Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-85/2022 18.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1972-cı ildə Ağdam rayon Boyəhmədli kəndində doğulmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Ağdam rayonu Boyəhmədli kəndində qeydiyyatda olan və Bərdə rayonu Qəhramanlı kəndində yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 28 mart 2022-cı il tarixdə saat 16:00 radələrində Bərdə rayonu Qəhramanlı kəndində Zərərçəkmiş şəxs yaşadığı fərdi yaşayış evində əri Təqsirləndirilən şəxs ilə aralarında şəxsi münasibətlərin pozulması zəmnində yaranmış mübahisə zamanı Təqsirləndirilən şəxs döşəmənin üzərində olan dəmir maşanı götürərək həyat yoldaşı Zərərçəkmiş şəxs baş nahiyəsinə və sol qol nahiyəsinə qəsdən vuraraq sonuncuya sol arxa təpə nahiyəsinin hematoması, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol saidin yuxarı 1/3-nin ön səthinin sıyrığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o 2001cı ildə Zərərçəkmiş şəxs ilə ailə qurmuş və birgə nigahdan 3 övladları vardır. Ailədə maddi imkanları zəif olduğu üçün arvadı Ağdam rayon Quzanlı qəsəbəsində yerləşən çörək bişirmə sexində işləmişdir. Onlar təxminən 8 ay əvvəl Bərdə şəhərində yerləşən adını bilmədiyi mağazadan kredit vasitəsi ilə televizor götürmüşlər və aylıq 67 manat pul ödənişi etmişlər. 28 mart 2022-cı il tarixdə onlar yenidən götürmüş olduqları televizora görə 67 manat redit borcunu ödəməli olmuşlar, lakin ödəniş etmək üçün pulu olmamışdır. 28 mart 2022-cı il tarixdə saat 16:00 radələrində arvadı Nuridə işdən evə getmiş və söhbət əsnasında o Zərərçəkmiş şəxs kredit borcunu ödəyib-ödəmədiyini soruşmuş, lakin Nuridə almış olduğu əmək haqqısını iş yoldaşına borc verdiyini və buna görədə özündə olan 25 manat pulu kredit borcuna ödədiyini demişdir. Buna görədə Zərərçəkmiş şəxs ilə aralarında sözlə mübahisə yaranmış və mübahisə zamanı o əsəbləşərək döşəmənin üzərində olan dəmir maşanı götürərək arvadı Zərərçəkmiş şəxs başına və sol qoluna qəsdən vuraraq onu döymüşdür. O, arvadı Zərərçəkmiş şəxs dəmir maşa ilə bir neçə dəfə vuraraq döydükdən sonra yaşadıqları evdən çıxıb getmişdir. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, 2001-cı il tarixdə Ağdam rayon sakini Təqsirləndirilən şəxs ilə ailə qurmuşdur və birgə nigahdan 3 övladları vardır. O ailədə maddi imkanları zəif olduğu üçün Ağdam rayonu Quzanlı qəsəbəsində yerləşən çörək bişirmə sexində işlədiyini bildirmişdir. O təxminən 8 ay əvvəl Bərdə şəhərində yerləşən adını bilmədiyi mağazadan kredit vasitəsi ilə televizor götürmüşdür və hər ay götürdüyü televizorun pulunu vaxtı-vaxtında ödəmişdir. 28.03.2022-cı il tarixdə kredit götürmüş olduğu mağazaya olan 67 manat borcu olmuşdur, lakin pulu olmadığı üçün işdən yaşadığı evə gedən zaman Bərdə şəhərində yerləşən mağazaya getmiş və 25 manat ödəniş etmişdir. O pulu ödədikdən sonra Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən evinə getmişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs evdə olmuşdur və söhbət əsnasında Vəli ondan kredit borclarını ödəyib-ödəmədiyini soruşmuş, bu zaman o Təqsirləndirilən şəxs pulu olmadığı üçün 25 manat ödəniş etdiyini 42 manat borcu qaldığını demişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxslə aralarında mübahisə yaranmış və mübahisə zamanı Vəli ondan hansı səbəbdən kredit borcunu ödəmədiyini soruşmuşdur, həmin vaxt o Təqsirləndirilən şəxs əmək haqqısını pul ala bilmədiyini və buna görədə kredit borclarını ödəyə bilmədiyini demişdir. Həmin vaxt əri Təqsirləndirilən şəxs onunla münaqişə edərək evdə olan dəmir maşa ilə onun başına və sol qol nahiyəsinə vuraraq onu döyərək xəsarət yetirmişdir. Təqsirləndirilən şəxs onu döydükdən sonra evdən çıxıb getmişdir. Buna görədə o döyülməsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə zəng edərək məlumat vermişdir. O əri Təqsirləndirilən şəxslə aralarında baş verən münaqişə zamanı kənar şəxslərin olmadığını bildirmişdir. Hazırda əri ilə barışdığından Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 29 mart 2022-ci il tarixli 194 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – sol arxa təpə nahiyəsinin hematoması, sol gicgah nahiyəsinin əzilmiş yarası, sol saidin yuxarı 1/3-nin ön səthinin sıyrığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 28 mart 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Zərərçəkmiş şəxs ifadəsində göstərdiyi xüsusatlarla əri Təqsirləndirilən şəxs ifadəsində göstərdiyi xüsusatlar arasında ziddiyətlər olduğundan həmin şəxslər arasında üzləşdirmə keçirilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Təqsirləndirilən şəxs 28 mart 2022-cı il tarixdə yaşadığı Bərdə rayon Qəhrəmanlı kəndində yerləşən fərdi yaşayış evində arvadı Zərərçəkmiş şəxs ilə aralarında baş vermiş mübahisə zamanı sonuncunun başına və sol qol nahiyəsinə zərbə ilə vurmuş olduğu “dəmir maşa “ Təqsirləndirilən şəxs tərəfindən könülü olaraq təqdim edilmişdir və tərəfimdən götürlərək maddi subut kimi tanınmış və saxlanılması üçün RPŞ-nin maddi subtların saxlanılması otağına təhvil verilmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon Qəhrəmanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi 2002-ci il təvəllüdlü oğlu X3, 2002-ci il təvəllüdlü oğlu X4 və 2006-cı il təvəllüdlü X2 ibarətdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon Qəhrəmanlı kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1972-cı ildə Ağdam rayon Boyəhmədli kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğuldur, yaşadığı ərazidə özünü intizamlı aparmış, öz həmyaşıdları arasında hörməti vardır, ailə və məişətdə özünü intizamlı apararaq içtimai işlərdə fəal iştirak etmişdir. Hal hazıradək onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsidir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-85/2022
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-85/2022
18.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver