Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-81/2021 21.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi1, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi4, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi3 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1984-cü il tarixdə Bərdə rayonu Mirzəcəfərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Mirzəcəfərli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxxxx 1988-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, ali təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair, Təqsirləndirilən şəxs: xx xxxxxx 1992-ci il tarixdə Bərdə rayonu Qarağacı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmayan, Bərdə rayonu Qarağacı kəndində qeydiyyatda olmaqla Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayan, barəsində «başqa yerə getməmək haqqında iltizam» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 01 yanvar 2021-ci il tarixdə saat 09:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kəndində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan ağac parçası ilə bir neçə dəfə Təqsirləndirilən şəxs2 bədəninin müxtəlif nаhiyyələrinə qəsdən vuraraq Təqsirləndirilən şəxs2 sol said nahiyəsininsıyrığı, başın təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, sonra hadisə zamanı əlində olan ağac parçası ilə bir neçə dəfə Təqsirləndirilən şəxs3 başına qəsdən vuraraq Təqsirləndirilən şəxs3 başın təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 01 yanvar 2021-ci il tarixdə saat 09:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kəndində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan ağac parçası və əl zərbələri ilə bir neçə dəfə Təqsirləndirilən şəxs1 bədəninin müxtəlif nаhiyyələrinə qəsdən vuraraq Təqsirləndirilən şəxs1 alın nahiyəsində ortada tüklü hissənin və alının sol yarısının, sağ arxa təpə, sağ alın-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, üst çənədə sağ l kəsici dişin travmatik sınması və iki ədəd sol kəsici dişlərin laxlaması, sol yuxarı ətrafda bazunun aşağı 1/3-i və dirsək oynağının ön-bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin qançırları, sol dirsək oynağının ön-bayır səthinin sıyrığı ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs3 qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, o, 01 yanvar 2021-ci il tarixdə saat 09:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kəndində yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan ağac parçası ilə bir neçə dəfə Təqsirləndirilən şəxs1 bədəninin müxtəlif nаhiyyələrinə qəsdən vuraraq Təqsirləndirilən şəxs1 alın nahiyəsində ortada tüklü hissənin və alının sol yarısının, sağ arxa təpə, sağ alın-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, üst çənədə sağ l kəsici dişin travmatik sınması və iki ədəd sol kəsici dişlərin laxlaması, sol yuxarı ətrafda bazunun aşağı 1/3-i və dirsək oynağının önbayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin qançırları, sol dirsək oynağının ön-bayır səthinin sıyrığı ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Namiq və Rafiq qardaşlarını xeyli müddətdir tanıyır, onlarla arasında normal münasibətləri olmuşdur. 25.12.2020-ci il tarixdə təxminən səhər saat 09-radələrində Bərdə rayonu mal bazarında Namiq və Rafiq qardaşları ilə rastlaşmışdır. Təsadüfən Zabil adlı tanışlarının satdığı bir baş inəyi almağa görə Namiq ilə qardaşı Musanın aralarında sözlə mübahisələri olmuşdur. Sonradan mübahisəyə Rafiq də qoşulmuşdur. Həmin vaxtı orada yalnız sözlə mübahisə olmuş və elə həmin gündən onların aralarında ədavətləri yaranmışdır. Sonrakı günlərdə o, bəzi-bəzi şəxslərdən Namiqin onu və qardaşını axtardığını eşitmişdir. 01.01.2021-ci il tarixdə saat 09:30 radələrində o, yaşadığı Bərdə rayonu Mirzəcəfərli kəndində evlərində olarkən qohumu İlyas Turala zəng etmiş və bildirmişdir ki, Musanı Namiq və Rafiq qardaşları döyürlər. O, dərhal qohumu Nicad ilə kənddə Rafiqin yaşadığı küçəyə getmişdir. O, yolda tanışı Zabilin avtomobilinə əyləşib getmişdir. O, Mirzəcəfərli kəndində Rafiqin yaşadığı evin qarşısına çatanda qardaşı Musadan nə baş verməsinini soruşmuşdur. Musa ona Rafiq ilə Namiqin mal bazarında olan söz-söhbətə görə Musanı döydüklərini bildirmişdir. O, Rafiqin evinin qarşısında yüksək səslə Rafiqi çağırmışdır. Az sonra Namiq və Rafiq qardaşları küçəyə çıxmışlar. O, onlara kobud formada sözlə öz iradını bildirmişdir. Bu vaxt onların aralarında sözlə mübahisələri olmuşdur. Elə bu vaxt Namiq əlində olan taxta dəyənəklə onu vurmuş, zərbə sol qoluna dəymişdir. Zərbənin təsirindən dəyənək qırılmışdır. Sonra Namiq ilə qarşılıqlı olaraq əl zərbələri ilə bir-birilərini vurmuşlar. O, yerdən götürdüyü taxta dəyənəklə Namiqin baş nahiyyəsinə vurmuşdur. Bu vaxt Rafiq əlində olan taxta dəyənəklə onun baş nahiyyəsinə zərbələr vurmuşdur. O, da öz növbəsində ağac parçası ilə Rafiqin baş nahiyyələrinə zərbələr vurmuşdur. Həmin vaxtı Musa ondan arxa tərəfdə olduğuna görə Musanın hansı hərəkətlər etməsini görməmişdir. Dava nəticəsində Namiqin və onun baş nahiyyələri qanamışdır. Təxminən dava 5-10 dəqiqə davam etmişdir. Həmçinin, Namiq ağac parçası ilə başından bir dəfə də zərbə vurmuşdur. Onlar sakitləşib getmək istəyərkən Namiq yerdə olan daş parçasını götürüb Musaya doğru atmış, lakin, daş Musaya dəyməmiş, Musanın yük avtomobilinin şüşəsinə dəyib şüşəni sındırmışdır. Rafiq isə yerdən iki ədəd daş götürüb onun qarın nahiyyəsinə vurmuşdur. Az sonra Rafiq yaşadığı evin darvazasının içəri tərəfindən bir ədəd qoşa lülə tipli ov tüfəngi götürüb üzərlərinə doğru gəlmişdir. Həmin vaxtı Bəhruz adlı şəxs Rafiqin əlindən tutub tüfəngin istiqamətini dəyişdirmişdir. Bu vaxt Rafiq silahdan iki dəfə atəş açmışdır. Atışlar təxminən traktor qoşqusuna doğru atılmışdır. Onlar qorxularından oradan uzaqlaşmışlar. Elə bu səbəbdən də 01.01.2021-ci il tarixdə Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Əlavə olaraq qeyd edir ki, o, Rafiq və Namiq ilə dalaşan zaman orada ətrafda qardaşı Musa, qohumları İlyas və Nicad olmuşdur, əlbəyaxa davadan sonra isə ora Bəhruz, Zabil, Orxan, Şahin gəlmişdir. Dava zamanı yerdən götürüb istifadə etdiyi taxta parçasını isə davadan sonra elə həmin küçədə yerə atmışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25.12.2020-ci il tarixdə təxminən səhər saat 09-radələrində Bərdə rayonu mal bazarında Musa və Müşfiq qardaşları ilə rastlaşmışdır. Təsadüfən Zabil adlı tanışlarının satdığı bir baş inəyi almağa görə Musa ilə aralarında sözlə mübahisələri olmuş, sonradan onların mübahisələrinə Müşfiq də qoşulmuşdur. Orada onları qardaşı Rafiq sakitləşdirmişdir. Həmin vaxtı onların aralarında yalnız sözlə mübahisələri olmuş və elə o vaxtdanda onlarla aralarında ədavətləri yaranmışdır. Sonrakı günlərdə o, bəzi-bəzi şəxslərdən Musa və Müşfiq qardaşlarının onu axtardıqlarını və arxasınca danışdıqlarını eşitmişdir. 01.01.2021-ci il tarixdə saat 09:30 radələrində o, qardaşı Rafiq ilə idarə etdiyi avtomobil ilə Bərdə rayonu Mirzəcəfərli kəndində Rafiqin yaşadığı evə gedərkən qonşu Orxanın evinin qarşısında Musanın özünə məxsus yük avtomobili ilə dayandığını görmüşdür. O, avtomobili saxlayıb Musaya yaxınlaşmışdır. Musaya yaxınlaşmaqda məqsədi onu hansı səbəbdən axtarmağını soruşmaq olmuşdur. Həmin vaxtı Musanın yanında qohumu İlyas da olmuşdur. O, Musa ilə söhbət edərkən mal bazarında olan söhbətə görə onların aralarında sözlə mübahisələri olmuşdur. Mübahisə zamanı onlar qarışılıqlı olaraq bir-birilərini söyüb təhqir etmişdir. Mübahisə vaxtı ilk olaraq ayağı ilə Musaya badalaq verib yerə yıxmışdır. Yerdə olarkən Musanı əl zərbələri ilə vurmuşdur. Az sonra İlyas ilə Rafiq onları aralaşdırmışdır. Musa avtomobilindən dəmir parçası götürüb onu vurmaq istəyərkən qardaşı Rafiq də Musanı əl zərbələri ilə vurmuşdur. Qeyd edir ki, həmin vaxtı Musa nə onu nə də qardaşını vurmayıbdır. Onlar sakitləşəndən sonra o, qardaşı Rafiq ilə Rafiqin yaşadığı evə daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra küçədən Musanın qardaşı Müşfiqin ünvanlarına nalayiq söyüşlər söyməsini eşitmişdir. O, küçəyə çıxmış və onun ardınca qardaşı Rafiq də küçəyə çıxmışdır. Küçədə evlərinin qarşısında Müşfiq Musanı döymələrinə görə onlara kobud formada öz iradını bildirmişdir. O, Müşfiqgilin onlarla dalaşmaq istədiyini görüb yerdən əlinə taxta parçası götürmüşdür. İlk olaraq əlində olan taxta dəyənəklə Müşfiqi vurmuşdur. Taxta parçası Müşfiqin qolunda qırılmışdır. Sonra qarışılıqlı olaraq Müşfiq ilə bir-birilərini əl zərbələri ilə vurmuşlar. Müşfiq əlində olan taxta dəyənəklə onun baş nahiyyəsinə zərbə vurmuşdur. Sonra qardaşı Rafiq yerdən taxta parçası götürüb Müşfiqin baş nahiyyəsindən vurmuşdur. Dava gedişatında Müşfiqdə Rafiqin başına taxta dəyənəklə zərbələr vurmuşdur. Orada o, və qardaşı Rafiq qarşılıqlı olaraq Müşfiq ilə bir-birilərini vurmuşdur. Dava zamanı nə Musa onları vurmayıbdır, nə də onlar Musanı vurmamışdır. Dava nəticəsində onun, qardaşının və Müşfiqin baş nahiyyəsi qanamışdır. Təxminən dava 50-10 dəqiqə davam etmişdir. Dava zamanı o, əsəbindən yerdə olan daş parçasını götürüb Musaya doğru atmış, lakin, daş Musaya yox Musanın yük avtomobilinin şüşəsinə dəyərək şüşəni sındırmışdır. Dava zamanı orada Müşfiqin qohumları Nicad və İlyas olmuşdur. Artıq dava qurtarandan sonra isə ora Bəhruz, Orxan, Şahin gəlmişlər. Əlavə olaraq qeyd edir ki, həmin vaxtı və sonradan qardaşı Rafiq odlu silah ilə atəş açmayıbdır. Ümumiyyətlə Rafiqin odlu silahı yoxdur. Musa və Müşfiq qardaşları Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etməsinə görə o, və qardaşı Rafiq də 04.01.2021-ci il tarixdə Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişdir. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, 25.12.2020-ci il tarixdə təxminən səhər saat 09-radələrində Bərdə rayonu mal bazarında Musa və Müşfiq qardaşları ilə rastlaşmışdır. Təsadüfən Zabil adlı tanışlarının satdığı bir baş inəyi almağa görə Musa ilə qardaşı Namiqin aralarında sözlə mübahisələri olmuşdur, sonradan mübahisəyə Müşfiqdə qoşulmuşdur. Orada onları o, sakitləşdirmişdir. Həmin vaxtı onların aralarında yalnız sözlə mübahisələri olmuşdur və elə o vaxtdanda aralarında ədavətləri yaranmışdır. Sonrakı günlərdə o, bəzi-bəzi şəxslərdən Musa və Müşfiq qardaşlarının onu və qardaşı Namiqi axtardıqlarını və arxalarınca danışdıqlarını eşitmişdir. 01.01.2021-ci il tarixdə saat 09:30 radələrində o, qardaşı Namiq ilə Namiqin idarə etdiyi avtomobil ilə Bərdə rayonu Mirzəcəfərli kəndində yaşadığı evə gedərkən qonşu Orxanın evinin qarşısında Musanın özünə məxsus yük avtomobili ilə dayandığını görmüşdür. Namiq avtomobili saxlayıb Musaya yaxınlaşmışdır. O, da avtomobildən düşüb Namiqin ardınca getmişdir. Həmin vaxtı Musanın yanında qohumu İlyas da olmuşdur. Namiq Musa ilə söhbət edərkən mal bazarında olan söhbətə görə aralarında sözlə mübahisələri olmuşdur. Mübahisə zamanı qarışılıqlı olaraq bir-birilərini söyüb təhqir etmişlər. Mübahisə vaxtı ilk olaraq Namiq ayağı ilə Musaya badalaq verib yerə yıxmışdır. Yerdə olarkən Namiq Musanı əl zərbələri ilə vurmuşdur. Az sonra İlyas ilə o, onları aralaşdırmışdır. Musa avtomobilindən dəmir parçası götürüb Namiqi vurmaq istəyərkən o, əsəbləşmiş və Musaya bir dəfə sillə zərbəsi vurmuşdur. Qeyd edir ki, həmin vaxtı Musa nə onu nə də qardaşını vurmayıbdır. Onlar sakitləşəndən sonra o, qardaşı Namiq ilə yaşadığı evə daxil olmuşdur. Təxminən 10-15 dəqiqə sonra küçədən Musanın qardaşı Müşfiqin ünvanlarına nalayiq söyüşlər söyməsini eşitmişdir. Namiq küçəyə çıxmış və ardınca o, da küçəyə çıxmışdır. Küçədə evlərinin qarşısında Müşfiq Musanı döymələrinə görə onlara kobud formada öz iradını bildirmişdir. Namiq yerdən əlinə taxta parçası götürmüşdür. İlk olaraq Namiq əlində olan taxta dəyənəklə Müşfiqi vurmuşdur. Taxta parçası Müşfiqin qolunda qırılmışdır. Sonra qarışılıqlı olaraq Müşfiq ilə Namiq bir-birilərini əl zərbələri ilə vurmuşlar. Müşfiq əlində olan taxta dəyənəklə Namiqin baş nahiyyəsinə zərbə vurmuşdur. Sonra o, Müşfiqin Namiqi döyməsini görüb yerdən taxta parçası götürüb Müşfiqin baş nahiyyəsindən vurmuşdur. Dava gedişatında Müşfiqdə onun başına taxta dəyənəklə zərbələr vurmuşdur. Orada o, və qardaşı Namiq Müşfiq ilə bir-birilərini qarşılıqlı olaraq vurmuşdur. Dava zamanı nə Musa onları vurmayıbdır, nə də onlar Musanı vurmamışdır. Dava nəticəsində onun, qardaşının və Müşfiqin baş nahiyyəsi qanamışdır. Təxminən dava 5-10 dəqiqə davam etmişdir. Dava zamanı Namiq yerdə olan daş parçasını götürüb Musaya doğru atmış, lakin, daş Musaya yox Musanın yük avtomobilinin şüşəsinə dəyərək şüşəni sındırmışdır. Dava zamanı orada Müşfiqin qohumları Nicad və İlyas olmuşdur. Artıq dava qurtarandan sonra isə ora Bəhruz, Orxan, Şahin gəlmişlər. Əlavə olaraq qeyd edir ki, həmin vaxtı və sonradan o, orada odlu silah ilə atəş açmamışdır. Ümumiyyətlə onun odlu silahı yoxdur. Musa və Müşfiq qardaşları Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etməsinə görə o, və qardaşı Namiq də 04.01.2021-ci il tarixdə Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Əlavə olaraq qeyd edir ki, Təqsirləndirilən şəxs1 üzləşmə zamanı bildirib ki, guya o, dava zamanı odlu silahdan küçədə olan traktor qoşqusuna doğru iki dəfə atəş açmışdır. Həmin sözü gedən traktor qoşqusu ona məxsusdur və həmin traktor qoşqusunda heç bir atəş, güllə izləri yoxdur. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, ziyanı ödəməsini və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində iş üzrə icraata xitam verilməsinə dair qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid8 ifadə verərək göstərmişdir ki, Namiq və Rafiq qardaşlarını həmçinin, Müşfiq və Musa qardaşlarını xeyli müddətdir tanıyır, aralarında normal münasibətləri olmuşdur. Rafiq onunla paralel küçədə yaşayır. Sonuncu dəfə 01.01.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində o, yaşadığı Bərdə rayonu Mirzəcəfərli kəndində evdə olarkən arxa küçədən səs-küy gəlməsini eşidib həmin küçəyə getmişdir. Küçədə Rafiqin evinin qarşısında Müşfiq ilə Musa qardaşlarının Rafiq və Namiq ilə dalaşmaqlarını görmüşdür. Lakin, onlardan kiminsə bir-birini vurmasını görməmiş, o, ora çatanda artıq dava bitmişdir. Hadisə zamanı Rafiq yaşadığı evdən bir ədəd qoşa lülə tipli ov tüfəngi götürüb Müşfiq və Musanın üzərlərinə doğru getmiş, Bəhruz adlı şəxs Rafiqin əlindən tutub tüfəngin istiqamətini dəyişdirmişdir. Bu vaxt Rafiq silahdan bir dəfə atəş açmışdır. Az sonra Müşfiq və Musa qardaşları oradan uzaqlaşıb getmişlər və ara sakitləşmişdir. Əlavə olaraq qeyd edir ki, o, küçəyə çıxanda artıq Müşfiqgil dalaşıb qurtarmışlar, yəni o, onların bir-birilərini vurmasının şahidi olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid6 ifadə verərək göstərmişdir ki, Namiq və Rafiq qardaşlarını həmçinin, Müşfiq və Musa qardaşlarını xeyli müddətdir tanıyır, onlarla aralarında normal münasibətləri olmuşdur. Musa və Müşfiq onun qohumlarıdır. Sonuncu dəfə 01.01.2021-ci il tarixdə saat 09:30 radələrində yaşadığı evdə qohumları Müşfiq və Tural olarkən Müşfiqə zəng gəlmişdir. Müşfiq dərhal Rafiqin yaşadığı küçəyə getmələrini istəmişdir. O, Müşfiq ilə dərhal evdən çıxıb həmin yerə doğru getmişdir. Yolda Zabil adlı şəxsin avtomobilinə minib yollarına davam etmişlər. Zabil avtomobili Rafiqgilin küçəsinin başında saxlayıb onların düşüb getmələrini istəmişdir. Onlar Rafiqin yaşadığı evin qarşısına çatanda Musa Rafiq və Namiq qardaşlarının onu döymələrini bildirmişdir. Az sonra Rafiq və Namiq qardaşları küçəyə çıxmışlar. Müşfiq ilə onların arasında sözlə mübahisələri olmuşdur. Sonra Müşfiq ilə Rafiq və Namiq qardaşları qarışılıqlı olaraq birbirilərini ağac parçaları ilə vurmuşlar. Həmin vaxtı Musa orada heç kimi vurmamış və Musanı da heç kim vurmayıbdır. Orada Müşviq ilə Rafiq və Namiq qardaşları qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Dava nəticəsində Namiqin və Müşviqin baş nahiyyəsi qanamışdır. Təxminən dava 10-15 dəqiqə davam etmişdir. Az sonra Rafiq yaşadığı evin darvazasının içəri tərəfindən bir ədəd qoşa lülə tipli ov tüfəngi götürüb Musanın və Müşfiqin üzərinə doğru gəlmişdir. Həmin vaxtı Bəhruz adlı şəxs Rafiqin əlindən tutub tüfəngin istiqamətini dəyişdirmişdir. Bu vaxt Rafiq silahdan iki dəfə atəş açmışdır. Atışlar təxminən traktor qoşqusuna doğru atılmışdır. Onlar qorxularından oradan uzaqlaşmışlar. Sonrakı proseslərdən xəbərləri olmayıbdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadə verərək göstərmişdir ki, o, Namiq və Rafiq qardaşlarını xeyli müddətdir tanıyır, aralarında normal münasibətləri olmuşdur. 25.12.2020-ci il tarixdə təxminən səhər saat 09-radələrində Bərdə rayonu mal bazarında Namiq və Rafiq qardaşları ilə rastlaşmışdır. Təsadüfən Zabil adlı tanışlarının satdığı bir baş inəyi almağa görə Namiq ilə aralarında sözlə mübahisələri olmuş, sonradan onların mübahisələrinə qardaşı Müşfiq və Namiqin qardaşı Rafiq də qoşulmuşdur. Orada onları qardaşı Müşfiq sakitləşdirmişdir. Lakin, həmin vaxtı onların aralarında yalnız sözlə mübahisələri olmuşdur və həmin gündən onların aralarında ədavətləri yaranmışdır. Sonrakı günlərdə o, bəzi-bəzi şəxslərdən Namiqin onu və qardaşını axtardığını eşitmişdir. 01.01.2021-ci il tarixdə saat 09:30 radələrində o, yaşadığı Bərdə rayonu Mirzəcəfərli kəndində Rafiqin yaşadığı küçədə özünə məxsus “Qazel” markalı yük avtomobilinin yanında dayanmışdır. Həmin vaxtı qohumu İlyas kənd adamı Orxanın evindən stol, stul götürüb onun avtomobilinin yük yerinə yükləmişdir. O, Rafiq və Namiq qardaşlarının avtomobil ilə gəldiklərini görmüşdür. Namiq onun yanında avtomobili saxlamış və hər ikisi avtomobildən aşağı düşmüşdür. Namiq ona yaxınlaşıb mal bazarında aralarında olan söhbəti yenidən təzələmiş, onların aralarında sözlə mübahisələri olmuşdur. Mübahisə zamanı Namiq ayağı ilə ona badalaq vermiş və o, yerə yıxılmışdır. Namiq onun üzərinə çıxaraq onu əl zərbələri ilə vurmuşdur. Az sonra İlyas və Rafiq onları aralaşdırmışdır. Dava zamanı o, Namiqi və Rafiqi vurmamışdır. O, avtomobilindən dəmir parçası götürüb Namiqi vurmaq istəyərkən Rafiq onu əl zərbələri ilə vurmuşdur. Onlar sakitləşəndən sonra Namiq qardaşı Rafiq ilə Rafiqin yaşadığı evə daxil olmuşlar. Az sonra qardaşı Müşfiq və qohumu Nicad küçədə onun yanına gəlmişlər. O, qardaşına olanları danışmış və onlar Rafiqin yaşadığı evin qarşısına getmişlər. Onların səs-küylərinə Namiq və Rafiq qardaşları küçəyə çıxmışlar. Qardaşı Müşfiq onlara tərəf gedib baş verənlərə görə Rafiq və Namiqə kobud şəkildə sözlə öz iradını bildirmişdir. Bu vaxt aralarında sözlə mübahisələri olmuşdur. Elə bu vaxt Namiq yerdən taxta dəyənək götürmüş və əlində olan taxta dəyənəklə qardaşı Müşfiqi vurmuş, zərbə Müşfiqin sol qoluna dəymişdir. Zərbənin təsirindən dəyənək qırılmışdır. Sonra Müşfiq ilə Namiq qarşılıqlı olaraq əl zərbələri ilə bir-birini vurmuşlar. Həmçinin, Müşfiq əlində olan taxta dəyənəklə Namiqin və Rafiqin baş nahiyyələrinə zərbələr vurmuşdur. Sonradan Rafiq əlində olan taxta dəyənəklə Müşfiqin baş nahiyyəsinə zərbələr vurmuşdur. Həmin vaxtı o, orada heç kimi vurmamış və onu da heç kim vurmamışdır. Orada Müşfiq ilə Rafiq və Namiq qardaşları qarşılıqlı olaraq bir-birilərini vurmuşlar. Dava nəticəsində Namiqin və Müşfiqin baş nahiyyəsi qanamışdır. Təxminən dava 5-10 dəqiqə davam etmişdir. Dava zamanı Namiq yerdə olan daş parçasını götürüb ona doğru atmış, lakin, daş ona yox onun yük avtomobilinin şüşəsinə dəyərək şüşəni sındırmışdır. Rafiq isə yerdən iki ədəd daş götürüb qardaşı Müşviqin qarın nahiyyəsinə vurmuşdur. Az sonra Rafiq yaşadığı evin darvazasının içəri tərəfindən bir ədəd qoşa lülə tipli ov tüfəngi götürüb üzərlərinə doğru gəlmişdir. Həmin vaxtı Bəhruz adlı şəxs Rafiqin əlindən tutub tüfəngin istiqamətini dəyişdirmişdir. Bu vaxt Rafiq silahdan iki dəfə atəş açmışdır. Atışlar təxminən traktor qoşqusuna doğru atılmışdır. Onlar qorxularından oradan uzaqlaşmışdır. Elə bu səbəbdən də o, dərhal AR DİN-nin 102 xidmətinə zəng edib müraciət etmiş və qardaşı ilə 01.01.2021-ci il tarixdə Bərdə RPŞ-nə şikayət ərizəsi ilə müraciət etmişlər. Əlavə olaraq qeyd edir ki, qardaşı Müşfiq ilə Rafiq və Namiq qardaşları dalaşan zamanı orada o, qohumları Nicad, İlyas olmuşdur. Onlar əlbəyaxa dalaşandan sonra isə ora Bəhruz, Orxan, Şahin, Zabil gəlmişdir. Məhkəmə istintaqı zamanı Şahid3 ifadə verərək göstərmişdir ki, o, Namiq və Rafiq qardaşlarını həmçinin, Müşfiq və Musa qardaşlarını xeyli müddətdir tanıyır, aralarında normal münasibətləri olmuşdur. Rafiq onun qonşusudur. Sonuncu dəfə 01.01.2021-ci il tarixdə təxminən saat 09:30 radələrində o, yaşadığı Bərdə rayonu Mirzəcəfərli kəndində evdə olarkən küçədən səs-küy gəlməsini eşidib küçəyə çıxmışdır. Küçədə Rafiqin evinin qarşısında Müşfiq ilə Musa qardaşlarının Rafiq və Namiq ilə dalaşmaqlarını görmüşdür. Müşfiq ilə Namiqin baş nahiyyələri qanamışdır. O, orada qonşu olduğuna görə yaxınlaşıb Rafiqi sakitləşdirməyə çalışmışdır. Az sonra Müşfiq və Musa qardaşları oradan uzaqlaşıb getmişlər və ara sakitləşmişdir. Əlavə olaraq qeyd edir ki, o, küçəyə çıxanda artıq Müşfiqgil dalaşıb qurtarmışdılar, yən, o, Müşfiqgilin bir-birilərini vurmasının şahidi olmamışdır. Həmçinin, həmin vaxtı orada Rafiqin əlində heç bir odlu silah olmamışdır. Ümumiyyətlə həmin vaxtı orada heç kimdə odlu silah olmamışdır. Məhkəmə, Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid2 və Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Namiq və Rafiq qardaşlarını həmçinin, Müşfiq və Musa qardaşlarını xeyli müddətdir tanıyır, aralarında normal münasibətləri olmuşdur. Musa və Müşfiq onun qohumlarıdır. Sonuncu dəfə 01.01.2021-ci il tarixdə saat 09:30 radələrində Musa yaşadığı Bərdə rayonu Mirzəcəfərli kəndində küçədə özünə məxsus “Qazel” markalı yük avtomobilinin yanında dayanmışdır. Həmin vaxtı o, kənd adamı Orxanın evindən stol, stul götürüb Musanın avtomobilinin yük yerinə yükləmişdir. Az sonra o, küçəyə çıxanda Rafiq və Namiq qardaşları Musa ilə sözlə mübahisə etmişlər. Mübahisə zamanı Namiq ayağı ilə Musaya badalaq vermiş və Musa yerə yıxılmışdır. Namiq Musanın üzərinə çıxaraq Musanı əl zərbələri ilə vurmuşdur. Az sonra o, onları aralaşdırmışdır. Həmin vaxtı Rafiq də Musanı vurmuşdur. Dava zamanı Musa onları vurmamışdır. Onlar sakitləşəndən sonra Namiq qardaşı Rafiq ilə Rafiqin yaşadığı evə daxil olmuşlar. O, qohumu Turala zəng edib olanlar barədə məlumat vermişdir. Az sonra Musanın qardaşı Müşfiq yanlarına gəlmişdir. Az sonra Rafiq və Namiq küçəyə çıxmışlar. Anidən Müşfiq ilə Namiq və Rafiq qardaşları birbirilərini qarışılıqlı olaraq vurmağa başlamışlar. Onların əllərində ağac parçaları olmuşdur. Lakin, Musa onları vurmamışdır. Az sonra o, qorxusundan və həyəcandan oradan uzaqlaşıb getmişdir. O, oradan uzaqlaşan kimi odlu silahdan bir dəfə atəş açılması səsini eşitmiş, lakin, silahdan kimin atəş açmasını görməmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Namiq və Rafiq qardaşlarını həmçinin, Müşfiq və Musa qardaşlarını xeyli müddətdir tanıyır, aralarında normal münasibətləri olmuşdur. 25.12.2020-ci il tarixdə təxminən səhər saat 09-radələrində Bərdə rayonu mal bazarında o, bir baş inək satmışdır. Musa ilə Namiq onun satdığı inəyi almaq üçün bir-biriləri ilə sözlə mübahisə etmişlər. Sonradan mübahisəyə Rafiq və Müşfiq də qoşulmuşdur. Lakin, həmin vaxtı aralarında yalnız sözlə mübahisələri olmuşdur. Sonuncu dəfə 01.01.2021-ci il tarixdə saat 09:30 radələrində o, yaşadığı Bərdə rayonu Mirzəcəfərli kəndində küçədə özünə məxsus minik avtomobili ilə sahəyə gedərkən Müşfiq ilə qohumu Nicad onu saxlatdırmışlar və onları yolüstü Rafiqin yaşadığı ünvana salmağını istəmişlər. O, onları avtomobili ilə Rafiqin yaşadığı küçə ilə qonşu küçədə düşürtmüş və sahəyə getmişdir. Təxminən 20 dəqiqə sonra o, geri qayıtmış və Rafiqin yaşadığı küçədə olan qonşuların səs-küylə söhbət etmələrinə görə avtomobili saxlamışdır. Orada olan qonşulardan eşitmişdir ki, Namiq və Rafiq ilə Müşfiq dalaşıbdır. Əlavə olaraq qeyd edir ki, o, onların davasının şahidi olmamışdır. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 01.01.2021-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- alın nahiyəsində ortada tüklü hissənin və alının sol yarısının, sağ arxa təpə, sağ alın-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, üst çənədə sağ l kəsici dişin travmatik sınması və iki ədəd sol kəsici dişlərin laxlaması, sol yuxarı ətrafda bazunun aşağı 1/3-i və dirsək oynağının ön-bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin qançırları, sol dirsək oynağının ön-bayır səthinin sıyrığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 01.01.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 04.01.2021-ci il tarixli 06 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- sol said nahiyəsininsıyrığı, başın təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 01.01.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin 04.01.2021-ci il tarixli 05 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər- başın təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən 01.01.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayır. Xasiyyatnamədən görünür ki, o, yaşayış yerində müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayonu Qarağacı kəndində yaşayır. Xasiyyatnamədən görünür ki, o, yaşayış yerində müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Mirzəcəfərli kənd İnzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs3 Bərdə rayonu Mirzəcəfərli kəndində yaşayır. Xasiyyatnamədən görünür ki, o, yaşayış yerində müsbət xarakterizə olunmuşdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 оğlunun notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir.Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs2 оğlunun notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs3 оğlunun notarial qaydada təsdiq edilmiş ərizəsindən görünür ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və onun təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbi yoxdur. İş üzrə icraata xitam verilməsini xahiş edir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa Məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 01 yanvar 2021-ci il tarixdə saat 09:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kəndində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan ağac parçası ilə bir neçə dəfə Təqsirləndirilən şəxs2 bədəninin müxtəlif nаhiyyələrinə qəsdən vuraraq Təqsirləndirilən şəxs2 sol said nahiyəsininsıyrığı, başın təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuş, sonra hadisə zamanı əlində olan ağac parçası ilə bir neçə dəfə Təqsirləndirilən şəxs3 başına qəsdən vuraraq Təqsirləndirilən şəxs3 başın təpə nahiyəsinin yumşaq toxumasının əzilmiş yarası ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs2 01 yanvar 2021-ci il tarixdə saat 09:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kəndində Təqsirləndirilən şəxs3 yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan ağac parçası və əl zərbələri ilə bir neçə dəfə Təqsirləndirilən şəxs1 bədəninin müxtəlif nаhiyyələrinə qəsdən vuraraq Təqsirləndirilən şəxs1 alın nahiyəsində ortada tüklü hissənin və alının sol yarısının, sağ arxa təpə, sağ alın-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, üst çənədə sağ l kəsici dişin travmatik sınması və iki ədəd sol kəsici dişlərin laxlaması, sol yuxarı ətrafda bazunun aşağı 1/3-i və dirsək oynağının ön-bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin qançırları, sol dirsək oynağının ön-bayır səthinin sıyrığı ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Eyni zamanda, Təqsirləndirilən şəxs3 01 yanvar 2021-ci il tarixdə saat 09:30 radələrində Bərdə rayonu Mirzəcəfərli kəndində yaşadığı evin qarşısında aralarında şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı əlində olan ağac parçası ilə bir neçə dəfə Təqsirləndirilən şəxs1 bədəninin müxtəlif nаhiyyələrinə qəsdən vuraraq Təqsirləndirilən şəxs1 alın nahiyəsində ortada tüklü hissənin və alının sol yarısının, sağ arxa təpə, sağ alın-gicgah nahiyələrinin əzilmiş-cırılmış yaraları, üst çənədə sağ l kəsici dişin travmatik sınması və iki ədəd sol kəsici dişlərin laxlaması, sol yuxarı ətrafda bazunun aşağı 1/3-i və dirsək oynağının ön-bayır səthinin, sol saidin orta 1/3-nin ön səthinin qançırları, sol dirsək oynağının ön-bayır səthinin sıyrığı ilə müşaiyət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Həmçinin, «Xuliqanlıq işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 23 mart 2004-cü il tarixli, 1 saylı qərarında qeyd olunmuşdur ki, ictimai qaydanı kobud surətdə pozmadan və cəmiyyətə qarşı açıqcasına hörmətsizlik göstərmədən ailədə, mənzildə, qohumlar arasında, şəxsi münasibətlər zəminində, intiqam hissi ilə törədilən, o cümlədən zərərçəkən şəxsin təşəbbüsü ilə başlanmış mübahisə və ya dalaşma gedişində döymə, sağlamlığa zərər vurma, əmlakı dağıtma və bu kimi sair hərəkətlər xuliqanlıq kimi qiymətləndirilmir və bunun üçün əsaslar olduqda Cinayət Məcəlləsinin şəxsiyyət əleyhinə olan, yaxuq başqa cinayətlərə görə məsuliyyət nəzərdə tutan müvafiq maddələri ilə tövsüf olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Cinayət işinə əlavə edilmiş Təqsirləndirilən şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış və onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs2 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Həmçinin, Təqsirləndirilən şəxs3 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslə barışmış və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Qeyd olunanlarla yanaşı məhkəmə, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 barışdıqından onlar, cinayət məsuliyyətindən azad olunmalı və barələrində cinayət təqibinə xitam verilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra CPM) 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. Həmin Məcəllənin 40.2-ci maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. Həmin Məcəllənin 43.1 və 43.3-cü maddələrinə əsasən, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxslə zərərçəkmiş şəxs barışdıqda müdafiə tərəfinin razılığı ilə cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Eyni zamanda, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 oğlu cinayət məsuliyyətindən azad olunaraq cinayət təqibinə xitam verildiyindən onlar barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri CPM-in 175ci maddəsinə müvafiq olaraq ləğv edilməlidir. İş üzrə ekspertiza xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 40, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs3 cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs3 оğlu barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-81/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-81/2021
21.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver