Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-80/2022 18.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, 15 avqust 1982-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, ailəli, işləməyən, Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli 1(017)66/2013 saylı hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinib qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il 03 ay 27 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli 1(017)41/2016 saylı hökmü ilə CMnin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, 04 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu ödənilmiş, ünvan 1 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu Qasımbəyli kəndində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı istintaqa məlum olmayan mənbədən şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmiş və saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında» Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və narkotik vasitələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun 1-ci siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda yəni, ümumilikdə 10,32 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 12 fevral 2022-ci il tarixdə saat 14:10 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin əməkdaşları tərəfindən keçirilən əməliyyataxtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Təbriz küçəsində şübhəli şəxs qismində saxlanılaraq polis şöbəsinə gətirilmiş, polis şöbəsində sonuncunun üzərində şəxsi axtarış və götürmə aparılan zaman əynində olan qara rəngli gödəkçənin sol yan cibindən 01 ədəd sellofana bükülmüş, şəxsi istehlak miqdarından artıq miqdarda, yəni ümumi təmiz çəkisi 10,32 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Ağcabədi şəhərində anadan olmuş, hazırda Bərdə rayonu Qaradağlı kəndində ailə üzvlərilə birlikdə yaşayır. Evlidir, 2 övladı var, rəsmi olaraq heç bir yerdə işləmir. 3-4 ildən çox müddətdir narkotik vasitələrdən istifadə edir. Yalnız narkotik vasitə olan marixuanadan istifadə edir. Tutulmamışdan 2-3 gün əvvəl yaşadığı Bərdə rayonu Qaradağlı kəndinin yaxınlığında yerləşən qəbirstanlığın yaxınlığından keçərkən yolun kənarından 1 ədəd siqaret qutusu tapmış və siqarət qutusunun içərisinə baxdıqda içərisində marixuana olduğunu görnüşdür. O, həmin siqaret qutusunu içərisində olan narkotik vasitə ilə birlikdə şəxsi istifadəsi üçün üzərində saxlamışdır. 12 fevral 2022-ci il tarixdə saat 14:10 radələrində Bərdə şəhəri Təbriz küçəsində piyada hərəkətdə olarkən 2 nəfərə mülki geyimli şəxslər ona yaxınlaşıb, özlərini təqdim edərək Bərdə rayon polis şöbəsinin əməkdaşları olduqlarını, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsi ilə məşğul olmağı barədə məlumat aldıqlarını demişlər. Həmin vaxt o, polis əməkdaşlarına üzərində həqiqətən də narkotik vasitə hesab edilən marixuana olduğunu, həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxladığını demişdir. Polis əməkdaşlarının dəvəti ilə Bərdə rayon polis şöbəsinə yola düşmüşlər. Polis şöbəsində ona hüquq vəzifələri izah olunduqdan sonra ona vəkili Nümayəndə təqdim edilmişdir. Daha sonra narkotik vasitələrin qanunsuz saxlamasında şübhəli olunduğu dedikdən sonra video çəkiliş vasitəsilə onun üzərində şəxsi axtarış və götürmə keçirilmişdir. Həmin vaxt ona könüllü olaraq üzərində olan əşyaları təqdim etməyi bildirmişdir. O, əynində olan qara rəngli gödəkcənin sol cibində olan 1 ədəd siqaret qutusunu, 11 ədəd siqaret dənələrini və 8 manat pulu çıxarıb, masanın üzərinə qoymuş, o, siqaret qutusunun içərisində 1 ədəd sellofan bükülüdə narkotik vasitə olan marixuana olduğunu qeyd etmişdir. Həmin büküm elektron tərəziyə qoyularaq çəkilmiş, çəkisinin 11.10 qram olması müəyyən olunmuşdur. Sonra həmin bükülü zərfə qoyularaq möhürlənmiş, həmin vaxt o, narkotik vasitəni Bərdə rayonu Qaradağlı kəndində yerləşən qəbirstanlığın yaxınlığında yolun kənarından tapdığını, şəxsi istifadəsi üçün saxladığını demişdir. Təqsirləndirilən şəxs ifadəsinə əlavə olaraq bildirdir ki, o, üzərindən aşkar edilən narkotik vasitəni tutulmamışdan bir neçə gün qabaq Bərdə rayonu Qaradağlı kəndində yerləşən qəbirstanlığın yaxınlığında yolun kənarından tapmış və şəxsi istifadəsi üçün saxlamışdır. O, heç kimə narkotik vasitə satmamış və heç kimə verməmişdir. Ona polis əməkdaşları tərəfindən heç bir təzyiq və zor tətbiq olunmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərdi ki, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili işləyir, polis leytenantı rütbəsindədir. 12 fevral 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinə Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə etməsi, mütəmadi şəkildə üzərində narkotik vasitə gəzdirməsi barədə məlumatlar olduğu üçün Təqsirləndirilən şəxs barəsində təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri həyata keçirilmiş və adı çəkilən şəxs Bərdə şəhəri Təbriz küçəsində onun və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri Şahid3 tərəfindən saxlanılaraq saat 14-15 radələrində Bərdə rayon polis şöbəsinə gətirilmiş, Təqsirləndirilən şəxs Bərdə rayon polis şöbəsinə gətiriləndən sonra Bərdə rayon polis şöbəsində Təqsirləndirilən şəxs üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmışdır. Axtarış aparılmasında adlarını qeyd etdiyi polis əməkdaşından başqa Bərdə rayon Vəkil Bürosunun vəkili Nümayəndə da iştirak etmişdir. Şəxsi axtarış aparılmazdan əvvəl Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və üzərində şəxsi axtarış aparılmasına dair hər hansı etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs videoçəkilişdən istifadə olunmasını, həmin video çəkilişi isə Bərdə rayon polis şöbəsinin PPXB-nün polis nəfəri Şahid1 tərəfindən aparılmasını izah edilmişdir, Namiq isə videoçəkilişlə şəxsi axtarış aparılmasına heç bir etirazının olmadığını demişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və ya predmetin olubolmaması barədə sual verilmiş və müsbət halda həmin əşya və ya predmeti könüllü şəkildə təqdim etməsi təklif olunmuş, bu zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibindən 1 ədəd siqaret qutusunu, 11 ədəd siqaret dənələrini və 8 manat pulu çıxardaraq masanın üzərinə qoyaraq təqdim etmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparmış, ancaq Namiqin üzərindən başqa hər hansı qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş siqaret qutusunun içərisində olan bir ədəd bükümü Bərdə rayonu Qaradağlı kəndinin ərazisində olan qəbirstanlığının yaxınlığından tapdığını demişdir. Daha sonra şəxsin təqdim etdiyi marixuanaya bənzər kütlə olan 1 ədəd büküm elektron tərəzidə çəkilmiş, həmin bükümün çəkisi 11.10 qram olmuş. Bunun ardınca götürülmüş, içərisində narkotik vasitə hesab edilən marixuanaya bənzər kütlə olan 1 ədəd büküm zərfə qoyularaq üzəri möhürlənmiş və ekspertiza tədqiqatına göndəriləcəyi qeyd olunmuş, zərfin üzəri iştirakçılar tərəfindən imzalandıqdan sonra protokol tərtib edilərək ucadan oxunmuş və o digər iştirakçılar ilə birlikdə protokolu imzalamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 şahid qismində dindirilmiş X2 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdi. Məhkəmə iclasında ibtidai istintaqda şahid qismində dindirilmiş Şahid3 şahid qismində dindirilmiş X2 dedikləri ilə oxşar məzmunlu ifadəsi elan olundu. Cinayət işinin 12-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 12 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 12 fevral 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 53-54-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 14 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 64-65-ci vərəqələrində olan qətimkan tədbirinin seçilməsi haqqında 14 fevral 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilərək Bərdə Rayon Polis X3 Yerindən azad edilmişdir. Cinayət işinin 40-41-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X5 bölməsinin məhkəmə-bioloji ekspertizasının 13 fevral 2022-ci il tarixli 16/179 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “......Təqsirləndirilən şəxs üzərindən aşkar olunaraq götürülmüş 1 ədəd selofan bükülü” sözləri və imzalar olan kağız paketdəki 1 (bir) ədəd sellofan bükümündə təmiz çəkisi 10.32 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuananın təmiz çəkisi-10.32 qram, tədqiqat sərf edildi-0.1 qram, qalıq 10.22 qram (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 80-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji dispanserinin 05.03.2022-ci il tarixli 276 №-li Rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 93-97-ci vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli 1(017)41/2016 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs oğlu CM-nin 306.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 06 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, CM-nin 68.1.3-cü maddəsinə əsasən Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli təqsirli bilinib təyin edilmiş və çəkilməmiş qalan qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il 03 ay 27 gün müddətə islah işləri cəzasının 3 günü azadlıqdan məhrumetmə cəzasının 1 gününə bərabər tutulmaqla CM-in 67.1-ci maddəsinə əsasən yeni hökmlə təyin edilmiş cəzaya qismən birləşdirməklə üzərində qəti olaraq 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzası saxlanılmışdır. Cinayət işinin 98-100-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Ağcabədi Rayon Məhkəməsinin 09 dekabr 2013-cü il tarixli 1(017)66/2013 saylı hökmü ilə CM-nin 306.1ci maddəsi ilə təqsirli təqsirli bilinib qazancının 10 faizi dövlət nəfinə tutulmaqla 01 il 03 ay 27 gün müddətə islah işləri cəzasına məhkum edilmiş, Ağcabədi Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli 1(017)41/2016 saylı hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli təqsirli bilinib 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 04 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Cinayət işinin 85-ci vərəqəsində olan Bərdə rayon Kələntərli kənd İƏD üzrə Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Qədirov X4 şəhəri S.Vurğun küçəsi ev 203 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu Qasımbəyli kəndində yaşayır və yaşayış yerindən verilən xasiyyətnamə üzrə müsbət xarakterizə olunur. Cinayət işinin 104-110-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 22 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 10.32 qram olan marixuana tədqiqat prosesində tədqiqata 0.1 qram sərf olunduğundan qalıq olaraq 10.22 qram marixuana maddi sübut kimi tanınmış və Bərdə rayon polis şöbəsində saxlanması təmin olunmuşdur. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, ailəli olmasını, 2 azyaşlı uşağının olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Qədirov X4 Rayon Məhkəməsinin 04 may 2016-ci il tarixli 1(017)41/2016 saylı hökmü ilə CM-nin 306.1-ci maddəsi ilə təqsirli təqsirli bilinərək 01 il 08 ay müddətə azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş və 04 yanvar 2018-ci il tarixdə cəzasının sonu ilə azad olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun ödənilməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 12 fevral 2022-ci il il tarixində şübhəli şəxs kimi tutulmuş, 14 fevral 2022-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 14 fevral 2022-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs oğlunun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 10.22 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun 12 fevral 2022-ci il tarixindən 14 fevral 2022-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs oğlunun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs oğlunun üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan narkotı̇ k vası̇ tə - 10.22 qram marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-80/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-80/2022
18.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver