Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-88/2025 23.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 10:30 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X1 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1985-ci ildə Ağdam rayonu, Ağdamkənd kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Ağdam rayonu, Ağdam şəhəri, Ağdamkənd sahəsində qeydiyyatda olmaqla Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində qeydiyyatsız ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, müəyyənetdi: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, satış məqsədi olmadan qanunsuz olaraq psixotrop maddələri xeyli miqdarda əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 0,785 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamini qanunsuz olaraq əldə edib üzərində saxlamış, 05 yanvar 2025-ci il tarixdə saat 01:45 radələrində Bərdə RPŞ nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Divanlı kəndində şübhəli şəxs qismində saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan idman şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 1 ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,785 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, N.Nərimanov küçəsində nömrəsiz evdə ailəsi ilə birlikdə yaşayır və rəsmi olaraq heç bir yerdə işləmir. Mahiyyəti üzrə bildirir ki, bir neçə aydır ki, narkotik vasitə olan metamfetamin “şüşə” istifadə edir. O, beton qarışdıran avtomobilin sürücüsüdür, həm də popma ustası kimi sifarişlərə gedir. Təxminən 3 ay bundan qabaq Bakı şəhərində pompa ustası kimi işdə olan zaman həmin yerdə fəhlə kimi fəaliyyət göstərən Elvin adlı şəxsi tanımış və Elvinin yanında olan adını xatırlamadığı şəxslə söhbət əsnasında narkotik vasitə istifadə etdiyini demişdir. Həmin şəxs də ona İran vətəndaşının «whatsapp» nömrəsini vermişdir ki, narkotik lazım olsa, ondan alsın. O, həmin nömrə ilə danışaraq 2-3 dəfə narkotik vasitə olan metamfetamin almışdır. Bərdə şəhərində yaşayan Elnur adlı şəxsə də həmin iranlının nömrəsini vermişdir və 4 yanvar 2025-ci il tarixdə Elnura birlikdə qərara gəlmişdirlər ki, Bakı şəhərinə gedib, oradan narkotik alaraq gəlsinlər. Onlar xx.xx.2025-ci il tarixdə Elnurla birlikdə iranlının onlara verdiyi kart hesabına pul göndərmişlər və Bakı şəhərinə getdikdən sonra ona atılan konum əsasında Bakı şəhəri Mərdəkan yol istiqamətində getmişlər, həmin yolun dəqiq ünvanı xatırlamadığı hissəsində yaşayış sahələri istiqamətində olan yol ilə getmişlər və o, özünə aid olan "yarım" qram "malı” götürmüşdür, Elnur isə özünə aid olan narkotik vasitəni götürdükdən sonra onlar, Bakı şəhərindən Bərdə rayonuna geri qayıtmışlar. 05 yanvar 2025-ci il tarixdə saat 01:45 radələrində Bərdə rayonu Divanlı dairəsi adlanan yerdən keçdikdə polis əməkdaşları onları saxlamış və özlərini ona polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğumu bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək üzərilərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə onları təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra o, əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan metamfetamini çıxardaraq idarə etdiyi avtomobilin üzərinə qoymuşdur. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Daha sonra təqdim etdiyi metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 0.97 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. O, özünü təqsirli bilir. Tutularkən və üzərinə şəxsi axtarış keçirilən zaman heç bir qanunsuzluğa məruz qalmamış, o, bu barədə də izahat vermişdir. Təqsirləndirilən şəxs əlavə olaraq bildirmişdir ki, o, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, heç kimə psixotrop maddə və ya narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları və onunla birlikdə saxlanılan Elnur görmüş, kənar şəxslər bunu görməmişdilər. Həmin şəxsin adını, harada yaşadığını və kim olduğunu bilmir. Elvin adlı şəxsidə Bakıda tanımış və onunda ancaq adını bilir, heç onun mobil nömrəsi də onda olmamışdır. Ona narkotik vasitəni satan şəxs xatırlamadığı və mobil telefonundan hal-hazırda silinmiş iran nömrəsi ilə yazırmış, hal-hazırda həmin hesabı xatırlamır, onlar ona narkotik üçün pul göndərmişlər, lakin hansı hesaba hansı miqdarda göndərdiyini xatırlamır. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Xızı Rayon Polis Şöbəsinin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanı xüsusi rütbəsindədir. 05 yanvar 2025-ci il Ağdam rayonu, Ağdamkənd sahəsində qeydiyyatda olmaqla hazırda Bərdə şəhəri, N.Nərimanov küçəsində fərdi evdə yaşayan xx xxxxxx 1985-ci il təvəllüdlü Təqsirləndirilən şəxs və Bərdə şəhəri, M.F.Axundov küçəsi, ev 2, m 2-də qeydiyyatda olmaqla yaşayan xx xxxx 1982-ci il təvəllüdlü Şahid4 birlikdə olmaları və qanunsuz olaraq üzərilərində narkotik vasitə saxlamaları barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə 05 yanvar 2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin NMQ-nın əməliyyat müvəkkili, polis mayoru Şahid1 və Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 01:45-də Təqsirləndirilən şəxs və Şahid4 Bərdə rayonu, Divanlı kəndi ərazisində saxlanılmış və Təqsirləndirilən şəxs və Şahid4 saxlanılmalarının səbəbi olaraq narkotik vasitələrin qanunsuz olaraq saxlamasında şübhəli olduğunu bildirilmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələri izah edildikdən sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri-qanuni əşya olub-olmaması soruşmuş və Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümü təqdim etmişdir. Yoxlama zamanı sonuncunun üzərində olan “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmişdir. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd “Redmi” markalı mobil telefon götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmiş, lakin avtomobilə baxış zamanı hər hansı bir qanunsuz əşya aşkar edilməmiş, daha sonra Təqsirləndirilən şəxs yanında olan şəxsin kim olduğu soruşmuş və Təqsirləndirilən şəxs iş yoldaşı olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə özünü təqdim etməsi bildirilmiş, həmin şəxs Şahid4 olduğunu bildirmiş və Ceyhunu əvvəldən tanıdığını, Ceyhunun əldə etdiyi narkotik vasitədən xəbəri olduğunu bildirmişdir. Bunun ardınca Şahid4 üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet olub-olmaması soruşmuş. Şahid4 üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan sağ ayağında olan corabın içərisində saxladığı 1 (bir) ədəd selofan bükümü təqdim etmişdir. Yoxlama zamanı Şahid4 üzərində olan “Redmi” markalı mobil telefon aşkar olunmuş, daha sonra təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3,55 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Şahid4 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 Bərdə RPŞ-nin inzibati binasına gətirmişdilər. Polis şöbəsinin inzibati binasına gəldikdə müdafiəçilər dəvət edilmiş, Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi1 və Müdafiəçi2 iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X5 tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 Azərbaycan Respublikası CPM-in 90 maddəsində nəzərdə tutulan hüquq və vəzifələrini izah etmişdir. Bundan sonra Təqsirləndirilən şəxs və Şahid4 məxsus “Redmi” markalı mobil telefonları və 2 ədəd zərflərdə olan narkotik vasitəni təhvil alınmışdır. Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı Vəli İsmayılov həmin narkotik vasitələrin onların olduğunu soruşmuş, Təqsirləndirilən şəxs və Şahid4 narkotik vasitələrin onların olduğunu bildirmiş, təhqiqatçı Vəli İsmayılov əvvəl Təqsirləndirilən şəxs sual olaraq neçə vaxtdır narkotik vasitədən istifadə etdiyini soruşmuş, Təqsirləndirilən şəxs isə bir il yarım olduğunu bildirmişdir. Daha sonra isə təhqiqatçı X8 Cəfərovdan neçə vaxtdır narkotik vasitədən istifadə etdiyini sual edir. Şahid4 narkotik vasitə istifadə etmədiyini 2-3 il bundan əvvəl istifadə etdiyini, yenidən çəkmək istədiyini bildirmişdir. Bununla video çəkiliş yekunlaşmışdır. Məhkəmədə şahid qismində dindirilmiş Şahid1 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə şahid qismində dindirilmiş Şahid4 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, o, Təxminən 2-3 il bundan qabaq narkotik vasitə istifadə etmiş, lakin sonradan narkotikdən istifadəni dayandırmışdır. Tanışı Ceyhunla birlikdə olan zaman ona narkotik vasitə istifadə etmək istədiyini Ceyhun demişdir. Ceyhun 04 yanvar 2025-ci il tarixdə ona Bakı şəhərinə gedib, narkotik vasitə götürək gəlib istifadə etmələrini təklif etmişdir. Onlar 04 yanvar 2025-ci il tarixdə Ceyhunla birlikdə Ceyhunun idarə etdiyi Vaz- 21074 markalı avtomobil ilə Bakı şəhərinə getdikdən sonra Ceyhuna atılan konum əsasında Bakı şəhəri Binə qəsəbəsi istiqamətində getmişlər, həmin yolun dəqiq ünvanı xatırlamadığı hissəsində yaşayış sahələri istiqamətində olan yol ilə getmişlər və narkotik vasitəni götürdükdən sonra Bakı şəhərindən Bərdə rayonuna geri qayıtmışdırlar. 05 yanvar 2025-ci il tarixdə saat 01:45 radələrində Bərdə rayonu Divanlı dairəsi adlanan yerdən keçdikdə polis əməkdaşları onları saxlamış və özlərini ona polis əməkdaşı kimi təqdim edərək onların qanunsuz olaraq narkotik vasitələrin dövriyyəsində şübhəli olduğunu bildirərək, xidməti vəsiqələrini göstərərək, barələrində əməliyyat – axtarış tədbirlərinin keçirilməsi haqqında qərarla tanış edərək üzərlərində olan qanunla qadağan olunmuş əşya olduğu təqdirdə, təqdim etməyi təklif olunmuşdur. Bu təklifdən sonra Təqsirləndirilən şəxs əynində olan tünd göy rəngli cins şalvarın sağ yan cibindən bir ədəd sellofan bükümdə olan metamfetamini, o isə corabında saxladığı metamfetamini çıxardaraq Ceyhunun avtomobilinin üzərinə qoymuşdurlar. Daha sonra şəxsi axtarış zamanı üzərindən əlavə olaraq qanunla qadağan olunmuş hər hansı bir əşya, maddə və ya predmet aşkar edilməmişdir. Təqdim etdikləri metamfetamin elektron tərəzidə çəkilmiş və çəkisi 3.57 qram olmuşdur. Sonra aşkar olunmuş həmin kütlə içərisi boş olan ağ rəngli kağız zərfə qoyularaq qablaşdırılmış və DİN-in 94 saylı möhürü ilə möhürlənmiş, üzəri o və iştirakçılar tərəfindən imzalanmışdır. İfadəsində bildirdiyi kimi, Təqsirləndirilən şəxs onun yanında olmuş və Ceyhunda psixotrop maddəni götürən zaman və tutulan zaman Ceyhunun yanında o, olmuşdur. Şahid4 məhkəmədə ona ünvanlanmış sualları cavablandırarkən bildirdi ki, hadisə günü Ceyhunun üzərində narkotik vasitənin olub-olmadığını bilmir. Cinayət işinin materiallarına istinadlar: «Əməliyyat-axtarış tədbirlərinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılması haqqında» 05 yanvar 2025-ci il tarixli Protokoldan və protokola əlavə olunan videoçəkilişi əks etdirən diskdən görünür ki, Təqsirləndirilən şəxs və Şahid4 Bərdə rayonu Divanlı kəndi ərazisində üstlərinin yoxlanılması zamanı qeydə alınmış video görüntüyə baxış zamanı müəyyən edilmişdir ki, Bərdə RPŞ-nin NMQ-nun baş əməliyyat müvəkkili, polis kaptianı Şahid2, Bərdə RPŞ-nin PPXB-nin polis nəfəri, polis serjantı Şahid3 iştirakı ilə Bərdə RPŞnin NMQ-nin əməliyyat müvəkkili, polis mayoru Şahid1 tərəfindən Təqsirləndirilən şəxs və Şahid4 üzərinin yoxlanılması aparılmışdır. Üstlərinin yoxlanılması zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs və Şahid4 hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vaistə və ya qeyri qanuni əşya olubolmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan şalvarın sağ yan cibində saxladığı 1 (bir) ədəd sellofan bükümü təqdim etmişdir. Yoxlama zamanı sonuncunun üzərində olan “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 0,95 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Bundan sonra Təqsirləndirilən şəxs məxsus avtomobilə baxış keçirilmişdir. Lakin avtomobilə baxış zamanı hər hansı bir qanunsuz əşya aşkar edilməmişdir. Daha sonra Təqsirləndirilən şəxs yanında olan şəxsin kim olduğu soruşulmuş və Təqsirləndirilən şəxs iş yoldaşı olduğunu bildirmişdir. Bundan sonra həmin şəxsə özünü təqdim etməsi bildirilmişdir. Həmin şəxs Şahid4 olduğunu bildirmiş və Ceyhunu əvvəldən tanıdığını, Ceyhunun əldə etdiyi narkotik vasitədən xəbəri olduğunu bildirmişdir. Bunun ardınca Şahid4 üzərində hər hansı bir qeyri qanuni əşya və ya predmet olub-olmaması soruşulmuşdur. Şahid4 üzərində narkotik vasitə olduğunu bildirmiş və əynində olan sağ ayağında olan corabın içərisində saxladığı 1 (bir) ədəd selofan bükümü təqdim etmişdir. Yoxlama zamanı Şahid4 üzərində olan “Redmi” markalı mobil telefon aşkar olunmuşdur. Daha sonra təqdim etdiyi sellofan büküm elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 3,55 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. İş üzrə əhəmiyyət kəsb etdiyi üçün 1 (bir) ədəd mobil telefon götürülmüş, pul və digər əşyalar sonuncuya geri qaytarılmışdır. Şahid4 verilən suallara cavab olaraq, üzərindən aşkar olunmuş narkotik vasitəni tanımadığı şəxsdən əldə etdiyini bildirmişdir. Məhkəmə-narkoloji ekspertizasının 21 yanvar 2025-ci il tarixli 85 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs psixotrop maddələrdən istifadə edir. Psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülürmüşdür. Məhkəmə-tibbi ekspertizasının 06 yanvar 2025-ci il tarixli 07 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Materialların məhkəmə ekspertizanın 05 yanvar 2025-ci il tarixli 16/11 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində “Təqsirləndirilən şəxs...” yazılar və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,785 qram maddə, kustar üsulla hazrılanmış psixotrop maddə metamfetamindir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsi tərəfindən təqdim edilmiş xx.xx.2025-ci il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs barəsində idarənin əməliyyat soruğu kartotekasında heç bir məlumat yoxdur. Şübhəli şəxsin tutulması barədə 05 yanvar 2025-ci il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 05 yanvar 2025-ci il tarixində şübhəli şəxs qismində tutulmuşdur. 06 yanvar 2025-ci il tarixli Qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işi üzrə toplanmış sübutlara hüquqi qiymət verilməsi haqqında 1 may 2025-ci il tarixli qərardan görünür ki, cinayət işi üzrə Təqsirləndirilən şəxs üstünün yoxlanılması zamanı əynində olan idman şalvarının sağ yan cibində qanunsuz olaraq saxladığı 1(bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 0,785 qram, ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 0,685 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetaminin və üstünün yoxlanılmasını özündə əks etdirən bir ədəd DVD disk maddi sübut kimi tanınmış. Qalıq təmiz çəkisi 0,685 qram olan metamfetamin saxlanılması üçün Bərdə rayon polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmiş, bir ədəd DVD disk cinayət işi materiallarına əlavə edilmişdir. İbtidai istintaqı həyata keçirən müstəntiqin “Cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında” 1 may 2025-ci il tarixli qərarından və iş materiallarında olan qəbzdən (səh.95) görünür ki, Təqsirləndirilən şəxs götürülmüş, ona məxsus 1 (bir) ədəd «Redmi 9» markalı mobil telefon təqsirləndirilən şəxsin özünə təhvil verilmişdir. Cinayət işinin materiallarında olan AA5282795 və AA1516235 nömrəli şəxsiyyət vəsiqələrindən, AZ-İ№754681 saylı nikah haqqında şəhadətnamədən görünür ki, təqsirləndirilən şəxs evlidir və himayəsində X4 və X2 adlı iki azyaşlı övladı var. Azərbaycan Respublikası Qaçqın və X3 üzrə Dövlət Komitəsinin Bərdə rayon bölməsi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs məcburi köçkün kimi Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində müvəqqəti qeydiyyatdadır. Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir, törədilmiş əməl qəsdən törədilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir.
2. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə və saxlama əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər nəzərdə tutulur. Həmin Qanunun 1.0.10cu maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda narkotik vasitə metamfetamin İ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin məsuliyyətə cəlb edilməsinə əsas verən narkotik vasitə olan metamfetaminin aşağı həddi 0.15 qram olaraq müəyyən edilir.
4. Məhkəmə işdə iştirak edən şəxslərin ifadələrini dinləyib, iş materiallarını tədqiq edib, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 05 yanvar 2025-ci il tarixdə üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinərək Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, üzərindən narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, keçirilmiş məhkəmə-kimyəvi ekspertizası ilə həmin maddənin narkotik vasitə olan metamfetamin olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü təqsirli bilmiş, narkotik vasitədən istifadə etdiyini, tutulma zamanı üzərində aşkar olunan narkotik vasitəni Bakı şəhərində Şahid4 ilə götürdüyünü bildirmişdir. Beləliklə, təqsirləndirilən şəxsin narkotik vasitə olan metamfetaminin əldə edilməsi və üzərində saxlanılması sübuta yetirilmişdir.
5. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən, zərərçəkmiş və şahidin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
6. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.
7. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlıqdan məhrum etmə cəzası təyin edilməlidir.
8. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində 2 azyaşlı uşağın olmasını, törətmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.
9. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
10. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
11. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
12. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilməlidir.
13. Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 0,685 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilməlidir. Təqsirləndirilən şəxs 05 yanvar 2025-ci il tarixdə üstünün yoxlanılmasını əks etdirən 01 ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.
14. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 32.4 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
15. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
hökmetdi:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 1 (bir) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 2 (iki) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə şəhəri, Nəriman Nərimanov küçəsində yerləşən fərdi yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
4. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.
5. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
6. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
7. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə növündə tibbi xarakterli məcburi tədbir tətbiq edilsin.
8. İş üzrə maddi sübut qismində tanınmış, Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılar ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 0,685 qram kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamin məhv edilsin.
9. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs 05 yanvar 2025-ci il tarixdə üstünün yoxlanılmasını əks etdirən 1 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın.
10. Məhkəmə məsrəfi hesab edilən 32 (otuz iki) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
11. Hökmdən elan olunduğu, Təqsirləndirilən şəxs isə hökmün surətinin ona verildiyi andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
12. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim Bayram Məhərrəmov