Məhkəmə qərarları › İş №1(021)-87/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-87/2023

07.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-87/2023 07.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X24 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, təqsirləndirilən şəxslərin müdafiəçiləri Müdafiəçi3, Müdafiəçi1 və X14 iştirakı ilə, xx xxx 1987-ci ildə Ağcabədi şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Pərioğullar kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri, xx xxxxxx 1995-ci ildə Ağcabədi rayonu Hüsülü kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Ağcabədi rayonu Hüsülü kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri, 15 avqust 1990-cı ildə Ağcabədi rayonu Hacıbədəlli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu ödənilməmiş və götürülməmiş, Ağcabədi rayonu Hacıbədəlli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,531 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlamış, 20 noyabr 2022-ci il tarixdə saat 07 radələrində tanışı Şahid10 məxsus VAZ-2106 markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilə aid etibarnaməsi olmadan və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrə nişanı olmadan idarə edib Bərdə-Yevlax avtomobil yolunda yerləşən DİN- nin BDYPİ-nin 716 saylı stasionar postundan keçərkən həmin postda xidmət aparan DİN- nin BDYPİ-nin YPXA-nın 13-cü tağımın YPX inspektorları, polis baş serjantı Şahid11 və polis baş serjantı Şahid14 tərəfindən saxlanılıb onun hərəkətlərində narkotik vasitələrdən istifadəsində şübhə yaratdığı üçün Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yeləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən üzəri sarı rəngli yapışqanlı lentlə sarılmış bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,531 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülmüşdür. Bundan başqa o, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlamış, 23 noyabr 2022-ci il tarixdə saat 1245 dəqiqədə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri Səməd Vurğun küçəsində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq əldə edib saxladığı 01 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Bundan başqa o, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən tövləninin qapısına mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan 300 (üç yüz) manat dəyərində diri çəkisi 40- 50 kiloqram olan 4(dörd) yaşlı 1 (bir) baş yerli cins qoyunu, 290 (iki yüz doxsan) manat dəyərində diri çəkisi 35-40 kiloqram olan 07 (yeddi) aylıq 1 (bir) baş yerli cins toğlunu və hər biri 140 (yüz qırx) manat dəyərində, ümumi dəyərləri 840 (səkkiz yüz qırx) manat olmaqla diri çəkiləri 17-18 kiloqram olan, 02(iki) aylıq 6(altı) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Məmmədli kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 məxsus olan hər biri 135(yüz otuz beş) manat dəyərində, ümumi dəyərləri 1080 (bir min səksən) manat olan, diri çəkiləri 16-18 kiloqram, 1 (bir) yaşlı, 8 (səkkiz) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1080 (bir min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonunun Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində ümumi dəyərləri 2340(iki min üç yüz qırx) manat, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 6(altı) baş yerli cins qoyunları, hər biri 70(yetmiş) manat dəyərində ümumi dəyərləri 770(yeddi yüz yetmiş) manat, diri çəkiləri 5-10 kiloqram olan, 01 (bir) aylıq 11 (on bir) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3110(üç min yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus fermanın qarşı tərəfindəki otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus olan 1000(bir min) manat dəyərində, qırmızı-ala rəngli, diri çəkisi 150-160 kiloqram olan, 6(altı) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi və 420(dörd yüz iyirmi) manat dəyərində, qara rəngli, diri çəkisi 60-70 kiloqram olan, 13(on üç) aylıq 1 (bir) baş yerli cins dişi dananı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1420(bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 1600(bir min altı yüz) manat dəyərində, qara rəngli, diri çəkisi 250-260 kiloqram olan, 5(beş) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1600(bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində, ümumi dəyərləri 1950(bir min doqquz yüz əlli) manat olan, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 5(beş) baş yerli cins qoyunları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1950(bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən tövləninin qapısına mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan 300(üç yüz) manat dəyərində diri çəkisi 40- 50 kiloqram olan 4(dörd) yaşlı 1 (bir) baş yerli cins qoyunu, 290(iki yüz doxsan) manat dəyərində diri çəkisi 35-40 kiloqram olan 07(yeddi) aylıq 1(bir) baş yerli cins toğlunu və hər biri 140(yüz qırx) manat dəyərində, ümumi dəyərləri 840(səkkiz yüz qırx) manat olmaqla diri çəkiləri 17- 18 kiloqram olan, 02(iki) aylıq 6(altı) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Məmmədli kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 məxsus olan hər biri 135(yüz otuz beş) manat dəyərində, ümumi dəyərləri 1080(bir min səksən) manat olan, diri çəkiləri 16-18 kiloqram, 1 (bir) yaşlı, 8(səkkiz) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1080(bir min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində ümumi dəyərləri 2340(iki min üç yüz qırx) manat, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 6(altı) baş yerli cins qoyunları, hər biri 70(yetmiş) manat dəyərində ümumi dəyərləri 770(yeddi yüz yetmiş) manat, diri çəkiləri 5-10 kiloqram olan, 01 (bir) aylıq 11 (on bir) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3110(üç min yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus fermanın qarşı tərəfindəki otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus olan 1000(bir min) manat dəyərində, qırmızı-ala rəngli, diri çəkisi 150-160 kiloqram olan, 6(altı) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi və 420(dörd yüz iyirmi) manat dəyərində, qara rəngli, diri çəkisi 60-70 kiloqram olan, 13(on üç) aylıq 1(bir) baş yerli cins dişi dananı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1420(bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 1600(bir min altı yüz) manat dəyərində, qara rəngli, diri çəkisi 250-260 kiloqram olan, 5(beş) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1600(bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində, ümumi dəyərləri 1950(bir min doqquz yüz əlli) manat olan, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 5(beş) baş yerli cins qoyunları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1950(bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən tövləninin qapısına mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan 300(üç yüz) manat dəyərində diri çəkisi 40- 50 kiloqram olan 4(dörd) yaşlı 1 (bir) baş yerli cins qoyunu, 290(iki yüz doxsan) manat dəyərində diri çəkisi 35-40 kiloqram olan 07(yeddi) aylıq 1 (bir) baş yerli cins toğlunu və hər biri 140(yüz qırx) manat dəyərində, ümumi dəyərləri 840(səkkiz yüz qırx) manat olmaqla diri çəkiləri 17- 18 kiloqram olan, 02(iki) aylıq 6(altı) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində, ümumi dəyərləri 1950(bir min doqquz yüz əlli) manat olan, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 5(beş) baş yerli cins qoyunları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1950(bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bununla Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətmişlər. Onların göstərilən cinayət əməllərini törətmələri məhkəmə iclasında araşdırılmış sübutlarla aşağıdakı qaydada tam təsdiq edilir. Belə ki, Təqsirləndirilən şəxs1 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, təxminən 6 aydır ki, narkotik vasitə istifadəçisidir. Təxminən 16 noyabr 2022-ci il tarixdə sosial şəbəkədə tanış olduğu dəqiq kimliyini bilmədiyi İran İslam Respublikasının vətəndaşından sosial şəbəkə vasitəsi ilə 1,5 qram şüşə adlı narkotik vasitəni 50 manata razılaşaraq almışdır. Narkotik vasitənin pulunu Yevlax şəhəri ərazisində əvvəlcədən razılaşdıqları ünvana qoyduqdan sonra həmin şəxs narkotik vasitənin yerini ona bildirmiş, o, isə həmin narkotik vasitəni götürmüşdür. Narkotik vasitəni üzərində gəzdirərək öz tələbatını ödəmişdir. xx.xx.2022-ci il tarixdə axşam saatlarında tanışı Şahid10 “VAZ-2106” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilini Mingəçevir şəhərində bir nəfər şəxsə satmaq istədiyini bildirmiş, onunla birlikdə Mingəçevir şəhərinə getməyi təklif etmişdir. Kənana etiraz etməmiş və xx.xx.2022ci il tarixdə saat 04 radələrində yaşadıqları Ağcabədi rayonundan Mingəçevir şəhərinə getmişlər. Onlarla birlikdə tanışları Mirafət adlı şəxsdə getmişdir. Mingəçevir şəhərində avtomobilin alıcısı ilə görüşmüş, lakin, aralarında olan razılaşma baş tutmadığından birlikdə Ağcabədi rayonuna qayıdarkən Şahid10 məxsus olan “VAZ-2106” markalı, **-KN- *** dövlət qeydiyyat nişanlı avtomobili o, idarə etmişdir. Bərdə rayonu ərazisində yerləşən posta yaxınlaşdıqda DYP əməkdaşları onları saxlamış və onu həkim müayinəsindən keçirmişlər. Müayinə zamanı məlum olmuşdur ki, o, Kənana məxsus olan avtomobili narkotik vasitə təsiri altında idarə etmişdir. Polis əməkdaşı ona üzərində narkotik vasitə olub-olmamasını soruşmuşdur. Polis əməkdaşlarına üzərində narkotik vasitənin olmasını bildirmişdir. Bundan sonra polis əməkdaşları onu saxlayaraq Bərdə Rayon Polis Şöbəsinə gətirmişlər. Bərdə RPŞ-də üzərinə baxış keçirilmiş, həmin vaxtı o, üzərində saxladığı bir ədəd bükülünü təqdim etmişdir. Bükülüyə baxış keçirilmiş, bükülünün içərisində narkotik vasitə hesab edilən metamfetamin olduğu müəyyən edilmişdir. Polis əməkdaşları narkotiki qablaşdıraraq götürmüşlər. Bundan sonra onun saxlandığı zaman Şahid10 məxsus olan avtomobilə baxış keçirmiş və həmin avtomobildən hər hansı bir qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. 23 noyabr 2022-ci il tarixdə təxminən saat 1245 radələrində tanışı Ağdam rayon sakini İlahəm Ağayeva ilə birlikdə Ağcabədi şəhəri Səməd Vurğun küçəsində görüşmüşdür. Həmin vaxt bir neçə nəfər mülki geyimli şəxs onlara yaxınlaşmış və xidməti vəsiqələrini təqdim edib polis əməkdaşları olduqlarını bildirmişlər. Onlara hüquq və vəzifələrini izah edib Ağcabədi Rayon Polis Şöbisinə gətirmişlər. Polis şöbəsində üzərinə şəxsi axtarış keçiriləcəyi bildirmişdir. Dəvət edilmiş müdafiəçinin iştirakı ilə video çəkiliş vasitəsilə onun üzərinə şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı ona təklif olunmuşdur ki, üzərində hər hansı qanunsuz əşya və ya predmet, eləcə də narkotik vasitə və ya psixotrop maddə varsa könüllü təqdim etsin. O, da əynində olan qara rəngli cins şalvarın sağ yan cibindən bir ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Polis əməkdaşları həmin kibrit qutusuna baxış keçirmiş, içərisində yasıl rəngli spesifik iyə malik narkotik vasitə olan qurudulmuş marixuanaya oxşar kütlə olması müəyyən edilmişdir. Aşkar edilmiş kütlə kibrit qutusu ilə birlikdə elektron tərəzidə çəkilmiş, 8,04 qram olmuşdur. Kibrit qutusu aşkar olunduğu qaydada ağ kağız zərfdə qablaşdırılmış, üzəri yazılmış və onlar imza etmişlər. Bundan sonra onun üzərinə şəxsi axtarış keçirimiş, lakin üzərindən heç bir qanunsuz əşya və ya predmet, narkotik vasitə və ya psixotrop maddə aşkar edilməmişdir. Üzərindən aşkar edilmiş 01 ədəd kibrit qutusunda olan kütlənin narkotik vasitə olan qurudulmuş marixuana olduğunu, təxminən 3-4 gün əvvəl Ağcabədi rayonu Pərioğullar kəndi ərazisində olarkən yerdən tapdığını bildirmişdir. Narkotik vasitəni üzərində saxlamaqda məqsədi istifadə etmək olmuşdur. Ağcabədi rayonu Hacıbədəlli kənd sakini Təqsirləndirilən şəxs3 və Ağcabədi rayonu Hüsülü kənd sakini Təqsirləndirilən şəxs2 uzun illərdir tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Ağcabədi rayonu Təzəkənd kənd sakini X17 məxsus **-CS-*** dövlət nömrə nişanlı VAZ- 21061 markalı furqon avtomaşını 2022-ci ilin noyabr ayının əvvəllərində almışdır. İlqar ilə razılaşmalarına əsasən avtomaşının pulunu hissə-hissə ödəməlidir. Maddi vəziyyətlərinin aşağı olması səbəbilə 2022-ci ilin noyabr ayının sonlarında onun təklifi ilə tanışları Zülfiqar və Əbülfəz ilə Bərdə rayonu ərazisindən mal-qara oğurlamaq qərarına gəlmişlər. İlk təklifi onlara o etmişdir və onlarda onunla razılaşmışlar. Onların planlarına əsasən Bərdə rayonu ərazisindən günün qaranlıq vaxtlarında mal-qaranı oğurlayıb ona məxsus avtomaşınla yaşadığı Ağcabədi rayonu Pərioğullar kəndinə qardaşı Rəhimin həyətyanı sahəsində yerləşən tövləyə aparmalı, sonra isə oradan Ağcabədi və ya İmişli rayonları ərazisində mal bazarında satmağı razılaşmışlar. İlk dəfə tanışı Zülfiqar və Əbülfəzlə özünə məxsus avtomaşın ilə təsadüfən xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə getmiş, orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus fermanın tövləsindən Zərərçəkmiş şəxs1 məxsus olan 1 (bir) baş qoyunu, 1 (bir) baş toğlunu və 6(altı) baş quzunu oğurlamış, özünə məxsus avtomaşının yük yerinə yığmışdır. Oradan birbaşa Ağcabədi rayonuna, yaşadığı kəndə getmişdir. Əbülfəz və Zülfiqar yolda avtomaşından düşüb getmişlər. Oğurladığı heyvanları aparıb qardaşı Rəhimə məxsus tövləyə salmışdır. Qardaşı Rəhim heyvanları haradan aldığını soruşduqda mal-qara alverinə başladığını deyib onun fikrini yayındırmışdır. Sonrakı vaxtlarda oğurladığı 6(altı) baş quzunu Ağcabədi mal bazarında tanımadığı şəxsə 300(üç yüz) manata satmış və əldə etdiyi puldan 50(əlli) manat Zülfiqara, 50(əlli) manat isə Əbülfəzə vermişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində tanışı Zülfiqar ilə qabaqcadan razılaşdıqları kimi özünə məxsus avtomaşın ilə Bərdə rayonu Məmmədli kəndinə gedib sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 məxsus fermaya girmiş, orada yerləşən tövlədən 8(səkkiz) baş quzu oğurlamış, özünə məxsus avtomaşının yük yerinə yığıb birbaşa yaşadığı ünvana getmişdir. Zülfiqar yolda avtomaşından düşüb getmişdir. Oğurladığı heyvanları qardaşı Rəhimə məxsus tövləyə salmışdır. Sonrakı günlərdə Nuruşun fermasından oğurladığı 8(səkkiz) baş quzunu Ağcabədi rayonu ərazisində mal bazarında tanımadığı şəxsə ümumilikdə 1070 manata satmışdır. Pula ehtiyacı olduğundan pulu o götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Zülfiqar ilə birlikdə təkrar Bərdə rayonu Soğanverdilər kəndinə gedib orada Zərərçəkmiş şəxs1 məxsus fermada olan tövlədən Zərərçəkmiş şəxs1 məxsus 6(altı) baş qoyunu, 11 (on bir) baş quzunu oğurlayıb avtomaşınının yük yerinə yığıb birbaşa yaşadığı ünvana getmişdir. Zülfiqar yolda avtomaşından düşüb getmişdir. Oğurladığı heyvanları aparıb qardaşı Rəhimə məxsus tövləyə salmışdır. xx.xx.2023-ci il tarixdə saat 17 radələrində tanışı Zülfiqar ilə birlikdə Bərdə rayonu Xam torpaq adlanan əraziyə getmiş, orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus fermanın qarşı tərəfindəki otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus olan 1(bir) baş inəyini və 1(bir) baş dananı oğurlayıb avtomaşının yük yerinə qoymuşlar. Birbaşa yaşadığı ünvana getmiş, Zülfiqar yolda avtomaşından düşüb getmişdir. Sonrakı günlərdə Zərərçəkmiş şəxs3 məxsus oğurladığı 1(bir) baş dananı İmişli rayonunda mal bazarında tanımadığı şəxsə 500(beş yüz) manata satmışdır. Həmin puldan Zülfiqara 100(yüz) manat pul vermişdir. xx.xx.2023- ci il tarixdə saat 01 radələrində tanışı Zülfiqar ilə birlikdə Bərdə rayonu Xam torpaq adlanan əraziyə gedib sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus fermaya daxil olmuş, Zərərçəkmiş şəxs2 məxsus olan 1 (bir) baş inəyi oğurlamış, avtomaşınının yük yerinə qoyaraq birbaşa yaşadığ ünvana getmişdir. Zülfiqar yolda avtomaşından düşüb getmişdir. Oğurladığı inəyi aparıb qardaşı Rəhimə məxsus tövləyə salmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı Zülfiqar və Əbülfəz ilə birlikdə təkrar Bərdə rayonu Soğanverdilər kəndinə gedib Zərərçəkmiş şəxs1 məxsus fermaya daxil olaraq tövlədən Zərərçəkmiş şəxs1 məxsus 5(beş) baş quzunu oğurlayıb getmişlər. Əbülfəz və Zülfiqar yolda avtomaşından düşüb getmişlər. Quzuları satmaq üçün müştəri axtarmış, təxminən bir neçə saat sonra Bərdə RPŞ-nin polis əməkdaşları onu saxlamış, oğurluqda şübhəli olduğunu bildirmişlər və onu avtomaşını ilə birlikdə polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ediyi oğurluq əməllərini səmimi etiraf etmişdir. Törətdiyi əməlindən peşmandır, söz verir ki, bir daha qanunsuz əməl törətməyəcəkdir, ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs2 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 uzun illərdir tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 özünə məxsus **-CS-*** dövlət nömrə nişanlı VAZ- 21061 markalı, furqon avtomaşını vardır. Maddi vəziyyətlərinin aşağı olması səbəbilə 2022-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 təklifi ilə Bərdə rayonu ərazisindən mal-qara oğurlamaq qərarına gəlmişlər. Planlarına əsasən Bərdə rayonu ərazisindən günün qaranlıq vaxtlarında mal-qaranı oğurlayıb Təqsirləndirilən şəxs1 məxsus avtomaşınla onun yaşadığı Ağcabədi rayonu Pərioğullar kəndinə Zülfiqarın qardaşı Rəhimin həyətyanı sahəsində yerləşən tövləyə aparmalı, sonra isə oradan Ağcabədi və ya İmişli rayonları ərazisində mal bazarında satmalı idilər. İlk dəfə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə Təqsirləndirilən şəxs1 məxsus avtomaşın ilə təsadüfən xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə getmiş, orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus fermanın tövləsindən Zərərçəkmiş şəxs1 məxsus olan 1 (bir) baş qoyunu, 1(bir) baş toğlunu və 6(altı) baş quzunu oğurlamış, Təqsirləndirilən şəxs1 məxsus avtomaşının yük yerinə yığmış, birbaşa Ağcabədi rayonuna getmişlər. Əbülfəz və özü yolda avtomaşından düşüb evə getmişlər. Təqsirləndirilən şəxs1 isə oğurladıqları heyvanları aparıb qardaşı Rəhimə məxsus tövləyə salmışdır. Təqsirləndirilən şəxs1 oğurladıqları 6(altı) baş quzunu Ağcabədi mal bazarında tanımadığı şəxsə 300(üç yüz) manata satmış və əldə etdiyi puldan 50(əlli) manat ona, 50(əlli) manat isə Əbülfəzə vermişdir. Sonrakı vaxtlarda şəxsi ailə problemlərinə görə Əbülfəz onlarla əlaqə saxlaya bilməmişdir. xx.xx.2022-ci il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan razılaşdıqları kimi Zülfiqara məxsus avtomaşın ilə Bərdə rayonu Məmmədli kəndinə getmiş sonradan adını bildiyi Zərərçəkmiş şəxs4 məxsus fermaya girmiş, orada yerləşən tövlədən 8(səkkiz) baş quzu oğurlayıb avtomaşının yük yerinə yığıb birbaşa Ağcabədi rayonuna getmişdir. Yolda avtomaşından düşüb getmişdir. Nuruşun fermasından oğurladıqları 8(səkkiz) baş quzunu Təqsirləndirilən şəxs1 Ağcabədi rayonu ərazisində mal bazarında tanımadığı şəxsə ümumilikdə 1070 manata satmışdır. Zülfiqarın problemləri olduğundan Zülfiqar pulu özünə götürmüş və şəxsi ehtiyacları üçün xərcləmişdir. xx.xx.2022-ci il tarixdə saat 23 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə təkrar Bərdə rayonu Soğanverdilər kəndinə getmiş, orada Zərərçəkmiş şəxs1 məxsus fermada olan tövlədən Zərərçəkmiş şəxs1 məxsus 6(altı) baş qoyunu, 11 (on bir) baş quzunu oğurlayıb avtomaşının yük yerinə yığıb birbaşa Ağcabədi rayonuna getmişlər. Yolda avtomaşından düşüb getmişdir. Zülfiqar oğurladıqları heyvanları aparıb qardaşı Rəhimə məxsus tövləyə salmışdır. xx.xx.2023-ci il tarixdə saat 17 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bərdə rayonu Xam torpaq adlanan əraziyə getmiş, orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs3 məxsus fermanın qarşı tərəfindəki otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus olan 1 (bir) baş inəyini və 1(bir) baş dananı oğurlayıb avtomaşının yük yerinə qoymuş, birbaşa Ağcabədi rayonuna getmişlər. Yolda avtomaşından düşüb evə getmişdir. Təqsirləndirilən şəxs1 Zərərçəkmiş şəxs3 məxsus oğurladıqları 1(bir) baş dananı İmişli rayonunda mal bazarında tanımadığı şəxsə 500(beş yüz) manata satmışdır. Həmin puldan ona 100(yüz) manat pul vermişdir. xx.xx.2023-ci il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 ilə birlikdə Bərdə rayonu Xam torpaq adlanan əraziyə getmiş sonradan adını bildiyi Zərərçəkmiş şəxs2 məxsus fermaya daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 1(bir) baş inəyi oğurlayıb avtomaşının yük yerinə qoyub birbaşa Ağcabədi rayonuna getmişlər. Yolda avtomaşından düşüb evinə getmişdir. Təqsirləndirilən şəxs1 oğurladıqları inəyi aparıb Zülfiqarın qardaşı Rəhimə məxsus tövləyə salmışdır. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində tanışı Təqsirləndirilən şəxs1 və Əbülfəz ilə birlikdə təkrar Bərdə rayonu Soğanverdilər kəndinə gedib Zərərçəkmiş şəxs1 məxsus fermaya daxil olaraq tövlədən Zərərçəkmiş şəxs1 məxsus 5(beş) baş quzunu oğurlayıb getmişlər. Əbülfəz və o yolda avtomaşından düşüb evə getmişlər. Təqsirləndirilən şəxs1 isə quzuları satmaq üçün müştəri axtarmağa getmişdir. Həmin gün Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb oğurluqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ediyi oğurluq əməllərini səmimi etiraf etmişdir. Törətdiyi əməlindən peşmandır, söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir, ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs3 açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 uzun illərdir tanıyır, aralarında heç bir düşmənçilik və ya ədavət olmamışdır. Təqsirləndirilən şəxs1 özünə məxsus **-CS-*** dövlət nömrə nişanlı VAZ- 21061 markalı, furqon avtomaşını vardır. Maddi vəziyyətlərinin aşağı olması səbəbilə 2022-ci ilin noyabr ayının sonlarında Təqsirləndirilən şəxs1 təklifi ilə Bərdə rayonu ərazisindən mal-qara oğurlamaq qərarına gəlmişlər. Planlarına əsasən Bərdə rayonu ərazisindən günün qaranlıq vaxtlarında mal-qaranı oğurlayıb Təqsirləndirilən şəxs1 məxsus avtomaşınla Təqsirləndirilən şəxs1 yaşadığı Ağcabədi rayonu Pərioğullar kəndinə Təqsirləndirilən şəxs1 qardaşı Rəhimin həyətyanı sahəsində yerləşən tövləyə aparmalı, sonra isə oradan Ağcabədi və ya İmişli rayonları ərazisində mal bazarına satmalı idilər. İlk dəfə tanışı Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 məxsus avtomaşın ilə xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə getmiş, orada sonradan adını bildiyi Zərərçəkmiş şəxs1 məxsus fermanın tövləsindən Zərərçəkmiş şəxs1 məxsus olan 1(bir) baş qoyunu, 1 (bir) baş toğlunu və 6(altı) baş quzunu oğurlamış, avtomaşının yük yerinə yığmışlar. Oradan birbaşa Ağcabədi rayonuna getmişlər. O və Təqsirləndirilən şəxs2 yolda avtomaşından düşüb evilərinə getmişlər. Təqsirləndirilən şəxs1 oğurladıqları 6(altı) baş quzunu Ağcabədi mal bazarında tanımadığı şəxsə 300(üç yüz) manata satmış və əldə etdiyi puldan 50(əlli) manat Təqsirləndirilən şəxs2, 50(əlli) manatı isə ona vermişdir. Sonrakı vaxtlarda şəxsi ailə problemlərinə görə Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə əlaqə saxlaya bilməmişdir. xx.xx.2023-cü il tarixdə saat 01 radələrində qabaqcadan razılaşdıqları kimi tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə təkrar Bərdə rayonu Soğanverdilər kəndinə getmiş, Zərərçəkmiş şəxs1 məxsus fermaya daxil olaraq tövlədən Zərərçəkmiş şəxs1 məxsus 5(beş) baş quzunu oğurlayıb getmişlər. O və Təqsirləndirilən şəxs2 yolda avtomaşından düşüb evə getmişlər. Təqsirləndirilən şəxs1 isə quzuları satmaq üçün müştəri axtarmağa getmişdir. Həmin gün Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları onu saxlayıb oğurluqda şübhəli olduğunu bildirmiş və onu polis şöbəsinə gətirmişlər. Polis şöbəsində ediyi oğurluq əməllərini səmimi etiraf etmişdir. Törətdiyi əməlindən peşmandır, söz verir ki, bir daha hər hansı qanunsuz əməl törətməyəcəkdir, ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Məhkəmənin 11 may 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadə verərək göstərdi ki, Bərdə rayonu Soğanverdilər kəndində qardaşı Avtandilə məxsus fermada özünə məxsus 45 baş qoyun heyvanları saxlayır və həmin fermanın ərazisində qardaşına məxsus evdə yaşamışdır. Gündüzlər heyvanlarını otarmış, axşamlar isə heyvanları tövləyə salıb qapını bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 18 radələrində heyvanlarını tövləyə salıb qapını bağlamışdır. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində yuxudan oyanıb heyvanları yemləmək üçün tövləyə getmiş, lakin, tövlənin qapısının açıq olduğunu gömüş, heyvanları saymışdır. Heyvanları sayarkən 250 manat dəyərində 1 baş yerli cins, diri çəkisi 40-50 kiloqram olan 4 yaşlı qoyunun, 220 manat dəyərində 1 baş yerli cins, diri çəkisi 35-40 kiloqram olan 07 aylıq toğlunun və hər biri 200 manat dəyərində 6 baş yerli cins, diri çəkiləri 17-18 kiloqram olan, 02 aylıq quzuların yerində olmadığını görüb oğurlandığını anlamışdır. Bu barədə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. Oğurluq nəticəsində ona ümumilikdə 1670 manat məbləğində maddi ziyan dəymişdir. xx.xx.2022-ci il tarixdə saat 2230 radələrində 19 yaşlı oğlu Ziyadxanı fermada qoyaraq Soğanverdilər kənd mərkəzinə getmişdir. xx.xx.2022-ci il tarixdə saat 05 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına həmkəndlisi Habil Nəcəfovun avtomaşını ilə getmişdir. Saat 08 radələrində oğlu Ziyadxana zəng edib heyvanları yemləmək üçün tövlədən bayıra çıxarmasını istəmişdir. Bir neçə dəqiqə sonra oğlu Ziyadxan ona zəng edərək heyvanlardan bir neçəsinin yerində olmadığını bildirmişdir. Dərhal qardaşı Məmmədə zəng edərək fermaya gedib heyvanları saymasını istəmişdir. Bir qədər sonra qardaşı Məmməd ona zəng edib həqiqətəndə bir neçə heyvanların yerində olmadığını bildirmişdir. Bundan sonra özü fermaya getmiş və müəyyən etmişdir ki, hər biri 250 manat dəyərində 6 baş yerli cins, diri çəkiləri 60-70 kiloqram olan 2 yaşlı qoyunlar, hər biri 200 manat dəyərində 11 baş yerli cins, diri çəkiləri 5-10 kiloqram olan 01 aylıq quzular oğurlanmışdır. Bu barədə yenə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. Həmin oğurluq nəticəsində ona ümumilikdə 3700 manat maddi ziyan dəymişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə axşam saatlarında heyvanlarını tövləyə salıb qapını bağlamışdır. xx.xx.2023-cü il tarixdə saat 05 radələrində heyvanları yemləmək üçün tövləyə getmişdir. Tövləni açıb heyvanları sayarkən hər biri 200 manat dəyərində 5 baş yerli cins, diri çəkiləri 60-70 kiloqram olan 2 yaşlı qoyunlarının yerində olmadığını görüb oğurlandığını anlamışdır. Bu barədə dərhal qardaşı Məmmədə məlumat vermişdir. Qardaşı Məmməd də Bərdə Rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona təxminən 1000 manat məbləğində maddi ziyan dəymişdir. Əlavə olaraq qeyd etmişdir ki, fermadan baş vermiş oğurluqlar nəticəsində ona ümumilikdə 6370 manat maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam olaraq ödəmişlər, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs1 məhkəməyə ərizə verərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 11 may 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs3 ifadə verərək göstərdi ki, Bərdə rayonu Xam torpaq adlanan ərazidə uzun illərdir özünə məxsus ferması vardır. Fermasında 40 baş iri buynuzlu heyvanları olmuşdur. Heyvandarlıqla məşğul olaraq ailəsini dolandırmışdır. Fermanın kənarları taxtalar ilə hasarlanmışdır. Heyvanlar çox vaxt çöldə olmuşdur. xx.xx.2023-cü il tarixdə işi olduğundan fermaya gedə bilməmişdir. xx.xx.2023-cü il tarixdə səhər saatlarında fermaya gedib heyvanlara nəzər salanda 1200 manat dəyərində 1 baş yerli cins, qırmızı-ala rəngli, diri çəkisi 150-160 kiloqram olan, 6 yaşlı dişi inəyin və 500 manat dəyərində 1 baş yerli cins, qara rəngli, diri çəkisi 60-70 kiloqram olan, 13 aylıq dişi dananın yerində olmadığını görmüş itməsini düşünmüş, ona görədə yaxın əraziləri axtarmışdır. Lakin, heyvanını tapa bilməyib oğurlanmasını anlamışdır. Bərdə Rayon Polis Şöbəsinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona təxminən 1700 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam olaraq ödəmişlər, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs3 məhkəməyə ərizə verərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 11 may 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadə verərək göstərdi ki, Bərdə rayonu Məmmədli kəndində 1998-ci ildən özünə məxsus ferması vardır. Övladları məktəbli olduğundan 2022-ci ilin sentyabr ayından ailəsini Ağcabədi rayonu Taxta körpü adlanan qəsəbəyə aparmışdır. Fermada qardaşı Məhərrəm ilə özü yaşamışdır. Fermada 20 baş xırda buynuzlu heyvanları olmuşdur. 2022-ci ilin noyabr ayında dayısı Manaf Ağcabədi rayonundan özünə məxsus 5 baş qoyunu gətirib heyvanlarının içinə qatmış və ondan həmin heyvanları saxlamasını istəmişdir. xx.xx.2022-ci il tarixdə saat 17 radələrində dostları ilə birlikdə yeyib içmək üçün Məmmədli kəndində kafeyə getmiş, orada spirtli içki qəbul etmişdir. Axşam saatlarında qardaşı Məhərrəm zəng edərək heyvanları tövləyə salıb qapını bağladığını və Ağcabədi rayonuna dayısı Manafın evinə qonaq gedəcəyini bildirmişdir. Saat 2130 radələrində sərxoş vəziyyətdə fermaya qayıdıb yatmışdır. xx.xx.2022-ci il tarixdə demək olar ki, heyvanlara nəzər yetirməmişdir. xx.xx.2022-ci il tarixdə səhər saat 08 radələrində heyvanları yemləmək istəyərkən tövlənin qapısının açıq olmasını görüb heyvanları saymış və özünə məxsus hər biri 180 manat dəyərində 8 baş yerli cins, diri çəkiləri 16-18 kiloqram olan, 1 yaşlı quzularının oğurlanmasını görmüşdür. Baş vermiş oğurluq nəticəsində ona ümumilikdə 1440 manat dəyərində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam olaraq ödəmişlər, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Zərərçəkmiş şəxs4 məhkəməyə ərizə verərək təqsirləndirilən şəxslərlə barışdığını, ona dəymiş ziyanın tam olaraq ödənildiyini, təqsirləndirilən şəxslərdən heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmənin 31 may 2023-cü il tarixli iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadə verərək göstərdi ki, Bərdə rayonu Xam torpaq adlanan ərazidə 24 ildir özünə məxsus ferması vardır. Fermasında müxtəlif növ iri və xırda buynuzlu heyvanları olmuşdur. Heyvandarlıqla məşğul olaraq ailəsini dolandırmışdır. xx.xx.2023-cü il tarixdə axşam saatlarında heyvanlarını fermada olan tövləyə salıb qapısını bağlamışdır. xx.xx.2023-cü il tarixdə səhər saat 06 radələrində yuxadan oyanıb arvadı Nailə ilə birlikdə heyvanları yemləmək istəyərkən 2000 manat dəyərində 1 baş yerli cins, qara rəngli, diri çəkisi 250-260 kiloqram olan, 5 yaşlı dişi inəyin yerində olmadığını görmüşdür. İlk öncə heyvanının itməsini düşünmüş, ona görədə yaxın əraziləri axtarmışdır. Lakin, heyvanını tapa bilməyib oğurlanmasını anlamışdır. Bu səbəblə də oğlu Hökmdara zəng edib məlumat vermişdir. Bir müddət sonra oğlu fermaya gəlmiş və Bərdə Rayon Polis Şöbəsinə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. Baş vermiş oğurluq nəticəsində ona təxminən 2000 manat məbləğində maddi ziyan dəymişdir. Hazırda təqsirləndirilən şəxslər ona dəymiş ziyanı tam olaraq ödəmişlər. Təqsirləndirilən şəxslərlə barışmışdır, ona dəymiş ziyan tam olaraq ödənildiyindən, təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid1 Şahin qızı ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs2 onun doğma övladıdır. Oğlu onunla birlikdə yaşamışdır. Oğlu daima kənd içində nümunəvi insanlardan olmuşdur. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşları ona zəng edərək oğlu Zülfiqarın oğurluq cinayətinə görə Bərdə RPŞ-də tutulmasını bildirmişlər. Sonradan öyrənmişdir ki, oğlu Zülfiqar Ağcabədi rayon sakinləri Əbülfəz və Zülfiqar adlı şəxslərlə birlikdə müxtəlif tarixlərdə Bərdə rayonu ərazisində müxtəlif ünvanlardan iri və xırda buynuzlu heyvanlar oğurlamışdır. Oğlunun törətdiyi cinayət əməllərindən onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid13 ifadə verərək göstərdi ki, Bərdə Rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili vəzifəsində xidmət edir. 20 noyabr 2022-ci il tarixdə saat 07 radələrində YPXA-nın 13-cü tağımının YPX inspektorları polis baş serjantı Şahid11 və polis baş serjantı Şahid14 YPXA-nın 716 saylı stasionar postunda xidmət apararkən “VAZ-2106” markalı, **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobilin qabaq hissədə qeydiyyat nişanı olmadığı üçün saxlanılmış, sürücü Təqsirləndirilən şəxs1 narkotik vasitə təsiri altında avtomobil idarə etməsində şübhə yarandığından həkim müayinəsindən keçirilmiş və müəyyən edilmişdir ki, sürücü Təqsirləndirilən şəxs1 narkotik vasitənin təsiri altında avtomobil idarə edir. Sürücü Təqsirləndirilən şəxs1 ilə proflaktiki söhbətlər zamanı üzərində narkotik vasitə olduğunu bildirmiş, bu səbəbdən araşdırılıb müvafiq qərar qəbul edilməsi məqsədilə Bərdə RPŞ-nə gətirilməsi barədə BDYPİ-nin YPXA-nın 13-cü tağım komandiri polis kapitanı Elnur Zeynalovun raportu daxil olmuşdur. Bundan sonra 20 noyabr 2022-ci il tarixdə saat təxminən 0855 radələrində Bərdə RPŞ-nə gətirilmişdir. Təqsirləndirilən şəxs1 müdafiəçi dəvət edilməklə təhqiqatçı tərəfindən şübhəli şəxs qismində tutmuş, hüquq və vəzifələri izah edilmişdir. Onun, BDYP-nin YPXA-nın 13-cü tağımının inspektoru polis baş serjantı Şahid14 və Bərdə RPŞ-nin digər əməkdaşı polis baş leytenantı Şahid15, müdafiəçi X14 iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərinə video çəkilişlə şəxsi axtarış keçirilməyə başlanılmışdır. Təqsirləndirilən şəxs1 üzərində hər hansı qanunsuz əşya və ya predmet varsa, könüllü təqdim etməsi bildirmişdir. Təqsirləndirilən şəxs1 əynində olan qara rəngli gödəkcənin sol içəri yan cibindən bir ədəd sarı və göy rəngli zolaqlı bükümü masanın üzərinə qoymaqla təqdim etmiş və həmin bükümdə “Şüşə” olduğunu, psixotrop maddə metamfetamini Yevlax ərazisindən İran İslam Respublikası vətəndaşından 50 manat pul müqabilində aldığını bildirmişdir. Təqsirləndirilən şəxs1 təqdim etdiyi bir ədəd sarı göy zolaqlı bükümü açarkən içərisində gümüsü rəngdə əlavə bir ədəd bükülünün olması müəyyən edilmiş və həmin bükülüdə psixotrop maddə olan metamfetaminə bənzər kütlə olması müəyyən edilmişdir. Metamfetaminə bənzər psixotrop maddə elektron tərəzi vasitəsilə ölçülmüş, 1 ədəd bükülünün birlikdə ümumi çəkisinin 0.73 qram olması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs1 üzərinə onun tərəfindən baxış keçirilmişdir. Üzərində başqa qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra təhqiqatçı tərəfindən 1 ədəd sarı və göy zolaqlı bükümün içərisində olan gümüşü rəngli büküm ağ rəngli kağız zərfdə qablaşdırılmış, Bərdə RPŞ-nin 94 nömrəli möhürü ilə möhürlənərək təhqiqatçı tərəfindən götürülmüşdür. Şəxsi axtarış və götürmə barədə protokol tərtib edilərək ucadan oxunmuş və imzaları ilə təsdiq edilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid15 Şahid13 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid5 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs1 doğma qardaşıdır. Elşən Bərdə rayonu Soğanverdilər kəndində qardaşı Avtandilə məxsus fermada özünə məxsus qoyun heyvanlarını saxlamış və həmin fermanın ərazisində evdə yaşamışdır. xx.xx.2022-ci il tarixdə saat 06 radələrində Elşən onunla əlaqə saxlayaraq tövlədən 250 manat dəyərində 1 baş yerli cins, diri çəkisi 40-50 kiloqram olan, 4 yaşlı qoyunun, 220 manat dəyərində 1 baş yerli cins, diri çəkisi 35-40 kiloqram olan, 07 aylıq toğlunun və hər biri 200 manat dəyərində 6 baş yerli cins, diri çəkiləri 17-18 kiloqram olan 02 aylıq quzuların oğurlanması barədə məlumat vermişdir. Bu barədə Bərdə RPŞ-nə müraciət etmişdir. xx.xx.2022-ci il tarixdə saat 08 radələrində qardaşı Elşən ona zəng edərək fermaya gəlməsini istəmişdir. Elşən bildirmişdir ki, oğlu Ziyadxan ona zəng edib heyvanların əskik olmasını bildirmişdir. Dərhal fermaya getmiş, orada heyvanları sayarkən həqiqətəndə heyvanların bir neçəsinin yerində olmadığını görmüşdür. Bu baradə Elşənə məlumat vermişdir. Bir müddət sonra Elşən gəlmiş və özüdə bir daha heyvanları saymışdır. Müəyyən etmişlər ki, hər biri 250 manat dəyərində 6 baş yerli cins, diri çəkiləri 60-70 kiloqram olan, 2 yaşlı qoyunlar, hər biri 200 manat dəyərində 11 baş yerli cins, diri çəkiləri 5-10 kiloqram olan 01 aylıq quzular oğurlanmışdır. Bu barədə Bərdə RPŞ-nə müraciət etmişlər. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə saat 05 radələrində Elşən zəng edərək onu fermaya dəvət etmişdir. Orada müəyyən etmişlər ki, hər biri 200 manat dəyərində 5 baş yerli cins, diri çəkiləri 60-70 kiloqram olan, 2 yaşlı qoyunlar oğurlanmışdır. Bu hadisə barədə də dərhal Bərdə RPŞ-nə ərizə ilə müraciət etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid8 Asim oğlu ifadə verərək göstərdi ki, Ağcabədi Rayon Polis X23 Xidməti Bölməsinin polis nəfəri vəzifəsində xidmət edir. 23 noyabr 2022-ci il tarixdə Ağcabədi rayon Pərioğullar kənd sakini Təqsirləndirilən şəxs1 və Ağdam rayon sakini X12 narkotik vasitələrin qanunsuz istifadəsi və üzərində saxlaması barədə CAB-nin əməliyyat müvəkkili Şahid16 icraatına əməliyyat məlumatı daxil olmuşdur. Şahid16, təhqiqatçı Sənan Məhərrəmov, polis serjantı Şahid9 və ondan ibarət əməliyyat qrupu yaradılmış və Təqsirləndirilən şəxs1la İlahəm Ağayevanın cinayətkar əməlini ifşa etmək məqsədi ilə müvafiq əməliyyat tədbirləri keçirməyə başlamışlar. Həmin gün yəni 23 noyabr 2022-ci il tarixdə Cəfərov X9 şəhəri S.Vurğun küçəsində saxlanılaraq polis şöbəsinə gətirilmişdir. Müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs1 üzərində hər hansı bir narkotik vasitə, psixotrop maddə və ya dövriyyəsi qanunla qadağan olunmuş hər hansı bir əşyanın olub-olmaması soruşulmuş, Zülfiqar əynində olan şalvarın sağ yan cibindən 01 (bir) ədəd kibrit qutusunu çıxarıb təqdim etmişdir. Həmin kibrit qutusunun içərisində kəskin spesifik iyə malik narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlələrin olduğu müəyyən olunmuşdur. Aşkar edilmiş narkotik vasitə qurudulmuş marixuanaya bənzər kütlə elektron tərəzidə çəkilmiş, qutu ilə birlikdə çəkisi 8,04 qram olması müəyyən olunmuşdur. Aşkar edilmiş kütlə ekspertizaya təqdim edilməsi üçün Azərbaycan Respublikası DİN-in 143 saylı möhürü ilə möhürlənmişdir. Baxış videoçəkiliş vasitəsi ilə keçirilmişdir. Məhkəmədə şahid qismində ifadə vermiş Şahid16 və Şahid9 Şahid8 Asim oğlunun ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etmişlər. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs1 onun əri Rəhimin qardaşıdır, yəni, qaynıdır. 2022-ci ilin dekabr ayı və bu ilin yanvar ayının əvvəllərində Zülfiqar yaşadıqları ünvana müəyyən miqdarda malqara gətirib tövləyə salmışdır. Əri Zülfiqardan həmin mal-qaranı haradan əldə etdiyini soruşduqda, bildirirmişdir ki, tanışları ilə mal-qara alverinə başlamışdır. Lakin Zülfiqar həmin mal-qaranın oğurluq olması barədə onlara heç bir məlumat verməmişdir. Sonuncu dəfə xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-in əməkdaşları onlara zəng edərək qaynı Zülfiqarın oğurluq cinayətinə görə Bərdə RPŞ-də tutulmasını bildirmişlər. Sonradan öyrənmişlər ki, qaynı Zülfiqar Ağcabədi rayon sakinləri Əbülfəz və Zülfiqar adlı şəxslərlə birlikdə müxtəlif tarixlərdə Bərdə rayonu ərazisində müxtəlif ünvanlardan iri və xırda buynuzlu heyvanlar oğurlamışdır. Bərdə RPŞ-nin əməkdaşları yaşadıqları ünvana gələrək Zülfiqarın oğurladığı və yaşadıqları ünvana gətirdiyi mal-qaraya baxış keçirərək götürmüşlər. Zülfiqarın törətdiyi cinayət əməllərindən onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid6 ifadə verərək göstərdi ki, Təqsirləndirilən şəxs3 onun əridir. Onların 3 azyaşlı övladları vardır. Əri Əbülfəz daima kənd içində nümunəvi insanlardan olmuşdur. xx.xx.2023-cü il tarixdə Bərdə RPŞ-nin əməkdaşları zəng etmiş və əri Əbülfəzin oğurluq cinayətinə görə Bərdə RPŞ-də tutulmasını bildirmişlər. Sonradan öyrənmişdir ki, Əbülfəz Ağcabədi rayon sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 adlı şəxslərlə birlikdə müxtəlif tarixlərdə Bərdə rayonu ərazisində müxtəlif ünvanlardan iri və xırda buynuzlu heyvanlar oğurlamışdır. Əbülfəzin törətdiyi cinayət əməllərindən onun xəbəri olmamışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid7 ifadə verərək göstərdi ki, Zərərçəkmiş şəxs2 onun atasıdır. Atasının Bərdə rayonu Xam torpaq adlanan ərazidə 24 ildir özünə məxsus ferması olmuşdur. Fermada müxtəlif növ iri və xırda buynuzlu heyvanları olmuşdur. Atası heyvandarlıqla məşğul olaraq ailəsini dolandımışdır. xx.xx.2023-cü il tarixdə səhər saatlarında atası ona zəng edərək fermadan 2000 manat dəyərində 1 baş yerli cins, qara rəngli, diri çəkisi 250-260 kiloqram olan 5 yaşlı dişi inəyin oğurlanmasını bildirmişdir. Bu səbəblə də o, bir müddət sonra fermaya getmiş və Bərdə RPŞ-nə baş vermiş hadisə ilə bağlı müraciət etmişdir. İş materiallarında olan: Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X16 Bölməsinin 18/1255 saylı 24 noyabr 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “......Təqsirləndirilən şəxs1 üzərindən...”sözləri yazılmış və imzalar olan kağız paketdəki 1 ədəd kibrit qutusunda təmiz çəkisi 5,80 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Qeyd: marixuananın təmiz çəkisi 5,80 qram, tədqiqata sərf olundu 0,02 qram, qalıq 5,78 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X18 Bölməsinin 16/1310 saylı 21 noyabr 2022-ci il tarixli rəyindən müəyyən edilir ki, tədqiqata təqdim olunmuş üzərində “Vət. X7 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə..” yazılar və imzalar olan kağız paketdəki, üzəri sarı rəngli yapışqanlı lentlə sarınmış 1 ədəd “gümüşü” rəngli kağız bükümündə təmiz çəkisi 0,531 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. Qeyd: metamfetaminin təmiz çəkisi 0,531 qram, tədqiqata sərf olundu 0,05 qram, qalıq 0,481 qramdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin 9/739 saylı 01 mart 2023-cü il tarixli rəyindən müəyyən edilir ki, 2022-ci ilin dekabr-2023-cü ilin yanvar aylarına 1 baş yerli cins, diri çəkisi 40-50 kiloqram olan 4 yaşlı qoyunun orta bazar qiyməti 300 manat, 1 baş, yerli cins, diri çəkisi 35-40 kiloqram olan, 07 aylıq toğlunun orta bazar qiyməti 290 manat, 6 baş yerli cins, diri çəkiləri 17-18 kiloqram olan 02 aylıq quzuların orta bazar qiyməti 840 manat (1 başı 140 manat), 8 baş yerli cins, diri çəkiləri 16-18 kiloqram olan 1 yaşlı quzuların orta bazar qiyməti 1080 manat (1 başı 135 manat), 6 baş yerli cins, diri çəkiləri 60-70 kiloqram olan 2 yaşlı qoyunların orta bazar qiyməti 2340 manat (1 başı 390 manat), 11 baş yerli cins, diri çəkiləri 5-10 kiloqram olan 01 aylıq quzuların orta bazar qiyməti 770 manat (1 başı 70 manat), 1 baş yerli cins, qırmızı-ala rəngli, diri çəkisi 150-160 kiloqram olan, 6 yaşlı dişi inəyin orta bazar qiyməti 1000 manat, 1 baş yerli cins, qara rəngli, diri çəkisi 60-70 kiloqram olan, 13 aylıq dişi dananın orta bazar qiyməti 420 manat, 1 baş yerli cins, qara rəngli, diri çəkisi 250-260 kiloqram olan, 5 yaşlı dişi inəyin orta bazar qiyməti 1600 manat, 5 baş yerli cins, diri çəkiləri 60-70 kiloqram olan, 2 yaşlı qoyunların orta bazar qiyməti 1950 manat (1 başı 390 manat) dəyərində, cəmi 10590,00 manat dəyərində qiymətləndirilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə Şəhər Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji Dispanserinin 13 yanvar 2023-cü il tarixli 56 saylı rəyindən görünür ki, X15 narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan kannabinoidlərdən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. 2-ci qrup əlil olduğuna görə narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Beləliklə, Təqsirləndirilən şəxs1 satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 0,531 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamini qanunsuz olaraq əldə edərək üzərində saxlaması, 20 noyabr 2022-ci il tarixdə saat 07 radələrində tanışı Şahid10 məxsus VAZ-2106 markalı **-KN-*** dövlət qeydiyyat nişanlı avtomobili həmin avtomobilə aid etibarnaməsi olmadan və nəqliyyat vasitəsinin dövlət qeydiyyat nömrə nişanı olmadan idarə edib Bərdə-Yevlax avtomobil yolunda yerləşən DİN- nin BDYPİ-nin 716 saylı stasionar postundan keçərkən həmin postda xidmət aparan DİN- nin BDYPİ-nin YPXA-nın 13-cü tağımın YPX inspektorları, polis baş serjantı Şahid11 və polis baş serjantı Şahid14 tərəfindən saxlanılıb onun hərəkətlərində narkotik vasitələrdən istifadəsində şübhə yaratdığı üçün Bərdə şəhəri Babək küçəsi 26 ünvanında yeləşən Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirən zaman əynində olan qara rəngli gödəkçənin sol iç cibindən üzəri sarı rəngli yapışqanlı lentlə sarılmış bir ədəd gümüşü rəngli kağız bükümdə təmiz çəkisi 0,531 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin aşkar edilərək götürülməsi; bundan başqa onun, satış məqsədi olmadan istintaqa məlum olmayan tarixdə və mənbədən Azərbaycan Respublikasının «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət qədər narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların təsdiq edilməsi haqqında» 28 iyun 2005-ci il tarixli Qanunda göstərilən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 5,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib üzərində saxlaması, 23 noyabr 2022-ci il tarixdə saat 1245 dəqiqədə Ağcabədi Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Ağcabədi şəhəri Səməd Vurğun küçəsində saxlanılaraq Ağcabədi şəhəri Ü.Hacıbəyli prospekti 39 ünvanında yerləşən Ağcabədi Rayon Polis Şöbəsinin inzibati binasına gətirilib üzərinə şəxsi axtarış keçirilərkən əynindəki qara rəngli cins şalvarın sağ yan cibində qanunsuz olaraq əldə edib saxladığı 01 (bir) ədəd kibrit qutusunda ümumi təmiz çəkisi 5,80 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülməsi; bundan başqa onun, tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən tövləninin qapısına mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan 300(üç yüz) manat dəyərində diri çəkisi 40- 50 kiloqram olan 4(dörd) yaşlı 1 (bir) baş yerli cins qoyunu, 290(iki yüz doxsan) manat dəyərində diri çəkisi 35-40 kiloqram olan 07(yeddi) aylıq 1 (bir) baş yerli cins toğlunu və hər biri 140(yüz qırx) manat dəyərində, ümumi dəyərləri 840(səkkiz yüz qırx) manat olmaqla diri çəkiləri 17-18 kiloqram olan, 02(iki) aylıq 6(altı) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Məmmədli kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 məxsus olan hər biri 135(yüz otuz beş) manat dəyərində, ümumi dəyərləri 1080(bir min səksən) manat olan, diri çəkiləri 16-18 kiloqram, 1 (bir) yaşlı, 8(səkkiz) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1080(bir min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində ümumi dəyərləri 2340(iki min üç yüz qırx) manat, diri çəkiləri 60- 70 kiloqram olan, 2(iki) yaşlı 6(altı) baş yerli cins qoyunları, hər biri 70(yetmiş) manat dəyərində ümumi dəyərləri 770(yeddi yüz yetmiş) manat, diri çəkiləri 5-10 kiloqram olan, 01 (bir) aylıq 11 (on bir) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3110(üç min yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus fermanın qarşı tərəfindəki otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus olan 1000(bir min) manat dəyərində, qırmızı-ala rəngli, diri çəkisi 150-160 kiloqram olan, 6(altı) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi və 420(dörd yüz iyirmi) manat dəyərində, qara rəngli, diri çəkisi 60- 70 kiloqram olan, 13(on üç) aylıq 1 (bir) baş yerli cins dişi dananı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1420(bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 1600(bir min altı yüz) manat dəyərində, qara rəngli, diri çəkisi 250-260 kiloqram olan, 5(beş) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1600(bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bərdə rayonunun Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində, ümumi dəyərləri 1950(bir min doqquz yüz əlli) manat olan, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 5(beş) baş yerli cins qoyunları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1950(bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən tövləninin qapısına mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan 300(üç yüz) manat dəyərində diri çəkisi 40- 50 kiloqram olan 4(dörd) yaşlı 1 (bir) baş yerli cins qoyunu, 290(iki yüz doxsan) manat dəyərində diri çəkisi 35-40 kiloqram olan 07(yeddi) aylıq 1(bir) baş yerli cins toğlunu və hər biri 140(yüz qırx) manat dəyərində, ümumi dəyərləri 840(səkkiz yüz qırx) manat olmaqla diri çəkiləri 17-18 kiloqram olan, 02(iki) aylıq 6(altı) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Məmmədli kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs4 məxsus olan hər biri 135(yüz otuz beş) manat dəyərində, ümumi dəyərləri 1080(bir min səksən) manat olan, diri çəkiləri 16-18 kiloqram, 1 (bir) yaşlı, 8(səkkiz) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs4 ümumilikdə 1080(bir min səksən) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2022-ci il tarixdə saat 23 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində ümumi dəyərləri 2340(iki min üç yüz qırx) manat, diri çəkiləri 60- 70 kiloqram olan, 2(iki) yaşlı 6(altı) baş yerli cins qoyunları, hər biri 70(yetmiş) manat dəyərində ümumi dəyərləri 770(yeddi yüz yetmiş) manat, diri çəkiləri 5-10 kiloqram olan, 01 (bir) aylıq 11 (on bir) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 3110(üç min yüz on) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib Bərdə rayonu Hacallı kəndində yaşayan Zərərçəkmiş şəxs3 məxsus fermanın qarşı tərəfindəki otlaq sahəsindən Zərərçəkmiş şəxs3 məxsus olan 1000(bir min) manat dəyərində, qırmızı-ala rəngli, diri çəkisi 150-160 kiloqram olan, 6(altı) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi və 420(dörd yüz iyirmi) manat dəyərində, qara rəngli, diri çəkisi 60- 70 kiloqram olan, 13(on üç) aylıq 1(bir) baş yerli cins dişi dananı gizli olaraq talayıb Zərərçəkmiş şəxs3 ümumilikdə 1420(bir min dörd yüz iyirmi) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-ci il tarixdə saat 01 radələrində Bərdə rayonu Xam torpaq adlanan əraziyə gəlib həmin ərazidə yaşayan Zərərçəkmiş şəxs2 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs2 məxsus olan 1600(bir min altı yüz) manat dəyərində, qara rəngli, diri çəkisi 250-260 kiloqram olan, 5(beş) yaşlı 1 (bir) baş yerli cins dişi inəyi gizli olaraq talayıb Zərərçəkmiş şəxs2 1600(bir min altı yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bərdə rayonunun Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində, ümumi dəyərləri 1950(bir min doqquz yüz əlli) manat olan, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 5(beş) baş yerli cins qoyunları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1950(bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında birləşərək xx.xx.2022-ci il tarixdə saat 22 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən tövləninin qapısına mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan 300(üç yüz) manat dəyərində diri çəkisi 40- 50 kiloqram olan 4(dörd) yaşlı 1 (bir) baş yerli cins qoyunu, 290(iki yüz doxsan) manat dəyərində diri çəkisi 35-40 kiloqram olan 07(yeddi) aylıq 1 (bir) baş yerli cins toğlunu və hər biri 140(yüz qırx) manat dəyərində, ümumi dəyərləri 840(səkkiz yüz qırx) manat olmaqla diri çəkiləri 17-18 kiloqram olan, 02(iki) aylıq 6(altı) baş yerli cins quzuları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 ümumilikdə 1430 (bir min dörd yüz otuz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; bundan başqa onun, təkrarən tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olub bir qrup şəxs halında tamah niyyətilə özgənin əmlakını gizli olaraq ələ keçirmək məqsədilə xx.xx.2023-cü il tarixdə saat 01 radələrində Bərdə rayonu Soğanverdilər kəndinə gəlib həmin kənddə yaşayan Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən fermaya qanunsuz daxil olaraq Zərərçəkmiş şəxs1 məxsus olan hər biri 390(üç yüz doxsan) manat dəyərində, ümumi dəyərləri 1950(bir min doqquz yüz əlli) manat olan, diri çəkiləri 60-70 kiloqram olan, 2(iki) yaşlı 5(beş) baş yerli cins qoyunları gizli olaraq talayıb Zərərçəkmiş şəxs1 1950(bir min doqquz yüz əlli) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxslərin etirafedici ifadələri, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı, yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəsini almış məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikasının cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələri, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 əməli ibtidai istintaq orqanı tərəfindən CM-in 177.2.1, 177.2.2, 177.2.3-cü maddələri ilə düzgün tövsif edilmişdir. Ona görə də, təqsirə görə məsuliyyət prinsipi baxımından təqsirləndirilən şəxslər cinayət məsuliyyətinə cəlb edilməli və cəzalandırılmalıdırlar. Qeyd edilən əməllərin cinayət olmasını aradan qaldıran hallar, habelə cinayət məsuliyyətindən azad edilmə üçün əsaslar yoxdur. Məhkəmə təqsirləndirilən şəxslərə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikasının CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində də deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni həm məhkum, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Pərioğlular kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 16 dekabr 2022-ci il tarixli 301 saylı arayışından və eyni tarixli xasiyyətnamədən görünür ki, Cəfərov X9 rayonu Pərioğlular kəndində yaşayır. Təqsirləndirilən şəxs1 kəndin ictimai işlərində yaxından iştirak etmiş və kənd sakinləri arasında hörmət qazanmışdır. Təqsirləndirilən şəxs1 barəsində Pərioğlular kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət ərazəsi daxil olmamışdır. CM-nin: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunur. Belə olan halda, Təqsirləndirilən şəxs1 yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları, o cümlədən Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, habelə məhkəmə iclasına verdiyi ifadəsində bir daha hər hansı qanunsuz əməllər törətməyəcəyini vəd etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs1 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hüsülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 30 yanvar 2023-cü il tarixli 86 saylı arayışından və 27 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Əhmədov X10 rayonu Hüsülü kəndində yaşayır. Əhmədov X10 rayonu Hüsülü kəndində yaşadığı müddətdə kənd əhalisi arasında, özünü bacarıqlı, ləyaqətli, işgüzar kimi göstərmişdir. Təqsirləndirilən şəxs2 barəsində Ağcabədi rayon İcra Hakimiyyəti Başçısının Hüsülü kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinə istər hüquq mühafizə orqanları, istərsədə kənd sakinləri tərəfindən heç bir təqsirləndirici material, məktub və ərizə daxil olmamışdır. CM-nin: 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunur. Belə olan halda, Təqsirləndirilən şəxs2 yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları, o cümlədən Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, habelə məhkəmə iclasına verdiyi ifadəsində bir daha hər hansı qanunsuz əməllər törətməyəcəyini vəd etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs2 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyinin 18 yanvar 2023-cü il tarixli 46 saylı arayışından və 19 yanvar 2023-cü il tarixli xasiyyətnamədən görünür ki, Hüseynov X13 rayonu Hacıbədəlli kəndində yaşayır. Ailə üzvləri: arvadı 1990-cı il təvəllüdlü Şahid6, oğlu 2010-cu il təvəllüdlü X3, oğlu 2012-ci il təvəllüdlü X1 və oğlu 2020-ci il təvəllüdlü X2 ibarətdir. Təqsirləndirilən şəxs3 kəndin ictimai işlərində yaxından iştirak etmiş və kənd əhalisinin dərin hörmətini qazanmışdır. Təqsirləndirilən şəxs3 barəsində Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinə heç bir yazılı və şifahi şikayət ərizəsi daxil olmamışdır. Ağcabədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 dekabr 2012-ci il tarixli AZ-İİİ 000457 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2010-cu il təvəllüdlü X8 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs3 qeyd edilmişdir. Ağcabədi Rayon Qeydiyyat Şöbəsi tərəfindən verilmiş 03 dekabr 2012-ci il tarixli AZ-İİİ 000458 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2012-ci il təvəllüdlü X4 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs3 qeyd edilmişdir. Ağcabədi Rayon İcra Hakimiyyəti Başçısının Hacıbədəlli kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 01 oktyabr 2020-ci il tarixli AZ-İV 482404 saylı doğum haqqında şəhadətnamədən görünür ki, xx.xx.2020-ci il təvəllüdlü X5 ata qrafasında atası kimi Təqsirləndirilən şəxs3 qeyd edilmişdir. CM-nin: 59.1.4-cü maddəsinə əsasən, cinayət törətmiş şəxsin himayəsində azyaşlı uşağın olması; 59.1.12. zərərçəkmiş şəxslə və ya onun yaxın qohumu olan hüquqi varisi ilə barışıq əldə edilməsi; 59.1.13. cinayət nəticəsində dəymiş ziyanın könüllü olaraq tamamilə ödənilməsi və ya aradan qaldırılması cəzanı yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs3 himayəsində üç nəfər azyaşlı uşağının olması, zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsi CM-nin 59.1.4, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən onun cəzasını yüngülləşdirən haldır. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs3 himayəsində üç nəfər azyaşlı övladı olmaqla o, ailəsinin yeganə qazanc gətirən şəxsidir, yaşayış yerindən müsbət xarakterizə olunur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs3 azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi onun himayəsində olan üç nəfər azyaşlı övladını ailənin yeganə qazanc gətirən şəxsindən və ata qayğısından məhrum etməklə həmin azyaşlı uşaqlar üçün əlavə məhrumiyyət və iztirablar yaradar. Belə olan halda, Təqsirləndirilən şəxs3 ailəsinin yeganə qazanc gətirən şəxsi olması və yaşayış yerindən müsbət xarakterizə olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. İş materiallarında olan: Azərbaycan Respublikası DİN-nin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin 16 yanvar 2023-cü il tarixli tələbnaməsindən görünür ki, Hüseynov X11 Rayon Məhkəməsinin 30 aprel 2019-cu il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 69.3, 234.1-ci maddəsi ilə təqsirli bilinib 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin 28 fevral 2023-cü il tarixli 68/23-38-03 saylı məktubundan görünür ki, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib məhkum Təqsirləndirilən şəxs3 01 il 05 ay 24 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməsinə dair hökm və hökmün icrasına dair göstəriş Ağcabədi Rayon İcra və Probasiya Şöbəsinin qeydiyyatına daxil olmamışdır. Bununla bağlı “Elektron icra sistemi” və hökmlərin icrasının qeydiyyata götürülməsinə dair qeydiyyat kitabında adı çəkilən şəxsin adı keçmir. Azərbaycan Respublikasının CM-nin 18.4.4-cü maddəsinə görə, azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Məhkəmə istintaqında Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilmiş ağırlaşdırıcı hallar müəyyən edilməmişdir. Məhkəmə, qeyd olunanları, o cümlədən Təqsirləndirilən şəxs3 himayəsində üç nəfər azyaşlı övladı olmaqla ailəsinin yeganə qazanc gətirən şəxsi olmasını, zərərçəkmiş şəxslərlə barışıq əldə edərək, cinayət nəticəsində dəymiş ziyanı tamamilə ödəməsini, habelə məhkəmə iclasına verdiyi ifadəsində bir daha hər hansı qanunsuz əməllər törətməyəcəyini vəd etməsini nəzərə alaraq Təqsirləndirilən şəxs3 cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə görə hökmlərin məcmusu üzrə cəza təyin edilərkən, məhkəmə yeni hökm üzrə təyin edilmiş cəzaya əvvəlki hökm üzrə təyin edilmiş cəzanın çəkilməmiş hissəsini tamamilə və ya qismən birləşdirir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə CM-nin 234.1-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 24 gün hissəsi CM-nin 67.1-ci maddəsinə əsasən təyin edilmiş azadlığın məhdudlaşdırılması cəza ilə qismən birləşdirilməklə üzərində qəti cəza təyin edilməlidir. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərin üzərinə cəza çəkdiyi müdətdə yaşayış yerini günün müəyyən vaxtlarında tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, məhkəmənin müəyyən etdiyi ərazi hüdudlarını tərk etməmək bir vəzifə olaraq qoyulmalı, onun davranışı üzərində nəzarət daimi yaşadığı yer üzrə icra və probasiya şöbəsinə həvalə edilməlidir. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 20 noyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 20 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. “Qətimkan tədbirinin seçilməsi haqqında” 21 noyabr 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 21 noyabr 2022-ci il tarixdə “Polisin nəzarəti altın vermə” qətimkan tədbiri seçilmiş və saxlandığı Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 23 noyabr 2022-ci il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 23 noyabr 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Ağcabədi Rayon Məhkəməsinin 25 noyabr 2022-ci il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbirinin seçilməsindən imtina olunmuş və o, məhkəmə iclas zalında dərhal həbsdən azad edilmişdir. “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs1 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarından görünür ki, CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “həbs” qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddəti 03 (üç) ay həddində, yəni 12 aprel 2023-cü il tarixədək müəyyən edilmiş, həbs etmənin əvvəli 12 yanvar 2023-cü il tarixdən saat 15:00-dan hesablanmışdır. CM-nin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. [ Məhkəmə iclasında müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı 20 noyabr 2022-ci il tarixdən 21 noyabr 2022-ci il tarixədək və 23 noyabr 2022-ci il tarixdən 25 noyabr 2022-ci il tarixədək 03 gün müddətində şübhəli şəxs qismində tutulmuş, 12 yanvar 2023-cü ildə isə şübhəli şəxs qismində tutularaq barəsində “həbs” qətimkan tədbiri seçilmişdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs1 şübhəli şəxs qismində saxlanıldığı və həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs2 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarından görünür ki, CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən Təqsirləndirilən şəxs2 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində, yəni 12 aprel 2023-cü il tarixədək müəyyən edilməsi, həbs etmənin əvvəlinin 12 yanvar 2023-cü il tarixdən saat 19:00-dan hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan: “Şübhəli şəxsin tutulması haqqında” 12 yanvar 2023-cü il tarixli protokoldan müəyyən olunur ki, Təqsirləndirilən şəxs3 12 yanvar 2023-cü il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Bərdə Rayon Məhkəməsinin 14 yanvar 2023-cü il tarixli qərarından görünür ki, CMnin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs3 barəsində həbs qətimkan tədbiri seçilmiş, həbsdə saxlama müddətinin 03 (üç) ay həddində, yəni 12 aprel 2023-cü il tarixədək müəyyən edilməsi, həbs etmənin əvvəlinin 12 yanvar 2023-cü il tarixdən saat 17:00-dan hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs3 həbsdə olduğu müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla ona qəti cəza təyin edilməlidir. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilməli və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilməlidir. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. CM-nin 93.1. və 93.1.2-ci maddələrinə əsasən cinayət törətmiş, alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslərə tibbi xarakterli məcburi tədbirlər tətbiq edilə bilər. Təqsirləndirilən şəxs1 narkomaniya xəstəliyindən əzab çəksə də İİ qrup əlil olduğundan barəsində narkomaniya xəstəliyindən məcburi müalicə tətbiq edilə bilməz. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə profilaktiki qeydiyyata alınmalıdır. Azərbaycan Respublikası CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 21 noyabr 2022-ci il tarixli 16/1310 nömrəli, 24 noyabr 2022-ci il tarixli 18/1255 nömrəli, 01 mart 2023-cü il tarixli 9/739 nömrəli bildirişlərdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 132,14 (bir yüz otuz iki manat 14 qəpik) manat qəpik təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 132,14 (bir yüz otuz iki manat 14 qəpik) manat məbləğində ekspertiza xərci təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 5,78 qram narkotik vasitə olan marixuana və 0,481 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 234.1-ci maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə 01(bir) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 66.2 maddəsinə əsasən təyin edilmiş cəzaları qismən toplamaqla ona qəti olaraq 03 (üç) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 29 (iyirmi doqquz) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 09 ay 28 (iyirmi səkkiz) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 02 (iki) il 08 (səkkiz) ay 02 (iki) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs1 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs1 narkoloji kabinetdə proflaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 09 ay 22 (iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01(bir) il 02(iki) ay 08(səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs2 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının CM-nin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 04 (dörd) ay 26 (iyirmi altı) gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə hesablanmaqla 09 ay 22(iyirmi iki) gün müddət təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 08 (səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs3 Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə təyin edilmiş 01 il 05 ay 24 gün müddətə azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş 01 il 05 ay 24 gün hissəsi Azərbaycan Respublikasının CM-nin 67.1-ci maddəsinə əsasən ona təyin edilmiş cəzaya qismən birləşdirilməklə üzərində qəti olaraq 02 (iki) il 06 (altı) ay müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təyin edilmiş cəza müddəti ərzində Təqsirləndirilən şəxs3 üzərinə yaşayış yerini hər gün saat 2300-dan növbəti gün saat 0700-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Ağcabədi rayonunun inzibati ərazisinin hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və belə tədbirlərdə iştirak etməmək vəzifələri qoyulsun. Cəza çəkmə müddətinin başlanğıcı cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “həbs” qətimkan tədbiri ləğv edilərək barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilsin və o, dərhal məhkəmə iclas zalında həbsdən azad edilsin. Barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 5,78 qram narkotik vasitə olan marixuana və 0,481 qram psixotrop maddə metamfetamin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 132,14 (bir yüz otuz iki manat 14 qəpik) manat təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 müştərək qaydada tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar