Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-87/2024 09.12.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X18, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs-Mülki iddiaçı: Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs-Mülki cavabdeh: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1985-ci ildə Beyləqan rayonu, Tatalılar kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, ali təhsilli, fərdi əmək fəaliyyəti ilə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş və hazırda ƏN PX-in 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 178.2.2 və 178.2.4-cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs o, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Beyləqan rayonu Əlinəzərli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin avqust ayının sonlarında danışıb, Zərərçəkmiş şəxs2 övladı Şahid1 “Socar” şirkətində baş mühəndis vəzifəsinə düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2021-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Beyləqan rayonu Əlinəzərli kəndi ərazisində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində sonuncunun xeyli miqdar hesab edilən 15000 (on beş min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs12 ilə xx.xx.2021-ci il tarixdə danışıb, Zərərçəkmiş şəxs12 övladı X10 “Socar” şirkətində aylıq 1700(bir min yeddi yüz) manat maaş almaqla mühəndis vəzifəsinə düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsində yerləşən Zərərçəkmiş şəxs12 yaşadığı evdə sonuncunun xeyli miqdar hesab edilən 15000(on beş min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs9 ilə 2022-ci ilin yanvar ayının ortalarında danışıb, Zərərçəkmiş şəxs9 ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzindən 2-ci qrup əlilliyin bərpa və onlayn qaydada əlilliyi təsdiq etdirəcəyini, növbədən kənar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması məqəsədilə mənzil ilə təmin etdirəcəyini, xüsusi avtomobil ilə təmin etdirəcəyini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qeydiyyata saldıracağını təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Metrostansiyası yaxınlığında istintaqa məlum olmayan kafedə sonuncunun ilk olaraq xeyli miqdar hesab edilən 6000(altı min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən “Astoria” Hotelinin qarşısında 3000(üç min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 9000(doqquz min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs8 ilə 2022-ci ilin yanvar ayının ortalarında danışıb, tanışı Zərərçəkmiş şəxs9 ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzindən 2-ci qrup əlilliyin bərpa və onlayn qaydada əlilliyi təsdiq etdirəcəyini, növbədən kənar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması məqəsədilə mənzil ilə təmin etdirəcəyini, xüsusi avtomobil ilə təmin etdirəcəyini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qeydiyyata saldıracağını təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanda yerləşən “Hilton Baku” Hotelinin qarşısında sonuncunun 3000(üç min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Goranboy rayonu Safıkürd kənd sakini Zərərçəkmiş şəxs5 ilə 2022-ci ilin mart ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs5 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək ilk olaraq 2022-ci ilin mart ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncunun yaşadığı Goranboy rayonu Safıkürd kəndində yerləşən evində 200(iki yüz) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə göndərdiyi 2000(iki min) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin mart ayının axırlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu Goran qəsəbəsində 3000(üç min) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin mart ayının axırlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu Goran qəsəbəsində 1000(bir min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 6200(altı min iki yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Goranboy rayonu Tatarlı kənd sakini Zərərçəkmiş şəxs6 ilə 2022-ci ilin mart ayında danışıb, Zərərçəkmiş şəxs6 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən “Al” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə göndərdiyi 2540(iki min beş yüz qırx) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə göndərdiyi 2525(iki min beş yüz iyirmi beş) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 5065(beş min altmış beş) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin iyul ayının əvvələrində danışıb, Zərərçəkmiş şəxs1 hərbi qulluqçu kimi ev növbəsində olan kürəkəni X11 tez müddətdə ev almasına köməklik etməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncunun 2000 (iki min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncunun xeyli miqdar hesab edilən 8000 (səkkiz min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 10000(on min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində yaşayan tanışı Zərərçəkmiş şəxs13 ilə 2022-ci ilin iyul ayında danışıb, Zərərçəkmiş şəxs13 MİDA sosial layihəsindən mənzil almağı təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs13 yaşadığı evdə ilk olaraq sonuncunun xeyli miqdar hesab edilən 10000(on min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə təxminən bir neçə gün sonra eyni ünvanda sonuncunun 4000(dörd min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 14000(on dörd min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Goranboy şəhər sakini Zərərçəkmiş şəxs7 ilə 2022-ci ilin mart ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs7 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs5 vasitəsilə 4000(dörd min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə göndərdiyi 1120(bir min yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 900(doqquz yüz) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs5 vasitəsilə 500(beş yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 6520(altı min beş yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs11 ilə 2022-ci ilin iyul ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs11 övladının xəstəliyi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq 2022ci ilin iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu ərazisində yerləşən “Qala” restoranında sonuncunun verdiyi 500(beş yüz) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə 2022-ci ilin iyul ayının əvvəllərindən 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində Şəmkir şəhəri ərazisində yerləşən “Bravo” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə göndərdiyi ümumilikdə 3500(üç min beş yüz) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir şəhəri ərazisində yerləşən “Bravo” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə göndərdiyi 300(üç yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə 4300(dörd min üz yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs4 ilə 2022-ci ilin iyul ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs4 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 800(səkkiz yüz) manat, 500(beş yüz) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 1000(bir min) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 200(iki yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə 2500(iki min beş yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs10 ilə 2022-ci ilin iyul ayında danışıb, Zərərçəkmiş şəxs10 ağ ciyər vərəmi xəstəsi olan əri Şahid6 xəstəliyi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 321(üç yüz iyirmi bir) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 1100(bir min yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri “Kapital bank”ın qarşısında övladı Şahid5 vasitəsilə verdiyi 900(doqquz yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə 2321(iki min üç yüz iyirmi bir) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Mollalı kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin avqust ayının axırlarında danışıb, Zərərçəkmiş şəxs3 övladı Şahid2 əlillik dərəcəsi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 520(beş yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 2525(iki min beş yüz iyirmi beş) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 600(altı yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 2020(iki min iyirmi) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 75(yetmiş beş) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 600(altı yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 600(altı yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2023-cü il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 303(üç yüz üç) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 7243(yeddi min iki yüz qırx üç) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir.Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olmuşdur. Barəsində şikayət etmiş Beyləqan rayon sakini Zərərçəkmiş şəxs2 yaxşı tanımış, Elyanə ilə ədavət və düşmənçiliyi olmamış, əksinə Zərərçəkmiş şəxs2 xalası qızıdır. 2021-ci ilin avqust ayının ortalarında Elyanənin yaşadığı evə gedərək görüşüb söhbət etməyə başlamışdır. Söhbət əsnasında Elyanə ona oğlu Sadiqin hərbi xidməti başa vurduğunu, lakin işinin olmadığını bildirəndə o, maddi vəziyyəti aşağı olduğu və pul əldə etmək üçün fürsətdən yararlanıb Sadiqi işə düzəldə biləcəyini qəsdən yalandan vəd etmişdir. Bundan sonra yalandan telefonla kiməsə zəng edərək guyaki danışmışdır. Sonra onlara Sadiqi “Socar” şirkətində baş mühəndis vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərin siyahısını Sadiqə demişdir ki, ona tam inansınlar. Sadiq həmin sənədlərin siyahısını yazmışdır. Bundan sonra onlara həmin sənədləri toplamalarını bildirmişdir. Aradan bir neçə gün keçəndən sonra yenidən Elyanagilə qonaq getmiş və Sadiqi “Socar” şirkətində baş mühəndis işinə düzəltmək üçün ona 15000 (on beş min) manat pul verəcəklərini demişdir. Elyanə Sadiq işlə təmin olunduqdan sonra həmin pulu ona verəcəyini bildirmişdir. O, şübhələnməsinlər deyə razılaşmışdır. Sənədləri toplayandan sonra o, Sadiq ilə telefonla əlaqə saxlayaraq sənədləri toplayıb-toplamadığını soruşmuşdur. Sadiq ona sənədləri topladığını bildirmişdir. O, 2021-ci ilin avqust ayının sonlarında Elyanənin yaşadığı Beyləqan rayonu Əlinəzərli kəndində yerləşən evə gedib həyətdə əyləşmişdir. Sənədlərə baxıb qaydasında olduğunu bildirmişdir. Bundan sonra onlara 15000 manatı indi verməli olduqlarını bildirmişdir. “Socar” şirkətində cəmi bir iş yeri olduğunu, işin tez düzəlməsi üçün pulu indi istədiklərini demişdir. Elyanəgil onunla razılaşmışdır. Elyanə evə daxil olub özünə məxsus 15000 manat pulu gətirib ona vermişdir. Həmin vaxt Elyanəyə yalandan Sadiqi 2021-ci ilin dekabr ayına qədər işə düzəldəcəyini demişdir. Bundan sonra pulu götürüb getmişdir. Elyanədən dələduzluq yolu ilə aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra Elyanəgil mütəmadi olaraq onunla telefon əlaqəsi saxlamışlar və o, da hərdən onlara getmişdir. 2021-ci ilin dekabr ayına qədər olan dövrdə bir neçə dəfə də bəzi sənədləri Elyanəgilə düzəltdirmişdir ki, onları aldatdığını başa düşməsinlər. 2021-ci ilin dekabr ayında Elyanəgil ona zəng edib oğlunun işi ilə maraqlananda onlara 2022-ci ilin yanvar ayında işin düzələcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayında da Elyanəgil onunla əlaqə saxlamışlar. O, Elyanəgilə həmin ilin mart ayında oğlu Sadiqi işə düzəldəcəyini demişdir. Hər dəfə müxtəlif bəhanələr ilə Elyanəni aldatmışdır. Bundan sonra Elyanə ondan pulunu geri istəmişdir. O, pulu geri qaytaracağını bildirib müxtəlif bəhanələrlə Elyanəni aldatmağa başlamışdır. Sonra onların telefon zənglərinə cavab verməmişdir. Elyanəyə qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Abşeron rayonu Masazır qəsəbə sakini Zərərçəkmiş şəxs12 qohumu Zərərçəkmiş şəxs2 övladı Sadiqin vasitəsilə tanımışdır. Belə ki, Zərərçəkmiş şəxs12 övladı Əmir ilə qohumu Sadiq tələbə yoldaşı olmuşdur. Sadiq Əmir ilə söhbət zamanı onun Sadiqi işə düzəldəcəyini bildirmiş, Əmirdə Sadiqdən onuda işə düzəltməyi xahiş etmişdir. Sadiq bu barədə ona bildirəndə fürsətin əlinə keçdiyini hiss etmiş və Sadiqgili aldatdığı kimi Əmirgilidə aldadıb pullarını ələ keçirmək qərarına gəlmişdir. Sonra Sadiqin vasitəsilə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yaşadıqları evdə Zərərçəkmiş şəxs12 ilə üzbəüz görüşmüş, maddi vəziyyəti aşağı olduğu və pul əldə etmək üçün fürsətdən yararlanıb Zərərçəkmiş şəxs12 övladı Əmiri 15000(on beş min) manat pul müqabilində “Socar” şirkətində 1700 manat maaşla mühəndis işinə düzəldə biləcəyini qəsdən yalandan vəd etmişdir. Elə oradaca Zərərçəkmiş şəxs12 15000 manat pulu övladını işə düzəltməyi üçün ona vermişdir. Bundan sonra yalandan telefonla kiməsə zəng edərək guyaki danışmışdır. Sonra onlara Əmiri “Socar” şirkətində mühəndis vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin, bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərin siyahısını Zərərçəkmiş şəxs12 demişdir ki, ona tam inansınlar. Zərərçəkmiş şəxs12 dələduzluq yolu ilə aldığı pulu şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Zərərçəkmiş şəxs12 aldatmışdır. Sonra onların telefon zənglərinə cavab verməmişdir. Bu səbəblə də Zərərçəkmiş şəxs12 Abşeron RPİ-nə şikayət edib və onun əvəzinə Şahid1 Zərərçəkmiş şəxs12 aldığı pulu tam şəkildə geri qaytarıbdır. Zərərçəkmiş şəxs12 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Bakı şəhər sakinləri Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 özünü ona Üzeyir kimi təqdim edən tanışı vasitəsilə tanımışdır. O, özünü X1 kimi təqdim etmiş və hər cür işi düzəldə bildiyini demişdir. xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Üzeyir ona zəng edib onu Bakı şəhəri Gənclik metrostansiyasının yaxınlığında olan və adı yadında qalmayan restorana dəvət etmişdir. Həmin restoranda Üzeyir onu Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 ilə tanış etmişdir. O, hamıya özünü X2 təqdim etmişdir. Həmin vaxt onlara bildirmişdir ki, Dövlət Sosial Müdafiə Nazirliyində məsul vəzifədə işləyir və bu işlərin hamısı onun əlindədir. Həmin restoranda yemək yeyən zaman Zərərçəkmiş şəxs9 bildirmişdir ki, qazidir, növbədən kənar ev, pulsuz nəqliyyat vasitəsi, tibbi sığorta və əliliyini növbədən kənar təsdiq etdirmək istəyir. Fürsətin ayağına gəldiyini hiss edib Zərərçəkmiş şəxs9 problemlərini həll edə biləcəyini qəsdən yalandan demişdir. Həmin vaxt bu işlərin tərəfindən həll edilməsi məqsədi ilə Zərərçəkmiş şəxs9 9.000 manat pul istəmişdir. Qədim və Zərərçəkmiş şəxs8 bu işlərin tərəfindən həll olunmasından ötrü həmin vaxt onunla razılaşmışlar. Qədim ona bildirmişdir ki, üzərində cəmi 6.000 manat pul var, həmin vaxt o, Qədimə bildirmişdir ki, hazırda üzərində olan 6.000 manat pulu ona versin və qalıq qalan 3.000 manat pul hazır olduqda verər. Həmin vaxt Zərərçəkmiş şəxs8 Qədimə məxsus pulun üzərində olduğunu deyib 6.000 manat pulu ona əl-bə-əl vermişdir. O, 6.000 manat pulu Zərərçəkmiş şəxs8 götürdükdən sonra 2(iki) günə Qədimə tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqini düzəldəcəyini yalandan vəd etmişdir. Sonra xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Qədim onunla Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Astoriya” otelinin qarşısında görüşmüşdür. Qədim qalan 3.000 manat pulu əl-bə-əl ona vermişdir ki, Qədimin tibbi sığortasını, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqi məsələsini düzəltsin. Bundan bir gün sonra Zərərçəkmiş şəxs8 mobil telefonla ona zəng edərək işin hansı yerdə olmasını soruşmuşdur. Zərərçəkmiş şəxs8 telefonda yalandan işin hazır olmasını, amma müəyyən problemlərin olduğunu, qiymətlərin qalxmasını bildirmiş və almış olduğu ümumilikdə 9.000 manat puldan savayı əlavə olaraq 4.000 manat pul lazım olduğunu demişdir. Nəhayət Zərərçəkmiş şəxs8 dostu Qədimin əvəzindən ona 3.000 manat nəğd pul verə biləcəyini demişdir. Telefonda razılaşmışdır. Bundan sonra Zərərçəkmiş şəxs8 xx.xx.2022-ci il tarixdə saat 11 radələrində onunla Bakı şəhəri, Səbail rayonu, “Hilton” otelinin dayanacağında onun ilə üz-üzə görüşmüş və həmin zaman 3.000 manat nəğd pulu əl-bə-əl ona vermişdir. Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə onları aldatmışdır. Sonra onların telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs9 və Zərərçəkmiş şəxs8 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Goranboy rayonu Safıkürd kənd sakini Zərərçəkmiş şəxs5 Balakən şəhər sakini tanışı Şahid8 İsmayıl qızı vasitəsilə tanımışdır. Gülümzər ona zəng edib Goranboy rayonunda qohumu olduğunu, xəstəlik ilə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, da Gülümzərə bir yerdə gedib danışacaqlarını demişdir. 2022-ci ilin mart ayının əvvələrində Gülümzər ilə birlikdə Goranboy rayonu Safıkürd kəndinə Zərərçəkmiş şəxs5 yaşadığı evə getmişdir. Həmin vaxt Gülümzər onu Sahib ilə tanış etmişdir. Lakin, Gülümzər Sahibə qarşı dələduzluq edəcəyini bilməmiş, xəbərsiz olmuşdur. Onlar evdə nahar etmişlər. O, Sahibdən təqaüdü düzəltmək üçün 5000 manat pul istəmiş, tezliklə təqaüdü düzəldəcəyini yalandan vəd vermişdir. Sahibdə onunla razılaşmışdır. Ona inanması üçün Sahibə pulun 2000 manatını əvvəl verəcəyini, qalanını isə iş düzələndən sonra verəcəyini demişdir. O, ilk olaraq Sahibdən 500 manat pul istəmişdir. Sahibdə ona deyilən qədər pulu olmadığını bildirmişdir. Sahib ona 200 manat pul vermişdir. Danışdıqları kimi xx.xx.2022-ci il tarixdə Sahibə rekvizitlərin verdiyi kart hesabına Sahib 2000 manat nağd pul göndərmişdir. Həmin vaxt o, tanımadığı bir nəfər şəxsdən kart hesabını ona deməsini, kartının olmadığını, ona təcili pul gələciyini demişdir. Həmin naməlum şəxsdə kart hesabını deyəndən sonra Sahibə demiş və Sahib pulu həmin karta göndərmiş, o, da pulu nağdlaşdırıb çıxarmışdır. Sonra 2022-ci ilin mart ayının axırlarında Goranboy rayonu Goran qəsəbəsində Sahib ilə görüşmüş və Sahibdən 3000 manat pul almışdır. Daha sonra 2022-ci ilin mart ayının axırlarında Goranboy rayonu Goran qəsəbəsində Sahib ilə görüşmüş və 1000 manat pul almışdır. Ümumilikdə Sahibin 6200 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs5 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Sahibi aldatmışdır. Sonra Sahibin telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs5 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Goranboy şəhər sakini Zərərçəkmiş şəxs7 Zərərçəkmiş şəxs5 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs5 ona zəng edib Goranboy rayonunda oğlunun dostu Zərərçəkmiş şəxs7 olduğunu, xəstəlik ilə bağlı Arzununda təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, da yalandan vəd verib həll edə biləcəyini demişdir. 2022-ci ilin mart ayının əvvəllərində Arzu ilə Zərərçəkmiş şəxs5 vasitəçiliyi ilə görüşmüşdür. Lakin, Zərərçəkmiş şəxs5 Arzuya qarşı dələduzluq edəcəyini bilməmiş, xəbərsiz olmuşdur. O, ilk olaraq xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs5 vasitəsilə Zərərçəkmiş şəxs7 4000(dörd min) manat nəqd pulunu almışdır. Belə ki, pulu ona Zərərçəkmiş şəxs5 vermişdir. Sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə verdiyi kart hesabına göndərilən 1120(bir min yüz iyirmi) manat pulu ələ keçirmişdir. 2022-ci ilin aprel ayında dəqiq tarixini xatırlamadığı vaxtda karta göndərilən 900(doqquz yüz) manat pulu, sonra 2022-ci ilin avqust ayında Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs5 vasitəsilə ona verilmiş 500(beş yüz) manat nəqd puldan ibarət əmlakı ələ keçirmişdir. Ümulikidə Zərərçəkmiş şəxs7 6520(altı min beş yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs7 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Arzunu aldatmışdır. Sonra Arzunun telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs7 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Goranboy rayon sakini Zərərçəkmiş şəxs6 atası Zərərçəkmiş şəxs5 vasitəsilə tanımışdır. Zərərçəkmiş şəxs5 ona zəng edib oğlu Seymurun xəstəlik ilə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, da yalandan vəd verib həll edə biləcəyini demişdir. İlk olaraq xx.xx.2022-ci il tarixdə ödəniş terminalı vasitəsilə verdiyi kart hesabına göndərilən 2540(iki min beş yüz qırx) manat nəqd pulu, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə ödəniş terminalı vasitəsilə verdiyi kart hesabına göndərilən 2525(iki min beş yüz iyirmi beş) manat nəqd pulu ələ keçirmişdir. Ümulikidə Zərərçəkmiş şəxs6 5065(beş min altmış beş) manat nəqd puldan ibarət əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs6 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Seymuru aldatmışdır. Sonra Seymurun telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs6 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs4 tanışı Rəksanənin vasitəsilə tanımışdır. 2022-ci ilin iyul ayının əvvəllərində Rəksanə ona zəng edib tanışı Zərərçəkmiş şəxs4 xəstəlik ilə bağlı təqaüdə çıxmaq istədiyini bildirmişdir. O, da yalandan vəd verib həll edə biləcəyini demişdir. Lakin, Rəksanənin onun niyyətindən heç bir xəbəri olmamışdır. İlk olaraq xx.xx.2022-ci il tarixdə ödəniş terminalı vasitəsilə verdiyi kart hesabına göndərilən 800(səkkiz yüz) manat, 500(beş yüz) manat pulu, sonra xx.xx.2022-ci il tarixdə ödəniş terminalı vasitəsilə verdiyi kart hesabına göndərilən 1000(bir min) manat pulu, xx.xx.2022-ci il tarixdə ödəniş terminalı vasitəsilə verdiyi kart hesabına göndərilən 200(iki yüz) manat pulu ələ keçirmişdir. Ümulikidə Zərərçəkmiş şəxs4 2500(iki min beş yüz) manat nəqd puldan ibarət əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs4 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Maliki aldatmışdır. Sonra Malikin telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs4 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs11 ilə 2022ci ilin iyul ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs11 övladının xəstəliyi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandırmışdır. Sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Şəmkir rayonu ərazisində yerləşən “Qala” restoranında Zərərçəkmiş şəxs11 verdiyi 500(beş yüz) manat pulu ələ keçirmişdir. Sonra vahid niyyətlə 2022-ci ilin iyul ayının əvvəllərindən 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində Zərərçəkmiş şəxs11 ödəniş terminalı vasitəsilə verdiyi kart hesablarına göndərdiyi ümumilikdə 3500(üç min beş yüz) manat nəqd pulunu ələ keçirmişdir. Sonra 2022-ci ilin avqust ayında dəqiq xatırlamadığı tarixdə Zərərçəkmiş şəxs11 verdiyi kart hesabına göndərdiyi 300(üç yüz) manat puluda ələ keçirmişdir. Ümulikidə Zərərçəkmiş şəxs11 4300(dörd min üz yüz) manat nəqd puldan ibarət əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs11 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Ayazı aldatmışdır. Sonra Ayazın telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs11 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa 2022-ci ilin aprel ayında tək taksi ilə Balakən rayonuna getmişdir. Balakən rayonuna gedərkən taksi sürücüsü ondan əlavə taksidə bir qadın və iki uşağın getməsi üçün icazə almışdır. O, taksi sürücüsünə bildirmişdir ki, etirazı yoxdur. Onlar yola düşdükdən sonra maşında söhbət zamanı ona məlum olmuşdur ki, arxada əyləşən xanımın adı Kəmalədir və qızının əri hərbiçidir. Hazırda Beyləqan rayonunda hərbi hissədə xidmət edir. Bir müddət sonra danışıq zamanı o, Kəmalə xanıma əvvəllər hərbiçi olduğunu bildirmişdir. Sonra isə Kəmalə xanım bildirmişdir ki, yeznəsi Bakı şəhərində ev almaq istəyir və ondan yeznəsinə ev almaqda köməklik edə biləcəyini soruşmuşdur. O, da Kəmaləyə bildirmişdir ki, sosial evlərdən almağa köməklik edə bilər. Daha sonra onlar birbirilərinin telefon nömrəsini götürmüşdür. Bir müddət sonra onlar Zaqatala rayonuna çatmış və taksi Kəmalə xanımın evinin qarşısında dayanmışdır. Kəmalə xanım maşından düşmüş və bu zaman əri çölə çıxmışdır. Kəmalə xanım sonradan adını öyrəndiyi əri Nazimə onu təqdim edərək, onun da hərbiçi olduğunu bildirmişdir. Bu zaman o, avtomobildən düşüb Nazim ilə görüşmüş və taksiyə əyləşib Balakən rayonuna getmişdir. Daha sonra onlar arada telefonla danışıb hal-əhval tutmuşlar. Kəmalə xanım ondan ev haqqında maraqlanmış və evi düzəldə biləcəyi barədə soruşmuşdur. O, da Kəmaləyə bildirmişdir ki, sizin evə gələrəm üzbəüz danışarıq. 09 iyul 2023-cü il tarixdə Qurban Bayramı münasibəti ilə telefonla Kəmalə xanımı təbrik etmiş və sonra isə yaşadığı ünvana getmişdir. Orada söhbət zamanı Kəmalə xanım evin düzəlməsi üçün nə qədər pul lazım olduğunu soruşduqda o, bildirmişdir ki, təxminən 8000-10000 manat cıvarında pul lazımdır. Sonra isə o, telefonla danışmaq adı ilə çölə çıxmış və heç kimlə danışmadan təxminən 5 dəqiqə sonra isə geri qayıdaraq ilkin olaraq 2000 manat pul lazım olduğunu bildirmişdir. Kəmalə xanım bildirmişdir ki, 10000 manat verməyə gücü çatacaq. Həmin gün 2000 manat pulu götürüb oradan ayrılıb Beyləqan rayonuna qayıtmışdır. Səhəri gün təkrar olaraq Kəmalə xanımla əlaqə saxlayıb evin tez alınması üçün 8000 manat pulun verilməsini bildirmişdir. Kəmalə xanım bildirmişdir ki, gəl evdən apar. O, yaşadığı Beyləqan rayonundan Zaqatala rayonuna Kəmalə xanımın evinə getmişdir. Kəmalə xanım 8000 manatı ona vermiş və o, həmin pulu sayıb götürmüşdür. Daha sonra Kəmalə xanım ondan şəkil çəkdirməyi istəmişdir. O, Kəmalə xanım və əri Nazim birlikdə şəkil çəkdirmişlər. Həmin şəkildə masanın üzərində Kəmalə xanımın ona verdiyi 8000 manat pul olan sellofan torba görünmüşdür. O, həmin pulu götürüb Beyləqan rayonuna qayıtmışdır. O, 2000 və 8000 manat pulu Kəmalə xanımdan götürən zaman onların yanında əri Nazim olmuşdur. O, pulu götürdükdən sonra Kəmalə xanım mütamadi olaraq ona zəng edərək ev haqqında maraqlandıqda o, da hər dəfədə Kəmaləyə evin düzələcəyini bildirmişdir. Bildirmək istəyir ki, onun Kəmalə xanıma sosial ev düzəltmək üçün hər hansı tanışı və adamı yoxdur. Pula ehtiyacı olduğu üçün Kəmalə xanıma yalan danışaraq Kəmalədən 2000 və 8000 manat olmaqla ümumilikdə 10000 manat pulu Kəmalə xanımı aldadaraq götürmüşdür. Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs1 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs10 ilə 2022ci ilin iyul ayında danışıb, ağ ciyər vərəmi xəstəsi olan əri Şahid6 xəstəliyi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandırmışdır. Sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 ödəniş terminalı vasitəsilə verdiyi kart hesablarına göndərdiyi 321(üç yüz iyirmi bir) manat nəqd pulunu ələ keçirmişdir. Sonra xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs10 verdiyi kart hesabına göndərdiyi 1100(bir min yüz) manat puluda ələ keçirmişdir. Sonra xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri “Kapital bank”ın qarşısında övladı Şahid5 vasitəsilə verdiyi 900(doqquz yüz) manat nəqd pulunu ələ keçirmişdir. Ümulikidə Zərərçəkmiş şəxs10 2321(iki min üç yüz iyirmi bir) manat nəqd puldan ibarət əmlakını dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs10 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Zərərçəkmiş şəxs10 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində yaşayan tanışı Zərərçəkmiş şəxs13 ilə 2022-ci ilin iyul ayında danışıb, Zərərçəkmiş şəxs13 MİDA sosial layihəsindən mənzil almağı təmin edəcəyini yalandan vəd verib inandırmışdır. Etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin iyul ayında dəqiq xatırlamadığı tarixdə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs13 yaşadığı evdə ilk olaraq Elmiranın 10000(on min) manat nəqd pulunu ələ keçirmişdir. Sonra vahid niyyətlə təxminən bir neçə gün sonra eyni ünvanda Elmiranın 4000(dörd min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə 14000(on dörd min) manat nəqd puldan ibarət əmlakını ələ keçirmişdir. Zərərçəkmiş şəxs13 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Elmiranı aldatmışdır. Sonra Elmiranın telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs13 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. Bundan başqa barəsində şikayət etmiş Bərdə rayonu Mollalı kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin avqust ayının axırlarında danışıb, Zərərçəkmiş şəxs3 övladı Şahid2 əlillik dərəcəsi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Zərərçəkmiş şəxs3 verdiyi kart hesabına göndərdiyi 520(beş yüz iyirmi) manat nəqd pulu, xx.xx.2022-ci il tarixdə verdiyi kart hesabına göndərdiyi 2525(iki min beş yüz iyirmi beş) manat nəqd pulu, xx.xx.2022-ci il tarixdə verdiyi kart hesabına göndərdiyi 600(altı yüz) manat nəqd pulu, xx.xx.2022-ci il tarixdə verdiyi kart hesabına göndərdiyi 2020(iki min iyirmi) manat nəqd pulu, xx.xx.2022-ci il tarixdə verdiyi kart hesabına göndərdiyi 75(yetmiş beş) manat nəqd pulu, xx.xx.2022-ci il tarixdə verdiyi kart hesabına göndərdiyi 600(altı yüz) manat nəqd pulu, xx.xx.2022-ci il tarixdə verdiyi kart hesabına göndərdiyi 600(altı yüz) manat nəqd pulu, xx.xx.2023-cü il tarixdə verdiyi kart hesabına göndərdiyi 303(üç yüz üç) manat nəqd pulu, ümumilikdə 7243(yeddi min iki yüz qırx üç) manat nəqd pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Zərərçəkmiş şəxs3 dələduzluq yolu ilə aldığı pulları şəxsi ehtiyacları üçün xərcləmişdir. Həmin vaxtdan sonra hər dəfə müxtəlif bəhanələr ilə Muradı aldatmışdır. Sonra Muradın telefon zənglərinə cavab verməmişdir. Zərərçəkmiş şəxs3 qarşı etdiyi dələduzluq əməlindən səmimi peşmandır. İş üzrə çərərçəkmiş şəxs Zərərçəkmiş şəxs3 məhkəməyə mülki iddia ərizəsi verərək Əliyeb Mirzə qoşqar oğlundan 7300 manat pulun və 70 manat dövlət rüsumunun tutulub ona verilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. Məhkəmə yerində müşavirə edərək Zərərçəkmiş şəxs3 mülki iddiasını icraata qəbul etmişdir. . Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs3 iddia tələbini müdafiə edərək ifadəsində göstərmişdir ki, xx.xx.2023-cü il tarixdə Baş Prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsinin "161" Qaynar xətt əlaqə mərkəzinə müraciət edərək, özünü ƏƏSMN-nin əməkdaşı kimi təqdim edən Təqsirləndirilən şəxsli Qoşqar oğlunun övladı Şahid2 əmək qabiliyyətinin itirməsinə görə 3-cü qrup əlillik dərəcəsi düzəltmə adı ilə ondan 7000 manat pul vəsaitini alaraq mənimsədiyini bildirmişdir. Qeyd etmişdir ki, ailəsi ilə birgə Bərdə rayonu Mollalı kəndində yaşayır. 3 övladı vardır. Övladı Samir Süleymanlı 2019-cu ildən bu günə qədər N saylı hərbi hissədə müddətdən artıq hərbi qulluqçu kimi işləmişdir. Təxminən 2022-ci ilin avqust ayının axırlarında Şahid2 Yevlax şəhərindən yaşadığı evə yəni Bərdə rayonuna gəlmək üçün yol qırağında duran zaman özünü müharibə iştirakçısı və Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçisi kimi təqdim edən Əliyev Mirzə Qoşqar oğlu (*** *** ** **, 050 869 30 00, *** *** ** **) Samirə evinə aparmağı təklif etmişdir. Şahid2 yol pulu olmadığından Mirzə ilə razılaşaraq sonuncunun avtomobilinə əyləşmişdir. Daha sonra onlar yaşadıqları Bərdə rayonu Mollalı kəndindəki evlərinə gəlmişlər. Təqsirləndirilən şəxs ilə evdə söhbət zamanı Mirzə özünü yenidən ona da müharibə iştirakçısı və Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin işçisi kimi təqdim etmiş və 7300 manat pul müqabilində övladı Samirin 3-cü qrup əlillik dərəcəsi almasına köməklik edə biləcəyini bildirmişdir. Mirzə 3000 manat pulu əvvəlcədən, əlillik dərəcəsi aldıqdan sonra isə 4300 manat pul alacağını bildirmişdir. Mirzəyə valideyinləri ilə məsləhətləşib deyəcəyini bildirmişdir. Valideyinləri ilə razılaşdıqdan sonra Bərdə rayonunda yerləşən "ACSESS BANK" dan 7000 manat kredit pul götürmüşdür. Daha sonra Təqsirləndirilən şəxs zəng edərək razılaşdığını və pulu verəcəyini bildirmişdr. Bundan sonra Təqsirləndirilən şəxs ona "vatsap" proqramı vasitəsi ilə plastik bank kartının şəkillərini göndərəcəyini və pul vəsaitlərini həmin hesablara göndərməsini bildirmişdir. 1-ci dəfə xx.xx.2022-ci il tarixdə 520 manat, daha sonra xx.xx.2022-ci il tarixdə 2525 manat, xx.xx.2022-ci ildə 600 manat, xx.xx.2022-ci il tarixdə 2020 manat, xx.xx.2022-ci ildə 600 manat, xx.xx.2022-ci ildə 600 manat, xx.xx.2023-cü ildə isə 303 manat pulu Təqsirləndirilən şəxs ona "vatsap" proqramı vasitəsi ilə göndərdiyi plastik bank kart hesablarına göndərmişdir. xx.xx.2022-ci il tarixdə Təqsirləndirilən şəxs istifadəsində olan ********** mobil telefon nömrəsinin hesabına 75 manat pul köçürmüşdür. Qeyd olunan pul vəsaitlərini Bərdə rayonunda yerləşən müxtəlif "eManat" ödəmə terminalı vasitəsi ilə bank kart hesablarına köçürmüşdür. Köçürülən pul vəsaitlərinə dair qəbzləri təqdim etmişdir. Bundan başqa bildirmişdir ki, Təqsirləndirilən şəxs 2022-ci ilin sentyabr-dekabr ayları ərzində müxtəlif bəhanələrlə 2-3 dəfə evlərinə gəlmişdir. Bir dəfə 99VT144 qeydiyyat nişanlı avtomobillə özündən başqa 3 nəfər şəxs ilə onlara gəlmişdir. Həmin zaman avtomobilin sürücüsünü bacısı oğlu kimi təqdim etmiş, digər şəxslərin adının Zaur və Rəhim olduğunu bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs9 Əlyar oğlu ifadəsində göstərmişdir ki, X19 onun tanışı Zərərçəkmiş şəxs8 Üzeyir Hacıyev ilə tanış etmişdir. Həmin ərəfələrdə o, 2-ci qrup əlil olaraq tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqi məsələsini düzəltmək istəmişdir. Həmin zamanlarda Üzeyir Hacıyev onun tanışı və dostu Zərərçəkmiş şəxs8 bildirmişdir ki, əli hər yerə çatır və ona tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqini düzəldə bilər. Beləliklə də xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında olan kafedə Üzeyir Hacıyev, Zərərçəkmiş şəxs8 və o, görüşmüşdür. Həmin vaxt o, Üzeyir Hacıyevə əl-bə-əl olaraq 6.000 manat pul vermişdir. Təxminən 2(iki) həftə sonra dəfələrlə Zərərçəkmiş şəxs8, Üzeyir Hacıyevə telefon zəngi edib işin nə yerdə olmasını soruşduqda onlara görüşmələrini təklif etmişdir. Bundan sonra Zərərçəkmiş şəxs8 və o, Bakı şəhəri, Yasamal rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında olan kafedə Üzeyir Hacıyev ilə görüşmüşdür. Həmin vaxt Üzeyir Hacıyev onlara bildirmişdir ki, iş gördüyü adamın başı hazırda qarışıqdır problemi var və bu səbəbdən ondan almış olduğu 6.000 manat pulu xx.xx.2022-ci il tarixdə tam şəkildə 20 yanvar metrostansiyası yaxınlığında olan adı yadında qalmayan kafedə əl-bə-əl ona qaytarmışdır. Nəhayət 2022-ci ilin yanvar ayının ortalarında o, və Zərərçəkmiş şəxs8 öz narazılıqlarını Üzeyir Hacıyevə bildirmişlər. Həmin zaman Üzeyir Hacıyev ona və Zərərçəkmiş şəxs8 bildirmişdir ki, yaxın tanışı var və xahiş edər ki, onlara əlindən gələn köməkliyi etsin. Həmin vaxt o və Zərərçəkmiş şəxs8 Üzeyir Hacıyevin onlara dediyi söz ilə razılaşmışlar. Bundan sonra onların yanında Üzeyir Hacıyev həmin şəxsə istifadəsində olan mobil telefonla zəng etmişdir. Daha sonra o, Zərərçəkmiş şəxs8 və Üzəyir Hacıyev həmin şəxs ilə görüşmək məqsəd ilə Gənclik metrostansiyasının yaxınlığında olan və adı yadında qalmayan restorana bilrikdə getmişdir. Həmin restoranda Üzeyir Hacıyev onları adını X4 (hazırda Təqsirləndirilən şəxs) kimi təqdim edən şəxslə tanış etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Dövlət Sosial Müdafiə Nazirliyində məsul vəzifədə işləyir və bu işlərin hamısı əlindədir. Həmin zaman Üzeyir Hacıyev də Təqsirləndirilən şəxs onlara dediyi sözləri təsdiq etmişdir. Həmin restoranda onlar yemək yeyən zaman Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, onun hazırda qazi olduğuna görə növbədən kənar ev, pulsuz nəqliyyat vasitəsi, tibbi sığorta və əliliyini növbədən kənar təsdiq etdirəcəkdir. Təqsirləndirilən şəxs həmin vaxt bu işlərin tərəfindən həll edilməsi məqsədi ilə ondan 9.000 manat pul istəmişdir. O, və Zərərçəkmiş şəxs8 bu işlərin Mirzə tərəfindən həll olunmasından ötrü həmin vaxt Təqsirləndirilən şəxs ilə razılaşmışlar. Lakin, Təqsirləndirilən şəxs onlar bildirmişlər ki, üzərlərində cəmi 6.000 manat pul var, həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda üzərinizdə olan 6.000 manat pulu verin və qalıq qalan 3.000 manat pul hazır olduqda verərsiniz. Həmin vaxt Zərərçəkmiş şəxs8 yəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında olan restoranda onun pulu Zərərçəkmiş şəxs8 üzərində olduğundan 6.000 manat pulu Təqsirləndirilən şəxs əl-bə-əl verdi. Zərərçəkmiş şəxs8 tərəfindən 6.000 manat pulun Təqsirləndirilən şəxs verilməsini, o, Üzeyir Hacıyev və tanımadığı bir nəfər kişi cinsli şəxs real olaraq görmüşdür. Təqsirləndirilən şəxs 6.000 manat pulu Zərərçəkmiş şəxs8 götürdükdən sonra 2(iki) günə ona tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqini düzəldəcəyini əminliklə bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs işin hazır olduğunu və qalıq qalan 3.000 manat pulun verilməsini bildirmişdir. Həmin vaxt Zərərçəkmiş şəxs8 işi olduğundan təxminən həmin hadisədən yəni xx.xx.2022-ci il tarixdə 6.000 manat pulu verdiyi gündən 2 (iki) gün sonra Təqsirləndirilən şəxs ilə onun özü Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Astoriya” otelinin qarşısında görüşmüşdür. Nəhayət xx.xx.2022-ci il tarixdə saat 15 radələrində o, 3.000 manat pulu Təqsirləndirilən şəxs əl-bə-əl vermişdir ki, onun tibbi sığortası, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqi məsləsini düzəltsin. Bundan bir gün sonra sonra Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefona zəng edərək bildirmişdir ki, onun əlillik məsələsi, tibbi sığortası, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqi məslələri hansı yerdə olması barədə sorğu sual etmişdir. Lakin Təqsirləndirilən şəxs, Zərərçəkmiş şəxs8 telefonda bildirmişdir ki, onun işi hazırdı, amma müəyyən problemlərin olduğunu, qiymətlərin qalxmasını bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işlərin nəticəsi nə olacaq, Təqsirləndirilən şəxs isə özünə məxsus olaraq cavab vermişdir ki, almış olduğu ümumilikdə 9.000 manat puldan savayı əlavə olaraq 4.000 manat pul lazımdır ki, onun tibbi sığortası, növbədən kənar mənzili, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqi məsələsini həll etsin. Nəhayət Zərərçəkmiş şəxs8, Təqsirləndirilən şəxs telefonda bildirmişdir ki, onun əvəzindən Mirzəyə 3.000 manat nəğd pul verə bilər. Təqsirləndirilən şəxs həmin zaman tanışı Zərərçəkmiş şəxs8 ilə telefonda razılaşmış və bildirmişdir ki, tez bir vaxtda görüşərək 3.000 manat pulu Mirzəyə verməyini demişdir. Daha sonra isə 1.000 manat pulu da tez bir zamanda verməyi Zərərçəkmiş şəxs8 bildirmişdir. Bundan sonra Zərərçəkmiş şəxs8 xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonu, “Hilton” otelinin dayanacağında üz-üzə görüşmüş və həmin zaman 3.000 manat nəğd pulu əl-bə-əl Mirzəyə vermişdir. Təqsirləndirilən şəxs 3.000 manat pulu Zərərçəkmiş şəxs8 götürmüş və narahat olmamağı əminliklə bildirmişdir. xx.xx.2023-cü il tarixdə Zərərçəkmiş şəxs8 Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla zəng etmiş və onun işini soruşmuş, Mirzə isə telefonda bildirmişdir ki, onun işi guya ki, hazırdı, qalıq qalan 1.000 manat pulu isə tez bir zamanda verməli olduğunu bildirmişdir. Zərərçəkmiş şəxs8 isə Təqsirləndirilən şəxs bildirmidşir ki, gəl üz-üzə görüşək 1.000 manat pulu verim. Təqsirləndirilən şəxs isə Zərərçəkmiş şəxs8 ilə üz-üzə görüşməkdən imtina edərək bildirmişdir ki, hazırda Mirzə kənarda olduğunu, iş ilə əlaqədar olaraq görüşə bilmədiyini və nəticədə Bank kartını göndərdiyini və 1.000 manat pulu həmin karta göndərməyi Zərərçəkmiş şəxs8 xahiş etmişdir. Zərərçəkmiş şəxs8 isə öz növbəsində Təqsirləndirilən şəxs bildirmişdir ki, üz-üzə görüşmədən 1.000 manat pulu göndərə bilməz. Nəhayət həmin hadisənin üzərindən bir neçə vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs onları aldadarq ləngitməyə başlamışdır. Onlar Təqsirləndirilən şəxs istifadəsində olan telefonla zəng vuranda Mirzə onlara müxtəlif bəhanələr gətirib aldatmışdır. Artıq Təqsirləndirilən şəxs tərəfindən aldadıldıqlarını gecdə olsa başa düşmüşlər. Sonuncu dəfə onlar Təqsirləndirilən şəxs zəng vuranda Mirzə telefonda onlara bildirmişdir ki, “Sən kimsən mənə zəng edisən, sənin başını kəsəcəm, öldürəcəm mən sizin pullarınız türmədə yatan yaxşı qardaşların ailələrinə vermişəm və sizə heç bir məbləğdə pul qaytaran deyiləm. Birdə mənə zəng etsəniz məndən inciməyin.” Onlar bu sözləri telefonda eşidib dəhşətə gəlmişlər və məcbur qalaraq hüquq mühafizə orqanlarına şikayət etmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxsin anket məlumatı X4 yox Təqsirləndirilən şəxsdur. Bir sözlə Mirzənin əvvəlcədən niyyəti anket məlumatlarını onlara səhv deməklə aladadaraq pullarını ələ keçirmək olmuşdur. Məhkəmə istintaqı zamanı ifadə vermiş zərərçəkmiş şəxs X12 ifadəsində göstərdi ki, ailəlidir, 3 övladı vardır. Zaqatala şəhəri 1 saylı tam orta məktəbdə riyaziyyat müəlliməsi işləyir. 2022-ci ilin aprel aylarında onun qızı Xəyalə Qardaşlı əri Vüsal Qardaşlı ilə birlikdə Beyləqan şəhərində yaşamışlar və yeznəsi Vüsal həmin vaxt Müdafiə Nazirliyinə məxsus Beyləqan rayonunda yerləşən hərbi hissədə zabit kimi işləmişi, hazırda isə təqaüdə çıxmışdır. Onların övladları, yəni 2 nəvəsi Xədicə və Nuray isə Zaqatala şəhərində təhsil aldıqları üçün o, və əri Şahid9 ilə birlikdə ünvan 11 ünvanında yaşamışdır. 2022-ci ilin aprel ayının ortalarında o, nəvələri Xədicə və Nurayı ana və atasını görməsi üçün götürərək Beyləqan şəhərinə qızı Xəyalənin yaşadığı ünvana aparmışdır.1 gün qızıgildə qaldıqdan sonra isə yeznəsi Vüsal onların Zaqatala şəhərinə geri qayıtması üçün taksi danışmışdır. Həmin gün günorta radələrində o, və nəvələri Vüsalın sifariş verdiyi taksiyə minmişdir. Həmin taksi sürücüsü Vüsalın tanışı Gündüz adlı şəxs olmuşdur. Taksidə maşının ön oturacağında onlardan əlavə tanımadığı bir nəfər sərnişin də əyləşmişdir. Onlar yola çıxdıqdan sonra yolda olan zaman həmin şəxs onunla söhbət etməyə başlamışdır. Söhbət əsnasında həmin şəxs özünü Mirzəli kimi təqdim etmişdir. Lakin sonradan ona məlum olmuşdur ki, özünü Mirzəli kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Mirzə yol boyu onunla söhbət edərək, özü barəsində danışmağa və özünü tərifləməyə başlamışdır. Mirzə yeznəsi Vüsal ilə birlikdə işlədiyini, Müdafiə Nazirliyinin zabiti olduğunu, 2020-ci ildə Qarabağ müharibəsində iştirak etdiyini və Şuşanın alınmasında iştirak etdiyini bildirmişdir. Əlavə olaraq Mirzə yeznəsi Vüsalın dostu olduğunu bildirmişdir. Söhbət zamanı Mirzə ona bildirmişdir ki, hərbçilərin təqaüdə çıxmasında və ev alınmasında köməklik edə bilir və belə işləri Beyləqan rayonunda yalnız o düzəldir. Əlavə olaraq söhbət zamanı Mirzə anasını balaca vaxtı itirdiyini və onu anası kimi gördüyünü bildirərək ondan hal-əhval tutmaq üçün mobil nömrəsini istədiyini bildirmişdir. Yolda Mirzə marketə düşmüş, Mirzə avtomobildən düşdükdən sonra o, taksinin sürücüsü Gündüzdən Mirzə haqqında soruşduqda, Gündüz bildirmişdir ki, Mirzə çox yaxşı adamdır və hər işdə düzəldə bilir. Mirzə avtomobilə qayıtdıqdan sonra o, mobil nömrəsini Mirzəyə vermiş və Mirzənin də mobil nömrəsini götürmüşdür. Daha sonra onlar Zaqatala şəhərinə çatdıqdan sonra taksi onu və nəvələrini yaşadıqları ünvana düşürtmüşdür. Onlar taksidən düşdükdən sonra Mirzə də həmin taksidən düşmüş və onları qarşılayan əri Nazimi qucaqlamışdır. Əri Nazim isə Mirzəni yeznəsi Vüsalın dostu və iş yoldaşı olduğunu düşünərək evə dəvət etmişdir. Lakin, Mirzə Balakən rayonuna getməli olduğunu və ailə üzvlərinin gözlədiyini bildirmişdir. O, evə daxil olduqdan sonra əri Nazimə Mirzəni yolda taksidə tanıdığını bildirdi. 26 may 2022-ci il tarixdə onun 60 yaşının olmasını qeyd etmək məqsədi ilə 25 may 2022-ci il tarixdə qızı Xəyalə oğlu Fatehlə ilə birlikdə Gündüzün taksisi ilə birlikdə onlara gəlmişdir. 26 may 2022-ci il tarixdə Mirzə ona zəng vuraraq ad gününü təbrik etmiş və tədbirə gəlmək istədiyini bildirmişdir. O, Mirzə ilə danışıb qurtardıqdan sonra qızı Xəyaləyə bildirmişdir ki, nə üçün onun ad günü barədə Gündüzə demişdir. Xəyalə bildirmişdir ki, bu barədə Gündüzə deməmiş, sadəcə maşında olan zaman telefonla Fatehin dərsə gələ bilməyəcəyini müəlliməsinə məlumat verdikdə Gündüz eşitmişdir. Daha sonra oğlu Namiq Mirzənin ad gününə gəlməsini istəmədiyini bildirmiş və o, Mirzə ilə əlaqə saxlayıb yer olmadığını bildirmişdir ki, ad gününə gəlməsin. O, təəccüblənmiş və Mirzədən onun ad gününün olduğunu haradan bildiyini soruşmuşdur. Mirzə bildirmişdir ki, Gündüz bu barədə məlumat vermişdir. 09 iyul 2022-ci il tarixdə Qurban bayramı günü Təqsirləndirilən şəxs ona zəng vuraraq təbrik etmiş və təbrik etmək məqsədilə onların yaşadığı ünvana gələcəyini bildirmişdir. Mirzə onunla danışdıqdan təxminən 30 dəqiqə sonra sonradan adının Elçin olduğunu öyrəndiyi şəxslə yaşadığı ünvana gəlmiş və həyət qapısından içəri girən kimi əllərini qaldıraraq sevincək şəkildə ev aldığını bildirmişdir. Mirzə Elçini bizə Bakı şəhərində işıq idarəsində işləyən qohumu kimi təqdim etmişdir. O, Mirzəni ev almaq münasibətilə təbrik etmiş, evi necə və haradan aldığını soruşduqda Mirzə müharibə iştirakçısı olduğu üçün Bakı şəhərində Atatürk prospektində Gənclik metrosunun yaxınlığında 200 min manat dəyərində olan evi dövlət tərəfindən çox ucuz qiymətə verildiyini bildirmişdir. Söhbət zamanı Elçin adlı şəxs bildirmişdir ki, Mirzənin aldığı evlər Bakı şəhərində 200.000 manat civarındadır və ancaq yüksək rütbəli şəxslərə verilir və əlavə olaraq bildirmişdir ki, Mirzə sizədə həmin evdən düzəldə bilər və ev düzəlsə siz maddi cəhətdən çox qazanmış olacaqsınız. O, da Mirzənin sözlərinə inanaraq öz qızı və yeznəsi üçün evin necə alınacağını soruşmuş və Mirzədən kömək istəmişdir. Yeznəsi Vüsal isə həmin vaxt dövlətdən ev növbəsi gözləmişdir. O, bu məsələni Mirzəyə bildirdikdə Mirzə telefonla tanımadığı şəxslə danışmış və danışıb qurtardıqdan sonra işin alınacağını, Bakı şəhəri Atatürk prospektində 4 otaqlı ev alacağını, Vüsalın növbə gözlədiyi evin tez müddətə alacağını və bunun üçün 10000 manat pul lazım olduğunu bildirmiş və Mirzə çıxıb getmişdir. Həmin gün axşam saatlarında Mirzə ona zəng edərək alınmalı olan ev üçün sənədlərin hazırlanması məqsədilə 2000 manat pul istəmişdir, o, Mirzə ilə razılaşmış və səhəri gün gəlib pulu götürməsini istəmişdir. 10 iyul 2022-ci il tarixdə Mirzə yenidən Elçinlə birlikdə Zaqatala şəhərində yaşadığı ünvana gəlmiş və o, yoldaşım Nazim ilə bir yerdə ünvan 14 evdə 2000 manat pulu Mirzəyə vermişdir. Mirzə pulu götürmüş, qalan 8000 manatı isə ev alındıqdan sonra alacağını bildirmiş və çıxıb getmişdir. Səhəri gün Mirzə onun mobil nömrəsinə zəng vuraraq qalan 8000 manat pulun da əvvəlcədən veriməli olduğunu, əks halda ev işinin alınmayacağını söyləmişdir. O, evin tez verilməsi üçün razılaşmışdır. 15 iyul 2022-ci il tarixdə Mirzə yenidən Elçinlə birlikdə yaşadığı evə gəlmiş və əri Nazimin yanında o, 8000 manat pulu Mirzəyə təqdim etmişdir. Mirzə 8000 manat pulu götürdükdən sonra əri Nazimi qucaqlamış və onlara narahat olmamağı bildirərək 15 oktyabr 2022-ci ildə evin açarlarının təqdim olacağını demişdir. Həmin gün onlar evin həyətində o, və əri Mirzə ilə birlikdə şəkil çəkdirmiş və həmin şəkildə masanın üzərində açıq çəhrayı rəngli sellofana bükülmüş içərisində 8000 manat olan pul görünmüşdür. Bir müddət sonra isə Mirzə pulu götürərək Elçinlə birlikdə çıxıb getmişdir. 05 avqust 2022-ci il tarixdə o, Bakı şəhərində olduqda Mirzəyə zəng vuraraq, Bakıda olduğunu və evi görmək istədiyini bildirmişdir. Mirzə cavabında evin hələ hazır olmadığını, binanın kənarlarının bağlı olduğunu, onun həmin binanı tapa bilməyəcəyini, 15 oktyabrda ev hazır olacağını və onun tələsməməsini bildirmişdir. Mirzə ona evi göstərmədiyi üçün o, şübhələnərək təxminən 2022-ci sentyabr ayının ortalarında dərslər başladıqdan sonra Bakı şəhərində yaşayan qardaşı X31 Əliyev barəsində maraqlanmasını istəmişdir. Bir müddət sonra qardaşı Yusif Beyləqan rayonundan Mirzə barəsində maraqlandıqdan sonra ona bildirmişdir ki, Təqsirləndirilən şəxs Beyləqan rayonunda dələduzluq edərək camaatı aldadır, zabit kimi işləmir və heç müharibədə də iştirak etməmişdir. Bundan sonra o, əmin olmuşdur ki, Təqsirləndirilən şəxs onu aldadaraq 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirmişdir. Buna görə də, o, Mirzəyə zəng vuraraq onu aldatmasının səbəbini soruşmuş, Mirzə isə ona aldatmadığını və 15 oktyabr gününü gözləməsini demişdir. 15 oktyabr 2022-ci il tarixdə Mirzə ona zəng vurmuş və demişdir ki, “2 gün sonra sənə zəng gələcək və evi təqdim edəcəklər.” Lakin həmin gündən sonra o, Mirzənin telefonu sönülü olduğu üçün əlaqə saxlaya bilməmişdir. Buna görə o, oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs atası Qoşqar Əliyevin telefon nömrəsini taparaq əlaqə saxlamış, telefon əlaqəsi zamanı o, X8 onu aldadaraq 10000 manat pulunu ələ keçirdiyini deyərək pulunu tələb etmişdir. Qoşqar isə ona söz vermişdir ki, pulu tez zamanda göndərəcəkdir. Lakin, həmin vaxtdan Qoşqar Əliyevdə indiyədək vaxtı uzada-uzada onu gözlədərək 2023cü ilin aprel ayının sonunadək onu aldatmış və aprel ayının sonunda isə Qoşqar Əliyevin də telefon nömrəsinə zəng çatmamışdır. Buna görə də, o, pulu geri ala bilmədiyi üçün 01 may 2023-ci il tarixdə Zaqatala rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs 10000 manat pulunu dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında iş üzrə zərər çəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs8 ifadəsində göstərmişdir ki, heç bir psixi xəstəliyi yoxdur və ruhi-əsəb dispanserində qeydiyyatda deyildir. Təxminən 2-3 ay bundan əvvəl yerlisi X19 onu Üzeyir Hacıyev ilə tanış etmişdir. Həmin an onun tanışı Qarabağ müharibəsi 2-ci qrup əlili Zərərçəkmiş şəxs9 tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlilliyin təsdiqi düzəltmək istəmişdir. X21 bildirmişdir ki, əli hər yerə çatır və Zərərçəkmiş şəxs9 tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqini düzəldə bilər. Beləliklə də xx.xx.2021-ci il tarixdə Bakı şəhəri, Yasamal rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında olan kafedə Üzeyir Hacıyevə onun yanında Zərərçəkmiş şəxs9 6.000 manat pul vermişdir. Təxminən 2(iki) həftə sonra dəfələrlə o, Üzeyir Hacıyevə telefon zəngi edib işin nə yerdə olmasını soruşduqda onlara görüşmələrini təklif etmişdir. Bundan sonra o, və Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Yasamal rayonu "xxxx" Açıq Səhmdar Cəmiyyətinin qarşısında olan kafedə Üzeyir Hacıyev ilə görüşmüşdür. Həmin vaxt Üzeyir Hacıyev bildirmişdir ki, iş gördüyü adamın başı hazırda qarışıqdır problemi var və bu səbəbdən almış olduğu 6.000 manat pulu xx.xx.2022-ci il tarixdə tam şəkildə 20 yanvar metrostansiyası yaxınlığında olan adı yadında qalmayan kafedə qaytarmışdır. Nəhayət 2022-ci ilin yanvar ayının ortalarında o, və Zərərçəkmiş şəxs9, Üzeyir Hacıyevə öz narazılıqlarını bildirmişlər. Həmin zaman Üzeyir Hacıyev ona və Zərərçəkmiş şəxs9 bildirmişdir ki, yaxın tanışı var və xahiş edər ki, onlara əlindən gələn köməkliyi etsin. Həmin vaxt o, və Zərərçəkmiş şəxs9, Üzeyir Hacıyevin sözü ilə razılaşmışdır. Bundan sonra onların yanında Üzeyir Hacıyev həmin şəxsə istifadəsində olan mobil telefonla zəng etdi. Daha sonra o, Zərərçəkmiş şəxs9, Üzeyir Hacıyev həmin şəxs ilə görüşmək məqsəd ilə Gənclik metrostansiyasının yaxınlığında olan və adı yadında qalmayan restorana bilrikdə getmişlər. Həmin restoranda Üzeyir Hacıyev onları adını X4(əsl adı Təqsirləndirilən şəxs) kimi təqdim edən şəxslə tanış etmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara bildirmişdir ki, Dövlət Sosial Müdafiə Nazirliyində məsul vəzifədə işləyir və bu işlərin hamısı əlindədir. Həmin zaman Üzeyir Hacıyev də Təqsirləndirilən şəxs onlara dediyi sözlərini təsdiq etmişdir. Həmin restoranda onlar yemək yeyən zaman Təqsirləndirilən şəxs bildirmişdir ki, Zərərçəkmiş şəxs9 hazırda qazi olduğuna görə növbədən kənar ev, pulsuz nəqliyyat vasitəsi, tibbi sığorta və əliliyini növbədən kənar təsdiq etdirəcəkdir. Təqsirləndirilən şəxs həmin vaxt bu işlərin tərəfindən həll edilməsi məqsədi ilə 9.000 manat pul istəmişdir. O, və Zərərçəkmiş şəxs9 bu işlərin tərəfindən həll olunmasından ötrü Təqsirləndirilən şəxs ilə razılaşmışdır. Lakin Təqsirləndirilən şəxs bildirmişlər ki, üzərlərində cəmi 6.000 manat pul vardır, həmin vaxt Təqsirləndirilən şəxs bildirmişdir ki, hazırda üzərlərində olan 6.000 manat pulu verin və qalıq qalan 3.000 manat pul hazır olduqda verərsiniz. Həmin vaxt o, yəni xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Gənclik metrostansiyası yaxınlığında olan restoranda Zərərçəkmiş şəxs9 pulu onun üzərində olduğundan 6.000 manat pulu Təqsirləndirilən şəxs əl-bə-əl vermişdir. Tərəfindən 6.000 manat pulun Təqsirləndirilən şəxs verilməsini, Zərərçəkmiş şəxs9, Üzeyir Hacıyev və tanımadığı şəxs real olaraq görmüşdür. Təqsirləndirilən şəxs 6.000 manat pulu ondan götürdükdən sonra 2(iki) günə Zərərçəkmiş şəxs9 tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqini düzəldəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs işin hazır olduğunu və qalıq qalan 3.000 manat pulun verilməsini bildirmişdir. Həmin vaxt onun işi olduğundan təxminən həmin hadisədən yəni xx.xx.2022-ci il tarixdə 6.000 manat pulu verdikləri gündən 2(iki) gün sonra Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs9 Bakı şəhəri, Nizami rayonu, Babək prospektində yerləşən “Astoriya” otelinin qarşısında görüşmüşlər. Nəhayət xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Zərərçəkmiş şəxs9 3.000 manat pulu Təqsirləndirilən şəxs əl-bə-əl vermişdir. Bundan bir gün sonra sonra o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla zəng etmişdir ki, nə oldu tanışı Qarabağ müharibəsi 2-ci qrup əlili Zərərçəkmiş şəxs9 tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqi düzəltmək məsələn. Lakin Təqsirləndirilən şəxs ona telefonda bildirmişdir ki, Zərərçəkmiş şəxs9 işi hazırdı, amma müəyyən problem var, qiymətləri qaldırıblar. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, bu işlərin nəticəsi nə olacaq. Təqsirləndirilən şəxs ona bildirmişdir ki, almış olduğu ümumilikdə 9.000 manat puldan savayı əlavə olaraq 4.000 manat pul lazımdır ki, tanışı Qarabağ müharibəsi 2-ci qrup əlili Zərərçəkmiş şəxs9 tibbi sığorta, növbədən kənar mənzil, nəqliyyat vasitəsi, onlayn qaydada əlliliyin təsdiqi məsələsini həll etsin. O, Təqsirləndirilən şəxs telefonda bildirmişdir ki, o, Zərərçəkmiş şəxs9 əvəzindən 3.000 manat nəğd pul verə bilər. Təqsirləndirilən şəxs həmin zaman onunla telefonda razılaşmış və bildirmişdir ki, yaxşı tez bir vaxtda görüşək 3.000 manat pulu ver, sonra qalan 1.000 manat pulu da verərsən. Bundan sonra o, xx.xx.2022-ci il tarixdə saat 11 radələrində Təqsirləndirilən şəxs ilə Bakı şəhəri, Səbail rayonu, “Hilton” otelinin dayanacağında üz-üzə görüşmüş və həmin zaman 3.000 manat nəğd pulu əl-bə-əl Mirzəyə vermişdir. Təqsirləndirilən şəxs 3.000 manat pulu ondan götürmüş və narahat olmamağını ona əminlik ilə bildirmişdir. xx.xx.2023-cü il tarixdə o, Təqsirləndirilən şəxs istifadəsində olan mobil telefonla zəng etmişdir. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs9 işini soruşmuş, Mirzə isə ona telefonda bildirmişdir ki, Zərərçəkmiş şəxs9 işi hazırdı qalıq qalan 1.000 manat pulu da verməlisən. O, isə Təqsirləndirilən şəxs bildirmişdir ki, gəl üz-üzə görüşək 1.000 manat pulu verim. Təqsirləndirilən şəxs onun ilə üz-üzə görüşməkdən imtina edərək bildirmişdir ki, hazırda kənardadır, iş ilə əlaqədar olaraq görüşə bilmir, ona bank kartı göndərir və 1.000 manat pulu həmin karta vur. O, Təqsirləndirilən şəxs bildirmişdir ki, o, üz-üzə görüşməmiş 1.000 manat pulu göndərə bilməz. Nəhayət həmin hadisənin üzərindən bir neçə vaxt keçdikdən sonra Təqsirləndirilən şəxs onları ləngitməyə və aldatmağa başlamışdır. Onlar Təqsirləndirilən şəxs ilə telefonla zəng vuranda Mirzə onlara müxtəlif bəhanələr gətirib onları aldatmışdır. Sonuncu dəfə onlar Təqsirləndirilən şəxs zəng vuranda Mirzə telefonda onlara bildirmişdir ki, “Sən kimsən mənə zəng edisən, sənin başıvı kəsəcəm, öldürəcəm mən sizin pullarınız türmədə yatan yaxşı qardaşların ailələrinə vermişəm və sizə heç bir məbləğdə pul qaytaran deyiləm.Birdə mənə zəng etsəniz məndən inciməyin.” Onlar bu sözləri telefonda eşidib dəhşətə gəlmişlər və məcbur qalaraq hüquq mühafizə orqanlarına şikayət etmişlər. Sonradan onlara məlum olmuşdur ki, həmin şəxsin anket məlumatı X4 yox, Təqsirləndirilən şəxsdur. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs5 ifadəsində göstərmişdir ki, o, evlidir, pisixi xəstəliklər keçirməmiş, məhkum olunmamış, daimi olaraq heç bir yerdə işləməmişdir. Ona görə də çox çətinliklə dolanmışdır. Balakən şəhəri Mikayıl Müşfiq küçəsi ev 11də yaşayan Şahid8 İsmayıl qızı onun uzaq qohumudur. Belə ki, Şahid8 qızı Günayın əri Azərin xalasıdır. Gülümzərlə münasibəti normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. Gülümzər dəfələrlə onun evində olmuşdur. Təxminən 3 il bundan əvvəl Gülümzərlə görüşüb söhbət edən zaman ona işləyirsənmi demişdir. O, da Gülümzərə işləmədiyini demişdir. 2022-ci ilin yanvar ayında Goranboy rayonu Tapqaraqoyunlu kəndində mərhum bacısı Ayişənin il dönümündə olarkən Gülümzər ona təqaüd düzətməyi məsləhət vermişdir. O, da baxarıq demişdir. Həmçinin, Gülümzər ona təqaüd düzəltmək üçün 7000 manat pul lazım olduğunu demişdir. Gülümzər ona tanışı olduğunu və həmin tanışı təqaüd düzəldə biləcəyini demişdir. Təxminən bir aydan sonra Gülümzər onun mobil telefonuna zəng edib onlara gəldiyini və indi çatacağını bildirmişdir. Həmçinin, Gülümzər ona tanışı ilə gəldiyini demişdir. O, da dərhal evə gəlmişdir. Həmin vaxt Gülümzər ona tanışının adının Mirzə oldunu bildirmişdir. Onlar evdə nahar etmişlər. Mirzə onun təqaüdünü düzəltmək üçün 5000 manat pul istəmişdir. O, da Mirzə ilə razılaşmışdır. Mirzə ona pulun 2000 manatını əvvəl verəcəksən qalanını isə işin düzələndə verəcəksən demişdir. Mirzəgil gedərkən ondan 500 manat pul istəmişdir. O, da Mirzəyə o qədər pulu olmadığını demişdir. Evində 200 manat pulu olmuş və o, 200 manat pulu Mirzəyə vermişdir. Bundan sonra Mirzə çıxıb getmişdir. Bundan sonra o, Accses bankdan 10000 manat kredit götürmüşdür. xx.xx.2022-ci il tarixdə o, həmin pulun 2000 manatını Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən Milliön terminalı vasitəsilə Mirzənin ona verdiyi kart nömrəsinə vurmuşdur. Təxminən 10 gündən sonra Mirzə ona zəng edib təqaüdünün düzəldiyini bildirib qalan 3000 manat pulu istəmişdir. Ona görə də Mirzə ilə Goranboy rayonu Goran qəsəbəsində görüşüb Mirzəyə 3000 manat pul vermişdir. Mirzədə çıxıb getmişdir. Bundan sonra Mirzə ona zəng edib həkim komissiyasından keçmək üçün xərcləri hesablamadığını və ona görə də ondan əlavə 1000 manat pul istəmişdir. O, da Mirzə ilə razılaşmışdır. Bundan 3-4 gün sonra 1000 manat pulu Mirzə ilə Goranboy rayonu Goran qəsəbəsində görüşüb vermişdir. Həmin vaxtdan onun təqaüdünü düzəltməmişlər, nədə ki pulunu Mirzə qaytarmamışdır. Mirzənin telefonuna zəng catmamışdır. Bundan sonra Mirzənin onun ümumilikdə 6200 manat pulunu təqaüd düzəltmək adı ilə aldadaraq dələduzluq yolu ilə ələ keçirtdiyini bilmişdir. Bu səbəbdəndə Mirzə barəsində şikayət etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs6 ifadəsində göstərmişdir ki, o, evlidir, psixi xəstəliklər keçirməmiş, məhkum olunmamışdır. Mirzənin atası Sahibə təqaüd düzəltdiyini eşitmişdir. Bu barədə o, iş yoldaşı Arzuya demişdir. 2022-ci ilin mart ayında o, atası Sahibin evinə getmişdir. Həmin vaxt Mirzə atasına zəng edib onlara gəldiyini bildirmişdir. Atası Sahib də Mirzəyə gəl demişdir. Bir müddətdən sonra Mirzə atasının evinə gəlmişdir. Onlar oturub nahar etmişdir. Həmin vaxt Mirzə ona “gəl sənə 8000 manata təqaüd düzəldim” demişdir. O, da razılaşmamışdır. Mirzə ona 5000 manatını verǝrsǝn qalan 3000 manatını isə təqaüdün düzələndə verərsən demişdir. O, hərbidə xidmət etdiyi üçün onun belində problem yaranmışdır və o, qospitalda yatmışdır. Mirzə ona təqaüdə çıxara bilərəm demişdir. Sonra Mirzə kiməsə zəng etmiş və onun barəsində demişdir. O, Mirzəyə yenə də təqaüdə çıxmaq istəmədiyini bildirmişdir. Atası da ona Mirzənin təqaüd işini düzəltməsinə görə israr etmişdir. O, yenə də razılaşmamışdır. Sonra Mizrə çıxıb getmişdir. Axşam saatlarında o, yaşadığı evə getmişdir. Səhər tezdən Mirzə ona zəng edib təqaüdünün düzəldiyini bildirmişdir. O, da Mirzəyə “sən axşam getmisən nə tez təqaüdümü düzəltdin” demişdir. Mirzə də ona “sənin yanında telefonla danışıb demişəm, indidə düzəlir” demişdir. O, telefonu söndürmüşdür. Mirzə dəfələrlə ona zəng etmiş, o, cavab verməmişdir. Sonra Mirzə atasına zəng edib telefonu götürmədiyini demiş, atası da ona zəng edib Mirzəyə cavab verməsini istəmişdir. O, da atasına cavab vermirəm demişdir. Bundan sonra o, Mirzə ilə danışmış və razılaşmışdır. Ona görə də lombartdan qızıl qoyub kredit götürmüşdür. xx.xx.2022-ci il tarixdə o, 2540 manat pulu Mirzənin ona verdiyi karta Safıkürd kəndində yerləşən Al marketdən terminal vasitəsilə göndərmişdir. Bundan sonra Mirzə ona zəng edib pulun qalanını istəmişdir. O, da kapital banka gedib anasının adına kredit götürmüş və xx.xx.2022-ci il tarixdə həmin puldan 2525 manatını Mirzənin ona verdiyi karta “Qala” marketdə yerləşən terminal vasitəsilə göndərmişdir. Bundan sonra Mirzə yenə də ondan pul istədikdə o, Mirzə ilə dalaşmışdır. Sonra Mirzə telefon nömrəsini dəyişmişdir. Bu günə kimidə Mirzə onun təqaüdünü düzəltməmiş və pulunu qaytarmamışdır. Mirzə dələduzluq yolu ilə onun 5065 manat pulunu ǝlə keçirmişdir. Mirzə müxtəlif bəhanələr gətirərək onu aldatmışdır. Həmçinin, Mirzə atası Sahibin və iş yoldaşı Arzunun da pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs7 ifadəsində göstərmişdir ki, o, evlidir, pisixi xəstəliklər keçirməmişdir, məhkum olunmamışdır. Zərərçəkmiş şəxs5 tanıyır. Belə ki, Zərərçəkmiş şəxs5 oğlu Zərərçəkmiş şəxs6 vasitəsi ilə tanımışdır. Sahibin oğlu Seymurla o, bir yerdə işləmişdir. 2022-ci ilin fevral ayında Seymurdan təqaüd düzəltmək üçün bir nəfərin olduğunu eşitmişdir. Bundan sonra o, Seymurun atası Sahibin yanına getmiş və Sahibdən bu barədə soruşmuşdur. Sahib də ona belə bir şəxsin olduğunu, həmin şəxsin yəni sonradan adını Mirzə kimi bildiyi şəxsin Sahibə də təqaüd düzəldəcəyini və pul verdiyini bildirmişdir. Bundan sonra o, inanmışdır. X43 ilə danışıb ona da təqaüd düzəltməyini xahiş etmişdir. Bundan sonra Sahib Mirzə ilə danışmış və Mirzə Sahibə ona 8000 manata təqaüd düzəldəcəyini bildirmişdir. Sahib Mirzə ilə danışdıqdan sonra bu barədə ona demişdir. Həmçinin, Sahib ona pulun yarısını indi verəcəksən qalanını isə təqaüdün düzələndən sonra Mirzəyə verəcəksən demişdir. O, da razılaşmışdır. Ona görə də, 05 mart 2022-ci ildə o, 4000 manat pulu düzəldib Goranboy rayonu Safıkürd kəndində evində aparıb Sahibə vermişdir. Sahibdə həmin pulu Goranboy rayonu Goran qəsəbəsində Mirzə ilə görüşüb vermişdir. Bir müddət keçdikdən sonra Sahib ona işinin düzəlməsi üçün Mirzənin 1000 manat pul istədiyini bildirmişdir. Ona görə də o, xx.xx.2022-ci il tarixdə Sahibin ona verdiyi kart nömrəsinə Goranboy şəhəri “Qala” marketdə yerləşən terminal vasitəsilə 1120 manat pul vurmuşdur. Həmin kart nömrəsini Mirzə Sahibə vermişdir. Bundan təxminən 10-15 gün keçdikdən sonra Mirzə Sahibin vasitəsilə ondan yenədə işinin düzəlməsi üçün 1000 manat əlavə pul istəmişdir. O, da Sahibə keçən dəfə səhvən 100 manat artıq vurmasını, indi isə Mirzǝyǝ 900 manat pul göndərəcəyini bildirmişdir. Sahibdə Mirzə ilə danışmış, Mirzə də razılaşmışdır. O, yenə də terminal vasitəsilə Mirzənin kartına 900 manat pul göndərmişdir. Təxminən 3-4 ay keçmiş, onun təqaüdü düzəlməmişdir. O, Sahibə işinin nə vaxt düzələcəyini bildirmişdir. Bundan sonra Mirzənin üstünə düşmüşlər. 2022-ci ilin avqust ayında Mirzə işinin düzəldiyini ona görə də 500 manat pul lazım olduğunu zəng edib ona demişdir. O, da 500 manat pulu diüzəldib Sahibə vermişdir. Sahib də həmin pulu Mirzəyə vermişdir. Lakin, onun təqaüdü düzəlməmişdir. O, Mirzəyə zəng edib işinin nə vaxt düzələcəyini soruşmuşdur. Mirzə də ona hər dəfə müxtəlif bəhanələr gatirərək yaxın vaxtlarda təqaüdünün düzələcəyini demişdir. Mirzə teztez telefon nömrələrini dəyişmişdir. Bundan sonra Mirzənin onu aldatdığını və dələduzluq yolu ilə 6520 manat pulunu mənimsədiyini bilmişdir. Həmçinin, Mirzə Sahibi və Sahibin oğlu Seymuru da aldadıb pullarını mənimsəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən Zərərçəkmiş şəxs10 ifadəsində göstərmişdir ki, o, Şəmkir şəhərində bazarda dərzi və xadimə olaraq işləyib ailəsinə baxmışdır. Əri Şahid6 uzun müddətdir ki, vərəm xəstəsidir. Əvvəllər bununla bağlı təqaüd alsa da sonradan aldığı təqaüd kəsilmiş və bu da onların ailəsinin maddi vəziyyətində ciddi çətinliklər yaratmışdır. O, bunun üçün ərinin təqaüdünü bərpa etdirmək istəmişdir. Bu barədə o, tanışlarına bildirdikdə qohumu Zərərçəkmiş şəxs11 ona təqaüd düzəldən tanışı olduğunu bildirmişdir. Həmin şəxsin adının Mirələm olduğunu bildirmişdir. O, Ayazdan özünü Mirələm kimi təqdim edən Təqsirləndirilən şəxs nömrəsini almışdır. Həmin şəxslə danışıb ərinin vərəm xəstəsi olduğunu əvvəllər təqaüd alsada sonradan kəsildiyini bildirmiş və yenidən təqaüdünü bərpa etdirmək istədiyini demişdir. Təqsirləndirilən şəxs ondan 2500 manat pul müqabilində ərinin təqaüdünü bərpa edə biləcəyini bildirmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs ilə pulu hissə-hissə verməyə razılaşmışdır. Bunun üçün xx.xx.2022-ci il tarixdə o, Təqsirləndirilən şəxs ona atdğı kart hesabına Şəkmir şəhəri 20 yanvar küçəsində yerləşən “Al marketdən” ilkin olaraq 321 manat ödəmişdir. xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri “Günəş” ticarət mərkəzində yerləşən “milli ön” ödəmə terminalı vasitəsi ilə Təqsirləndirilən şəxs atdığı karta 1100 manat ödəmişdir. Bundan sonra əlavə pulları ödəməmişdən öncə Təqsirləndirilən şəxs üzünü görmədən pul verməyəcəyini, üzbəüz görüb danışmaq istədiyini demişdir. 2022-ci ilin avqust ayının 28-də X20 ona zəng vuraraq Şəmkir şəhərinə gəldiyini evinin harada olduğunu soruşmuşdur. O, evinin ünvanını ona bildirmiş və özü də işdən çıxıb evə getmişdir. Telefon danışığından yarım saat sonra Mirzə onun yaşadığı evə gəlmiş və onlarda oturub əri ilə çay içib danışmışdır. Mirzə yenə ona və ərinə sentyabr ayında təqaüd məsələsinin düzələcəyini qalıq pulu ödəməli olduğunu bildirmişdir. Bu zaman o, maaş kartını oğlu Əliyə vermiş və kartdan 900 manat pul çəkib Təqsirləndirilən şəxs verməli olduğunu bildirmişdir. Bundan sonra oğlu Əli Təqsirləndirilən şəxs gəldiyi avtomobilə əyləşmiş və Şəmkir şəhərində yerləşən “Kapital banka” getmişdir. Oğlu Əli onun kartından 900 manat pulu çıxararaq Şəmkir şəhərində yerləşən “Kapital bank”ın qarşısında abvtomobilin içərisində Təqsirləndirilən şəxs vermişdir. Təqsirləndirilən şəxs həmin pulu aldıqdan sona hər dəfə müxtəlif bəhanələr edərək ərinə təqaüd düzəltməmiş, nədəki ondan aldığı pulu geri ödəməmişdir. Bundan sonra isə o, Təqsirləndirilən şəxs polisə məlumat verəcəyini dedikdə mobil telefonlarını söndürərək edilən zənglərə cavab verməmişdir. Təqsirləndirilən şəxs onu aldadaraq ümumilikdə ondan 2321 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində ifadə verən X16 ifadəsində göstərmişdir ki, xx.xx.2022-ci il tarixdə Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə əri Şahid3 müraciət etmişdir. Həmin müraciətlə bağlı onu deyə bilər ki, Təqsirləndirilən şəxs tanıyır, ədavət və düşmənçiliyi olmayıb, əksinə Təqsirləndirilən şəxs onun xalası oğludur. 2021-ci ilin iyul ayında oğlu Şahid1 hərbi xidmətini başa vurub evə qayıtmışdır. 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs yaşadığı evə gələrək onlarla görüşüb söhbət etməyə başlamışdır. Söhbət əsnasında o, Təqsirləndirilən şəxs oğlu Sadiqin hərbi xidməti başa vurduğunu, lakin işinin olmadığını bildirəndə Təqsirləndirilən şəxs ona Sadiqi işə düzəldə biləcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonla kiməsə zəng edərək danışmışdır. Sonra onlara Sadiqi “Sokar” şirkətində baş mühəndis vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin, bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərin siyahısını oğlu Şahid1 demişdir. Oğlu Sadiq həmin sənədlərin siyahısını yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlara həmin sənədləri toplamalarını bildirmişdir. Aradan bir neçə gün keçəndən sonra Mirzə onlara qonaq gəlmiş və oğlu Sadiqi “Sokar” şirkətində baş mühəndis işinə düzəltmək üçün 15000(on beş mim) manat pul verəcəklərini demişdir. O, Sadiq işlə təmin olunduqdan sonra həmin pulu verəcəklərini Mirzəyə bildirmişdir. Mirzə də onunla razılaşmış və dediyi sənədləri toplamalarını bildirmişdir. Onlar da bir neçə günə həmin sənədləri toplamışlar. Sənədləri toplayandan sonra Əliyev X17 telefonla əlaqə saxlayaraq sənədləri toplayıb-toplamadığını soruşmuşdur. Sadiq Mirzəyə sənədləri topladığını bildirmişdir. Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında onlara gəlib həyətdə əyləşmişdir. Mirzə sənədlərə baxıb qaydasında olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs onlara 15000 manatı indi verməli olduqlarını bildirmişdir. Mirzə “Sokar” şirkətində cəmi bir iş yeri olduğunu, işin tez düzəlməsi üçün pulu indi istədiyini demişdir. Onlar Mirzə ilə razılaşmışdır. O, evə daxil olub özünün uzun müddətdir yığdığı 15000 manat pulu gətirib Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Mirzə onlara Sadiqi 2021-ci ilin dekabr ayına qədər işə düzəldəcəyini demişdir. Bundan sonra Mirzə pulu götürüb getmişdir. Həmin vaxtdan sonra onlar mütəmadi olaraq Təqsirləndirilən şəxs ilə telefon əlaqəsi saxlamış və Mirzə də hərdən onların evinə gəlibgetmişdir. 2021-ci ilin dekabr ayına qədər olan dövrdə Mirzə bir neçə dəfə də bəzi sənədləri onlara düzəltdirmişdir. 2021-ci ilin dekabr ayında onlar Mirzəyə zəng edib oğlunun işi ilə maraqlananda Mirzə onlara 2022-ci ilin yanvar ayında işin düzələcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayında da onlar Mirzə ilə əlaqə saxlamışdır. Mirzə onlara həmin ilin mart ayında oğlu Sadiqi işə düzəldəcəyini demişdir. Lakin Mirzə 2022-ci ilin mart ayında da Sadiqi işə düzəltməmişdir. Bundan sonra Mirzə ilə təkrar telefonla əlaqə saxlamışlar. Mirzə onlara 2022-ci ilin aprel ayında məsələnin həll olunacağını bildirsə də aprel ayında da heç bir nəticə olmamışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs pulu geri istəmişlər. Mirzə pulu geri qaytarmasını bildirsə də müxtəlif bəhanələrlə onları aldatmağa başlamışdır. Onlar Mirzə ilə 2022-ci ilin noyabr ayına qədər mütamadi əlaqə saxlayıb pulu geri istəsələr də Mirzə onlara pulu geri qaytaracağını bildirərək aldatmışdır. Lakin 2022-ci ilin noyabr ayından sonra Mirzə onların telefonlarına cavab verməmişdir. Bundan sonra o, Təqsirləndirilən şəxs onu aldadaraq 15000 manat pulunu ələ keçirdiyini başa düşmüşdür. Bu səbəbdən də əri Sənan Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 315-ci maddəsinə əsasən zərəçəkmiş şəxslər Zərərçəkmiş şəxs11 , Zərərçəkmiş şəxs12, Zərərçəkmiş şəxs13 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə işin hallarının tədqiqini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs11 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, Şəmkir rayonu dördyol adlanan ərazidə kiçik mağaza işlətmişdir. 2022-ci ilin iyul ayında o, mağaza işlədən zaman ağ rəngli VAZ 21074 markalı dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobillə mağazaya gələn bir nəfər şəxslə söhbət əsnasında övladının tez-tez özündən getdiyini, bunun üçün övladına təqaüd düzəltdirmək istədiyini demişdir. Həmin şəxs ona təqaüd düzəldən tanışının olduğunu həmin şəxsin tez bir zamanda övladına təqaüd düzəldə biləcəyini demiş və ona həmin şəxsin mobil nömrəsini vermişdir. Həmin şəxs onun yanında təqaüd düzəldə biləcəyini dediyi tanışına zəng vuraraq danışmış və onun övladına təqaüd düzəltmək lazım olduğunu demişdir. Həmin şəxs sabah Şəmkir rayonuna gələcəyini birlikdə oturub danışacaqlarını bildirmişdir. Həmin günün səhəri onun mağazasından alış-veriş edərkən tanış olduğu adını xatırlamadığı şəxs yenidən onun mağazasına gələrək təqaüd düzəldən tanışının Şəmkir rayonuna gəldiyini, hal-hazırda “Qala” restoranında olduğunu, yanına gedib təqaüd məsələsini danışa biləcəyini bildirmişdir. Bu zaman o, həmin şəxslə birlikdə Qala restoranına getmişdir. Həmin restorana çatdıqda onunla gələn şəxs onu guya təqaüd düzəldən şəxslə tanış etmişdir. Həmin şəxs özünü ona Mirələm kimi təqdim etmiş və Bakı şəhərində Əlillərin bərpa mərkəzində Qarabağ əlillər cəmiyyətində işlədiyini bildirmişdir. O, isə heç nədən şübhələnməmişdir. O, həmin şəxsə övladının xəstə olduğunu tez-tez özündən getmələrinin olduğunu bunun üçün təqaüd düzəltmək istədiyini bildirmişdir. Həmin şəxs ona 4000(dörd min) manat pul müqabilində bu işi görə biləcəyini bildirmişdir. Bu zaman elə “Qala” restoranında o, özünü Mirələm kimi təqdim edən Təqsirləndirilən şəxs 500(beş yüz) manat pul vermişdir. Həmin şəxs ona üç ay müddətinə təqaüd düzəldəcəyini demişdir. Bundan sonra 2022-ci ilin iyul ayının sonuna qədər o, Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına Şəmkir şəhərində yerləşən “Bravo” marketdə yerləşən “milli ön” ödəmə terminaldından ümumilikdə 3500 manat pul göndərmişdir. Təqsirləndirilən şəxs isə pulu tam ödədikdən sonra ona iki ay müddətinə təqaüdü düzəldib qutaracağını bildirmişdir. Həmin vaxtdan 1 ay sonra yəni 2022-ci ilin avqust ayında Təqsirləndirilən şəxs yenidən ona zəng vuraraq təqaüdün artıq hazır olduğunu sadəcə oğlunun həkim komissiyasından keçməli olduğunu və bunun üçün həkimə 300 manat pul ödəməli olduğunu bildirmişdir. Bundan sonra o, elə həmin tarixdə təkrarən Təqsirləndirilən şəxs göndərdiyi kart hesabına Şəmkir şəhərində yerləşən “Bravo” marketdə yerləşən “milli ön” ödəmə terminalından 300 manat pul göndərmişdir. O, sonradan öyrənmişdir ki, ona özünü Mirələm kimi təqdim edən şəxs Təqsirləndirilən şəxsdur. Təqsirləndirilən şəxs onun etibarından sui-istifadə edərək onu övladına təqaüd düzəldəcəyi adı ilə aldadaraq ondan ümumilikdə 4300 manat pul alaraq ona qarşı dələduzluq etmişdir. Baş vermiş hadisə nəticəsində ona ümumilikdə 4300 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs12 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs övladı Əmirin vasitəsilə tanımışdır. Belə ki, övladı Əmir Beyləqan rayon sakini Sadiq adlı şəxsin tələbə yoldaşı olmuş, Mirzə də Sadiqin qohumudur. Əmir ilə Sadiq söhbət zamanı Sadiq qohumu Mirzənin Sadiqi “Socar” şirkətinə işə düzəldəcəyini bildirmiş, X26 işə düzəltməyini xahiş etmişdir. Sadiq bu barədə qohumu Mirzəyə demiş və Mirzədə razı olmuşdur. Sonra Sadiqin vasitəsilə xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsində yaşadıqları evdə Mirzə ilə üzbəüz görüşmüş, Mirzə övladı Əmiri 15000(on beş min) manat pul müqabilində “Socar” şirkətində 1700 manat maaşla mühəndis işinə düzəldə biləcəyini yalandan vəd etmişdir. Elə oradaca o, 15000 manat pulu övladını işə düzəltməsi üçün Mirzəyə vermişdir. Bundan sonra Mirzə telefonla kiməsə zəng edərək danışmışdır. Sonra Mirzə onlara Əmiri “Socar” şirkətində mühəndis vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin, bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərin siyahısını onlara demişdir. Onlar lazımi sənədləri toplayıb Mirzəyə vermişlər. Həmin vaxtdan sonra Mirzə hər dəfə müxtəlif bəhanələr ilə onları aldatmışdır. Sonra Mirzə onların telefon zənglərinə cavab verməmişdir. Sonradan ona hətta övladı Sadiqi işə düzəltmək adı ilə Mirzənin qohumu Elyanə adlı qadına qarşıda dələduzluq etməsi məlum olmuşdur. Bu səbəblə də o, Abşeron RPİ-nə şikayət etmişdir. Mirzə ona ümumilikdə 15000 manat maddi ziyan vurmuşdur. Məhkəmə iclasında ifadəsi elan edilmiş Zərərçəkmiş şəxs13 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir barəsində şikayət etdiyi Təqsirləndirilən şəxs 2022-ci ilin iyul ayından tanımışdır. Mirzə ilə ortaq dostları vasitəsi ilə tanış olmuşdur. Sonradan Mirzə onun MİDA sosial layihəsindən ev almaq istədiyini bilmişdir. Ev-alqı satqısı ilə məşğul olduğunu, istənilən layihədən ev almaqda ona köməklik edə biləcəyini, bunun üçün də 15000 manat məbləğində pul lazım olduğunu bildirmişdir. O, da Mirzəyə inanmış və 2022ci ilin iyul ayında ondan yaşadığı Abşeron rayonu Hökməli qəsəbəsi, At yalı yaşayış massivi, nömrəsiz fərdi yaşayış evində əvvəlcə Təqsirləndirilən şəxs 10.000(on min) manat, bundan 2-3 gün sonra isə yenə yaşadığı evdə 4.000(dörd min) manat olmaqla ümumilikdə 14.000(on dörd min) manat pul vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona 15 sentyabr 2022-ci il tarixədək Bakı şəhəri Yasamal rayonu ərazisində dövlət xətti ilə tikilmiş binalardan 3 otaqlı mənzil alacağını bildirsə də sonradan onu aldatdığını bilmiş və pulunu geri qaytarmasını tələb etmişdir. Mirzə də 3.000(üç min) manat məbləğində pulunu qaytarsa da qalan pulu qaytarmamışdır. Həmin səbəbdən də barəsində şikayətçi olmuşdur. Məhkəmə iclasında şahid qismində ifadə vermiş Şahid9 ifadəsində göstərmişdir ki, ailəlidir, 3 övladı vardır. Zaqatala RMX Çobankol kənd həkim məntəqəsinin müdiri kimi işləmişdir. 2022-ci ilin aprel aylarında onun qızı Xəyalə Qardaşlı əri Vüsal Qardaşlı ilə birlikdə Beyləqan şəhərində yaşamışlar və yeznəsi Vüsal həmin vaxt Müdafiə Nazirliyinə məxsus Beyləqan rayonunda yerləşən hərbi hissədə zabit kimi işləmişdir. Övladları, yəni 2 nəvəsi Xədicə və Nuray isə Zaqatala şəhərində təhsil aldıqları üçün o, və arvadı Zərərçəkmiş şəxs1 ilə birlikdə ünvan 11 ünvanında yaşamışlar. 2022-ci ilin aprel ayının ortalarında arvadı Zərərçəkmiş şəxs1 nəvələri Xədicə və Nurayı ana və atasını görməsi üçün götürərək Beyləqan şəhərinə qızı Xəyalə yaşayan ünvana aparmışdır. 1 gün qızı Xəyaləgildə qaldıqdan sonra taksi ilə Zaqatala şəhərinə yaşadıqları ünvana geri qayıtmışlar. Taksidən düşdükdən sonra tanımadığı bir şəxs həmin taksidən düşərək onunla görüşmüş və yeznəsi Vüsalın dostu olduğunu bildirmişdir. O, həmin şəxsi kürəkəni Vüsalın dostu və iş yoldaşı olduğunu düşünərək evə dəvət etmişdir. Lakin özünü Mirzəli kimi təqdim edən həmin şəxs Balakən rayonuna getməli olduğunu və ailə üzvlərinin gözlədiyini bildirmiş və taksiyə minərək getmişdir. Onlar evə daxil olduqdan sonra arvadı Kəmalə Mirzəni yolda taksidə tanıdığını bildirmişdir. 26 may 2022-ci il tarixdə Kəmalə ona bildirmişdir ki, Mirzə Kəmalənin ad gününü təbrik etmək məqsədilə zəng vuraraq ad gününü təbrik edib və tədbirə gəlmək istəmişdir. Lakin onlar Mirzənin ad gününə gəlməsini istəməmişlər. Bundan əlavə 09 iyul 2022-ci il tarixdə Qurban bayramı günü Təqsirləndirilən şəxs arvadı Kəmaləyə zəng vuraraq təbrik etmiş və təxminən 30 dəqiqə sonra Təqsirləndirilən şəxs tanımadığı Elçin adlı şəxslə yaşadığı ünvana gəlmişdir. Mirzə həyət qapısından içəri daxil olan kimi əllərini qaldıraraq sevincək şəkildə ev aldığını bildirmişdir. Onlar Mirzəni ev almaq münasibətilə təbrik etmiş və evi necə və haradan aldığını soruşduqda Mirzə müharibə iştirakçısı olduğu üçün Bakı şəhərində Atatürk prospektində Gənclik metrosunun yaxınlığında 200 min manat dəyərində olan evi dövlət tərəfindən çox ucuz qiymətə verildiyini bildirmişdir. O, və arvadı Kəmalə Mirzənin sözlərinə inanaraq öz qızları və kürəkənləri üçün evin necə alınacağını soruşmuşlar və Mirzədən kömək istəmişlər. Vüsal isə həmin vaxtı dövlətdən ev növbəsi gözləmişdir. Onlar bu məsələni Mirzəyə bildirdikdə Mirzə telefonla danışmış və işin alınacağını, Vüsal üçün Bakı şəhəri Atatürk prospektində 4 otaqlı ev alacağını, növbə gözlədiyi evin tez müddətə alacağını və bunun üçün 10000 manat pul lazım olduğunu bildirmiş və çıxıb getmişdir. Həmin gün axşam saatlarında Mirzə Kəmaləyə zəng edərək alınmalı olan ev üçün sənədlərin hazırlanması məqsədilə 2000 manat pul istəmiş, onlar Mirzə ilə razılaşmışlar və səhəri gün gəlib pulu götürməsini istəmişlər. Səhəri gün 10 iyul 2022-ci il tarixdə Mirzə yenidən Elçinlə birlikdə Zaqatala şəhərində yaşadığı ünvana gəlmiş və Kəmalə onun yanında ünvan 14 evdə 2000 manat pulu Mirzəyə vermişdir. Mirzə pulu götürmüş, qalan 8000 manatı isə ev alındıqdan sonra alacağını bildirmiş və çıxıb getmişdir. Səhəri gün Mirzə Kəmaləyə zəng vuraraq qalan 8000 manat pulun da əvvəlcədən veriməli olduğunu, əks halda ev işinin alınmayacağını söyləmişdir. Onlar evin tez verilməsi üçün Mirzə ilə razılaşmılar. Təqsirləndirilən şəxs 15 iyul 2022-ci il tarixdə Elçin adlı şəxslə birlikdə yenidən yaşadığı evə gəlmiş və həmin gün evdə Kəmalə 8000 manat pulu Mirzəyə təqdim etmişdir. Mirzə 8000 manat pulu götürdükdən sonra 15 oktyabr 2022-ci ildə evin açarlarının təqdim olacağını demişdir. Həmin gün onlar evin həyətində o, və arvadı Mirzə ilə birlikdə şəkil çəkdirmişlər və həmin şəkildə masanın üzərində açıq çəhrayı rəngli sellofona bükülmüş içərisində 8000 manat olan pul görünmüşdür. Bir müddət sonra isə Mirzə pulu götürərək Elçin adlı şəxslə birlikdə çıxıb getmişdir. Onlar aldadıldıqlarından şübhələndikləri üçün təxminən 2022-ci sentyabr ayının ortalarında dərslər başladıqdan sonra qaynı X42 Əliyev barəsində maraqlandıqda Təqsirləndirilən şəxs Beyləqan rayonunda dələduzluq edərək camaatı aldatması, zabit olmaması və müharibədə də iştirak etməməsini öyrənmişlər. Bundan sonra onlar əmin olmuşlar ki, Təqsirləndirilən şəxs onları aldadaraq 10000 manat pullarını dələduzluq yolu ilə ələ keçirmişdir. 15 oktyabr 2022-ci il tarixdə Mirzə Kəmaləyə zəng vurub demişdir ki, “2 gün sonra sənə zəng gələcək və evi təqdim edəcəklər.” Lakin həmin gündən sonra onlar Mirzə ilə əlaqə saxlaya bilməmiş və telefonuna zəng çatmamışdır. Buna görə oktyabr ayının sonlarında Təqsirləndirilən şəxs atası Qoşqar Əliyevin telefon nömrəsini taparaq əlaqə saxladıqda, Qoşqar Əliyev telefon əlaqəsi zamanı söz vermişdir ki, pulu tez zamanda göndərəcək. Lakin həmin vaxtdan Qoşqar Əliyev də indiyədək vaxtı uzadaraq hər dəfə yeni bəhanələr gətirərək onları 2023-cü ilin aprel ayının sonunadək gözlətmiş və aprel ayının sonundan sonra Qoşqar Əliyevin də telefon nömrəsinə zəng çatmamışdır. Buna görə də, arvadı Zərərçəkmiş şəxs1 pulu geri ala bilmədikləri üçün xx.xx.2023-ci il tarixdə Zaqatala rayon prokurorluğuna müraciət edərək Təqsirləndirilən şəxs 10000 manat pullarını dələduzluq yolu ilə ələ keçirdiyini bildirmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid3 ifadəsində göstərmişdir ki, 20 dekabr 2022-ci il tarixdə Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə özü müraciət etmişdir. Təqsirləndirilən şəxs tanıyır, ədavət və düşmənçiliyi olmayıbdır. Əksinə Təqsirləndirilən şəxs onun bibisi oğludur. 2021-ci ilin iyul ayında oğlu Şahid1 hərbi xidmətini başa vurub evə qayıtmışdır. 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs onların yaşadığı evə gələrək söhbət etməyə başlamışdır. Söbət əsnasında arvadı X3 Mirzə Qoşqar oğluna oğlu Sadiqin hərbi xidməti başa vurduğunu, lakin işinin olmadığını bildirəndə X13 işə düzəldəcəyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonla kiməsə zəng edərək danışmışdır. Sonra onlara Sadiqi “Socar” şirkətində baş mühəndir vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin, bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərin siyahısını Sadiqə demişdir. Oğlu Sadiq də həmin sənədlərini siyahsını yazmışdır. Bundan sonra Mirzə Sadiqə həmin sənədləri toplamağı bildirmişdir. Aradan bir neçə gün keçəndən sonra Mirzə onlara qonaq gəlmiş və oğlu Sadiqi “Socar” şirkətində baş mühəndis işinə düzəltmək üçün 15000(on beş mim) manat pul verəcəklərini bildirmişdir. Onlar evdə məsləhətləşmiş və X41 işlə təmin olunduqdan sonra həmin pulu verəcəyini bildirmişdir. Mirzə onlarla razılaşmış və dediyi sənədləri toplamağı bildirmişdir. Onlar bir neçə günə həmin sənədləri toplamışlar. Sənədləri toplayandan sonra Təqsirləndirilən şəxs onlarla telefonla əlaqəsi saxlayaraq sənədləri toplayıbtoplamadıqlarını soruşmuşdur. Onlar Mirzəyə sənədləri topladıqlarını bildirmişlər. Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında onlara gəlmiş və həyətdə əyləşib sənədlərə baxaraq qaydasında olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs 15000 manatın verilməsini bildirmişdir. Səbəb isə guya “Socar” şirkətində cəmi bir iş yeri olmasını, işin tez düzəlməsi üçün pulun indi verilməli olduğunu demişdir. X27 evə gedərək evdə olan özünə məxsus 15000 manat pulu gətirib Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Mirzə onlara demişdir ki, Sadiqi 2021-ci ilin dekabr ayına qədər işə düzəldəcək. Mirzə pulu götürüb getmişdir. Həmin vaxtan sonra o, mütəmadi Mirzə ilə telefon əlaqəsi saxlamış və Mirzə də hərdən onların evlərinə gəlibgetmişdir. 2021-ci ilin dekabr ayına qədər olan dövrdə Mirzə bir neçə dəfə də onlara bəzi sənədləri düzəltdirmişdir. 2021-ci ilin dekabr ayında o, Mirzəyə zəng edib oğlunun işi ilə maraqlananda Mirzə ona 2022-ci ilin yanvar ayında düzələcəyini bildirmişdir. 2022-ci ilin yanvar ayında o, Mirzə ilə əlaqə saxlamış, Mirzə ona mart ayında oğlu Sadiqi işə düzəldəcəyini bildirmişdir. Lakin, 2022-ci ilin mart ayında da Mirzə Sadiqi işə düzəldə bilməmişdir. Bundan sonra Mirzə ilə onlar mütəmadi əlaqə saxlamışlar. Mirzə onlara 2022ci ilin aprel ayında məsələnin həll olunacağını bildirsə də aprel ayında da heç bir nəticə olmamışdır. Bundan sonra onlar Təqsirləndirilən şəxs Elyanənin pulunu geri istəmişlər. Mirzə pulu geri qaytaracağını bildirsə də müxtəlif bəhanələrlə onları aldadıb bu günə qədər aldığı 15000 manatı geri qaytarmamışdır. Bir müddət sonra Mirzə onların telefonlarına cavab verməmişdir. Bu səbəbdən də o, Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir. Lakin, müraciətində yalnışlıqla Mirzənin ona 15000 manat ziyan vurmasını bildirmişdir. Onlar bir ailə olduqları üçün o, müraciətində həmin formada qeyd etmişdir. Lakin, həmin pul arvadı Elyanəyə məxsusdur. Elyanə həmin pulu uzun müddətdir yığmışdır. Məhkəmə iclasında ifadə verən Şahid2 ifadəsində göstərmişdir ki, o, və ailəsi Bərdə rayonu Mollalı kəndində yaşayır. 2019-cu il tarixdə həqiqi hərbi xidməti bitirdikdən sonra könüllü olaraq 2020-ci il tarixindən Müdafiə Nazirliyində müddətdən artıq xidmət etməyə başlamışdır. 2-ci Qarabağ müharibəsində iştirak etmişdir. Həmin müharibədə iştirak etdikdə sağ qulağından yaralanmışdır. Yaralandıqdan sonra sağ qulağı ümumiyyətlə eşitmə qabiliyyətini itirmişdir. Eşitmə qabiliyyətini itirdikdən sonra sağalması üçün məzuniyyət verilmişdir. Həmin məzuniyyətdən imtina edərək yenidən 2-ci Qarabağ müharibəsinə qayıtmışdır. 2021-ci ilin sonlarından Müdafiə Nazirliyinin Goranboy rayonunda yerləşən N nömrəli hərbi hissəsində qumbaratan vəzifəsində xidmətə başlamışdır. 2022-ci ilin avqust ayının sonlarında həftə sonu buraxılışı ilə əlaqədar olaraq öz yaşadığı evə gələrkən Yevlax şəhərindən Bərdə rayonuna gəlmək üçün üzərində pul olmamışdır. Həmin vaxtı adı sonradan ona məlum olan Təqsirləndirilən şəxs ilə tanış olmuşdur. Təqsirləndirilən şəxs onu Yevlax şəhərində yerləşən Dörd Yol adlanan kruqdan idarə etdiyi dövlət qeydiyyat nömrəsini xatırlamadığı avtomobil ilə götürərək onu Bərdə rayonunda düşürmüşdür. Yolda olarkən Təqsirləndirilən şəxs söhbət əsanasında ona keçmiş hərbiçi olduğunu və hərbi ilə bağlı hər hansı bir çətinliyi olsa kömək edə biləcəyini bildirərək ona mobil nömrəsini vermişdir. Onu Bərdə rayonunda yerləşən Fövqəladə Hallar Nazirliyinin Bərdə regionalnın binasının qarşısında düşürmüşdür. Sonradan evdə olarkən atasına həmin Mirzə adlı şəxslə tanış olduğunu və onun 3-cü qrup əlillik düzətmək üçün onlara yardım edə biləcəyini fikirləşdiyi üçün həmçin, şəxsin mobil nömrəsini atası Murada vermişdir. O, işə qayıtdıdan sonra atası həmin Mirzə adlı şəxslə danışaraq onun əlillik məsələsi üzrə yardım düzəldilməsi üçün köməklik etməsini xahiş etmiş, Təqsirləndirilən şəxs isə atasından 7300 manat pul istəmişdir. Atasıda Mirzə ilə razılaşmış və "ACSESS" bankdan 7000 manat kredit pul götürmüşdür. Həmin Mirzə adlı şəxs atasına "Whatsapp" proqramı vasitəsi ilə müxtəllif banklara məxsus plastik kartlar ataraq 1-ci dəfə xx.xx.2022ci il tarixdə 520 manat, 2-ci dəfə xx.xx.2022-ci il tarixdə 2525 manat, 3-cü dəfə xx.xx.2022ci il tarixdə 600 manat, 4-cü dəfə xx.xx.2022-ci il tarixdə 2020 manat, 5-ci dəfə xx.xx.2022ci il tarixdə 600 manat, 6-cı dəfə xx.xx.2022-ci il tarixdə 600 manat və 7-ci dəfə xx.xx.2023-cü il tarixdə 303 manat pulu atası Təqsirləndirilən şəxs göndərdiyi kart hesablarına göndərmişdir. Lakin, Təqsirləndirilən şəxs dediyi vədlərə əməl etməmiş, dələduzluq edərək atasından aldığı pulları mənimsəmişdir. Məhkəmə iclasında şahid qismində ifadə verən Şahid6 ifadəsində göstərmişdir ki, ağ ciyər vərəmi xəstəsidir. Ona görə də pensiya düzəltdirmək istəmişdir. Bu səbəb ilə Şəmkir rayonu dörd yol adlanan ərazidə mağaza işlədən Ayaz adlı tanışları vasitəsilə tanış olduğu özünü Mirələm kimi təqdim edən şəxs ona pensiya düzəldə biləcəyini demişdir. Bu barədə arvadına demiş və razılaşmışlar. Arvadı ona pul vermiş və ı “milliön” ödəmə terminalı vasitəsilə birinci dəfə 29 iyul 2022-ci il tarixdə Mirələmin verdiyi kart hesabına 321 manat, 03 avqust 2022-ci il tarixdə ikinci dəfə terminaldan 1100 manat pul göndərmişdir. Sonuncu dəfə təxminən 2022-ci ilin avqust ayının sonlarında o, 900 manat pulu Şəmkir şəhəri “Kapital bank” ın qarşısında Mirələmin idarə etdiyi avtomobildə vermişdir. Ümumilikdə 2321 manat pul vermişlər. Lakin sonradan Mirələm onları aldatmış, bəhanələrlə gözlətmişdir. Tanışları Ayaz ilə maraqlanan zaman Ayaz onlara Mirələmin əsl adının Təqsirləndirilən şəxs olmasını, dələduzluqla məşğul olmasını bildirmişdir. Bundan sonra aldandıqlarını başa düşmüşlər və polisə şikayət etmişlər. Məhkəmə, cinayət prosesi tərəflərinin fikirlərini nəzərə alaraq Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən şahidlər X34, Şahid1 , X5, Şahid7, Şahid5 iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini və onların ibtidai istintaq zamanı verdikləri ifadələrinin elan edilməsi yolu ilə işin hallarının tədqiqini mümkün hesab etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanımış, ədavət və düşmənçiliyi olmamışdır. Əksinə Təqsirləndirilən şəxs həm atasının, həm də anasının qohumudur. 2021-ci ilin iyul ayında o, hərbi xidmətini başa vurub evə qayıtmışdır. 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs onların evinə qonaq gəlmişdir. Onunla görüşəndən sonra anası X32 Əliyevə onun işinin olmadığını bildirmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs ona iş düzəldəcəyini bildirərək narahat olmamaqlarını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs telefonla kiməsə zəng edərək danışmışdır. Sonra atası Sənana və ona “Socar” şirkətində iş olduğunu və onu həmin şirkətə baş mühəndis vəzifəsinə düzəldəcəyini bildirmişdir. Lakin bəzi sənədlər lazım olmasını deyərək həmin sənədlərini siyahısını ona demişdir. O, da həmin sənədlərin siyahısını yazmışdır. Bundan sonra Təqsirləndirilən şəxs onlara həmin sənədləri toplamağı bildirmişdir. Aradan bir neçə gün keçəndən sonra Təqsirləndirilən şəxs onlara qonaq gəlmiş və ona “Socar” şirkətində onu baş mühəndis vəzifəsi işinə düzəldəcəyini demişdir. Lakin, həmin işin müqabilində 15000(on beş mim) manat pul verəcəklərini bildirmişdir. Atası Sənan və anası Elyanə, Təqsirləndirilən şəxs Qoşqar oğluna onu işlə düzəldəndən sonra həmin pulu verəcəklərini bildirdilər. Təqsirləndirilən şəxs anasıgillə razılaşmışdır. O, da bir neçə günə həmin sənədləri toplamışdır. Sənədləri toplayandan sonra Təqsirləndirilən şəxs 2021-ci ilin avqust ayının sonlarında onlara gəlib həyətdə əyləşmiş və sənədlərə baxaraq qaydasında olduğunu bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs atası Sənana 15000 manatın verilməsini bildirmişdir. Səbəbini isə “Socar” şirkətində cəmi bir iş yeri olmasını, tez bir zamanda sənədlərin “Socar” şirkətinə çatmalı olması ilə izah etmişdir. Anası Elyanə evdə olan yığdığı 15000 manat pulu gətirib Təqsirləndirilən şəxs vermişdir. Həmin vaxt Təqsirləndirilən şəxs onlara demişdir ki, 2021-ci ilin dekabr ayına qədər işi düzəldəcəkdir. Bundan sonra Təqsirləndirilən şəxs pulu götürüb çıxıb getmişdir. Həmin vaxtan sonra atası və anası mütəmadi olaraq Təqsirləndirilən şəxslə telefon əlaqəsi saxlamış və Mirzə də ara sıra onların evlərinə gəlib-getmişdir. 2021-ci ilin dekabr ayına qədər olan dövrdə Mirzə bir neçə dəfə də ona bəzi sənədləri hazırlatmışdır. 2021-ci ilin dekabr ayında anası və atası Təqsirləndirilən şəxs zəng edib onun işinin düzəlib-düzəlməməsini soruşsalarda Mirzə onları 2022-ci ilin aprel ayına qədər aldatmışdır. Bu səbəbdən də anası və atası Mirzədən pulu geri istəmişlər. Təqsirləndirilən şəxs isə pulu qaytaracağına söz versə də 2022-ci ilin noyabr ayından sonra Mirzə anasının və atasının telefon zənglərinə cavab verməmişdir. Bundan sonra onlar Təqsirləndirilən şəxs onları aldadaraq 15000 manat pullarını ələ keçirməsini başa düşmüşlər. Bu səbəbdən də atası Sənan Beyləqan rayon Polis Şöbəsinə ərizə ilə müraciət etmişdir.Bundan başqa Zərərçəkmiş şəxs12 tələbə yoldaşı Əmir Nəsibovun atasıdır. O, 2021-ci ilin 25 iyul tarixində əsgərlikdən gəldikdən sonra Mirzə onun əsgərlikdən gəlməyi münasibəti ilə yaşadıqları evə qonaq gəlmişdir. Süfrə arxasında yemək yedikdən sonra Mirzə ona qohumu olduğu üçün işlə təmin edəcəyini bildirmişdir. Həmin vaxtı da o, tələbə yoldaşı Əmir Nəsibov ilə telefonla əlaqə saxlamışdır. Hər dəfə telefonla danışdıqları zaman Əmir ondan iş tapıb-tapmadığını soruşmuşdur. Mirzə ilə söhbət etdikdən və Mirzə ona iş tapacağını söz verdikdən sonra Əmirlə növbəti telefon danışığı zaman Əmir ondan iş tapıb-tapmadığını soruşduqda o, Əmirə bildirmişdir ki, onun Mirzə adlı qohumu var və Mirzə onu işə düzəltməyə söz veribdir. Bundan sonra Əmir ondan xahiş etmişdir ki, həmin adamı Əmir ilə tanış etsin və həmin adam Əmiri də işə düzəltsin. O, da bu barədə Mirzə ilə danışacağını demişdir. Bundan sonra 2021-ci ilin avqust ayının ortalarında Təqsirləndirilən şəxs yenidən yaşadığı ünvana gələrək onun üçün “Socar”da mühəndis işi tapdığını və bunun üçün 15000 manat pul lazım olduğunu bildirmişdir. Onlar da Mirzə ilə razılaşmış və təxminən 2-3 gün sonra Mirzə yenidən gəlmiş və 15000 manat pulu onu “Socar”a mühəndis vəzifəsinə işə düzəltməsi üçün Mirzəyə vermişlər. O, Əmirlə danışan zaman Əmirə qohumu Mirzə adlı şəxsə 15 000 manat pul verdiklərini və həmin şəxsin onu “Socar”a mühəndis vəzifəsinə işə düzəldəcəyini bildirmişdir. Əmir bir daha xahiş etmişdir ki, həmin adamla danışsın və Əmirə də köməklik etsin. Bundan sonra o, Mirzə ilə danışan zaman Mirzəyə tələbə yoldaşının da işə düzəltməkdə kömək etməsini xahiş etmişdir. Mirzə razılaşmış və işin müqabilində 15000 manat pul istəmişdir. O, da Əmirlə danışan zaman Mirzə ilə danışdığını və bu iş üçün Mirzənin 15 000 manat pul lazım olduğunu bildirmişdir. Əmir də ona bildirmişdir ki, Mirzə ilə həm Əmiri həm də valideyinlərini tanış etsin və bu işi həll etsinlər. Həmin günü o, atası və Mirzə birlikdə Bakıya getmişlər. Bakıya getməkdə məqsədi həm Mirzəni Əmir və valideyinləri ilə görüşdürmək olmuş, həm də Mirzə atası və ona onun işə düzəlməyi ilə bağlı Bakı şəhərində bəzi adamlarla tanış edəcəyini bildirmişdir. Bundan sonra onlar ilkin olaraq Əmirgilə getmişdir. Onlar 2021-ci ilin avqust ayının sonlarında Əmirgildə olan zaman Əmir ,Əmirin atası Mübariz Mirzə ilə işə düzəlmək barədə Əmirin atası Mübariz ilə danışmış və hansı sənədlər lazım olduğunu bildirmişdir. Mirzə Mübarizə və Əmirə iş üçün 15000 manat pul lazım olduğunu bildirmişdir. Əmirin atası Mübariz Mirzəyə 15000 manat pul vermişdir. Bundan sonra Mirzə və atası Sənan onun işə düzəlməyi üçün lazım olan toplanmış sənədləri guya kiməsə vermək üçün getmişlər. Lakin, reallıqda həmin şəxslər olmadığı üçün Mirzə atasına guya həmin şəxslərin bu gün vaxtı olmadığını və gələ bilmədiyini bildirmişdir. Bundan sonra o, və atası rayona qayıtmışdır. Təxminən həmin vaxtdan 1 həftə sonra Mirzə ona zəng vuraraq valideyinləri olmadan onun və Əmirin Bakı şəhərinə gəlməli olduqlarını və onları “Socar” ın işçiləri ilə tanış edəcəyini bildirmişdir. Bundan sonra o, Bakı şəhərinə getmiş, Bakı şəhərində Əmirlə görüşmüş və birlikdə Mirzənin yanına getmişlər. Onlar Mirzə ilə Bakı şəhəri Nərimanov rayonu ərazisində kafedə görüşmüşdür. Həmin vaxtı Mirzənin yanında əlavə olaraq 3 nəfər şəxs də olmuşdur. Mirzə həmin şəxsləri onlara göstərərək həmin şəxslərin “Socar”ın işçiləri olduqlarını və onların işlərini düzəldəcəklərini bildirmişdir. Mirzə həmin şəxslərə müəllim deyə müraciət etmişdir. Həmin şəxslər onlara bildirmişlər ki, noyabr ayına qədər işləri düzələcəkdir. Bundan sonra o, yenidən Bakı şəhərindən çıxıb yaşadığı Beyləqan rayonuna getmişdir. Bundan sonra o, və atası dəfələrlə Mirzə ilə əlaqə saxlasalarda Mirzə hər dəfəsində müxtəlif bəhanələr edərək pulu verməkdən yayınmış, nə Əmiri nədəki onu işə düzəltməmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X34 Şahid3 ibtidai istintaqda verdiyi ifadəsi ilə eyni məzmunlu ifadə verərək onun göstərdiyi xüsusatları təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, o, subaydır, psixi xəstəliklər keçirməmiş, məhkum olunmamış, daimi olaraq heç bir yerdə işləməmişdir. Goranboy rayonu Safıkürd kəndində yaşayan Zərərçəkmiş şəxs5 tanımış və Sahib onun uzaq qohumudur. Belə ki, Zərərçəkmiş şəxs5 qızı Günay onun bacısı oğlu Azərin arvadıdır. Sahiblə münasibəti normal olmuş, heç bir ədavəti və düşmənçiliyi olmamışdır. 2022-ci ilin əvvəllərində qış aylarında tanımadığı nömrədən ona zəng gəlmişdir. O, telefonu açmış və həmin şəxs qonaq qəbul edərsinizmi demişdir. O, da həmin şəxsə buyurun gəlin demişdir. Bir neçə dəqiqədən sonra əvvəllər tanıdığı Əfqan və qohumu Mirzə evinə gəlmişlər. Ona Mirzə zəng etdiyini həmin vaxt bilmiş və Mirzəni həmin vaxt tanımışdır. Əfqan ona Mirzənin qohumu olduğunu bildirmişdir. Evdə onlar çay içmişlər. Söhbət əsasında o, Mirzədən harada işləməyini soruşmuşdur. Mizə ona Təqaüd idarəsində işlədiyini bildirmişdir. Sonra Mirzə ona iş düzəltdiyini, xeyirxahlıq etdiyni demişdir. Həmçinin, Mirzə ona təqaüddə düzəltdiyini bildirmişdir. O, da Mirzəyə o qədər kasıb varki yönlü qiymətə düzəldirsənsə deyərəm demişdir. Təxminən 10-15 gün keçdikdən sonra yəni 2022-ci ilin yanvar ayının axırlarında Goranboy rayonu Tapqaraqoyunlu kəndində mərhum bacısı Aişənin evinə getmişdir. Həmin vaxt Sahibgildə ora gəlmişlər. Söhbət əsasında təqaüddən danışmışlar. O, da söhbət zamanı bir nəfər tanıdığı şəxs var təqaüd düzəldə bilir demişdir. Bu barədə Sahibə də demişdir. Sahib ona neçəyə başa gəlir demişdir. O, da Sahibə dəqiq bilmirəm 7000 və ya 8000 manata düzələr deyirlər demişdir. Sahib də ona 7000 manata gücü çatmadığını bildirmişdir. Sonra o, yaşadığı Balǝkən rayonuna qayıtmışdır. Mirzə ilə Balakən rayonunda görüşmüş və Sahibin nömrəsini Mirzəyə vermişdir. Sonradan Mirzə Sahibə zəng etmiş və 5000 manata razılaşmışlar. Bundan sonra Mirzə yanına gəlib Sahibgilə gedək Sahibin evini tanımıram demişdir. O, da Mirzə ilə razılaşmışdır. Ona görə də o, Mirzə, Əfqan və tanımadığı sürücü ilə birlikdə Sahibin yaşadığı evə getmişdir. Sahib Mirzəni həmin vaxt tanımışdır. Mirzə Sahibə pula gəldiyini bildirmişdir. Həmçinin, Mirzə Sahibə 2000 manatını indi verəcəksən qalan 3000 manatı isə iş düzələndə verəcəksən demişdir. Sahib də kredit götürəcəyini ondan sonra pulu verəcəyini və hazırda pulunun olmadığını bildirmişdir. O, da Mirzəyə pul hazır deyilsə onu niyə ora apardıqlarını demişdir. Bundan sonra Mirzə Sahibdǝn benzin pulu üçün 500 manat pul istəmişdir. Sahib də o qədər pulunun olmadığını, evində 300 manat pulu olduğunu, həmin pulun 200 manatını verə biləcəyini demişdir. Bundan sonra Sahib gətirib onun yanında Mirzəyə 200 manat pul vermişdir. Sahib bir dəfə də onun yanında Goranboy rayonu Goran qəsəbəsində Mirzəyə 100 manat pul vermişdir. Bundan sonra Sahibin Mirzəyə verdikləri pullardan xəbəri olmamış və onun yanında verməmişdir. X15 6200 manat pulunu aldadıb aldığını bilmişdir. Həmin puldan ona heç nə çatmamışdır. Mirzənin Sahibin oğlu Seymurdan və Goranboy rayonunda yaşayan Arzudan pul aldığındanda xəbəri olmamışdır. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid7 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, ailəlidir, övladı yoxdur. Təxminən 7-8 il olar ki, şəxsi avtomobili ilə (** TK ***) Tərtər rayonunda taksi fəaliyyəti ilə məşğul olmuşdur. Təxminən 2022-ci ilin may-iyun aylarında Yevlax rayonunda, "Xaldan dairəsi" adlanan ərazidə adını Miri-Mirzəli(**********) kimi təqdim edən şəxs ona Zaqatala rayonuna aparmağı təklif etmiş, o, da yol pulunu razılaşaraq Zaqatala rayonuna aparmış, daha sonra həmin gün əlavə pul qarşılığında isə Balakən rayonuna aparmışdır. Mirzəli adlı şəxs ilə həmin vaxt söhbət zamanı özünü ona əvvəllər hərbidə işlədiyini, daha sonra təqaüdə çıxdığını və qazi olduğunu bildirmişdir. O, da taksi fəaliyyəti ilə məşğul olduğunu, lazım olarsa xidmətindən istifadə edə biləcəyini bildirmişdir. Bundan sonra həmin şəxs müxtəlif vaxtlarda zəng edərək müxtəlif istiqamətlərə(Bakı şəhəri, Zaqatala, Bərdə, Şəmkir və.s) aparmağı xahiş etmişdir. O, da şəxsi avtomobili ilə deyilən yerlərə aparmışdır. Qeyd etmək istəmişdir ki, özünü ona Mirzəli kimi təqdim edən həmin şəxsi yaşadığı yer kimi dediyi Beyləqan rayonu, Tatalı kəndindən və Balakən rayonu, Kortala kəndindən bir neçə dəfə götürüb müxtəlif rayonlara aparmışdır. Bildiyi qədəri ilə atası Beyləqan rayonu, Tatalı kəndində, Balakən rayonunda isə arvadının atası və anası yaşamışdır. Təxminən 2022-ci ilin sentyabr ayının ortalarında həmin şəxs ilə yaşadığı evin qarşısında söhbət edən zaman ona qardaşı arvadının xəstəliyi ilə əlaqədar qohumları tərəfindən pul veriləcəyini, həmin pulu plastik bank kart hesabına göndərəcəklərini, lakin plastik bank kart hesabının olmadığını bildirmişdir. Mirzəli ondan plastik bank kartını verməyi xahiş etmiş, lakin o, həmin vaxtı özündə belə bir kartının olmadığını, lakin tanışlarındam maraqlanıb plastik bank kartı verə biləcəyini bildirmişdir. Daha sonra bu barədə tanışı, həm kəndlisi X6 bildirmişdir. Şöhlət Məmmədov "xxxx" ASC-yə məxsus plastik bank kartı olduğunu və müəyyən müddətlik həmin kartı ona verə biləcəyini bildirmişdir. O, Mirzəli ilə birgə Şöhlət Məmmədovun yaşadığı ünvana gedərək həmin plastik bank kartını götürmüşlər. Daha sonra Mirzəli mobil telefon ilə kimləsə danışdıqdan sonra onlar birgə Tərtər rayonu mərkəzində yerləşən Kapitalbank ASC-nin Tərtǝt rayon filialının qarşısına getmişlər. Həmin vaxt Mirzəli həmin Leobank plastik bank kartı vasitəsi ilə Kapitalbanka məxsus bankomatdan yadında qaldığı qədəri ilə 500 manat pul çıxartmışdır. O, həmin vaxt Mirzəlinin kiminlə və nə barədə danışdığını eşitməmişdir. Yadında qaldığı qədəri ilə Mirzəli 3-4 dəfə Bakı şəhəri və Tərtər rayonunda həmin kartdan istifadə edərək müxtəlif bankomatlardan pul çıxartmışdır. İzahatında da qeyd etdiyi kimi, Mirzəli ona özünün əvvəllər hərbiçi olduğunu bildirmiş hətta mayor hərbi rütbəsi ilə şəklini də göstərmişdir. Bundan başqa Əmək və Əhalini Sosial Müdafiəsi Nazirliyində işlədiyini, lazım olarsa pensiya düzəlməsində köməklik edə biləcəyini bildirmişdir. Məhkəmə iclasında ifadəsi elan edilmiş Şahid5 ibtidai istintaqda verdiyi ifadəsində göstərmişdir ki, Zərərçəkmiş şəxs10 onun anası, Şahid6 isə atasıdır. Atası ağ ciyər vərəmi xəstəsidir. Ona görə də pensiya düzəltdirmək istəmişdir. Bu səbəb ilə atası Şəmkir rayonu dörd yol adlanan ərazidə mağaza işlədən Ayaz adlı tanışları vasitəsilə tanış olduğu özünü Mirələm kimi təqdim edən şəxs atasına pensiya düzəldə biləcəyini demişdir. Bu barədə atası anasına demiş və razılaşmışlar. Anası atasına pul vermiş və atası “milliön” ödəmə terminalı vasitəsilə birinci dəfə 29 iyul 2022-ci il tarixdə Mirələmin verdiyi kart hesabına 321 manat, 03 avqust 2022-ci il tarixdə ikinci dəfə terminaldan 1100 manat pul göndərmişdir. Sonuncu dəfə təxminən 2022-ci ilin avqust ayının sonlarında o, 900 manat pulu Şəmkir şəhəri “Kapital bank” ın qarşısında Mirələmin idarə etdiyi avtomobildə vermişdir. Ümumilikdə 2321 manat pul vermişlər. Lakin sonradan Mirələm onları aldatmış, bəhanələrlə gözlətmişdir. Tanışları Ayaz ilə maraqlanan zaman Ayaz onlara Mirələmin əsl adının Təqsirləndirilən şəxs olmasını, dələduzluqla məşğul olmasını bildirmişdir. Bundan sonra aldandıqlarını başa düşmüşlər və polisə şikayət etmişlər. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs5 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs5 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 6200 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs6 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 5065 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs7 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs7 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 6520 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs3 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs3 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 7243 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs4 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs4 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 2500 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs9 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 9000 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs8 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 3000 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs10 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs10 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 2321 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs13 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs13 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 14000 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs11 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs11 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 4300 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs1 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 10000 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ilə Təqsirləndirilən şəxs arasında üzləşdirmə keçirilməsi haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs2 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ifşa etmiş, Təqsirləndirilən şəxs isə dələduzluq edərək 15000 manat pulu ələ keçirdiyini tam etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş əməliyat-tapşırığına cavabdan görünür ki, keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs törətdiyi dələduzluq cinayətlərini təkbaşına törətmişdir. Həmçinin, Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslərin yanına gedərkən və zərərçəkən şəxslərlə onu tanış edən şəxsiyyətləri istintaqa məlum olmayan Elçin adlı şəxs, Gündüz adlı taksi sürücüsü, Üzeyir Hacıyev, X19 adlı şəxslər, Zaur, Rəhim adlı şəxsləri və Təqsirləndirilən şəxs zərərçəkən şəxslərə rekviztlərini verdiyi və zərərçəkən şəxslər tərəfindən ödəmə terminalları vasitəsilə pullar göndərilən istintaqa məlum olmayan kart hesablarının sahibləri müəyyən etmək istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də müsbət nəticə əldə edilməmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs8 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs8 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyi ünvanları əyani olaraq göstərmişdir. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli Zərərçəkmiş şəxs9 ifadəsinin yerində yoxlanılması haqqında protokoldan görünür ki, Zərərçəkmiş şəxs9 ifadəsində göstərdiyi xüsusatları tam təsdiq edərək Təqsirləndirilən şəxs ona qarşı dələduzluq etdiyi ünvanları əyani olaraq göstərmişdir. Cinayət işinə əlavə edilmiş Zərərçəkmiş şəxs12 tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli qəbzdən və ərizədən görünür ki, cinayət nəticəsində ona dəymiş 15000 manat maddi ziyan tam şəkildə ödənilmişdir, cinayət işi üzrə heç bir şikayət, tələbi və iddiası yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş xx.xx.2023-cü il tarixli diskin məzmununa baxış keçirilməsi barədə protokoldan görünür ki, diskin içərisindəki səs yazılarında Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqları öz əksini tapmış, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs1 dələduzluq yolu ilə 10000 manat pul almasını etiraf etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş X44 İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli məktubdan görünür ki, Təqsirləndirilən şəxs adına hər hansı nəqliyyat vasitəsi qeydiyyata alınmayıbdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Beyləqan rayon İcra Hakimiyyəti Başçısının Tatalılar kənd İnzibati Ərazi Dairəsi üzrə Nümayəndəliyinin vermiş olduğu 751 nömrəli xx.xx.2023-cü il tarixli arayışdan görünür ki, Əliyev X14 rayonu Tatalılar kəndində yaşayır. Yaşayış yeri üzrə verilmiş xasiyyətnamədən görünür ki, müsbət xarakterizə edilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi “Respublika Psixiatriya Xəstənası” X29 daxil olmuş xx.xx.2023-cü il tarixli 18846 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs arxiv məlumatına görə Respublika Psixiatriya Xəstənasında müalicədə olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİdən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Əliyev X14 Rayon Məhkəməsinin xx.xx.2017-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.4-cü maddələri ilə təqsirli bilinib 2000 manat cərimə cəzasına məhkum edilmiş, Beyləqan Rayon Məhkəməsinin Beyləqan Rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.2.1, 178.2.2-ci maddələri ilə təqsirli bilinib 3500 manat cərimə cəzasına manat cərimə cəzasına məhkum edilmiş, xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli “Amnistiya” qərarının 2.11-ci bəndinə əsasən cəzadan azad edilmişdir. 15 mart 2024-cü il tarixli cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında qərara əsasən Təqsirləndirilən şəxs məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş hesab edilmişdir.15 fevral 2021-ci il tarixdə Tovuz Rayon Polis Şöbəsinin 200740114,210490012,220390045, 22005043 nömrəli material üzrə CM-nin 178.2.2-ci maddəsi ilə təqsirli şəxs qismində həbs edilmiş material 19 dekabr 2022-ci ildə məhkəməyə göndərilmişdir. 01 yanvar 2023-cü il tarixdə Abşeron rayon Polis İdarəsində ********* nömrəli material üzrə CM-nin 178.2.1-ci, 178.2.4-cü maddələr ilə təqsirli şəxs qismində cinayət işi icraatdadır. 31 yanvar 2023-cü ildə Abşeron Rayon Polis idarəsində CM-nin 178.2.1-ci, 178.2.4-cü maddələr ilə təqsirləndirilməsinə dair ********* nömrəli cinayət işi üzrə axtarış elan edilmişdir. İstintaq zamanı Zərərçəkmiş şəxs1 ilə Təqsirləndirilən şəxs arasında olan telefon danışıqları zamanı səs yazılarını özündə əks etdirən 01(bir) ədəd “CD” disk, Zərərçəkmiş şəxs3 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 07(yeddi) ədəd qəbz, Zərərçəkmiş şəxs4 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 04(dörd) ədəd qəbz, Zərərçəkmiş şəxs5 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01(bir) ədəd qəbz, Zərərçəkmiş şəxs6 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 02(iki) ədəd qəbz, Zərərçəkmiş şəxs7 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01(bir) ədəd qəbz, Zərərçəkmiş şəxs10 Təqsirləndirilən şəxs göndərdiyi pulları özündə əks etdirən 01(bir) ədəd qəbz 15 mart 2024-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, istintaq hərəkətlərinin protokolları və ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Konvensiyasının 6-cı maddəsinə əsasən hər kəs, onun mülki hüquq və vəzifələri müəyyən edilərkən və ya ona qarşı hər hansı cinayət ittihamı irəli sürülərkən, qanun əsasında yaradılmış qərəzsiz məhkəmə vasitəsilə, ağlabatan müddətdə işinin ədalətli araşdırılması hüququna malikdir. Cinayət törətməkdə ittiham olunan hər kəs onun təqsiri qanun əsasında sübut edilənədək təqsirsiz hesab edilir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs, zərərçəkmiş şəxslər və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, etibardan sui-istifadə etmə və aldatma yolu ilə təkrarən və xeyli miqdarda özgənin əmlakını ələ keçirməklə dələduzluq cinayət əməllərini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs o, tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə qohumu Beyləqan rayonu Əlinəzərli kəndində yaşayan Zərərçəkmiş şəxs2 ilə 2021-ci ilin avqust ayının sonlarında danışıb, Zərərçəkmiş şəxs2 övladı Şahid1 “Socar” şirkətində baş mühəndis vəzifəsinə düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2021-ci ilin avqust ayının sonlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Beyləqan rayonu Əlinəzərli kəndi ərazisində Zərərçəkmiş şəxs2 yaşadığı evin həyətində sonuncunun xeyli miqdar hesab edilən 15000(on beş min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Abşeron rayonu Masazır qəsəbəsində yaşayan Zərərçəkmiş şəxs12 ilə xx.xx.2021-ci il tarixdə danışıb, Zərərçəkmiş şəxs12 övladı X10 “Socar” şirkətində aylıq 1700(bir min yeddi yüz) manat maaş almaqla mühəndis vəzifəsinə düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2021-ci il tarixdə Abşeron rayonu Masazır qəsəbəsi Sarı Aşıq küçəsində yerləşən Zərərçəkmiş şəxs12 yaşadığı evdə sonuncunun xeyli miqdar hesab edilən 15000(on beş min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs9 ilə 2022-ci ilin yanvar ayının ortalarında danışıb, Zərərçəkmiş şəxs9 ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzindən 2-ci qrup əlilliyin bərpa və onlayn qaydada əlilliyi təsdiq etdirəcəyini, növbədən kənar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması məqəsədilə mənzil ilə təmin etdirəcəyini, xüsusi avtomobil ilə təmin etdirəcəyini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qeydiyyata saldıracağını təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək xx.xx.2022-ci il tarixdə saat 12 radələrində Bakı şəhəri, Nərimanov rayonu, Gənclik Metrostansiyası yaxınlığında istintaqa məlum olmayan kafedə sonuncunun ilk olaraq xeyli miqdar hesab edilən 6000(altı min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə saat 15 radələrində Bakı şəhəri, Nizami rayonu, ünvan 2 ünvanda yerləşən “Astoria” Hotelinin qarşısında 3000(üç min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 9000(doqquz min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bakı şəhər sakini Zərərçəkmiş şəxs8 ilə 2022-ci ilin yanvar ayının ortalarında danışıb, tanışı Zərərçəkmiş şəxs9 ƏƏSMN-nin Respublika Əlillərin Bərpa Mərkəzindən 2-ci qrup əlilliyin bərpa və onlayn qaydada əlilliyi təsdiq etdirəcəyini, növbədən kənar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən sosial-məişət şəratinin yaxşılaşdırılması məqəsədilə mənzil ilə təmin etdirəcəyini, xüsusi avtomobil ilə təmin etdirəcəyini, İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyində qeydiyyata saldıracağını təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək xx.xx.2022-ci il tarixdə saat 11 radələrində ünvan 3 ünvanda yerləşən “Hilton Baku” Hotelinin qarşısında sonuncunun 3000(üç min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Goranboy rayonu Safıkürd kənd sakini Zərərçəkmiş şəxs5 ilə 2022-ci ilin mart ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs5 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan suiistifadə edərək ilk olaraq 2022-ci ilin mart ayının əvvəllərində istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda sonuncunun yaşadığı Goranboy rayonu Safıkürd kəndində yerləşən evində 200(iki yüz) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə göndərdiyi 2000(iki min) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin mart ayının axırlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu Goran qəsəbəsində 3000(üç min) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin mart ayının axırlarında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu Goran qəsəbəsində 1000(bir min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 6200(altı min iki yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Goranboy rayonu Tatarlı kənd sakini Zərərçəkmiş şəxs6 ilə 2022-ci ilin mart ayında danışıb, Zərərçəkmiş şəxs6 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən “Al” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə göndərdiyi 2540(iki min beş yüz qırx) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə göndərdiyi 2525(iki min beş yüz iyirmi beş) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 5065(beş min altmış beş) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Zaqatala şəhər sakini Zərərçəkmiş şəxs1 ilə 2022-ci ilin iyul ayının əvvələrində danışıb, Zərərçəkmiş şəxs1 hərbi qulluqçu kimi ev növbəsində olan kürəkəni X11 tez müddətdə ev almasına köməklik etməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncunun 2000(iki min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Zərərçəkmiş şəxs1 yaşadığı evdə sonuncunun xeyli miqdar hesab edilən 8000 (səkkiz min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 10000(on min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində yaşayan tanışı Zərərçəkmiş şəxs13 ilə 2022-ci ilin iyul ayında danışıb, Zərərçəkmiş şəxs13 MİDA sosial layihəsindən mənzil almağı təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək 2022-ci ilin iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Abşeron rayonu Hökməli qəsəbəsi At yalı yaşayış massivində yerləşən Zərərçəkmiş şəxs13 yaşadığı evdə ilk olaraq sonuncunun xeyli miqdar hesab edilən 10000(on min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə təxminən bir neçə gün sonra eyni ünvanda sonuncunun 4000(dörd min) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 14000(on dörd min) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Goranboy şəhər sakini Zərərçəkmiş şəxs7 ilə 2022-ci ilin mart ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs7 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs5 vasitəsilə 4000(dörd min) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Goranboy rayonu Safıkürd kəndi ərazisində yerləşən “Qala” marketdə quraşdırılmış “eManat” ödəniş terminalı vasitəsilə göndərdiyi 1120(bir min yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin aprel ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 900(doqquz yüz) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Goranboy rayonu Goran qəsəbəsində Zərərçəkmiş şəxs5 vasitəsilə 500(beş yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 6520(altı min beş yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs11 ilə 2022-ci ilin iyul ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs11 övladının xəstəliyi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq 2022ci ilin iyul ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir rayonu ərazisində yerləşən “Qala” restoranında sonuncunun verdiyi 500(beş yüz) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə 2022-ci ilin iyul ayının əvvəllərindən 2022-ci ilin avqust ayının əvvəllərinədək olan müddət ərzində Şəmkir şəhəri ərazisində yerləşən “Bravo” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə göndərdiyi ümumilikdə 3500(üç min beş yüz) manat nəqd puldan ibarət əmlakını, sonra 2022-ci ilin avqust ayında istintaqa dəqiq məlum olmayan tarixdə və vaxtda Şəmkir şəhəri ərazisində yerləşən “Bravo” marketdə quraşdırılmış “Milliön” ödəniş terminalı vasitəsilə göndərdiyi 300(üç yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə 4300(dörd min üz yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Tovuz rayonu Aşağı Quşçu kənd sakini Zərərçəkmiş şəxs4 ilə 2022-ci ilin iyul ayının əvvəllərində danışıb, Zərərçəkmiş şəxs4 təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 800(səkkiz yüz) manat, 500(beş yüz) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 1000(bir min) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Tovuz rayonu Aşağı Quşçu kəndində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 200(iki yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə 2500(iki min beş yüz) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Şəmkir şəhər sakini Zərərçəkmiş şəxs10 ilə 2022-ci ilin iyul ayında danışıb, Zərərçəkmiş şəxs10 ağ ciyər vərəmi xəstəsi olan əri Şahid6 xəstəliyi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 321(üç yüz iyirmi bir) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Şəmkir rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 1100(bir min yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Şəmkir şəhəri “Kapital bank”ın qarşısında övladı Şahid5 vasitəsilə verdiyi 900(doqquz yüz) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə 2321(iki min üç yüz iyirmi bir) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə, etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin əmlakını ələ keçirmək məqsədilə Bərdə rayonu Mollalı kənd sakini Zərərçəkmiş şəxs3 ilə 2022-ci ilin avqust ayının axırlarında danışıb, Zərərçəkmiş şəxs3 övladı Şahid2 əlillik dərəcəsi ilə əlaqədar təqaüd düzəltməyi təmin edəcəyini yalandan vəd verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək ilk olaraq xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 520(beş yüz iyirmi) manat nəqd puldan ibarət əmlakını, sonra vahid niyyətlə xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 2525(iki min beş yüz iyirmi beş) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 600(altı yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 2020(iki min iyirmi) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 75(yetmiş beş) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 600(altı yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2022-ci il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 600(altı yüz) manat nəqd puldan ibarət əmlakını, sonra xx.xx.2023-cü il tarixdə Bərdə rayonu ərazisində quraşdırılmış ödəniş terminalı vasitəsilə göndərdiyi 303(üç yüz üç) manat nəqd puldan ibarət əmlakını, ümumilikdə xeyli miqdar hesab edilən 7243(yeddi min iki yüz qırx üç) manat nəqd puldan ibarət əmlakını ələ keçirib təkrarən dələduzluq cinayətini törətmişdir.Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Dələduzluq cinayətlərinə dair işlər üzrə məhkəmə təcrübəsi haqqında” 11 iyun 2015-ci il tarixli 7 saylı qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM-nin) İX bölməsinin iyirmi üçüncü fəslində nəzərdə tutulmuş başqa talama cinayətlərindən fərqli olaraq dələduzluq cinayəti aldatma və ya etibardan sui-istifadə etmə yolu ilə törədilir və əmlak sahibi öz əmlakını və ya ona olan hüququnu başqa şəxslərə yalan vədlərin təsiri altında könüllü surətdə verir. Törədilmiş əməl o halda CM-nin 178-ci maddəsində nəzərdə tutulmuş dələduzluq, yəni etibardan sui-istifadə və ya aldatma yolu ilə özgə əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə hesab edilir ki, şəxsin niyyəti əmlakı ələ keçirərkən və ya əmlak hüquqları əldə edərkən hər hansı öhdəliyin yerinə yetirilməsinə deyil, özgənin əmlakının əvəzsiz və qanunsuz olaraq öz mülkiyyətinə keçirilməsinə, yaxud da əmlak hüquqlarının əldə edilməsinə yönəlmiş olsun. Dələduzluq yolu ilə əmlak hüquqları əldə etmə dedikdə, mülkiyyət hüququ, girov hüququ, tələb hüququ və varlanmaya səbəb olan sair hüquqları qanunsuz əldə etmə başa düşülməlidir. Bu hüquqlar müqavilələr və digər öhdəliklərdən əmələ gələn müvafiq sənədlərdə (məsələn, etibarnamədə, vəsiyyətnamədə, qiymətli kağızlarda, hesablaşma və sığorta sənədlərində və s.) əks oluna bilər. Dələduzluq cinayətinin üsulu kimi aldatma dedikdə, özgə əmlakını (əmlak hüququnu) ələ keçirmək niyyətində olan şəxs tərəfindən bilə-bilə yalan, həqiqətə uyğun olmayan məlumatların verilməsi və ya həqiqi məlumatların gizlədilməsi, yaxud da əmlakın ələ keçirilməsinə yönəlmiş qəsdən törədilən başqa hərəkətlərin edilməsi (məsələn, əqdin predmeti olan saxta əşyaların və ya saxta sənədlərin təqdim edilməsi, onların əldə edilməsi, malların alınması zamanı aldadıcı üsullardan istifadə edilməsi və ya hesablaşma görüntüsünün yaradılması və sair) başa düşülür. Dələduzluğun törədilməsi zamanı həqiqətə uyğun olmayan və ya gizlədilən məlumatlar kimi müxtəlif hallar, məsələn hüquqi faktlar, əmlakın dəyərinə və keyfiyyətinə, təqsirkarın şəxsiyyətinə, onun səlahiyyətlərinə və niyyətinə dair məlumatlar çıxış edə bilər. Dələduzluğun üsulu kimi etibardan sui-istifadə etmə dedikdə, əmlakı ələ keçirmək və ya əmlaka olan hüququ əldə etmək məqsədi güdən şəxs tərəfindən əmlakın mülkiyyətçisi, bu əmlaka sahiblik edən və ya sərəncam vermək hüququ olan şəxslə yaranmış etibarlı münasibətlərdən istifadə olunması başa düşülür. Etibardan sui-istifadə etmə, həmçinin, təqsirkar şəxsin qulluq səlahiyyətlərinin həyata keçirilməsi, zərər çəkmiş şəxslə yaxın şəxsi və ya qohumluq münasibətlərinin olması ilə də əlaqədar ola bilər. Məhkəmələrin nəzərinə çatdırılsın ki, dələduzluq cinayəti özgənin əmlakının təqsirkarın və ya üçüncü şəxslərin sahibliyinə keçdiyi və onların bu əmlaka dair istədikləri kimi sərəncam vermək və ya onlardan istifadə etmək imkanının yarandığı andan başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, zərərçəkmiş şəxslər və şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onların törətmiş olduqları əməllər ibtidai istintaq zamanı CM-in 178.2.2 və 178.2.4-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Cinayət Məcəlləsinin 178.1.-ci maddəsinə əsasən dələduzluq, yəni etibardan sui-istifadə etmə və ya aldatma yolu ilə özgənin əmlakını ələ keçirmə və ya əmlak hüquqlarını əldə etmə min manatdan iki min manatadək miqdarda cərimə və ya üç yüz altmış saatdan dörd yüz səksən saatadək ictimai işlər və ya iki ilədək müddətə islah işləri və ya iki ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 178.2. Eyni əməllər: 178.2.2. təkrar törədildikdə; 178.2.4. xeyli miqdarda ziyan vurmaqla törədildikdə dörd min manatdan yeddi min manatadək miqdarda cərimə və ya bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddəsində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları və ağırlaşdıran halların olmamasını, əvvəllər analoji cinayət törətməsi və alternativ cəzaya məhkum olmasını, lakin bundan nəticə çıxarmayaraq yenidən eyni növ cinayət törətməsi, zərərçəkmiş şəxslərin sayının çoxluğu, habelə barəsində digər rayon polis şöbələrində cinayət işləri üzrə araşdırma materiallarının olmasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməllərinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 178.2.2 və 178.2.4-cü maddələrinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasından başqa digər cəza növlərinin təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Belə ki, məhkəmə qeyd edir ki, CM-in 58.1-ci maddəsinə əsasən, cinayət törətməkdə təqsirli bilinən şəxsə, bu Məcəllənin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilir. Törədilmiş cinayətə görə nəzərdə tutulmuş cəzalardan daha ciddi cəza növü və ya həddi yalnız o halda təyin edilir ki, az ciddi cəza növü və ya həddi cəzanın məqsədlərini təmin edə bilmir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulsa da, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən cəzanın məqsədlərinə çatmaq olmaz və hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha yüngül cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun əməlindən peşman olmasını, dəymiş ziyanı qismən ödəməsi və ailənin yeganə qazanc gətirən şəxsi olmasını CM-in 59-cu maddəsinə əsasən onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alır. CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs əməlində onun cəzasını ağırlaşdıran hallar müəyyən edilmir. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Məhkəmə hesab edir ki, AR.CM-nin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-dən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 05 ay 14 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmalı və üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs barədə seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa, CM-in 56.1.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs təyin edilmiş cəza ümumi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli həbs olunduğu andan yəni, 13 sentyabr 2024-cü il tarixdən hesablanmalıdır. İş üzrə maddi sübut olan 1 ədəd CD disk və 16 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs13 14000 manat maddi ziyan dəyməsi və dəymiş maddi ziyanın 3000 manat hissəsinin, Zərərçəkmiş şəxs12 isə dəymiş 15000 manat maddi ziyanın tamamilə ödənilməsi, digər zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 15000 manat, Zərərçəkmiş şəxs9 9000 manat, Zərərçəkmiş şəxs8 3000 manat, Zərərçəkmiş şəxs5 6200 manat, Zərərçəkmiş şəxs6 5065 manat, Zərərçəkmiş şəxs1 10000 manat, Zərərçəkmiş şəxs7 6520 manat, Zərərçəkmiş şəxs11 4300 manat, Zərərçəkmiş şəxs4 2500 manat, Zərərçəkmiş şəxs10 2321 manat, Zərərçəkmiş şəxs3 7243 manat maddi ziyan dəyməsi və dəymiş maddi ziyanın hazırki vaxtadək ödənilməməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilməli, təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 7243 manat pul vəsaiti və 70 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə verilməlidir. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.2 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il 07 (yeddi) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. AR.CM-nin 69.3-cü maddəsinə əsasən təsirləndirilən şəxs Təqsirləndirilən şəxs xx.xx.2023-dən xx.xx.2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu və həbsdə saxlanıldığı 05 ay 14 gün müddətin bir günü azadlıqdan məhrum etmə cəzasının bir gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılsın və üzərində qəti olaraq 3 (üç) il 01 (bir) ay 16 (on altı) gün azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs həbs edilmək üçün tutulduğu andan yəni, 13 sentyabr 2024-cü il tarixdən hesablansın. İş üzrə maddi sübut olan 1 ədəd CD disk və 16 ədəd ödəniş qəbzi cinayət işinin materiallarında saxlanılsın. İş üzrə zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs13 14000 manat maddi ziyan dəyməsi və dəymiş maddi ziyanın 3000 manat hissəsinin, Zərərçəkmiş şəxs12 isə dəymiş 15000 manat maddi ziyanın tamamilə ödənilməsi, digər zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 15000 manat, Zərərçəkmiş şəxs9 9000 manat, Zərərçəkmiş şəxs8 3000 manat, Zərərçəkmiş şəxs5 6200 manat, Zərərçəkmiş şəxs6 5065 manat, Zərərçəkmiş şəxs1 10000 manat, Zərərçəkmiş şəxs7 6520 manat, Zərərçəkmiş şəxs11 4300 manat, Zərərçəkmiş şəxs4 2500 manat, Zərərçəkmiş şəxs10 2321 manat, Zərərçəkmiş şəxs3 7243 manat maddi ziyan dəyməsi və dəymiş maddi ziyanın hazırki vaxtadək ödənilməməsi nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 mülki iddiası qismən təmin edilsin. Təqsirləndirilən şəxs-mülki cavabdeh Təqsirləndirilən şəxs 7243 manat pul vəsaiti və 70 manat dövlət rüsumu tutularaq zərərçəkmiş şəxs-mülki iddiaçı Zərərçəkmiş şəxs3 xeyrinə verilsin. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxsə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Hökmdən elan olunduğu, həbsdə saxlanılan məhkum tərəfindən isə hökmün və ya müvafiq qərarın surətinin ona verildiyi andan 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-87/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-87/2024
09.12.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver