Məhkəmə qərarları › İş №1(021)-9/2025

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-9/2025

23.09.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-9/2025 23.09.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X13 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Abbasova Afət Ağarza qızının katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş hüquqi şəxs Bərdə Rayon Xanərəb Bələdiyyəsinin nümayəndəsi X3, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi X4 iştirakları ilə, xx xxxx 1964-cü ildə Bərdə rayonu İmirli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Əmirli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq məhkəmə Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə ittiham elan edilmişdir ona görə ki, o, 1999-cu ildə dəqiq tarixi və vaxtı istintaqa məlum olmayan tarixdən və vaxtdan başlayaraq 2023-cü ilin fevral ayının ortalarına kimi olan müddət ərzində qanunla müəyyən edilmiş mülkiyyət, istifadə və ya icarə hüququ olmadan Bərdə rayonu Əmirli kəndində yerləşən, Əmirli Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid həyətyanı 1,20 ha torpaq sahəsini özbaşına tutaraq üzərində arpa və taxıl bitkiləri əkib-becərərək torpaq üzərində Əmirli kənd bələdiyyəsinin mülkiyyət hüququnu pozmuşdur. Bununla da o, Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs məhkəmə iclasında Azərbaycan Respublikasının CM-nin 188.1ci maddəsi ilə ona elan edilmiş ittihamla özünü təqsirli bilməyərək ifadəsində göstərdi ki, Bərdə rayonu Əmirli kəndində anadan olmuşdur, hazırda da ailəsi ilə birlikdə həmin kənddə yaşayır. Birinci Qarabağ müharibəsində iştirak edərək yaralanmışdır. 1999-cu ildən 2023-cü ilin fevral ayınadək bələdiyyə mülkiyyətinə aid olan 1,20 hektar torpaq sahəsini istifadə etmiş, qeyd olunan torpaqda taxıl, arpa və tərəvəz məhsulları əkibbecərmişdir. Onun həmin torpaq sahəsinə dair heç bir istifadə, icarə, mülkiyyət hüququnu təsdiq edən sənədi olmamışdır. İstifadə etdiyi torpaq sahəsi kəndin perspektiv inkişafı məqsədilə ayrılmış torpaq sahəsi olmuş və bələdiyyənin mülkiyyətinə aid olmuşdur. 19 dekabr 2022-ci ildə Əmlak Məsələləri Dövlət Xidmətinin əməkdaşları tərəfindən, bələdiyyənin iştirakı ilə istifadəsində olan 1,20 hektar torpaq sahəsinə onun iştirakı olmadan baxış keçirilmiş və həmin torpaq sahəsinə aid heç bir istifadə, icarə və ya mülkiyyət hüququnu təsdiq edən sənədinin olmadığı aşkar olunmuşdur. 2023-cü ilin fevral ayında sözügedən torpaq sahəsini bələdiyyəyə təhvil verərək oradan çıxmışdır, hazırda həmin torpaq sahəsindən istifadə etmir, bələdiyyənin mülkiyyətinə qaytarmışdır. Uzun müddət torpaq sahəsindən istifadə etmiş, lakin heç kim ona torpağın Bələdiyyə mülkiyyətində olduğunu deməmişdir. 1,20 hektar torpaq sahəsindən 1999-cu ildən 2023cü ilin fevral ayınadək istifadə etmişdir. İstifadə etdiyi torpaq sahəsini çəpərə almamışdır. Birinci Qarabağ müharibəsində iştirak etmiş, müharibə veteranı kimi ona əkib-becərmək üçün torpaq sahəsi verilməsi üçün aidiyyəti orqanlara müraciət etmiş, Bərdə Rayon AİK tərəfindən həmin torpaq sahəsi ona verilmiş, lakin bu barədə ona sənəd verilməmişdir. Təqsirləndirilən şəxs məhkəmənin növbəti iclaslarında özünü təqsirli bilərək, əməlindən peşiman olduğunu bildirdi və müddətin keçməsi ilə əlaqədar olaraq barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxs Zərərçəkmiş şəxs hüquqi varisi Bərdə Rayon Xanərəb Bələdiyyəsinin nümayəndəsi qismində iştirak edən bələdiyyə sədri X5 göstərdi ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli kənd sakinidir. Sonuncu 1999-cu ildən 2023-cü ilin fevral ayınadək Zərərçəkmiş şəxs mülkiyyətinə aid olan 1,20 hektar torpaq sahəsini əkib becərmiş, torpaqda taxıl, arpa və tərəvəz məhsulları əkib-becərmişdir. Təqsirləndirilən şəxs həmin torpaq sahəsinə dair heç bir istifadə, icarə və ya mülkiyyət hüququnu təsdiq edən sənədi olmamışdır. İstifadə etdiyi torpaq sahəsi kəndin perspektiv inkişafı məqsədilə ayrılmış torpaq sahəsi olmuş və bələdiyyənin mülkiyyətində olmuşdur. Təqsirləndirilən şəxs 2023-cü ilin fevral ayından mübahisəli torpaqdan istifadə etmir. Sonuncudan şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri vəzifəsində işləyən Şahid4 göstərdi ki, 2015-ci ildən Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun müdiri vəzifəsində işləyir. Buna görə də İdarə tərəfindən torpaqların istifadə edilməsi ilə bağlı monitorinqlər aparır. 19 dekabr 2022-ci il tarixdə Əmlak Məsələləri Dövlət Xidmətinin Bərdə ərazi şöbəsinin Torpaqların idarə edilməsi və istifadəsinə nəzarət sektorunun məsləhətçisi X6 və Zərərçəkmiş şəxs sədri Nümayəndə ilə birgə Bərdə rayonu Əmirli kəndi ərazisində yerləşən bələdiyyə mülkiyyətinə aid olan, kəndin perspektiv inkişafı məqsədilə ayrılmış, bələlədiyyə mülkü olan 1,20 hektar hissəsində monitoriq aparmışam, həmin vaxtı Bələdiyyə mülkü olan torpaq sahəsinin Bərdə rayonu Əmirli kənd sakini Təqsirləndirilən şəxs tərəfindən qanunsuz olaraq istifadə, mülkiyyət və ya icarə hüququ olmadan əkib-becərilməsi müəyyən olunmuş və bu barədə baxış keçirilib akt tərtib edilmişdir. Həmin vaxt torpaq sahəsində arpa bitkisi əkilmişdir. Akt tərtib edilərkən həmin torpaq sahəsində qanunsuz olaraq heç bir istifadə, icarə və mülkiyyət hüququ olmadan əkilib-becərilməsi müəyyən edilmişdir. Bərdə rayonu Əmirli kəndində yerləşən torpaq sahəsi 1998-ci ildə torpaq islahatı zamanı Zərərçəkmiş şəxs mülkiyyətinə verilmişdir, kəndin perspektiv inkişafi məqsədilə ayrılmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid2 göstərdi ki, Təqsirləndirilən şəxslə həmkəndli olmaqla yanaşı qohumluq münasibətləri var. Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli Bələdiyyəsinin mülkiyyətində olmuş 1,20 ha torpaq sahəsindən istifadə etmişdir. 2023-cü ilin fevral ayından həmin torpaqdan istifadə etmir. Torpaq sahəsi şumlanmış vəziyyətdə qalmışdır. Məhkəmə iclasında şahid qismində dindirilmiş Şahid3 göstərdi ki, Təqsirləndirilən şəxs əmisidir. Bərdə rayonu Əmirli Bələdiyyəsinin mülkiyyətində olan, kəndin perspektiv inkişafı məqsədilə ayrılmış torpaq sahəsindən istifadə etmişlər. Bu görə onlar heç kim irad bildirməmişdir. 2 ildən artıqdır həmin torpaqlardan istifadə etmirlər. Əmisi Təqsirləndirilən şəxs 1,20 ha torpaqdan istifadə etmişdir. Torpaqdan istifadəyə görə əmisinin sənədi olmamışdır. İş materiallarında olan və məhkəmə iclasında tədqiq edilən: Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 05 may 2025-ci il tarixli 10/9624 nömrəli rəyindən görünür ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli kəndində istifadə etdiyi mübahisəli, iki hissədən ibarət olmaqla cəmi 1.40 ha torpaq sahəsi Əmirli bələdiyyəsinin mülkiyyətinə aid kəndin perspektiv inkişaf fondu torpağıdır və həmin torpaq sahəsi Daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır, hüquq müəyyən edici sənədləri yoxdur. Torpaq sahəsinin koordinatları rəyə əlavə edilmiş sxematik planda öz əksini tapmışdır. -Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi şəxsinin 7 saylı Bərdə Ərazi İdarəsinin mühəndisi Xəqani Süleymanovun mütəxəssis rəyində qeyd edilir ki, Elektron məlumat bazasına əsasən Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışla 0.26 ha və ********** qeydiyyat nömrəli çıxarışla 1.3931 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, "Torpağın mülkiyyətə verilməsinə dair JN-413A saylı şəhadətnamə ilə təqsirləndirilən şəxs X1 və ailə üzvlərinin mülkiyyətinə verilmişdir. Qeyd edilən torpaq sahələrinin koordinatları, Bərdə rayonu Əmirli kəndində yerləşən Təqsirləndirilən şəxs istifadə etdiyi mübahisəli, iki hissədən ibarət olmaqla cəmi 1,40 ha torpaq sahəsinin koordinatları ilə eynilik təşkil etmir və üst-üstə düşmür. “Bərdə Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin 11 yanvar 2024-cü il tarixli 18-1-28/2-34/2024 nömrəli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur. Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin verdiyi 12 dekabr 2023-cü il tarixli Tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 29 dekabr 2023-cü il tarixli, 473 saylı arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli kəndində yaşayır. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Əmirli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş Xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Bərdə rayonu Əmirli Bələdiyyəsinin xx.xx.2023-cü il tarixli 05 nömrəli Arayışından görünür ki, Təqsirləndirilən şəxs istifadə etdiyi torpaq sahəsi Əmirli Bələdiyyəsinin perspektiv inkişaf fonduna aid olduğuna görə X7 torpaqdan bir daha istifadə etməyəcəyini bildirmişdir. Məhkəmə toplanmış sübutlara qiymət verərək belə hesab edir ki, təqsirləndirilən şəxsə elan olunmuş ittiham məhkəmə iclasında tamamilə sübut edilmiş, onun törətdiyi əməl düzgün olaraq Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə tövsif olunmuşdur. İş materiallarından müəyyən olunur ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Əmirli kəndində yerləşən, Əmirli Bələdiyyəsinin mülkiyyətinə aid olmaqla, yaşayış məntəqələri torpaqları təyinatlı, kəndin perspektiv inkişaf fonduna aid həyətyanı 1,20 ha torpaq sahəsini 2023-cü ilin fevral ayında tərk etmişdir, həmin vaxtdan etibarən, yəni 2 ildən artıq müddətdir ki, sözügedən torpaq sahəsindən istifadə etmir. Bu hal məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələri ilə də öz təsdiqini tapmışdır. Azərbaycan Respublikasının CM-nin 75.1.1-ci maddəsinə görə böyük ictimai təhlükə törətməyən cinayətin törədildiyi gündən iki il keçdikdə şəxs cinayət məsuliyyətinə cəlb edilə bilməz. Məhkəmə təqsirləndirilən şəxsin, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin və şahidlərin ifadələrini dinləyib, dövlət ittihamçısının fikrini öyrənib, habelə iş materiallarındakı sənədləri araşdıraraq hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən xitam verilməli və o, cinayət məsuliyyətindən azad edilməlidir. Belə ki, Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CPM və ya CPM): 39.1.3-cü maddəsinə görə, cinayət məsuliyyətinə cəlbetmə müddətləri keçdikdə (cinayət məsuliyyətinə cəlbetmə müddətinin dayandırılması halları istisna edilməklə) cinayət təqibi başlanıla bilməz, başlanmış cinayət təqibinə isə xitam verilməlidir (o cümlədən cinayət işi başlana bilməz, başlanılmış cinayət işi üzrə icraata isə xitam verilməlidir). 40.1-ci maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş cinayət məsuliyyətindən və cəzadan azad etmə hallarının mövcudluğu cinayət təqibinin həyata keçirilməməsinə imkan verir. 43.3-cü maddəsinə görə, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Məhkəmə iclasında Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə cinayət məsuliyyətinə cəlbetmə müddəti keçməsinə görə xitam verilməsinə etirazının olmadığını bildirmişdir. CPM-nin: 44.2-ci maddəsinə görə bəraət hökmü və ya cinayət təqibinə xitam verilməsi barədə qərar çıxarılması üçün müvafiq olaraq bu Məcəllənin 42 və 43-cü maddələrində göstərilən əsaslar mövcud olmadıqda, məhkəmə aşağıdakılara riayət edərək ittiham hökmü çıxarır: 44.2.1. bu Məcəllənin 39.1.3-cü maddəsində nəzərdə tutulmuş halda — təqsirləndirilən şəxsə cəza təyin etməməklə; Təqsirləndirilən şəxs CM-nin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə xitam verildiyindən onun barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilməlidir. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 05 may 2025-ci il tarixli 10/9624 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 100 (bir yüz) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut və mülki iddia yoxdur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 40, 43, 321 və 384-cü maddələrini rəhbər tutaraq, məhkəmə Qəraraaldi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs cinayət məsuliyyətinə cəlbetmə müddəti keçdiyindən o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 188.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri ləğv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 (bir yüz) manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Qərardan elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Qərardan protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar