Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-81/2022 26.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X6, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü il tarixdə Bərdə rayonu Kürdborakı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Kürdborakı kəndində qeydiyyatda olmaqla yaşayan, barəsində “polisin nəzarəti alına vermə” qətimkan tədbiri seçilmiş təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkiləri 6, 065 qram, 1,514 qram ümumi təmiz çəkisi 7,579 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuananın, 17 may 2021-ci il tarixdə saat 19 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri XXX Təqsirləndirilən şəxs sərnişini olduğu “Opel Astra” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda arxa oturacaqda 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6, 065 qram, 1,514 qram ümumi təmiz çəkisi 7,579 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanna aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu Kürdborakı kəndində anadan olmuşdur. Subaydır. Hazırda Bərdə rayonu Kürdborakı kəndində anası ilə birlikdə yaşayır. O, əvvəllər məhkum olunmamışdır. O, 2016-cı ildə Rusiya Federasiyasının Moskva şəhərinə getmiş və 2020-ci ilin may ayına kimi orada qaldıqdan sonra Azərbaycana geri qayıtmışdır. O, Moskva şəhərində olduğu müddət ərzində bir neçə dəfə narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. O, 16 may 2021-ci il tarixdə Bərdə rayonu Qılınclı kəndinə qonaq getmişdir. Elə həmin günü saat 18-radələrində həmin kəndin kənarından keçən Kür çayının sahilində tək gəzişmişdir. Bu zaman çayın kənarında yerdə bir ədəd salfet kağızın bükülü-yarı açıq vəziyyətdə olmasını və içərisində isə yaşıl rəngdə olan bitki mənşəli kütlə görmüşdür. Həmin bükülü onun diqqətini cəlb etmiş və o, bükülünü əlinə götürüb açıb arasına baxdıqda içərisində yaşıl rəngli olan bitki mənşəli qurudulmuş marixuana olduğunu görmüşdür. Onda narkotik vasitə marixuanaya maraq olduğundan həmin bükülünü əynində olan şalvarın yan cibinə qoyub oradan öz yaşadığı Bərdə rayonu Kürdborakı kəndinə qayıtmışdır. O, həmin narkotik vasitəni özü qəbul etmək məqsədilə götürmüşdür. O, yaşadığı evə qayıdandan sonra tapdığı narkotik vasitə olan qurudulmuş marixuananın az bir miqdarını siqaret tütünü ilə qarışdırıb, doldurub yandıraraq tüstünü daxilinə çəkməklə qəbul etmişdir. Tapdığı həmin narkotik vasitə marixuananın qalan hissəsini əynində olan qara rəngli şalvarının cibinə qoyub özündə saxlamışdır. 17 may 2021-ci il tarixdə o, şəxsi işi ilə əlaqədar Bərdə şəhərinə getmək üçün taksi fəaliyyəti ilə məşğul olan tanıdığı həmkəndlisi Şahid1 zəng etmiş və xahiş etmişdir ki, gəlib onu yaşadığı evdən götürüb Bərdə şəhərinə aparsın. Firdovsi özünə məxsus olan və idarə etdiyi “Opel” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobili ilə gəlib onu yaşadığı evdən götürmüş, onlar Bərdə şəhərinə getmişdir. O, avtomobildə arxa oturacaqda əyləşmiş, ondan başqa avtomobildə sərnişin olmamışdır. Avtomobildə arxa sırada oturmaqda məqsədi bir gün əvvəl Kür çayının sahilində tapdığı və üzərində gəzdirdiyi narkotik vasitə olan qurudulmuş marixuanadan siqaretə doldurub qəbul etmək olmuşdur. Odur ki, o, həmin salfet kağızına bükülmüş marixuananı şalvarının cibindən çıxardıb əlində bir qismini götürmək istəyən zaman Bərdə şəhərində İsmət Qayıbov küçəsində işıqforun qırmızı işığı yandığından Firdovsi avtomobili saxlamalı olmuşdur. Bu zaman bir neçə nəfər mülki geyimli şəxslər avtomobilə yaxılaşmışlar və özlərini onlara təqdim edərək Bərdə RPŞ-nin polis əməkdaşları olduqlarını bildirib onun və Firdovsinin qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını onlara bildirdikdən sonra Bərdə RPŞ-nə getmələrini təklif etmişlər. Bildirir ki, polis əməkdaşları avtomobilə yaxınlaşan zaman əlində tutub saxladığı salfet kağızına bükülmüş və arasında narkotik vasitə olan marixuananı iki ayağının arasında sıxıb gizlətmişdir. Sonra iki polis əməkdaşı onun yanında əyləşən vaxtı ayaqlarının arasında gizlətdiyim həmin salfet bükülü oturacağın üzərinə düşmüşdür. Sonra polis əməkdaşları onu və Firdovsini polis şöbəsinə gətirmişlər və dəvət olunmuş vəkilinin iştirakı ilə polis əməkdaşları Firdovsiyə məxsus olan həmin “Opel” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin salonunda ön hissədə maqintafonun yanındakı dəlikdən bir ədəd siqaret qutusunun kağızına bükülmüş bükülünün arasında şəffaf rəngdə olan maddə avtomobilin arxa oturacağının üzərində isə ona məxsus olan marixuana və salfetin arasında bir ədəd kibrit qutusunun yarı hissəsi içərisində olan marixuana aşkar edilmişdir. Aşkar olunmuş həmin maddə və narkotik vasitə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmış, üzərinə 94 saylı möhür vurulmuşdur. Daha sonra hər bir zərfin üzərinə o, və proses iştirakşıları imza etmişdir. Bundan sonra polis əməkdaşları polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirmişlər, lakin, üzərindən hər hansı bir narkotik vasitə olmadığından aşkar edilməmişdir. Məhkmədən ona yüngül cəza verilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, O, özünə məxsus “Opel” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobil ilə fərdi taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən iki il olarki ara-sıra dərmanlı nəşə deyilən narkotik vasitədən və psixotrop maddə olan metamfetamindən istifadə etmişdir. 15 may 2021-ci il tarixdə təxminən saat 20 radələrində yaşadığı kənddə otlaq sahəsinin yanında piyada gəzən zaman yerdə bir ədəd siqaretin gümüşü kağızına bükülmüş büküm görmüşdür. Həmin büküm marağını cəlb etdiyindən açıb içərisinə baxmışdır. Həmin bükümə baxan zaman içərisində psixotrop maddə olan metamfetamin olmasını görmüş və şəxsi istifadəsindən ötrü həmin bükümü özünə məxsus “Opel” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobilin salonunda maqintafonun yanında olan dəliyə qoyub saxlamışdır. 17 may 2021-ci il tarixdə həmkəndlisi Təqsirləndirilən şəxs onunla telefon əlaqəsi saxlamış və xahiş etmişdir ki, gedib yaşadığı evdən götürüb Bərdə şəhərinə aparsın. O, idarə etdiyi “Opel” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobil ilə gedib Təqsirləndirilən şəxs yaşadığı evdən götürmüş, onlar Bərdə şəhərinə getmişlər. Təqsirləndirilən şəxs avtomobildə arxa oturacaqda əyləşmiş, ondan başqa avtomobildə sərnişin olmamışdır. Bərdə şəhərində İsmət Qayıbov küçəsində işıqforun qırmızı işığı yandığından o, avtomobili saxlamalı olmuşdur. Bu zaman bir neçə nəfər mülki geyimli şəxslər avtomobilə yaxılaşmışlar və özlərini onlara təqdim edərək Bərdə RPŞ-nin polis əməkdaşları olduqlarını bildirib onun və Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin qanunsuz dövriyyəsində şübhəli olduqlarını onlara bildirdikdən sonra Bərdə RPŞ-nə getmələrini təklif etmişlər. Sonra polis əməkdaşları onu və Təqsirləndirilən şəxs polis şöbəsinə gətirmişlər və dəvət olunmuş vəkilinin iştirakı ilə polis əməkdaşları ona məxsus olan həmin “Opel” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirmişlər. Baxış zamanı avtomobilin salonunda ön hissədə maqintafonun yanındakı dəlikdən bir ədəd siqaret qutusunun kağızına bükülmüş bükülün arasında şəffaf rəngdə olan psixotrop maddə metamfetamin, avtomobilin arxa oturacağının üzərində isə marixuana və salfetin arasında bir ədəd kibrit qutusunun yarı hissəsi içərisində olan marixuana aşkar edilmişdir. Təqsirləndirilən şəxs avtomobilin arxa oturacağında aşkar edilmiş narkotik vasitə marixuananın özünə məxsus olmasını etiraf etmişdir. Aşkar olunmuş həmin maddə və narkotik vasitə ayrı-ayrılıqda zərflərə qoyularaq qablaşdırılmışdır, üzərinə 94 saylı möhür vurulmuşdur. Daha sonra hər bir zərfin üzərinə o, və proses iştirakşıları imza etmişdir. Bundan sonra polis əməkdaşları polis şöbəsinin inzibati binasında onun üzərinə şəxsi axtarış keçirmişlər, lakin, üzərindən hər hansı bir narkotik vasitə olmadığından aşkar edilməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, 17 may 2021-ci il tarixdə polis şöbəsinə Bərdə rayon sakinləri Şahid1 və XXX Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün polis əməkdaşlarının iştirakları ilə Şahid1 və XXX Təqsirləndirilən şəxs Opel Astra markalı **-GS-*** qeydiyyat nişanlı avtomobildə Bərdə şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Şübhəli şəxs qismində tutulmuş Şahid1 müdafiəçisi X7 və polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Şahid1 heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid1 təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Şahid1 üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Ardınca şübhəli şəxsin üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Lakin, Şahid1 üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bununla da Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi başa çatdırılmışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuş XXX Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə və polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs XXX Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra XXX Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman XXX Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Ardınca şübhəli şəxsin üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Lakin, XXX Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bununla da XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başa çatdırılmışdır. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Şahid1 müdafiəçisi X7, şübhəli şəxs qismində tutulmuş XXX Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə və polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra şübhəli şəxs Şahid1 məxsus “Opel” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazlarının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Şahid1 və XXX Təqsirləndirilən şəxs heç bir etirazları olmadıqlarını bildirmişlər. Bundan sonra baxış zamanı Şahid1 idarə etdiyi avtomobildə qanunsuz əşya və ya narkotik maddələrin olub-olmaması soruşulmuş, bu zaman Şahid1 ona məxsus avtomobildə heç bir qanunsuz əşya və predmetlərin olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Avtomobilin salonunun ön hissəsində olan maqnitafonun alt hissəsində yerləşən saxlanc yeri kimi istifadə olunan yerdə 1(bir) ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuş, həmin büküm təhqiqatçı tərəfindən açılaraq baxıldıqda içərisində narkotik vasitəyə bənzər şəffaf rəngli maddə aşkar olunmuşdur. Bundan sonra aşkar olunan həmin maddə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyulmuş və qablaşdırılaraq üzərinə 94 saylı saylı möhür vurulmuşdur. Daha sonra iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. Daha sonra baxışın davamına başlanılmış və avtomobilin arxa oturacağının üstündə 1(bir) ədəd salfet kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda içərisində yaşıl rəngli bitki mənşəli olan vasitə və kibrit qutusunun kəsilmiş yarı hissəsinin içərisində eyni ilə yaşıl rəngli bitki mənşəli olan vasitə aşkar olunmuşdur. Həmin vaxtı baxışda iştirak edən şübhəli şəxs XXX Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bitki mənşəli vasitə ona məxsusdur və narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar edilmiş bir ədəd salfet kağızı arasında olan və kibrit qutusunun yarı hissəsinin içərisində olan yaşıl rəngli bitki mənşəli vasitələr birlikdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Bundan sonra həmin salfet kağızı arasında olan həmin maddə və kibrit qutusunun yarı hissəsində olan maddə bir ədəd zərfə qoyulmuş, qablaşdırılaraq üzərinə 94 saylı möhür vurulmuş və zərfin üzərinə iştirakçılar tərəfindən imza olunmuşdur. Daha sonra avtomobilin arxa hissəsində yük yerinə baxış keçirilmişdir. Avtomobildən yuxarıda qeyd edilən maddə və vasitələrdən başqa hər hansı bir qanunsuz əşya və ya narkotik maddələr aşka olunmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 və Şahid4 da şahid qismində dindirilmiş Şahid3 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə vermişlər. İbtidai istintaq zamanı şahid qismində ifadə vermiş və ifadəsi məhkəmə iclasında elan edilərək tədqiq edilmiş Şahid2 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2020-ci ildən Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili vəzifəsində işləyir, polis leytenantı xüsusi rütbəsindədir. 17 may 2021-ci il tarixdə polis şöbəsinə Bərdə rayon sakinləri Şahid1 və XXX Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olmaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Bu səbəbdən həmin tarixdə təxirəsalınmaz əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş və həmin qərar polis şöbəsinin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün polis əməkdaşlarının iştirakları ilə Şahid1 və XXX Təqsirləndirilən şəxs Opel Astra markalı **-GS-*** qeydiyyat nişanlı avtomobildə Bərdə şəhəri İ.Qayıbov küçəsində saxlanılaraq Bərdə RPŞ-nə gətirilmişdir. Polis şöbəsində Şübhəli şəxs qismində tutulmuş Şahid1 müdafiəçisi X7 və polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Şahid1 heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra Şahid1 təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman Şahid1 üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Ardınca şübhəli şəxsin üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Lakin, Şahid1 üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bununla da Şahid1 üzərinə şəxsi axtarış keçirilməsi başa çatdırılmışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuş XXX Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə və polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs XXX Təqsirləndirilən şəxs heç bir etirazı olmadığını bildirmişdir. Bundan sonra XXX Təqsirləndirilən şəxs təklif olunmuşdur ki, üzərində qanunsuz əşya və ya predmet varsa, könüllü olaraq təqdim etsin. Bu zaman XXX Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Ardınca şübhəli şəxsin üzərinə polis əməkdaşları tərəfindən axtarış aparılmışdır. Lakin, XXX Təqsirləndirilən şəxs üzərindən heç bir qanunsuz əşya və ya predmet aşkar olunmamışdır. Bununla da XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi başa çatdırılmışdır. Bundan sonra şübhəli şəxs qismində tutulmuş Şahid1 müdafiəçisi X7, şübhəli şəxs qismində tutulmuş XXX Təqsirləndirilən şəxs müdafiəçisi Nümayəndə və polis əməkdaşlarının iştirakları ilə hüquq və vəzifələri təhqiqatçı tərəfindən izah edildikdən sonra şübhəli şəxs Şahid1 məxsus “Opel” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilə videoçəkilişdən istifadə edilməklə baxış keçirilməsinə hər hansı bir etirazlarının olub-olmaması soruşulmuşdur. Şübhəli şəxs Şahid1 və XXX Təqsirləndirilən şəxs heç bir etirazları olmadıqlarını bildirmişlər. Bundan sonra baxış zamanı Şahid1 idarə etdiyi avtomobildə qanunsuz əşya və ya narkotik maddələrin olub-olmaması soruşulmuş, bu zaman Şahid1 ona məxsus avtomobildə heç bir qanunsuz əşya və predmetlərin olmamasını bildirmişdir. Bundan sonra polis əməkdaşları tərəfindən avtomobilə baxış keçirilməsinə başlanılmışdır. Avtomobilin salonunun ön hissəsində olan maqnitafonun alt hissəsində yerləşən saxlanc yeri kimi istifadə olunan yerdə 1(bir) ədəd gümüşü rəngli kağız bükülü aşkar olunmuş, həmin büküm təhqiqatçı tərəfindən açılaraq baxıldıqda içərisində narkotik vasitəyə bənzər şəffaf rəngli maddə aşkar olunmuşdur. Bundan sonra aşkar olunan həmin maddə təhqiqatçı tərəfindən elektron tərəziyə qoyularaq çəkilmiş, zərfə qoyulmuş və qablaşdırılaraq üzərinə 94 saylı saylı möhür vurulmuşdur. Daha sonra iştirakçılar tərəfindən zərfin üzərinə imza edilmişdir. Daha sonra baxışın davamına başlanılmış və avtomobilin arxa oturacağının üstündə 1(bir) ədəd salfet kağızına bükülmüş bükülü aşkar olunmuşdur. Həmin bükülü təhqiqatçı tərəfindən açıldıqda içərisində yaşıl rəngli bitki mənşəli olan vasitə və kibrit qutusunun kəsilmiş yarı hissəsinin içərisində eyni ilə yaşıl rəngli bitki mənşəli olan vasitə aşkar olunmuşdur. Həmin vaxtı baxışda iştirak edən şübhəli şəxs XXX Təqsirləndirilən şəxs bildirmişdir ki, aşkar olunmuş bitki mənşəli vasitə ona məxsusdur və narkotik vasitə olan qurudulmuş marixuanadır. Aşkar edilmiş bir ədəd salfet kağızı arasında olan və kibrit qutusunun yarı hissəsinin içərisində olan yaşıl rəngli bitki mənşəli vasitələr birlikdə elektron tərəziyə qoyularaq çəkilmişdir. Bundan sonra həmin salfet kağızı arasında olan həmin maddə və kibrit qutusunun yarı hissəsində olan maddə bir ədəd zərfə qoyulmuş, qablaşdırılaraq üzərinə 94 saylı möhür vurulmuş və zərfin üzərinə iştirakçılar tərəfindən imza olunmuşdur. Daha sonra avtomobilin arxa hissəsində yük yerinə baxış keçirilmişdir. Avtomobildən yuxarıda qeyd edilən maddə və vasitələrdən başqa hər hansı bir qanunsuz əşya və ya narkotik maddələr aşka olunmamışdır. Bununla da Şahid1 idarə etdiyi avtomobilə baxış keçirilməsi başa çatdırılmışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X8 bölməsinin məhkəmə-kimyəvi ekspertizasının 18 may 2021-ci il tаriхli 16/467 nömrəli rəyindən görünür ki, tədqiqаtа təqdim olunmuş üzərində “Şübhəli şəxs: Şahid1.” sözləri və imzalar olan zərfdəki, 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,065 qram, 1,514 qram, ümumi təmiz çəkisi 7,579 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuanadır. Tədqiqat təqdim olunmuş bir ədəd kağız paketdə olan marixuanalar tərkiblərinə görə eynidirlər. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 15 iyul 2021-ci il tarixli 827 nömrəli rəyindən görünür ki, XXX Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobionidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş şəxsi axtarış və götürmə aparılması haqqında 17 may 2021-ci il tarixli protokoldan görünür ki, “Opel Astra” markalı **-GS-*** dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa hissədən XXX Təqsirləndirilən şəxs məxsus 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda narkotik vasitə-qurudulmuş marixuana götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 01 ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 17 may 2021-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 60 dəqiqə müddətində davam edən videogörüntülərdə X3 24 dekabr 2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinin inzibati binasında üzərində videoçəkilişdən istifadə edilməklə “Opel Astra” markalı **-GS-*** qeydiyyat nişanlı avtomobilə baxış keçirilən zaman avtomobilin salonunda arxa oturacaqda 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6, 065 qram, 1,514 qram ümumi təmiz çəkisi 7,579 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuanna təqdim etməsi öz əksini tapmışdır. Cinayət işi materiallarına əlavə edilmiş 15 iyul 2021-ci il tarixli cavabından görünür ki, Bərdə rayonu Kürdborakı kəndində qeydiyyatda olmaqla yaşayan XXX Təqsirləndirilən şəxs оğlunun üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə-qurudulmuş marixuananı əldə etdiyi mənbə, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin müəyyənləşdirilməsi, narkotik vasitə-qurudulmuş marixuananı şatış məqsədilə üzərində saxlaması, satması ilə bağlı heç bir məlumat əldə olunmamış, onun narkotik vasitə və ya onun prekursorlarını satdığı hər hansı şəxs və ya şəxslərin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, XXX Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş 08 iyun 2021-ci il tаriхli tələbnаmədən görünür ki, XXX Təqsirləndirilən şəxs оğlunun məhkumluğu yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Bərdə rayon İcra hakimiyyəti Başçısının Şatırlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən daxil olmuş 26 may 2021-ci il tarixli 299 nömrəli arayışdan görünür ki, XXX Təqsirləndirilən şəxs Bərdə rayonu Kürdborakı kəndində yaşayır. Xasiyyətnamədən görünür ki, XXX Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işi materiallarından görünür ki, 19 may 2021-ci il tarixdə cinayət işi üzrə Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb еdilərək həmin maddədə nəzərdə tutulаn ittihаm оnа еlаn еdilmiş və həmin tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs məxsus ekspertiza tədqiqatına sərf edildikdən sonra 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,015 qram, 1,464 qram, ümumi təmiz çəkisi 7,479 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana və baxış keçirilməsi istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk 25 mart 2022-ci il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır və Bərdə Rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, XXX Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,065 qram və 1,514 qram olmaqla, ümumi təmiz çəkisi 7,579 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitəqurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış,, 17 may 2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən XXX Təqsirləndirilən şəxs Bərdə şəhəri, İsmət Qayıbov küçəsində cinayətdən qabaqcadan məlumatı olmayan Şahid1 idarə etdiyi “Opel” markalı, “**-GS-***” dövlət qeydiyyat nişanlı avtomobildə şübhəli şəxs qismində saxlanılıb həmin avtomobildə Bərdə rayon polis şöbəsinə gətirilərkən, üzərində saxladığı yuxarıda qeyd olunmuş narkotik vasitəni cinayət məsuliyyətindən yayınmaq üçün avtomobilin salonunda arxa oturacağın üzərinə qoymuş, Bərdə RPŞ-yə gətirildikdən sonra Şöbənin inzibati binasının həyətində Şahid1 idarə etdiyi avtomobilə baxış istintaq hərəkəti keçirilən zaman “Opel” markalı, “**-GS-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın üzərindən XXX Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,579 qram narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,065 qram və 1,514 qram olmaqla, ümumi təmiz çəkisi 7,579 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə- qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış,, 17 may 2021-ci il tarixdə saat təxminən 19 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən XXX Təqsirləndirilən şəxs Bərdə şəhəri, İsmət Qayıbov küçəsində cinayətdən qabaqcadan məlumatı olmayan Şahid1 idarə etdiyi “Opel” markalı, “**-GS-***” dövlət qeydiyyat nişanlı avtomobildə şübhəli şəxs qismində saxlanılıb həmin avtomobildə Bərdə rayon polis şöbəsinə gətirilərkən, üzərində saxladığı yuxarıda qeyd olunmuş narkotik vasitəni cinayət məsuliyyətindən yayınmaq üçün avtomobilin salonunda arxa oturacağın üzərinə qoymuş, Bərdə RPŞ-yə gətirildikdən sonra Şöbənin inzibati binasının həyətində Şahid1 idarə etdiyi avtomobilə baxış istintaq hərəkəti keçirilən zaman “Opel” markalı, “**-GS-***” dövlət qeydiyyat nişanlı avtomobilin salonunda arxa oturacağın üzərindən XXX Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq əldə edib saxladığı şəxsi istehlak miqdarından artıq miqdarda, yəni 7,579 qram narkotik vasitə- qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə XXX Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və XXX Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, X5 təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X11rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, cinayət qanunu ilə nəzərdə tutulmuş əməli törətmiş şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən XXX Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, XXX Təqsirləndirilən şəxs nun Bərdə Rayon Polis Şöbəsində 17 may 2021-ci il tarixdə 19 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə XXX Təqsirləndirilən şəxs na cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, cəzanı ağırlaşdıran halların olmamasını, təqsirləndirilən şəxsin gənc olmasını, işin digər hallarını, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. XXX Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. XXX Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. XXX Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış zamanı aşkar edilərək götürülmüş ekspertiza tədqiqatına sərf edildikdən sonra 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,015 qram, 1,464 qram, ümumi təmiz çəkisi 7,479 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,015 qram, 1,464 qram, ümumi təmiz çəkisi 7,479 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut XXX Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə aparılması istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk isə cinayət işinin materiallarına əlavə edilməlidir. İş üzrə 32.40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci XXX Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: XXX Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 17 may 2021-ci il tarixdə 19 may 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, XXX Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. XXX Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu, Kürdborakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət XXX Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayonu İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti XXX Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs aşkar edilmiş, Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 1(bir) ədəd salfet bükümündə və üzəri ağ rəngli kağız parçası ilə bükülmüş 1(bir) ədəd yarı bölünmüş kibrit qutusunda ayrı-ayrılıqda təmiz çəkiləri 6,015 qram, 1,464 qram, ümumi təmiz çəkisi 7,479 qram kustar üsulla hazırlanmış narkotik vasitə-qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32.40 (otuz iki manat qırx qəpik) manat məbləğində pul təqsirləndirilən şəxs XXX Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Hаkim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-81/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-81/2022
26.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver