərisində ümumi çəkisi 9,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunun ona məxsus olduğunu demişdir. Bundan sonra videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürülmə keçirilsə də lakin üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Daha sonra təhqiqatçı, polis mayoru Yusif müəllim tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 9,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusu götürülmüşdür. Ona verilən şifahi sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 9,59 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusunu 11 mart 2025-ci il tarixdə yaşadığı Bərdə şəhəri, Xəqani küçəsindən yerdən tapdığını bir daha demişdir. Bununla da onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı X4 ifadəsində bildirmişdir ki, 11 mart 2025-ci il tarixdə ünvan 2 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə RPŞ-nin X2 X8 X9 Qrupunun inspektoru, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin Təminat Hissəsinin polis nəfəri sürücüsü, polis siravisi Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 11 mart 2025-ci il tarixdə saat 23:33 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Koroğlu küçəsində tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs polis kiçik leytenantı Şahid2 və polis siravisi Şahid3 iştirakları ilə tərəfindən hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edildikdən sonra polis kiçik leytenantı Şahid2 tərəfindən videoçəkilişdən istifadə edilməklə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və üstünün yoxlanılmasına dair hər hansı bir etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisinə tərəfindən baxış keçirilərkən həmin 1 (bir) kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Sonra tərəfindən Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən polis kiçik leytenantı Şahid2 və polis siravisi Şahid3 iştirakı ilə həmin narkotik vasitə olan qurudulmuş marixuna elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 9,59 qram olması müəyyən edilmişdir. Sonra tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 01 (bir) ədəd kibrit qutusu ağ rəngli kağız zərfin içərisinə qoyulmuş, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya göndərilməsi üçün zərfin üzərində qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən həmin iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və götürülmüşdür. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin Təqsirləndirilən şəxs üstündən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq üzərindən aşkar edilər götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı 11 mart 2025-ci il tarixdə yaşadığı Bərdə şəhəri, Xəqani küçəsindən yerdən tapdığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. Qeyd etmişdir ki, xx.xx.2025-ci il tarixdə saat 23:33 dəqiqədə tərəflərindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, Koroğlu küçəsində saxlanılarkən və Təqsirləndirilən şəxs üstü videoçəkiliş vasitəsi ilə yoxlanılarkən ətrafda hər hansı bir şəxs olmamışdır. Bərdə RPŞ-nin inzibati binasında olan zaman Bərdə RPŞ-nin təhqiqatçısı, polis mayoru X11 xidməti iş otağında Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin X2 X8 X9 Qrupunun inspektoru, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin Təminat Hissəsinin polis nəfəri sürücüsü, polis siravisi Şahid3 iştirakları ilə o, xx.xx.2025-ci il tarixdə, saat 23:33 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Xəqani küçəsində tərəflərindən saxlanılmasını , Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 9,59 qram narkotik vasitə qurudulmuş marixuananın götürüldüyünü və üstünün yoxlanılması barədə bildirdikdən sonra 1 (bir) ədəd ağ rəngli zərfi və 1 (bir) ədəd «DVD» diski təhqiqatçı, polis mayoru Yusif Əliyevə təqdim edib zərfin içəriçində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanın olduğunu və «DVD» diskin içərisində isə həmin narkotik vasitənin götürülməsini özündə əks etdirən videoçəkilişin olduğunu bildirmişdir. Təhqiqatçı, polis mayoru Yusif Əliyevin xidməti iş otağında olan komputerdə texniki nasazlıq olduğundan həmin «DVD» diskə baxış keçirilməsi mümkün olmadığından polis mayoru Yusif Əliyev həmin «DVD» diskin içərisinə köçürülmüş polis siravisi Şahid3 təqdim etdiyi mobil telefonda olan videoçəkilişə iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan qara rəngli qış gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etməsini və həmin kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini özündə əks etdirən videogörüntüyə baxış keçirmişdir. Təhqiqatçı, polis mayoru Yusif Əliyev tərəfindən Təqsirləndirilən şəxs verilən suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə yaşadığı Bərdə şəhəri, Xəqani küçəsindən tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini, hər hansı bir şəxsə təklif etmədiyini və satmadığını bildirmişdir. Bununla da polis kiçik leytenantı Şahid2 tərəfindən keçirilmiş videoçəkiliş dayandırıldıqdan sonra təhqiqatçı, polis mayoru Yusif Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması üçün dövlət hesabına Bərdə rayon vəkil Bürosundan vəkil Müdafiəçi dəvət edilmişdir. Bundan sonra Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun. Bərdə RPŞnin X2 X8 X9 Qrupunun inspektoru, polis kiçik leytenantı Şahid2 və Bərdə RPŞ-nin Təminat Hissəsinin polis nəfəri sürücüsü, polis siravisi Şahid3 iştirakları ilə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X14 tərəfindən izah edildikdən sonra tərəfindən vəkil Müdafiəçi Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə saat 23:33 dəqiqədə Bərdə şəhəri, Koroğlu küçəsində Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən yəni, tərəflərindən saxlanılması, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 9,59 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi barədə məlumat verilmişdir. Bundan sonra təhqiqatçı, polis mayoru Yusif Əliyev tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilsə də lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. İş üzrə şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin X2 X8 X9 Qrupunun inspektoru, polis kiçik leytenantı Şahid2 və Bərdə rayon polis şöbəsinin Təminat Hissəsinin polis nəfəri sürücüsü vəzifəsində işləyən Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş X1 ifadəsində bildirdiklərini təsdiq etmişlər. İş materiallarında olan xx.xx.2025-ci il tarixli “Şəxsi axtarış və götürmə aparılması haqqında” 12 mart 2025-ci il tarixli protokoldan görünür ki, Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X14 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması üçün dövlət hesabına dəvət edilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin Təminat Hissəsinin polis nəfəri sürücüsü, polis siravisi Şahid3 və vidoçəkilişin Bərdə RPŞ-nin X2 X8 X9 Qrupunun inspektoru, polis kiçik leytenantı Şahid2 tərəfindən aparılması barədə Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi məlumat verir, daha sonra təhqiqatçı, polis mayoru Yusif Əliyev tərəfindən Təqsirləndirilən şəxs 11 mart 2025-ci il tarixdə saat 23:33 dəqiqədə Bərdə şəhəri, Koroğlu küçəsində Bərdə RPŞ-nin polis əməkdaşları tərəfindən saxlanılmasını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 9,59 qram narkotik vasitə qurudulmuş marixuananın aşkar edilərək götürülməsi barədə məlumat verilir. Həmin istintaq hərəkətinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 bölməsinin xx.xx.2025-ci il tarixli, 16/259 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Bərdə şəhər sakini Təqsirləndirilən şəxs üzərindən aşkar olunan kibrit qutusunda narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,65 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 3 ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuananı əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslər dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2025-ci il tarixli, məktubdan görünür ki, xx.xx.1989-cu il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 972 nömrəli arayışlarından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 3 yaşayır. Yaşayış yeri üzrə müsbət xarexterizə olunur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 9.59 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2025-ci il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınmış qurudulmuş marixuana saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 12 mart 2025-ci il tarixli 168 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 01:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 12 mart 2025-ci il tаriхdə Təqsirləndirilən şəxs оğlu Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,65 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 11 mart 2025-ci il tarixdə saat 23:33 dəqiqədə Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Koroğlu küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan qara rəngli qış gödəkcəsinin sağ yan cibindən 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,65 qram çəkidə bitki mənşəli tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, şahidin ifadəsi və məhkəməyədək icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəyə hüquqi qiymət verərək hesab edir ki, onun özünü təqsirli bilərək əməlini bir daha etiraf etməsi iş materialları ilə tam sübut olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansı işgəncəyə məruz qalmamışdır. Yalnız müdafiəçinin iştirakı ilə ittiham aktına əlavə edilmiş sənədləri imza etmişdir. Həmin vaxt hadisənin mahiyyəti və aparılan icraat daxilində hüquq və vəzifələri ona izah olunmuşdur. Digər fakt əsasında ********* saylı cinayət işi üzrə Təqsirləndirilən şəxs barəsində Bərdə rayon məhkəməsinin 10 may 2025-ci il tarixli, 4(021)-79/2025 saylı qərarına əsasən 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və ağırlaşdıran halları, işin digər hallarını, o cümlədən barəsində digər cinayət işi üzrə həbs qətimkan tədbirinin seçilərək istintaq təcridxanasında saxlanılmasını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilməlidir. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli və həbsetmənin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilərək, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan ümumi təmiz çəkisi 6,61 qram olan narkotik vasitə - qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X3, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün çıxılmaqla və üzərində qəti olaraq 5 (beş) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri həbs qətimkan tədbiri ilə əvəz edilsin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbsetmənin əvvəli 24 iyul 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində məcburi müalicə təyin edilsin və yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 6.61 qram olan marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SVİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-79/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-79/2025
24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver