Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-87/2022 27.04.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi Müdafiəçi1, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1974-cü il tarixdə Bərdə rayon Zümürxaç kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, məhkumluğu olmayan, Bərdə rayonu, Zümürxan kəndində daimi qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilən Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs hakimiyyət nümayəndəsinə xidməti vəzifələrini yerinə yetirərkən zor tətbiq etməklə qəsdən xəsarət yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs 19.01.2022-ci il tarixdə, saat 13:20 radələrində “Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr tarixli, 336 nömrəli qərarının 1.1.4 və 1.1.7-ci maddələrinin tələblərini pozaraq Bərdə rayonu, Zümürxan kəndində yerləşən fərdi yaşayış evinin birinci mərtəbəsində, yəni qapalı məkanda, eləcə də evin həyətində 10 nəfərdən artıq sayda yas mərasimi keçirdiyi üçün üzərinə həmin qərarla müəyyən edilmiş tələblərə riayət olunmasına nəzarəti həyata keçirmək vəzifəsi qoyulan, hakimiyyət nümayəndəsi sayılan Bərdə rayon polis şöbəsinin X1 sahə rəisi, polis mayoru Zərərçəkmiş şəxs xidməti vəzifələrini yerinə yetirərək onun barəsində Azərbayan Respublikası İnzibati Xətalar Məcəlləsinin 211.1-ci maddəsi ilə protokol tərtib etmək istədikdə yaşadığı evin həyətində Zərərçəkmiş şəxs zor tətbiq edib ağız nahiyyəsindən qəsdən bir dəfə yumruqla vurmaqla ona sağlamlığın qısa müddətə pozulmasına səbəb olan üst dodağın şişkinliyi və diş ətinin əzilmiş yarası dərəcəsinə görə sağlamlığa yüngül zərər vurmaya aid xəsarət yetirməklə müqavimət göstərmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu, Zümürxan kəndində atasıa məxsus evdə yaşayır. O, RF-nın Simonesk vilayətində meyvə tərəvəz satışı ilə məşğul olur, 1-ci Qarabağ döyüşlərində iştirak etmiş, bədənində qəlpə yaraları olsa da, əlillik dərəcəsi təyin edilməmişdir. Buna baxmayaraq ona 05.09.2006-cı il tarixdə 072306 nömrəli Azərbaycan Respublikasının Müharibə Veteranı vəsiqəsi verilmişdir. Atası yaşlı və xəstə olduğu üçün o. 06.12.2021-ci il tarixdə RF-dan Azərbaycan Respublikasına və Bərdə rayonu, Zümürxan kəndində yerləşən evlərinə gəlmiş, atası 11.12.2021-ci il tarixdə ürək çatışmazlığından vəfat etmişdir. Atasının rəhmətə getdiyi 3-cü gün həyətdə yas mərasimi təşkil etdiyi üçün polis əməkdaşları tərəfindən onun barəsində 200 manat məbləğində inzibati cərimə tənbeh tədbiri tətbiq edilmişdir. Həmin vaxt yas mərasimini açıq havada təşkil etsə də, ona yas mərasiminin keçirilməsinə icazə verilmədiyini bildirmişlər. O, yas mərasiminin keçirlməsinə icazə verilmədiyini bilsə də, 19.01.2022-ci il tarixdə yaşadığı evdə atasının 40 mərasimini təşkil etmişdir. O, ailə üzvləri, qohumları, dostları və həmkəndliləri həyətdə açıq havada yas mərasimi keçirmişlər. Kişilər həyətdə açıq havada, qadınlar isə evin birinci mərtəbəsində yerləşən zalda oturmuşlar. Həmin gün saat təxminən 13:20 radələrində yaşadığı evin həyətinə polis geyim formasında bir nəfər mayor rütbəsində, bir nəfər isə serjant rütbəsində cəmi 2 nəfər polis əməkdaşı daxil olmuşlar. Həyətə 4 stol qoyulmuş, cəmi 15-20 nəfər şəxs olmuşdur. Həmin vaxt mayor rütbəsində olan polis ona səhə rəisi olduğunu, ad soyadının isə Zərərçəkmiş şəxs olduğunu demişdir. Ondan həyətdə təşkil olunan yas mərasiminə icazə verilmədiyini, qanunun tələbləriini pozduğuma görə cərimələnəcəyini, həmin cərimənin 4000 (dörd min) manat olacağını demişdir. O, Əliyar adlı polis əməkdaşına Qarabağ Müharibəsinin veteranı olduğunu, buna görə ona güzəşt etməyini demişdir. Həmin vaxt mayor rütbəsində olan Əliyar ona əl vurmamağını deyərək video ilə həyətdə çəkiliş aparmışdır. Həmin vaxt həyətdə olan şəxslər də polis əməkdaşına cərimə yazmamağı xahiş etmişlər. Əliyar adlı polis əməkdaşı həmin vaxt onun sağ qolundan tutaraq kənara çəkib “səni aparıb 4000 manat cərimə yazıram” demişdir. Əliyar qolundan tutaraq onu polis şöbəsinə aparmaq istəyən zaman sağ qolunu onun əlindən dartaraq çıxarmaq istəyəndə dirsək nahiyəsi polis əməkdaşının dodaq nahiyyəsindən dəymişdir. Belə olduqda Əliyar zərbənin təsirindən yerə yıxılmışdır. O, qəsdən polis əməkdaşını vurmaq istəməmiş, ancaq qolunu Əliyarın əliindən dartıb çıxaran zaman dirsəyi ehtyatsızlıqdan polis əməkdaşının dodaq nahiyəsindən dəyərək ona xəsarət yetirmişdir.Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə almağı və ona yungül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri, ekspert rəyləri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında ifadəsi elan olnmuş zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs ibtidai istintaqda ifadəsində göstərmişdir ki, 1991-ci il tarixdən daxili işlər orqanlarında fəaliyyətə başlamış, 31.12.2021-ci il tarixdən isə Bərdə RPŞ-nin İTB-nin sahə rəisi vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. Pandemiya dövründə xüsusi karantin rejim qaydalarına nəzarət etmək vəzifəsi Azərbaycan Respublikası DİN-nin üzərinə qoyulmuşdur. 19.01.2022-ci il tarixdə, polis kiçik serjantı Şahid1 ilə birlikdə xidməti ərazisi olan Bərdə rayonu, Zümürxan kəndi ərazisində xidmət aparan zaman Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyət qapısının açıq olduğunu, qapının qarşısında çoxlu sayda nəqliyyat vasitəsinin olduğunu görüb həyətə daxil olmuşdur. Həyətə daxil olduqda təxminən 50 nəfərdən artıq şəxs olmuşdur. Həyətdə sıx vəziyyətdə insanların toplaşdığını, 4 ədəd stolun qoyulduğunu, həmçinin iki mərtəbəli evin birinci mərtəbəsində, yəni qapalı məkanda xeyli sayda qadınların yığıldığını aşkar etmişdir. O, ev sahibinin kim olduğunu soruşduqda üzü saqqallı bir nəfər onun yanına yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək atasının 40 mərasimi olduğunu demişdir. O, əlində olan mobil telefonla video çəkiliş edərək maddi sübut olaraq saxlamaq istəmiş, həyətdə olan sakinlər isə ona maneə olmağa çalışmış, qolundan tutaraq kənara çəkmək istəmişlər. Hətta adını xatırlamadığı bir nəfər şəxs “sənin çənəni qıraram” demişdir. O, sakinlərə xidməti vəzifələrinin icrası ilə bağlı mane olmamağa çağırsa da, həyətdə olan sakinlər onu çölə çıxarmaq istəmişlər. O, yaşayış evinin qarşısında olan 30 cütdən artıq qadın ayaqqabılarını göstərərək hətta qapalı yerə karantin rejim qaydalarını pozduqlarını bildirsə də, ona məhəl qoyan olmamışdır. Bundan başqa evin arxasında da 2 stol qoyaraq oturan şəxslər olmuşdur. Onun qolundan tutaraq küçəyə tərəf aparan zaman Rəfailə kənara çəkilməyi, barəsində inzibati protokol tərtib edəcəyini demişdir. Həmin vaxt o, Rəfailin sol tərəfində, Rəfail isə onun sağ tərəfində olmuşdur. Anidən Rəfail ona tərəf çevrilərək sağ yumruğu ilə ağız nahiyəsindən bir dəfə qəsdən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və dodağı partlayaraq qan gəlməyə başlamışdır. Həmin vaxt polis əməkdaşı Xaliq ondan 2-3 metr məsafə aralıda olsa da, onları görmüşdür. O, yerə yıxıldıqdan sonra Xaliq onun qolumdan tutaraq yerdən qaldırmışdır. Onun ağzından qan gəlsə də, ağzının qanını silib həyətdə olan yemək qazanlarını videoya çəkərək telefonunda saxlamışdır. Daha sonra polis şöbəsinə gələrək raport yazmışdır. O, xəstə olduğundan məhkəmə iclasına gələ bilməyəcəyi barədə teleqram vurmuş, hazırda Təqsirləndirilən şəxs bağışladığını, ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaq zamanı Şahid2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs onun əmisidir. Rəfailin atası Oktay, yəni babası 2021-ci ilin dekabr ayında vəfat etmişdir. Rəfaili babasının rəhmətə getdiyi 3-cü gün yas mərasimi təşkil edərək karantin rejim qaydalarını pozuduğu üçün polis əməkdaşları tərəfindən barəsində inzibati xəta haqqınnda protokol tərtib edilmişdir. 19.01.2022-ci il tarixdə babasının 40 mərasimi olmuş və yas mərasimi əmisi Rəfailin həyətində təşkil olunmuşdur. Həmin mərasimdə anası, bacısı və o iştirak etmişdir. Qadınlar evin içərisində giriş zalda oturmuş, həmin vaxt zalda təxminən 20 nəfər qadın olmuşdur. Ev iki mərtəbəli olsa da, qadınlar birinci mərtəbədə oturmuşlar. O, çöldən çay gətirərək qadınlara çay vermişdir. Həyətdə 4 ədəd stol qoyulmuş, həyətdə isə təxminən 20-25 nəfər kişi olmuşdur. Həmin şəxslər qohumları, əmisinin dostları və kənd sakinləri olmuşdur. Həyətdə yas mərasiminə gələnlərə yemək verilməsi üçün qazan da qoyulmuşdur. Ümumilikdə Rəfailin evində 50 nəfərdən artıq şəxs olmuşdur. Saat təxminən 13:20 radələrində həyətə polis geyimi formasında iki nəfər polis daxil olmuş, o qadınlara çay verdikdən sonra həyətə çıxmışdır. Həmin polislərdən biri mayor rütbəsində Zərərçəkmiş şəxs, digəri isə serjant rütbəsində Xaliq olmuşdur. Əliyar əlində mobil telelfonla həyətdə çəkiliş edərək karantin rejimi qaydalarının pozulduğunu, yas mərasiminin keçirilməsinə icazə verilmədiyini bildirmişdir. Həmin vaxt Rəfail ev sahibi olduğunu, cərimə yazılmamasını xahiş etmişdir. Əliyar ona əl vurulmamasını deyərək çəkilişə davam etmişdir. Həyətdə olan şəxslər cərimə yazılmamasını, Rəfailin İ Qarabağ döyüşlərində iştirak edərək xəsarət aldığını, onun bu halına köməklik edilməsini xahiş etsə də, o heç kimi nəzərə almamışdır. Əliyar daha sonra fərdi yaşayış evinin qapısına, qadınların olduğu otağa daxil olmaq istəyərək çəkiliş etmək istəyən zaman Rəfail Əliyara otağa girməməsini, cərimə yazılmasına etirazının olmadığını demişdir. Həmin vaxt Əliyar Rəfailin qoluna girmişdir. Əliyar sol tərəfdə Rəfail isə sağ tərəfədə dayanışdır. Əliyar sağ əl ilə Rəfailin sol qolundan tutmuşdur. Əliyar Rəfailin qoluna girən zaman polis şöbəsinə gedərək cərimə yazacağını demişdir. Belə olan zaman Rəfail “əlini qolumdan çək” deyərək qolunu Əliyarın əlindən dartıb çıxaran zaman Rəfailin dirsək nahiiyyəsi Əliyarın ağız nahiyəsinə dəymiş və sonuncu yerə yıxılmışdır. Əliyarın dodağı partlamış və qan gəlməyə başlamışdır. Həmin vaxt Rəfailində vəziyyəti pisləşmişi və ona dərman vermişlər. Məhkəmə istintaq zamanı şahid Şahid4, Şahid5 və Şahid6 Şahid2 dediklərini təsdiq edərək oxşar məzmunlu ifadə verdilər. Məhkəmə istintaq zamanı Şahid1 ifadəsində göstərdi ki, o, Bərdə RPŞ-nin İTB-nin sahə polis nəfəri kimi fəaliyyət göstərir. Xidmət aparan zaman Təqsirləndirilən şəxs məxsus fərdi yaşayış evinin həyət qapısının açıq olduğunu, qapının qarşısında çoxlu sayda nəqliyyat vasitəsinin olduğunu görüb həyətə daxil olmuşlar. Həyətə daxil olduqda təxminən 50 nəfərdən artıq şəxs olmuşdur. Həyətdə sıx vəziyyətdə insanların toplaşdığını, 4 ədəd stolun qoyulduğunu, həmçinin iki mərtəbəli evin birinci mərtəbəsində, yəni qapalı məkanda xeyli sayda qadınların yığıldığını aşkar etmişdir. O, ev sahibinin kim olduğunu soruşduqda üzü saqqallı bir nəfər onun yanına yaxınlaşaraq özünü Təqsirləndirilən şəxs kimi təqdim edərək atasının 40 mərasimi olduğunu demişdir. Əliyarın qolundan tutaraq küçəyə tərəf aparan zaman Rəfailə kənara çəkilməyi, barəsində inzibati protokol tərtib edəcəyini demişdir. Həmin vaxt o, Rəfailin sol tərəfində, Rəfail isə onun sağ tərəfində olmuşdur. Anidən Rəfail ona tərəf çevrilərək sağ yumruğu ilə ağız nahiyəsindən bir dəfə qəsdən vurmuşdur. O, zərbənin təsirindən yerə yıxılmış və dodağı partlayaraq qan gəlməyə başlamışdır. O, Əlyarın qolundan tutaraq yerdən qaldırmışdır. Rəfail qəsdən Əliyarı vurmuşdur. Cinayət işinin 25-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 19 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 19 yanvar 2022-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 83-84-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 21 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 100-104-cü vərəqələrində olan Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 4(021)11/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişir. Cinayət işinin 134-137-ci vərəqələrində olan Gəncə Apellyasiya Məhkəməsinin 04 fevral 2022-ci il tarixli 4(021)13/2022 saylı qərarından görünür ki, Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2022-ci il tarixli 4(021)11/2022 saylı qərarı ləğv edilmiş, Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Cinayət işinin 49-51-ci vərəqələrində olan Məhkəmə-tibbi ekspertizasının 19 yanvar 2022-ci il tarixli, 45 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər-üst dodağın şişkinliyi və diş səthinin əzilmiş yarası küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə19.01.2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aiddir. Cinayət işinin 19-130-cu vərəqələrində olan Azərbaycan Respublikaı Səhiyyə Nazirliyinin Gəncə çəhər Psixonevroloji Dispanseri tərəfindən verilmiş 15.02.2022-ci il tarixli 95/31 nömrəli rəydən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən əsəbi psixi-emosional halda olmuşdur, onun keçirdiyi emosional halın yaranma səbəblərindən biri zərərçəkmişlə aralarında olan mübahisə ola bilər. Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən fizioloji affekt halında olmamışdır. Cinayət işinin 116-cı vərəqəsində olan Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 132-133-cü vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Bərdə Rayon Məhkəməsinin 25.05.2000-ci il tarixli hökmü ilə CM-nin 191-ci maddəsinin 2-ci hissəsi ilə təqsirli bilinib barəsində CM-nin 42-ci maddəsi tətbiq olunmaqla 1 il şərti sınaq müddəti ilə 01 il 6 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Məhkumluğu ödənilmişdir. Cinayət işinin 123-cü vərəqəsində olan Bərdə rayon Zümürxan kənd İcra Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinə əlavə edilmiş “CD” diskə baxış keçirilərkən müəyyən olunur ki, hadisə vaxtı həyətdə yas mərasimi təşkil olunmuşdur. Cinayət işinə əlavə olunmuş teleqeramdan görünür ki, zərəçəkmiş şəxs məhkəmə iclasında iştirak edə bilməyəcəyini bildirmiş, təqsirləndirilən şəxslə barışdığını və şikayətinin olmamasını nəzərə alınmasını xahiş etmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 315-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi r ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, zərərçəkmiş şəxsin onu bağışlamasını, ondan şikayət və tələbinin olmamasını, 1-ci Qarabağ müharibəsinin iştirakşısı olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə qeyd olunanları nəzərə almaqla təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, təqsirli bilindiyi Azərbaycan Respublikasının CM-nin 315-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasını təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə həmçinin, Təqsirləndirilən şəxs törətdiyi əməldən peşman olmasını, zərərçəkmiş şəxslə barışmasını, zərəçəkmiş şəxsin ondan şikayət və tələbinin olmamasını nəzərə alaraq Təqsirləndirilən şəxs təyin olunacaq azadlıqdan məhrum etmə cəzasını çəkmədən islah olunması qənaətinə gələrək onun barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsinin tətbiq edilib sınaq müddəti verilməklə şərti məhkum etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Məhkəmə hesab edir ki, sınaq müddəti ərzində Təqsirləndirilən şəxs davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməli, sınaq müddətində həmin orqana məlumat vermədən daimi yaşayış yerini dəyişməmək ona bir vəzifə olaraq tapşırılmalıdır. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2022-ci il il tarixində şübhəli şəxs qismində tutulmuş, 21 yanvar 2022-ci il tarixdə Azərbaycan təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində 3 ay müddətinə “həbs” qətimkan tədbiri seçilmiş, 04 fevral 2022-ci il tarixdə “həbs” qətimkan tədbiri eyni müddətə ev dustaqlığı qətimkan tədbiri ilə əvəz edilmişdir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs şərti məhkum etmə tətbiq edildiyindən onun barəsində seçilmiş “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilməli, barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilməlidir. Onun barəsində seçilmiş “başqa yerə getməmək barədə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə H Ö K M E T D İ : Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 315-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 70-ci maddəsi tətbiq edilərək 6 (altı) ay sınaq müddəti müəyyən edilməklə təyin edilmiş 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzası şərti hesab edilsin. Sınaq müddətinin əvvəli hökm qanuni qüvvəyə mindiyi gündən hesablansın. Sınaq müddəti ərzində onun üzərində nəzarətin həyata keçirilməsi Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Sınaq müddəti ərzində Bərdə rayon İcra və Probasiya şöbəsinə məlumat vermədən daimi yaşayış yerini dəyişməmək Təqsirləndirilən şəxs oğluna bir vəzifə olaraq tapşırılsın. Təqsirləndirilən şəxs oğlunun barəsində “ev dustaqlığı” qətimkan tədbiri ləğv edilsin. Təqsirləndirilən şəxs oğlunun barəsində “başqa yerə getməmək barədə” qətimkan tədbiri seçilsin və hökm qanuni qüvvəyə minənədək “başqa yerə getməmək barədə” qətimkan tədbiri dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci və mülki iddia yoxdur. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov
Məhkəmə qərarları › İş №1(021)-87/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-87/2022
27.04.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver