Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-85/2025 07.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X2, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1984-cü ildə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikasının vətəndaşı, evli, orta təhsilli, işləməyən, Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay müddətində azadlıqdan məhrumetmə cəzasına, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına, Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması məhkum edilmiş, cəzasını çəkməmiş, Bərdə şəhəri, Nəsimi küçəsi, ev 3, mənzil 2 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi xeyli miqdarda, yəni 6,66 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq üzərində saxlamış, 27 fevral 2025-ci il tarixdə, saat 13:41 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Bərdə şəhəri Cəlil Məmmədquluzadə küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi xeyli miqdar hesab edilən 6,66 qram çəkidə bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ailə üzvləri ilə birlikdə ünvan 1 ünvanında yaşamış və rəsmi olaraq heç yerdə işləməmişdir. O, əvvəllər narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmiş, lakin sonradan istifadəni dayandırsa da yenidən narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etmişdir. Əvvəllər narkotik vasitərin dövriyyəsi ilə məşğul olduğu üçün 3 dəfə məhkum olunmuşdur. Lakin narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. xx.xx.2025-cü il tarixdə, saat 17 radələrində o, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində piyada hərəkət edən zaman yerdə şəffaf rəngli sellofanın içərsində 01 ədəd kibrit qutusunun olduğunu görüb sellofanı götürüb kibrit qutusunun içərisinə baxdıqda kibrit qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu görmüşdür. Daha sonra narkotik vasitəni istifadə etmək üçün özü ilə birlikdə götürmüş və yaşadığı evə getmişdir. Lakin həmin gün narkotik vasitəni istifadə etməmişdir. xx.xx.2025-ci il tarixdə, saat 13:40 radələrində Bərdə şəhərinə getmək üçün evdən çıxmışdır. Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində piyada hərəkətdə olan zaman tanımadığı 3 nəfər mülki şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirmişlər. Daha sonra ona videoçəkiliş edəcəklərini və üzərində qanunsuz əşya və ya predment varsa könüllü təqdim etməyi demişlər. O, videoçəkilişə etiraz etməmiş və üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı könüllü təqdim etmişdir. Həmin 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 9.51 qram olduğu müəyyən edilmişdir. Daha sonra isə üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlə kağız zərfin içərisinə qoyularaq qablaşdırılıb möhürlənmiş, üzəri tərəflərindən imzalanmış və götürülmüşdür. Daha sonra o, polis şöbəsinə gətirilmişdir. Polis şöbəsində üzərinə videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış aparılsada şəxsi axtarış zamanı üzərindən hər hansı qanunsuz əşya və predmet aşkar edilməmişdir. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, üzərindən aşkar edilərək götürülmüş 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni xx.xx.2025-ci il tarixdə, saat 17 radələrində Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsindən yerdən tapmışdır. O, Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsindən tapdığı 01 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütləni tapdıqdan sonra hər hansı şəxsə marixuana tapmağı barədə məlumat verməmiş, həmin narkotik vasitədən hər hansı şəxsə satmamış və ya bağışlamamışdır. Həmin vaxt yanında heç kim olmamışdır. O, polis əməkdaşları tərəfindən saxlanılan zaman polis əməkdaşları tərəfindən ona hər hansı zor və ya fiziki quvvə tətbiq olunmamışdır. O, uzun müddətdir ki, narkotik vasitə olan qurudulmuş mariuxanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etsə də lakin narkotik vasitənin digər vasitələrindən istifadə etməmişdir. O, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan gizli şəkildə qəbul etmişdir. O, mobil telefon işlətmədiyindən istifadəsində mobil telefon nömrəsi olmamışdır. Təqsirləndirilən şəxs törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə allnmasını xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 27 fevral 2025-ci il tarixdə ünvan 2 ünvanında qeydiyyatda olmaqla şübəhli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 27 fevral 2025-ci il tarixdə saat 13:41 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 iştirakları ilə tərəfindən hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edildikdən sonra polis baş leytenantı Şahid2 tərəfindən videoçəkilişdən istifadə edilməklə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və üstünün yoxlanılmasına dair hər hansı bir etirazının olub-olmamasını soruşmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyini təklif etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçənin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunu və 1 (bir) ədəd alışqanı çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisinə tərəfindən baxış keçirilərkən həmin 1 (bir) kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Sonra tərəfindən Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən polis baş leytenantı Şahid2 və polis leytenantı Şahid3 iştirakı ilə həmin narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 9,51 qram olması müəyyən edilmişdir. Sonra tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd kibrit qutusu ağ rəngli kağız zərfin içərisinə qoyulmuş, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya göndərilməsi üçün zərfin üzərində qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən həmin iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və götürülmüşüdr. Sonra polis leytenantı Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üstü yoxlanılmış, lakin Təqsirləndirilən şəxs üstündən qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar edilər götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsindən yerdən tapdığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 13:41 dəqiqədə tərəflərindən Təqsirləndirilən şəxs Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində saxlanılarkən və Təqsirləndirilən şəxs üstü videoçəkiliş vasitəsi ilə yoxlanılarkən ətrafda hər hansı bir şəxs olmamışdır. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis leytenantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis baş leytenantı X3 tərəfindən izah edildikdən sonra üzərində polis baş leytenantı Şahid2 tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra o, xx.xx.2025-ci il tarixdə, saat 13:41 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində tərəflərindən saxlanılmasını, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisində olan 9,51 qram narkotik vasitə qurudulmuş marixuananın götürüldüyünü və üstünün yoxlanılmasını təhqiqatçı, polis baş leytenantı Misir Misirliyə bildirdikdən sonra 1 (bir) ədəd ağ rəngli zərfi və 1 (bir) ədəd «DVD» diski təhqiqatçı, polis baş leytenantı Misir Misirliyə təqdim edib zərfin içəriçində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanın olduğunu və «DVD» diskin içərisində isə həmin narkotik vasitənin götürülməsi barədə videoçəkilişin olduğunu bildirmişdir. Təhqiqatçı, polis baş leytenantı Misir Misirlinin xidməti iş otağında olan kompyuterdə texniki nasazlıq olduğundan həmin «DVD» diskə baxış keçirilməsi mümkün olmadığından polis baş leytenantı Misir Misirli həmin «DVD» diskin içərisinə köçürülmüş mobil telefonda olan videoçəkilişə onların iştirakı ilə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etməsini və həmin kibrit qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini özündə əks etdirən videogörüntüyə baxış keçirmişdir. Təhqiqatçı, polis baş leytenantı Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs verilən suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin narkotik vasitəni xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsindən tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini, hər hansı bir şəxsə təklif etmədiyini və satmadığını bildirmişdir. Bundan sonra təhqiqatçı, polis baş leytenantı Misir Misirli tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim etməyi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd alışqanı və qara rəngli cins şalvarın sağ yan cibindən isə 1 (bir) ədəd 10 (on) manat pul əskinasını çıxarıb masanın üzərinə qoyub üzərində qanunsuz əşya və ya predmet olmadığını bildirmişdir. Bundan sonra polis leytenantı, Şahid3 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, lakin hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd alışqan və 10 (on) manat pul əskinası iş üçün əhəmiyyət kəsb etmədiyindən Təqsirləndirilən şəxs özünə qaytarılıb verilmişdir. Onun təhqiqatçı, polis baş leytenantı Misir Misirliyə təqdim etdiyi 1 (bir) ədəd «DVD» disk və 1 (bir) ədəd kibrit qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd ağ rəngli zərf iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı, polis baş leytenantı Misir Misirli tərəfindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 verilən suallara cavab bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş mariuxananı haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən narkotik vasitə olan qurudulmuş mariuxananı xx.xx.2025-ci il tarixdə, təxminən saat 17 radələrində Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsindən yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq məqsədi olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nin müvəkkili, polis leytenantı Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 28 fevral 2025-ci il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanaraq istintaq aidiyyəti üzrə Bərdə RPŞ-nin İstintaq bölməsinə göndərilmişdir. Cinayət işinin 4-53-cü vərəqəsində olan materiallardan görünür ki, cinayət Bərdə şəhəri, Nəsimi küçəsi, ev 3, mənzil 2 ünvanında qeydiyyatda olmaqla şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşayan, Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 03 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Təqsirləndirilən şəxs 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi xeyli miqdarda, yəni 6,66 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq üzərində saxlamış, 27 fevral 2025-ci il tarixdə saat 13:41 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisində təmiz çəkisi xeyli miqdar hesab edilən 6,66 qram çəkidə bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, əsas isə bu barədə Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/746 saylı materialda Azərbaycan Respublikası CM-nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. Cinayət işinin 13-15 vərəqələrində olan «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 27 fevral 2025-ci il tarixdə, saat 13:41 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin, əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,51 qram narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. İstintaq hərəkətinin görüntüləri 1 (bir) ədəd “DVD” diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin 39-41 vərəqələrində olan « Təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması barədə» 27 fevral 2025-ci il tarixli protokoldan görünür ki, 27 fevral 2025-ci il tarixdə, saat 13:41 dəqiqədə Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin, əməliyyat müvəkkili, polis leytenantı Şahid3 tərəfindən Bərdə şəhəri, Cəlil Məmmədquluzadə küçəsində saxlanılmış Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən çıxarıb təqdim etdiyi 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,51 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsini özündə əks etdirən videogörüntüyə baxış keçirilmiş 1 (bir) ədəd “DVD” disk cinayət işinin istintaq materiallarına əlavə edilmişdir. Cinayət işinin 66-67 vərəqələrində olan xx.xx.2025-ci il tarixli, təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması barədə protokola əlavə edilmiş diskə baxış keçirilməsi haqqında» 28 fevral 2025-ci il tarixli protokoldan görünür ki, həmin diskin içərisində 09 dəqiqə 28 saniyə müddətində davam edən videogörüntüdə Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli idman gödəkçəsinin sağ yan cibindən 1 (bir) ədəd kibrit qutusunun içərisindən təmiz çəkisi 9,51 qram narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi faktı öz əksini tapmışdır. Cinayət işinin 19-cu vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 27 fevral 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 70-71-cı vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2025ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 109-113-cü vərəqələrində olan 01 mart 2025-ci il tarixli 4(021)32/2025 nömrəli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin başlanğıcı 27 fevral 2025-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 68-69-ci vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin məhkəmə-tibbi ekspertizanın xx.xx.2025-ci il tarixli 132 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 50-52-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin xx.xx.2025-ci il tarixli, 16/199 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində «Bərdə şəhəri, C.Məmmədquluzadə küçəsində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,66 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuana təmiz çəkisi 6,66 qr, tədqiqaqatsı sərf edildi-0,04 qr, qalıq-6,62qr. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 135-ci vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin 24 aprel 2025-ci il tarixli 668 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoiddən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 127-131-ci vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin xx.xx.2025ci il tarixli 1(021)-49/2025 saylı hökmünün sürətindən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin 132-134-cü vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2011-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinərək 03 il 02 ay müddətində azadlıqdan məhrumetmə cəzasına, Bərdə rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması cəzasına, Bərdə rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 11 ay 26 gün müddətində azadlığın məhdudlaşdırılması məhkum edilmişdir. Cinayət işinin 102-ci vərəqəsində olan edilmiş Azərbaycan Respublikası «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» X6 daxil olmuş xx.xx.2025-ci il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2022ci il tarixdə «Metamfetamin» diaqnozu ilə Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetində profilaktik qeydiyyatdadır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Ruhi-əsəb kabinetində dipanser qeydiyyatında yoxdur. Cinayət işinin 120-121-ci vərəqələrində olan Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Bərdə şəhər İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nəsimi küçəsi, 3/2 nömrəli evdə yaşayır, yaşayış yerində özünü yaxşı aparmış, barəsində şikayət daxil olmamış, qonşularla yaxşı münasibəti olmuşdur, lakin, spirtli içkiyə və narkotikaya meyilli kimi xarakterizə olunur. Cinayət işinin 140-152-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 25 aprel 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, tədqiqata sərf edildikdən sonra 1 (bir) ədəd zərfin içərisində olan 1 (bir) ədəd kibrit qutusunda qalıq təmiz çəkisi 6,62 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana maddi sübut kimi tanınmış VƏ saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs əməlində residivin olmadığı müəyən olunmuşdur. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini, əvvəllər dəfələrlə məhkum olunmasını, hazırda çəkilməmiş cəzasının olmasını, qanunlara əməl olunmaq ruhunda tərbiyə olunmamasını, islah edilməməsini, cəmiyyət üçün təhlükəli olmasını, təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)-49/2025 saylı hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmışdır. Cinayət işinin materiallarından görünür ki, hazırkı ittiham üzrə Təqsirləndirilən şəxs tərəfindən törədilən cinayət Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)- 49/2025 saylı hökmü qanuni qüvvəyə minməmişdən əvvəl, yəni 27 fevral 2025-ci il tarixdə törədilmişdir. Odur ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən cinayətlərin məcmusu üzrə cəza təyin edilməlidir. Belə ki, cinayətlərin məcmusu üzrə cəza ilkin mühakimədən əvvəl törədilmiş cinayətlərə, hökmlərin məcmusu üzrə cəza isə qanuni qüvvəyə minmiş hökmlə məhkum edilmiş şəxs tərəfindən yeni cinayətin törədilməsi hallarına tətbiq edilir. Göründüyü kimi, qanunverici məcmu halında cəzanın təyin edilməsində fərqləndirməni cinayətlərin törədilməsi zamanı ilə əlaqələndirmişdir. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Cinayət hüququnda “məhkum” anlayışı qanuni qüvvəyə minmiş hökmə əsasən təqsirli bilinmiş şəxsi ehtiva etdiyindən, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsində birinci iş üzrə qanuni qüvvəyə minmiş hökm nəzərdə tutulur. (Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinin şərh edilməsinə dair” 2012-ci il 22 fevral tarixli Qərarı). Azərbaycan Respublikasının CM-nin 66.5-ci maddəsinə görə cinayətlərin məcmusu üzrə cəza təyin edilərkən, cinayət işi üzrə hökm çıxarıldıqdan sonra, məhkumun birinci iş üzrə hökm çıxarılmazdan əvvəl törədilmiş başqa cinayətdə də təqsirli olduğu müəyyən olunarsa, ona eyni qaydalar üzrə cəza təyin edilir. Bu halda birinci hökmə əsasən çəkilən cəza qəti cəza müddətinə hesablanır. Həmin Məcəllənin 66.2-ci maddəsinə əsasən, cinayətlərin məcmusuna böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayətlər daxildirsə, az ciddi cəzanı daha ciddi cəza ilə əhatə etmək yolu ilə və ya təyin olunmuş cəzaları tamamilə və ya qismən toplamaq yolu ilə qəti cəza təyin edilir. Cəzaların tamamilə və ya qismən toplanılması yolu ilə təyin edilmiş qəti cəzanın müddəti və ya həcmi azadlıqdan məhrum etmə növündə cəzaya münasibətdə böyük ictimai təhlükə törətməyən cinayətlərə görə üç ildən, az ağır cinayətlərə görə on iki ildən, digər cəzalara münasibətdə isə bu Məcəllənin Ümumi hissəsində müvafiq cəza növü üçün müəyyən edilmiş yuxarı həddən artıq ola bilməz. Həmin Məcəllənin 68.1.1-1-ci maddəsinə əsasən, cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Qeyd olunanlara əsasən Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən, ona hazırkı hökmü ilə təyin olunmuş azadlıqdan məhrumetmə cəzası Azərbaycan Respublikasının CM-nin 68-ci maddəsi nəzərə alınmaqla azadlığın məhdudlaşdırılması cəzasının 2 günü azadlıqdan məhrum etmənin 1 gününə bərabər olmaq hesabı nəzərə alınmaqla Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 1(021)- 49/2025 saylı hökmü ilə ona təyin olunmuş azadlığın məhdudlaşdırılması cəzası ilə qismən toplamaqla Təqsirləndirilən şəxs üzərində qəti cəza saxlanılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-cü il tarixində şübhəli şəxs kimi tutulmuş, 01 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona həmin maddədə nəzərdə tutulan ittiham elan edilmiş, Bərdə Rayon Məhkəməsinin 01 mart 2025ci il tarixli qərarı ilə barəsində “həbs“ qətimkan tədbiri seçilmiş, həbsetmənin əvvəli 27 fevral 2025-ci il tarixdən hesablanmış, Bərdə Rayon Məhkəməsinin 14 may 2025-ci il tarixli qərarı ilə barəsində seçilmiş “həbs“ qətimkan tədbiri dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrumetmə növündə cəzanın müddətinə bir günü bir günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cəzasının əvvəli şübhəli şəxs kimi tutulduğu tarixdən, yəni 27 fevral 2025-ci il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilməlidir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30,40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan ekspertiza tədqiqatından sonra ümumi qalıq çəkisi 6,62 qram qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 09 (doqquz) ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası CM-nin 66.5-ci və 68-ci maddələrinə əsasən Bərdə Rayon Məhkəməsinin 1(021)-49/2025 nömrəli, xx.xx.2025-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş və çəkilməmiş 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrumetmə cəzasının bir gününə bərabər hesablanmaqla 01 (bir) il 5 (beş) ay 28 (iyirm səkkiz) gün azadlıqdan məhrumetmə cəzası ilə qismən toplamaq yolu üzərində qəti olaraq 01 (bir) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 27 fevral 2025-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 6.62 qram narkotik vasitə olan- qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. Təqsirləndirilən şəxs narkomaniyadan məcburi müalicə təyin edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev
Məhkəmə qərarları › İş №1(021)-85/2025
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-85/2025
07.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver