Məhkəmə qərarları › İş №1(021)-86/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-86/2025

24.07.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-86/2025 24.07.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, X2 iclas kaitbliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, Təqsirləndirilən şəxs xx.xx.1991-ci il tarixdə Ağdam rayonu, Quzanlı qəsəbəsində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla, Bərdə rayonu Divanlı kəndində yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPMnin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,33 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 24 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama aparılan zaman əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,33 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Ağdam rayonu, Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla Bərdə rayonu Divanlı kəndində yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Rəsmi olaraq subaydır, qeyri-rəsmi evlilikdən 2 azyaşlı uşağı var. O, bir müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadə edir. O, bir neçə gün əvvəl yaşadığı Bərdə rayonu Divanlı kənd qəbirstanlığının yaxınlığında yerdə şübhəli kibrit qutusu görmüşdür. Həmin kibrit qutusunun içərisini açıb baxdıqda içərisində narkotik vasitə olan qurudulmuş marixuana olduğunu aşkar etmişdir. Həmin narkotik vasitəni götürüb cibinə qoymuş və istifadə məqsədilə üzərində saxlamışdır. xx.xx.2025-ci il tarixdə günorta saatlarında, saat təxminən 14:10 radələrində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində tanımadığı 3 nəfər mülki geyimdə olan şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı olaraq təqdim edərək xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla şübhəli olduğunu bildirərək üstünün yoxlanılması zərurətinin olduğunu bildirmişlər. Həmin yerdə onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilməsinə başlanmışdir. Ona üzərinə narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etmək təklif edilmişdir. O, üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı əynində olan şalvarın sol cibindən çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin kibrit qutusu ilə birlikdə 9,30 qram olması müəyyən edilmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüşdür. Həmçinin üzərində aşkar edilmiş “Xiomi Redmi” markalı mobil telefonda qablaşdırılaraq götürülmüşdür. Bu barədə protokol tərtib olunmuş və o, həmin protokolu imzalamışdır. Daha sonra o, polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gətirilmişdir. Polis şöbəsində üzərində videoçəkilişlə şəxsi axtarış aparılacağı bildirilmişdir. Buna görə də ona müdafiəçi siyahısı təqdim olunmuşdur. O, müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmiş və onunla ünsiyyət saxlamışdır. Daha sonra şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra üzərində videoçəkilişlə şəxsi axtarış aparılmışdır. Lakin üzərindən hər hansı bir qeyri-qanuni əşya və predmet aşkar edilməmişdir. Bundan sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmış, protokol tərtib olunmuş və o, protokola imza etmişdir. İş üzrə şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1 ifadəsində bildirmişdir ki, 24 fevral 2025-ci il tarixdə Bərdə rayonu ərazisində narkotik vasitələrin əldə edilməsi, saxlanılmasında şübhəli bilinən xx.xx.1991-ci il tarixdə Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla, Bərdə rayonu Divanlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Həmin gün yəni, 24 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində Təqsirləndirilən şəxs Bərdə rayonu Divanlı kəndində polis əməkdaşları tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs polis əməkdaşları onun üzərində narkotik vasitə və psixotrop maddə saxlamaqla şübhəli olduğunu bildirərək üstünün yoxlanılması zərurətinin olduğunu bildirmişlər. Həmin yerdə onun üzərinə videoçəkilişdən istifadə etməklə şəxsi axtarış keçirilməsinə başlanmışdir. Ona üzərinə narkotik vasitə və psixotrop maddə, qanunla dövriyyəsi qadağan olunmuş hər hansı bir əşya və predmet varsa təqdim etmək təklif edilmişdir. O, üzərində olan 01 ədəd kibrit qutusunda narkotik vasitə olan marixuananı əynində olan şalvarın sol cibindən çıxararaq təqdim etmişdir. Həmin narkotik vasitə elektron tərəzidə çəkilmiş və ümumi çəkisinin kibrit qutusu ilə birlikdə 9,30 qram olması müəyyən edilmişdir. Həmin kütlələr polis əməkdaşları tərəfindən qablaşdırılaraq götürülmüş, kağız zərfin içərisinə qoyulmuş, zərfin üzəri Azərbaycan Respublikası DİNnin 94 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya göndərilməsi üçün zərfin üzərində qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən həmin iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və götürülmüşdür. Həmçinin üzərində aşkar edilmiş “Xiomi Redmi” markalı mobil telefonda qablaşdırılaraq götürülmüş, kağız zərfin içərisinə qoyulmuş, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmişdir. Bundan sonra şəxsi axtarış və götürmə qurtarmış, videoçəkiliş dayandırılmışdır. Daha sonra Təqsirləndirilən şəxs Bərdə RPŞ-yə gətirilmiş və şübhəli şəxs qismində saxlanılmışdır. Şübhəli şəxs qismində saxlanılan Təqsirləndirilən şəxs müdafiəçisi Müdafiəçi, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən izah edildikdən sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılacağı bildirilmişdir. Şəxsi axtarış və götürülmə aparıldıqdan sonra video çəkiliş yekunlaşdırılmışdır. İş üzrə şahid qismində dindirilmiş RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək sonuncunun ifadəsində göstərilənləri tam təsdiq etmişlər. İş materiallarında olan “Şəxsi axtarış və götürmə aparılması haqqında” 24 fevral 2025-ci il tarixli protokoldan görünür ki, Bərdə RPŞ-nin Təhqiqat Bölməsinin təhqiqatçısı, polis mayoru X6 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürülmə aparılması Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və videoçəkilişin Bərdə RPŞ CAB əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 tərəfindən aparılması barədə Təqsirləndirilən şəxs məlumat verir, daha sonra təhqiqatçı, polis mayoru Yusif Əliyev tərəfindən Təqsirləndirilən şəxs 24 fevral 2025-ci il tarixdə saat 14:10 dəqiqədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində Bərdə RPŞnin polis əməkdaşları tərəfindən saxlanılmasını, həmin vaxt Təqsirləndirilən şəxs üzərindən 1 (bir) ədəd ağ rəngli zərf və Redmi markalı mobil telefon iş üçün əhəmiyyət kəsb etdiyi üçün götürülür. . Həmin istintaq hərəkətinin görüntüsünü özündə əks etdirən 1 (bir) ədəd “DVD” disk cinayət işinin materiallarına əlavə edilmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X4 bölməsinin xx.xx.2025-ci il tarixli, 16/187 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində « Təqsirləndirilən şəxs üzərindən aşkar olunan narkotik vasitəyə bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6,33 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. İş materiallarında olan Bərdə rayon Polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, Ağdam rayonu Quzanlı qəsəbəsində qeydiyyatda olmaqla, Bərdə rayonu Divanlı kəndində yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - qurudulmuş marixuananı mənbəyinin əldə edilməsi istiqamətində əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, həmin mənbəni dəqiq müəyyən etmək mümkün olmamışdır. İş materiallarında olan Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİ-dən verilmiş tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkumluğu olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş xx.xx.2025-ci il tarixli, məktubdan görünür ki, xx.xx.1991-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhiəsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İHB-nin Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən daxil olmuş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən Bərdə rayonu, Divanlı kəndində yaşayır. Yaşayış yeri üzrə müsbət xarexterizə olunur. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 1 (bir) ədəd kibrit qutusunda təmiz çəkisi 6.33 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana və iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2025-ci il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış və maddi sübut kimi tanınmış qurudulmuş marixuana saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk istintaq materiallarına əlavə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş məhkəmə-tibbi ekspertizanın 26 fevral 2025-ci il tarixli 124 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. İş materiallarından görünür ki, xx.xx.2025-ci il tarixdə saat 16:00-da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 26 fevral 2025-ci il tаriхdə Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,33 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 24 fevral 2025-ci il tarixdə saat 14:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, Üzeyir Hacıbəyov küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama aparılan zaman əynində olan şalvarın sol yan cibindən 1(bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 6,33 qram çəkidə bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə(kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 124.2.1, 124.2.2-ci maddələrinə əsasən, cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi, şahidin ifadəsi və məhkəməyədək icraat materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, Cinayət Məcəlləsinin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxsə təqsirləndirildiyi maddənin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs himayəsində iki azyaşlı uşağının olması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən cəzasını yüngülləşdirən haldır. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı vermiş olduğu ifadəyə hüquqi qiymət verərək hesab edir ki, onun özünü təqsirli bilərək əməlini bir daha etiraf etməsi iş materialları ilə tam sübut olunur. Belə ki, Təqsirləndirilən şəxs məhkəmədə verilən suallara cavab olaraq bildirmişdir ki, hər hansı işgəncəyə məruz qalmamışdır. Həmin vaxt hadisənin mahiyyəti və aparılan icraat daxilində hüquq və vəzifələri ona izah olunmuşdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halın olmasını və ağırlaşdıran halların olmamasını, işin digər hallarını, həmçinin hazırki cinayət işi üzrə digər diqqətəlayiq xüsusatları nəzərə alaraq ona cinayət əməlinin tövsif olunduğu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamı”nın 10.2-ci bəndində cinayətlərin sanksiyalarına azadlıqdan məhrum etməyə alternativ cəzaların əlavə olunması və mövcud alternativ cəzaların tətbiqi əsaslarının təkmilləşdirilməsi prioritet məsələlər kimi qoyulmuşdur. Həmin sərəncamın 8-ci bəndində qeyd olunmuşdur ki, cəzanın məqsədlərinə şəxsi cəmiyyətdən təcrid etmədən nail olmaq üçün həbsə alternativ cəzaların tətbiqi genişləndirilsin. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilmədən islah olunmaq imkanlarının tükənmədiyini, törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsini nəzərə alaraq hesab edir ki, Təqsirləndirilən şəxs barəsində azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Həmin Məcəllənin 52-1.2-ci maddəsinə əsasən azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş şəxs yaşayış yerini tamamilə və ya günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələrini yerinə yetirməlidir. Təqsirləndirilən şəxs üzərinə yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, yaşadığı rayonun ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Təqsirləndirilən şəxs cəzasının icrasına nəzarəti yaşadığı yer üzrə İcra və probasiya Şöbəsi həyata keçirməlidir. Təqsirləndirilən şəxs təyin ediləcək azadlığın məhdudlaşdırılması cəzasının çəkilmə müddətinin başlanğıcı yaşadığı yer üzrə İcra və probasiya Şöbəsində qeydə alındığı vaxtdan hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalıdır. Bundan başqa cinayət işi materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs iş üzrə mаddi sübut kimi tanınmış ümumi təmiz çəkisi 6.33 qram olan narkotik vasitə qurudulmuş marixuanın, ekspertizadan sonra qalıq çəkisi 6,29 qram qalmış narkotik vasitə - qurudulmuş marixuana Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanması otağında saxlanılan hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X1, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 02 il 06 ay müddətinə müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 02 (iki) il 05 (beş) ay 26 (iyirmi altı) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs üzərinə Bərdə rayonu Divanlı kəndi yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş ekspert tədqiqatına sərf edildikdən sonra təmiz çəkisi 6.29 qram olan psixotrop maddə marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SFİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar