Məhkəmə qərarları › İş №1(021)-84/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-84/2023

12.04.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-84/2023 12.04.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlunun, Məhkəmə iclasının katibi: X1, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: 05 avqust 1956-cı il tarixdə Laçın rayonu, Çorman kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Laçın rayonu, Çorman kəndində qeydiyyatda olmaqla, Bərdə rayonu Qaradəmirçi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə materiallara açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, sağlamlığın qısa müddət pozulmasına səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə, saat 09 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus Bərdə rayonu Qaradəmirçi kəndinin yuxarı hissəsində yerləşən pay torpağı ərazisində ona məxsus hind quşlarının Zərərçəkmiş şəxs sahəsində otlaması səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə, əlindəki ağac budağı ilə sol əl nahiyəsinə qəsdən zərbə vuraraq, ona alt və üst dodağın sol yarısının qançırları, alının sağ yarısının sıyrığı, sol əlin İİİ barmağının əsas falanqasının proksimalında çıxıq xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləməsə də özünə məxsus torpaqda əkin-biçin işləri ilə və heyvandarlıqla məşğul olur, bundan başqa həyətində hind quşları və toyuqları vardır. Zərərçəkmiş şəxs onun həmkəndlisidir, normal münasibətləri olmuşdur. Onun yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında Zərərçəkmiş şəxsa məxsus pay torpaq sahəsi vardır. 17 avqust 2022-ci il tarixdə o, kənddə, evinin yaxınlığında imiş, həmin ərəfələrdə ona məxsus 5 ədəd hinduşka onun xəbəri olmadan Mahirə məxsus yonca sahəsinə keçmişdir. O, bundan xəbərdar olan kimi həmin hinduşkaları çıxarmaq üçün Mahirə məxsus pay torpaq sahəsinə keçmiş, həmin vaxt Mahir də oraya gələrək onun ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmiş, bu səbəbdən onunla aralarında mübahisə yaranmış, mübahisə zamanı Mahir əli ilə onun paltarından tutmuş, sonra isə Mahir təpiklə onun sinəsinə vurmuş və o, yerə yıxılmış, ayağa qalmaq istəyəndə yenə də təpiklə onun sinəsindən vurmuş, bundan sonra o, ayağa qalxanda paltarından tutduğu üçün şillə ilə Mahirin sifət nahiyyəsinə həmçinin, əlində olan ağacla onun çiyin nahiyyəsinə vurmuş, bu zaman həmkəndlisi Coşqun adlı şəxs ora gəlmiş və onları sakitləşdirmiş, sonra Mahir həmin yerdən uzaqlaşmışdır. Hadisə, 17 avqust 2022-ci il tarixdə Bərdə rayon Qaradəmirçi kəndində baş vermiş, hadisə, 5-7 dəqiqə ərzində baş vermiş, bundan sonra bədənində ağrılar olduğundan o, xəstəxanaya gedərək tibbi yardım almışdır. Əməlindən səmimi peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını və zərərçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq barəsində ədalətli qərar qəbul edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, Bərdə rayon Qaradəmırçı kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləməsə də özünə məxsus torpaqda əkin-biçin işləri ilə və heyvandarlıqla məşğul olur, Təqsirləndirilən şəxs onun həmkəndlisidir, normal münasibətləri olmuşdur. Ərşadın evi onun əkin sahəsinin yaxınında yerləşir. Kəndlərində yerləşən əkin sahəsində 1 hektar pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsində yonca əkmişdir. 17 avqust 2022-ci il tarixdə səhər saatlarında öz sahəsinə gedirmiş, sahəyə çatan zaman həmin yerdə həmkəndlisi Təqsirləndirilən şəxs məxsus hinduşkaların otlamasını görmüş, daha sonra Ərşada yaxınlaşmış və bu barədə ona irad bildirmişdir. Lakin, Ərşad hinduşkaların onun yonca sahəsində otlamamasını bildirmiş, həmin səbəbdən onunla aralarında ilk olaraq sözlü mübahisə yaranmış, lakin mübahisənin gedişi zamanı Ərşad əlində olan ağacla sol əlinə vuraraq ona xəsarət yetirmiş, daha sonra o, ağacı Ərşadın əlindən almış, həmin vaxt yanlarında Coşqun da var imiş, Coşqun dava başlayan vaxtdan yaxınlaşıb sakitləşdirməyə çalışırmış, Ərşad ona yaxınlaşmış və yumruqla ağız nahiyyəsindən vurmuşdur. O da yumruqla onun sinəsindən itələmişdir, Coşqun onları sakitləşdirib aralaşdırmış, o, Coşqun ilə həmin yerdən uzaqlaşmışdır. Hal-hazırda Təqsirləndirilən şəxs ilə barışmış, ona dəymiş ziyan ödənilmiş və təqsirləndirilən şəxsə qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş Şahid öz ifadəsində qeyd etmişdir ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləmir, lakin Bərdə rayon Qaradəmirçi kəndində yerləşən torpaq sahəsində əkin-biçin işləri ilə məşğul olur, Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs onun həmkəndliləridir. Onların hər biri ilə həmkəndli kimi normal münasibəti vardır. Heç biri ilə aralarında ədavət və düşmənçilik olmamışdır. Zərərçəkmiş şəxs əkin sahəsi Təqsirləndirilən şəxs məxsus evin yaxınında yerləşir. 17 avqust 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı evdən ona məxsus pay torpaq sahəsinə gedən zaman səs-küy eşitmiş, daha sonra həmkəndliləri Təqsirləndirilən şəxs və Zərərçəkmiş şəxs dava-dalaş etmələrini görmüş, tez həmin şəxslərə yaxınlaşmış və onları sakitləşdirməyə çalışmış, lakin buna baxmayaraq Təqsirləndirilən şəxs sakitləşməyərək əlində olan ağacla Mahirin əl nahiyyəsindən vurmuş, həmçinin davadalaş zamanı Ərşad yumruqla Mahirin ağız nahiyyəsindən vurmuşdur. Bundan sonra o, Mahiri sakitləşdirərək həmin yerdən aparmışdır. Materiala əlavə edilmiş MTE və PA birliyinin xx.xx.2022-ci il tarixli, 631 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs, məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alt üst dodağının sol yarısının qançırları, alının sağ yarısının sıyrığı, sol əlin İİİ barmağının əsas falanqasının proksimalında çıxıq küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən tarixə xx.xx.2022-ci il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə şəhər İcra Nümayəndəsi tərəfindən Təqsirləndirilən şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə şəhər İcra Nümayəndəsi tərəfindən təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs barəsində verilmiş xx.xx.2023-cü il tarixli xasiyyətnamədən görünür ki, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işinə əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş arayışından görünür ki, Zərərçəkmiş şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır. “Bərdə RMX” PHŞ-dan daxil olmuş arayışlardan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın ruhi-əsəb kabinetində və Bərdə şəhər poliklinikasının narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş təqsirləndirilən şəxsin ifadəsinin yerində yoxlanılması haqqında 24 fevral 2023-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs qismində verdiyi ifadəsinin düzgünlüyü Təqsirləndirilən şəxs özünün iştirakı ilə hadisə yerində yoxlanılmaqla dəqiqləşdirilmiş və istintaq hərəkətinin görüntülərini əks etdirən fotocədvəl cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq edilmiş xx.xx.2023-cü il tarixli ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs ilə barışmış, ona qarşı heç bir iddia, şikayət və tələbi yoxdur. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə, saat 09 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə sonuncuya məxsus Bərdə rayonu Qaradəmirçi kəndi ərazisində yerləşən pay torpağı ərazisində ona məxsus hind quşlarının Zərərçəkmiş şəxs sahəsində otlaması səbəbindən aralarında yaranmış mübahisə zamanı əli ilə Zərərçəkmiş şəxs sifət nahiyəsinə, əlindəki ağac budağı ilə sol əl nahiyəsinə qəsdən zərbə vuraraq, ona alt və üst dodağın sol yarısının qançırları, alının sağ yarısının sıyrığı, sol əlin İİİ barmağının əsas falanqasının proksimalında çıxıq xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın qısa müddətdə pozulmasına səbəb olan sağlamlığına qəsdən yüngül zərər vurmuşdur. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-in 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxsin ifadəsi və məhkəməyədək sadələşdirilmiş icraatın digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam şəkildə sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 128-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinə əsasən sağlamlığın qısa müddətə pozulmasına və ya ümumi əmək qabiliyyətinin cüzi itirilməsinə səbəb olmuş qəsdən sağlamlığa yüngül zərər vurma min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə ilə cəzalandırılır. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən və ayrıca olaraq məhkəməyə vurduğu teleqramdan görünür ki, Təqsirləndirilən şəxs оğlu ilə barışdığından və ona vurulmuş ziyan ödənildiyindən ona qarşı heç bir şikayət və tələbi yoxdur. Məhkəməyədək sadələşdirilmiş icraatın materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs məhkəməyə təqdim etdiyi ərizədən görünür ki, o zərərçəkmiş şəxslə barışdığından barəsində cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə, zərərçəkmiş şəxsin və təqsirləndirilən şəxsin ərizəsini nəzərdən keçirib və cinayət proses iştirakçılarının fikirlərini dinləyib hesab edir ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad olunmalı və barəsində cinayət təqibinə xitam verilməli, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Belə ki, CM-in 73.1-ci maddəsinə əsasən böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. CM-in 73.2-ci maddəsinə əsasən bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 iyul 2022-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 73.1-ci maddəsindən fərqli olaraq həmin Məcəllənin 73.2-ci maddəsi imperativ norma olmaqla, cinayət məsuliyyətindən azad etmənin şərti kimi cinayət törətmiş şəxsin zərərçəkmiş şəxslə barışığı çərçivəsində həm dəymiş maddi zərərin əvəzinin (məsələn, oğurlanmış, zədələnmiş əmlakın qaytarılması və ya onun dəyəri miqdarında pul kompensasiyasının) ödənilməsini, həm də dəymiş mənəvi zərərin bilavasitə ödənilməsi forması olaraq müəyyən kompensasiyanın ödənilməsini nəzərdə tutur. Cinayət Məcəlləsinin 73.1 və 73.2-ci maddələrinin mətnindən göründüyü kimi, dəymiş zərərin ödənilməsi cinayət məsuliyyətindən azad edilmənin vacib şərtlərindən biridir. Həmin maddələrdə nəzərdə tutulmuş zərərin ödənilməsi dedikdə, zərərin əvəzinin ödənilməsi ilə yanaşı, həmçinin cinayət nəticəsində zərərçəkmiş şəxsin pozulmuş hüquqlarının və qanuni maraqlarının bərpa edilməsinə yönəlmiş sair tədbirlər başa düşülməlidir. Cinayət ilə (cinayət nəticəsində) zərərçəkmişə fiziki, maddi və mənəvi zərər vurula bilər. Nəzəriyyədə fiziki zərər dedikdə zərərçəkmiş şəxsin həyat və sağlamlığına vurulmuş zərər nəzərdə tutulur. Fiziki zərər ödənilə bilməz, söhbət yalnız onun pul kompensasiyasından gedə bilər. Maddi zərərə zərərçəkmiş şəxsin maddi vəziyyətində baş verən mənfi nəticələr daxildir. Maddi zərərin ödənilməsinə real zərərin və əldən çıxmış faydanın ödənilməsi daxil ola bilər. Mənəvi zərər isə zərərçəkmiş şəxsin mənəvi dəyərlərinə dəymiş zərərdir. Belə zərər, bir qayda olaraq, pul formasında kompensasiya olunur, lakin onun qeyri-maddi forması da mümkündür: məsələn, üzr istəmək, yalan (yanlış) məlumatları təkzib etmək və s. Cinayət Məcəlləsinin 73-cü maddəsinin tələblərinə əsasən zərərçəkmiş şəxslə barışıq cinayət məsuliyyətindən azad edilmənin müstəqil şərti kimi nəzərdə tutulmuşdur. Törədilmiş cinayətin ictimai təhlükəlilik dərəcəsindən asılı olaraq, cinayət törətmiş şəxsin cəzalanmalı olub-olmaması məsələsinin zərərçəkmiş şəxsin mülahizəsinə verilməsi qanunvericinin zərərçəkmiş şəxsin maraqlarına hörmətlə yanaşmasına dəlalət edir və sosial ədalətin bərpa edilməsi məqsədini daşıyır. Əgər zərərçəkmiş şəxs hesab edirsə ki, təqsirləndirilən şəxs ondan üzr istədikdə, oğurlanmış əşyanı geri qaytardıqda, sındırılmış əmlakı bərpa etdikdə, dəymiş maddi və ya mənəvi zərəri ödədikdə və s. hallarda ədalət bərpa olunar, bu halda cinayət mühakimə icraatını həyata keçirən orqanlar cinayət təqibinin aparılmasında israrlı olmamalıdır. Tərəflərin barışması səbəbindən cinayət təqibinə xitam verilməsi ilə cinayət məsuliyyətindən azad etmə özünün mühüm şərti kimi cinayət törətmiş şəxs və zərərçəkmiş şəxs arasında elə bir barışıq vəziyyətini nəzərdə tutur ki, bu, münaqişənin davamından imtinaya gətirib çıxarır. Onların razılaşdırılmış, aydın, sərbəst və birmənalı bəyanlarının qanunun tələbindən irəli gələrək səlahiyyətli orqan tərəfindən də tanınmasını tələb edir. Həmin qərarın nəticə hissəsində yekun olaraq bir daha qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsi imperativ norma olmaqla, həmin maddədə sadalanan cinayət əməlini (əməllərini) törətmiş şəxsin zərərçəkmiş şəxslə barışması, həmçinin ona dəymiş ziyanı tamamilə ödəməsi onun cinayət məsuliyyətindən azad edilməsi üçün şərtsiz əsasdır. CPM-nin 40.1-ci maddəsinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. CPM-in 40.2-ci maddəsinə əsasən şəxsin cinayət məsuliyyətindən azad edilməsi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 72.1, 73.1, 73-1.3 və 74-cü maddələrində nəzərdə tutulmuş hallarda təhqiqatçının və ya müstəntiqin prokurorla razılaşdırılmış qərarına əsasən cinayət təqibi başlanılmaya və ya ona xitam verilə bilər. CPM-in 43.3-cü maddəsinə əsasən məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. İş üzrə məhkəmə xərci, mülki iddia və ya xüsusi müsadirə edilməli əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 39, 43, 321, 346-347, 356, 358 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraatın materialları üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. Qərardan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Əsli ilə düzdür Hаkim:Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar