Məhkəmə qərarları › İş №1(021)-84/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-84/2022

18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-84/2022 18.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1977-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, fərdi əməklə məşğul olan, Bərdə rayon Xalq Məhkəməsinin 28.08.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.12.1997ci il tarixdə cəzasının sonu ilə azad edilmiş, Ağır Cinayətlər Üzrə Hərbi Məhkəmənin 14.01.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 334-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad olunmuş, Bərdə rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CMnin 234.1 maddəsilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə 05.12.2017-ci il tarixdə azad olunmuş, məhkumluğu ödənilmiş Bərdə rayon Alaçadırlı kəndində qeydiyyatda olmaqla, Bərdə rayon Meşəçilik ərazisində yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs oğlu sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 24 mart 2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayon Meşəçilik ərazisində yerləşən yaşadıqları fərdi yaşayış evində onunla qeyri-rəsmi olaraq bir yerdə yaşayan Zərərçəkmiş şəxs ilə aralarında şəxsi münasibətlər zəmində yaranmış mübahisə dava-dalaşa çevrilmiş və dava-dalaş zamanı Zərərçəkmiş şəxs baş və bədəninin müxtəlif nahiyələrinə yumruq və ağacla 5-6 dəfə qəsdən vuraraq sonuncuya beyin silkələnməsi ilə müşayət olunan sol gözyuvasıüstü, təpə nahiyələrinin qançırları, sol said nahiyəsinin qançırı və sıyrığı, sol bud, sol baldır, sol said nahiyələrinin qançırları ilə müşahidə olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən üç ildir ki, Bərdə rayon Samux kəndindən olan Zərərçəkmiş şəxs ilə qeyri-rəsmi olaraq ailə qurmuş və Bərdə rayon Meşəçilik ərazisində bir otaqlı ev alaraq həmin evdə yaşayırlar. 24.03.2022-ci il tarixdə o, sərxoş vəziyyətdə Bərdə rayon Meşəçilik ərazisində yaşadığı evə gelmiş, saat təxminən 23 radələrində O, həyat yoldaşı Zərərçəkmiş şəxs demişdir ki, “gəl mənim anam gilə gedək” Maya isə “sən sərxoşsan mən səninlə getmirəm” deyə cavab vermişdir. Bu zaman aralarında mübahisə yaranmış, mübahisə zamanı o, əsəbləşib yumruqla Mayanın sinə nahiyəsinə vuraraq onu döyməyə başlamış həmçinin həyətdə olan ağacı əlinə götürərək yaşadığı evə daxil olmuş və yaşadığı evin içərisində həmin ağacla Mayanın sol qol nahiyəsinə və sol ayaq nahiyəsinə qəsdən bir neçə zərbə vurmuşdur. Həmin vaxt əlində olan ağac zərbədən bir neçə hissəyə bölünmüşdür. Bundan sonra əsəbi sakiləşmiş və yaşadığı evdə yatmışdır. 25.03.2022-ci il tarixdə səhər saatlarında isə o, Mayanın üzündən öpüb işə getmiş və axşam evə qayıdanda isə görmüş ki, Maya evdə yoxdur. Bundan sonra o, bilmişdir ki, Maya küsüb getmişdir. O, Zərərçəkmiş şəxs vurduğu ağac həmin vaxt əlində bir neçə hissəyə qırılmış, səhər acılanda isə o, həmin ağacı evdən götürüb zibilliyə atmış bu səbəbdən ağacı təhqiqata təqdim edə bilməmişdir. Həmçinin ərizə təqdim edərək, bildirdi ki, etdiyi əməldən peşmandır, hal-hazırda zərərçəkmiş şəxslə barışmışdır. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, 3 ildir ki, Təqsirləndirilən şəxs ilə qeyri-rəsmi olaraq ailə qurmuş və Bərdə rayon Meşəçilik ərazisində ev alaraq orada yaşayırlar. Azərlə onun birgə nigahından övladı yoxdur. Azər mütamadi olaraq spirtli içki qəbul edir və onunla yaşadığı evdə mübahisə edir. Sonuncu dəfə 24.03.2022-ci il tarixdə saat 23 radələrində yaşadığı evdə olan zaman həyat yoldaşı Azər sərxoş vəzyyətdə evə gəlmiş, ona demişdir ki, “gəl gedək mənim anamgilə” o, isə “ sən sərxoşsan mən səninlə getmirəm” deyə cavab vermişdir. Bundan sonra Azər əsəbləşib onu yaşadığı evdə yumruq və əlində olan ağacla bədənimin müxtəlif nahiyələrinə sinəsinə, sol qol nahiyəmə və sol ayaq nahiyələrimə təxminən 5-6 dəfə qəsdən güclü zərbələr vurmuşdur. Bundan sonra onun bədəninin müxtəlif nahiyələrində güclü ağrılar olmuşdur. Azər onu döyən zaman əlində olan ağac onun bədəninə dəydikdən sonra bir neçə hissəyə qırılmışdır. O, isə hadisənin səhəri günü yəni 25.03.2022-ci il tarixdə Azər işə gedəndən sonra Azərin bacısıgilə qaçmışdır. Həmçinin hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır. 3 ildir ki, Zərərçəkmiş şəxs ilə qeyri rəsmi olaraq ailə qurmuş və Meşəçilik ərazisində fərdi yaşayış evində yaşayırlar. 25.03.2022-ci il tarixdə səhər saatlarında X2 onun yaşadığı evə gəlmiş və Azər tərəfindən döyülməsini bildirmişdir. Həmçinin O, Mayanın bədəni üzərində coxsaylı xəsarətlər görmüşdür. Azərlə telefon danışığı zaman Azər ona etiraf etmişdir ki, O, Mayanı döyübdür. 27.03.2022-ci il tarixdə isə DİN-nin 102 xidmətinə zəng edərək Azər tərəfindən Mayanın döyülməsi barədə məlumat vermişdir. O Azərin Mayanı döyməsini bir başa olaraq görməsədə hər ikisinin dediklərinə əsasın bilir ki, Azər 24.03.2022-ci il tarixdə Mayanı döymüşdür. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 15-16-cı vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmətibb ekspertizasının 28.03.2022-ci il tarixli 188 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – beyin silkəllənməsi ilə müşayət olunan sol gözyuvasıüstü, təpə nahiyələrinin qançırları, sol said nahiyəsinin qançırı və sıyrığı, sol bud, sol baldır, sol said nahiyələrinin qançırları küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 24.03.2022-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-60-cı vərəqələrində olan Bərəd rayon Məhkəməsinin 1(021)60/2017 saylı 04.05.2017-ci il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 57-60-cı vərəqələrində olan Goranboy Rayon Polis Şöbəsinin 24.08.2019-cu il tarixli cinayət işinin başlanmasının rədd olunması haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 maddəsi ilə cinayət işinin başlanması rədd olunmuşdur. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 56-cı vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Xalq Məhkəməsinin 28.08.1995-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət məcəlləsinin 143-cü maddəsinin 3-cü hissəsi ilə təqsirli bilinərək 2 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, 01.12.1997-ci il tarixdə cəzasının sonu iə azad edilmiş, Ağır Cinayətlər Üzrə Hərbi Məhkəmənin 14.01.2001-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 334-cü maddəsinin 1-ci hissəsi ilə təqsirli bilinərək 3 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası Milli Məclisinin 01.02.2001-ci il tarixli Amnistiya qərarının 3.3-cü maddəsinə əsasən azad olunmuş, Bərdə rayon Məhkəməsinin 04.05.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1 maddəsilə təqsirli bilinərək 1 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş və cəzasının sonu ilə 05.12.2017-ci il tarixdə azad ilə azad olunmuş, 24.08.2019-cu il tarixdə Goranboy RPŞ-də Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 185.1 maddəsilə məsuliyyətə cəlb olunmuş, 24.08.2019-cu il tarixdə Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 40.2.2 maddəsi ilə məsuliyyətdən azad edilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 55-ci vərəqəsində olan Bərdə RİHB-nın Kələnrtərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar