Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-88/2021 28.04.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs Fazil oğlunun, Müdafiəçi, Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1984-cü ildə İsmayıllı şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, evli, işsiz, əvvəllər məhkum olunmamış, orta təhsilli, Bərdə rayonu Şorəli kəndində qeydiyyatda olan və həmin ünvanda yaşayan, barəsində qətimkan tədbiri seçilməmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərərvurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməsi zərərçəkmiş və şahid ifadələri, Təqsirləndirilən şəxs izahat və ifadəsində Bərdə rayonu Cəyirli kənd sakini Zərərçəkmiş şəxs döyməsini səmimi etiraf etməsi, MTE-nin rəyi və digər təhqiqat sənədləri ilə tam sübuta yetirilmişdir. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O Bərdə rayonu Cəyirli kəndində yaşayan Zərərçəkmiş şəxs təxminən 10-15 ildir ki, tanıyır. Onunla heçbir qəsdi qərəzliliyi yoxdur. Onun qardaşı Aftandil təxminən 5-6 ildir ki, Zabil adlı şəxsin yanında fəhlə kimi işləyir. Son vaxtlarda o maddi vəziyətində olan çətinliklərlə əlaqədar olaraq təxminən 10 gündür ki, Zərərçəkmiş şəxs yanında fəhlə kimi işləyir. Belə ki, Zabil meyvə ağaclarının alqı satqısı ilə məşğul olur. 26.03.2021-ci il tarixdə o və qardaşı Aftandil tanışı Zabil Hüseynova məxsus avtomobil ilə Tərtər rayonuna getmiş və oradan meyvə ağacları yığmışlar. Həmin ağacları Zərərçəkmiş şəxs Lənkəran şəhərinə göndərmişdir və onlar Zabilə köməklik etmişlər. Bunun müqavilində Zabil onlara 215 manat pul verməli olmuşdur, lakin Zabil 60 manat pul əvvəlcədən vermiş və qalan pulu 01.04.2021-ci il tarixdə verəcəyini bildirmişdir. Lakin 01.04.2021-ci il tarixdə Zabil onun pulunu verməmiş və buna görədə 02.04.2021-ci il tarixdə o, qardaşı Aftandil və həyat yoldaşı Mehbarə Bərdə rayonu Cəyirli kəndində yerləşən Zabilin yaşadığı evə getmişdir, həmin vaxt Zabil evdə olmamış, onlar Zabilin anasına oğlu Zabilin onlara 155 manat borcu olduğunu lakin pulu vermədiyini bildirmiş, Zabilin anası onlara 03.04.2021-ci il tarixdə saat 10 radələrində Zabilin pulu verəcəyini bildirmişdir. Bundan sonra 03.04.2021-ci il tarixdə saat 14 radələrində Zabil ona zəng etmiş və Bərdə rayonu Şorəlli kəndinə gəldiyini bildirmişdir. Həmin vaxt o və qardaşı Aftandil yaşadığı kəndinin kənarındakı yola getmişlər. Həmin vaxt Zabil orada olmuşdur. Bundan sonra onlar Zərərçəkmiş şəxs avtomobilinə əyləşmişlər. O arxa oturacağa oturmuş, qardaşı Aftandil isə qabaq oturacağa oturmuşdur. Onlar avtomobilə əyləşdikdə Zabil oturaqlı vəziyyətdə avtomobilin salon hissəsində arxa tərəfə çönərək hansı səbəbdən onun evinə getdiyini soruşmuş, sonra onun evinə getdiyi üçün onu nalayiq sözlərlə təhqir etmiş və həyat yoldaşı ilə bağlı təhqiramiz fikirlər səsləndirmişdir, həmçinin Zabil onun pulunu verməyəcəyini bildirmişdir. Həmin vaxt o hirslənərək Zabilin sifət nahiyəsinə bir dəfə qəsdən yumruqla vurmuşdur. Sonra isə qardaşı Aftandil onu sakitləşdirmiş və avtomobildən düşürdərək öz yaşadığı ev istiqamətində aparmışdır. O avtomobildə Zabil adlı şəxslə aralarında baş verən mübahisə zamanı yolun kənarında başqa insanlar olmamış və onların mübahisə etdiklərini görməmişdir. Onlar arasında mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. Etdiyi əməldən peşmandır. Hal- hazırda zərərçəkmiş şəxslə barışmış və ona dəymiş ziyanı tam ödəmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs Zərərçəkmiş şəxs Fazil oğlu ifadəsində göstərdi ki, o, rəsmi olaraq heçbir yerdə işləmir, fərdi əməklə məşğuldur. O, Bərdə rayonu Şorəli kəndində yaşayan Təqsirləndirilən şəxs təxminən 10-15 ildir ki, tanıyır. Onunla heçbir qəsdi qərəzliliyi yoxdur. Azər və Aftandil onun yanında fəhlə işləyirlər. Belə ki o meyvə ağaclarının alqı satqısı ilə məşğuldur. 01.04.2021-ci il tarixdə o özünə məxsus VAZ-2102 markalı avtomobil ilə Azər və Aftandil ilə birgə Tərtər rayonuna getmiş və oradan tut ağacları almışlar. Onun Azər və Aftandil adlı şəxslərə orada ona köməklik etmələri üçün və ağacları yığdıqlarına görə 200 manat pul borcu yaranmışdır. O həmin şəxslərə həmin gün 60 manat pul vermiş, lakin qalan 140 manat pulu sonra verəcəyini bildirmişdir. Bundan sonra həmin gün o Azərin pulunu verə bilməmiş, çünki həmin gün Mingəçevir şəhərinə getmişdir. O 03.04.2021-ci il tarixdə öz yaşadığı evə geri qayıtmış, bu zaman anası Bəsti ona, 02.04.2021-ci il tarixdə Azər, Azərin adını bilmədiyi həyat yoldaşı və qardaşı Aftandilin onun yaşadığı evə getdiklərini və onun həmin şəxslərə borclu olduğunu bildirərək pullarını istəmələrini bildirmişdir. Bundan sonra həmin gün saat 14 radələrində o Azərə zəng etmiş və görüşmək istədiyini bildirmişdir, Azər ona öz yaşadığı evdə olduğunu bildirmişdir. Buna görədə o özünə məxsus VAZ-2102 markalı avtomobilə əyləşib Bərdə rayonu Şorəli kəndinə getmişdir. O yolda olarkən Azərə zəng etmiş və kəndin girişində olan yolun kənarına gəlməsini istəmişdir, o həmin yerə çatdıqda Azər və qardaşı Aftandil həmin yerə gəlmişlər, sonra həmin şəxslər onun avtomobilinə yaxınlaşıb salona əyləşmişlər. O əvvəlcə 140 manat pulu Aftandilə vermiş və sonra isə o Azərə tərəf çönərək ondan nə səbəbə yaşadığı evə getdiyini soruşmuş və buna görə ona öz iradını bildirmişdir, bu zaman onlar arasında avtomobilin içərisində mübahisə yaranmış və mübahisə zamanı Azər yumruqla onun sifət nahiyəsnə bir dəfə zərbə ilə vuraraq onu döymüşdür. Sonra isə Aftandil Azəri avtomobildən düşürərək oradan aparmışdır. Bundan sonra o həmin şəxs barəsində şikayət etmək qərarına gəlmişdir. O 03.04.2021-ci il tarixdə Azər adlı şəxsin onun avtomobilinin salon hissəsində olarkən yumruqla sifət nahiyəsinə iki dəfə zərbə ilə vuraraq onu döymüşdür. Buna səbəb isə onun Azər adlı şəxsə evinə getdiyinə görə öz iradını bildirməyi olmuşdur. Həmin vaxt yolun kənarında başqa adamlar olmamış və kimsə onlar arasında baş verən mübahisəni görməmişdir. Onlar arasında mübahisə təxminən 2-3 dəqiqə davam etmişdir. O Azər adlı şəxsin onun avtomobilinin arxa oturacağında oturduğunu bildirdi. Hal- hazırda Təqsirləndirilən şəxs ilə barışdıqlarını, ondan heç bir şikayət və tələbinini olmadığını, ona dəymiş ziyanın ödənildiyini bildirərək cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi və bu barədə ərizəni təqdim etdi. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 14-15-ci vərəqələrində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Məhkəmə-Tibbi Ekspertiza və X1 məhkəmə-tibb ekspertizasının 03.04.2021-ci il tarixli 258 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – alt dodaq nahiyəsinin selikli qişasının əzilmiş-cırılmış yarası (tikiş qoyulmuşdur) küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 03.04.2021-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa YÜNGÜL zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 54-cü vərəqəsində olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialının 48-cı vərəqələrində olan Bərdə RİHBnın Bərdə rayon Güloğlular İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakterizə edilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ərizəsindən görünür ki, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs ilə Zərərçəkmiş şəxs Fazil oğlu barışmışdır. Cinayət işinin icraatına xitam verilməsini xahiş etmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs Fazil oğlunun ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs Fazil oğlu ilə cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs oğluna qarşı heç bir şikayəti və tələbi yoxdur, dəymiş ziyan ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayə Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respubikası Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxslə barışdığına görə və müdafiə tərəfinin razılığına əsasən cinayət təqibinə xitam verilməli, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs oğlu cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə madi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin və o, cinayət məsuliyyətindən azad edilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
Məhkəmə qərarları › İş №1(021)-88/2021
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-88/2021
28.04.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver