Məhkəmə qərarları › İş №1(021)-81/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-81/2023

03.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-81/2023 03.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1991-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, subay, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağdam rayonu Xıdırlı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri Nizami küçəsi ev 112-də yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bərdə rayonu Mirzəxan kəndində yerləşən Şahid2 yaşadığı fərdi yaşayış evinin həyətyanı sahəsində bir müddət əvvəl qohumu Zərərçəkmiş şəxs barəsində xoşagəlməz fikirlər səsləndirməsi səbəbi ilə sonuncunun ona irad tutması ilə bağlı aralarında şəxsi münasibətlərin pozulması zəmnində baş vermiş mübahisə zamanı yumruqla qəsdən bir neçə dəfə Zərərçəkmiş şəxs sifət nahiyəsinə zərbə ilə vuraraq sonuncuya sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz almasının sol yarısının geniş ölçülü qansızması ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Zərərçəkmiş şəxs tanıyır, onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 23 radələrində o Bərdə rayonu Mirzəxan kəndində yaşayan qohumu Şahid2 yaşadığı fərdi yaşayış evinə qonaq getmişdir. O, orada olarkən qohumu İlqarla söhbət etmiş və söhbət əsnasında İlqar ona xx.xx.2023-cü il tarixdə Şəmkir rayonuna getməli olduqlarını bildirmişdir, bu zaman o İlqara onları Şəmkir rayonuna getməsi üçün avtomobil təşkil edəcəyini və əmisi oğlu Şahid1də onunla gedəcəyini demişdir. Bundan sonra o qohumu Şahid1 zəng etmiş və xx.xx.2023-cü il tarixdə qohumu Şahid2lə Şəmkir rayonuna getməsini istəmişdir, lakin bu zaman Elnur ona onlarla getmək istəmədiyini və qohumları Zərərçəkmiş şəxsla gedəcəyini demişdir, söhbət əsnasında o Elnura qohumu Pərviz adlı şəxsdən xoşu gəlmədiyini və buna görədə onunla getməməsini istəmişdir. Bundan sonra o qohumu İlqar Baxşəlıyevin evində oturmuş və onlar söhbət etmişlər. Təxminən 15-20 dəqiqə sonra əmisi oğlu Elnur qohumu Zərərçəkmiş şəxsla birgə Şahid2 evinə gəlmişlər və Pərviz həyətdən evə daxil olduqda sonra söhbət əsnasında hansı səbəbdən onun barəsində xoşagəlməz fikirlər səsləndirdiyini soruşmuş və onunla mübahisə etmişdir və daha sonra söhbət etmək üçün evin həyətinə çıxmasını istəmişdir. Həmin vaxt evdə qohumu Səbirə Baxşəlıyeva olduğu üçün o Pərviz adlı şəxslə həyətə çıxmış və aralarında sözlə mübahisə baş vermişdir və mübahisə zamanı Pərviz onu nalayiq ifadələrlə söyüb təhqir etdiyi üçün o yumruqla bir neçə dəfə onun sifət və sol göz nahiyəsinə vurmuşdur və nəticədə Pərvizin sol qaş nahiyəsi çapılmışdır. Həmin vaxt orada olan qohumu İlqar, Elnur və Səbirə adlı şəxslər onları aralamış və oən həyətdən çıxıb küçə ilə kəndin mərkəzinə getmişdir və oradan öz yaşadığı ünvana getmişdir. O sonradan, Zərərçəkmiş şəxs atası Camaləddin İsmayılovun Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət edərək onun Pərvizi döyməsi ilə bağlı şikayət etdiyini öyrənmişdir. O Zərərçəkmiş şəxs döydüyünü səmimi etiraf etmiş və tutduğu əməldən peşman olduğunu bildirmişdir. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. X4 onun qohumudur, onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o Bərdə rayonu Mirzəxan kəndində onlarla qonşuluqda yaşayan xalası Şahid3 yaşadığı fərdi yaşayış evinə şirniyyat bişirməsi üçün süd apararaq getmişdir. Həmin vaxt xalasının əri İlqar da evdə olmuşdur. Onlar qonaq otağında oturub söhbət edərkən qohumu və dostu Elnur Baxşəliyev xalası Səbirənin evinə qonaq gəlmişdir. Onlar söhbət edərkən İlqar ona xx.xx.2023-cü il tarixdə Şəmkir rayonuna getməli olduğunu bildirmiş və bu zaman o İlqara onu özünə məxsus maşınla apara biləcəyini demişdir, lakin İlqar razı olmamış, sonra isə Elnur onu pivə içmək üçün yaşadıqları kənddə yerləşən kafeyə dəvət etmiş və o Elnurla birgə kafeyə getmişdir. Onlar kafedə olarkən Elnur ondan xx.xx.2023-cü il tarixdə onu özünə məxsus VAZ-2107 markalı avtomobil ilə Şəmkir rayonuna aparmasını istəmişdir və o razılıq vermişdir. Onlar təxminən 35-40 dəqiqə kafedə oturduqda sonra Elnur Baxşəliyevin mobil telefonuna zəng gəlmiş və həmin vaxt Elnur ona əmisi oğlu Eltunun zəng etdiyini bildirmişdir. Sonra isə onlar telefonda nəsə danışmışlar, həmin vaxt o Təqsirləndirilən şəxs telefon danışığı zamanı onun ünvanına nalayiq fikirlər səsləndirdiyini eşitmişdir, lakin Elnura bu barədə heçnə deməmişdir. Bundan sonra onlar bir neçə dəqiqə kafedə oturduqdan sonra hesabı ödəyərək oradan çıxaraq xalası Şahid3 yaşadığı evə getmişlər və həmin vaxt o Təqsirləndirilən şəxs evdə oturduğunu görmüşdür. Buna görədə ona yaxınlaşaraq hansı səbəbdən Elnurla telefonla danışarkən onun ünvanına nalayiq fikirlər səslədirdiyini soruşmuş və həmin vaxt xalası Səbirə evdə olduğu üçün o Eltundan evin həyətinə çıxmasını istəmişdir, daha sonra həyətdə onlar arasında sözlə mübahisə baş vermiş və mübahisə zamanı Təqsirləndirilən şəxs yumruqla bir neçə dəfə onun sifət nahiyəsinə vuraraq onu döymüşdür və nəticədə o sol göz və sol qaş nahiyələrindən xəsarət almışdır. Bundan sonra orada olan xalası Şahid3, əri Şahid2 və qohumu Elnur adlı şəxs Eltunu aralayaraq sakitləşdirməyə çalışmışlar, daha sonra Təqsirləndirilən şəxs həyətdən çıxartmışlar. Sonra isə Eltun oradan uzaqlaşaraq kəndin mərkəzinə tərəf getmişdir. Bundan sonra Şahid3 onun sol qaş nahiyəsindən qan axdığını görmüş və ona tibbi yardım göstərmişdir. Sonra isə o atası Camaləddin İsmayılova zəng edərək Təqsirləndirilən şəxs onu döydüyünü bildirmişdir. O, Təqsirləndirilən şəxslə aralarında baş verən mübahisə zamanı orada xalası Şahid3, qohumu Şahid2 və Elnur adlı şəxslərin olduğunu və mübahisənin 2-3 dəqiqə ərzində davam etdiyini bildirmişdir. O, Təqsirləndirilən şəxs onun sol göz və sol qaş nahiyəsinə bir neçə dəfə yumruqla vuraraq döydüyünü və ona xəsarət yetirdiyini bildirmişdir. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında iş üzrə əlavə şahid qismində iştirak edən X1 ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun oğludur. O Təqsirləndirilən şəxs tanıyır. Onunla heçbir qəsdi qərəzliliyi və düşmənçiliyi yoxdur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o yaşadığı evdə olarkən oğlu Zərərçəkmiş şəxs qonşuluqda yaşayan xalası Şahid3 evinə getmək istədiyini bildirmişdir və daha sonra evdən süd götürərək onlara getmişdir. Zərərçəkmiş şəxs Şahid3 evinə getdikdən təxminən 1 saat sonra Pərviz ona zəng edərək xalası Səbirənin evində olarkən Təqsirləndirilən şəxs ilə aralarında mübahisə baş verdiyini və mübahisə zamanı Eltunun onun sifət nahiyəsinə bir neçə dəfə qəsdən yumruqla vuraraq döydüyünü və nəticədə sol qaş nahiyəsinin çapıldığını bildirmişdir. Bundan sonra o Pərvizin evə gəlməsini gözləmiş və onun həqiqətən döyüldüyünü görüb Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək oğlu X5 Baxşalıyev tərəfindən döyülməsi barədə məlumat vermişdir. Sonra isə Zərərçəkmiş şəxs tibbi yardım göstərilməsi üçün onu Bərdə rayon Diaqnostika mərkəzinə aparmışdır və orada ona ilkin tibbi yardım göstərilmişdir. O, xx.xx.2023-cü il tarixdə saat 23 radələrində Bərdə rayonu Mirzəxan kəndində yerləşən baldızı Şahid3 yaşadığı fərdi yaşayış evinin həyətində oğlu Zərərçəkmiş şəxsla qohumu Təqsirləndirilən şəxs arasında baş vermiş mübahisə zamanı Eltun yumruqla qəsdən bir neçə dəfə Pərvizin sifət nahiyəsinə vuraraq döydüyünü bildirmişdir. O həmçinin baş vermiş hadisə barəsində yaşadığı evdə olarkən öyrəndiyini və həmin vaxt Eltunla Pərvizin dalaşdığını görmədiyini və orada olmadığını bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid1 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun əmisi oğludur. Zərərçəkmiş şəxs onun qohumudur. xx.xx.2023-cü il tarixdə saat 22 radələrində o qohumu Zərərçəkmiş şəxs digər qohumu İlqar Baxşəlıyevin evinə olduğunu öyrənmiş və buna görədə onlara getmişdir və həmin vaxt orada İlqar, arvadı Səbirə və qohumu Pərvizlə görüşmüşdür, sonra isə söhbət əsnasında İlqar xx.xx.2023-cü il tarixdə Şəmkir rayonuna getməli olduğunu demişdir, həmin vaxt Pərviz onu apara biləcəyini bildirmiş, lakin İlqar razı olmamışdır. Onlar bir neçə dəqiqə söhbət etdikdən sonra isə o Pərvizə yaşadıqları kənd ərazisində yerləşən kafedə pivə içməyi təklif etmişdir və onlar kafeyə getmişlər. Onlar kafedə oturub pivə içərkən Təqsirləndirilən şəxs ona zəng etmiş və harda olduğunu soruşmuşdur, həmin vaxt o Pərvizlə pivə içdiyini demişdir, sonra isə Eltun ona xx.xx.2023-cü il tarixdə X6 rayonuna getməsini bildirmiş, lakin o Pərvizin idarə etdiyi avtomobil ilə Şəmkir rayonuna gedəcəyini demişdir, bu zaman Eltun qohumu Pərviz haqqında xoşagəlməz fikirlər səsləndirərək onu təhqir etmişdir, lakin o bunu Pərvizə biruzə verməmişdir. Bundan sonra o Pərvizlə kafedə 5-10 dəqiqə oturduqdan sonra hesabı ödəyərək qohumu İlqargilə getmişdir. Onlar evə daxil olduqda Təqsirləndirilən şəxs evdə oturmuşdur, həmin vaxt Pərviz ona yaxınlaşaraq hansı səbəbdən onun barəsində xoşagəlməz fikirlər səsləndirdiyini soruşmuş və qohumu Səbirənin evdə olması səbəbi ilə Eltunu söhbət etmək üçün həyətə çağırmışdır. Onlar həyətə çıxdıqda Eltun və Pərviz arasında sözlə mübahisə baş vermişdir və mübahisə zamanı Eltun yumruqla bir neçə dəfə Pərvizin sifət nahiyəsinə vurmuş və nəticədə Pərvizin sol qaş nahiyəsində qan axmağa başlamışdır, həmin vaxt o, qohumu İlqar və həyətə çıxan qohumu Şahid3 onları aralamışlar və Eltunu həyətdən çıxartmışlar. Sonra isə Şahid3 Zərərçəkmiş şəxs tibbi yardım göstərmişdir. Həmin vaxt isə Eltun küçə ilə kəndin mərkəzinə tərəf getmişdir. Onlar Pərvizə yardım göstərdikdən sonra Zərərçəkmiş şəxs atası Camaləddin İsmayılova zəng edərək Eltunun onu döydüyünü bildirmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində iştirak edən Şahid2 ifadəsində ifadəsi elan olunmuş Şahid1 öz ifadəsində göstərdiyi xüsusatları təsdiq edərək eyniməzmunlu ifadə verdi. Məhkəmə iclasında Şahid3 Şahid1 ifadəsinə uyğun izahatı elan olundu. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 12-13-cü vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X3 məhkəmətibb ekspertizasının xx.xx.2023-cü il tarixli 132 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol qaş nahiyəsinin əzilmiş-cırılmış yarası, sol göz almasının sol yarısının geniş ölçülü qansızması- küt əşyanın təsirindən törənmişdir, törənmə müddəti qərarda göstərilən tarixə - yəni xx.xx.2023-cü ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 60-ci vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2023-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 48-ci vərəqəsində olan Ağdam RİHB-nın Xıdırlı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan tam ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar