Məhkəmə qərarları › İş №1(021)-88/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-88/2023

24.07.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-88/2023 24.07.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxx 1993-cü il tarixdə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, subay, orta təhsilli, ifərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, hazırda Ədliyyə Nazirliyinin Pentensiar Xidmətinin 2 saylı istintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktına əsasən Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 0,379 qram, 0,363 qram olmaqla ümumi təmiz çəkisi 0,742 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 yanvar 2023-cü il tarixdə saat 08 radələrində üzərində saxladığı 2 (iki) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 0,379 qram narkotik vasitə olan heroini Bərdə şəhəri, Nizami küçəsində tanışı Şahid6 qanunsuz olaraq 30 manata satmış, həmin gün saat 16:05 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Nizami küçəsi 155 saylı binanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan xırda həcmli cibindən satış məqsədilə saxladığı 2 (iki) ədəd iç-içə sellofan bükümlərdə, təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamla özünü təqsirli bilməyərək ifadəsində özünü Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilərək göstərmişdir ki, o, ünvan 4 ünvanda valideynləri ilə birlikdə yaşamış, rəsmi olaraq heç bir yerdə işləməmişdir. Təxminən 5-6 ay əvvəldən başlayaraq psixotrop maddə olan metamfetamindən, arada bir isə narkotik vasitə olan heroindən istifadə etmişdir. 05 yanvar 2023-ci il tarixdə saat 16:00 radələrində o, yaşadığı evdən çıxıb Bərdə şəhəri, Nizami küçəsi 155 nömrəli binanın qarşısında piyada hərəkətdə olmuş, bu zaman 2 nəfər şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim etmiş, onun qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirmişlər. Polis əməkdaşları xidməti vəsiqələrini göstərərək, onu barəsində olan raport və qərarla tanış edib Bərdə rayon Polis Şöbəsinin inzibati binasına dəvət etmişlər. Burada dəvət olunmuş müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuş, ona hüquq və vəzifələri elan olunmuş və buna dair bildiriş təqdim edilmişdir. Bundan sonra onun üzərində şəxsi axtarış aparılmağa başlanılmış, şəxsi axtarış zamanı üzərində olan qanunla qadağan olunan əşya varsa təqdim etməsi təklif olunmuşdur. Təklifdən sonra əynində olan şalvarının qabaq sol cibimdən "xxxx" markalı mobil telefonu, gödəkçəsinin sol cibindən Magna markalı siqaret qutusunu, gödəkçəsinin sağ yan cibindən qızılı rəngli üzərində “visa” yazılan plastik kartı, şalvarımın arxa sol cibindən 2 ədəd 20 qəpik və iki ədəd 10 qəpik dəmir pulları, şalvarının sağ yan cibinin üzərində olan xırda həcimli cibindən isə 01 ədəd bükümdə, şəffaf polietilen bükülüdə olan narkotik vasitə heroini təqdim edərək masanın üzərinə qoymuşdur. Şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Bundan sonra təqdim etdiyi heroin bükümü elektron tərəzidə çəkilmiş, maddənin çəkisi 0.48 qram olmuşdur. Aşkar olunmuş kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış, üzərinə Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü vurulmuş, zərfin üzəri özü, müdafiəçisi və təhqiqatçı tərəfindən imzalanmışdır. Həmin vaxt üzərindən aşkar olunmuş kütlənin özünə məxsus olduğunu, həmin kütləni Bərdə şəhəri, Heydər Əliyev prospekti Mərkəzi Poçtun arxa tərəfində yaşayan tanıdığı Elşən adlı şəxsdən 04 yanvar 2023-cü il tarixdə axşam saatlarında 50 manata şəxsi istifadəsi üçün aldığını, üzərindən aşkar edilən mobil telefonda Elşənə məxsus nömrə 051 ***-**-** saylı telefon nömrəsi olduğunu demişdir. Polis əməkdaşları tərəfindən ona qarşı saxlanılan zaman heç bir zorakılıq tətbiq edilməmişdir. O, X3 üzərindən aşkar edilərək götürülmüş narkotik vasitətəni verməmiş və ya satmamışdır. 05 yanvar 2023-cü il tarixdə özünə məxsus olan ***-***-**-** nömrəli mobil telefonla Şahid6 istifadəsində olan ***-***-**-** nömrəli mobil telefonla əlaqə saxlamışdır. Üzərinə video çəkilişlə şəxsi axtarış keçirilərkən Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitəni 05 yanvar 2023-cü il tarixdə 30 manata satdığını demişdir. Üzərindən aşkar edilmiş narkotik vasitəni isə 04 yanvar 2023-cü il tarixdə Elşən adlı şəxsdən 50 manata aldığını bildirmişdir. Ancaq o, Elşən adlı şəxsdən narkotik vasitə almamış, nədə Şahid6 narkotik vasitə satmamışdır. O, üzərindən aşkar edilmiş narkotik vasitəni şəxsi istifadəsi üçün saxlamış, həmin narkotik vasitəni heç kimə satmaq fikiri olmamışdır. Qeyd etdiyi kimi Şahid6 və ya hər hası bir şəxsə narkotik vasitə satmamış, eləcə də Elşən adlı şəxsdən narkotik vasitə almamışdır. 09 mart 2023-cü il tarixdə Təqsirləndirilən şəxs istintaqa əlavə verdiyi ifadəsində göstərmişdir ki, ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan edilmiş ittihamla bağlı istintaqa verdiyi əvvəlki ifadəsini təsdiq edir. Həmin ifadəsinə hər hansı bir əlavəsi və ya düzəlişi yoxdur. Azercell Telekom MMC-də onun adına qeydə alınmış nömrələrə dair 24 yanvar 2023-cü il tarixdə Azərcell MMC-dən 1835 nömrə ilə xaric olunmuş mətub və 1 ədəd CD disk Bərdə RPŞ-nə göndərilmişdir. Həmin 1 ədəd CD diskin içərisinə baxış keçirilərkən 504980898_SMS.txt faylının içərisində ona məxsus **********98 nömrəyə ********** saylı mobil telefon nömrəsinə gələn SMS və zəngləri Şahid6 işlədir. Həmin nömrədən ona məxsus olan ********** saylı mobil nömrəyə Şahid6 SMS-lər yazmışdır. ***- ***-**-** saylı nömrə evə məxsusdur, ********** saylı mobil telefon nömrəsi isə tanışı Rəsula məxsusdur. ********** nömrədən ona məxsus olan ********** nömrəyə Rəsul yazmışdır. Ona məxsus olan ********** nömrəyə digər nömrələrdən gələn SMS-ri isə xatırlamır və həmin şəxsləri tanımır. Ona məxsus olan ********** nömrəyə digər nömrələrdən gələn SMS-ri kimlərin yazmasını bilmir. Ona görə də məhkəmədən əməlinin Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsinə tövsif edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid2 göstərmişdir ki, o, hazırda Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində xidmət edir və polis leytenantı rütbəsindədir. 05 yanvar 2023-cü il tarixdə ünvan 5 ünvanda yaşayan Şahid6 məlumat əsasında saxlanılaraq Bərdə rayon polis şöbəsinə gətirilmiş, Şahid6 şübhəli şəxs qismində tutulduqdan sonra üzərində şəxsi axtarış aparılmış, həmin vaxt Şahid6 üzərindən iç-içə keçirilmiş bir ədəd sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütlə aşkar edilərək götürülmüşdür. Sorğu zamanı Şahid6 üzərindən aşkar olunan narkotik vasitə heroini 05 yanvar 2023-cü il tarixdə saat 08 radələrində tanışı Vüsal adlı şəxsdən almasını bildirmişdir. Tərəflərindən aparılan tədbirlər zamanı Şahid6 adını qeyd etdiyi Vüsal adlı şəxsin Təqsirləndirilən şəxs olması müəyyən edilmişdir. Həmin gün, yəni 05yanvar 2023-cü il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs Bərdə şəhəri, Nizami küçəsində saxlanılmış, Təqsirləndirilən şəxs saxlanma səbəbi bildirilməklə Bərdə rayon Polis Şöbəsinin inzibati binasına gətirilmişdir. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçi dəvət edilmiş, polis şöbəsinin inzibati binasında təhqiqatçı tərəfindən Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon polis şöbəsinin KTQ-nun baş inspektoru polis baş leytenantı Şahid4, Bərdə rayon polis şöbəsinin PPXB-nün polis nəfəri X8 və Müdafiəçi1 iştirakı ilə vedeo çəkiliş aparılmaqla şəxsi axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərində narkotik vasitələr, qanunla dövriyyəsi qadağan edilən əşyalar və sənədlər varsa çıxarıb təqdim etməsi təklif olunmuşdur. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan boz-göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan xırda həcmli cibdən bir ədəd, iç-içə keçirilmiş sellofan bükülüdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb masanın üzərinə qoymuşdur. Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış zamanı əlavə olaraq qanuunla dövriyyəsi qadağan edilən hər hansi bir əşya aşkar edilməmişdir. Şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs aşkar edilən bir bükümdə narkotik vasitə heroinə bənzər kütlə olduğu qaydada elektron tərəzidə çəkilmiş və bükümün çəkisinin 0,48 qram olması müəyyən edilmişdir. Aşkar olunan büküm bir ədəd ağ zərfdə qablaşdırılaraq, üzəri imzalanıb, Azərbaycan Respublikasə DİN-nin 94 saylı möhürü vurulub ekspertizaya təqdim edilməsi üçün götürülmüşdür. Sorğular zamanı Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə heroini Elşən adlı şəxsdən 04 yanvar 2023-cü il tarixdə axşam saatlarında 50 manata almasını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış başa çatdırılmışdır. Şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin əməkdaşları Şahid3 Maəmməd oğlu və Şahid4 mahiyyəti üzrə eyni məzmunlu ifadələr verib, Şahid2 ifadəsində göstərilənləri təsdiq etmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilərək ifadəsi alınmış Şahid6 ifadəsində göstərmişdir ki, o, ünvan 5 ünvanda azyaşlı qızı Nuray Məhərrəmova ilə birlikdə yaşayır. Bir il olar narkotik vasitə heroindən (kakosdan) çəkmə yolu ilə istifadə edir. Narkotik vasitələrdən istifadə edən zaman heç kimə təklif etməmiş və satmamışdır. Təqsirləndirilən şəxs təxminən 5-6 ay olar qonşu evinə gəlib-gedəndən tanımış, onunla aralarında heç bir ədavət və düşmənçilik olmamışdır. 05 yanvar 2023-cü il tarixdə gecə saatlarında o, istifadəsində olan ***-***-**-** nömrə ilə Təqsirləndirilən şəxs istifadəsində olan ***-***-**-** nömrəyə zəng edərək, Vüsala narkotik vasitə satın almaq istədiyini bildirmişdir. Vüsal da etiraz etməyərək onunla əlaqə saxlayacağı vədini vermiş, 05 yanvar 2023-cü il tarixdə saat 08 radələrində Vüsal onun yaşadığı evin qarşısına gəlmiş, özü də binanın qarşısına çıxaraq Vüsal ilə görüşmüş, həmin vaxt ona Vüsal əvvəlcədən əlinin içərisində olan selefon bükümünü vermiş və həmin bükümün dəyərinin 30 manat olduğunu bildirmişdir. Bundan sonra o, Vüsala aldığı narkotik vasitələnin qarşılığında 30 manat pul vermiş, sonra öz yaşadığı evə daxil olmuş, Vüsal isə oradan uzaqlaşıb getmişdir. Vüsaldan aldığı 1 ədəd bükümdən istifadə etməyib cibinə qoyub saxlamışdır. 05 yanvar 2023-cü il tarixdə onun üzərinə Bərdə rayon polis şöbəsində şəxsi axtarış keçirilmiş və həmin vaxt vüsaldan aldığı narkotik vasitə heroin aşkar edilib götürülmüşdür. Polis əməkdaşları tərəfindən ondan narkotik vasitə olan heroini hardan əldə etməsi sorşulmuş, polis əməkdaşlarına narkotik vasitəni tanışı vüsaldan almasını bildirmişdir. Vüsalın ifadəsində ona narkotik vasitə heroin satmaması barədə göstərdikləri tamamilə yalandır, ona bir bükümdə narkotik vasitə heroini Vüsal 30 manat pul müqabilində satmışdır. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid1 ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs Bərdə şəhər sakni kimi tanıyır, həmçinin Vüsalın dəmir-qapı pəncərə ustası kimi tanıyır. Onunla Vüsal arasında heç bir narazlıq ədavəti və ya düşmənçiliyi olmamışdır. Bundan əlavə olaraq bildirirmişdir ki, ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxsla eyni gündə tutulan Şahid6 da əvəllər tanımışdır. Könül ilə onun arasında normal münasibət olmuşdur. Könül ilə onun aralarında heç bir narazılıq ədavət və düşmənçiliyi olmamışdır. Könül tutulmayana kimi gediş-gəlişləri olmuşdur. Ondan başqa Təqsirləndirilən şəxs da Könül ilə əlaqəsi olduğunu bilmişdir. O,Vüsalı Könülün yaşadığı binada tanımışdır. 2023-cü ilin əvvəllərində o, bilmişdir ki, Könül ilə Vüsal narkotik üstündə tutulmuşdur. Ancaq onların heç biri ilə narkotik vasitə istifadə etməmiş onlardan narkotik vasitə almamış və onlara heç bir narkotik vasitə satmamışdır. 05 yanvar 2023-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilərkən və izahatı alınarkən üzərindən aşkar edilmiş narkotik vasitə olan heroni 04 yanvar 2023-cü il tarixdə axşam tərəfi ona məxsus olan 051 708 11-88 nömrə ilə əlaqə saxlayıb H.Əliyev prospektində ondan 50 manata aldığını deməsi ilə bağlı bildirmişdur ki, Təqsirləndirilən şəxs yalan deyir o, Vüsala heç bir narkotik vasitə satamaış və Təqsirləndirilən şəxs 04 yanvar 2023-cü il tarixdə ona narkotik vasitə ilə bağlı heç bir zəng etməmişdir. Təqsirləndirilən şəxs nə səbəbə görə narkotik vasitəni ondan almasını deməsi ilə bağlı bildirmişdir ki, onun Könül ilə də münasibəti olmuşdur. Həmin günü Könül də narkotik üstündə tutulmuşdur. Onun xalası oğlu X2 rayon Polis Şöbəsində əməliyyat müvəkkili işlədiyinə görə Vüsal elə bilmişdir ki, onaları o, satmışdır. Ona elə gəlir ki, Vüsal ona görə də onun adını vermişdir. Ancaq o, Vüsala heç bir narkotik vasitə satamamışdır. İbtidai istintaq zamanı ifadə vermiş və məhkəmə iclasında ifadəsi elan edilərək tədqiq edilmiş Şahid5 ifadəsində göstərmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Gəncə Dövlətb Universitetinin İqtisadiyyat və idarəetmə fakultəsinin 2-ci kurs tələbəsidir. Bərdə rayon X15 Bölməsində Bərdə şəhər sakini Təqsirləndirilən şəxs barəsində olan cinayət işi ilə əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs onun qonşusudur, həmçinin Vüsalın dəmir-qapı pəncərə ustası kimi tanıyır. Onunla Vüsalın arasında heç bir narazlıq ədavəti və ya düşmənçiliyi olmamışdır. Bundan əlavə olaraq ünvan 6-də yaşayan Təqsirləndirilən şəxsla eyni gündə tutulan Şahid6 da əvəllər tanıyır, Könül ilə onun arasında heç bir narazıklıq ədavət və düşmənçiliyi olmamışdır. Təqsirləndirilən şəxs da Şahid6 tanıdığını bilmişdir. 2023-cü ilin əvvəllərində bilmişdir ki, Könül ilə Vüsal narkotik üstündə tutulmuşdur. Təqsirləndirilən şəxs məxsus olan ********** saylı nömrəsinə onun istifadəsində olan ********** saylı mobil nömrə ilə yazılan SMS-lə tanış olmuş, ********** saylı mobil nömrə ona məxsusdur və onun istifadəsindədir. Təqsirləndirilən şəxs məxsus olan itel markalı mobil telefona baxış keçirilərkən Resul Cin adı ilə yazılmış ********** saylı nömrədən ********** saylı nömrəyə 04 yanvar 2023-cü il tarixdə saat 18:50 dəqiqədə “Men olum niye bele edirsen qaqa? Men sene qarsı ne qeder yaxsi oluram amma qarsılıq gormurem canin sağ olsun” 04 yanvar 2023-cü il tarixdə saat 19:48 dəqiqədə “Ay qaqa men olum biye bele edirsen gelmirsen? Gozlemiyim seni? Gelirsen?”, 04 yanvar 2023-cü il tarixdə saat 20:04 dəqiqədə “Yeke oğlansanbele hereketin hec yeri yoxdu qaqa, Canin sağ olsun gun bu gun deyilki her gecənin bir seheri vardir elbet.” 04 yanvar 2023-cü il tarixdə saat 22:39 dəqiqədə “men olum qaqa ureyim partliyir evdə zəng ele gorusek, necə vaxtdi deyirsenamma yigmirsan.” 04 yanvar 2023-cü il tarixdə saat 22:41 dəqiqədə “Eger meni yigmiyasansa denen gozlemeyim necə saatdi bagrim partladi gozlemekden qaqa.” məzmunnda SMS-lər vardır.Bu SMS yazışmaları ilə əlaqədar bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmasını bilmişdir ona görə də Vüsaldan narkotik vasitə almağı üçün özünə məxsus olan ********** saylı nömrədən Vüsalın istifadəsində olan ********** saylı nömrəyə SMS-lər yazıb ondan narkotik vasitə istəmişdir. Ancaq o, Vüsaldan narkotik vasitə ala bilməmiş və narkotik vasitə istifadə edə bilməmişdir. Bundan başqa Bərdə rayon Məhkəməsinin 10 yanvar 2023-ci il tarixli qərarına əsasən Təqsirləndirilən şəxs məxsus olan ********** saylı nömrə "xxxx" MMC tərəfindən tərtib edilərək 24 yanvar 2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinə göndərilmiş, içərisində zənglər, SMS mətnləri və abunəçilərə dair məlumatlar olan diskə baxış keçirilərkən, 24 noyabr 2022-ci il tarixdə ona məxsus olan ********** saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan ********** saylı mobil nömrəyə “Mene biraz pati ver qaqa imkan varsa eve gedib cixacan Efsane gile. eger imkan varsa”, 25 noyabr 2022-ci il tarixdə sizə məxsus ********** saylı mobil nömrədən, Vüsala məxsus olan ********** saylı mobil nömrəyə, “Elaqe saxla menle qaqa isim var senle vajnidi” məzmunda, 25 noyabr 2022-ci il tarixdə Vüsala məxsus ********** saylı mobil nömrədən, sizə məxsus olan ********** saylı mobil nömrəyə, “X26 Yaz” məzmunda, 25 noyabr 2022-ci il tarixdə sizə məxsus olan ********** saylı mobil nömrədən Vüsala məxsus olan ********** saylı mobil nömrəyə “Qaqa 10 Manat verecek sene, sene verdiyim telin dasin ver ona” məzmunda, 27 noyabr 2022-ci il tarixdə sizə məxsus ********** saylı mobil nömrədən Vüsala məxsus olan ********** saylı mobil nömrəyə “Qaqa netersen, ne olub ne meseledi? Taciynan gorusme, zengde eleme. Ozum gorusecem senle birazdan qaqa hel ederik” məzmunda, 29 noyabr 2022-ci il tarixdə sizə məxsus olan ********** saylı mobil nömrədən Vüsala məxsus olan ********** saylı mobil nömrəyə “Qaqa gozleme get eve danisdim en azi 1 saata goture bilerik. Xeber edecem meni yigan kimi tel yaninda olsun ki yiganda ac”, “Qaqa gozleme get eve danisdim en azi 1 saata goture bilerik. Xeber edecem meni yigan kimi tel yaninda olsun ki yiganda ac” “Qaqa saxlaya bilsez menede saxlan. 15-20 Deq cixacam” məzmunda, 04 yanvar 2023-cü il tarixdə sizə məxsus olan ********** saylı mobil nömrədən, Vüsala məxsus olan ********** saylı mobil nömrəyə,”Men olum qaqa ureyim partliyir evde zeng ele gorusek, nece vaxdi deyirsen amma yigmirsan” məzmunda olan SMS-lərlə bağlı bildirmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə satmasını bildiyinə Vüsaldan ondan narkotik vasitə almağı üçün özünə məxsus olan ********** saylı nömrədən Vüsalın istifadəsində olan ********** saylı nömrəyə dəfələrlə SMS-lər yazıb Vüsaldan narkotik vasitə istəmişir. Ancaq Vüsalın mobil telefon nömrəsinə dəfələrlə yazıb narkotik vasitə istəsə də o, Vüsaldan narkotik vasitə ala bilməmiş və narkotik vasitə istifadə edə bilməmişdir. Məhkəmə istintaqı zamanı əlavə şahid qismində dindirilərək ifadəsi alınmış şahid X6 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələr satmır, lakin istifadəçisi olmuşdur. Bundan başqa X6 məhkəmə istintaqı zamanı ona ünvanlanan suallara cavab olaraq bildirdi ki, Şahid6 Cavanşır qızı qonşusu olub. Üçü bir yerdə tanış olmamışlar. Yaxın qonşu olmuşlar. Könül narkotik vasitə alüdəçisir. Könülün Vüsaldan narkotik alması ilə bağlı ifadələri yalandır. Vüsalı keçən ilin yanvar ayının 1-dən tanıyır. İnternet vasitəsi ilə tanış olmuşdur. Sevgili münasibətində olmuşdur. Münasibətdə olduqları müddətdə istifadə etməmişdir. Xeyr o, istifadə etmirdi. Vüsalla həftədə iki dəfə görüşürdü. Çox vaxt işləri olurdu. Tez-tez görüşə bilmirdilər. Yadında deyil narkotik vasitəni haradan əldə edib. Vüsalı tanımazdan əvvəl istfadə etmişdir. Bir ildən çoxdu narkotik istifadə etmir. Axırıncı dəfə nə vaxt almağı yadında deyil. O, Vüsaldan narkotik vasitə almamışdır. Könüllə Vüsalı o, tanış etməyib. Onlar əvvəl tanıyırdılar bir birilərini. O, Bərdədə yox, Bakıda yaşayır. Evdə olanda Vüsal narkotiki verirdi Könül doldururdu. Cibində bir-iki dəfə olub. Balaca bir şey olur. Başqa heçnədən xəbəri yoxdur. Vüsal darvaza ustası idi. İşə gedib işdən gəlirdi. Kətəlparaq kəndində işləyirdi. Uşağa baxırdı, mənə baxırdı. Sadəcə hər dəfə gələndə ərzaq alırdı. Hal-hazırda uşağa atası baxır. Lakin biz Vüsal ilə sevgili olanda uşağın atası yox idi yanında. Vüsal gündəlik 6-7 manat pul xərcləyirdi ona və uşağına. Vüsal hər gün işdə olurdu. Hər sifarişdən 300-400 manat pul qalırdı. Xeyr üzərində gündəlik narkotik olmurdu. 2-3 gündən bir. O, narkotik vasitənin formasını görməmişdir. Yalnız siqaretdə görmüşdür. Vüsal siqaretdə hazırlamağı bacarmadığı üçün Könül hazırlayırdı. O, Vüsalın narkotiki hardan alması və necə gətirməsi barədə məlumatı yox idi. Onun qaldığı evdə narkotik olmamışdır. Evə gələndə isə kiçik bir narkotiklə gəlirdi, oda çəkilirdi. Cinayət işi materiallarından görünür ki, 07 yanvar 2023-cü il tarixdə şübhəli şəxslər Şahid6 və Təqsirləndirilən şəxs arasında üzləşdirmə aparılmış, Şahid6 üzləşmə zamanı Təqsirləndirilən şəxs üzünə ondan 05 yanvar 2022-ci il tarixdə saat 08 radələrində yaşadığı evin qarşısında 30 manat pul müqabilində bir ədəd bükümdə narkotik vasitə heroin almasını, Təqsirləndirilən şəxs üzləşmə zamanı yalan danışmasını demişdir. Təqsirləndirilən şəxs üzləşmə zamanı Şahid6 dediklərini təkzib etmiş, Şahid6 narkotik vasitə satmadığını və ondan 30 manat məbləğində pul almadığını bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 05 yanvar 2023-cü il tarixli şəxsi axtarış və götürmə aparılmasına haqqında protokolun surətindən görünür ki, həmin gün saat 13:48dən başlayaraq saat 14:06-dək olan müddət ərzində video çəkilişlə Bərdə rayon polis şöbəsində Şahid6 müdafiəçisi X7 iştirakı ilə hüquq və vəzifələri izah edilib, Şahid6 qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif olunmuş, həmin vaxt Şahid6 əynində olan qara rəngli şalvarın sağ yan cibindən “Vinchester” markalı siqareti, “Avion” markalı kibriti, “Redmi” markalı mobil telefonu, şalvarın sol cibindən bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb stolun üzərinə qoymuş, Şahid6 üzərindən aşkar edilən 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm aşkar olduğu qaydada elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,50 qram olması müəyyən edilmiş və ağ rəngli zərfdə qablaşdırılıb üzəri möhürlənib, proses iştirakçıları tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Şahid6 sörğu zamanı həmin kütləni Bərdə şəhəri Nizami küçəsində onunla qonşuluqda yaşayan Vüsal adlı şəxsdən xx.xx.2023-cü il tarixdə saat 08:00 radələrində 30 manata aldığını və həmin bükümü özü üçün istifadə edəcəyəni bildirmişdir. Cinayət işi materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsinə dair protokolun və protokola əlavə edilmiş diskin surətindən görünür ki, baxış protokoluna əlavə edilmiş bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 05 yanvar 2023-cü il tarixdə 13 dəqiqə 45 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, baxış keçirilməmişdən əvvəl Bərdə rayon X17 Bölməsinin təhqiqatçı polis mayoru X20 bildirir ki, Bərdə rayon X10 Mübarizə Qrupunun əməliyyat müvəkkili polis leytenantı X21 xx.xx.2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinə raportla məruzə edərək Bərdə şəhəri Nizami küçəsi ev 155 mənzil 80-də yaşayan xx.xx.1999-cu il təvəllüdlü Şahid6 narkotik vasitləri üzərində saxlamasında kifayət qədər əsaslar olduğundan həmin gün saat 12:30 radələrində Bərdə şəhəri Nizami küçəsində saxlanılaraq Bərdə Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Bununla bağlı Şahid6 üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Şəxsi axratış keçirilməsində iştirak edən şəxslər təqdim edir, Bərdə Bərdə rayon Polis Şöbəsinin NMQ-nun əməliyyat müvəkkili polis leyetnantı X21, Bərdə Bərdə rayon X12 Məsələləri qrupunun baş inspektoru polis leytenantı X18, Bərdə rayon Polis Şöbəsinin KTQ-nun inspektoru polis baş leytenantı Şahid4 və Bərdə rayon Vəkil bürosunun vəkili X7 iştirak etdiklərini bildirir. Təqhiqatçı tərəfindən şəxsi axtarış keçirilməzdən əvvəl şübhəli şəxs qismində tutulmuş şəxsə hüquq və vəzifələri haqqında bildiriş elan olunur. Şübhəli şəxsdən narkotik vasitə istifadə edibetməməsi soruşulur, 1 ildir narkotik vasitə istifadə etdiyini deyir. Şübhəli şəxsdən üzərindən aşkar edilmiş narkotik vasitəni kimdən əldə etməsi soruşulur şübhəli şəxs qonşusu Vüsaldan səhər saat 8-də götürdüyünü deyir. Şübhəli şəxsdə üzərində narkotik vasitə oubolmaması və üzərində nə vardırsada təqdim edilməsi deyilir. Şübhəli şəxs əyində olan qara rəngli şalvarın sağ yan cibindən 1 ədəd mobil telefon, 1 ədəd kibrit qutusu, 1 ədəd siqaret qutusu və şalvarın sağ yan cibindən 1 ədəd şəffaf rəngli sellofan kəsiyini çıxardıb masanın üzərinə qoyur. Şübhəli şəxsdən bükülünün içərisində nə olması soruşulur, kakos olduğunu deyir. Kimdən əldə etməsi soruşulur, Vüsaldan səhər tezdən saat 8-də 30 manata telefon vasitəsilə əlaqə saxlayıb aldığını deyir. Şübhəli şəxsdən Vüsalın mobil telefon nömrəsi soruşulur, Vüsalın ********** saylı nömrəsinin olduğunu deyir. Şahid6 mobil telefonunda olan zənglərə baxan zaman ********** nömrənin olması həmin nömrədən axırıncı dəfə 05 yanvar 2023-cü il tarixdə saat 11:20, 10:40, 04:48 və digər vaxtlarda zəng olunduğu görsənir. Şübhəli şəxsin üzərinə şəxsi axtarış keçirilir qanunla qadağan edilmiş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd ağ rəngli sellofan bükülüdə olan narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilir ümumi çəkis 0,50 qram gəlir.Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd kibrit qutusu, 1 ədəd siqaret qutusu sübut əhəmiyyətinə malik olmadığından qaytarılıb özünə verilir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kəsiyində olan narkotik vasitəyə oxşar kütlə ağ rəngli zərfə qoyularaq üzəri 94 sayı möhürlə möhürlənir və zərfin üzəri iştirakçılar tərəfindən imzalınır. Bundan sonra şübhəli şəxsin üzərindən aşkar edilərək götürülmüş 1 ədəd Redmi markalı mobil telefon ağ rəngli zərfə qoyulub qablaşdırılır, üzəri 94 saylı möhürlə mühürlənir və üzəri iştirakçılar tərəfindən imzalanır. Şübhəli şəxs X13 adlı şəxsi hardan tanıdığı soruşulur, qonşularına gəlib-gedən vaxt tanıdığını, əvəllər aralarında hər hansı bir münaqişə olmadığını deyir. Bundan sonra şəxsi axtarış yekunlaşdırılır. Cinayət işi materiallarına əlavə edilmiş 05 yanvar 2022-ci il tarixli şəxsi axtarış və götürmə aparılmasına haqqında protokoldan görünür ki, həmin gün saat 16:55 dəqiqədən 17:13 dəqiqəyədək olan müddət ərzində şəxsi axtarış və götürmə aparılarkən əvvəl şübhəli şəxs Təqsirləndirilən şəxs qərarla tanış edilərək paltarlarında, əşyalarında və ya bədənində olması ehtimal edilən narkotik vasitələri, qanunla dövriyyəsi qadağan edilmiş, yaxud iş üzrə sübut əhəmiyyətinə malik ola biləcək digər əşyaları və ya sənədləri könüllü surətdə verməsi təklif edilir. Bundan sonra Təqsirləndirilən şəxs əynindəki boz-göy rəngli cins şalvarın ön sol cibindən bir ədəd "xxxx"markalı mobil telefonu, əynində olan gödəkçəsinin sol cibindən “Maqna” markalı siqaret qutusunu, gödəkçənin sağ cibindən üzərində viza yazılan plastik kartı, şalvarının arxa sol cinində olan 2 ədəd 20 qəpik, 2 ədəd 10 qəpik dəmir pulları, şalvarın sağ cibinin üzərində olan xırda cibdən isə bir ədəd şəffaf polietilen bükümdə narkotik vasitə heroinə bənzər kütləni çıxarıb stolun üzərinə qoymuş, Təqsirləndirilən şəxs üzərindən aşkar edilən 01 ədəd içərisində narkotik vasitə heroinə bənzər kütlə olan büküm aşkar olduğu qaydada elektron tərəzidə çəkildikdə ümumi çəkisinin 0,48 qram olması müəyyən edilmiş və ağ rəngli zərfdə qablaşdırılıb üzəri möhürlənib, proses iştirakçıları tərəfindən imzalandıqdan sonra ekspertizaya təqdim olunması üçün götürülmüşdür. Cinayət işi materiallarına əlavə edilmiş 06 yanvar 2023-cü il tarixli diskə baxış keçirilməsinə dair protokoldan və protokola əlavə edilmiş diskdən görünür ki, bir ədəd diskdə bir ədəd video görüntü vardır, həmin video çəkiliş 05 yanvar 2023-cü il tarixdə 17 dəqiqə 05 saniyə müddətində çəkilmişdir. Həmin video görüntüdən görünür ki, baxış keçirilməmişdən əvvəl Bərdə rayon Polis Şöbəsinin TB-nin təhqiqatçı polis mayoru X20 şübhəli şəxs Təqsirləndirilən şəxs bildirir ki, Bərdə Bərdə rayon Polis Şöbəsinə 05 yanvar 2023-cü il tarixdə daxil olmuş əməliyyat məlumatı əsasında Bərdə şəhəri Nizami küçəsi ev 155 mənzil 80-də yaşayan Şahid6 qanunsuq olaraq üzərində narkotok vasitə əldə etməsi saxlamasınıda və gəzdirməsində şübhəli bilindiyi üçün Bərdə RPŞ-nin əməkdaşları tərəfindən saxlanılaraq Bərdə rayon Polis Şöbəsinə gətirilmiş və Şahid6 şübhəli şəxs qismində tutularaq üzərinə şəxsi axtarış və götürmə istintaq hərəkəti keçirilmiş onun üzərindən 1 ədəd şəffaf rəngli bükümdə narkotik vasitə olan heroin aşkar edilmişdir. Çəkiliş zamanı Şahid6 həmin narkotok vasitəni Bərdə şəhər sakini Vüsal adlı şəxsdən xx.xx.2023cü il tarixdə saat 8 radələrində 30 manata aldığını bildirmişdir. Bunun əsasında raporta məruzə edilərək Vüsal adlı şəxsin kimliyi müəyyən edilərək Bərdə Bərdə rayon Polis Şöbəsinə gətirilmişdir. Bununla əlaqıdar olaraq Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zərurəti yaranmışdır. Şəxsi axtarışda iştirak edən şəxslər təhqiqatçı tərəfindən təqdim edir, Bərdə rayon Polis Şöbəsinin CAB-nin əməliyyat müvəkkili polis leytenantı Şahid2, Bərdə rayon Polis Şöbəsinin PPXB-nün tağım komandiri polis baş leytenantı Şahid3, Bərdə rayon Polis Şöbəsinin TKQ-nun inspektoru polis baş leytenantı Şahid4 və Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi1 və xx xxxx 1993-cü ildə Bərdə şəhərində anadan olmuş, ünvan 7 ünvanda yaşayan Təqsirləndirilən şəxs iştirak etdiklərini bildirir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməzdən əvvəl təhqiqatçı tərəfindən Azərbaycan Respublikası Cinayət Prosesual Məcəlləsinin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifəri izah edilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs sual verilir ki, Şahid6 üzərinə şəxsi axtarış keçirilərkən həmçinin izahatında üzərindən aşkar edilmiş narkotik vasitəni ondan aldığını bildirmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs bəli deyir. Şübhəli şəxsdən nə vaxt satdığını və neçəyə satdığı soruşulur. Bu gün səhər 30 manata satdığını deyir, şübhəli şəxs 5-6 aydır narkotik vasitə istifadə etdiyini deyir. Necə dəfə satdığı soruuşulur, 1 dəfə satdığını deyir. Bundan sonra şübhəli şəxsə üzərində narkotik vasitə vardırsada masanın üzərinə qoyulması deyilir. Şübhəli şəxs Təqsirləndirilən şəxs əyinində olan cins şalvarın sol qabaq cibindən 1 ədəd itel markalı mobil telefon, əynində olan gödəkcənin sol yan cibindən 1 ədəd siqaret qutusunu, gödəkcənin sağ yan cibindən 1 ədəd plastik kart, şalvarının sol arxa cibindən qəpiklər və şalvarın sağ qabaq kiçik cibindən 1 ədəd sellofan kəsiyi bükülünü çıxardıb masanın üzərinə qoyur. Şübhəli şəxsdən həmin bükülünün nə olması soruşulur heroin olduğunu deyir. Haradan aldığı soruşulur şübhəli şəxs Elşad adlı şəxsdən sonra isə Elşən adlı şəxsdən 50 manata axşam yəni 04 yanvar 2023-cü il tarixdə “sayıstros” adlanan ərazidə aldığını deyir. Elşən adlı şəxsin Bərdə şəhəri H.Əliyev prospektində yaşadığını deyir. Elşən adlı şəxsin mobil telefon nömrəsi, soruşulur mobil telefon nömrəsinin olduğunu dünən axşam danışdığını deyir mobil telefona baxılır, mobil telefonun kontaktında Elsad adı ilə qeyd edilmiş ********** nömrəsinin olması müəyyən edilir. Şübhəli şəxsdən Şahid6 ilə harada görüşdüyü soruşulur, ünvan 6 ünvanında görüşüb mobil telefona əlaqə saxldığını deyir, mobil telefona baxılır şübhəli şəxs Şahid6 adının mobil telefonda mosqa yazdığını deyir. Mobil telefonun zənglərinə baxılır mobil telefonda zənglərdə mosqa adı ilə ********** nömrənin olması müəyyən olunur. Şahid6 ilə sonuncu dəfə 11:26 dəqiqədə danışdığı göstərilir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə oxşar kütlə aptek tərəzisində çəkilir ümumi çəkis 0,48 qram gəlir. Bundan sonra şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilərkən qanunla qadağan olunmuş hər hansı bir əşya və ya predmet aşkar edilmir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd itel markalı mobil telefon ağ rəngli zərfə qoyulub qablaşdırılır, həmçinin şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd sellofan kəsiyində olan kütlə ağ rəngli zərfə qoyularaq qablaşdırıl, üzərləri iştirakçılar tərəfindən imzalanır. Təhqiqatçı şübhəli şəxsdən Elşən adlı şəxsdən əvəllər narkotik vasitə alıb-almadığı soruşulur arada bir aldığını deyir. Hər dəfə alanda 50 manata aldığını soruşulur, şübhəli şəxs yox deyir. Elşən adlı şəxsin ünvanı soruşulur şübhəli şəxs “sayıstros” adlanan ərazidə poçtun arxasında qaldığını deyir. Şübhəli şəxsin üzərindən aşkar edilmiş 1 ədəd siqaret qutusu, 1 ədəd plastik kart və 60 qəpik sübut əhəmiyyətinə malik olmadığından özünə qaytarılıb verilir. Bundan sonra şəxsi axtarış yekunlaşdırılır. Cinayət işi materiallarına əlavə edilmiş 06 yanvar 2022-ci il tarixli mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, 01 ədəd itel markalı mobil telefona baxış keçirən zamanı məyyən olunur mobil telefon tünd göy rəngdədir, sadə mobil telefondur. Mobil tefefonun üst hissəsinə itel sözü yazılmışdır. Mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin olması görünür. 05 yanvar 2023-cü il tarixdə şübhə şəxs Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman və izahatında üzərindən aşkar edilmiş narkotik vasitəni həmin gün özünün istifadəsində olan ********** nömrə ilə Vüsal adlı şəxsin istifadəsində olan ********** saylı nömrə ilə əlaqə saxlayıb 30 manata aldığını bildirmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axratış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni 04 yanvar 2023-cü il tarixdə Elşən adlı şəxsdən 50 manata almasını bildirmişdir. Bununla bağlı ona məxsus olan itel markalı mobil telefonda olan zənglərə, sms-lərə baxan zaman ekranda görsənir ki, 04 yanvar 2023-cü il tarixdə saat 25:53 dəqiqədə mosqa adı yazılmış şəxsin ********** saylı nömrədən ********** saylı nömrəyə, 05 yanvar 2023-cü il tarixdə saat 10:11 dəqiqədə, 10:12 dəqiqədə, 10:13 dəqiqədə, 10:21 dəqiqədə, 10:26 dəqiqədə, 10:30 dəqiqədə, 10:36 dəqiqədə, 10:41 dəqiqədə, 11:26 dəqiqədə, ***-***-**-** saylı nömrəyə zənglərin olunduğu məyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs məxsus itel markalı mobil telefonun SMS-nə baxan zaman mosqa adlı yazılmış ********** saylı nömrədən xx.xx.2023-cü il tarixdə saat 17:44 dəqiqədə “Alinmir denən alınmırda məcbur elemirem ha seni camahata söz dedizdirsen nese” məzmunda, yazılar vardır. Təqsirləndirilən şəxs məxsus olan itel markalı mobil telefona baxış keçirilərkən Resul Cin adı ilə yazılmış ********** saylı nömrədən ********** saylı nömrəyə 04 yanvar 2023-cü il tarixdə saat 18:50 dəqiqədə “Men olum niye bele edirsen qaqa? Men sene qarsı ne qeder yaxsi oluram amma qarsılıq gormurem canin sağ olsun” 04 yanvar 2023-cü il tarixdə saat 19:48 dəqiqədə “Ay qaqa men olum biye bele edirsen gelmirsen? Gozlemiyim seni? Gelirsen?”, 04 yanvar 2023-cü il tarixdə saat 20:04 dəqiqədə “Yeke oğlansanbele hereketin hec yeri yoxdu qaqa, Canin sağ olsun gun bu gun deyilki her gecənin bir seheri vardir elbet.” 04 yanvar 2023-cü il tarixdə saat 22:39 dəqiqədə “men olum qaqa ureyim partliyir evdə zəng ele gorusek, necə vaxtdi deyirsenamma yigmirsan.” 04 yanvar 2023-cü il tarixdə saat 22:41 dəqiqədə “Eger meni yigmiyasansa denen gozlemeyim necə saatdi bagrim partladi gozlemekden qaqa.” məzmunnda SMS-lər vardır. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan itel markalı mobil telefona baxış keçirilərkən telefonun kontaktında Elşad adlı ilə yazılmış ********** saylı nömrə ilə yazılmışdır. Ancaq telefonun zəngələrində və ya SMS-də ********** saylı nömrə ilə hər hansı bir zəngin və SMS yazışmalarının olmadığı müəyyən edildi. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş 06 yanvar 2022-ci il tarixli mobil telefona baxış keçirilməsinə dair protokoldan görünür ki, 01 ədəd itel markalı mobil telefona baxış keçirən zamanı məyyən olunur mobil telefon tünd göy rəngdədir, sadə mobil telefondur. Mobil tefefonun üst hissəsinə itel sözü yazılmışdır. Mobil telefona baxış keçirilən zaman içərisində müxtəlif tarixlərdə müxtəlif mobil nömrələrdən gələn zənglərin, sms-lərin olması görünür. 05 yanvar 2023-cü il tarixdə şübhə şəxs Şahid6 üzərinə şəxsi axtarış keçirilən zaman və izahatında üzərindən aşkar edilmiş narkotik vasitəni həmin gün özünün istifadəsində olan ********** nömrə ilə Vüsal adlı şəxsin istifadəsində olan ********** saylı nömrə ilə əlaqə saxlayıb 30 manata aldığını bildirmişdir. Bundan başqa şübhəli şəxs Təqsirləndirilən şəxs üzərinə şəxsi axratış keçirilən zaman üzərindən aşkar edilmiş narkotik vasitəni 04 yanvar 2023-cü il tarixdə Elşən adlı şəxsdən 50 manata almasını bildirmişdir. Bununla bağlı ona məxsus olan itel markalı mobil telefonda olan zənglərə, sms-lərə baxan zaman ekranda görsənir ki, 04 yanvar 2023-cü il tarixdə saat 25:53 dəqiqədə mosqa adı yazılmış şəxsin ********** saylı nömrədən ********** saylı nömrəyə, 05 yanvar 2023-cü il tarixdə saat 10:11 dəqiqədə, 10:12 dəqiqədə, 10:13 dəqiqədə, 10:21 dəqiqədə, 10:26 dəqiqədə, 10:30 dəqiqədə, 10:36 dəqiqədə, 10:41 dəqiqədə, 11:26 dəqiqədə, ***-***-**-** saylı nömrəyə zənglərin olunduğu məyyən edildi. Bundan başqa Təqsirləndirilən şəxs məxsus itel markalı mobil telefonun SMS-nə baxan zaman mosqa adlı yazılmış ********** saylı nömrədən 04 yanvar 2023-cü il tarixdə saat 17:44 dəqiqədə “Alinmir denən alınmırda məcbur elemirem ha seni camahata söz dedizdirsen nese” məzmunda, yazılar vardır. Təqsirləndirilən şəxs məxsus olan itel markalı mobil telefona baxış keçirilərkən Resul Cin adı ilə yazılmış ********** saylı nömrədən ********** saylı nömrəyə 04 yanvar 2023-cü il tarixdə saat 18:50 dəqiqədə “Men olum niye bele edirsen qaqa? Men sene qarsı ne qeder yaxsi oluram amma qarsılıq gormurem canin sağ olsun” xx.xx.2023-cü il tarixdə saat 19:48 dəqiqədə “Ay qaqa men olum biye bele edirsen gelmirsen? Gozlemiyim seni? Gelirsen?”, 04 yanvar 2023-cü il tarixdə saat 20:04 dəqiqədə “Yeke oğlansanbele hereketin hec yeri yoxdu qaqa, Canin sağ olsun gun bu gun deyilki her gecənin bir seheri vardir elbet.” 04 yanvar 2023-cü il tarixdə saat 22:39 dəqiqədə “men olum qaqa ureyim partliyir evdə zəng ele gorusek, necə vaxtdi deyirsenamma yigmirsan.” 04 yanvar 2023-cü il tarixdə saat 22:41 dəqiqədə “Eger meni yigmiyasansa denen gozlemeyim necə saatdi bagrim partladi gozlemekden qaqa.” məzmunnda SMS-lər vardır. Bundan başqa Təqsirləndirilən şəxs məxsus olan itel markalı mobil telefona baxış keçirilərkən telefonun kontaktında Elşad adlı ilə yazılmış ********** saylı nömrə ilə yazılmışdır. Ancaq telefonun zəngələrində və ya SMSdə ********** saylı nömrə ilə hər hansı bir zəngin və SMS yazışmalarının olmadığı müəyyən edildi. Həmin diskə baxış keçirilən zaman iş üçün əhəmiyyət kəsb edən digər hallar aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin 09 dekabr 2022-ci il tarixli qərarına əsasən "xxxx" MMC tərəfindən tərtib edilərək 13 yanvar 2023-cü il tarixdə Bərdə rayon Polis Şöbəsinə göndərilmiş, 1 ədəd compact CD diskin üzərində 1084 rəqəmi vardır. Diski “TOSHİBA” markalı kompüter disk yerinə yerləşdirib diski açdıqda həmin diskin içərisində “12” ədəd fayl aşkar edildi. Faylın içərisini açıb baxan zaman 1-ci faylda “5********.SMS”, 2-ci faylda “5********.SMS”, 3-cü faylda “5********.SMS”, 4-cü faylda “5********.SMS”, 5-ci faylda “**********”, 6-cı faylda “5********.”, 7-ci faylda “5********.”, 8-ci faylda “516644674”, 9-cu falda “abuneciler.1084”, 10-cu faylda “antena 1084-2022”, 11-ci faylda “antena 1084-2023” 12-ci faylda “Təqsirləndirilən şəxs Aqil-1084” adlı fayllar aşkar edildi. Həmin faylların içərisini açıb baxan zaman içərisində müxtəlif tarixlərdə qeyd olunan nömrələrə müxtəlif mobil nömrələrdən gələn zənglərin və sms-lərin, anten dairələrinin, SD diskin içərisində olan nömrələrin kimə məxsus olması, nömrələrin imeildə istifadə olunması görünür. Həmin mesajlara baxan zaman Təqsirləndirilən şəxs istifadəsində olan 050 ***-**- ** saylı nömrəyə 09 oktyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən “Nese ede bilmedin pul var agriyiram” məzmununda, 13 oktyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sen kisiliyin men yatiram mene 5dik cet qoy bizim qapinin ağzında krasofkanin icine qoy seher senol hem pulunu verecem hemde das balamin cana” məzmununda, 20 oktyabr 2022-ci il traixdə ********** saylı nömrədən ********** saylı nömrəyə “O X37 İsdesen Olar” məzmunda, 20 oktyabr 2022-ci il tarixdə ********** sayı mobil nömrədən ********** saylı nömrəyə “X28 Agryiram” məzmunda 22 oktyabr 2022-ci il tarixdəm ********** saylı mobil nömrədən ********** saylı nömrəyə “X38 X29 X49 Allah” məzmunza, 22 oktyabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən ********** sayı nömrəyə “Evdeyem. NeÇede lazimdi” məzmunda, 24 oktyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “X46 X32 X52 De” məzmununda, 24 oktyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Ay qaqa lazim deyl gətirme dedin rasti oncu verdim öz kanallarim da varda getirmedinse gel qalmiwam yolda da”, “E X53 X51 X39 Narahat Olma” məzmununda, 24 oktyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Qaqa men indi nagarim camahat meni gözduyur ozumde ollem 3 neferinde puludu nagaraq indi tez denen” məzmununda, həmin tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə isə “X44 X50 Alindi” məzmununda, 02 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sen 50 X40 X33 Vilersen” məzmununda, 08 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Vusal vezyetim pisdi ozumu idare ede bilmirem hecne elememisem bugun”, “ Vusal vezyetim pisdi men bu gece agrida qalsam oz payima kecen qizin agzina v........r bil” məzmununda, 09 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Sen korpe korpe uşaqlara pati koku satdiqina gore s.........m senin qeyretini” məzmununda, 09 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “X45 X48 O X34 X47 Seher Catacag” məzmununda, 13 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa nagaysan axsama meni pis vezyete qoyarsan ha birden umudu edib arxayin edersen aldranmariq heyatmizi corerik ha ikimizde soyuq yanasma men olum yadnan cxarma” məzmununda, 13 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “qaqa maraqlan onu gotrum vaxt azdi” məzmununda, 16 noyabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Acmlrsan acma menim pulum cox gedib birde bu olsun amma meni gerek” “agrda qoymayayn halal coşun olsun” məzmunda, 17 noyabr 2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “Acmrsan acma gelirem ora evinizin yana clx pulu ver ta neynirem men onu Ölenen sora tüpürüm ona gelem pulu ğötürem” məzmununda, xx.xx.2022-ci il tarixdə ***-***-**-** saylı mobil nömrədən ***-***-**-** saylı mobil nömrəyə “gelirem siz terefe pulu ver men q.......be deyilem” məzmununda, 22 noyabr 2022-ci il tarixdə ***-***- **-** saylı nömrədən ********* saylı nömrəyə “X54 X30 X19” məzmunda, 24 noyabr 2022ci il tarixdə ********** saylı mobil nömrəfən ********** saylı mobil nömrəyə “Mene biraz pati ver qaqa imkan varsa eve gedib cixacan Efsane gile. eger imkan varsa” 25 noyabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Elaqe saxla menle qaqa isim var senle vajnidi” məzmunda, 25 noyabr 2022-ci il tarixdə **********saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “X26 Yaz” məzmunda, 25 noyabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Qaqa 10 Manat verecek sene, sene verdiyim telin dasin ver ona” məzmunda, 26 noyabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömyərə “QAQA STOLDA QOJDUQUM AMANATİ SAN GOTURDUN TAMİZ DRAZNİT OLMUWAM” məzmunda, 27 noyabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Qaqa netersen, ne olub ne meseledi? Taciynan gorusme, zengde eleme. Ozum gorusecem senle birazdan qaqa hel ederik” məzmunda, 29 noyabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə “Qaqa gozleme get eve danisdim en azi 1 saata goture bilerik. Xeber edecem meni yigan kimi tel yaninda olsun ki yiganda ac”, “Qaqa gozleme get eve danisdim en azi 1 saata goture bilerik. Xeber edecem meni yigan kimi tel yaninda olsun ki yiganda ac” “Qaqa saxlaya bilsez menede saxlan. 15-20 Deq cixacam” məzmunda, 03 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** mobil nömrəyə “Ay qaqa duz elemirsende uje, gelmiyeceydinse pulu goturmezdin sene dedim axi lomkadayam” məzmunda, 04 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “O Pulu 1sahata X35 S.....m Evindekileri S........m” məzmunda, 09 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən ********** saylı mobil nömrəyə, “QAQA GALANDA QAPİNİ DOJMA ACİQDİ GİR EV QAPİSİN DOJ” məzmunda, 09 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Qaqa cavab ver gorajda, aj qaqaw toba kankret jİq tez” məzmunda, 09 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən,********** saylı mobil nömrəyə, “Vusal toba mani kankret ham pis vazjatda hamda bu vazjatda qojmusan, qaqaw tobanin tak adi o pulun icina so......m, amma bil ki gal 4m qalib onuda verim birca gal” məzmunda, 17 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Meni agrida qoyub weherin ortasinda axrinci pulumu q....be varyantiynan aparirsan mamam 2 qowudan 25 manat alib men evin cörek pulu olmuya meni o vezyetde qoyub gedesen.sen yoxey qardawimda olsa kecmerem.menim pulumu 1 saata getirmiyenin kiwiliyi oglannigi qeyreti menniyi yoxdu.getirmesen gelecem size.ollem” məzmunda, 20 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Senen kecenin baysin s.......m ma deyirsen prablem yoxdu senin varyoxunu s........m o pulu senen alacam” məzmunda, 20 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “E yeke oglansan bilmirsen pul aparanin dalinca ne soyusder soyulur”, “Menim dunya s.......me deyil gelib orda kansert vererem sevincede deyecem her seyi” məzmunda, 20 dekabr 2022-ci il tarixdə ********** saylı nömrədən ********** saylı mobil nömrəyə, “O pcagi tap gelem goturem” məzmunda, 20 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Qaqa seni gozleyirem sene arxeyinem” 20 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Qaqa evdeyem cxacam” məzmunda, 20 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə “Qaqa senol qonaxli qaraliyam menim xetrime biraz tez cix yada nese mene soz de bilim” məzmunda, 21 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Ey ay vuqar sənə demədimmi. Mən pul vurmalıyam ki gecə mənim yükü”, “m.gəlib çıxsın” məzmunda, 21 dekabr 2022-ci il tarixdə, ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Qaqa nese alinmirsa gedim eve”, “Bu ne hormetsizlikdi bawa duwmedim seni”, “Poxuna cvb verde mende iwimi bilim” “Qaqa sennen pislewmak istamirem xaiw edirem menim pulumu catdir”, Niye bele edirsenki ayib deyil senen otru xetir hormeti tokek deyirsen bu seferde cvb vermesen bawqa soz yazacam incime cunki menim pulumu kimse yeye bilmez” məzmunda, 23 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “MENİM PULUMU YEYENİN ARVADİN S........M” məzmunda, 23 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Taci seher menim pulumu vermiyenin varyoxun s.......m arvadin s........m” məzmunda, 24 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Menim pulumu vermiyenin qeyretin s........m vusal menen incme” məzmunda, 28 dekabr 2022-ci il tarixdə, ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “O kagzdakl neterdi coxdu aźdl” 28 dekabr 2022-ci il tarixdə, ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə, “Kokola tapdln ölürem men” məzmunda, 28 dekabr 2022-ci il tarixdə ********** saylı mobil nömrədən,********** saylı mobil nömrəyə, “Qaqa ne is gorek ? gel bura bir qerara gelek men qasiniram uje pulu dagidacam qalaq yaman gune” məzmunda, 04 yanvar 2023-cü il tarixdə ********** saylı mobil nömrədən, ********** saylı mobil nömrəyə,”Men olum qaqa ureyim partliyir evde zeng ele gorusek, nece vaxdi deyirsen amma yigmirsan” məzmunda SMS-in olması aşkar edildi. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 13 yanvar 2023-cü il tarixli, 41 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX-nın ruhi-əsəb kabinetində dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon mərkəzi xəstəxanası publik hüquqi şəxsin 13 yanvar 2023-cü il tarixli, 47 nömrəli arayışından görünür ki, Təqsirləndirilən şəxs “Bərdə RMX-nın poliklinikasının narkoloji kabinetdə dispanser qeydiyyatında yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 24 yanvar 2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon polis şöbəsinə verilən 18 yanvar 2023-cü il tarixli əməliyyat tapşırığına cavab raportundan görünür ki, Bərdə şəhər sakini Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitənin mənbəyinin müəyyən edilməsi istiqamətində bir sıra əməliyyat tədbirləri həyata keçirilmiş, Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitəni 05 yanvar 2023-cü il tarixdə tanışı Təqsirləndirilən şəxs pul müqabilində alması müəyyən edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilən, tanışı Şahid6 satdığı narkotik vasitə heroini əldə etdiyi mənbəni hələki müəyyən etmək mümkün olmamışdır və bu istiqamətində əməliyyat tədbirləri davam etdirilir. Təqsirləndirilən şəxs əlavə olaraq kimlərə narkotik vasitə satması, əvvəllər kimlərdənsə də narkotik vasitə və ya psixotrop maddə alması barədə hər hansı bir məlumat daxil olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X14 Bölməsinin 06 yanvar 2022-ci il tarixli, 16/23 nömrəli rəyinin surətinin nəticə hissəsindən görünür ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2 ədəd iç-içə sellofan bükümlərdə təmiz çəkisi 0,363 qram olan maddə kustar üsülla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim olunmuş üzərində “Şahid6 üzərindən aşkar edilmiş narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketdəki 2 ədəd iç-içə sellofan bükümlərdə təmiz çəkisi 0,379 qram olan maddə kustar üsülla hazırlanmış narkotik vasitə - heroindir. Tədqiqata təqdim edilmiş heroinlər kimyəvi tərkiblərinə görə eynidirlər. Heroin-təmiz çəkisi 0,363 qram, 0,379 qram, tədqiqata sərf edildi 0,1 qram (hər birindən 0,05 qram) qalıq 0,313 qram, 0,329 qram. Cinayət işi materiallarına əlavə edilmiş X5 28 fevral 2023-cü il tarixli, 348 nömrəli rəyində göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan heroindən epizotik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur, narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,363 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,313 qram narkotik vasitə heroin cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,363 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,313 qram narkotik vasitə heroin ********* nömrəli cinayət işi üzrə, Şahid6 üzərindən aşkar edilərək götürülmüş 0,379 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,329 qram narkotik narktotik vasitə olan heroin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, 05 yanvar 2023-cü il tarixli Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokolun sürəti, Şahid6 üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 01 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs məxsus "xxxx" markalı mobil telefona baxiş keçirilməsi haqqında protokol, Azercell Telekom MMC-dən daxil olmuş 01 ədəd SD diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmənarkoloji ekspertizasının rəyləri 10 mart 2023-cü il tarixli toplanmış sübutların qiymətləndirilməsi haqqında qərarla cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmışdır. Məhkəmə, iş üzrə mövcud sübutlara qiymət verərək hesab edir ki, istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 0,379 qram, 0,363 qram olmaqla ümumi təmiz çəkisi 0,742 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 yanvar 2023-cü il tarixdə saat 08 radələrində üzərində saxladığı 2 (iki) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 0,379 qram narkotik vasitə olan heroini Bərdə şəhəri, Nizami küçəsində tanışı Şahid6 qanunsuz olaraq 30 manata satmış, həmin gün saat 16:05 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı Bərdə şəhəri, Nizami küçəsi 155 saylı binanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan xırda həcmli cibindən satış məqsədilə saxladığı 2 (iki) ədəd iç-içə sellofan bükümlərdə, təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Belə ki, “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 04 mart 2011-ci il tarixli 2 saylı qərarının 9cu bəndində qeyd edilmişdir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Göründüyü kimi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdır. Beləliklə, Təqsirləndirilən şəxs satış məqsədilə istintaqa məlum olmayan mənbədən və tarixdə «Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövrüyyəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə qadağan edilmiş və «Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına görə” Azərbaycan Respublikasının Qanununun İ siyahısına əsasən 0,379 qram, 0,363 qram olmaqla ümumi təmiz çəkisi 0,742 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 yanvar 2023-cü il tarixdə saat 08 radələrində üzərində saxladığı 2 (iki) ədəd iç-içə sellofan bükümdə təmiz çəkisi 0,379 qram narkotik vasitə olan heroini Bərdə şəhəri, Nizami küçəsində tanışı Şahid6 qanunsuz olaraq 30 manata satmış, həmin gün saat 16:05 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyataxtarış tədbirləri zamanı Bərdə şəhəri, Nizami küçəsi 155 saylı binanın yaxınlığında şübhəli şəxs qismində saxlanılıb, Bərdə şəhəri, ünvan 2 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilərək üzərinə şəxsi axtarış keçirilərkən əynində olan boz göy rəngli cins şalvarın sağ yan cibinin üzərində olan xırda həcmli cibindən satış məqsədilə saxladığı 2 (iki) ədəd iç-içə sellofan bükümlərdə, təmiz çəkisi 0,363 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm– cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X24rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını yüngülləşdirən hallar müəyyən edilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar müəyyən edilmədi. Beləliklə, Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi məqsədəmüvafiqdir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 07 yanvar 2023-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 05 yanvar 2023-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün, habelə ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər üçün — ümumi rejimli cəza çəkmə müəssisələrində cəza çəkirlər. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs narkoloji kabinetdə proflaktiki qeydiyyata alınmalıdır. Bundan başqa iş materiallarından görünür ki, Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,363 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,313 qram narkotik vasitə heroin ********* nömrəli cinayət işi üzrə, Şahid6 üzərindən aşkar edilərək götürülmüş 0,379 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,329 qram narkotik narktotik vasitə olan heroin, Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, 05 yanvar 2023-cü il tarixli Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokolun sürəti, Şahid6 üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 01 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs məxsus "xxxx" markalı mobil telefona baxiş keçirilməsi haqqında protokol, Azercell Telekom MMC-dən daxil olmuş 01 ədəd SD diskə baxış keçirilməsi haqqında protokol, məhkəmə-kimyəvi və məhkəmə-narkoloji ekspertizasının rəyləri cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə mаddi sübut kimi tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,363 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,313 qram narkotik vasitə heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. Həmçinin Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, 05 yanvar 2023-cü il tarixli Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokolun sürəti, Şahid6 üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 01 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs məxsus "xxxx" markalı mobil telefona baxiş keçirilməsi haqqında protokol, Azercell Telekom MMCdən daxil olmuş 01 ədəd SD diski cinayət işi materiallarında saxlanılmalıdır. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 05 yanvar 2023-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş ümumi təmiz çəkisi 0,363 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,313 qram narkotik vasitə heroin ********* nömrəli cinayət işi üzrə, Şahid6 üzərindən aşkar edilərək götürülmüş 0,379 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,329 qram narkotik narktotik vasitə olan heroin hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. Təqsirləndirilən Təqsirləndirilən şəxs üzərinə keçirilmiş şəxsi axtarış və götürmə istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 01 ədəd “DVD” disk, 05 yanvar 2023cü il tarixli Şahid6 üzərinə şəxsi axtarış keçirilməsinə dair protokolun sürəti, Şahid6 üzərinə şəxsi axtarışın keçirilməsini əks etdirən 01 ədəd “DVD” disk, Təqsirləndirilən şəxs məxsus "xxxx" markalı mobil telefona baxiş keçirilməsi haqqında protokol, Azercell Telekom MMCdən daxil olmuş 01 ədəd SD disk cinayət işi materiallarında saxlanılsın. İş üzrə 30,40 (otuz manat qırx qəpik) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar