Məhkəmə qərarları › İş №1(021)-89/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-89/2022

24.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-89/2022 24.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Zərərçəkmiş şəxs2 və qanuni nümayəndəsi Şahid3, Təqsirləndirilən şəxs oğlunun iştirakları ilə, xx.xx.1965-ci il tarixdə Bərdə rayonu, Qarayusifli kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Qazax Rayon Məhkəməsinin 14.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 29.12.2010-cu il tarixli 1268 saylı “ƏFV” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmiş, məhkumluğu olmayan, Bərdə rayonu, Qarayusifli kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “başqa yerə getməmək barədə iltizam” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs idarə etdiyi nəqliyyat vasitəsi ilə yol hərəkəti qaydalarını pozmaqla ehtiyatsızlıqdan bir nəfər zərərçəkmiş şəxsin ölümünə səbəb olma və bir nəfər zərərçəkmiş şəxsin sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirməklə cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs texniki cəhətdən saz vəziyyətdə olan sürücülük vəsiqəsi olmaqla idarə etdiyi özünə məxsus “Mercedes Benz E240” markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil ilə 10 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndi ərazisindən keçən asfalt yolla Bərdə rayonu, Alpout kəndi istiqamətində hərəkətdə olan zaman “Yol hərəkəti haqqında” Azərbaycan Respublikası Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə əsasən yol hərəkəti üçün təhlükəsiz şərait yaratmalı, öz hərəkətləri və ya hərəkətsizliyi ilə digər hərəkət iştirakçılarına zərər vurmamalı olduğu halda bunu etməyərək, cinayətkarcasına özünəgüvənərək yolun əks hərəkət istiqamətinə çıxıb texniki cəhətdən saz vəziyyətdə olan qeyd olunan avtomobili hərəkət etdirərkən yolun hərəkət hissəsi ilə dayanıqlı hərəkətini təmin edə bilməyib yolun sol çiynində yerləşən ağaclar ilə toqquşub ehtiyatsızlıqdan idarə etdiyi avtomobilin ön sərnişin oturacağında sərnişin qismində əyləşmiş X5 başın alın-təpə nahiyəsinin əzilmiş-cırılmış yarası, kəllə qapağı və əsası sümüklərinin (alın, gicgah, təpə və kəllə əsası sümüklərinin) açıq qəlpəli sınıqları, baş beyin toxunmasının əzilib-dağılması, üz skleti sümüklərinin - hər iki əng sümüklərinin sınıqları, hər iki gözyuvası ətrafı nahiyənin qançırı, sol diz oynağı nahiyəsinin sıyrığı xəsarətləri ilə müşayiət olunan canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa ağır xəsarətlər yetirərək zərərçəkmiş şəxs Əliağa Əsədovun başın bərk küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə baş beyin toxumasının əzilib dağılması ilə ölümünə səbəb olaraq və ehtiyatsızlıqdan avtomobilin arxa sərnişin oturacağında əyləşmiş Zərərçəkmiş şəxs2 alının sağ yarısının, sağ almacıq nahiyəsinin piqmentasiya sahələri (sıyrıq izləri), sağ üst göz qapağı və sağ qaş nahiyəsinin çapıq toxuması (əzilmiş-cırılmış yara izi) xəsarətləri ilə müşayiət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül xəsarətlər yetirməklə yol-nəqliyyat hadisəsi törətmişdir. Təqsirləndirilən şəxs oğlu məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, maldarlıq ilə məşğul olur. Onun “Mercedes Benz E 240 ” minik markalı ** NS *** dövlət nömrə qeydiyyat nişanlı gümüşü metallik rəngli avtomobilim var. “Mercedes Benz E 240” minik markalı ** NS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil onun adınadır. Həmin avtomobil ona məxsudur və hadisə zamanı avtomobili o, idarə etmişdir. 10 yanvar 2022-ci il tarixdə saat 17 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Qızıltac” şadlıq sarayında toy mərasimində iştirak etmişdir. Toy mərasimindən çıxdıqda həmkəndliləri Valeh, Əliağa, Nazir və Nihat ilə birlikdə onun avtomobili ilə yaşadığı Qarayusifli kəndinə yola düşmüşlər. Əliağa onun yanında, Valeh sol tərəfdən, arxa orta oturacaq Nazir, Nihat isə sağ tərəfdən arxada sərnişin oturacağında oturmuşdur. 10 yanvar 2022-ci il tarixdə saat 17 radələrində o, “Mercedes Benz E 240 CDİ” minik markalı ** NS *** dövlət nömrə qeydiyyat nişanlı avtomobil ilə Bərdə şəhərindən Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisindən keçən yol ilə Alpout kəndi istiqamətində hərəkət etmişdir. Həmin vaxt onun idarə etdiyi avtomobilin surəti saatda 50-55 kilometr olmuşdur. Bu zaman o, avtomobilin qarşısında səs yaranması eşitmiş, bu zaman isə avtomobil sol tərəfə istiqamətə getmişdir. Avtomobilin surəti aşağı olduğundan o, ayağını əyləcə avtomobil aşmaması üçün basmamışdır. Lakin avtomobil yoldan çıxaraq yolun solunda olan ağaca dəymişdir. O, aldığı xəsarətlərdən huşunu itirmiş və gözünü xəstəxanada açmışdır. Xəstəxana olarkən tanımadığı tibb personalından Əliağanın harada olmasını soruşmuşdur. Bu zaman o Əliağanın rəhmətə getməsini öyrənmişdir. Əməlindən peşman olduğunu bildirərək məhkəmədən yüngül cəza verilməsini xahiş etdi. Təqsirləndirilən şəxs oğlunun təqsirli olması özünün etirafı ilə yanaşı, zərərçəkmiş şəxsin hüquqi varisinin, zərərçəkmiş şəxsin, şahidlərin ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş qismində tanınaraq qanuni nümayəndəsinin iştirakı ilə dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs uzaq qohumudur. Onun bibisi qızı Arifin oğlu ilə evlənmişdir. 10 yanvar 2022-ci il tarixdə saat 13 radələrində o, həmkəndlisi Cahidin toyunda iştirak etmək üçün Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən “Qızıltac” şadlıq sarayına getmişdir. Həmin tarixdə saat 17 radələrində o, şadlıq sarayından çıxıb, evə getmək istəmişdir. Bu zaman həmkəndlisi Təqsirləndirilən şəxs həyətdə özünə məxsus “Mersedes Benz E 240 class” markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilini qızdırdığını görmüşdür. O, Arifdən kəndə gedib-getmədiyini soruşmuşdur. Arif kəndə getdiyini bildirmişdir. O, Arifin avtomobilinin sağ arxa oturacağında əyləşmişdir. Onun yanında Nazir və Valeh əyləşmiş, avtomobilin ön sərnişin oturacağında isə Əliağa oturmuşdur. Arif avtomobili hərəkətə gətirib yola düzəlmişdir. Yol boyu o, mobil telefonu ilə oynadığı üçün hadisənin baş verməsini görməmişdir. O, özünə gələndə ona xəstəxanada həkimlər ilkin tibbi yardım göstərmişdir. Ona sonradan hadisə zamanı Əliağanın vəfat etməsi məlum olmuşdur. Həmçinin hazırda Təqsirləndirilən şəxs ilə barışdığını, ona dəymiş maddi və mənəvi ziyanın ödənildiyini, ondan heç bir şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəsini məhkəməyə təqdim etdi. Zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs1 məhkəməyə teleqram ünvanlayaraq səhhəti ilə əlaqədar məhkəməyə gələ bilməyəcəyini, istintaqa verdiyi ifadəsinin təsdi etdiyini bildirmişdir. O həmçinin məhkəməyə notarial qaydada ərizə göndərərək Təqsirləndirilən şəxs ilə barışdığını,ondan heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs X3 hüquqi varisi Zərərçəkmiş şəxs1 ibtidai istintaqda ifadə verərək göstərmişdir ki, Bərdə rayonu Nazırlı kəndində anadan olmuş, hazırda Bərdə rayonu Qarayusifli kəndində ailə üzvləri ilə birlikdə yaşayır. 2021-ci ilin fevral ayınadək Alpout kənd mədəniyyət evinin direktoru vəzifəsində çalışmışdır. Hal-hazırda 65 yaşa çatdığı üçün təqaüddədir. X2 onun əri olmuşdur. O, Əliağa ilə 1984-cü il tarixdən rəsmi nigahda olmuşdur. 10 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisində baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində hadisə yerində vəfat etmişdir. O, özü hadisə baş verən an, yəni 10 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində yaşadığı Bərdə rayonu Qarayusifli kəndində fərdi yaşayış evində olmuşdur. Qonşusu Nəzakət tələm-tələsik onun yanına gələrək, mərhum əri Əliağa Əsədovun həmkəndlisi Təqsirləndirilən şəxs idarə etdiyi Mersedes markalı avtomobildə avtoqəzaya düşdüyünü, baş vermiş yol-nəqliyyat hadisəsi nəticəsində Əliağanın xəsarət almasını bildirmişdir. Həmin tarixdə saat 21 radələrində mərhum əri Əliağanın meyitini həyətinə gətiriləndə o, artıq Əliağanın hadisə nəticəsində vəfat etməsini bilmişdir. Sonradan hadisə zamanı onun mərhum əri Əliağadan başqa həmkəndliləri Zərərçəkmiş şəxs2, Şahid4 və Salehin oğlu Valeh müxtəlif dərəcəli bədən xəsarətləri almasını öyrənmişdir. Həmçinin Zərərçəkmiş şəxs1 ifadəsində göstərdi ki, hadisə 10 yanvar 2022-ci il tarixdə 17- 18 radələrində Bərdə rayonu, Qaradəmirçi kəndinin ərazisində yerləşən avtomobil yolunda baş vermişdir. Hadisənin baş vermə mexanizmi barədə məlumatı yoxdur. Lakin, mərhum əri Əliağanın avtomobildə qabaq sağ oturacaqda oturmasını bilmişdir. Məhkəmə iclasında iş üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində göstərdi ki, Təqsirləndirilən şəxs o, həmkəndlisi qismində tanıyır. Onun Arif ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 10 yanvar 2022-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Qızıltac” şadlıq sarayında həmkəndlisi Cavidin toy mərasimi baş tutmuşdur. Həmin toy mərasimində iştirak etmək üçün saat 13 radələrində o, şadlıq sarayına yollanmışdır. Toy mərasimində iştirak etdikdən sonra saat 17 radələrində o, şadlıq sarayının həyətinə çıxmışdır. Şadlıq sarayının həyətində Arifi görmüşdür. Arif bu zaman özünə məxsus “Mercedes Benz E Class” markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanmışdır. O, Arifin yanına yaxınlaşıb Arifin hara getməsini soruşmuşdur. Arif ona yaşadığı kəndə getməsini bildirmişdir. Bundan sonra o, Arifin avtomobilinə arxa oturacağına əyləşmişdir. Bu zaman onunla birlikdə ön sərnişin oturacağında Əliağa, arxa sərnişin oturacağında onun sağında Nihat, solunda isə Valeh əyləşmişdir. Bundan sonra Arif avtomobili Bərdə rayonu Qaradəmirçi kəndindən keçən yol ilə yaşadığı kəndə doğru idarə etmişdir. Yol ilə hərəkətdə olarkən qəflətən avtomobil idarə etməni itirərək əks istiqamətli yola çıxıb yolun solunda olan ağaclara çırpılmışdır. Hadisədən zamanı o, həyacanlı olmuş və tanımadığı şəxslər onu Bərdə rayon mərkəzi xəstəxanasına aparmışlar. Məhkəmə iclasında iş üzrə Şahid2 Şahid4 ifadəsinə uyğun ifadə verədək sonuncun ifadəsində göstərdiyi xüsusatları təstiq etdi. Məhkəmə iclasında iş üzrə Şahid3 ifadəsində göstərdi ki, Bərdə rayonu Qarayusifli kəndində anadan olmuş, hazırda elə həmin kənddə ailə üzvləri ilə birlikdə yaşayır. Evlidir, 1 övladı var. Ailəsini təsərrufatla məşğul olaraq dolandırır. Zərərçəkmiş şəxs2 onun oğludur. 10 yanvar 2022-ci il tarixdə saat 17-18 radələrində yaşadığı evdə olarkən oğlu Nihat ona zəng edərək, Bərdə rayonu Qaradəmirçi kəndinin ərazisində yol-nəqliyyat hadisəsinin baş verdiyini, ona görə də xəstəxanaya getdiyini demişdir. O, da evdən çıxıb Bərdə rayon mərkəzi xəstəxanasına yollanmışdır. Xəstəxanaya çatanda oğlu Nihatın da hadisə Zamanı avtomobildə olduğunu, sağ gözaltı nahiyəsindən xəsarət almasını görmüşdür. Nihata ilkin tibbi yardım göstərildikdən sonra o, oğlu Nihatı yaşadığı ünvana aparmışdır. Sonradan həmkəndlisi və qohumu Təqsirləndirilən şəxs idarə etdiyi “Mersedes Benz E 240” markalı avtomobil idarəetməni itirərək, yolun kənarında olan ağaca dəyməsini öyrənmişdir. Hadisə zamanı X7 aldığı xəsarətlərdən vəfat etmiş, digər sərnişinlər isə müxtəlif dərəcəli bədən xəsarətləri almışlar. Məhkəmə iclasında ifadəsi elan olunmuş iş üzrə Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs həmkəndlisi olaraq tanıyır, aralarında mübahisə və ya nifaq olmamışdır. X2 onun qonşusu olmuşdur. Əliağanın vəfat etməsi ilə nəticələnən yol-nəqliyyat hadisəsi 10 yanvar 2022-ci il tarixdə Bərdə rayonu, Qaradəmirçi kəndinin ərazisinə baş vemişdir. Həmin hadisə ilə bağlı məlumatı o, 10 yanvar 2022-ci il tarixdə saat 17 radələrində kəndin mağazasına mobil telefonu üçün kontur almağa getdikdə, mağazaya toplaşmış şəxslərdən Əliağanın vəfat etməsini öyrənmişdir. O, dərhal bu narədə mərhum Əliağanın arvadı Almaza məlumat vermişdir. O, qonşusu X9 Əkbərovun idarə etdiyi “Mercedes” markalı avtomobildə avtoqəzaya düşdüyünü, hadisə nəticəsində xəsarət aldığını bildirmişdir. Həmin tarixdə saat 21 radələrində Əliağanı yaşadığı ünvana gətirmişlər. Cinayət işinin 142-143-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu 29 mart 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 166-cı vərəqəsində olan 29 mart 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs oğlu barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 102-106-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertizası və X4” X8 Bərdə rayonlararası ekspertiza şöbəsinin 01 nömrəli rəyindən görünür ki;

1. X1 meyitinin bədənində aşağıdakı xəsarətlərbaşın alın-təpə nahiyəsinin əzilmişcırılmış yarası, kəllə qapağı və əsası sümüklərinin (alın, gicgah, təpə və kəllə əsası sümüklərinin) açıq qəlpəli sınıqları, baş beyin toxumasının əzilib-dağılması, üz skleti sümüklərinin-hər iki əng sümüklərinin sınıqları, hər iki gözyuvasıətrafı nahiyənin qançırı, sol diz oynağı nahiyəsinin sıyrığı vardır.

2. Həmin xəsarətlər həyatidirlər, küt əşyanın (əşyaların) təsirindən törənmişdir, avtoqəza hadisəsi nəticəsində törənə bilər, müddəti qərarda göstərilən 10.01.2022-ci 11 tarixə uyğun gəlir və dərəcəsinə görə canlı şəxslərdə həyat üçün təhlükəli olan sağlamlığa AĞİR zərər vurmaya aiddirlər.

3. X1 ölümünə səbəb başın bərk küt travması nəticəsində kəllə qapağı və kəllə əsası sümüklərinin açıq qəlpəli sınıqları ilə baş-beyin toxumasının əzilib-dağılması olmuşdur.

4. X1 ölümü meyit əlamətlərinin inkişaf mərhələsi görə demək olar ki, onun meyitinin məhkəmə-tibbi müayinəsindən əvvələ doğru 2-4 saat olar baş vermişdir. Cinayət işinin 107-108-ci vərəqələrində olan “Məhkəmə-Tibbi Ekspertizası və X4” X8 Bərdə rayonlararası ekspertiza şöbəsinin 02.02.2022-ci il tarixli 71 saylı canlı şəxsin ekspertizası rəyindən görünür ki, Zərərçəkmiş şəxs2 məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər alının sağ yarısının, sağ almacıq nahiyəsinin piqmentasiya sahələri (sıyrıq izləri), sağ üst göz qapağı və sağ qaş nahiyəsinin çapıq toxuması (əzilmiş-cırılmış yara izi) küt əşyanın (əşyaların) təsirindən törənmişdir, yol-nəqliyyat hadisəsi zamanı sərnişin kimi olmaqla törənə bilər, müddəti qərarda göstərilən tarixə 10.01.2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işinin 94-97-ci vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 01 mart 2022-ci il tarixli 8\443 nömrəli rəyindən görünür ki, «Mercedes Benz E240» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin sürücüsü Təqsirləndirilən şəxs hərəkətlərində “Yol hərəkəti haqqında” Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsinin 1-ci hissəsinin 3-cü bəndinin tələblərinə uyğunsuzluq olmuş və onun həmin maddənin tələblərinə riayət etməklə hadisənin qarşısını almağa texniki imkanı olmuşdur. (Ekspertiza xərci 85 manat təşkil edir). Cinayət işinin 81-ci vərəqəsində olan AB 807064 nömrəli 19.10.2012-ci il tarixdə BDYPİ Yevlax RİQ və TBŞ tərəfindən verilmiş sürücülük vəsiqəsindən gürünür ki, Təqsirləndirilən şəxs “BC” kateqoriyalı sürücülük vəsiqəsi var. Cinayət işinin 81-ci vərəqəsində olan AD 914741 nömrəli 02.11.2020-ci il tarixdə Yevlax RİQ və TBŞ tərəfindən verilmiş qeydiyyat şahədətnaməsindən görünür ki, «Mercedes Benz E240» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxsdur. Cinayət işinin 88-ci vərəqəsində olan 10 fevral 2022-ci il tarixli ilkin qiymətləndirmə aktından görünür ki, hadisə nəticəsində Təqsirləndirilən şəxs məxsus olan 1999-cu il buraxılışlı «Mercedes Benz E240» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilə ümumilikdə 2090 (iki min doxsan) manat məbləğində maddi ziyan dəymişdir. Cinayət işinin 113-120-ci vərəqələrində olan cinayət işi üzrə toplanmış sübutların qiymətləndirilməsi haqqında 28.03.2022-ci il tarixli qərardan görünür ki, cərimə meydançasına yerləşdirilmiş oğlu «Mercedes Benz E240» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobil cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut hesab edilmiş və saxlanması üçün sahibinə geri qaytarılmışdır. Cinayət işinin 175-ci vərəqəsində olan 01.04.2022-ci il tarixli qəbzdən görünür ki, Təqsirləndirilən şəxs oğlu ********* nömrəli cinayət işi üzrə maddi sübut olan «Mercedes Benz E240» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobili təhvil almışdır. Cinayət işinin 140-cı vərəqəsində olan Zərərçəkmiş şəxs2 28 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, o, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 141-cı vərəqəsində olan Şahid3 28 mart 2022-ci il tarixli ərizəsindən görünür ki, onun oğlu Zərərçəkmiş şəxs2 qəza nəticəsində xəsarət almışdır, o, Təqsirləndirilən şəxs oğlu ilə barışmışdır və ona qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin 100-cü vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti başçısının Alpoud kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 91-92-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs oğlu Qazax Rayon Məhkəməsinin 14.04.2009-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 206.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, Azərbaycan Respublikası Prezidentinin 29.12.2010-cu il tarixli 1268 saylı “ƏFV” fərmanına əsasən cəzasının çəkilməmiş hissəsindən azad edilmişdir. Azərbaycan Respublikası Konstitusiyanın 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Beləliklə, məhkəmə belə hesab edir ki, Təqsirləndirilən şəxs oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu ilə, zərərçəkmiş şəxsin, şahidlərin məhkəmə iclasında və ibtidai istintaq zamanı verdiyi ifadələri ilə və digər iş materialları ilə kifayət qədər sübuta yetirilmişdir. Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsi ilə təqsirli bilinərək qanunla müəyyən edilmiş qaydada cəzalandırılmalıdır. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs oğlunun cinayət məsuliyyətindən azad edilməsi üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9.2-ci maddəsinə görə cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs oğlunun əməlindən peşman olmasını, məhkumluğunun olmamasını, yaşayış yerindən müsbət xarakterizə olunması, zərərçəkmiş şəxsin hüquqi varisi və zərərçəkmiş şəxslə barışmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlunun barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, zərərçəkmiş şəxsin hüquqi varisinin ondan şikayətçi olaraq həbs olunmasını tələb etməsini, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, cəzanın məqsədi Təqsirləndirilən şəxs oğlunun barəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 263.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs oğlu 28 mart 2022-ci il tarixdə təqsirləndirilən şəxs qismində cəlb olunmuş, 29 mart 2022-ci il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-i maddəsinə əsasən Təqsirləndirilən şəxs oğlu cəzasını məntəqə tipli cəzaçəkmə müəssəsində çəkməlidir. Məhkəmə Təqsirləndirilən şəxs oğlunun daimi yaşayış yerinin olmasını, zərərçəkmişlərlə barışıq əldə etməsini, cəzanı çəkməkdən yayınmaq ehtimalının olmamasını nəzərə alaraq hesab edir ki, barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğluna tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. «Mercedes Benz E240» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs oğluna qaytarılması nəzərə alınmalıdır. Məhkəmə xərcləri ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs oğlundan 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulmalıdır. İş üzrə mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 344-349, 351-353, 358, 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə

HÖKM ETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 263.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il müddətə nəqliyyat vasitələrini idarə etmək hüququndan məhrum edilməklə 03 (üç) il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını məntəqə tipli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzaçəkmə müddətinin əvvəli məntəqə tipli cəzaçəkmə müəssisəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş "başqa yerə getməmək haqqında iltizam" qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilmədən saxlanılsın. «Mercedes Benz E240» markalı ** NS *** dövlət qeydiyyat nişanlı avtomobilin sahibi Təqsirləndirilən şəxs oğluna qaytarılması nəzərə alınsın. Təqsirləndirilən şəxs 85 (səksən beş) manat ekspertiza tədqiqatının dəyəri alınaraq dövlət büdcəsinin xeyrinə tutulsun. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar