Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-81/2025 05.05.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1984-cü ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, Azərbaycan Respublikasının vətəndaşı, evli, fərdi əməklə məşğul olan, Tərtər Qarnizon Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242 A, 244 B maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il Amnistiya qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən cəzası 1/2 qədər azaldılıb və 03 il 01 ay 14 gün azadlıqdan məhrum edilmə cəzası saxlanılmış və xx.xx.2002-ci ildə cəzanın sonu ilə əlaqədar azad olunmuş, məhkumluğu olmayan ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 02 aprel 2025-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu 866 saylı qəsəbə ərazisində tanışı Zərərçəkmiş şəxs ilə şəxsi münasibətlər zəminində, yəni Təqsirləndirilən şəxs ünvanına Zərərçəkmiş şəxs tərəfindən kobud ifadə işlədilməsi səbəbindən aralarında yaranmış mübahisə zamanı sonuncunun qəsdən sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq yerə yıxmaqla ona- sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol üst göz qapağının, sol saidin orta 1/3-nin arxa səthinin sıyrıqları, sol gözün ağlı qişasında bütün səthi boyunca genişölçülü qansızmasından ibarət dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirmişdir. Məhkəmə iclasında cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs onunla qonşu binada yaşayır, münasibətləri əvvəllər onunla normal olmuşdur. xx.xx.2025-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu 866 saylı qəsəbə ərazisində olan zaman Zərərçəkmiş şəxs içkili vəziyyətdə anası Şahid ilə mübahisə etdiyini görmüşdür. Bu zaman o, onlara yaxınlaşmış, Zərərçəkmiş şəxs sakitləşdirməyə çalışmış, lakin Zərərçəkmiş şəxs onun ünvanına kobud ifadə işlətdiyi üçün aralarında mübahisə baş vermiş, baş vermiş mübahisə zamanı Zərərçəkmiş şəxs bir dəfə yumruqla sol göz nahiyəsinə vuraraq xəsarət yetirmiş, Samir zərbənin təsirindən yerə yıxılmışdır. Bundan sonra o, onların yanından ayrılmış və yaşadığı Bərdə rayonu 866 saylı qəsəbədə yerləşən evinə getmişdir. Münaqişə təxminən ümumilikdə 3-5 dəqiqə ərzində davam etmişdir. Münaqişə Bərdə rayonu 866 saylı qəsəbə ərazisində yolun kənarında baş vermişdir. Həmin vaxt aralarında olan münaqişəni kənardan anası Şahid görmüşdür. Münaqişə zamanı Zərərçəkmiş şəxs sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmiş, həmin vaxt Samir də zərbənin təsirindən yerə yıxılmışdır. Hazırda etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışdıqlarını, ona dəymiş ziyanın ödədiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onunla qonşu binada yaşayır, münasibətləri əvvəllər Tacirlə normal olmuşdur. xx.xx.2025ci il tarixdə saat 22 radələrində Bərdə rayonu 866 saylı qəsəbə ərazisində içkili halda evə gedən zaman yolda Tacir Məmədovun anası Şahid ilə qarşılaşmış, içkili vəziyyətdə olduğu üçün narahatçılıq yaratmışdır. Bu zaman Təqsirləndirilən şəxs onların yanına yaxınlaşmış, onu sakitləşdirməyə çalışmış, lakin o, həmin vaxt Tacirin ünvanına kobud ifadə işlətdiyi üçün aralarında mübahisə baş vermiş, baş vermiş mübahisə zamanı Tacir onun sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmiş, zərbənin təsirindən yerə yıxılmış, yerə yıxılan zaman sol qolu yerdə olan beton daş örtüyünə çırpılaraq xəsarət almışdır. Bundan sonra Təqsirləndirilən şəxs onların yanından ayrılmışdır. Təxminən 1 saat sonra aldığı xəsarətlə bağlı Bərdə Müalicə və Diaqnostika Mərkəzinə müraciət etmiş, orada olan zaman ona ilkin tibbi yardım olunmuşdur. Münaqişə təxminən ümumilikdə 3-5 dəqiqə ərzində davam etmişdir. Münaqişə Bərdə rayonu 866 saylı qəsəbə ərazisində baş vermişdir. Həmin vaxt aralarında olan münaqişəni Tacirin anası Şahid görmüşdür. Tacir onun sol göz nahiyəsinə bir dəfə yumruq zərbəsi vuraraq xəsarət yetirmiş, zərbənin təsirindən yerə yıxılan zaman sol qolu yerdə olan beton daş örtüyünə çırpılaraq xəsarət almışdır.Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinin olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 18-19-cu vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının xx.xx.2025-ci il tarixli 278 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs bədəni üzərində- sol gözətrafı nahiyədə hər iki göz qapağı əhatə olunmaqla qançırı, sol üst göz qapağının, sol saidin orta 1/3-nin arxa səthinin sıyrıqları, sol gözün ağlı qişasında bütün səthi boyunca genişölçülü qansızması aşkar edilmişdir. Qeyd olunan xəsarətlər bərk küt əşyanın (əşyaların) təsirindən törənmişlər, müddəti qərarda göstərilən xx.xx.2025-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-57-cİ vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı ildə Tərtər Qarnizon Hərbi Tribunalı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 242 A, 244 B maddələri ilə təqsirli bilinərək 9 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.1998-ci il Amnistiya qərarının 3-cü maddəsinin 4-cü bəndinə əsasən cəzası 1/2 qədər azaldılıb və 03 il 01 ay 14 gün azadlıqdan məhrum edilmə cəzası saxlanılmışdır və xx.xx.2002-ci ildə cəzanın sonu ilə əlaqədar azad olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 49-cu vərəqəsində olan Bərdə rayon MKİS-də alınmış arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2 ünvanında yerləşən 866 yerlik məcburi köçükün qəsəbəsi bina 9, mənzil 19-da arvadı X6, anası Şahid, bacısı X2, 2014-cü il təvəllüdlü övladı X7, 2016-cı il təvəllüdülü övladı X3 və 2018ci il təvəllüdlü övladı X4 ilə qeydiyyatda olmaqla həmin ünvanda yaşayırlar. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 50-ci vərəqəsində olan Ağdam rayon İHB-nın Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1984-cü ildə Ağdam rayonunda anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğuldur, Qiyaslı kənd inzibati ərazi dairəsi üzrə onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur, ona dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-81/2025
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-81/2025
05.05.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver