Məhkəmə qərarları › İş №1(021)-83/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-83/2023

20.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-83/2023 20.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı qızının, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi, Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə iştirakı ilə, xx xxx 1985-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri Nüşabə küçəsi ev 1-də qeydiyyatda olan və yaşayan, barəsində “Polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq Müəyyənetdi: Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə fiziki şəxs Zərərçəkmiş şəxs satış üzrə bölgə rəhbəri vəzifəsində işləyərkən öz qulluq mövqeyindən istifadə etməklə Zərərçəkmiş şəxs satış təmsilçisi Şahid2 ona olan etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs məxsus olan 1150 (bir min bir yüz əlli) manat pulu fiziki şəxsin hesabına ödəyəcəyini vəd verib əslində Zərərçəkmiş şəxs məxsus həmin pulu ələ keçirmək niyyəti ilə Şahid2 aldadaraq xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə şəhəri Bakı küçəsinə gələrək Şahid2 olan Zərərçəkmiş şəxs məxsus olan 1150 (bir min bir yüz əlli) manat pulu, habelə Zərərçəkmiş şəxs satış təmsilçisi Şahid5 ona olan etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs məxsus 1000 (bir min) manat pulu fiziki şəxsin hesabına ödəyəcəyini vəd verib əslində Zərərçəkmiş şəxs məxsus həmin pulu ələ keçirmək niyyəti ilə Şahid5 aldadaraq xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Bərdə şəhəri 3 saylı tam orta məktəbin yaxınlığına gəlib Şahid5 olan Zərərçəkmiş şəxs məxsus 1000 (bir min) manat pulu, eyni zamanda Zərərçəkmiş şəxs satış təmsilçisi Şahid4 ona olan etibarından suiistifadə edərək Zərərçəkmiş şəxs məxsus olan 2000 (iki min) manat pulu fiziki şəxsin hesabına ödəyəcəyini vəd verib əslində Zərərçəkmiş şəxs məxsus həmin pulu ələ keçirmək niyyəti ilə Şahid4 vasitəsilə xx.xx.2022-ci il tarixdə saat 2236 dəqiqədə Beyləqan şəhəri Magistral küçəsində yerləşən «Ay market» mağazasının Million elektron ödəmə sistemindən tanışı Şahid6 adına rəsmiləşdirilmiş Kapital Bank ASC-yə məxsus **********058068 kart hesabına 2000 (iki min) manat köçürməklə və Zərərçəkmiş şəxs satış təmsilçisi Şahid3 ona olan etibarından sui-istifadə edərək Zərərçəkmiş şəxs məxsus 1000 (bir min) manat pulu fiziki şəxsin hesabına ödəyəcəyini vəd verib əslində Zərərçəkmiş şəxs məxsus həmin pulu ələ keçirmək niyyəti ilə Şahid3 aldadaraq xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Bərdə şəhəri Nüşabə küçəsində yerləşən çayxanaya gələrək Şahid3 olan Zərərçəkmiş şəxs məxsus olan 1000 (bir min) manat pulu vahid niyyətlə ələ keçirib Zərərçəkmiş şəxs xeyli miqdar hesab edilən 5150 (beş min bir yüz əlli) manat maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Bununla da, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Onun göstərilən cinayət əməlini törətməsi məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs açı məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bildi və ifadəsində göstərdi ki, 2021-ci il tarixdən “A+CO” ASC şirkətində bölgə müdiri vəzifəsində işləmişdir. Vəzifəsi gün ərzində "A+CO” ASC tərəfindən təyin olunmuş xidmət göstərən satış təmsilçilərinin satışına və satışdan sonra yaranmış borcların yığılmasına nəzarət etmək və satış təmsilçiləri arasında iş bölgüsü aparmaqdan ibarət olmuşdur. Tabeliyində 5 satış təmsilçisi fəaliyyət göstərmişdir. Həmin şəxslər Şahid3, Şahid5, Şahid2, Şahid4 və X1r. xx.xx.2022-ci il tarixində pula ehtiyacı oluduğundan tabeliyində olan satış təmsilçisi Şahid2 zəng edərək gün ərzində nisyə mallardan yığdığı pulun nə qədər olmasını soruşmuş, sonuncu 1150 manat pulun olduğunu bildirmişdir. Rəşada axşam görüşərək pulu götürəcəyini bildirmiş, həmin günü axşam saat 22 radələrində Rəşad onunla Bərdə şəhəri Bakı küçəsində yerləşən “A+CO” ASC şirkətinin ofisinin qarşısında görüşmüş, pulu kassaya keçirmək adı ilə Rəşadı aldadaraq 1150 manat pulu Şahid2 almışdır. Tabeliyində olan digər satış təmsilçisi Şahid5 xx.xx.2022-ci il tarixdə zəng edərək gün ərzində nisyə mallardan yığdığı pulun nə qədər olduğunu soruşmuş, sonuncu 1000 manat pulun olduğunu bildirmişdir. Səməndərə sabah görüşərək pulu ondan götürəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Səməndər onunla Bərdə şəhərində yerləşən 3 saylı məktəbin yaxınlığında görüşmüş, görüş zamanı pulu kassaya keçirmək adı ilə Səməndəri aldadaraq 1000 manat pulu Səməndərdən almışdır. Bundan sonra xx.xx.2022-ci il tarixdə tabeliyində olan satış təmsilçisi Şahid3 zəng edərək gün ərzində nisyə mallardan yığdığı pulun nə qədər olmasını soruşmuş, sonuncu 1000 manat pulun olmasını bildirmişdir. Aslana sabah görüşərək pulu ondan götürəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə saat 10 radələrində Aslan onunla Bərdə şəhəri Nüşabə küçəsində yerləşən çayxanada görüşmüş, görüş zamanı pulu kassaya keçirmək adı ilə Aslanı aldadaraq 1000 manat pulu almışdır. xx.xx.2022-ci il tarixdə gecə saatlarında tabeliyində olan satış təmsilçisi Şahid4 zəng edərək gün ərzində nə qədər pul yığmasını soruşmuş, sonuncu 2788 manat pul yığdığını bildirmişdir. Nicata 2000 manat pulu Sənan adlı dostuna məxsus olan Kapital Bankın 4169 7387 8705 8068 saylı plastik kart hesabına köçürməsini bildirmişdir. Nicat da 2000 manat pulu həmin karta göndərmişdir. Nicatı da digər satış təmsilçiləri kimi aldadaraq bildirmişdir ki, aldığı 2000 manat pulu kassaya təqdim edəcək. Borcu olduğundan və pula kəskin ehtiyacı olduğuna görə, həmin pulları kassaya təqdim etməmiş və öz ehtiyacları üçün xərcləmişdir. Hazırda zərərçəkmiş şəxsə dəymiş ziyanı tam ödəmişdir. Tutduğu əməldən peşmançılıq hissi keçirir, zərərçəkmiş şəxsə dəymiş ziyanı ödəməsinin, zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasının nəzərə alınmasını və barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs nümayəndəsi qismində dindirilmiş Nümayəndə ifadə verərək göstərdi ki, nümayəndəsi olduğu Zərərçəkmiş şəxs qanunvericiliklə müəyyən olunmuş əsaslarla fəaliyyət göstərən istər qida, istərsə də qeyriqida sektorunda daxili və xarici bazarda davamlı malları alaraq satış fəaliyyətini həyata keçirən fiziki şəxsdir. O, 13 dekabr 2019-cu il tarixindən etibarən rəsmi sahibkarlıq fəaliyyətiilə məşğul olur. Zərərçəkmiş şəxs məhsulların satışını həyata keçirmək və onların satışından sonra yaranmış borcların yığılması məqsədi ilə Azərbaycan Respublikasının qüvvədə olan əmək qanunvericiliyinə əsasən işçilər işə qəbul etmişdir. “A+CO” ASC ilə Zərərçəkmiş şəxs arasında xx.xx.2021-ci il tarixli, 003/XŞA saylı alqı-satqı müqaviləsi və həmin müqavilənin perspektivliyini artırmaq məqsədi ilə xx.xx.2021-ci il tarixli, 009/XŞX saylı xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə əsasən, Zərərçəkmiş şəxs "A+CO" ASC-dən satış və audit xidməti alır. Zərərçəkmiş şəxs 15 oktyabr 2021-ci il tarixində Bərdə şəhəri Nüşabə küçəsi ev 1-də qeydiyyatda olan va yaşayan Təqsirləndirilən şəxs ilə Əmək Müqaviləsi və həmin tarixdə X6 Haqqında Müqavilə bağlamışdır. Zərərçəkmiş şəxs xx.xx.2021-ci il tarixli, 017K saylı əmr verərək Təqsirləndirilən şəxs satış meneceri vəzifəsinə qəbul etmişdir. Təqsirləndirilən şəxs işə qəbul olduqdan sonra vəzifəsinə uyğun olaraq müxtəlif ərazilərdə yerləşən müxtəlif adlı marketlərə satış etməyə başlamış və ilk günlərdən özünü çalışqan və məsuliyyətli işçi kimi göstərmişdir. Təqsirləndirilən şəxs oğlunun vəzifə öhdəliyi, satış təmsilçilərinin iş fəaliyyətini bölüşdürmək, nəzarət etməkdən ibarət olmuşdur. Təqsirləndirilən şəxs öz vəzifə səlahiyyətlərindən sui-istifadə etməklə, eyni zamanda öhdəliyində çalışan əməkdaşların etibarından sui-istifadə etməklə, aldatmaqla, Zərərçəkmiş şəxs ümumilikdə 5150 manat dəyərində dələduzluq yolu ilə ziyan vurmuşdur. Təqsirləndirilən şəxs bu əməlini xx.xx.2022-ci il tarixindən xx.xx.2022-ci il tarixədək olan müddət ərzində həyata keçirmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs vurduğu ziyanı tam olaraq ödəmişdir. Təqsirləndirilən şəxs dəymiş ziyanı ödədiyindən sonuncudan şikayət və tələbi yoxdur. Zərərçəkmiş şəxs nümayəndəsi Nümayəndə zərərçəkmiş şəxs X2 Təqsirləndirilən şəxs heç bir şikayət və tələbinin olmaması, ona dəymiş ziyanın tam olaraq ödənilməsi və Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsinin xahiş edilməsi barədə ərizəsini məhkəməyə təqdim etdi. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərdi ki, fərdi sahibkar X3 ofisində mühasib-operator vəzifəsində işləyir. Vəzifə öhdəlikləri hər gün saat 0900-da satış nümayəndələrindən ticarət nöqtələri üzrə aldıqları pulların kassaya qəbulu və sistem üzərindən işlənməsindən ibarət olmuşdur. xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək sistem işləməmiş, heç bir əməliyyat apara bilməmişdir. İşçilərə məlumat verərək sistem işlədikdən sonra pulları kassaya qəbul edəcəyini bildirmişdir. xx.xx.2022-ci il tarixdə satış nümayəndələrindən yığdıqları pulları tələb etmiş, satış təmsilçiləri Şahid3, Şahid2, Şahid5 və Şahid4 pulları şirkətin bölgə müdiri Təqsirləndirilən şəxs təhvil verdiklərini bildirmişlər. Təqsirləndirilən şəxs şirkətə məxsus 5150 manat pulu kassaya təqdim etmək adı ilə satış təmsilçilərini aldadaraq ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, təxminən 2022-ci ilin yanvar ayından "A+CO" ASC-də satış təmsilçisi işləyir. "A+CO" ASC ilə fiziki şəxs Zərərçəkmiş şəxs arasında mövcud olan xidməti müqaviləsi üzrə, Ağcabədi rayonu üzrə müxtəlif ticarət nöqtələrinin mal satışını həyata keçirir və ay sonunda satdığı malların məbləğlərini yığaraq fiziki şəxs Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən ofisində kassir operatora təhvil vermişdir. Xidmət etdiyi ərazidə tabeçiliyi fiziki şəxs Zərərçəkmiş şəxs işçisi bölgə müdiri Təqsirləndirilən şəxs olmuşdur. 30 iyun 2022-ci il tarixində bölgə müdiri Təqsirləndirilən şəxs ona zəng edərək ay ərzində yığılan pulları axşam özü götürəcəyini və kassaya özü təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tabeçiliyində işləyən işçi olduğundan güvənib etibar edərək razılaşmış, 30 iyun 2022-ci il tarixdə saat təxminən 22 radələrində Bərdə şəhəri, Bakı küçəsində yerləşən ofisin qarşısında görüşmüşlər. Təqsirləndirilən şəxs ondan gün ərzində ərazidən nə qədər pul yıxdığını soruşduqda, ümumilikdə 1150 manat pul yığdığını bildirmişdir. Təqsirləndirilən şəxs tabeçiliyində olan işçi olduğundan, həmçinin sonuncuya güvəndiyindən yığdığı pulları Təqsirləndirilən şəxs təqdim etmişdir. 05 iyul 2022-ci il tarixədək kassa sistemi işləməmiş, 05 iyul 2022-ci il tarixində ofisə gələrkən kassir operatoru Nicat Əlizadə ərazidən yığılan pulları təqdim etməsini bildirmiş, o da ay ərzində ərazidən yığdığı 1150 manat pulu Təqsirləndirilən şəxs verdiyini bildirmişdir. Nicat Ramindən pulu gətirməsini xahiş etmiş, Ramin pulu evdə saxladığını və evdən götürüb gətirəcəyini bildirmişdir. Təxminən 1 (bir) saat keçməsinə baxmayaraq Ramin pulu gətirməmiş, nömrəisə zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, bölgə müdiri Təqsirləndirilən şəxs tabeçiliyində olan ondan başqa digər 3 nəfər satış təmsilçilərini də aldadaraq ümumilkdə 5150 manat pul dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 ifadə verərək göstərdi ki, təxminən 2022-ci ilin yanvar ayından "A+CO" ASC-də satış təmsilçisi işləyir. "A+CO" ASC ilə fiziki şəxs Zərərçəkmiş şəxs arasında mövcud olan xidmət müqaviləsi üzrə, Ağcabədi rayonu üzrə müxtəlif ticarət nöqtələrinin mal satışını həyata keçirir və ay sonunda satdığı malların məbləğlərini yığaraq fiziki şəxs Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən ofisində kassir operatora təhvil verir. Xidmət etdiyi ərazidə tabeçiliyi fiziki şəxs Zərərçəkmiş şəxs işçisi bölgə müdiri Təqsirləndirilən şəxsdur. Ay ərzində satdığı malların pullarını yığaraq operator kassirə təqdim etmişdir. 03 iyul 2022-ci il tarixində bölgə müdiri Təqsirləndirilən şəxs zəng edərək gün ərzində yığılan pulları sabah özü götürəcəyini və kassaya özü təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tabeçiliyində işləyən işçi olduğundan etibar edərək dediyi ilə razılaşmışdır. 04 iyul 2022-ci il tarixdə saat təxminən 10 radələrində ünvan 1 ünvanın yaxınlığında yerləşən çayxanada görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs ondan 03 iyul 2022-ci il tarixdə ərazidən nə qədər pul yığdığını soruşmuş, ümumilikdə 1000 manat pul yığdığını bildirmişdir. Ramin yığdığı pulları verməsini, hal hazırda operator kassirin pulları sistemə işlədiyi proqram işləmədiyi üçün həmin pulu verməyini istəmişdir. O da Təqsirləndirilən şəxs həm tabeçiliyində işçi olduğundan, həmçinin güvəndiyindən yığdığı pulları təqdim etmişdir. Sabahısı gün işə getdikdə həqiqətən kassa sisteminin işləməməyini bilmişdir. 05 iyul 2022ci il tarixədək kassa sistemi işləməmişdir. 05 iyul 2022-ci il tarixində ofisə gələrkən kassir operatoru Nicat Əlizadə ərazidən yıxılan pulları təqdim etməsini bildirmiş, özü də yığdığı pulları Nicata təqdim etmişdir. Şahid1 ona 1000 manat pulun əksik gəldiyini bildirdikdə sonuncuya 1000 manat pulu Təqsirləndirilən şəxs kassa sisteminin işləmədiyi vaxt ərzində verdiyini bildirmişdir. Nicat Ramindən pulu gətirməsini xahiş etmiş, Ramin də öz növbəsində pulu evdə saxladığını və gedib evdən gətirəcəyini bildirmişdir. Təxminən 1 (bir) saat keçməsinə baxmayaraq Ramin pulu gətirməmişdir. Raminlə əlaqə saxlamaq istəsə də Raminin mobil telefonuna zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, bölgə müdiri Təqsirləndirilən şəxs tabeçiliyində olan ondan başqa digər 3 satış təmsilçilərinidə aldadaraq ümumilkdə təxminən 5150 manat pulu dələduzluq yolu ilə ələ keçirmişdir Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, “A+CO" ASC-də satış təmsilçisi işləyir. "A+CO" ASC ilə fiziki şəxs Zərərçəkmiş şəxs arasında mövcud olan xidmət müqaviləsinə üzrə, Bərdə rayonu üzrə müxtəlif ticarət nöqtələrini mal satışını həyata keçirir və ayın sonunda satdığı malların məbləğlərini yığaraq fiziki şəxs Zərərçəkmiş şəxs məxsus Bərdə şəhəri, Bakı küçəsində yerləşən ofisində kassir operatora təhvil vermişdir. Xidmət etdiyi ərazidə tabeçiliyi fiziki şəxs Zərərçəkmiş şəxs işçisi bölgə müdiri Təqsirləndirilən şəxsdur. Ay ərzində satdığı malların pullarını yığaraq operator kassirə təqdim etmişdir. 02 iyul 2022-ci il tarixində bölgə müdiri Təqsirləndirilən şəxs zəng edərək ay ərzində yığılan pulları sabah özü götürəcəyini və kassaya özü təqdim edəcəyini bildirmişdir. Təqsirləndirilən şəxs tabeçiliyində işləyən işçi olduğundan etibar edərək dediyi ilə razılaşmışdır. 03 iyul 2022-ci il tarixdə saat təxminən 11 radələrində Bərdə şəhər 3 saylı məktəbin yaxınlığında görüşmüşlər. Görüş zamanı Təqsirləndirilən şəxs ondan dünən ərzində nə qədər pul yığdığını soruşduqda, ümumilikdə 1000 manat pul yığdığını demişdir. Ramin ona yığdığı pulu verməyini, hal hazırda operator kassirin pulları sistemə işlədiyi proqramın işləmədiyini bildirərək pullu verməsini istəmişdir. O da Təqsirləndirilən şəxs həm tabeçiliyində olduğu işçi olduğundan, həmdə güvəndiyindən yığdığı pulları Təqsirləndirilən şəxs təqdim etmişdir. 05 iyul 2022-ci il tarixədək kassa sistemi işləməmişdir. 05 iyul 2022-ci il tarixdə ofisə gələrkən kassir operatoru Şahid1 ərazidən yığılan pulları təqdim etməsini bildirmişdir. O da ay ərzində yığdığı pullardan 1000 manatını Təqsirləndirilən şəxs təhvil verdiyini bildirmişdir. Nicat Ramindən pulu gətirməsini xahiş etmiş, Ramin pulu evdə saxladığını və gedib evdən götürüb gətirəcəyini bildirmişdir. Təxminən 1 (bir) saat keçməsinə baxmayaraq Ramin pulu gətirməmişdir. Raminlə əlaqə saxlamaq istəsədə sonuncunun mobil telefonuna zəng çatmamışdır. Sonradan ona məlum olmuşdur ki, bölgə müdiri Təqsirləndirilən şəxs tabeçiliyində olan ondan başqa digər 3 satış təmsilçilərinidə aldadaraq ümumilkdə təxminən 5150 (beş min yüz əlli) manat pul dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs ilə uşaqlıqdan bir yerdə böyümüşlər, dost olmuşlar. Təqsirləndirilən şəxs "A+CO" ASC-nin Bərdə rayonu üzrə bölgə müdiri vəzifəsində işləmişdir. Təqsirləndirilən şəxs işlərinin çox olması ilə əlaqədar olaraq çox görüşməmişlər. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs ilə axşam saatlarında görüşmüş, birlikdə Zərifə Əliyeva adına tam orta məktəbin yaxınlığında yerləşən çayxanaya getmişlər. Təxminən saat 22 radələrində çayxanada çay içərək nərd oynayarkən Ramin mobil telefonu ilə tanımadığı bir şəxslə telefonla danışdıqdan sonra ona plastik kartının üzərində olmasını soruşmuş, özü isə Raminə üzərində olan Kapital banka məxsus plastik kartı təqdim etmişdir. Təqsirləndirilən şəxs həmin kartın şəkilini çəkərək kiməsə göndərmiş, Ramindən kartın şəkilini çəkməsinin səbəbini soruşduqda bildirmişdir ki, işlədiyi şirkətdən kimsə pul göndərəcək. Onun kart hesabına 2000 manat məbləğində pul vurulmuşdur. Pulu çıxarması üçün kartı Təqsirləndirilən şəxs verərək yaşadığı evə getmiş, səhəri gün kartı Təqsirləndirilən şəxs geri almışdır. Beləliklə, Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlində təqsiri məhkəmə istintaqı zamanı özünün etirafedici ifadəsi ilə, eləcə də işdə olan təkzibolunmaz digər mötəbər dəlillərlə və iş materialları ilə tam sübuta yetirilir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə tövsif olunmuşdur. Bununla belə məhkəmə zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdırıb hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin 73-1.2-ci maddəsinə görə, bu Məcəllənin 178.2, 179.2, 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. İttiham aktından, cinayət işinin materiallarından və Zərərçəkmiş şəxs tərəfindən yazılmış qəbzdən görünür ki, cinayət əməli nəticəsində vurulan ziyan, yəni 5150 (beş min yüz əlli) manat məbləğində pul Zərərçəkmiş şəxs tam olaraq ödənilmişdir. İş materiallarında olan "xxxx" ASC-nin Bərdə terminalının 20 aprel 2023-cü il tarixli qəbzindən görünür ki, Təqsirləndirilən şəxs vurulmuş ziyanın iyirmi beş faizi miqdarı olan 1288 (bir min iki yüz səksən səkkiz) manat məbləğində pulu dövlət büdcəsinə ödəmişdir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.3-cü maddəsinə əsasən, şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 72.2-ci, 73.2-ci, 73.3-cü, 73-1.1-ci və 73-1.2-ci maddələrində, habelə Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hallar müəyyən edildikdə təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmır və ya ona xitam verilir. 43.1 və 43.1.2-ci maddələrinə görə, məhkəmə baxışı gedişində bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı çıxarılır. Beləliklə, məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 178.2.3 və 178.2.4-cü maddələri ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərcləri yoxdur. Nəticəvi hissə Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 73, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə qərara aldı: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından və cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 178.2.3 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar