Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-84/2021 18.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X7, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili X8 iştirakları ilə, xx xxx 1970-cı ildə Bərdə rayonunun Dəymədağıldı kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, işləməyən, 01 iyul 1996-cı ildə Bərdə rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 226-1-ci maddəsinin “Q“ bəndi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17 fevral 1998-ci ildə Bərdə Rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 207-ci maddəsinin 3-cü hissəsi və 102-ci maddəsinin 1-ci hissəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 04 dekabr 2002- ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olmayan, Bərdə rayonu Dəymədağıldı kəndində daimi qeydiyyatda olmaqla yaşayan, barəsində polisin nəzarəti altına vermə haqqında qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ və İİ siyahılarına əsasən 01 ədəd sellofon kəsiyi bükümündə təmiz çəkisi 0, 317 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0, 313 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib hər iki bükümü əynində olan göy rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq saxlamış, 30 yanvar 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayonunun Əliyanlı kəndi ərazisində saxlanılıb, Polis Şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 01 ədəd sellofan kəsiyinə büküb üzərində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı təmiz çəkisi 0, 317 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofon kəsiyinə büküb saxladığı təmiz çəkisi 0,313 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin gödəkçəsinin sol yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilib peşmançılıq çəkdiyini bildirərək, ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Dəymədağıldı kəndində yaşayır, ailəlidir. Heç bir yerdə rəsmi işləmir. 2021-ci ilin yanvar ayının ortalarında yaşadığı Bərdə rayonunun Dəymədağıldı kəndi ərazisində dördyol deyilən yerdə dayanacaqda dayanmışdır. Həmin vaxt o, dayanacağın sol tərəfində yerdə sellofan kəsiyinə bükülmüş olan 02 bükülünü görüb düşünmüşdür ki, görən nədir. O, həmin iki bükülünü götürüb əynində olan göy rəngli gödəkçəsinin sol tərəfdən yan cibinə qoymuşdur. Bundan sonra dayanacağın arxa tərəfinə keçib həmin bükülüləri açanda görmüşdür ki, birində ağ, yəni heroin var. O biri ikinci bükümü isə açanda şüşə, yəni metamfetamin olduğunu görmüşdür. İstifadəçisi olduğundan yenə həmin şeyləri öz sellofan kəsiyinə büküb hər iki bükülünü əynində olan gödəkçənin sol yan cibinə qoymuşdur ki, imkan olanda ürəyi istəyəndə özü istifadə etsin. 30 yanvar 2021-ci il tarixdə təxminən saat 19 radələrində o, Bərdə rayonunun Əliyanlı kəndində olarkən, polis əməkdaşları ona həmin kəndin ərazisində yaxınlaşıb, özlərini təqdim edib bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəlidir. Ona görə də onlarla birlikdə polis şöbəsinə getməlidir ki, üzərində şəxsi axtarış aparsınlar. Ona polislər demişlər ki, polis şöbəsində üzərində axtarış keçirilənə qədər əllərini ciblərinə daxil etməsin. O da etiraz etməmiş bildirmişdir ki, polisin qanuni tələbi ilə polis şöbəsinə getməlidir və onlarla polis şöbəsinə gətmişdir. Polis şöbəsinə gəldikdən sonra o, Babək müəllimin iş otağında Babək müəllim tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona Müdafiəçi təqdim etmişdir. Həmin vaxt polislər bildirmişlər ki, üzərində hər hansı bir qeyri-qanuni saxladığı əşya, narkotik vasitə varsa çıxarıb könüllü sürətdə təqdim etsin. O da əynində olan göy rəngli gödəkçəsinin sol yan cibində saxladığı həmin iki bükümdə olan narkotik vasitə heroini və metamfetamini cibindən çıxarıb otaqda olan stolun üzərinə qoymuşdur. Eyni zamanda cibində olan əl dəsmalını da stolun üzərinə qoyub bildirmişdir ki, elə üzərində olan əşyalar bunlardır, bunlardan başqa heç nə yoxdur. Bundan sonra şəxsi axtarışda iştirak edən Azər adlı polis işçisi onun üzərini axtarsa da üzərində başqa heç nə aşkar olunmamışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə Bərdə rayon polis şöbəsininin əməliyyat aparatına məlumatlar daxil olduğundan onun həmin əməllərlə məşğul olması barədə polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğlunu narkotik vasitədən istifadə edən və ümumiyyətlə narkotikə meyilli olan bir şəxs kimi tanımışdır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Ona görə də onun ifşa olunmasından ötrü “ Əməliyyat- axtarış tədbirinin keçirilməsi haqqında” 30 yanvar 2021-ci il tarixdə tərəfindən qərar qəbul olunmuş və həmin qərar rayon Polis Şöbəsinin rəisi Muradəli Babayev tərəfindən təsdiq olunaraq, tərəfindən icra olunmağa başlanılmışdır. Bundan sonra 30 yanvar 2021-ci il tarixdə onun və həmkarlarının iştirakı ilə keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə rayonunun Əliyanlı kəndi ərazisində olmuş olduğu müəyyən olunaraq və o, həmin yerdə saxlanılaraq, saat 19 radələrində Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Bundan sonra bu barədə pols şöbəsinin rəisinə 30 yanvar 2021-ci il tarixdə o, raportla müraciət etmiş və bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və üzərində saxlamaqda şübhəlidir və buna görə də Bərdə rayonunun Əliyanlı kəndi ərazisində saxlanılaraq Bərdə Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Həmin şəxsin üzəində şəxsi axtarış aparılması Bərdə Rayon Polis X3 baş Təhqiqatçısı polis kapitanı X5 həvalə olunmuşdur. Belə ki, onu da qeyd edir ki, 30 yanvar 2021-ci il tarixdə vətəndaş Təqsirləndirilən şəxs Bərdə rayonunun Əliyanlı kəndində saxlanılarkən, onlar ona yaxınlaşıb özlərini təqdim etmişlər və onu saxlayıb bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon Polis Şöbəsinə getməlidir, üzərində şəxsi axtarış aparılacaqdır. Təqsirləndirilən şəxs onların bu tələbinə qarşı heç bir müqavimət və etirazı bildirmədən onlarla Bərdə rayon Polis Şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən onlar polis işçiləri onun nəzərinə çatdırmışlar ki, onun üzərində şəxsi axtarış aparılana qədər əllərini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Onun bu tərzdə hərəkətlərinə tərəflərindən diqqət ediləcəyi də nəzərinə çatdırılmışdır. Təqsirləndirilən şəxs onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir. Bundan sonra onlarla Bərdə rayon Polis Şöbəsinə gəlmiş. Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon Polis Şöbəsinin rəisi polis polkovniki Muradəli Babayevə o, raportla müraciət etdiyindən, həmin raport əsasında araşdırmanın aparılması rəis tərəfindən Bərdə rayon Polis X3 baş təhqiqatçısı polis kapitanı X5 həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Babək Nəsirov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tuutulmuş və ona şübhəli şəxs kimi malik olduğu və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri təhqiqatçı Babək müəllim tərəfindən izah edilmişdir. Onu da qeyd edir ki, həmin şəxsi axtarışın aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən izah olunmuşdur ki, onun üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacaqdır. Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın. Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi və Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 da iştirak etmişlər. Axtarışa başlamazdan əvvəl təhqiqatçı Babək Nəsirov tərəfindən şübhəli şəxs - Təqsirləndirilən şəxs oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri-qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Onsuz da təqdim etməsə də onun üzərinə şəxsi axtarış aparılaraq hər hansı narkotik və ya başqa əşya olduğu halda aşkar olunacaq və qeyri-qanuni saxlanan əşya olduğu halda götürüləcəkdir. Təqsirləndirilən şəxs əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd selleofan bükümləri çıxarıb stolun üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Vüqarın üzərində qeyriqanuni saxladığı hər hansı bir əşyanın və narkotik vasitənin olub-olmaması tərəfindən onun üzərində axtarış aparılması əsasında yoxlanılsada Vüqarın üzərindən hər hansı bit başqa əşya, narkotik aşkar olunmamışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş 02 ədəd sellofan kəsiyinə bükülmüş bükülüdə olan kütləyə baxarkən onlardan birinin heroinə, digərinin isə metamfetaminə bənzər kütləllər olduğunu görüb müşahidə etmişlər. Həmin kütlələr elə elektron tərəzidə çəkilmiş, toz şəkilli heroinə bənzər kütlənin çəkisi 0,317 qram, metamfetaminə bənzər kütlənin çəkisinin isə 0,313 qram olmuş olduğu müəyyən olunmuşdur. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə sellofan kəsiyinə bükülüb kağız zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs üzərindən sellofan kəsiyi bükümündə olaraq aşkar olunmuş kütlələri təhqiqatçı Babək Nəsirov ondan nə məqsədlə əldə edib saxladığını soruşarkən, Təqsirləndirilən şəxs öz şəxsi istehlakı üçün əldə edib saxladığını bildirmişdir. Təqsirləndirilən şəxs narkotik vasitə satışı ilə məşğul olması barədə hər hansı bir məlumat əldə olmadığından ona elə gəlir ki, o, həmin narkotik vasitəni satmaq üçün deyil öz şəxsi istehlakı üçün əldə edib üzərində saxlamışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, o, Bərdə rayonunun Dəymədağıldı kəndində yaşayan Təqsirləndirilən şəxs oğlunun narkotik vasitə qəbul etməsi və üzərində saxlaması barədə Bərdə rayon polis şöbəsininin əməliyyat aparatına məlumatlar daxil olduğundan, onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, Təqsirləndirilən şəxs oğlunun narkotik vasitədən istifadə edən və ümumiyyətlə narkotikə meyilli olan bir şəxs kimi tanıyır. Təqsirləndirilən şəxslə onun heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. 30 yanvar 2021-ci il tarixdə Bərdə Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid2 tərəfindən Təqsirləndirilən şəxs ətrafında əməliyyat-tədbirləri keçirilməsi və bu əməlinə görə onun ifşa olunması üçün qərar qəbul olunmuş və həmin qərar rayon Polis Şöbəsinin rəisi tərəfindən təsdiq olunaraq, tərəflərindən icra olunmağa başlanılmışdır. 30 yanvar 2021-ci il tarixdə onun və həmkarlarının iştirakı ilə keçirilən əməliyyat tədbirləri nəticəsində aldıqları əməliyyat məlumatı əsasında məlum olmuşdur ki, Təqsirləndirilən şəxs Bərdə rayonunun Əliyanlı kəndi ərazisindədir. Odur ki, o, həmin yerdə tərəflərindən saxlanılaraq saat 19 radələrində Bərdə Rayon Polis Şöbəsinin gətirilmişdir. Bundan sonra bu barədə Polis Şöbəsinin rəisinə Şahid2 tərəfindən raportla müraciət olunmuş və bildirilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitədən istifadə etməsi və üzərində saxlamaqda şübhəlidir və buna görə də Bərdə rayonunun Əliyanlı kəndi ərazisində saxlanılaraq, Bərdə Rayon Polis Şöbəsinə gətirilmişdir. Daha sonra həmin şəxsin üzəində şəxsi axtarış aparılması Bərdə Rayon Polis X3 baş Təhqiqatçısı polis kapitanı X5 həvalə olunmuşdur. Təqsirləndirilən şəxs Bərdə rayonunun Əliyanlı kəndində tərəflərindən saxlanılarkən, onlar ona yaxınlaşıb özlərini təqdim edib ona bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğundan onlarla Bərdə rayon Polis Şöbəsinə getməlidir, üzərində şəxsi axtarış aparılacaqdır. Təqsirləndirilən şəxs onların bu qanuni tələbinə qarşı heç bir müqavimət və etirazı bildirmədən onlarla razılaşaraq Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən polis işçiləri onun nəzərinə çatdırmışlar ki, onun üzərində şəxsi axtarış aparılana qədər əllərini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Onun bu tərzdə hərəkətlərinə tərəflərindən diqqət ediləcəyi də nəzərinə çatdırılmışdır. Təqsirləndirilən şəxs onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir. Bundan sonra onlarla Bərdə rayon Polis Şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılması üçün aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon Polis Şöbəsinin rəisi polis polkovniki Muradəli Babayevə Bərdə Rayon Polis X4 Qrupunun əməliyyat müvəkkili polis leytenantı Şahid2 müraciət etdiyindən, həmin raport əsasında araşdırmanın aparılması rəis tərəfindən Bərdə rayon X11 bölməsinin baş təhqiqatçısı polis kapitanı X13 oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Babək Nəsirov tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi malik olduğu və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir. Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasına başlanmazdan əvvəl o, müdafiəçi ilə də təmin edilmişdir. Onu da qeyd edir ki, həmin şəxsi axtarışın aparılmasından əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs təhqiqatçı tərəfindən izah olunmuşdur ki, onun üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə Rayon Polis Şöbəsinin PPXB- nin polis nəfəri, polis serjantı Şahid1 tərəfindən “Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacaqdır. Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın. Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir. Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi o və Bərdə Rayon Polis Şöbəsinin PPXB-nin polis nəfəri, polis serjantı Şahid1 oğlu iştirak etmişlər. Axtarışa başlamazdan əvvəl təhqiqatçı Babək Nəsirov tərəfindən şübhəli şəxs - Təqsirləndirilən şəxs oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri-qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Onsuz da təqdim etməsə də onun üzərinə şəxsi axtarış aparılaraq, hər hansı narkotik və ya başqa əşya olduğu halda aşkar olunacaq və qeyri-qanuni saxlanan əşya olduğu halda götürüləcəkdir. Təqsirləndirilən şəxs oğlu əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən 02 ədəd bükümləri stolun üzərinə qoymaqla təqdim etmişdir. Bundan sonra Vüqar üzərində qeyri- qanuni saxladığı hər hansı bir əşyanın və narkotik vasitənin olub-olmaması Azər Həşimimov tərəfindən onun üzərində axtarış aparılması əsasında yoxlanılsada Vüqarın üzərindən hər hansı bir başqa əşya, narkotik aşkar olunmamışdır. Həmin vaxt onun üzərindən aşkar olunmuş 02 ədəd sellofan kəsiyinə bükülmüş bükülüdə olan kütləyə baxarkən onlardan birinin heroinə, digərinin isə metamfetaminə bənzər kütləllər olduğunu görüb müşahidə etmişlər. Eyni zamanda şübhəli şəxs Təqsirləndirilən şəxs özü də səmimi etiraf edib həmin kütllərdən birinin heroin, digərinin isə metamfetamin olduğunu bildirib iştirakçıların nəzərinə çatdırmışdır. Həmin kütlələr elə elektron tərəzində çəkilmiş, toz şəkilli heroinə bənzər kütlənin çəkisi 0,317 qram, metamfetaminə bənzər kütlənin çəkisinin isə 0,313 qram olmuş olduğu müəyyən olunmuşdur. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə sellofan kəsiyinə bükülüb kağız zərfə qoyulmuşdur. Təqsirləndirilən şəxs həmin kütlələrin heroin və metamfetamin olmuş olduğunu və yoldan taparaq öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 şahidlər Şahid3 və Şahid2 məhkəməyə bildirdikləri ilə oxşar məzmunlu ifadə verərək onların ifadələrində göstərdiyi xüsusatları təstiq etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 30 yanvar 2021-ci il tarixli “şəxsi axtarış və götürmə aparılması” haqqında protokoldan və həmin protokola əlavə edilmiş video çəkilişdən görünür ki, 30 yanvar 2021-ci il tarixdə Bərdə rayon Polis Şöbəsinin inzibati binasında şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılması əsasında üzərindən 0,317 qram çəkidə narkotik vasitə olan heroinin və 0,313 qram çəkidə psixotrop maddə olan metamfetaminin aşkar edilib, həmin maddələr təhqiqatçı X13 oğlu tərəfindən qablaşdırılaraq götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs üzərindən aşkar edilib götürülmüş və Məhkəmə- bioloji ekspertizasının tədqiqat obyektindən keçərək təmiz çəkisi 0,317 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroninin və 0, 313 qram çəkidə psixotrop maddə olan metamfetaminin onun üzərindən aşkar olunub götürülmə vidogörüntülərini özündə əks etdirən və cinayət işinin istintaq materiallarına əlavə edilmiş 01 ədəd disk, iş üçün mühüm ənəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınıb, cinayət işinin istintaq materiallarına əlavə edilməklə saxlanması təmin edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X10 Bölməsindən alınmış 31 yanvar 2021-ci il tarixli 16\ 100 nömrəli rəydən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Şübhəli şəxs Təqsirləndirilən şəxs” sözləri və imzaları olan zərfdəki 1 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0, 317 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0, 313 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Metamfetaminin 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə təsdiq olunmuş “Azərbaycan Respublikasının ərazisində idxalına, ixracına, tranzit nəql edilməsinə və ya istehsalına lisenziya ( xusüsi razılıq) tələb olunan prekursorların” siyahısına əsaslanaraq yoxlanıldı və müəyyən olundu ki, metamfetamin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən psixotrop maddələr” in 1ci siyahısının 2-ci bəndinə daxildir. Təqsirləndirilən şəxs üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 0,317 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroindən tədqiqat prosesində tədqiqata 0, 05 qram sərf olunduğundan qalıq olaraq 0,267 qram heroin qaldığından qalıq heroin və onun üzərindən aşkar edilib götürülmüş metamfetaminin təmiz çəkisi 0, 313 qram olmaqla tədqiqata 0, 05 qram sərf edilməklə qalıq olaraq 0, 263 qram metamfetamin qaldığından həmin qalıq qalmış heroin və metamfetamin maddi sübut kimi tanınaraq Bərdə rayon Polis Şöbəsində maddi sübutların saxlanc anbarında saxlanması təmin olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə şəhər Poliklinikasının 03 fevral 2021-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserindən alınmış 05 fevral 2021-ci il tarixli 88 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizodik istifadə etmə halları olub, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə qeydiyyatda alınması məsləhət görülür. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin BƏSİİ-dən alınmış tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs 01 iyul 1996-cı ildə Bərdə rayon Xalq Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 226-1-ci maddəsinin “Q“ bəndi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş,17 fevral 1998-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin həmin vaxt qüvvədə olmuş 207-ci maddəsinin 3-cü hissəsi və 102-ci maddəsinin 1-ci hissəsi ilə 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunaraq, 04 dekabr 2002-ci il tarixdə cəzasının sonu ilə azad edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Şirvanlı kən inzibati ərazi dairəsi üzrə icra nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, xx xxx 1970-cı il təvəlüdlü, Bərdə rayonu Dəymədağıldı kəndində daimi qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs ərazidə yaşadığı müddət ərzində özünü ailədə və ictimaiyyət arasında nümunəvi aparmış, barəsində kənd icra nümayəndəliyinə heç bir yazılı və şifahi məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş 01 fevral 2021-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan ittiham elan edilmişdir. Həmin tarixdə Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi olmadan, qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ və İİ siyahılarına əsasən 01 ədəd sellofon kəsiyi bükümündə təmiz çəkisi 0, 317 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 01 ədəd sellofan kəsiyi bükümündə təmiz çəkisi 0, 313 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin əldə edib hər iki bükümü əynində olan göy rəngli gödəkçəsinin sol yan cibinə qoyaraq saxlamış, 30 yanvar 2021 ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə rayonunun Əliyanlı kəndi ərazisində saxlanılıb, Polis Şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan göy rəngli gödəkçəsinin sol yan cibindən satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda əldə edib 01 ədəd sellofan kəsiyinə büküb üzərində satış məqsədi olmadan şəxsi istehlak miqdarından artıq miqdarda saxladığı təmiz çəkisi 0, 317 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə heroin və və 01 ədəd sellofon kəsiyinə büküb saxladığı təmiz çəkisi 0,313 qram kustar üsulla hazırlanmış psixotrop maddə-metamfetamin gödəkçəsinin sol yan cibindən polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs himayəsində 1 az yaşlı uşağının olması cəzasını yüngülləşdirən haldır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 30 yanvar 2021-ci il tarixdə 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılmalıdır. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan 17 mart 2021-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 0,54 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,42 qram çəkidə psixotrop maddə olan metamfetamin, eləcə də, Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman çəkilmiş videogörüntülərin əks edildiyi 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi tanınmış, içərisində 0,54 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,42 qram çəkidə psixotrop maddə olan metamfetamin olan 01 ədəd möhürlənmiş zərf Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmiş, videogörüntülərin əks edildiyi 01 ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 0,317 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,313 qram çəkidə psixotrop maddə olan metamfetamin tədqiqatdan sonrakı qalığı 0,267 qram heroin və 0,263 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış zamanı çəkilmiş video görüntülər olan 01 ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınmalıdır. İş üzrə 32 (otuz iki) manat 40 (qırx) qəpik məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsində 30 yanvar 2021-ci il tarixdə 01 fevral 2021-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün, həbsdə saxlamanın müddətinin azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla hazırkı hökmlə təyin olunmuş cəzadan çıxılaraq, Təqsirləndirilən şəxs üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu оğlunun üzərinə ünvan 1i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonunun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs оğlu oğlunun yaşayış yeri üzrə İcra və probasiya şöbəsinə həvalə edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın icrası müddəti Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barədə seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən Təqsirləndirilən şəxs yaşadığı ərazi üzrə Narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə rayon Polis Şöbəsində saxlanılan 0,317 qram çəkidə kustar üsulla hazırlanmış narkotik vasitə heroin və 0,313 qram çəkidə psixotrop maddə olan metamfetamin tədqiqatdan sonrakı qalığı 0,267 qram heroin və 0,263 qram metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 32 (otuz iki) manat 40 (qırx) qəpik Təqsirləndirilən şəxs оğlu oğlundan tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m/h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir.
Məhkəmə qərarları › İş №1(021)-84/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-84/2021
18.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver