Məhkəmə qərarları › İş №1(021)-89/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-89/2025

08.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-89/2025 08.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, Miryusifli Mirhaşimi Ağa oğlunun katibliyi ilə, Dövlət ittihamçısı , Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 2000-ci il tarixdə Bərdə rayonu Şatırlı kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu Şatırlı kəndində qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək həmin ünvanda yaşamış, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli olaraq talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Həsənqaya kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən “İki Qardaş“ marketin yola tərəf olan giriş qapısının şüşəsini daşla sındırıb oraya qanunsuz daxil olaraq mağazanın vitrinindən Zərərçəkmiş şəxs məxsus 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı qara rəngli nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı göy rəngli nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumulikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı nazik ballı siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı ağ rəngli nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyyərində 20 qutu “Sobranie” markalı qalın siqareti, 01 qutusunun qiyməti 4 manat 70 qəpik olmaqla ümumilikdə 32 manat 90 qəpik dəyərində 07 qutu “Sobranie” markalı göy kompakt siqaret, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 42 manat dəyərində 10 qutu “Kent 8” markalı qalın siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 126 manat dəyərində 30 qutu “Vinston” markalı nazik siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu “Vniston” markalı qalın Kompakt siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 qutu “Vinston” markalı kompakt nanəli siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 qutu “Vinston” markalı ballı kompakt siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 qutu “Vinston” markalı nazik ballı siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 126 manat dəyərində 30 qutu “Kent 4” markalı nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 42 manat dəyərində 10 qutu “Kent 1” markalı nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 29 manat 40 qəpik dəyərində 07 qutu “Kent” markalı nanəli nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 40 qəpik olmaqla ümumilikdə 102 manat dəyərində 30 qutu “LD” markalı kompakt siqareti, 01 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla ümumilikdə 108 manat dəyərində 30 qutu “LD” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 93 manat dəyərində 30 qutu “Whincehstr” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 31 manat dəyərində 10 qutu “Whincehstr” markalı kompakt boz siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 93 manat dəyərində 30 qutu “Pall Mall” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 31 manat dəyərində 10 qutu “Pall Mall” markalı ağ rəngli nazik siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat dəyərində 20 qutu “Classic” kompakt markalı siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Classic” markalı nazik boz siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat dəyərində 20 qutu “Viceroy” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu “X7” markalı kompakt siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 78 manat dəyərində 30 qutu “Keno” markalı nazik siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Keno” markalı qızılı rəngli siqareti, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 120 manat dəyərində 60 ədəd Sim konturları, 01 ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 150 manat dəyərində 50 ədəd Sim konturları, 01 ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd Sim konturları, marketin kassasında olan ümumilikdə 1300 manat pul əskinasları və 15 manat 99 qəpik məbləğində qəpik pulları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3448 manat 29 qəpik (üç min dörd yüz qırx səkkiz manat iyirmi doqquz qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs Аzərbаycаn Rеspublikаsı CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək, ifadəsində bildirmişdir ki, hadisədən bir gün əvvəl həmin mağazadan alış-veriş etmişdir. Mağazaya oğurluğa gedərkən mağazanın pəncərəsinin şüşəsini daşla sındırıb daxil olmuşdur. Şüşədə dəmir barmaqlıq yox idi. Kassadan pulları götürmüşdür. O, mağazadan götürdüyü pulun məbləğini, siqaretlərin və sim kartların sayını xatırlamır. Mağzadan çıxdıqdan sonra siqaretləri yaxınlıqdakı kolluqda gizlətmişdir. Səhəri gün oğurladığı pullarla bütün borclarını ödəmişdir. Həmin gün səhər saat 11-də polislər onu tutmuşdur. Həmçinin zərəçəkmiş şəxslə barışdığını, ona dəymiş ziyanı ödədiyini bildirdi. Ona azadlıqdan məhrumetmə ilə bağlı olmayan cəza verilməsini xahiş etdi. Bununla yanaşı, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Аzərbаycаn Rеspublikаsı CM-in 177.2.3-cü maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilir. O, Bərdə rayonu Şatırlı kəndinə anadan olmuş, həmin kəndində qeydiyyatda olmaqla yaşayır, subaydır, rəsmi olaraq heç bir yerdə işləmir. X2 böyük qardaşıdır və o, 2024-cü ilin avqust ayında Azərbaycan Respublikası CM-nin 234-cü maddəsi ilə məhkum olunmuşdur. Ağa Məmmədov həbsdə olan müddətdə onun yanına getmiş və ona maddi köməklik etmişdir. Son vaxtlar maddi imkanı olmadığı üçün Ağaya köməklik edə bilməmiş, pul əldə etmək üçün oğurluq etmək qərarına gəlmişdir. Buna görə də Bərdə rayonu Həsənqaya kəndində yerləşən müxtəlif vaxtlarda alver etdiyi “İki Qardaş” marketdən oğurluq etmək qərarına gəlmişdir. 01 fevral 2025-ci il tarixdə gündüz vaxtlarda marketdən alver edib, marketdə kassanın harada yerləşməsini öyrənmişdir. Marketdən çıxandan sonra əvvəllər tanıdığı Bərdə rayonu Saatlı kəndində yaşayan Orxana və Bərdə rayonu Hacallı kəndində yaşayan Elvinə mobil telefon vasitəsilə zəng edərək çay içmək istədiyini demiş, Elvin ilə “İki Qardaş” marketin üstündə yerləşən Çay evində oturub çay içmişlər. Çay içən zamanı Elvinə oturduqları Çay evinin alt hissəsində yerləşən marketdən oğurluq edəcəyini və oradan siqaret oğurlayıb qardaşı Ağaya aparacağını demiş, Elvin isə ona “olmaz sən tutularsan, belə hərəkətlər eləmə, özünə problem açma” sözlərini deyib “heçnə bilmirəm, özün bilərsən” demişdir. Bundan sonra Elvin çay içdiyikləri yerdə durub getmişdir. Çay evindən düşərkən marketin yanında Orxan ilə görüşmüş, marketi göstərib oradan oğurluq edəcəyini demiş, Orxan ona “problem yaçayacaqsan, tutulacaqsan” sözlərini deyib oğurluq etməməsini deyib, sağollaşıb yaşadığı kəndə tərəf getmişdir. 02 fevral 2025-ci il tarixdə saat 01 radələrində oğurluq etmək məqsədilə yaşadığı evdən çıxıb Bərdə rayonu Həsənqaya kəndində yerləşən “İki Qardaş” marketin yanına piyada gəlmiş və evdən çıxanda kameralara düşməmək üçün papaqlı hərbi geyimi geyinərək tanınmamaq üçün papağını başına qoymuş, marketdən oğurladığı əşyaları götürmək üçün ağ sintetik kisə götürmüşdür. Həmin günü saat 03 radələrində marketin yanına çatmış, orada bir qədər gözləyib heç kimin gəlməməsindən və onu heç kimin görməməsindən əmin olub yerdən daş götürüb marketin şüşəsinə vurub sındırdıqdan sonra həmin yerdən marketin içərisinə daxil olmuşdur. İlk öncə siqaret yerləşən vitrinə yaxınlaşmış, özüü ilə gətirdiyi sintetik kisəni cibindən çıxarıb ağzını açaraq vitrində olan siqaretləri həmin kisəyə yığəb ağzını bağlayıb əlində götürüb kassaya yaxınlaşmışdır. Kassadan ümumilikdə 970 manat nağd pul, 15 manatlıq qəpik pullar, 2 manatlıq, 3 manatlıq və 5 manatlıq Azercell simsim danışıq konturları götürüb cibinə qoymuşdur. Ətrafa baxıb heç kimin olmadığından əmin olduqdan sonra marketdən çıxıb yaşadığı kəndə tərəf sahə yolu ilə piyada getmişdir. Sahə yolu ilə gedəndə siqaret qoyduğu sintetik kisəyə cimbində olan Azercell simsim konturları da qoyub həmin kisəni səhəri gün götürmək üçün yolun kənarında kolun içində gizlətmiş, 970 manat nağd pulu və 15 manatlıq qəpik pulları isə özündə saxlamışdır. 02 fevral 2025-ci il tarixdə yaşadığı evdə olan zaman polis əməkdaşları gələrək oğurluq etməkdə şübhəli olduğunu bildirib polis şöbəsinə dəvət etmişlər. O, polis şöbəsində etdiyi əməli könüllü olaraq etiraf etmişdir. Bundan sonra onun iştirakı ilə götürdüyü əşyaların fotoşəkillər çəkildi, protokol yazdılaraq imzalanmış və göstərdiyi qəpik pullar və geyindiyi hərbi geyim forması qablaşdırılaraq götürülmüş, lakin kolun içərisində gizlətdiyi içərisində olan Azercell danış kartları və müxtəlif adda olan siqaret qutularının olduğu sintetik kisə qoyduğu yerdə aşkar edilməmişdir. O, “İki Qardaş” marketin içərisinə şüşəni sındırmaq yolu ilə daxil olduğunu, son vaxtlar maddi durumu yaxşı olmadığı üçün qardaşı Ağa Məmmədova pay göndərmək üçün oğurluq etdiyini, qardaşı Ağanın bundan xəbəri olmadığını, dostu Elvin və Orxan ilə görüş zamanı İki Qardaş marketdən oğurluq edəcəyini desədə onlar razılaşmadığını, onlara oğurluq etmək üçün təklif etmədiyini, həmin oğurluğu tək etdiyini, bu barədə heç kimin məlumatı olmadığını, oğurluq edərkən heç kimin onu görmədiyini, İki Qardaş marketdən ümumilikdə 970 manat nağd pul, 15 manatlıq dəmir pullar, 2, 3 və 5 manatlıq Azercell Simsim konturlar və müxtəlif adda siqaret blokları oğurladığını, oğurladığı sintetik kisədə olan siqaret bloklarını və simsim konturları yolun kənarında olan kolun içində gizlətdiyini, 970 manat pulu öz ehtiyacları üçün xərclədiyini, 15 manatlıq qəpik pulları isə yaşadığı evdə qoyduğunu, oğurluq edən vaxtı geyindiyi hərbi qeyimli uzun plaşı isə kolluğa atdığını, əvvəllər heç bir oğurluq əməli törətmədiyini, törətdiyi oğurluq əməlindən peşman olduğunu bildirmişdir. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, zərərçəkmiş şəxsin ifadəsi, şahid ifadələri, ekspert rəyi və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı iş üzrə Zərərçəkmiş şəxs qisa olaraq verdiyi ifadəsində göstərmişdir ki, ibtidai istintaq zamanı verdiyi ifadəsini təsdiq edir. Mağazasında kamera var. Kameraya baxan zaman mağazaya girən şəxsin əynində buşlat və başında hərbi papaq olduğu görünürdü. Kürək hissəsindən onun Sənan olduğunu bilmişdir. Polisə də bu barədə məlumat vermişdir. O, həmçinin məhkəməyə notarial qaydada təsdiq olunmuş ərizə təqdim edərək bildirdi ki, ona dəymiş ziyan ödənilmişdir iş üzrə Təqsirləndirilən şəxs ilə barışmışdır, ondan heç bir şikayət və tələbi yoxdur. Bununla yanaşı, iş üzrə Zərərçəkmiş şəxs ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, ailə üzvlərilə birlikdə Bərdə rayonu Qəhrəmanlı kəndində yaşayıra, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi sahikarlıqla məşğul olur. Bərdə rayonu Həsənqaya kəndində yerləşən “İki Qardaş” market işlədir. Həmin marketdə qida və qeyri-qida məhsullarının satışı ilə məşğul olur, həmin marketi hər səhər saat 08 radələrində açır, axşam saat 23 radələrində isə bağlayır. Həmin marketdə hər dəfə kassada müəyyən məbləğdə nağd pul saxlayır. 02 fevral 2025-ci il tarixdə saat 08 radələrində işlətdiyi “İki Qardaş” marketin qarşısına gəlmiş, marketi açmaq istədikdə, marketin qarşı tərəfindəki şüşənin qırılaraq yerə töküldüyünü görmüşdür. Dərhal marketin içərisinə keçərək vitrində olan müxtəlif adda siqaret blokları, kassada olan qəpik pullar, nağd pul əskinasları və simsim danış kartları olmadığını görmüşdür. Marketdə oğurluq olmasını bilib DİN-nin 102 xidmətinə zəng etmişdirş Hadisə yerinə polis əməkdaşları gəlmiş, orada hadisə yerinə baxış keçirilərək, fotoşəkillər çəkilmişdir. İşlətdiyi “İki Qardaş” marketdən kassada olan 7 ədəd yüz manatlıq pul əskinasları, 6 ədəd əlli manatlıq pul əskinasları, 5 ədəd iyirmi manatlıq pul əskinasları, 20 ədəd beş manatlıq pul əskinasları, 100 ədəd bir manatlıq pul əskinasları olmaqla ümumilikdə 1300 manat nağd pul, 15 manatlıq qəpik pullar, 2 blok Sobranie markalı qara rəngli nazik siqaret, 2 blok Sobranie markalı göy rəngli nazik siqaret, 2 blok Sobranie markalı nazik ballı siqaret, 2 blok Sobranie markalı ağ rəngli nazik siqaret, 2 blok Sobranie markalı qalın siqaret, 07 ədəd Sobranie markalı göy kompakt siqaret, 1 blok Kent 8 markalı qalın siqaret, 3 blok Vinston markalı nazik siqaret, 3 blok Vniston markalı qalın Kompakt siqaret, 1 blok Vinston markalı kompakt nanəli siqaret, 1 blok Vinston markalı ballı kompakt siqaret, 1 blok Vinston markalı nazik ballı siqaret, 3 blok Kent 4 markalı nazik siqaret, 1 blok Kent 1 markalı nazik siqaret, 07 ədəd Kent nanəli markalı nazik siqaret, 3 blok LD markalı kompakt siqaret, 3 blok LD markalı nazik siqaret, 3 blok Whincehtr markalı nazik siqaret, 1 blok Whincehtr markalı kompakt boz siqaret, 3 blok Pall Mall markalı nazik siqaret, 1 blok Pall Mall markalı ağ rəngli nazik siqaret, 2 blok Classic kompakt markalı siqaret, 1 blok Classic markalı nazik boz siqaret, 2 blok Viceroy markalı nazik siqaret, 1 blok X7 markalı kompakt siqaret, 3 blok Keno markalı nazik siqaret, 1 blok Keno markalı qızılı rəngli siqaret, 60 ədəd 2 manatlıq Simsim kontur, 50 ədəd 3 manatlıq Simsim kontur və 10 ədəd 5 manatlıq Simsim kontur oğurlandığını və əlavə marketin şüşəsinin qırıldığını, ümumilikdə 4500 manat maddi ziyan dəydiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. 01 fevral 2025-ci il tarixdə onlar görüşən zaman Sənan ona “İki qardaş” marketdən oğurluq etmək istədiyini bildirmiş, o isə Sənana “xahiş edirəm belə şey eləmə və məni bu işə qatma” demişdir. Səhəri gün Sənanın Həsənqaya kəndində yerləşən “İki qardaş” marketdən oğurluq etdiyini öyrənmişdir Bununla yanaşı, şahid qismində dindirilmiş Şahid1 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Hacallı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Təqsirləndirilən şəxs 2014-cü ildən king-boks məşqindən tanıdığını, Sənanla futbol yarışları olanda onunla yarışlara getdiyini, sonuncu dəfə 01 fevral 2025-ci il tarixdə saat təxminən 16:00 radələrində görüşdüyünü, Sənan zəng edərək “mənə bir çay ala bilərsən” deyib onu çay evinə çağırdığını, bundan sonra “İki qardaş” marketin yanına gəlib Sənan ilə görüşdüyünü, Sənan ilə birlikdə cofe almaq üçün İki qardaş marketə girdiklərini, cofe aldıqdan sonra marketin üstündə yerləşən çayxanaya çıxaraq damino oynadıqdan sonra aşağıya düşdüklərini, orada söhbət edən zaman Sənan “İki qardaş” marketdən oğurluq etmək istəyidiyini, Sənana “xahiş edirəm belə şey eləmə və məni bu işə qatma” dediyini, həmin vaxt əvvəllər tanımadığı sonradan adını bildiyi Sənanın dostu olan Orxan adlı şəxs gəldiyini, sonra onlara “məni üzürlü sayın mən gedirəm” dediyini, səhəri gün yəni 02 fevral 2025-ci il tarixdə saat təxminən 12 radələrində Sənanın Həsənqaya kəndində yerləşən “İki qardaş” marketdən oğurluq etdiyini öyrəndiyini, Sənanın marketdən oğurluq etməsindən xəbəri olmadığını, onunla birlikdə oğurluq etmədiyini bildirmişdir. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs tanıyır. Sənanla kəndn girişində yerləşən çay evində 1-2 dəfə görüşüb çay içmişlər. 01 fevral 2025-ci il tarixdə Sənan ilə görüşmüş, görüşən zaman Sənan Həsənqaya kəndində yerləşən “İki qardaş” marketə girib oğurluq etmək isdədiyini demiş, o isə Sənana belə şeyi etməməsini demiş, bu sözlərdən sonra Sənanla sağollaşıb yaşadığı evə getmişdir. Səhəri gün Sənanın Həsənqaya kəndində yerləşən “İki qardaş” marketdən oğurluq etdiyini öyrənmişdir. Bununla yanaşı, iş üzrə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaq zamanı verdiyi və məhkəmədə tərəflərin razılığı ilə tədqiq olunmuş ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Saatlı kəndində qeydiyyatda olmaqla həmin ünvanda ailə üzvlərilə birlikdə yaşayır. Təxminən 1 il olar ki, futbol yarışlarından Təqsirləndirilən şəxs tanımışdır. Sənanla kəndn girişində yerləşən çay evində 1-2 dəfə görüşüb çay içmişlər. Sonuncu dəfə 01 fevral 2025-ci il tarixdə saat təxminən 16:00 radələrində Sənan ilə görüşmüş, görüşən zaman Sənanın yanında əvvəl tanımadığı və adını sonradan bilmədiyi Elvin adlı şəxsin olduğunu, həmin şəxs “məni üzürlü sayın mən gedirəm” deyərək onların yanından getdiyini, həmin vaxtı Sənan Həsənqaya kəndində yerləşən “İki qardaş” marketə girib oğurluq etmək isdədiyini dediyini, Sənana belə şeyi etməməsini və belə şeylərin lazım olmadığını dediyini, bu sözlərdən sonra Sənanla sağollaşıb yaşadığı evə getdiyini, səhəri gün yəni 02 fevral 2025-ci il tarixdə Sənanın Həsənqaya kəndində yerləşən “İki qardaş” marketdən oğurluq etdiyini öyrəndiyini və Sənanın marketdən oğurluq etməsindən xəbəri olmadığını, onunla birlikdə oğurluq etmədiyini bildirmişdir. Cinayət işinin 1-ci vərəqəsində olan 03 fevral 2025-ci il tarixli cinayət işinin başlanması və icraata qəbul edilməsi haqqında qərardan görünür ki, 03 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının CM-in 177.2.3-cü maddəsi ilə başlanaraq icraata qəbul edilmiş və istintaq aparılmışdır. Cinayət işinin 3-26-cı vərəqələrində olan materiallarından görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayonu Şatırlı kəndində yaşayan Təqsirləndirilən şəxs 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Qəhrəmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Bərdə rayonu Həsənqaya kəndində yerləşən “İki Qardaş” marketdən 1300 manat nağd pul, 15 manatlıq qəpik pullar, 2000 manat dəyərində müxtəlif adda siqaretləri və Simsim konturları gizli yolla talayıb oğurlanması faktı, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 6-11-ci vərəqələrində olan 02 fevral 2025-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Qəhrəmanlı kəndində yaşayan Zərərçəkmiş şəxs icarəyə götürüb işlətdiyi Bərdə rayonu Həsənqaya kəndində yerləşən “İki Qardaş” marketdən 1300 manat nağd pul, 15 manatlıq qəpik pullar, 2000 manat dəyərində müxtəlif adda siqaretləri və Simsim konturları oğurlanmışdır. İstintaq hərəkətinin görüntülərini əks etdirən fotoşəkillər fotocədvəl tərtib olunaraq cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə iclasında cinayət işi materiallarına əlavə edilmiş «DVD diskə baxış keçirilərkən həmin diskin içərisində “VİD-20250203-WA0016.mp4” adlı və “VİD-20250203- WA0017.mp4” adlı 2 ədəd fayl vardır. “VİD-20250203-WA0016.mp4” falı açdıqda 09 saniyə intervalında görüntü qarşımıza çıxır. Təqsirləndirilən şəxs həmin görüntüyə baxdıqdan sonra görüntüdə olan hərbi geyim formasında olan şəxs özü olduğunu bildirdi. Bundan sonra “VİD-20250203-WA0017.mp4” faylı açdıqda 10 saniyə intervalında görüntü qarşımıza çıxır. Təqsirləndirilən şəxs həmin video görüntüyə baxdıqdan sonra həmin şəxsin özü olduğunu təsdiq edib, 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Həsənqaya kəndində yerləşən “İki Qardaş” marketdən oğurluq etdiyini təsdiq edərək, hərbi geyim formasını tanınmamaq üçün geyindiyini bildirmişdir. Təqdim edilən 1 ədəd DVD diskdə baş vermiş proseslər öz əksini tapmışdır. Cinayət işinin 40-cı vərəqələrində olan şübhəli şəxs qismində tutma haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsində nəzərdə tuutlan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 72-73-cü vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 05 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 93-94-cü vərəqələrində olan 05 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və Bərdə RPŞ-nin MSY-dən azad edilmişdir. Cinayət işinin 130-132-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 18 aprel 2025-ci il tarixli qərardan görünür ki, 18 aprel 2025-ci il tarixdə Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə yenidən ittiham elan edilmişdir. Cinayət işinin 30-cu vərəqələrində olan zərərçəkmiş şəxs qismində tanınma haqqında 03 fevral 2025-ci il tarixli qərardan görünür ki, Zərərçəkmiş şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsi ilə ibtidai istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət işinin 110-113-cü vərəqələrində olan məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 07 aprel 2025-ci il tarixli 9/1361 nömrəli rəyindən görünür ki, analoji mallara müvafiq olaraq, ekspertiza təyini haqqında qərarda göstərilən 30 adda malların 2025-ci ilin fevral ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada 2132,30 manat müəyyən edilir. Həmin malların ayrı-ayrılıqda adları və qiymətləri rəyin tədqiqi hissəsində göstərilmişdir. Qeyd: tədqiqat obyetkləri tədqiqata təqdim edilmədiyi üçün müəyyən edilmiş qiymətlərdə dəyişiklik olması istisna edilmir.(Aparılmış tədqiqatın dəyəri 50 manat təşkil edir) Cinayət işinin 105-106-ci vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən dахil оlmuş 10 fevral 2025ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə RPŞ-də Azərbaycan Respublikası CM-nin 128-ci maddəsi ilə ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, barəsində olan cinayət işinə xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikası CPM-nin 40.3 və 73.2-ci maddələrinə əsasən xitam edilmişdir. Cinayət işinin 109-cu vərəqəsində olan 10 fevral 2025-ci il tarixli 18-1-28/2-290/2025 nömrəli Bərdə rayon X1 Hüquqi Şəxsin daxil olmuş məktubdan görünür ki, xx.xx.2000-ci il təvəllüdlü Təqsirləndirilən şəxs poliklinikanın ruhi-əsəb və narkoloji kаbinetlərində dispanser qeydiyyаtındа yoxdur. Cinayət işinin 98-99-cu vərəqəsində olan Bərdə rayon İcra hakimiyyəti Başçısının Şatırlı kəndi inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin 06 fevral 2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Şatırlı kəndində qeydiyyatdadır və yaşayır. Həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. Cinayət işinin 61-ci vərəqəsində olan 04 fevral 2025-ci il tarixli qərardan görünür ki, 15 manat 99 qəpik pul və 01 ədəd hərbi qış gödəkcə (kapşonka) cinayət işi üzrə maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon PŞ-nin maddi sübutların saxlanması otağına təhvil verilmişdir. Cinayət işinin 118-128-ci vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 16 fevral 2025-cü il tarixli qərardan görünür ki, 15 manat 99 qəpik pul və 01 ədəd hərbi qış gödəkcə (kapşonka) cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tаnınmış və saxlanılması üçün 15 manat 99 qəpik pul Zərərçəkmiş şəxs və 01 ədəd hərbi qış gödəkcəsi (kapşonka) Bərdə rayon PŞ-nin maddi sübutların saxlama otağına təhvil verilmişdir. Zərərçəkmiş şəxs dəymiş ziyanın miqdarı ümumilikdə 3448.29 manat kimi qiymətləndirilmişdir. Cinayət işinin 150-ci vərəqəsndə olan 23 aprel 2025-ci il tarixli qəbzdən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs özünə məxsus olan, 15 manat 99 qəpik pulu müstəntiq Dilsuz Məmmədovdan təhvil almışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Aərbaycan Respublikası CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 02 fevral 2025-ci il tarixdə saat 03 radələrində Bərdə rayonu Həsənqaya kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs məxsus saxlanc yeri hesab edilən “İki Qardaş“ marketin yola tərəf olan giriş qapısının şüşəsini daşla sındırıb oraya qanunsuz daxil olaraq mağazanın vitrinindən Zərərçəkmiş şəxs məxsus 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı qara rəngli nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı göy rəngli nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumulikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı nazik ballı siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyərində 20 qutu “Sobranie” markalı ağ rəngli nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 50 qəpik olmaqla ümumilikdə 90 manat dəyyərində 20 qutu “Sobranie” markalı qalın siqareti, 01 qutusunun qiyməti 4 manat 70 qəpik olmaqla ümumilikdə 32 manat 90 qəpik dəyərində 07 qutu “Sobranie” markalı göy kompakt siqaret, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 42 manat dəyərində 10 qutu “Kent 8” markalı qalın siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 126 manat dəyərində 30 qutu “Vinston” markalı nazik siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 120 manat dəyərində 30 qutu “Vniston” markalı qalın Kompakt siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 qutu “Vinston” markalı kompakt nanəli siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 qutu “Vinston” markalı ballı kompakt siqareti, 01 qutusunun qiyməti 4 manat olmaqla ümumilikdə 40 manat dəyərində 10 qutu “Vinston” markalı nazik ballı siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 126 manat dəyərində 30 qutu “Kent 4” markalı nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 42 manat dəyərində 10 qutu “Kent 1” markalı nazik siqareti, 01 qutusunun qiyməti 4 manat 20 qəpik olmaqla ümumilikdə 29 manat 40 qəpik dəyərində 07 qutu “Kent” markalı nanəli nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 40 qəpik olmaqla ümumilikdə 102 manat dəyərində 30 qutu “LD” markalı kompakt siqareti, 01 qutusunun qiyməti 3 manat 60 qəpik olmaqla ümumilikdə 108 manat dəyərində 30 qutu “LD” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 93 manat dəyərində 30 qutu “Whincehstr” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 31 manat dəyərində 10 qutu “Whincehstr” markalı kompakt boz siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 93 manat dəyərində 30 qutu “Pall Mall” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 10 qəpik olmaqla ümumilikdə 31 manat dəyərində 10 qutu “Pall Mall” markalı ağ rəngli nazik siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat dəyərində 20 qutu “Classic” kompakt markalı siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Classic” markalı nazik boz siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 52 manat dəyərində 20 qutu “Viceroy” markalı nazik siqareti, 01 qutusunun qiyməti 3 manat 20 qəpik olmaqla ümumilikdə 32 manat dəyərində 10 qutu “X7” markalı kompakt siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 78 manat dəyərində 30 qutu “Keno” markalı nazik siqareti, 01 qutusunun qiyməti 2 manat 60 qəpik olmaqla ümumilikdə 26 manat dəyərində 10 qutu “Keno” markalı qızılı rəngli siqareti, 01 ədədinin qiyməti 2 manat olmaqla ümumilikdə 120 manat dəyərində 60 ədəd Sim konturları, 01 ədədinin qiyməti 3 manat olmaqla ümumilikdə 150 manat dəyərində 50 ədəd Sim konturları, 01 ədədinin qiyməti 5 manat olmaqla ümumilikdə 50 manat dəyərində 10 ədəd Sim konturları, marketin kassasında olan ümumilikdə 1300 manat pul əskinasları və 15 manat 99 qəpik məbləğində qəpik pulları gizli yolla talayaraq Zərərçəkmiş şəxs ümumilikdə 3448 manat 29 qəpik (üç min dörd yüz qırx səkkiz manat iyirmi doqquz qəpik) məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. CM-nin 177.2.3-cü maddəsinə əsasən oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama —yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad edilməsi üçün əsaslar yoxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinayət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzaya məruz qalmalı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin zərərçəkmiş şəxslə barışmasını və ona dəymiş ziyanı tam ödəməsi ilə yanaşı təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi və yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını da onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CMin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.3-cü maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Avropa İnsan Hüquqları Məhkəməsinin “X3rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 05 fevral 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 177.2.3-cü maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 05 fevral 2025ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 50 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan 15 manat 99 qəpik pulun iş üzrə Zərərçəkmiş şəxs təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə Zərərçəkmiş şəxs dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. Məhkəmə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 132-ci maddəsinə əsasən hesab edir ki, hökm qanuni qüvvəyə mindikdən sonra iş üzrə maddi sübut – Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd hərbi qış gödəkcə (kapşonka) təyinatını itirdiyindən məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 3 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 03 fevral 2025-ci il tarixindən 05 fevral 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə zərərçəkmiş şəxsə dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. İş üzrə maddi sübut – Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanma otağında saxlanılan Təqsirləndirilən şəxs götürülmüş 01 ədəd hərbi qış gödəkcə (kapşonka) təyinatını itirdiyindən məhv edilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar