Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-88/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X5 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1973-cü ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Ağdam rayonu Pirzadlı kəndində qeydiyyatda olan və Bərdə rayonu Lənbəran kəndində “Hüseyn” kəndli fermer təsərüfatında yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: Təqsirləndirilən şəxs 08 fevral 2024-cü il tarixdə saat 21 radələrində Bərdə rayonu Lənbəran kəndində yerləşən “Hüseyn” kəndli fermer təsərrüfatına gedən aralıq yolla həmin təsərrüfatın ərazisində yerləşən yaşadığı 2 yaşayış otağından ibarət birmərtəbəli evə gələn zaman evin sol tərəf 1-ci otağının giriş qapısının qarşısında əvvəllər onların saxladığı toyuqlardan bir neçəsini yeyən sahibsiz itlərdən birinin olmasını görüb həmin sahibsiz iti güllələmək məqsədilə evin sağ tərəfində yerləşən 2-ci otağa keçib orada müvafiq icra hakimiyyəti orqanından xüsusi icazə almadan qanunsuz olaraq saxladığı istintaqa məlum olmayan mənbədən və tarixdən əldə etdiyi, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, D38713 nömrəli, yivsiz, tək hamar lüləli ov tüfəngini götürüb həmin silaha aid 16 kalibrli patronu silahın patron yuvasına qoyub sahibsiz it istiqamətinə tuşlayıb atəş açarkən həmin silahdan açdığı atəşdən yayılmış qırmalardan bir neçəsi ehtiyatsızlıqdan yaşayış evinin sol tərəf hissəsində yerləşən 1-ci otaqdan ani bir vəziyyətdə qapını açıb çölə çıxan arvadı Zərərçəkmiş şəxs döş qəfəsinin yuxarı hissələrinə dəyərək Zərərçəkmiş şəxs sağlamlığına, döş qəfəsinin yuxarı hissəsinin çoxsaylı qəlpə yaraları, döş boşluğuna keçən və keçməyən, sol tərəfli hemopnevmotoraks xəsarətləri ilə nəticələnən, insan həyatı üçün təhlükə olan ehtiyatsızlıqdan ağır zərər vurmuşdur. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 131.2ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərdi ki, Bərdə rayonu Lənbəran kəndində “Hüseyn” kəndli fermer təsərrüfatında müvəqqəti yaşayır. Zərərçəkmiş şəxs ilə 1994-cü ilin aprel ayında ailə həyatı qurmuş, iki övladı var. 08 fevral 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı fermanın ərazisində spirtli içki qəbul edəndən sonra yaşadığı evə getmişdir. Yaşadığı evdə çay içdikdən sonra fermanın həyətinə gələn sahibsiz itləri atmaq üçün 1995-ci ildə tanımadığı şəxsdən aldığı ov tüfəngini götürüb getmək istəmişdir. Arvadı Xəzəngül ona “içkili olduğunu, əlindən xəta çıxacağını” demişdir. Sonuncuya “2 gün əvvəl 2 ədəd toyuğunu it aparıb yediyni, indi onu güdüb tüfənglə atacağını” demişdir. Tüfəngi götürdükdən sonra yaşadığı evin otağından çıxıb evin mətbəx hissəsinə keçən yerdə olan pilləkanın üzərində oturmuşdur. Orada ov tüfənginin iynəsini yoxlamış, tüfəngin iynəsinin çalışdığını görmüş, tüfəngin içərisinə bir ədəd patron yerləşdirmiş və tüfəngin çaxmaq hissəsini atəş vəziyyətinə gətmişdir. Tüfəng ilə oturduğu yerdən duranda ehtiyatsızlıqdan əli tüfəngin tətiyinə dəymişdir. Bu zaman Xəzəngül qışqıraraq su gətir demişdir. Tüfəngi əlindən yerə atmış və su gətirmişdir. Görmüşdür ki, Xəzəngül yaşadıqları evin giriş qapısında yerə uzanıb, üstü qandır. Tüfəngdən açılan atəşin Xəzəngülə dəydiyini hiss etmişdir. Suyu Xəzəngülün üzərinə tödükdən sonra ərazinin sahə rəisi Rüstəm Şəmilova zəng edərək əlində tüfəngin açılaraq arvadı Xəzəngülə xəsarət yetirdiyini bildirmişdir. Sonuncu ona Xəzəngülü xəstəxanaya aparmasını demişdir. Bundan sonra qardaşı Şahid3 zəng etmiş, sonuncu yaxınlıqda yaşadığından ailəsi ilə birlikdə yaşadığı evə gəlmişdir. X3 avtomobilə əyləşdirərək xəstəxanaya aparmış, özü isə fermada qalaraq polislərin gəlməsini gözləmişdir. Tutduğu əməldən peşmandır, zərərçəkmiş şəxslə barışmışdır, bir yerdə yaşayırlar. Göstərdiklərinin nəzərə alınmasını və barəsində olan cinayət təqibinə xitam verilməsini məhkəmədən xahiş edir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Bərdə rayonu Lənbəran kəndində “Hüseyn” kəndli fermer təsərrüfatında müvəqqəti yaşayır. Təqsirləndirilən şəxs ilə 1994-cü ilin aprel ayında ailə həyatı qurmuşdur, iki övladları var. Əri Şahin ilə Bərdə rayonu “Hüseyn” kəndli fermer təsərrüfatında müvəqqəti yaşayırlar və orada ferma ərazisində bağ işləri ilə məşğul olurlar. Əri Təqsirləndirilən şəxs ilə aralarında heç bir narazılıq və ədavət olmamışdır. 08 fevral 2024-cü il tarixdə saat 21 radələrində yaşadığı evdə olarkən Şahin ov tüfəngini götürmüşdür. Sonuncuya “içkili olduğunu, əlindən xəta çıxacağını” demişdir. Şahin ona “2 gün əvvəl 2 ədəd toyuğunu it aparıb yediyini, iti güdüb tüfənglə atacağını” demişdir. Şahin yaşayış otağından bayıra çıxmış, bir az keçdikdən sonra o, da evdən bayıra çıxmışdır. Yaşayış evinin giriş qapısının qarşısına çıxarkən qəflətən atəş səsi eşitmiş, o, arxası üstə yerə yıxılmışdır. Qışqıraraq Şahindən su gətirməsini istəmiş, sonuncu tüfəngdən açılan atəşin ona dəydiyini hiss etmişdir. Bundan sonra huşu itmiş, özündə olmamış və ayılanda xəstəxanada olduğunu görmüşdür. Əri Təqsirləndirilən şəxs ehtiyatsızlıqdan atəş açmış, onların aralarında əvvəllər heç bir ədavət və narazılıq olmamışdır. Zərərçəkmiş şəxs məhkəməyə notariat qaydada təsdiq edilmiş ərizə verərək Təqsirləndirilən şəxs ilə barışdığını, ona qarşı heç bir şikayətinin və tələbinin olmadığını bildirdi. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 02 mart 2024-cü il tarixli, 24/491 nömrəli Rəyindən görünür ki, tədqiqata təqdim edilmiş lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda ümumi uzunluğu 932 mm, lüləsinin uzunluğu 519 mm olan 01 ədəd Д-38713 №-li silah keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, tək hamar lüləli ov tüfəngidir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır. - Tədqiqata təqdim edilmiş 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm Kalibrli olmaqla, həmin Kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronlarının bir hissəsidir- atılmış gilizidir. Həmin giliz tədqiqata təqdim edilmiş Д-38713 №-li ZK modelli ov tüfəngindən atılmışdır. - Tədqiqata təqdim edilmiş 03 ədəd metal əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, ov patronunun içərisində yerləşən komponentlərdən bir hissəsidirdeformasiyaya uğramış atılmış qırmalarıdır, döyüş sursatı hesab edilmirlər və təyinatı üzrə istifadə üçün yararsızdırlar. Məhkəmə-Tibbi Ekspertiza və X1 Bərdə rayonlararası zona mərkəzinin verdiyi 15 fevral 2024-cü il tarixli, 103 saylı Rəydən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar olunmuş xəsarətlər – döş qəfəsi nahiyəsinin ön səthində çoxlu sayda oval formalı yaralar vardır. -Zərərçəkmiş şəxs kliniki müayinəsi zamanı ona-odlu silah yaralanması, döş qəfəsinin yuxarı hissəsinin çoxsaylı “qəlpə” yaraları, döş boşluğuna keçən və keçməyən, sol tərəfli hemopnevmotoraks diaqnozu qoyulmuşdur. Lakin kliniki müayinə zamanı məhkəmə-tibb ekspertizası üçün xüsusi əhımiyyət kəsb edən həmin yaraların giriş və çıxış dəliklərinin xarakteri (kənarlarında hisin, sıyrıq həlqəsinin, toxuma defektinin və s.) ətraflı qeyd edilməmişdir. -Qeyd olunan xəsarətlər patronu qırma ilə doldurulmuş odlu silahdan (ov tüfəngindən) açılmış atəş nəticəsində qırma mərmilərinin təsirindən törənmişdir, müddəti qərarda göstərilən xx.xx.2024-cü ilə uyğun gəlir və dərəcəsinə görə həyat üçün təhlükəli olan sağlamlığa ağır zərər vurmaya aiddirlər. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin 06 mart 2024-cü il tarixli 71-MTKŞ/2024 saylı rəyindən görünür ki, ekspertizaya təqdim edilmiş Zərərçəkmiş şəxs məxsus paltarların (xalat, jaket, kofta və mayka) ön səthinin yuxarı nahiyəsində ortada kiçik ölçülü toxuma çatmamazlığı ilə müşayiət olunan çoxsaylı dəlib-keçən zədələr aşkar olunmuşdur. Bu zədələrin formasına, morfoloji əlamətlərinə, həmin zədələrin nahiyəsindən rəngli əksalma üsulu ilə alınmış kontaktoqrammasının analizinin nəticəsinə əsasən demək olar ki, bu zədələr odlu silah zədələnməsinin giriş dəliyidirlər, qurğuşun tərkibi olan mərmilərlə (qırmalarla) doldurulmuş odlu silahdan açılmış bir atəş nəticəsində əmələ gələ bilərdi. -Zərərçəkmiş şəxs məxsus paltarların (xalat, jaket, kofta və mayka) ön səthinin yuxarı nahiyəsində ortada olan kiçik ölçülü dəlib-keçən zədələr onun bədənində olan eyni xarakterli xəsarətlərlə (döş qəfəsinin ön səthində olan çoxsaylı oval formalı yaralar) yerləşməsinə görə nisbi olaraq uyğun gəlir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “Məhkəmə Tibbi Ekspertiza və X2” publik hüquqi şəxsin 04 mart 2024-cü il tarixli 103/2024-MTBŞ saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs ABO sistemi üzrə qan qrupu 0 (İ)-dir. -Ekspertizaya təqdim olunmuş Zərərçəkmiş şəxs məxsus xalat, jilet, mayka, jaketin üzərində olan ləkələrlə insan qanı aşkar olunmuşdur. Bu qan ləkələrinin ABO sistemi üzrə qrupu tədqiq edildikdə yalnız H antigeni alınmışdır. Beləliklə bu qan ləkələri ABO sistemi üzrə 0 (İ) qruplu şəxsə, o cümlədən də Zərərçəkmiş şəxs məxsus ola bilər. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 13 fevral 2024-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvələr məhkum olunmamışdır. ünvan 2si üzrə nümayəndəliyi tərəfindən verilmiş 14 fevral 2024-cü il tarixli, 5-31- 21/3-2-52-2024 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs ünvan 2si üzrə nümayəndəliyinin Pirzadlı kənd sakinidir və hazırda Bərdə rayonu Lənbəran kəndində “Hüseyn” kəndli fermer təsərrufatı ünvanında yaşayır. ünvan 2si üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs qeydiyyatda olduğu yer üzrə müsbət xarakterizə olunur. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında tamamilə sübut edilmiş, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikası CM-nin 131.2-ci maddəsi ilə tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxsin ifadəsini dinləyib, zərərçəkmiş şəxsin ərizəsini nəzərdən keçirib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının CM-nin: 73.1-ci maddəsinə görə, böyük ictimai təhlükə törətməyən cinayət törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı ödədikdə və ya vurulmuş zərəri aradan qaldırdıqda cinayət məsuliyyətindən azad edilə bilər. 73.2-ci maddəsinə əsasən, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.1-ci maddəsinə əsasən, məhkəmə baxışı gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə xitam verilməsi barədə məhkəmə qərarı aşağıdakı hallarda çıxarılır: 43.1.2. Bu Məcəllənin 39.1.4, 39.1.6–39.1.11, 40.3 və 40.4-cü maddələrində nəzərdə tutulmuş hallar olduqda. 39.1.8-ci maddəsinə görə, zərər çəkmiş şəxsin şikayəti olmadıqda (cinayət təqibi xüsusi ittiham qaydasında həyata keçirildikdə, habelə cinayət təqibinin başlanmasına prokurorun təşəbbüsü olmadığı halda cinayət təqibi ictimai-xüsusi ittiham qaydasında həyata keçirildikdə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-nin 131.2-ci maddəsi ilə olan cinayət təqibinə xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs CM-nin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verildiyindən onun barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 1 ədəd lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda ümumi uzunluğu 932 mm, lüləsinin uzunluğu 519 mm olan 01 ədəd D-38713 №-li silah keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, texniki cəhətdən saz və atəş üçün yararlı, tək hamar lüləli, odlu yivsiz silah ov tüfəngi, 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronları qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 03 ədəd metal əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, ov patronunun atılmış qırmalaır qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd boz rəngli qısaqol qolsuz gödəkcə, 01 ədəd güllü çəhrayı rəngli qısaqol mayka, 1 ədəd güllü qara rəngli uzunqol köynək və 1 ədəd tünd qırmızı rəngli uzunqol xalat qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılmalıdır. İş üzrə mülki iddia və məhkəmə xərci yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs zərərçəkmiş şəxslə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 131.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv edilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 1 ədəd lüləsi kustar üsulla kəsilmiş, hal-hazırda ümumi uzunluğu 932 mm, lüləsinin uzunluğu 519 mm olan 01 ədəd D-38713 №-li silah keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, texniki cəhətdən saz və atəş üçün yararlı, tək hamar lüləli, odlu yivsiz silah ov tüfəngi, 01 ədəd giliz zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 mm kalibrli olmaqla, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov patronları qərar qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan 03 ədəd metal əşya, zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş, ov patronunun atılmış qırmalar qərar qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində sübutların saxlama otağında saxlanılan Zərərçəkmiş şəxs məxsus olan 01 ədəd boz rəngli qısaqol qolsuz gödəkcə, 01 ədəd güllü çəhrayı rəngli qısaqol mayka, 1 ədəd güllü qara rəngli uzunqol köynək və 1 ədəd tünd qırmızı rəngli uzunqol xalat qərar qanuni qüvvəyə mindikdən sonra Zərərçəkmiş şəxs qaytarılsın. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov
Məhkəmə qərarları › İş №1(021)-88/2024
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-88/2024
07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver