Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-8/2024 01.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən – Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi – X5, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs – Təqsirləndirilən şəxs, Müdafiəçi - Bərdə rayon Vəkil Bürosunun vəkili X2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, orta təhsilli, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətinin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir оndаn ötrü ki, satış məqsədilə qanunsuz olaraq psixotrop maddəni əldə edib saxlama və satma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən 1 ədəd sellofan bükümün içərisində 04 ədəd şəffaf polietilen kəsiyi bükümlərində, ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 0,594 qram, 0,477 qram, 0,191 qram olmaqla, ümumi təmiz çəkisi 1,743 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində qanunsuz olaraq saxlamış, 01 may 2023-cü il tarixdə saat 12:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Ə.Ədilov küçəsində saxlanılaraq Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-nin inzibati binasına gətirilib orada üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynindəki göy rəngli cins şalvarın sol yan cibindən 4 (dörd) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 0,594 qram, 0,477 qram, 0,191 qram, ümumi təmiz çəkisi 1,743 qram çəkidə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilməyərək, özünü CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərdi ki, ünvan 3-də ailə üzvləri ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. 01 may 2023-cü il tarixdə Bərdə şəhəri, Ə.Ədilov küçəsində dayanan zaman ona polis əməkdaşları yaxınlaşaraq özlərini Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqları deyərək xidməti vəsiqələrini göstərdikdən sonra üzərində narkotik vasitə olmasında şübhəli olduğunu bildirərək onu Bərdə RPŞ-nin inzibati binasına dəvət etmişlər, o da hər hansı bir etiraz etmədən polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-nin inzibati binasına gəlmişdir. Polis şöbəsində onun hüquqlarını müdafiə etməsi üçün Bərdə rayonu Vəkillər Bürosunun vəkili Müdafiəçi dəvət edilmişdir. Müdafiəçinin iştirakı ilə o, şübhəli şəxs qismində tutulmuşdur. Ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərinə şəxsi axtarış aparılmağa başlanılmışdır. Şəxsi axtarış zamanı ona üzərində olan qanunla qadağan olunmuş əşya varsa təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd Samsung A02 markalı mobil telefonu masanın üzərinə qoymuş və 01 ədəd sellofan bükümdə “şüşə” olduğunu bildirmişdir. Bundan sonra həmin bükümə baxış keçirilmiş və baxış zamanı içərisində 04 ədəd sellofan kəsiyi bükümlərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olması müəyyən olunmuş, bundan başqa üzərindən hər hansı qanunla qadağan olunmuş əşya aşkar edilməmişdir. Təqdim etdiyi bükümlər elektron tərəzidə çəkilmiş və çəkisi 0,53 qram, 0,51 qram, 0,64 qram, 0,23 qram olması müəyyən edilmişdir. O, həmin psixotrop maddəni 30 aprel 2023-cü il tarixdə Bərdə rayonu, dəmiryolu vağzalının yaxınlığından tapmışdır. Şəxsi istifadəsi üçün üzərində saxlamışdır. O, narkotik vasitələrin alqı-satıqısı ilə məşğul deyil, həmin narkotik vasitəni öz üzərində saxlamışdır. Bərdə RPŞ-nin əməkdaşları tərəfindən ona hər hansı bir fiziki təsir və ya təzyiq göstərilməmişdir. Başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, psixotrop maddə qəbul etməyini heç kim bilməmiş, xəlvət qəbul etmişdir. Hazırda əməlindən çox peşmandır. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alıb barəsində yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid1 ifadəsində göstərmişdir ki, Bərdə rayon X1 Mübarizə Qrupunun baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 01 may 2023-cü il tarixdə ünvan 1-də qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Bərdə rayonu ərizisində qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması və qanunsuz dövriyyəsi ilə məşğul olması barədə polis şöbəsinə məxfi məlumat daxil olmuşdur. Buna görə də, o və Bərdə RPŞ-nin KTQ-nin baş inspektorkriminalisti, polis kapitanı, Şahid2, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ilə birlikdə əməliyyat axtarış tədbirləri keçirilərək 01 may 2023-cü il tarixdə saat 12:20-də Təqsirləndirilən şəxs Bərdə şəhəri, Ə.Ədilov küçəsində saxlanılaraq Bərdə RPŞnin inzibati binasına gətirilmişdir. Bundan sonra Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edildikdən sonra hüquqlarını müdafiə etməsi üçün Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi dəvət edilərək Təqsirləndirilən şəxs təqdim edilmişdir. Sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq onun, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti, polis kapitanı, Şahid2, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə üzərinə baxış keçirilmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təqdim etsin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd “Samsung A 02” markalı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə “şüşə” olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində 04 ədəd sellofan kəsiyi bükümlərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 30 aprel 2023-cü il tarixdə Bərdə rayon dəmiryolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən axtarış keçirilmiş lakin, hər hansı bir şübhəli əşya və predment aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd sellofan kəsiyi bükümlərində olan psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,53 qram, 0,51 qram, 0,64 qram, 0,23 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminə bənzər kütlə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçi tərəfindən imza etmişlər, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A02” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin Şahid1 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrin satışı ilə məşğul olması barədə məlumat daxil olmuşdur. İş üzrə şahid qismində dindirilmiş Şahid3 və Şahid2 şahid qismində dindirilmiş Şahid1 ilə oxşar məzmunlu ifadələr verərək qeyd edilən xüsusatları təsdiq etmişlər. Cinayət işinin materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 01 may 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 01 may 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə axtarış aparılarkən Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd “Samsung A 02” markalı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə “şüşə” olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində 04 ədəd sellofan kəsiyi bükümlərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 30 aprel 2023-cü il tarixdə Bərdə rayon dəmiryolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilimir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd sellofan kəsiyi bükümlərində olan psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,53 qram, 0,51 qram, 0,64 qram, 0,23 qram təşkil etmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminə bənzər kütlə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar, şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi tərəfindən imza edilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A02” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1, Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3, video çəkilişi aparan Bərdə RPŞ-nin ekspert kriminalisti, polis kapitanı Şahid2 və Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə varsa könüllü olaraq təhvil versin. Bu təklifdən sonra Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan göy rəngli cins şalvarın sol yan cibindən 01 ədəd sellofan bükümü və 01 ədəd “Samsung A 02” markalı masanın üzərinə qoymuşdur. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd sellofan bükümdə “şüşə” olduğunu bildirmişdir. Bundan sonra təhqiqatçı tərəfindən həmin 01 ədəd sellofan bükümə baxış keçirilmişdir. Həmin bükümə baxış keçirilən zaman içərisində 04 ədəd sellofan kəsiyi bükümlərində psixotrop maddə olan metamfetaminə bənzər maddə olduğu məlum olmuşdur. Şifahi sorğu zamanı Təqsirləndirilən şəxs həmin psixotrop maddəni 30 aprel 2023-cü il tarixdə Bərdə rayon dəmiryolu vağzalının yaxınlığından tapdığını bildirmişdir. Daha sonra Bərdə RPŞ-nin PPXB-nün polis nəfəri, polis serjantı Şahid3 tərəfindən şəxsi axtarış keçirilmiş lakin, hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilmir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd sellofan kəsiyi bükümlərində olan psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddəni proses iştirakçılarının iştirakı ilə elektron tərəzi ilə çəkilmiş və çəkisi 0,53 qram, 0,51 qram, 0,64 qram, 0,23 qram təşkil edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən psixotrop maddə olan metamfetaminə bənzər kütlə qablaşdırılaraq DİN-nin 94 saylı möhürü ilə möhürlənərək üzəri iştirakçılar, şübhəli Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi tərəfindən imza edilmiş, həmçinin Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd “Samsung A02” markalı mobil telefon sübut əhəmiyyəti kəsb etdiyindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 02 may 2023-cü il tarixli 16/463 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Vət Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş psixotrop maddə hesab edilən metamfetaminə bənzər maddə..” yazılar və imzalar olan kağız paketi açdıqda içərisində, 4(dörd) ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 0,594 qram, 0,477 qram, 0,191 qram, ümumi təmiz çəkisi 1,743 qram maddələr kustar üsulla hazırlanmış psixotrop maddə - metamfetamindir. Metamfetamin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və istehsalına lisenziya (xüsusi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr”in 1-ci siyahısının İİ bəndinə daxildir. Tədqiqata təqdim edilmiş, 1(bir) ədəd kağız paketdəki, metamfetaminlər xarici əlamətlərinə və kimyəvi tərkiblərinə görə eynidirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 30 iyun 2023-cü il tarixli 1111 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin materiallarına əlavə edilmiş əməliyyat tapşırığına Bərdə rayon polis şöbəsinin 07 iyul 2023-cü il tarixli cavabından görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddənin satışı ilə məşğul olması barədə əməliyyat məlumatları daxil olmuşdur, lakin onun konkret olaraq kimlərə psixotrop maddə satmasını və üzərindən aşkar olunaraq götürülmüş psixotrop maddə olan metamfetamini hər hansı bir şəxsdən əldə etməsini müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 24 may 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş 05 iyul 2023-cü il tarixli 2993 nömrəli arayışdan və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs ünvan 3 ünvanında qeydiyyatda olmaqla yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Bərdə rayon X3 hüquqi şəxsin xx.xx.2023 və xx.xx.2023-cü il tarixli arayışlarından görünür ki, Təqsirləndirilən şəxs xəstəxananın poliklinika şöbəsinin ruhi-əsəb və narkoloji kabinetlərində dispanser qeydiyyatında yoxdur. 26 iyun 2023-cü il tarixli diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, "xxxx" MMC tərəfindən Bərdə rayon polis şöbəsinə 21 iyun 2023-cü il tarixli məktubla daxil olmuş 01 ədəd CD diskə kompüterdə baxış keçirilərkən Təqsirləndirilən şəxs adına qeydə alınmış və istifadəsində olmuş GSM mobil nömrələrinə daxil olmuş və həmin nömrədən göndərilmiş zənglərə və SMS-lərə aid məlumatların və anten dairələrinin olduğu müəyyən edildi. Qeyd oluna fayla baxış zamanı iş üzrə əhəmiyyət kəsb edən hər hansı məlumat aşkar edilmədi. Şübhəli şəxsin tutulması haqqında qərardan və protokoldan görünür ki, 01 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X6 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. Əməlin tövsif edilməsi haqqında qərardan görünür ki, 03 may 2023-cü il tarixdə ********* nömrəli cinayət işinin materialları üzrə törədilmiş cinayət əməli müstəntiq Seymur Musayev tərəfindən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə tövsif edilmişdir. Təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında qərardan görünür ki, 03 may 2023-cü il tarixdə Təqsirləndirilən şəxs müstəntiq Seymur Musayev tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan olunmuşdur. Bərdə rayon məhkəməsinin sabiq hakimi Elsun Əhmədovun xx.xx.2023-cü il tarixli 4(021)- 93/2023 saylı qərarı ilə Təqsirləndirilən şəxs barəsində həbs etmənin əvvəli 01 may 2023cü il tarixdən hesablanmaqla 03 (üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, sənədlər, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 1-ci bəndində göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Həmin qərarın 37-ci bəndində qeyd edilmişdir ki, CPM-in 318.1-ci maddəsinə əsasən məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif edə və ya ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxara bilər. İttihamın bu şəkildə dəyişdirilməsi hökmün nəticəvi hissəsində deyil, təsviri-əsaslandırıcı hissəsində əks etdirilməli və əsaslandırılmalıdır. Lakin, nəzərə almaq lazımdır ki, cinayətin tövsifinin belə dəyişdirilməsinə yalnız o şərtlə yol verilə bilər ki, təqsirləndirilən şəxsin cinayət qanununun yeni maddəsi ilə tövsif olunan hərəkətləri və yaxud hərəkətsizliyi ona qarşı irəli sürülmüş (məhkəməyə verilən) ittihamda nəzərə alınmış olsun, daha ağır cinayətin əlamətlərinə malik olmasın və yaxud dəyişdirilmiş ittiham faktiki hallarına görə məhkəmədə baxılan ittihamdan əhəmiyyətli dərəcədə fərqlənməsin, ittihamın dəyişdirilməsi isə təqsirləndirilən şəxsin müdafiə hüququnu pozmasın. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Həmin qanunun 1.0.11-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz satılması miqdarından asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin və psixotrop maddələrin əvəzli və ya qazanc əldə etmək, yaxud digər şəxsi maraq məqsədilə yayılmasına yönəldilmiş hərəkətlərdir. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs qarşı irəli sürülən satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahılarının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Qanunun İİ siyahısına əsasən ümumilikdə təmiz çəkisi 0,481 qram, 0,594 qram, 0,477 qram, 0,191 qram, ümumi təmiz çəkisi 1,743 qram olan kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması öz təsdiqini tapmamışdır. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirləndirilən şəxsin narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Məhkəmə iclasında təqsirləndirilən şəxsin əməlində yuxarıda qeyd olunan hallardan heç biri öz təsdiqini tapmamışdır. İstər Təqsirləndirilən şəxs şübhəli və təqsirləndirilən şəxs qismində dindirilməsi zamanı verdiyi ifadələrindən, istərsə də şahidlərin ifadələrindən, müstəntiqin əməliyyat tapşırığı ilə bağlı Bərdə RPŞ-dən ünvanlanmış cavab məktubundan, həmçinin təqsirləndirilən şəxs barədə verilmiş məhkəmə-narkoloji ekspertizasının rəyindən də müəyyən olunur ki, Təqsirləndirilən şəxs psixotrop maddəni satış məqsədilə deyil, öz istifadəsi, yəni şəxsi istehlakı məqsədilə əldə etmişdir. İbtidai istintaq orqanı tərəfindən hazırki cinayət işi üzrə psixotrop maddə olan metamfetaminin alıcıları müəyyən edilməmiş və təqsirləndirilən şəxsin üzərinə şəxsi axtarış və götürmə həyata keçirilərkən psixotrop maddələrin hazırlanması və çəkilməsi üçün elektron tərəzi və digər avadanlıqlar aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikasının CPM-nin 318.1-ci maddəsində qeyd edilmişdir ki, məhkəmə baxışı zamanı cinayət işinə, məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına və ya xüsusi ittiham qaydasında şikayətə yalnız təqsirləndirilən şəxsə qarşı irəli sürülmüş və ya məhkəməyə verilən ittiham daxilində baxılır. Məhkəmə baxışı nəticəsində məhkəmə təqsirləndirilən şəxsin əməlini ağır cinayətdən daha yüngül cinayət əməlinə tövsif etmək, habelə ona qarşı irəli sürülmüş ittihamdan ayrı-ayrı bəndləri çıxartmaq hüququna malikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən həmin Məcəllənin 234.1-ci maddəsinə tövsif edilməli, təqsirə görə məsuliyyət prinsipi baxımından Təqsirləndirilən şəxs qeyd olunan maddə ilə cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdır. Təqsirləndirilən şəxs əməlinin cinayət olmasını aradan qaldıran hallar, həmçinin onun cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Beləliklə, Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlaması məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi təqsirləndirilən şəxsə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Həmin Məcəllənin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs törətdiyi əməldən səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını, məhkumluğunun olmamasını və ilk dəfə cinayət məsuliyyətinə cəlb edilməsini, ailənin yeganə qazanc gətirən şəxsi olmasını onun cəzasını yüngülləşdirən hallar kimi nəzərə alır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CMnin 61-ci maddəsində göstərilmiş onun cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» 25 iyun 2003-cü il tarixli qərarının aşağıdakı izah və tələbləri də nəzərə alınmalıdır. Belə ki, həmin qərarın 1-ci bəndində göstərilir ki, məhkəmələrə izah edilsin ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşılmalı, cinayət qanunun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Göstərilən qərarın 2-ci bəndində isə izah edilir ki, cəzaların tətbiq edilməsi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Cəzaların tətbiqi məsələsi müzakirə edilərkən eyni zamanda təqsirli şəxsin ailədə mənfi davranışını təsdiq edən məlumatların olub olmaması, (məsələn sərxoşluğa qurşanması, ailə üzvlərinə qəddar münasibət göstərməsi, uşaqların tərbiyəsinə mənfi təsir göstərən hərəkətlərə yol verməsi və.s) kimi hallara da diqqət yetirilməlidir. Məhkəmə qeyd olunanları nəzərə almaqla Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib, ona Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlqıdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə cəzanın təqsirləndirilən şəxsin ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq hesab edir ki, məhz azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi yolu ilə təqsirləndirilən şəxsin islah edilməsinə və sağlam vətəndaş kimi cəmiyyətə qaytarılmasına, habelə cəzanın məqsədlərinə nail olmaq olar. Məhkəmə hesab edir ki, cəzaçəkmənin əvvəli şəxsin şübhəli şəxs qismində tutulduğu andan hesablanmalıdır. Belə ki, iş materiallarında olan şübhəli şəxsin tutulması barədə 01 may 2023-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərara və həmin tarixli protokola, həmçinin Bərdə rayon Məhkəməsinin 03 may 2023-cü il tarixli Təqsirləndirilən şəxs barəsində “həbs” qətimkan tədbirinin seçilməsi barədə qərarına əsasən şəxsin həbsdə saxlanıldığı müddət cəza çəkmə müddətinə daxil edilməli, cəza müddəti həbs müddətini əhatə etdikdə isə təqsirləndirilən şəxsin cəzası çəkilmiş hesab edilməlidir. Məhkəmə hesab edir ki, təqsirləndirilən Təqsirləndirilən şəxs cəzası çəkilmiş hesab edildikdə onun barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilməli və o, dərhal məhkəmə iclas zalından həbsdən azad edilməli, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilməli və yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan ekspertiza tədqiqatından sonra qalıq çəkisi 1,543 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürməni özündə əks etdirən 01 (bir) ədəd DVD disk və təqsirləndirilən şəxsə məxsus mobil nömrədən aparılmış telefon danışıqları, yazışmaları, Sms mətnləri və anten dairəsinə dair məlumatları özündə əks etdirən 1 (bir) ədəd CD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə məhkəmə xərci olan aparılmış ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, Hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməlidir. İş üzrə xüsusi müsadirə ediləsi əmlak və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının CPM-nin 344-347, 349, 351-353, 356, 358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs оğlunun əməli Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsindən CM-in 234.1-ci maddəsinə tövsif edilsin və Təqsirləndirilən şəxs CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 1 (bir) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli şübhəli şəxs qismində tutulduğu andan yəni, 01 may 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasının əvvəlinin 01 may 2023-cü il tarixdən hesablanmaqla şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı müddətin cəzaçəkmə müddətinə daxil edilməsi nəzərə alınaraq Təqsirləndirilən şəxs cəzasını çəkmiş hesab edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və barəsində seçilmiş qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək saxlanılsın. Təqsirləndirilən şəxs oğlu barəsində narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 04 ədəd şəffaf polietilen kəsiyi bükümlərində ayrı-ayrılıqda təmiz çəkiləri 0,481 qram, 0,594 qram, 0,477 qram və 0,191 qram, ümumilikdə təmiz çəkisi 1,743 qram, ekspert tədqiqatıdan sonra qalıq çəkisi 1,543 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd Dvd disk və 1 ədəd CD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 32,40 (otuz iki manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertizası Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinаdаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-8/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-8/2024
01.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver