Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-85/2023 31.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X1, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1980-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, DOST mərkəzində xadimə işləyən, əvvəllər məhkum olunmamış, Bərdə şəhəri H.Əliyev prospekti ev 2, mənzil 7-də qeydiyyatda olan və Bərdə rayonu SUM-32-də yaşayan, barəsində “barəsində başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 22 yanvar 2023-cü il tarixdə saat 19 radələrində Bərdə rayonu Əlyanlı kəndində yaşayan qohumu Zərərçəkmiş şəxs yaşadığı Bərdə rayonu Sum 32-də yerləşən evinə qonaq gələrək onun adına kredit kimi götürdüyü mobil telefonun kreditini ödəyə bilməməsi səbəbindən aralarında şəxsi münasibətlər zəmnində yaranmış mübahisə zamanı yerdən götürdüyü ağ rəngli rezin boru ilə Zərərçəkmiş şəxs sifət və baş nahiyəsinə iki dəfə qəsdən zərbə vuraraq sonuncuya sol gözyuvasıətrafı, sağ gözyuvasıaltı nahiyələrinin qançırları, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüyünün cismində yerdəyişməyən qapalı sınığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığna qəsdən yüngül zərər vurmuşdur. Bununla o, Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Şahid4 xalası qızı, Zərərçəkmiş şəxs isə Təranənin əridir. Təxminən 8-9 ay əvvəl Zərərçəkmiş şəxs ona maddi imkanı zəif olduğundan özünə mobil telefon ala bilmədiyini bildirmişdir. DOST mərkəzində xadimə işlədiyinə görə, yəni rəsmi iş yeri olduğundan kreditə mal götürmək imkanı olmuşdur. Buna görə də Bərdə şəhərində yerləşən “Kontakthome” mağazalar şəbəkəsindən kreditlə Zərərçəkmiş şəxs “Redmi 9T” markalı mobil telefon götürüb vermişdir. Zərərçəkmiş şəxs təxminən 4-5 ay ərzində həmin mobil telefonun kredit borcunu ödəsə də, sonradan krediti ödəməmişdir. Bir neçə dəfə Zərərçəkmiş şəxs yaşadığı evə gedərək krediti ödəməsini istəsə də Zərərçəkmiş şəxs maddi imkanı olmadığını bildirmişdir. 22 yanvar 2023-cü il tarixdə oğlu Şahid3 cəzaçəkmə müəssisəsindən azad olunaraq yaşadığı evə gəlmiş, qohumlar ara-sıra onunla görüşməyə görə yaşadığı evə gəlmişlər. 22 yanvar 2023-cü il tarixdə saat 19 radələrində qohumu Elməddin və Elşən adlı şəxslər onun evinə qonaq gəlmişlər. Onlar evdə olarkən həyətdə səs eşitmiş, həyətə çıxdıqda Zərərçəkmiş şəxs onun yaşadığı evin həyətində olduğunu görmüşdür. Zərərçəkmiş şəxs krediti ödəmədiyini xatırlamış və buna görə də ondan hansı səbəbdən evinə gəldiyini soruşaraq həyətdən çıxmasını tələb etmişdir. İsrəfil onun oğlu İlkinlə görüşmək istədiyini demiş, buna görə də aralarında mübahisə baş vermiş və mübahisə zamanı yerdən ağ rəngli rezin borunu götürərək İsrəfil Allahverdiyevin üstünə getmiş və hirsli olduğundan əlində olan ağ rəngli rezin boru ilə İsrəfilin baş və sifət nahiyəsinə iki dəfə qəsdən zərbə ilə vurmuşdur. Həmin vaxt həyətə çıxan oğlu Şahid3, qohumları Şahid1 və Elməddin adlı şəxs onu aralamış və sakitləşdirməyə çalışmışlar. Sonra isə Zərərçəkmiş şəxs çıxıb getmişdir. Tutduğu əməldən peşmandır, zərərçəkmiş şəxsdən üzr istəyərək onunla barışmışdır, söz verir ki, bir daha qanunazidd əməl törətməyəcəkdir. Göstərdiklərinin nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs arvadının xalası qızıdır. Təxminən 8-9 ay əvvəl mobil telefona ehtiyacı olduğundan qohumu Təqsirləndirilən şəxs Bərdə şəhərində yerləşən “Kontakthome” mağazalar şəbəkəsindən kreditlə ona “Redmi 9T” markalı mobil telefon götürüb vermişdir. 5-6 ay ərzində həmin mobil telefonun kredit borcunu ödəsə də, sonradan maddi imkanı olmadığından krediti ödəyə bilməmişdir. Həmin vaxtdan sonra Təqsirləndirilən şəxs ilə münasibəti korlanmışdır. 22 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs oğlu İlkinin Allahverdiyev cəzaçəkmə müəssisəsindən azad olunaraq yaşadıqları evə geri qayıtdığını öyrənmiş, Şahid3lə görüşmək məqsədilə onların yaşadıqları evə getmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs qohumları Şahid1 və Elməddin adlı şəxslərdə orada olmuşlar. Həyətə daxil olduqda Təqsirləndirilən şəxs onunla mübahisə edərək hansı səbəbdən onun yaşadığı evə gəldiyini soruşmuş, Şahid3lə görüşmək istədiyini bildirmişdir. Aralarında mübahisə baş vermiş, mübahisə zamanı Təqsirləndirilən şəxs yerdən ağ rəngli rezin borunu götürərək onun üstünə hücum çəkmiş və boru ilə onun baş və sifət nahiyəsinə vuraraq onu döymüşdür. Şahid3, Şahid1 və Elməddin adlı şəxs Təqsirləndirilən şəxs ondan aralamış və evə aparmışlar. Təqsirləndirilən şəxs yaşadığı evi tərk edərək öz yaşadığı evə getmişdir. Aralarında dava-dalaş 2-3 dəqiqə davam etmişdir. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Məhkəmə-Tibbi Ekspertiza və X2 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 24 yanvar 2023-cü il tarixli 57 saylı rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər - sol gözyuvasıətrafı, sağ gözyuvasıaltı nahiyələrinin qançırları, burunun yumşaq toxumalarının şişkinliyi və qançırı, burun sümüyünün cismində yerinidəyişməyən qapalı sınığı küt əşyanın (əşyaların) təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2023-cü il tarixə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 26 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. Bərdə Rayon Mənzil Təmir İstismar Sahəsinin verdiyi 26 yanvar 2023-cü il tarixli 50 saylı arayışdan və eyni tarixli xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri H.Əliyev prospekti 2/7 ünvanda qeydiyyatdadır, Bərdə rayonu Meşəçilik qəsəbəsində yaşayır. Həmin ərazidə yaşadığı müddətdə onun haqqında Mənzil Təmir İstismar Sahəsinə məhkəmə və polis orqanları tərəfindən heç bir cinayət və cəza işi daxil olmamışdır. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında öz təsdiqini tamamilə tapmış, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 128ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə görə, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 128-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs qııznın CM-nin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 1 (bir) ədəd ağ rəngli rezin boru qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia, maddi sübut və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 1 (bir) ədəd ağ rəngli rezin boru qərar qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-85/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-85/2023
31.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver