Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-86/2021 04.05.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X4, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs1, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs2, Zərərçəkmiş şəxs - Zərərçəkmiş şəxs3, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1997-ci il tarixdə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, Azərbaycanlı, orta təhsilli, subay, məhkumluğu olmayan, Ağcabədi şəhəri Xəlfərəddin küçəsi ev 48-də qeydiyyatda olmaqla Bərdə rayonu Qaradağlı kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 263-1.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu sərxoş vəziyyətdə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin sağlamlığına az ağır zərər vurulmasına səbəb olan cinayət əməlini törətmişdir. Belə ki, o, sürücülük hüququ olmaqla sərxoş vəziyyətdə ƏN İV 272550 nömrəli 02.09.2020-ci il tarixli etibarnamə ilə idarə etdiyi «X14» markalı ** TO *** qeydiyyat nişanlı avtomobil ilə 14 sentyabr 2020-ci il tarixdə saat 19-20 radələrində Bərdə şəhəri H.Əliyev prospekti ilə Bərdə rayon Mərkəzi Poçtu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, sərxoş vəziyyətdə qarşı hərəkət zolağına çıxaraq, həmin hərəkət zolağında Axundov küçəsinə çevrilmək üçün dayanmış vəziyyətdə olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi H.Əliyev küçəsi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, “VAZ 21041” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün yuxarı 1/3-nin vintvari sınığı, 1/3-nin bayır səthinin əzilmiş yarası, sağ və sol baldırın orta 1/3-nin ön səthinin səthi əzilmiş yaraları ilə müşayiət edilən dərəcəsəinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri, həmçinin “VAZ 21041” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 başın təpə nahiyəsinin hematoması, kəllə-beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri, həmçinin “VAZ 21041” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 beyin silkələnməsi ilə müşayiət olunan sol ənsə-gicgah nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və 2348 (iki min üç yüz qırx səkkiz) manat dəyərində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs оğlu ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, ƏN-V 272550 nömrəli etibarnamə əsəsında özünə məxsus «Opel Vectra minik» markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. AD 215784 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. «Opel Vectra minik» markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobili 2016-cı il tarixdə Sumqayıt şəhərində yerləşən avtomobil bazarından tanımadığı şəxsdən 2700 manata qohumu X2 adına almışdır. Həmin avtomobili etibarnamə əsasında idarə edir. Hadisədən qabaq Zərərçəkmiş şəxs1 tanımamışdır. İlham ilə heç bir münaqişəsi və nifaqı olmamışdır. Hadisə ilə bağlı bildirir ki, 14 sentyabr 2020-ci il tarixdə saat 17 radələrində Gəncə şəhərindən əsgər yoldaşları qonaq gəldiyi üçün birlikdə Bərdə rayonu Güloğlular kəndində “Faiqin kafesi” adlanan yerdə yemək yeyib spirtli içki qəbul edirmişdir. Bu zaman digər əsgər yoldaşı Eşqin Fərəcov onun yanına gəlmək istəmiş, o, Eşqin Fərəcovu götürmək üçün həmin tarixdə saat 19 radələrində «Opel Vectra minik» markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə “Tərtər dəmir yol ayrıcı” istiqamətinə hərəkət etməyə başlamış, Bərdə şəhəri H.Əliyev prospekti ilə Bərdə şəhəri “Ekspressbank” istiqamətinə saatda 60-70 km surətlə hərəkətdə olarkən Bərdə Arxiv idarəsinin yaxınlığında sağ tərəfində hərəkətdə olan avtomobil onu sıxdığı üçün o, surətini artıraraq qarşı hərəkət zolağında dayanmış “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Onun avtomobilinin sol tərəfi İlhamın idarə etdiyi avtomobilin sol tərəfindən dəymişdir. Toqquşma nəticəsində o, alın nahiyəsindən xəsarət aldığı üçün tanımadığı şəxslər onu Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. İfadəsinə əlavə olaraq bildirmişdir ki, hadisə Bərdə şəhəri H.Əliyev prospektinin Axundov küçəsinə dönən hissəsində 14 sentyabr 2020-ci il tarixdə saat 19-20 radələrində baş vermiş. onun bütün sənədləri qaydasında olmuş, hadisə baş verən zaman o, avtomobilini saatda 60-70 km surətlə hərəkət etdirmiş, sağında hərəkət edən avtomobil onu yolun soluna doğru sıxdığı üçün o, qarşı yola çıxaraq dayanmış vəziyyətdə olan “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşmuşdur. Onun idarə etdiyi avtomobildə sərnişin olmamışdır. Hadisə nəticəsində o, alın nahiyəsindən yüngül xəsarət almışdır. O, öz zolağında sol tərəf ilə hərəkət edərkən hadisə yerinə təxminən 100 metr qalmış qarşı zolaqda “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin dayanaraq Axundov küçəsinə çönmək istədiyini görmüşdür. Lakin yolda avtomobillər sıx olduğu üçün, sağ tərəfində hərəkət edən avtomobil onu yolun sol tərəfinə sıxdığı üçün o, aradan keçəcəyinə inanaraq surətini artırıb, “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında keçmək istəmiş, lakin surətini düz tənzimləyə bilmədiyi üçün toqquşmadan yayına bilməmişdir. Hadisədən qabaq o, spirtli içki qəbul etmiş, hadisə nəticəsində onun avtomobilinə maddi ziyan dəymişdir. Hal-hazırda əməlindən peşmandır. Zərərçəkmiş şəxs İlhamla barışmağa cəhd etsədə o barışmamışdır. Odur ki, məhkəmədən barəsində ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərmişdir ki, o, Bərdə rayonu Qullar kəndində anadan olmuş, hazırda ailə üzvlərilə birlikdə ünvan 1 ünvanında yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Evdar qadındır, evlidir, 1994-cü il tarixdən Zərərçəkmiş şəxs1 onun qaynıdır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Heydər ilə heç bir münaqişə və nifaqı olmamışdır. Mahiyyəti üzrə bildirir ki, 14 sentyabr 2020-ci il tarixdə saat 19-20 radələrində qaynı Zərərçəkmiş şəxs1 məxsus “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bakı şəhərinə yola düşmüş. Avtomobildə onunla birlikdə Zərərçəkmiş şəxs1 arvadı Zərərçəkmiş şəxs3 Bakı şəhərinə gedirmiş. O, sağ arxa oturacaqda, eltisi Zərərçəkmiş şəxs3 isə sağ qabaq oturacaqda əyləşmişdir. Bərdə şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən o, İlhama: “Bərdəyə gəlmişkən Axundov küçəsinə dön bacım Mətanət ilə də görüşüm”-demiş, qaynı Zərərçəkmiş şəxs1 idarə etdiyi avtomobil ilə H.Əliyev prospektindən Axundov küçəsinə dönmə hərəkəti etmək üçün, qırıq-qırıq xəttdə dayanıb qarşıdan gələn avtomobillərə yol verməyə, qarşı hərəkət zolağında hərəkətdə olan avtomobillərin səngiməsini gözləməyə başlamış, Qəfildən qarşıdan markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil yüksək surətlə onların avtomobilinin üzərinə gələrək onların hərəkət zolağında avtomobilləri toqquşmuşdur. Hadisə nəticəsində onun sağ bazu nahiyəsi xəsarət almışdır. Hadisədən dərhal sonra digər avtomobilin sürücüsü avtomobildən enib onların avtomobilinə yaxınlaşanda sürücünün başının qanadığını görmüşdür. Hadisədən dərhal sonra qohumları Elnur onu və eltisi Zərərçəkmiş şəxs3 Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yüksək surətlə hərəkət edərək, qaynının dayanmış vəziyyətdə olan avtomobili ilə onların hərəkət zolağında toqquşdur. Hadisə nəticəsində sağ qol nahiyəsindən xəsarət almış, xəsarətimlə bağlı şikayətçidir, ondan başqada qaynı İlham və digər sərnişin eltisi Zərərçəkmiş şəxs3 müxtəlif bədən xəsarətləri almışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərmişdir ki, Zərərçəkmiş şəxs1 ilə rəsmi nigahdadır. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, Heydər ilə əvvəllər heç bir münaqişə və nifaqı olmamışdır. Mahiyyəti üzrə bildirmək istəyir ki, 14 sentyabr 2020-ci il tarixdə əri Zərərçəkmiş şəxs1 ilə birlikdə İlhamın ata yurduna Bərdə rayonu Qullar kəndinə gəlmiş, onlarla birlikdə eltisi Zərərçəkmiş şəxs2 da gəlmişdir. Günorta saatlarında ailə üzvlərinin qəbirlərini ziyarət etdikdən sonra Bakı şəhərinə qayıtmaq qərarına gəlmişlər, əri İlhamın idarə etdiyi VAZ 21041 markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Qullar kəndindən Bakı şəhərinə yola düşmüşlər. O, sağ qabaq oturacaqda, eltisi Zərərçəkmiş şəxs2 isə sağ arxa oturacaqda əyləşmişdir. Bərdə şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən Zərərçəkmiş şəxs2 “bacım Mətanəti görmək istəyirəm, qabaqdan Axundov küçəsinə dönək”-sözlərini deməsini eşitmiş, Bərdə şəhəri H.Əliyev prospekti ilə Axundov küçəsinin kəsişməsində əri Zərərçəkmiş şəxs1 avtomobilini saxlayıb, qarşı hərəkət zolağı gələn avtomobillərin səngiməsini gözləmiş, bu zaman markasını və dövlət qeydiyyat nişanını bilmədiyi avtomobil yüksək surətlə onun içərisində olduğu avtomobilin üzərinə gələrək onların hərəkət zolağında avtomobilləri toqquşdur. Hadisə nəticəsində onun baş nahiyəsi avtomobilin qabaq alın şüşəsinə dəymiş, hadisədən dərhal sonra digər avtomobilin sürücüsü avtomobildən enib onların avtomobilinə yaxınlaşanda sürücünün başının qanadığını görmüşdür. Hadisədən dərhal sonra baldızı oğlu Elnur onu və eltisi Zərərçəkmiş şəxs2 Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. O ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobil ilə yüksək surətlə hərəkət edərək, qaynının dayanmış vəziyyətdə olan avtomobili ilə onların hərəkət zolağında toqquşdur. Hadisə nəticəsində baş nahiyəsindən xəsarət almış, xəsarətimlə bağlı şikayətçidir, ondan başqada qaynı İlham və digər sərnişin eltisi Zərərçəkmiş şəxs2 müxtəlif bədən xəsarətləri almışlar. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərmişdir ki, özünə məxsus “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə taksi fəaliyyəti ilə məşğul olaraq ailəsini dolandırır. AB 806636 nömrəli BC kateqoriyalı sürücülük vəsiqəsi ilə avtomobil idarə edir. “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobili 18.05.2009-cu il tarixdə Lada avtomobillərinin satıldığı salondan 7500 manata almışdır. Hadisədən qabaq Təqsirləndirilən şəxs tanımamış, Heydərlə heç bir münaqişə və nifaqı olmamışdır. 14 sentyabr 2020-ci il tarixdə saat 19-20 radələrində etibarnamə əsasında idarə etdiyi “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə rayonu Qullar kəndində yerləşən ata yurdundan çıxıb, Bakı şəhərinə yola düşmüş, avtomobildə ondan başqa arvadı Zərərçəkmiş şəxs3 və qardaşının arvadı Zərərçəkmiş şəxs2 Eyyub qızı da var imiş. Arvadı Zərərçəkmiş şəxs3 qabaq sağ oturacaqda, qardaşı arvadı Zərərçəkmiş şəxs2 isə sağ arxa oturacaqda oturmuşdur. Bərdə şəhəri H.Əliyev prospekti ilə hərəkətdə olarkən qardaşı arvadı Zərərçəkmiş şəxs2 Bərdə şəhəri Axundov küçəsində yaşayan bacısı Mətanət ilə görüşmək istədiyini bildirmiş, ona görə də o Bərdə şəhəri H.Əliyev prospekti ilə hərəkət edib, Axundov küçəsinə sola dönmək üçün sayrışan işıqları yandırıb, avtomobilini qırıq-qırıq xəttdə saxlayıb, surət qutusunu neytrala keçirtmiş, təxminən 10-12 saniyə həmin vəziyyətdə gözləmiş, 6 ədəd avtomobil keçdikdən sonra gümüşü rəngli “Opel Vectra” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil yüksək surətlə qoşa xətti tapdalayaraq onun hərəkət istiqamətində avtomobili ilə toqquşmuşdur. Yol-nəqliyyat hadisəsindən sonra “Opel Vectra” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü avtomobildən düşüb, avtomobillərə baxdıqdan sonra yenidən avtomobilinə əyləşib, avtomobilini öz hərəkət istiqamətinin sağına çəkmiş, hadisə nəticəsində onun avtomobilində arxa sağ oturacaqda əyləşən sərnişin Zərərçəkmiş şəxs2 qol nahiyəsindən xəsarət almış, bir müddət sonra ona tanımadığı bir nəfər yaxınlaşaraq avtomobili idarə etdiyini bildirmiş, lakin o, həmin şəxsə “sən sürücü deyilsən sürücünün alnında çapıq xəsarəti almışdı”-demişdir. Daha sonra 2-3 nəfər əlavə şəxslər ona yaxınlaşaraq günahin onda olduğunu bildirsələr də o həmin şəxslərə “polis əməkdaşları gəlib günahkarı ortaya çıxaracaqlar”-demişdir. Avtomobilində xəsarət alan şəxs Zərərçəkmiş şəxs2 və arvadı Zərərçəkmiş şəxs3 bacısı oğlu X1 rayon mərkəzi xəstəxanasına aparmışdır. Daha sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerini müayinə edib baxış keçirtmişlər. Daha sonra müstəntiq onu Bərdə rayon mərkəzi xəstəxanasına apararaq sərxoşluq müayinəsindən keçirtmişdir. Zərərçəkmiş şəxs1 ifadəsin əlavə olaraq bildirmişdir ki, o, hadisə Bərdə şəhəri H.Əliyev prospektinin Axundov küçəsinə dönən hissəsində 14 sentyabr 2020-ci il tarixdə saat 19-20 radələrində baş vermişdir. Onun bütün sənədləri qaydasındadır. Hadisə baş verən zaman o, avtomobilini dayandırıb, surət qutusunu neytrala keçirtdiyi üçün onun avtomobili hərəkətsiz imiş. O, hadisənin qarşısını ala bilə bilməzdi. Çünki o, avtomobilini yolun qırıq-qırıq xəttində saxlayıb, sol sayrışan işıqları yandırıb, Axundov küçəsinə dönmək istəyən zaman, bu zaman “Opel Vectra” markalı avtomobil yüksək surətlə onun hərəkət zolağında onun avtomobili ilə toqquşmuş, hadisə vaxtı onun avtomobilində sağ arxa oturacaqda qardaşı arvadı Zərərçəkmiş şəxs2 və sağ qabaq oturacaqda isə arvadı Zərərçəkmiş şəxs3 əyləşmişdir. Hadisə nəticəsində o, heç bir xəsarət almamış, lakin onun avtomobilində sərnişin Zərərçəkmiş şəxs2 sağ qol nahiyəsindən ağır xəsarət almışdır. “Opel Vectra” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsünün alın nahiyəsi qanamışdı. Avtomobildə təkcə sürücü var idi. Sürücü onunla söhbət edəndə sürücünün sərxoş olduğunu hiss etmişdir. O, avtomobilin saxlayıb, avtomobil sıxlığının azalmasını gözləmiş, bu zaman “Opel Vectra” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin yüksək surətlə üzərinə gəldiyini görmüş, həmin vaxt o avtomobilini sağ tərəfə hərəkət etdirmək istəmiş, lakin sağ tərəf ilə avtomobillər keçdiyi üçün o, avtomobilini tərpədə bilməmiş. Bundan başqa “Opel Vectra” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil onun hərəkət zolağında vurmuşdur. Hadisə zamanı spirtli içkinin təsirində olmamış, avtomobilinə maddi ziyan dəymiş idarə etdiyim avtomobil texniki cəhətdən saz vəziyyətdə olmuşdur. Təqsirləndirilən şəxs tərəfindən ona dəymiş zərər ödənilməmişdir. Hal-hazırda təqsirləndirilən şəxsdən şikayətçidir. Odur ki, qanuni cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək göstərmişdir ki, 2017-ci ildən isə Bərdə RPŞ-nin DYPB-nin PPXB-nin inspektoru vəzifəsində polis baş serjantı rütbəsində xidmət edir. Təqsirləndirilən şəxs əvvəllər tanımamış, onunla heç bir münaqişəsi və nifaqı olmamışdır. 14 sentyabr 2020-ci il tarixdə saat 09-dan 15 sentyabr 2020-ci il saat 09-a qədər növbə üzrə qrafikə uyğun olaraq Bərdə RPŞ-nin DYPB-nin YPXB-nin inspektoru, polis baş serjantı X6 ilə birlikdə ** YP *** dövlət nömrə nişanlı xidməti avtomobillə xidmətdə olmuşlar. 14.09.2020-ci il tarixdə saat 19-20 radələrində xidmətdə olan zaman Bərdə şəhəri H.Əliyev prospektində iki avtomobilin toqquşması ilə nəticələnən yol nəqliyyat hadisəsinin baş verməsi barədə məlumat almışlar. Onlar dərhal həmin xüsusatla bağlı aidiyyəti üzrə Bərdə RPŞ-nin Növbətçi Hissəsinə xüsusi rabitə vasitəsi ilə məlumat verdikdən sonra hadisə baş verən yerə getmişlər. H.Əliyev prospekti ilə Axundov küçəsi ilə kəsişməsində gümüşü rəngli “X14” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə ağ rəngli “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin toqquşduğunu, hər iki avtomobillərin qabaq hissələrinin xəsarət aldığını görmüşdür. “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sərnişinləri olan 2 nəfər şəxslərin Bərdə RMX-na aparıldığını öyrənmişlər. Müstəntiq tərəfindən hal şahidlərinin iştirakı ilə hadisə yeri müayinə olunmuş, hadisənin baş verdiyi yer, maneəni vurduğu nöqtə müstəntiq tərəfindən müəyyən olunmuşdur. Müstəntiq tərəfindən hadisə yeri ölçülmüş, hadisə yerinə baxış keçirilməsi haqqında protokol və sxem tərtib edilmiş, protokol ucadan oxunmuş və iştirakçılar tərəfindən imzalarla təsdiq edilmişdir. Hadisə yerinin şəkilləri çəkilmiş və protokola əlavə ediləcəyi ona və digər iştirakçıkara elan edilmişdir. Dərhal sonra sürücülər Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs Təcili Tibbi yardım Stansiyasından gəlmiş əməkdaş tərəfindən sərxoşluq müayinəsindən keçirilmişdir. Təqsirləndirilən şəxs sərxoş olması müəyyən edilmişdir. Daha sonra onlar aidiyyəti üzrə xidmət yerlərinə qayıdaraq xidmətlərinə davam etdirmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş X6 ifadəsində Şahid1 dediyi xüsusatları təsdiq etmişdir. Cinayət işinə əlavə edilmiş 14.09.2020-ci il tarixli “yol-nəqliyyat hadisəsi yerinə baxış keçirilməsi” haqqında protokoldan və həmin protokola əlavə edilmiş fotocədvəldən görünür ki, Bərdə rayonu Qaradağlı kənd sakini Təqsirləndirilən şəxs idarə etdiyi «X14» markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhəri H.Əliyev prospektində Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi, H.Əliyev küçəsi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşması, sonuncuya məxsus avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 və Zərərçəkmiş şəxs2 müxtəlif dərəcəli bədən xəsarətləri alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi törətmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzinin 05 fevral 2021-ci il tarixli 8/2331 nömrəli rəyindən görünür ki, “İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 hadisənin qarşısının alınması ilə əlaqədər olan hərəkətlərin tətqiqi xüsusi texniki bilim tələb etmir. İstintaq tərəfindən təqdim edilmiş məlumatlara əsasən “X14” markalı ** TO *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərin tətqiq olunan şəraitdə “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin tələblərinə uyğunsuzluq olmuş, onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. Sürücü Təqsirləndirilən şəxs avtomobili sərxoş halda idarə etdiyindən onun hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə uyğunsuz olmuşdur.” Cinayət işinə əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzininin 18.09.2020-ci il tarixli 835 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs1 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – beyin silkələnməsi ilə müşayiət olunan sol ənsəgicgah nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin qançırı küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə - yəni 14.09.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzininin 04.11.2020-ci il tarixli 836 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs bədəni üzərində müəyyən edilmiş xəsarətlər – alın nahiyəsində tüklü hissəyə keçən hissəsinin, sağ əlin V barmağının bayır səthinin sıyrıqları küt əşyanın təsirindən törənmişdir, yolnəqliyyat hadisəsi zamanı sürücü kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən tarixə - yəni 14.09.2020-ci ilə uyğun gəlir və sağlamlığa zərər vurmayan xəsarətlər olduqları üçün dərəcələri təyin edilmir. Cinayət işinə əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzininin 19.09.2020-ci il tarixli 839 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs3 bədəni üzərində müəyyən edilmiş xəsarətlər - başın təpə nahiyəsinin hematoması, kəllə-beyin travması, beyin silkələnməsi ilə küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən tarixə- yəni 14.09.2020-ci ilə uyğun gəlir və dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş MTE və PA birliyinin Bərdə rayonlararası zona mərkəzininin 12.12.2020-ci il tarixli 910 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 bədəni üzərində müəyyən edilmiş xəsarətlər – sağ bazu sümüyünün yuxarı 1/3-nin vintvari sınığı, 1/3-nin bayır səthinin əzilmiş yarası, sağ və sol baldırın orta 1/3-nin ön səthinin səthi əzilmiş yaraları küt əşyanın təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi nəticəsində minik avtomobilinin salonunda olarkən sərnişin kimi törənə bilərdi, müddəti qərarda göstərilən 14.09.2020-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aiddirlər. Cinayət işinə əlavə edilmiş əməliyyat tapşırığına verilmiş 27 yanvar 2021-ci il tarixli cavabdan görünür ki, Azərbaycan Respublikası CM-nin 263-1.1-ci maddəsi ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə tərtib edilmiş əməliyyat tapşırığı əsasında Bərdə RPŞ-nin əməkdaşları tərəfindən bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, hadisə zamanı orada olmuş şəxslər müəyyən edilərək istintaq bölməsinə gəlməsi təmin edilmişdir. Həmçinin, əməliyyat-axtarış tədbirləri ilə qeyd olunan yol-nəqliyyat hadisəsi Bərdə şəhəri H.Əliyev prospektində hadisə Bərdə RPŞ-nin “Təhlükəsiz Şəhər” kameralarının əhatə dairəsindən kənarda baş vermiş, hadisənin baş verməsi həmin yerin yaxınlığında yerləşən fərdi obyektlərin müşahidə kameralarında əks edilməmişdir. Cinayət işinə əlavə edilmiş 14.09.2020-ci il tarixli 867 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Təqsirləndirilən şəxs qəza törədən zaman sərxoş olmuşdur. Cinayət işin əlavə edilmiş 14.09.2020-ci il tarixli 868 nömrəli “Sərxoşluq vəziyyətinin tibbi müayinəsi aktından görünür ki, Zərərçəkmiş şəxs1 yol-nəqliyyat hadisəsi zamanı sərxoş olmamışdır. Cinayət işinə əlavə edilmiş ƏN - VN 272550 nömrəli nəqliyyat vasitəsinin qeydiyyat şəhadətnaməsinin surətindən görünür ki, “X14” markalı ** TO *** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi mülkiyyət hüququ ilə X3 məxsusdur, 16.11.2029-cu il tarixədək Təqsirləndirilən şəxs etibar edilmişdir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu sürücülük hüququ olmaqla sərxoş vəziyyətdə ƏN İV 272550 nömrəli 02.09.2020-ci il tarixli etibarnamə ilə idarə etdiyi «X14» markalı ** TO *** qeydiyyat nişanlı avtomobil ilə 14 sentyabr 2020-ci il tarixdə saat 19-20 radələrində Bərdə şəhəri H.Əliyev prospekti ilə Bərdə rayon Mərkəzi Poçtu istiqamətində hərəkətdə olarkən “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 69-cu maddəsinin 7-ci hissəsinin 1-ci bəndinin və həmin Qanunun 37-ci maddəsinin 1-ci hissəsinin 8-ci bəndinin tələblərinə əməl etməmiş, hadisənin qarşısını almağa texniki imkanı olmasına baxmayaraq, hərəkət üçün təhlükə yarandığını gördükdə, nəqliyyat vasitəsinin sürətini tam dayanma həddinə qədər azaltmaq üçün mümkün olan tədbirləri görməli olduğu halda, sərxoş vəziyyətdə qarşı hərəkət zolağına çıxaraq, həmin hərəkət zolağında Axundov küçəsinə çevrilmək üçün dayanmış vəziyyətdə olan Bakı şəhəri Sabunçu rayonu Ramana qəsəbəsi H.Əliyev küçəsi nömrəsiz evdə yaşayan Zərərçəkmiş şəxs1 sürücülük hüququ olmaqla ayıq vəziyyətdə idarə etdiyi “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobil ilə toqquşaraq, “VAZ 21041” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs2 sağ bazu sümüyünün yuxarı 1/3-nin vintvari sınığı, 1/3-nin bayır səthinin əzilmiş yarası, sağ və sol baldırın orta 1/3-nin ön səthinin səthi əzilmiş yaraları ilə müşayiət edilən dərəcəsəinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa az ağır zərər vurmaya aid xəsarətləri, həmçinin “VAZ 21041” markalı avtomobildə sərnişin qismində əyləşmiş Zərərçəkmiş şəxs3 başın təpə nahiyəsinin hematoması, kəllə-beyin travması, beyin silkələnməsi ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətləri, həmçinin “VAZ 21041” markalı avtomobilin sürücüsü Zərərçəkmiş şəxs1 beyin silkələnməsi ilə müşayiət olunan sol ənsə-gicgah nahiyəsinin dərialtı hematoması, sol bazu nahiyəsinin qançırı ilə müşayiət edilən dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid xəsarətlər yetirməklə və 2348 (iki min üç yüz qırx səkkiz) manat dəyərində maddi ziyan vurmaqla yol hərəkəti qaydalarını pozaraq yol-nəqliyyat hadisəsi törətmişdir. “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanunun 1-ci maddəsinin 18-ci bəndinə əsasən, CM-in 263 və 263-1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin predmeti olan nəqliyyat vasitələri dedikdə mexaniki nəqliyyat vasitələri, yəni asma mühərrikli velosipedlər və tramvaylardan başqa relsli nəqliyyat vasitələri istisna olmaqla hər hansı özügedən nəqliyyat vasitələri başa düşülür. Bunlara avtomobillər, tramvaylar, trolleybuslar, operativ nəqliyyat vasitələri, qoşqular, yarımqoşqular, uzun ölçülü nəqliyyat vasitələri, özügedən maşınlar, təkərli traktorlar və motosikletlər aiddir. «Yol hərəkəti haqqında» 1968-ci il tarixli Vyana Konvensiyasının 7-ci maddəsinin 1-ci bəndinə əsasən yol istifadəçiləri özlərini elə aparmalıdırlar ki, hərəkət üçün təhlükə və ya maneə törətməsinlər, adamları təhlükəyə məruz qoymasınlar və dövlət, ictimai və ya şəxsi əmlaka zərər vurmasınlar. Həmin Konvensiyanın 14-cü maddəsinin 1-ci bəndinin tələbinə görə hər hansı manevri etmək, məsələn, gözləmədə olan nəqliyyat vasitələrinin sırasından çıxmaq və ya sırasına daxil olmaq, yolun hərəkət hissəsinin sağına və ya soluna keçmək, sola və ya sağa dönüb başqa yola çıxmaq və ya yolkənarı əraziyə girmək istəyən sürücü yalnız özündən arxada, qabaqda gedən və ya qarşıdan gələn yol istifadəçilərini, onların mövqeyini, hərəkət istiqamətini və sürəti nəzərə almaqla, təhlükəyə məruz qoymayacağına əmin olduqdan sonra bu manevrə başlamalıdır. “Yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 15 noyabr 2013-cü il tarixli qərarında qeyd edilmişdir ki, CM-nin 263 və 263- 1-ci maddələrində nəzərdə tutulmuş cinayətlərin subyekti yalnız yol-nəqliyyat hadisəsinin törədildiyi anda 16 yaşına çatmış, anlaqlı vəziyyətdə olan və nəqliyyat vasitəsini idarə edən şəxs ola bilər. Nəqliyyat vasitəsini idarə etmək hüququna malik olan şəxs tərəfindən CM-nin 263-cü maddəsində nəzərdə tutulmuş əməlləri törətməsi onun həmin maddə ilə, nəqliyyat vasitələrini idarə etmək hüququ olmayan və ya spirtli içkilərin qəbulu, narkotik vasitələrdən, psixotrop maddələrdən və digər güclü təsir edən maddələrdən istifadə edilməsi nəticəsində sərxoş halda olan şəxsin eyni əməlləri törətməsi isə CM-nin 263-1-ci maddəsi ilə cinayət məsuliyyətinə səbəb olur. İzah edilsin ki, nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxs dedikdə, həmin hüququ ümumiyyətlə əldə etməmiş və ya ondan qanunvericilikdə nəzərdə tutulmuş qaydada məhrum olunmuş, habelə bu hüququ müvəqqəti məhdudlaşdırılmış şəxslərlə yanaşı, həm də müvafiq kateqoriyaya aid olan nəqliyyat vasitəsini idarə etmək hüququ olmayan şəxslər başa düşülür (məsələn, yalnız “B” kateqoriyasına aid olan avtomaşınları idarə etmək hüququna malik olub avtobusları idarə edən şəxslər). Məhkəmələrə izah edilsin ki, yol hərəkəti və ya nəqliyyat vasitələrinin istismarı qaydalarının pozulmasına dair işlərə tam, hərtərəfli və obyektiv baxılmasının təmin olunması və qanuni və əsaslı qərarların qəbul edilməsi üçün həmin işlər üzrə qanunvericilikdə nəzərdə tutulmuş qaydada rəsmiləşdirmə aparılmaqla hadisə yerinin müayinə edilməsi, nəqliyyat vasitələrinə baxış keçirilməsi, sürücülərin sağlamlıq və ya sərxoşluq vəziyyətinin yoxlanılması (müvafiq müayinələrdən keçirilməklə), ifadələrin yerində yoxlanılması, istintaq eksperimentinin keçirilməsi kimi istintaq hərəkətlərinin aparılması, iş üzrə məhkəmə-tibbi, məhkəmə-texniki və məhkəmə-yol-nəqliyyat hadisələri ekspertizalarının keçirilməsi mühüm əhəmiyyət kəsb edir. «Yol hərəkəti haqqında» Azərbaycan Respublikası Qanununun 37-ci maddəsinin 4-cü hissəsinin tələbinə əsasən mexaniki nəqliyyat vasitəsinin sürücüsü yol-nəqliyyat hadisəsi zamanı: nəqliyyat vasitəsini yerindən tərpətməməli, qəza dayanma nikanını qurmalı, qəza işıq siqnalını yandırmalı, ya da yanıb-sönən qırmızı işıq fənərini qoymalı, hadisəyə aidiyyəti olan əşyaların yerini dəyişməməlidir; zərər çəkənlərə ilk tibbi yardım göstərilməsi üçün mümkün olan tədbirləri görməli, “Təcili tibbi yardım” maşını çağırmalı, zərər çəkənləri həyat üçün təhlükəli xəsarət aldığı hallarda isə, onu səmt üzrə gedən nəqliyyat vasitəsi ilə yaxınlıqdakı tibbi müəssisəyə göndərməli, bu mümkün olmadıqda isə, özünün nəqliyyat vasitəsi ilə aparmalı, orada şəxsiyyətini təsdiq edən sənəd və ya vəsiqə, nəqliyyat vasitəsinin qeydiyyatı sənədini təqdim etməklə özünün soyadını, nəqliyyat vasitəsinin qeydiyyat nömrə nişanını bildirməli, sonra hadisə yerinə qayıtmalıdır; başqa nəqliyyat vasitələrinin hərəkəti qeyri- mümkün olduqda, yolun hərəkət hissəsini boşaltmalıdır. Yolun hərəkət hissəsini boşaltmaq və ya zərər çəkənləri öz nəqliyyatında müalicəxanaya aparmaq zərurəti olduqda, şahidlərin iştirakı ilə əvvəlcə nəqliyyat vasitəsinin vəziyyətini, izləri və hadisəyə aidiyyəti olan əşyaları qeyd etməli və onların qorunması, nəqliyyat vasitələrinin hadisə yerinin yanından keçməsini təşkil etmək üçün mümkün olan bütün tədbirləri görməlidir; hadisə haqqında Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına xəbər verməli, hadisəni görmüş adamların soyadlarını, ünvanlarını yazmalı və Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı əməkdaşlarının gəlməsini gözləməlidir; əgər yol-nəqliyyat hadisəsi nəticəsində heç kim xəsarət almamışdırsa, maddi zərər cüzidirsə, nəqliyyat vasitələrində, onların hərəkət etməsinə mane ola biləcək nasazlıq yoxdursa və yol-nəqliyyat hadisəsini törədənlər hadisənin baş verdiyi şəraiti qiymətləndirməkdə razılığa gələrlərsə, hadisənin sxemini tərtib edib imzaladıqdan sonra, hadisəni müəyyən olunmuş qaydada sənədləşdirmək üçün Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına gəlməlidirlər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 263-1.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını ağırlaşdıran halların olmamasını və cəzanı yüngülləşdirən halları, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 263-1.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa cəzanın təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla biməz. Belə ki, hər nə qədər cinayət əməli təqsirləndirilən şəxs tərəfindən ehtiyatsızlıqdan törədilsə də, lakin, törədilən hadisənin nəticəsində zərərçəkmiş şəxslər xəsarətlər almışdır. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X8rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun hadisəninin təsadüfi axarı zəminində ilk dəfə olaraq az ağır cinayət törətməsini CM-in 59.1-ci maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. CM-in 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs əməlində cəzasını ağırlaşdıran hal müəyyən edilmədi. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək cəza çəkmənin əvvəli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablanmalıdır. Məhkəmə həmçinin, zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilr. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs idarə etdiyi etibarnamə ilə ona məxsus olan «X14» markalı, “** TO ***” dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs 70 (yetmiş) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə mülki iddia, xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 263-1.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 1 (bir) il 6 (ay) müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 2 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı gündən hesablan Təqsirləndirilən şəxs оğlu barədə seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut kimi tanınmış - Təqsirləndirilən şəxs idarə etdiyi etibarnamə ilə ona məxsus olan «X14» markalı, “** TO ***” dövlət qeydiyyat nişanlı avtomobilin və Zərərçəkmiş şəxs1 adına rəsmiləşdirilmiş “VAZ 21041” markalı ** FL *** dövlət qeydiyyat nişanlı avtomobilin sahiblərinə qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 70 (yetmiş) mаnаt ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Zərərçəkmiş şəxslərə dəymiş ziyanın ödənilməsi ilə bağlı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-86/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-86/2021
04.05.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver