Məhkəmə qərarları › İş №1(021)-80/2024

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-80/2024

08.04.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-80/2024 08.04.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Bayramov Orxan Elşən oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs , Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1990-cı ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, ünvan 1 ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 21 radələrində sərxoş vəziyyətdə yaşadığı Bərdə şəhəri S.Vurğun küçəsi ev 9 ünvanında yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəminində baş vermiş mübahisə zamanı arvadı Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə qəsdən əlinin iç nahiyəsi ilə vuraraq sonuncuya sağ və sol gözyuvasıaltı, üz nahiyələrinin qançırları, burun nahiyəsinin qançırları ilə burun sümüyünün yerini dəyişməmiş sınığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan xəsarətlər yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır. Onların birgə nigahdan 2 azyaşlı uşaqları vardır. Şahid1 onun anasıdır. Onun həyat yoldaşı Zərərçəkmiş şəxs ilə əvvəllər münasibətləri yaxşı olmuşdur, lakin son vaxtlar o spirtli içgi içdiyinə görə aralarında mübahisələr baş verməyə başlamışdır. Belə ki, həyat yoldaşı Zərərçəkmiş şəxs onun spirtli içgi içməsinə görə öz narazılığını bildirmiş və buna görədə münasibətləri korlanmışdır. xx.xx.2024-cü il tarixdə axşam saatlarında o Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən bazardan öz yaşadığı evə getmiş və həmin vaxt həyat yoldaşı Zərərçəkmiş şəxs və anası Şahid1 evdə olmuşlar. Onlar evdə olarkən arvadı Leyla ilə aralarında sözlə mübahisə baş vermiş, belə ki Leyla onunla maraqlanmadığını bildirmiş və buna görədə mübahisə etməyə başlamışdır və mübahisə zamanı o əlinin içi ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə bir dəfə zərbə ilə vurmuş və bu zaman Leyla yerə yıxılmışdır, həmin vaxt o Zərərçəkmiş şəxs burnundan qan axdığını görmüş və bu zaman anası Şahid1 onu sakitləşdirərək evdən çıxmasını tələb etmişdir. Buna görədə o yaşadığı evdən həyətə çıxmış və daha sonra həyətdən çıxaraq kafeyə pivə içməyə getmişdir. O kafedə təxminən 1-2 saat oturub pivə içdikdən sonra öz yaşadığı evə qayıtmışdır və həmin vaxt ona məlum olmuşdur ki, arvadı Zərərçəkmiş şəxs atası Elişən Bayramov onlara gedərək Leylanı öz yaşadıqları evə aparmışdır və onun Leylaya xəsarət yetirməsi ilə bağlı şikayət etmişdir. Etdiyi əməldən peşmandır. Halhazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Bərdə şəhəri S.Vurğun küçəsi ev 3-də yaşayan Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır, onların birgə nigahdan 2 övladı vardır, əvvəllər Təqsirləndirilən şəxsla münasibətləri yaxşı olmuşdur və aralarında heç bir mübahisə və dava dalaş baş verməmişdir. Lakin son vaxtlar Təqsirləndirilən şəxs mütamadi olaraq spirtli içgi qəbul etməsi səbəbi ilə aralarında mübahisələr baş verməyə başlamışdır və bununla da münasibətləri korlanmışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o qaynanası Şahid1 və iki azyaşlı uşaqları ilə birgə öz yaşadığı evdə təmizlik işləri aparmış və həmin vaxt əri Təqsirləndirilən şəxs həyətdən evə daxil olmuş və söhbət əsnasında o Təqsirləndirilən şəxs spirtli içgi qəbul etdiyini və sərxoş vəziyyətdə olduğunu görmüşdür. Həmin vaxt Təqsirləndirilən şəxs ondan pul verməsini istəmiş, lakin o pulunun olmadığını bildirmişdir və buna görədə aralarında mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs onun üstünə getmiş və əlinin iç nahiyəsi ilə qəsdən onun burun nahiyəsinə vuraraq xəsarət yetirmişdir və həmin zərbənin nəticəsindən o müvazinətini itirərək yerə yıxılmış və burnundan qan axmağa başlamışdır. Həmin vaxt evdə olan Şahid1 Təqsirləndirilən şəxs üstünə getmiş və qolundan tutub evdən həyətə qovalamışdır və Təqsirləndirilən şəxs həyətdən çıxıb getmişdir. Bundan sonra o atası Elişən Bayramova zəng edərək əri Təqsirləndirilən şəxs onun burun nahiyəsinə qəsdən vuraraq xəsarət yetirməsi barədə məlumat vermişdir və həmin gün axşam Elişən Bayramov onlara getmiş və ona ilkin tibbi yardım göstərilməsi üçün Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışdır. Sonra isə baş vermiş hadisə barəsində Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O, baş vermiş mübahisə zamanı qaynanası Şahid1 başqa heçkimin olmadığını və mübahisənin təxminən 1-2 dəqiqə ərzində davam etdiyini qeyd etmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində iştirak edən Şahid1 ifadəsində göstərdi ki, o təxminən bir neçə ildir ki, Bərdə rayon mərkəzi xəstəxanasında tibb bacısı işləyir. Bərdə şəhəri S.Vurğun küçəsi ev 3-də yaşayan Təqsirləndirilən şəxs onun oğludur. Zərərçəkmiş şəxs onun oğlu Təqsirləndirilən şəxs həyat yoldaşıdır. Onların birgə nigahdan 2 övladı vardır. Onlar hazırda bir evdə yaşayırlar. Əvvəllər Təqsirləndirilən şəxsla arvadı Zərərçəkmiş şəxs münasibətləri yaxşı olmuşdur və aralarında heç bir mübahisə və dava dalaş olmamışdır. Lakin son vaxtlar Təqsirləndirilən şəxs mütamadi olaraq spirtli içgi qəbul etməsi səbəbi ilə onlar arasında mübahisələr baş verməyə başlamışdır və bununla da yaşadıqları evdə münasibətlər korlanmışdır. xx.xx.2024-cü il tarixdə saat 21 radələrində o Zərərçəkmiş şəxs və iki azyaşlı nəvələri ilə birgə öz yaşadığı evdə təmizlik işləri apararkən Təqsirləndirilən şəxs həyətdən evə daxil olmuş və söhbət əsnasında onlar Təqsirləndirilən şəxs yenidən spirtli içgi qəbul etdiyini və sərxoş vəziyyətdə olduğunu görmüşlər, daha sonra Elgün arvadı Zərərçəkmiş şəxs pul verməsini istəmiş, lakin Leyla pulunun olmadığını demişdir və buna görədə onlar arasında mübahisə yaranmış və mübahisə zamanı Təqsirləndirilən şəxs əlinin iç nahiyəsi ilə qəsdən Zərərçəkmiş şəxs burun nahiyəsinə vuraraq ona xəsarət yetirmiş və həmin zərbənin nəticəsindən Leyla müvazinətini itirərək yerə yıxılmış və burnundan qan axmağa başlamışdır. Həmin vaxt o Təqsirləndirilən şəxs üstünə gedərək onun qolundan tutub evdən həyətə qovalamış və Elgün həyətdən çıxıb getmişdir. Bundan sonra Zərərçəkmiş şəxs atası Elişən Bayramova zəng edərək Təqsirləndirilən şəxs onun burun nahiyəsinə qəsdən vuraraq xəsarət yetirməsi barədə məlumat vermiş və həmin gün axşam Eliən Bayramov onlara getmiş və nə baş verdiyini soruşmuşdur, bu zaman o Təqsirləndirilən şəxs arvadı Zərərçəkmiş şəxs döydüyünü bildirmiş və Leylaya ilkin tibbi yardım göstərilməli olduğunu demişdir. Bundan sonra X3 Həsənovaya ilkin tibbi yardım göstərilməsi üçün onu Bərdə rayon Mərkəzi xəstəxanasına aparmışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində iştirak edən X2 ifadəsində qızı Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək mahiyəti üzrə eyniməzmunlu ifadə verdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-14-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2024-cü il tarixli 145 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sağ və sol gözyuvasıaltı, üz nahiyələrinin qançırları, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aid olduğu göstərilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 53-cü vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-ci vərəqəsində olan Bərdə RİHB-nın Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar