Məhkəmə qərarları › İş №1(021)-8/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-8/2022

12.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-8/2022 12.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi Müdafiəçi Köçəri oğlunun, Təqsirləndirilən şəxs iştirakları ilə, 26 iyun 1994-cü il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, Füzuli Hərbi Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1, 331.2, 332.1, 66.2, 70-ci maddələri ilə təqsirli bilinərək 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına N ay şərti sınaq müddəti ilə məhkum edilmiş, Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 229.1ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022 –ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(021)10/2021 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə ona qəti cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, məhkəmənin hökmü Azərbaycan Respublikası CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1, 315-ci maddələri ilə həmin Məcəllənin 66.2ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il həddində müəyyən edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək bu qərarla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 6 (altı) ay müddət çəxmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmış, hazırda cəzasını çəkən, məhkum olmamışdan əvvəl ünvan 1 ünvanında qeydiyyatda olan, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə qəsdən xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 25 iyul 2020-ci il tarixdə, saat 18 radələrində Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin istintaq otağında Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Şahid1 icraatında istintaq olunan ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3, 228.1 və 234.4.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində həmin cinayət iş üzrə Azərbaycan Respublikası CM-nin 221.1 və 315-ci maddələri ilə təqsirləndirilən X5 arasında müdəfiəçilərinin iştirakları ilə keçirilən üzləşdirmə istintaq hərəkəti zamanı Azərbaycan Respublikası Cinayət- Prosessual qanunuvericiliyinin tələblərinə əsasən həmin istintaq hərəkətində iştirak edən, o cümlədən hakimiyyət nümayəndəsi kimi xidməti vəzifələrini yerinə yetirməsi ilə əlaqədar Bərdə RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs sol qaş nahiyəsindən heç bir əsaslı səbəb olmadan qəsdən bir dəfə yumruqla vurub zor tətbiq edərək sonuncuya beyin silkələnməsi ilə müşayiət olunan başın alın nahiyəsinin əzilmişcırılmış yarası və sol gözətrafı nahiyənin qançırından ibarət sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığına yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsi tərəfindən Azərbaycan Respublikası CM-nin 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuşdur. 27 mart 2020-ci il tarixdə isə Bərdə rayon məhkəməsinin qərarı ilə barəsində 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. 25 iyul 2020-ci il tarixdə təxminən saat 19:00 radələrində barəsində Bərdə rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 234.1 və 221.3-cü maddələri ilə təqsirləndirlən şəxs X6 ilə onun arasında Bərdə RPŞ-nin MSY-da üzləşdirmə istintaq hərəkəti aparılmışdır. İstintaq hərəkətində o və üzləşdiyi Asif Süleymanovdan başqa, hər ikisinin Təqsirləndirilən şəxs müdafiəçisi olduğu Gəncə şəhər 1 saylı Vəkil bürosunun vəkilləri Müdafiəçi ilə digər müdafiəçisi Gəncə 1 saylı Vəkil bürosunun vəkili Şahid4, təqsirləndirlən şəxs X2 vəkili, Bərdə Vəkil bürosunun vəkili Şahid2, barəsində istintaq olunan cinayət işinin ibtidai istintaqını aparan Bərdə RPŞ-nin baş müstəntiqi Şahid1, Bərdə RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs iştirak etmişlər. İstintaq hərəkətində Şahid Abdullayev iştirak etmək istəsə də müdafiəçisi Müdafiəçi etirazı ilə o istintaq otağından uzaqlaşdırılmışdır. Həmçinin Bərdə RPŞ-nin İstintaq bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs üzləşdirmə istintaq hərəkətində iştirak etməsinin qanuni olmadığı Müdafiəçi tərəfindən bildirilsə də, o buna əhəmiyyət verməmiş və istintaq hərəkətində iştirak etmək hüququnu Azərbaycan Respublikası CPM-nin 85.6-cı maddəsi ilə əsaslandırmışdır. Üzləşdirmə istintaq hərəkəti tam obyektiv aparılmış, Təqsirləndirilən şəxs öz fikrini ifadə etmək üçün müdafiəçiləri Müdafiəçi və Şahid4 iştirakı ilə şərait yaradılmış, istintaq hərəkəti təxminən 1 saat müddətində davam etmişdir. Üzləşdirmə istintaq hərəkəti bitdikdən sonra Müdafiəçi su içmək üçün istintaq otağını tərk etmişdir. Bu zaman Bərdə RPŞ-nin İstintaq bölməsinin rəisi Zərərçəkmiş şəxs digər təqsirləndirilən şəxs X13 Aslanovun üzünə qarşı durmadığı, yəni zərərçəkmiş şəxsə atılan güllənin onun tərəfindən atılmasını demədiyinə görə "sən kişi deyilsən, sən cındırsan" sözünü işlətmişdir. Zərərçəkmiş şəxs bundan sonra ona tərəf gələrək Təqsirləndirilən şəxs qarşı irəli sürülən ittihamda özünü təqsirli bilmədiyinə, habelə törətdiyi əməli etiraf etmədiyinə görə qeyrətsiz olduğunu demişdir. Təqsirləndirilən şəxs isə buna dözməyərək Zərərçəkmiş şəxs üz nahiyəsindən sol yumruğu ilə zərbə vurmuşdur. Bundan sonra ara qarışmış, Təqsirləndirilən şəxs digər müdafiəçisi olan Babək Hüseynov istintaq otağının küncündə saxlayaraq Zərərçəkmiş şəxs uzaqlaşdırmış, onu sakitləşdirməyi bacarmışdır. Hadisədən sonra Təqsirləndirilən şəxs nə Zərərçəkmiş şəxs tərəfindən, nə də digər polis əməkdaşları tərəfindən hər hansı bir xəsarət yetirilməmişdir. Onun etdiyi əməl CM-nin 315-ci maddəsi ilə yox , CM-nın 128-ci maddəsi ilə əhatə olunmalıdır.Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 25 iyul 2020-ci il tarixdə istintaq bölməsində istintaq olunan cinayət işlərindən biri də Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3, 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə Təqsirləndirilən şəxs barəsində istintaq olunan cinayət işi olmuşdur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs 25 mart 2020-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 221.2.1, 221.2.2, 221.3-cü maddələri ilə şübhəli şəxs qismində tutulmuş, 27 mart 2020-ci il tarixdə Təqsirləndirilən şəxs həmin məcəllənin 221.3, 228.1 və 234.4.3 maddələri ilə təqsirləndirlən şəxs qismində cəlb olunmaqla onun barəsində Bərdə rayon məhkəməsinin qərarı ilə 04 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı X4 saxlanılmışdır. 08 may 2020-ci il tarixdə Fərid Alsanov barəsində istintaq olunan sözügedən ********* nömrəli cinayət işi Bərdə RPŞ-nin İB-nin baş müstəntiqi Şahid1 icraatında Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsi ilə istintaq olunan ********* nömrəli cinayət işinə birləşdirilmiş və istintaq bir icraatda ********* nömrə ilə davam etdirilmişdir. Həmin cinayət işinin ibtidai istintaqı zamanı Təqsirləndirilən şəxs Şahid1 tərəfindən Azərbaycan Respublikası CM-nin 127.2.3, 221.3, 228.1, 228.4 və 234.4.3-cü maddələri ilə cəlb edilmiş və ona həmin maddələrlə ittiham elan olunmuşdur. 18 iyul 2020-ci il tarixdə Təqsirləndirilən şəxs üzləşdirmə istintaq hərəkətinin aparılması ilə əlaqədar saxlanıldığı Gəncə 2 saylı X3 rayon polis şöbəsinin müvəqqəti saxlama yerinə köçürülmüşdür. 25 iyul 2020-ci il tarixdə saat 16:50 dəqiqədən etibarən Bərdə rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 221.3 və 315-ci maddələri ilə təqsirləndirilən digər şəxs X5 ilə Təqsirləndirilən şəxs ifadələrində əhəmiyyətli ziddiyyətlər olduğuna görə Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlanma yerinin istintaq otağında Azərbaycan Respublikası CPM-nin 235-ci maddəsinin tələblərinə uyğun olaraq üzləşdirmə istintaq hərəkəti aparılmışdır. Üzləşdirmə istintaq hərəkətində müstəntiq Şahid1, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs və Asif Süleymanovdan başqa Təqsirləndirilən şəxs müdafiəçiləri - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi, Şahid4, digər təqsirləndirilən şəxs Asif Süleymanovun müdafiəçisi - Bərdə rayon Vəkil Bürosunun vəkili Şahid2 iştirak etmişdir. O, Azərbaycan Respublikası CPM-nin 85.6-cı maddəsinin tələbləblərinə riayət edərək həmin cinayət işi üzrə Azərbaycan Respublikası CM-nin 127.2.3-cü maddəsində nəzərdə tutulmuş cinayət əməlinin kimin tərəfindən törədilməsini müəyyən etmək və cinayəti törətmiş şəxslərin ifşa edilməsini təmin etmək üçün üzləşdirmə istintaq hərəkətində iştirak etmişdir. Bundan başqa mühafizəni təmin etmək üçün Bərdə RPŞ-nin MSY-nın sabiq rəisi, polis baş serjantı Şahid3 istintaq otağının giriş qapısının önündə dayanmışdır. Üzləşdirmə istintaq hərəkəti tam, obyektiv və hərtərəfli aparılmış, təqsirləndirlən şəxslərə öz fikirlərini ifadə etmək üçün müdafiəçiləri Müdafiəçi, Şahid4 və Şahid2 iştirakı ilə şərait yaradılmışdır. İstintaq hərəkəti saat 18:30 dəqiqədə başa çatmışdır. Üzləşdirmə istintaq hərəkəti bitdikdən sonra Təqsirləndirilən şəxs müdafiəçilərindən biri Müdafiəçi su içmək üçün istintaq otağını tərk etmişdir. Bu zaman Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs 27.02.2020-ci il tarixdə onun Ülfət Əliyevə odlu silahdan atəş açıb ayaq nahiyəsindən xəsarət yetirərkən onun yanında Asif Süleymanovun da olduğunu və bu halları müşahidə etdiyini və istintaqın gedişində bu barədə Asif Süleymanovun şahid qismində təsdiqedici ifadə verdiyini Təqsirləndirilən şəxs bildirmiş, özünün də törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməyinin onun məhkəmə baxışında yüngülləşdirici hal kimi nəzərə alına biləcəyini demişdir. Təqsirləndirilən şəxs da özünü qeyri-səmimi apararaq onun barəsində cinayət işinin istintaq olunmasına və istintaqın tam, hərtərəfli və obyektiv aparılmasına maneə olmaq üçün aqressiv şəkildə qarşı çıxmış və bu istəyini qəbul etdirmək məqsədilə qəfildən sol yumruğu ilə onun alın nahiyəsinə qüvvətli zərbə vurmuşdur. Zərbədən sonra o, əlini alın nahiyəsinə qoyduqda həmin hissədən qan axdığını və əlinin qana bulandığını görüb yerə düşmüş xidməti papağını götürərək istintaq otağını tərk etmişdir. Həmin vaxt o, Təqsirləndirilən şəxs qarşı hər hansı bir söz deməmişdir. Bundan sonra müstəntiq Şahid1 tərəfindən baş verən hadisə ilə bağlı protokol tərtib olunmuş və həmin protokolu bütün iştirakçılar imzaları ilə təsdiq etmişdirlər. O, məhkəməyə ərizə təqdim edərək, Təqsirləndirilən şəxs bağışladığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirib, əizəsinin nəzərə alınmasını xahiş etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Şahid1 Zərərçəkmiş şəxs dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə RPŞ-nin MSY-nın sabiq rəisi, polis baş serjantı Şahid3 hadisəni bir başa görmədiyini bildirdi. Lakin istintaq otağıın qarşısında durduğunu, səs-küy esidib içəri daxil olanda Zərərçəkmiş şəxs sifət nahiyəsindən qan axdığını gördüyünu bildirdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid4 , hazırda Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkili kimi fəaliyyət göstərdiyini, fərdi şəkildə bağlamış olduğu müqavilə əsasında Bərdə rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə sonradan Azərbaycan Respublikası CM-nin 221.3 və 315-ci maddələri ilə Təqsirləndirilən şəxs hüquqlarını müdafiə etdiyini, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs, barəsində həbs qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 25 iyul 2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlanma yerinə gətirildiyini və həmin tarixdə Asif Süleymanov ilə üzləşdirmə istintaq hərəkəti aparıldığını bildirdi. İstintaq hərəkəti başlayarkən ondan, digər Müdafiəçi və Təqsirləndirilən şəxs başqa, həmin iş üzrə digər təqsirləndirilən şəxs olan Asif Süleymanov, onun müdafiəçisi - Bərdə şəhər Vəkil Bürosunun vəkili Şahid2, cinayət işinin ibtidai istintaqını aparan Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Şahid1, Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs və Bərdə rayon polis idarəsinin rəis müavini Şaiq adlı şəxs də iştirak etmişdir. İstintaq hərəkəti başlamazdan əvvəl o və Müdafiəçi etiraz edərək bildirmişlər ki, istintaq hərəkəti zamanı Zərərçəkmiş şəxs və Şaiq adlı şəxslər prosessual şəxs olmadıqları üçün istintaq hərəkətində iştirak etməməlidirlər. Onların otaqdan çıxmaqlarını xahiş etmişlər. Bu zaman Bərdə rayon polis idarəsinin rəis müavini Şaiq otağı tərk edərək getmişdir. Zərərçəkmiş şəxs isə iştirakının qanuni olduğunu bildirərək otaqda qalmışdır. Üzləşdirmə istintaq hərəkəti tam, obyektiv və hərtərəfli aparılmış, təqsirləndirilən şəxslərə öz fikirlərini ifadə etmələri üçün müdafiəçilərin iştirakı ilə şərait yaradılmışdır. Üzləşdirmə istintaq hərəkətində tərəflərin çıxışları bitdikdən sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi su içmək üçün istintaq otağını tərk etmiş, Şahid4 isə həmin vaxt protokolların həqiqiliyini yoxlamışdır. İstintaq bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs təqsirləndirilən şəxs Asif Süleymanova kişi kimi hərəkət etmədiyini irad tutmuş, amma Təqsirləndirilən şəxs kişi kimi ifadə verdiyini bildirmişdir. Təqsirləndirilən şəxs isə bu zaman Zərərçəkmiş şəxs demişdir ki, mənə narkotik yükləyən də nakişidir. Bu zaman Zərərçəkmiş şəxs da qayıdıb cavab vermişdir ki, elədirsə silahla atəş açan da qeyrətsizdir. Bu anda Təqsirləndirilən şəxs oturduğu stuldan qalxaraq qəfil Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə yumruq vurmuşdur. Bu zaman Zərərçəkmiş şəxs arxaya gedərək divara söykəndikdə onun qaş nahiyəsindən qan axdığını görmüşdür. Bundan sonra otaqda ara qarışmış və o, Təqsirləndirilən şəxs qolları ilə qucaqlayaraq hərəkətini məhdudlaşdırmış və onu sakitləşdirməyə başlamışdır. Bundan sonra polis və prokurorluq əməkdaşları gələrək hadisəni protokollaşdırmışlar. Məhkəmə iclasında ifadəsi elan edilmiş ibtidai istintaqa şahid qismində dindirilmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Şahid2 bildirmişdir ki, 25 iyul 2020-ci il tarixdə fərdi şəkildə bağlamış olduğu müqavilə əsasında Bərdə rayon polis şöbəsinin İstintaq bölməsində istintaq edilən ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası CMnin 221.3 və 315-ci maddələri ilə təqsirləndirilən şəxs X1 hüquqlarını müdafiə etmiş, hüquqlarını müdafiə etdiyi təqsirləndirilən şəxs, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Asif Süleymanov istintaq hərəkətlərinin aparılması zərurəti ilə əlaqədar olaraq 25 iyul 2020-ci il tarixdə Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlanma yerinə gətirildiyini və həmin tarixdə üzləşdirmə istintaq hərəkətinin başladığını bildirmişdir. İstintaq hərəkətində Şahid2 və təqsirləndirilən şəxs Asif Süleymanovdan başqa, həmin iş üzrə digər təqsirləndirilən şəxs olan Təqsirləndirilən şəxs, onun müdafiəçiləri - Gəncə şəhər 1 saylı Vəkil Bürosunun vəkilləri Müdafiəçi və Şahid4, cinayət işinin ibtidai istintaqını aparan Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin baş müstəntiqi, polis mayoru Şahid1, Bərdə rayon polis şöbəsinin İstintaq bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs və Bərdə rayon polis şöbəsinin müvəqqəti saxlama yerinin sabiq rəisi, polis baş serjantı Şahid3 da iştirak etmişdir. Üzləşdirmə istintaq hərəkəti tam, obyektiv və hərtərəfli aparılmış, təqsirləndirilən şəxslərə öz fikirlərini ifadə etmələri üçün müdafiəçilərinin, yəni özünün, Müdafiəçi və Şahid4 iştirakı ilə şərait yaradılmışdır. İstintaq hərəkəti təxminən 1 saat müddətində davam etmişdir. Üzləşdirmə istintaq hərəkəti bitdikdən sonra Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi su içmək üçün istintaq otağını tərk etmiş və İstintaq bölməsinin rəisi, polis mayoru Zərərçəkmiş şəxs müdafiəçisi olduğu təqsirləndirilən şəxs Asif Süleymanova istintaq zamanı nə üçün səmimi şəkildə ifadə verməməsini bildirmişdir. Zərərçəkmiş şəxs bundan sonra üzləşdirmə istintaq hərəkətinin aparıldığı masaya doğru, yəni təqsirləndirilən şəxslərin əyləşdiyi yerə doğru yaxınlaşmışvə Təqsirləndirilən şəxs 27.02.2020-ci il tarixdə onun Ülfət Əliyevə odlu silahdan atəş açıb ayaq nahiyəsindən xəsarət yetirərkən onun yanında Asif Süleymanov da olduğunu və bu halları müşahidə etdiyini və istintaqın gedişində bu barədə Asif Süleymanovun şahid qismində təsdiqedici ifadə verdiyini onun nəzərinə çatdırıb özünün də törətmiş olduğu cinayət əməlini səmimi etiraf etməyinin onun məhkəmə baxışında vəziyyətini yüngülləşdirəcək hal ola biləcəyini demişdir. Həmin vaxt Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sol qaş nahiyəsindən sol yumruğu ilə bir dəfə zərbə endirmişdir. Zərbədən sonra Zərərçəkmiş şəxs xidməti papağı yerə düşmüş, o, əlini alın nahiyəsinə qoyduqda həmin hissədən qan axdığını və əlinin qana bulandığını görüb yerə düşmüş xidməti papağını götürərək otağı tərk etmişdir. Bundan sonra otaqda ara qarışmış və təqsirləndirilən şəxsin müdafiəçisi Şahid4 hüquqlarını müdafiə etdiyi şəxsi, yəni Təqsirləndirilən şəxs sakitləşdirmişdir. Cinayət işinin 114-115-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 28 iyul 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 28 iyul 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 39-41-ci vərəqələrində olan Məhkəmə-tibbi ekspertizasının 25 iyul 2020-ci il tarixli, 663 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs beyin silkələnməsi ilə müşayiət olunan başın alın nahiyəsinin əzilmiş-cırılmış yarası, sol gözətrafı nahiyənin qançırı küt əşyanın təsirindən törənməklə yetirilmə müddəti qərarda göstərilən tarixə, yəni 25 iyul 2020-ci ilə uyğun gəlir, dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Cinayət işinin 44-46-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Məhkəmə-Tibbi Ekspertiza və X7”nin 21 sentyabr 2020-ci il tarixli, 603/2020-MTBŞ nömrəli rəyindən görünür ki, ekspertizaya təqdim olunmuş hadisə yerindən 2 saylı pambıq tamponla götürülmüş ləkədə insan qanı aşkar olunmuş, tədqiq olunan qan ləkəsinin antigeni və aqqlyutininlərə görə qrup göstəricisi ABO sistemi üzrə təyin olunduqda “B” antigeni alınmışdır. Bu qan ləkəsi Balfa/lll/ qruplu şəxsə, o cümlədən Zərərçəkmiş şəxs məxsus ola bilər. Cinayət işinin 160-165-ci vərəqələrində olan Füzuli Hərbi Məhkəməsinin 1(97)18/2016 saylı 28.01.2016-cı il tarixli hökmündən görünür ki, Azərbaycan Respublikası CM-nin 328.1, 331.2, 332.1, 66.2, 70-ci maddələri ilə təqsirli bilinərək 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına məhkum edilmiş, barəsində CM-nin 70-ci maddəsi tətbiq edilərək təyin edilmiş cəza N ay sınaq müəyyən edilməklə şərti olaraq tətbiq edilmişdir. Cinayət işinin 77-92-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 03 mart 2021ci il tarixli 1(021)10/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 229.1-ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cəzaçəkmə müddətinin əvvəli 25 mart 2020-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022 –ci il tarixli qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(021)10/2021 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə ona qəti cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, məhkəmənin hökmü Azərbaycan Respublikası CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1, 315-ci maddələri ilə həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il həddində müəyyən edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək bu qərarla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 6 (altı) ay müddət çəxmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin 104-106-cı vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Füzuli Hərbi Məhkəməsinin 28 yanvar 2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 328.1, 331.2, 332.1, 66.2, 70-ci maddələri ilə təqsirli bilinərək 07 ay müddətinə intizam xarakterli hərbi hissədə saxlama cəzasına N ay şərti sınaq müddəti ilə məhkum edilmiş, Bərdə RPŞ-nin 27 fevral 2017-ci il tarixli qərarı ilə qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətməsinə görə Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 39.1.11-ci maddəsi ilə cinayət işinin başlanması rədd edilmiş, Bərdə RPŞ-nin 10 mart 2020-ci il tarixli qərarı ilə qəsdən sağlamlığa az ağır zərər vurma cinayət əməlini törətməsinə görə Azərbaycan Respublikası CM-nin 127.1-ci maddəsi ilə cinayət məsuliyyətinə cəlb edilsə də həmin tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3-cü maddəsi ilə başlanmış cinayət təqibinə xitam verilmiş, Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1, 234.1, 66.2-ci maddələri ilə təqsirli bilinərək 04 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinin 98-ci vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 99-cu vərəqəsində olan X15 tərəfindən verilmiş 1566 saylı, 24.06.2021ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs X10 dispanser müşahidəsində deyil. Cinayət işinin 101-ci vərəqəsində olan Azərbaycan Respublikası İcbari Tibbi Sığorta üzrə X14 Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası ” Publik Hüquqi şəxsi tərəfindən verilmiş 661 saylı, 25.06.2021-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX” PHŞ-nin poliklinikanın narkoloji və ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinə əlavə edilmiş 25 iyul 2020-ci il tarixli “CD” diskə baxış keçirilərkən həmin tarixdə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin MSY-nin istintaq otağında Zərərçəkmiş şəxs alın nahiyəsindən bir dəfə sol yumruğu ilə vurduğu müəyyən olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını, ondan şikayət və tələbinin olmamasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(021)10/2021 saylı hökmündən və Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022–ci il tarixli qərarından əvvəl, yəni 25 iyul 2020-ci il tarixdə baş vermişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.1-ci maddəsinə əsasən qəsdən cinayət törətməyə görə əvvəllər məhkum olunmuş şəxs tərəfindən yenidən qəsdən cinayətin törədilməsi cinayətin residivini yaradır. Təqsirləndirilən şəxs hazırkı cinayət işi üzrə 28 iyul 2021-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(021)10/2021 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 127.2.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 128-ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 221.3-cü maddəsi ilə 02(iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.1-ci maddəsi ilə 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 228.4-cü maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 229.1-ci maddəsi ilə 03(üç) ay müddətə azadlıqdan məhrum etmə cəzasına, CM-nin 234.1-ci maddəsi ilə 01 (bir) il 06(altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının CM-nin 66.2-ci maddəsinə əsasən təyin olunmuş cəzalar qismən toplanmaqla üzərində 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılmış, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022–ci il tarixli qərarı ilə Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(021)10/2021 saylı hökmü Təqsirləndirilən şəxs münasibətdə ona qəti cəza təyin edilməsi hissəsində dəyişdirilmiş, məhkəmənin hökmü Azərbaycan Respublikası CM-nin 127.2.3, 128, 221.3, 228.1, 228.4, 229.1, 315-ci maddələri ilə həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən qəti olaraq təyin edilmiş 4 (dörd) il müddətə azadlıqdan məhrumetmə cəzası 3 (üç) il həddində müəyyən edilmiş, “8 Noyabr - Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin 05 noyabr 2021-ci il tarixli Qərarının 4-cü bəndinə əsasən məhkum Təqsirləndirilən şəxs barəsində amnistiya tətbiq edilərək bu qərarla ona təyin edilmiş 03 (üç) il müddətinə azadlıqdan məhrumetmə cəzasından 6 (altı) ay müddət çəxmaqla üzərində qəti olaraq 2 (iki) il 6 (altı) ay müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Buna görə də Təqsirləndirilən şəxs barəsində hazırkı cinayət işi üzrə qətimkan tədbirinin seçilməsi zəruri olmamışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Bərdə Rayon Məhkəməsinin 03 mart 2021-ci il tarixli 1(021)10/2021 saylı hökmündən əvvəl törətmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə məhkəmə hər bir cinayətə görə ayrılıqda cəza təyin edərək, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edir. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Bu halda az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə təyin olunmuş qəti cəzanın müddəti və ya həcmi məcmuya daxil olan cinayətlərə görə ayrı-ayrılıqda təyin edilmiş cəzaların daha ağırından çox ola bilməz. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Qeyd olunanlara əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022–ci il tarixli qərarı ilə ona təyin olunmuş azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti cəza saxlanılmalı və cəzaçəkmə müddətinin əvvəli 12 aprel 2022-ci il tarixdən hesablanmalıdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022–ci il tarixli qərarı ilə təyin edilmiş azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkdiyindən, hazırkı cinayət işi üzrə təyin olunan cəza həmin hökmlə təyin olunmuş cəza ilə toplanıldığından o cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzası, Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022–ci il tarixli qərarı ilə ona təyin olunmuş 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası ilə qismən birləşdirilərək üzərində qəti olaraq 3 (üç) il 1 (bir) ay 18 (on səkkiz) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Gəncə Apellyasiya Məhkəməsinin 1(104)14/2022 saylı 03 mart 2022–ci il tarixli qərarı ilə ona təyin olunmuş cəzanın cəkilmiş 2 (iki) il 18 (on səkkiz) günü təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 1 (bir) il 1 (bir) ay azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 12 aprel 2022-ci il il tarixdən hesablansın və onun hazırda həbsdə olması nəzərə alınsın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar