Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-90/2024 01.10.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X8, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs: Zərərçəkmiş şəxs4, Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs3 Qanuni nümayəndələr: Rəhimova Raziyə Vəkil qızı, X12, Müdafiəçilər: Bərdə rayon Vəkil Bürosunun vəkilləri X4, Müdafiəçi1, Müdafiəçi3 və Müdafiəçi2 iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, xx.xx.2023-cü il tarixdə Bərdə rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinib 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, Bərdə rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərarına əsasən, həmin məhkəmənin xx.xx.2023-cü il tarixli hökmü ilə ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının çəkilməmiş qalan hissəsinin 08 ay 16 gün müddətinə azadlıqdan məhrum etmə cəzası ilə əvəz edilmiş və cəzasını çəkmiş, Bərdə rayonu Ərəblər kəndində qeydiyyatda olmaqla, ünvan 14ində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilməklə Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq Təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs1, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs: xx.xx.2005-ci ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, ünvan 13ində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs: xx.xx.2005-ci ildə Ağdam rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, ünvan 1 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Şahid1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə Təqsirləndirilən şəxs: xx.xx.2006-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs: xx.xx.2007-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 3 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs: xx.xx.2008-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 4 ünvanında qeydiyyatda olmaqla Bərdə rayonu, Güloğlular kəndində yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs: xx.xx.2002-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 6 ünvanda yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Şahid2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs: xx.xx.2006-cı ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 7 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə Təqsirləndirilən şəxs: xx.xx.2008-ci ildə Bərdə rayonunda anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 8 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmiş Şahid3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1 və 177.2.3cü maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrar yaşayış sahəsinə və saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs3 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 17 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Bərdə rayonu, Güloğlular kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən geyim əşyası və məişət avadanlıqları satılan mağazanın plastik və dəmir qapısını istintaqla müəyyən edilməsi mümkün olmayan balta və digər dəmir parçası ilə sındırıb açaraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 250 manat olan 02 ədəd yeni vəziyyətdə 81 sm diaqanallı, Koreya istehsalı, “Zimmer” markalı, 01 ədəd yeni vəziyyətdə 81 sm diaqanallı, Koreya istehsalı, “SHİVAKİ” markalı olmaqla cəmi 03 ədəd televizorları, 28 manat dəyərində, yeni vəziyyətdə, üzərində “BR-2217 5000W və HAİR” sözləri yazılmış Çin istehsalı 01 ədəd saç fenini, hər birinin qiyməti 30 manat olan 02 ədəd nərdtaxtanı və hər birinin dəyəri 50 qəpik olan 14 cüt Çin istehsalı kişi corablarını gizli yolla talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 845 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Bərdə rayonu, Güloğlular kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə yataq otağının pəncərəsinə mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq evin yataq otağından Zərərçəkmiş şəxs2 məxsus 180 manat dəyərində 585 əyarlı, 2 qram çəkidə 01 ədəd qadın qızıl üzüyünü, 3000 manat dəyərində, 583 əyarlı, 35 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağını və 170 manat dəyərində 585 əyyarlı, 1,97 qram çəkidə 01 ədəd qadın qızıl üzüyünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Şahid2 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 mart 2023-cü il tarixdə, saat 01 radələrində Bərdə rayonu, Mirzalıbəyli kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının üzərinə asılmış qıfılı istintaqa məlum olmayan əşya ilə sındırıb açmaqla oraya qanunsuz daxil olaraq mağazanın içərisində olan kassadan Zərərçəkmiş şəxs3 məxsus 2800 manat nağd pulu, “Hikvision” markalı videomüşahidə kamerasının 100 manat dəyərində 01 ədəd yaddaş aparatını və piştaxtadan 1 qutusunun dəyəri 4 manat 10 qəpik olmaqla cəmi 30 qutu göy rəngli «Sobranie» markalı siqaretləri gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 3023 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu, Bala Ərəblər kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs5 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının plastik pəncərəsini istintaqa məlum olmayan əşya ilə sındırıb açaraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisində olan piştaxtadan Zərərçəkmiş şəxs5 məxsus 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 20 qutu göy rəngli «KENT-8» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 30 qutu qara rəngli «KENT- 4» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu qara rəngli nazik «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu ağ rəngli kompakt «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli kompakt ballı «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 43 manat dəyərində 10 qutu göy rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 84 manat dəyərində 30 qutu boz rəngli nazik «PALL MALL markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 112 manat dəyərində 40 qutu boz rəngli nazik «PALL MALL» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 56 manat dəyərində 20 qutu boz rəngli kompakt «ROTHMANS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu qara rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu boz rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «VEGAS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu boz rəngli kompakt «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 120 manat dəyərində 50 qutu göy rəngli nazik «VİCEROY» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumilikdə 24 manat dəyərində 10 qutu ağ rəngli nazik ballı «ARGO» markalı siqaretləri, ümumilikdə 250 manat dəyərində Azercell, Bakcell və Narmobile mobil operatorlara aid danışıq kartlarını, 70 manat dəyərində qara rəngli 01 ədəd «SAMSUNG-J4» markalı mobil telefonu içərisində olan 10 manat dəyərində ***-***-**-** saylı “Azərcell” mobil operatoruna aid mobil nömrə ilə birlikdə və ümumilikdə 60 manat dəyərində metal pul nişanlarından ibarət qəpik pulları gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs5 1620 manat dəyərində maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Şahid3 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən “Nar” adlanan marketin arxa hissəsində yerləşən nəfəsliyin pəncərəsini sındırma yolu ilə marketə qanunsuz daxil olaraq həmin marketin içərisində yerləşən pul kassasından Zərərçəkmiş şəxs4 məxsus 2000 manat nağd pulu, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu mentollu qalın «Winston» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu nazik «Winston» markalı siqaretləri, 3 manat 20 qəpik dəyərində 01 qutu qalın kompakt «LD» markalı siqareti gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs4 2018 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində Ağdam - Bərdə avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsinə gəlib həmin ərazidə yerləşən Zərərçəkmiş şəxs6 məxsus saxlanc yeri hesab edilən “Qarabağ” adlanan marketin arxa hissəsində olan plastik pəncərəni istintaqa məlum olmayan əşya ilə sındırıb açaraq marketə qanunsuz daxil olmaqla marketin içərisində olan kassadan Zərərçəkmiş şəxs6 məxsus 7700 manat nağd pulu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs6 xeyli miqdar hesab edilən 7700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs2 təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 noyabr 2023-cü il tarixdə, saat 02 radələrində Ağdam - Bərdə avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsinə gəlib həmin ərazidə yerləşən Zərərçəkmiş şəxs6 məxsus saxlanc yeri hesab edilən “Qarabağ” adlanan marketin arxa hissəsində olan plastik pəncərəni istintaqa məlum olmayan əşya ilə sındırıb açaraq marketə qanunsuz daxil olmaqla marketin içərisində olan kassadan Zərərçəkmiş şəxs6 məxsus 7700 manat nağd pulu gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs6 xeyli miqdar hesab edilən 7700 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Bundan başqa Şahid1 оğlu təqsirləndirilir оndаn ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrar saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməllərini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 30 iyul 2023-cü il tarixdə, saat 02 radələrində Bərdə rayonu, Bala Ərəblər kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs5 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının plastik pəncərəsini istintaqa məlum olmayan əşya ilə sındırıb açaraq mağazaya qanunsuz daxil olmaqla mağazanın içərisində olan piştaxtadan Zərərçəkmiş şəxs5 məxsus 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 20 qutu göy rəngli «KENT-8» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 30 qutu qara rəngli «KENT- 4» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu qara rəngli nazik «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu ağ rəngli kompakt «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli kompakt ballı «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 43 manat dəyərində 10 qutu göy rəngli nazik «SOBRANİE» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 84 manat dəyərində 30 qutu boz rəngli nazik «PALL MALL markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 112 manat dəyərində 40 qutu boz rəngli nazik «PALL MALL» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 56 manat dəyərində 20 qutu boz rəngli kompakt «ROTHMANS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu qara rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu boz rəngli nazik «MAGNA» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «VEGAS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu boz rəngli kompakt «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «CLLASİK» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 120 manat dəyərində 50 qutu göy rəngli nazik «VİCEROY» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumilikdə 24 manat dəyərində 10 qutu ağ rəngli nazik ballı «ARGO» markalı siqaretləri, ümumilikdə 250 manat dəyərində Azercell, Bakcell və Narmobile mobil operatorlara aid danışıq kartlarını, 70 manat dəyərində qara rəngli 01 ədəd «SAMSUNG-J4» markalı mobil telefonu içərisində olan 10 manat dəyərində ***-***-**-** saylı “Azərcell” mobil operatoruna aid mobil nömrə ilə birlikdə və ümumilikdə 60 manat dəyərində metal pul nişanlarından ibarət qəpik pulları gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs5 1620 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bundan başqa, o, təkrar tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Şahid3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən “Nar” adlanan marketin arxa hissəsində yerləşən nəfəsliyin pəncərəsini sındırma yolu ilə marketə qanunsuz daxil olaraq həmin marketin içərisində yerləşən pul kassasından Zərərçəkmiş şəxs4 məxsus 2000 manat nağd pulu, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu mentollu qalın «Winston» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu nazik «Winston» markalı siqaretləri, 3 manat 20 qəpik dəyərində 01 qutu qalın kompakt «LD» markalı siqareti gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs4 2018 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Şahid1 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışı Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 17 yanvar 2023-cü il tarixdə, saat 22 radələrində Bərdə rayonu, Güloğlular kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən geyim əşyası və məişət avadanlıqları satılan mağazanın plastik və dəmir qapısını istintaqla müəyyən edilməsi mümkün olmayan balta və digər dəmir parçası ilə sındırıb açaraq həmin mağazaya qanunsuz daxil olmaqla oradan hər birinin dəyəri 250 manat olan 02 ədəd yeni vəziyyətdə 81 sm dioqanallı, Koreya istehsalı, “Zimmer” markalı, 01 ədəd yeni vəziyyətdə 81 sm dioqanallı, Koreya istehsalı, “SHİVAKİ” markalı olmaqla cəmi 03 ədəd televizorları, 28 manat dəyərində, yeni vəziyyətdə, üzərində “BR-2217 5000W və HAİR” sözləri yazılmış Çin istehsalı 01 ədəd saç fenini, hər birinin qiyməti 30 manatolan 02 ədəd nərdtaxtanı və hər birinin dəyəri 50 qəpik olan 14 cüt Çin istehsalı kişi corablarını gizli yolla talayıb ümumilikdə zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs1 845 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs5 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Bərdə rayonu, Güloğlular kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə yataq otağının pəncərəsinə mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq evin yataq otağından Zenfira Abbasovaya məxsus 180 manat dəyərində 585 əyarlı, 2 qram çəkidə 01 ədəd qadın qızıl üzüyünü, 3000 manat dəyərində, 583 əyarlı, 35 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağını və 170 manat dəyərində 585 əyyarlı, 1,97 qram çəkidə 01 ədəd qadın qızıl üzüyünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs6 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək yaşayış sahəsinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs5 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 27 fevral 2023-cü il tarixdə, saat 19 radələrində Bərdə rayonu, Güloğlular kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs2 məxsus fərdi yaşayış evinin həyətinə, oradan isə yataq otağının pəncərəsinə mexaniki təsir göstərib açmaqla qanunsuz daxil olaraq evin yataq otağından Zenfira Abbasovaya məxsus 180 manat dəyərində 585 əyarlı, 2 qram çəkidə 01 ədəd qadın qızıl üzüyünü, 3000 manat dəyərində, 583 əyarlı, 35 qram çəkidə 01 ədəd qadın qızıl boyunbağını və 170 manat dəyərində 585 əyyarlı, 1,97 qram çəkidə 01 ədəd qadın qızıl üzüyünü gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 3350 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Şahid2 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs4 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 mart 2023-cü il tarixdə, saat 01 radələrində Bərdə rayonu, Mirzalıbəyli kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının üzərinə asılmış qıfılı istintaqa məlum olmayan əşya ilə sındırıb açmaqla oraya qanunsuz daxil olaraq mağazanın içərisində olan kassadan Zərərçəkmiş şəxs3 məxsus 2800 manat nağd pulu, “Hikvision” markalı videomüşahidə kamerasının 100 manat dəyərində 01 ədəd yaddaş aparatını və piştaxtadan 1 qutusunun dəyəri 4 manat 10 qəpik olmaqla cəmi 30 qutu göy rəngli «Sobranie» markalı siqaretləri gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 3023 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Şahid2 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Təqsirləndirilən şəxs4 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Şahid2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 08 mart 2023-cü il tarixdə, saat 01 radələrində Bərdə rayonu, Mirzalıbəyli kəndinə gəlib həmin kənddə yerləşən Zərərçəkmiş şəxs3 məxsus saxlanc yeri hesab edilən ərzaq mağazasının giriş qapısının üzərinə asılmış qıfılı istintaqa məlum olmayan əşya ilə sındırıb açmaqla oraya qanunsuz daxil olaraq mağazanın içərisində olan kassadan Zərərçəkmiş şəxs3 məxsus 2800 manat nağd pulu, “Hikvision” markalı videomüşahidə kamerasının yaddaş 100 manat dəyərində 01 ədəd aparatını və piştaxtadan 1 qutusunun dəyəri 4 manat 10 qəpik olmaqla cəmi 30 qutu göy rəngli «Sobranie» markalı siqaretləri gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs3 3023 manat maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Şahid3 təqsirləndirilir ondan ötrü ki, o, qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayət əməlini törətmişdir. Belə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla talamaq məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Şahid1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək 05 avqust 2023-cü il tarixdə, saat 03 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs4 məxsus saxlanc yeri hesab edilən “Nar” adlanan marketin arxa hissəsində yerləşən nəfəsliyin pəncərəsini sındırma yolu ilə marketə qanunsuz daxil olaraq həmin marketin içərisində yerləşən pul kassasından Zərərçəkmiş şəxs4 məxsus 2000 manat nağd pulu, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu mentollu qalın «Winston» markalı siqaretləri, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 7 manat 60 qəpik dəyərində 2 qutu nazik «Winston» markalı siqaretləri, 3 manat 20 qəpik dəyərində 01 qutu qalın kompakt «LD» markalı siqareti gizli yolla talayaraq ümumilikdə Zərərçəkmiş şəxs4 2018 manat 40 qəpik maddi ziyan vurmaqla oğurluq etmişdir. Bu hərəkətləri ilə Şahid3 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. İş üzrə sonuncu məhkəmə baxış iclasında məhkəmə iclas katibi məruzə edərək bildirdi ki, təqsirləndirilən şəxslərdən Şahid3 işi ilə əlaqədar Bakı şəhərində olduğundan məhkəmə iclasında iştirak etmir, digər təqsirləndirilən şəxs Şahid1 avtoqəzaya düşərək xəsarət almış və hazırda ayağı sındığından yataq şəraitində müalicə alır. Təqsirləndirilən şəxslərdən Şahid2 isə psixi xəstəliyi olduğundan müalicə edilməsi üçün psixiatriya xəstəxanasına yerləşdirilmişdir. Bu haqda sənədin surəti də məhkəməyə təqdim edilmişdir. Qeyd edilənlərlə bağlı adları çəkilən təqsirləndirilən şəxslər məhkəməyə gəlməyiblər. Məhkəmə sonuncu məhkəmə baxış iclasında adıçəkilən təqsirləndirilən şəxslərin iştirak etmədiyini nəzərə alaraq onların məhkəmə iclasında iştirak etməmələrinin səbəblərinin araşdırılması, zərurət olduğu təqdirdə sorğuların verilməsi və ekspertiza təyin edilməsi və həmin şəxslərin məhkəmə iclaslarında iştirakının təmini məqsədilə məhkəmə istintaqının onlarla bağlı hissədə davam etdirilməsi və hazırki işdə iştirak edən tərəflərin məhkəmə qarşısında həddən artıq uzun müddət gözləmələrinin və məhkəmə baxışının həddən artıq uzanmasının qarşısının alınması məqsədilə tərəflərin fikirlərini dinlədikdən sonra müşavirə otağına gedib qayıdaraq 1(021)-90/2024 saylı cinayət işinin icraatından təqsirləndirilən şəxslərdən Şahid3, Şahid1 və Şahid2 ilə bağlı hissədə cinayət işinin ayrıca icraata ayrılması və yeni nömrə altında ayrıca icraatda məhkəmə iclasının (məhkəmə istintaqının) davam etdirilməsi barədə 01 oktyabr 2024-cü il tarixdə qərar qəbul etmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişlər. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə vermiş Təqsirləndirilən şəxs1 ona elan edilmiş ittihamda özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Güloğlular kəndində yerləşən fərdi yaşayış evində anası Rəhimova Raziyə Vəkil qızı ilə birlikdə yaşayır. Subaydır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs3 tanıyır. Azad Bərdə şəhərində yerləşən təzə bazarda fəhləlik edir. Aralarında ədavətləri və düşmənçilikləri yoxdur. 17 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı evdə olan zaman tanışı Azada zəng edib çayxanaya gəlməsini tapşırmışdır. Evdən çıxarkən gecə vaxtı olduğuna və qonşuluqda it olduğuna görə evdən 1 ədəd baltanı üzərində götürmüşdür. Baltanı əynində olan şalvarın sol iç cibinə qoymuş, əyninə geyindiyi gödəkçənin qabağını bağladığından baltanın üzərində olması görsənmirmiş. O, Azadın yaşadığı evin qarşısına gedib Azadı gözləmişdir. Azad yaşadığı evdən çıxdıqdan sonra birlikdə piyada Güloğullar kəndində yerləşən Təzə Bazarın içərisi ilə gedərkən sonradan istintaq zamanı adı ona məlum olan Zərərçəkmiş şəxs1 məxsus mağazanı görüb Azada mağazadan oğurluq etməyi təklif etmişdir. Azad onunla razılaşdıqdan sonra o, mağazanın arxa tərəfində olan giriş qapısına yaxınlaşmış, plastik qapının yan tərəfində olan qapının kilidini açmışdır. Bundan sonra içəri daxil olmaq üçün 2-ci qapıya yaxınlaşmış, həmin qapı dəmirdən olduğuna görə aça bilməyəcəyini görüb üzərində olan baltanı saxlamaq üçün Azada vermişdir. Mağazanın 2-ci qapısını açmaq üçün mağazanın yaxınlığında olan su pompasının üzərində olan dəmiri Azadın köməkliyi ilə aşağı-yuxarı edib su gətirmək üçün nəzərdə tutulmuş pompanın dəmirini sındırıb mağazaya yaxınlaşaraq həmin dəmirin ucu yastı tərəfini qapının kilidinin bərabərliyinə - iki qapının arasına salıb qapının kilidini qıraraq içəri daxil olmaq istəmiş, lakin dəmir qapının kilidini aça bilməmişdir. Mağazanın ikinci qapısı dəmirdən olduğu üçün dəmirin üzərində olan şüşəni su pompasının dəmiri ilə vurub sındırmışdır. O, sındırdığı şüşənin yerindən əlini içəri salıb qapının arxa tərəfində olan kilidi əli ilə açmış, sonra birlikdə mağazanın içərisinə daxil olmuşlar. Mağazanın içərisində alışqanın işığı ilə işıq salıb mağazanın kassasını axtarmış, kassanın yerini tapsa da kassanın içərisində pulun olmadığını müəyyən etmişdir. Mağazanın içərisini axtararkən televizorları görüb həmin televizorlardan SHİVAKİ markalı televizoru Azad əli ilə götürmüş, özü isə 2 ədəd Zimmer markalı tellevizorun hər birini əlinə götürüb mağazaya daxil olduqları qapınının yanına gətirib qoymuşlar. Daha sonra o, mağazada vitrinlərdə olan boşqabların üzərinə qoyulmuş 1 ədəd saç fenini götürüb mağazanın giriş qapısının yanına gətirib qoymuş, sonra isə mağazaya daxil olduqları qapının yanında olan masanın üzərində olan 2 ədəd nərdtaxtanı və nərdtaxtanın yanında ağ rəngli sellofanda olan 14 cüt kişi corablarını qapının ağzına yığmışdır. Onlar təxminən 15 dəqiqə müddətdə mağazanın içərisində olduqdan sonra o, Azada mağazadan çıxıb çöldə gözləməsini tapşırmışdır. O, mağazanın arxa giriş qapısının qarşısına yığdıqları əşyaların mağazanın yaxınlığında yerləşən kanalizasiya quyusunun içərisinə yığılması üçün Azada vermiş, Azad da həmin əşyaları aparıb konalizasiya quyusunun içərisinə yığmışdır. Bundan sonra onlar oradan çıxıb yaşadıqları evə getmişlər. 18 yanvar 2023-cü il tarixdə, gecə saat 02:30 radələrində o, yaşadığı evdən çıxıb qeyd olunan mağazanın yanına qayıtmışdır. Mağzanın yanında olan konalizasiya quyusuna gizlətdikləri 3 ədəd televizoru quyudan çıxardıb hər üçünü kəndirlə bağlayaraq çiynində tək vəziyyətdə televizorları kəndin kənarında yerləşən sahəyə aparıb su olmayan kanalın içərisində gizlətmişdir. Qalan əşyalar, yəni 2 ədəd nərdtaxta, 1 ədəd saç feni, 14 cüt corablar isə konalizasiya quyusunda qalmışdır. 18 yanvar 2023-cü il tarixdə, günorta saatlarında o, yaşadığı küçədə olarkən polis əməkdaşları onun yaşadığı ünvana gəlmişlər. Ona Güloğlular kəndində yerləşən «Təzə bazar»da olan mağazadan oğurluq olmasını və ondan şübhələndiklərini bildirən zaman o, etdiyi oğurluq hadisəsini etiraf etmişdir. Həmin vaxt o, Azad ilə birlikdə xx.xx.2023-cü il tarixdə, gecə saat 22 radələrində qeyd olunan əşyaları oğurlayıb mağazanın yaxınlığında yerləşən konalizasiya quyusuna Azad ilə birlikdə yığdığını, xx.xx.2023-cü il tarixdə, gecə saat 02:30 radələrində isə oğurladıqları televizorları tək olaraq götürüb apardığını, 2 ədəd nərdtaxta, 1 ədəd saç feni və 14 cüt corabların isə konalizasiya quyusunda qaldığını bildirmişdir. Polis əməkdaşları onun yaşadığı ünvana gəldikdən sonra o, törətdiyi əməli səmimi etiraf etmiş və polis əməkdaşlarının iştirakı ilə televizorları gizlətdiyi yerə gedib götürərək Bərdə rayon Polis Şöbəsinə gətirib təhvil vermişdir. Onun oğurluq etməsindən ailə üzvlərindən və ya qohumlarından kiminsə məlumatı olamışdır. Eyni zaman da oğurluq hadisəsini törədən zaman onları heç kim görməmişdir. Oğurluqdan sonra yaşadığı evə gedərkən baltanı və su pompasının üzərində olan qırıb götürdüyü dəmir parçasını yolda xatırlamadığı yerdə tullamışdır. Bundan başqa onun həmkəndliləri Təqsirləndirilən şəxs6 və Təqsirləndirilən şəxs5 ilə xeyli müddətdir dostluq münasibətləri var. Aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. Həmçinin, həmkəndlisi Zemfira adlı qadın ilə aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı kənddə dostları Cəsur və Vaqif ilə görüşmüş, birlikdə kəndin içərisində yiyəsiz bir xarabalıq yerdə spirtli içki olan araq və pivə içmişlər. Həmin gün saat 19:30 radələrində birlikdə kəndin içərisində gəzmək qərarına gəlmişlər. Kəndin içərisində Zemfira adlı qadının evinin yanından keçərkən Zemfiranın evindən oğurluq etmək qərarına gəlmişlər. Buna görə də arxa tərəfdən hasarı aşaraq Zemfira adlı qadının həyətinə daxil olmuşlar. Onlar həyətə daxil olanda həyətdə heç kim olmamışdır. Artıq həyətdə heç kimin olmadığını görüb oğurluq etmək üçün həyətdə olan evlərə daxil olmuşlar. Belə ki, ilk öncə həyətdə olan kiçik evə pəncərədən daxil olmuşlar. Cəsur ilk olaraq əli ilə pəncərəni itələdiyindən pəncərə açılmışdır. Cəsur evə daxil olmuş, ardınca isə o və Vaqif daxil olmuşlar. Evin otaqlarını axtarsalar da, pul və dəyərli əşya tapmamışlar. Ona görə də oradan heçnə oğurlamamışlar. Sonra həmin evdən çıxaraq həyətdə olan digər böyük evə qapıdan daxil olmuşlar. Evin qapısı açıq vəziyyətdə olmuşdur. Evə daxil olub evlərin otaqlarını ayrı-ayrı gəzib qızıl və pul axtarmışlar. Yataq otağında olan dolabın siyirməsindən 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı götürmüşlər. O, digərlərindən yaşca böyük olduğuna görə qızılları götürüb cibinə qoymuşdur. Sonra isə oradan çıxıb getmişlər. Etdikləri oğurluq əməlinə görə polislərin onları tutmasından ehtiyat edib 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl boyunbağını sonrakı vaxtlarda götürmək məqsədi ilə yaşadığı kənd ərazisində yerləşən su kanalının yanında olan kolluğa atmışdır. 1 ədəd qızıl üzüyü isə ayaqqabısının içinə qoyub gizlətmişdir. Daha sonra polis əməkdaşları tərəfindən saxlanıldıqda oğurluq hadisəsi barədə əməlini səmimi etiraf etmiş, eləcə də oğurladığı 1 ədəd qızıl üzüyü və 1 ədəd qızıl boyunbağını tulladığı yeri polis əməkdaşına göstərmiş, digər qızıl üzüyü isə təqdim etmişdir. Bundan başqa o, Bərdə rayonu, Qaraqoyunlu kənd sakini Təqsirləndirilən şəxs4 və Bərdə rayonu, Şorəlli kənd sakini Şahid2 xeyli müddətdir tanıyır, tanışlıq münasibətləri var. Aralarında heç bir düşmənçilikləri və ədavətləri yoxdur. Bərdə rayonu Mirzalıbəyli kəndində ərzaq dükanı işlədən Zərərçəkmiş şəxs3 əvvəllər tanımamış, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. xx.xx.2023-cü il tarixdə pulu olmadığı üçün oğurluq edib qazanc əldə etmək qərarına gəlmişdir. Həmin gün saat 22 radələrində Bərdə rayonu, Güloğulular kəndində tanışı Şahid2 ilə təsadüfən görüşüb oğurluq etmək fikrinin olması barədə məlumat vermişdir. Vüsal da onunla razılaşmışdır. Onlar qabaqcadan oğurluğa hazırlıq görmək üçün oğurluq edəcəyi yerə başlarına qar maskası və əllərində əlcəklə daxil olmağı planlaşdırmışlar. O və Şahid2 evlərində özünə aid qar maskası olduğunu bildirib maskanı götürmək üçün evlərinə getmişlər. O, yaşadığı evə gedib öz maskasını, əlcəklərini və dəmir mıxçıxardanı götürmüş, həmin gün saat təxminən 23 radələrində yaşadığı kənddə Şahid2 ilə yenidən görüşmüşdür. Onlar Bərdə rayonu, Mirzalıbəyli kəndində Qarabağ kanalının yanında yerləşən avtomobil təmiri sexlərindən birinə girib oğurluq etmək qərarına gəlmişlər. O, Vüsala oğurluq edəcəyi yerə onlardan başqa kömək üçün bir nəfər də lazım olduğunu bildirmiş, buna görə də tanışı Rəvana zəng edib çay içib söhbət etmək üçün Bərdə rayonu, Güloğlular kəndinə dəvət etmişdir. xx.xx.2023-cü il tarixdə, saat 00:45 radələrində yaşadığı Bərdə rayonu, Güloğlular kəndində Rəvan ilə görüşmüşlər. Yaşadığı kənddə çayxanada oturub çay içərkən söhbət əsnasında Rəvan birlikdə oğurluq etmək barədə onlarla razılaşmışdır. Onlar piyada Bərdə rayonu, Mirzalıbəyli kəndinə getmişlər. Orada kanalın kənarında yerləşən avtomobil təmiri sexinin qarşısında dayanıb ətrafa nəzər yetirmişlər. Sexin qarşısı çox açıqlıq olduğu və magistral yolun kənarında yerləşdiyi üçün oraya daxil olmaq fikrindən daşınmışlar. Bir az irəliyə gedib Zərərçəkmiş şəxs3 məxsus ərzaq dükanına girməyi planlaşdırmışlar. Həmin gün gecə saat 02 radələrində qabaqcadan planlaşdırdıqları kimi Rəvan dükanın qarşı tərəfində dayanıb ətrafa nəzər yetirməli, kimsə gələcəyi təqdirdə Rəvan dərhal onlara xəbər verməli imiş. O və Şahid2 isə üzlərini qar maskası ilə bağlayıb əllərinə əlcək taxmışlar. İlk öncə özü üzərində olan dəmir mıxçıxardan ilə mağazanın qapısını açmaq istəmiş, lakin, yuxarı nəzər yetirdikdə təhlükəsizlik kameralarının onları çəkdiyini görmüşdür. Dərhal mağazanın arxa tərəfinə keçib işıqları ana xəttdən söndürmüşdür. Sonra mağazanın ön tərəfində olan qapıya yenidən yaxınlaşıb əlində olan dəmir mıxçıxardan ilə qapısının iki ədəd qıfılını sındırmışdır. Vüsal ilə içəri daxil olmuşlar. Mağazanın giriş qapısının sol tərəfində yerləşən stolun yuxarı siyirməsindən 2800 manat nağd pulu götürüb əynində olan cins şalvarın sol yan cibinə qoymuşdur. Stolun arxa tərəfində olan siqaret piştaxtasından isə 30 qutu göy rəngli nazik “Sobranie” markalı siqaretləri götürüb bir qismini əynində olan gödəkçənin iç ciblərinə qoyduqdan sonra digər qismini gödəkçənin qarşısının zəncirbəndini bağlayıb gödəkçənin içərisinə yığmışdır. Təhlükəsizlik kameraları onları çəkdiyi üçün siqaret piştaxtasının üzərində yerləşən təhlükəsizlik kamerasının 1 ədəd yaddaş aparatını yerindən çıxarıb götürmüşdür. Rəvan mağazanın yaxınlığında dayanmış, Şahid2 isə mağazanın içərisində dayanın qapıdan çölə baxırmış. Təxminən 15 dəqiqə ərzində bütün oğurluq prosesini başa çatdırmışdır. Mağazadan çıxandan sonra “Yuxarı Qarabağ” kanalının yanı ilə Bərdə rayonu, Güloğlular kəndi istiqamətində piyada getmişlər. Yolda gedərkən qar maskalarını, əlcəkləri, mağazanın təhlükəsizlik kamerasının yaddaş aparatını, dəmir mıxçıxardanı Qarabağ kanalına atmışdır. O, yolda Vüsal və Rəvana dükandan cəmi 4 manat pul və siqaretləri götürdüyünü bildirmişdir. Rəvan evə getmək üçün ondan yol pulu istədiyi üçün o, Rəvana 10 manat yol pulu vermişdir. Sonra birlikdə yaşadıqları evə getmişlər. xx.xx.2023-cü il tarixdə, saat 12 radələrində yaşadığı kənddə Vüsal ilə görüşmüş və Vüsala oğurladıqları siqaretləri 40 manata satdığını bildirib 40 manat pul vermişdir. Belə ki, o, Şahid2 və Təqsirləndirilən şəxs4 mağazadan 4 manat pul və 11 qutu siqaret oğurladığını bildiribmiş. Məqsədi Şahid2 və Təqsirləndirilən şəxs4 pul verməmək imiş. Oğurladığı siqaretləri əslində özü istifadə etmiş, pulu isə ehtiyacları üçün xərcləmişdir. Həmin oğurluq hadisəsi zamanı onlara heç kim köməklik göstərməmiş, eyni zamanda onları hər hansı bir şəxs görməmişdir. Bundan başqa o, Bərdə rayon sakinləri: Şahid3, X3 və Nahid adlı şəxsləri tanıyır. Zərərçəkmiş şəxs4 və X5 isə tanımır. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində «köhnə bazar» adlanan ərazinin yaxınlığında yaşayan Nahid adlı şəxslə 2023-cü ilin iyul ayında tanış olmuş və həmin tarixdən dostluq münasibəti yaranmışdır. xx.xx.2023-cü il tarixdə Bərdə şəhəri ərazisində yerləşən “Qəhramanlar” parkında Nahid ilə görüşmüş və Nahidə Bərdə rayonu, Ərəblər kəndində yeni mağaza açıldığını bildirib həmin mağazadan oğurluq etməyi təklif etmişdir. Nahid də onun təklifi ilə razılaşmışdır. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində yaşadığı evdən qapını və ya pəncərəni sındırmaq üçün istifadə etmək məqsədi ilə dəmir parçası götürmüşdür. Sonra Bərdə şəhəri ərazisində yerləşən “Bərdə Hotel”in qarşısında Nahidlə görüşmüşdür. O, “825” adlı taksi şirkətinə zəng edərək Ərəblər kəndinə getmələri üçün taksi sifariş etmişdir. Nahid ilə birlikdə sürücüsünü tanımadığı taksiyə əyləşdikdən sonra Bərdə rayonu, Mirzalıbəyli kəndi ərazisində yerləşən yanacaqdoldurma məntəqəsinin yanına getmişlər. Taksi getdikdən sonra Nahid ilə piyada Bərdə rayonu, Ərəblər kəndində yerləşən mağazanın qarşısına getmişlər. Orada əvvəlcədən üzərində olan meyvə bıçağı ilə mağazanın plastik pəncərəsini açaraq içəri daxil olmuşdur. Nahid isə gələn-gedən olarsa ona xəbər vermək üçün kənarda dayanıbmış. O, mağazaya daxil olduqdan sonra oradan siqaretlər, mobil danışıq kartları, 1 ədəd “Samsung” markalı mobil telefon, eləcə də kassadan qəpik pul oğurlamışdır. Oğurladığı siqaretləri, danışıq kartlarını və qəpik pulları mağazadan götürdüyü görünməyən sellofan torbaya doldurub içəri daxil olduğu yerdən çıxmış və Nahidə tərəf getmişdir. Həmin vaxt artıq xx.xx.2023-cü il tarixə keçibmiş. Mağazadan çıxdıqdan sonra Nahid ilə birlikdə özünün yaşadığı evin həyətinə getmişlər. Orada oğurladığı əşyaları sayarkən təxminən ümumilikdə 250 manat dəyərində 1 və 2 manatlıq “Azərcell”, “Bakcell” və “Nar” operatorlarına məxsus danışıq kartları və müxtəlif adlarda təxminən 400 qutu siqaretlər, o cümlədən 60 manat dəyərində qəpik pul oğurladıqlarını müəyyən etmişlər. Oğurladıqları siqaretləri, danışıq kartlarını və qəpik pulları Nahidlə öz aralarında iki yerə bölmüşlər. Bundan sonra Nahid payına düşənləri götürüb getmişdir. xx.xx.2023-cü il tarixdə yenidən Nahidlə Bərdə şəhəri ərazisində yerləşən «Qəhramanlar» parkında görüşmüşdür. Orada Nahid ona oğurladıqları danışıq kartlarını və siqaretləri satdığını, pulu isə xərclədiyini bildirmişdir. Lakin kimə satdığını bildirməmişdir. Özü də oğurladıqları siqaretləri və danışıq kartlarını oğurluğun ertəsi günü Bərdə şəhəri ərazisində tanımadığı müxtəlif şəxslərə hissə-hissə satmış və əldə etdiyi pulu, o cümlədən oğurladığı qəpik pullardan onun payına düşəni şəxsi ehtiyacları üçün xərcləmişdir. Oğurladığı mobil telefonu isə polis əməkdaşlarının onu tapa biləcəklərindən qorxub xatırlamadığı yerdə daş parçası ilə sındırıb atmışdır. Nahidlə sonuncu görüşündən iki gün sonra, yəni xx.xx.2023cü il tarixdə yenidən görüşmüşdür. Nahid ona pulunun qurtardığını, borcunun olduğunu bildirib yenidən oğurluq etməyi təklif etmişdir. Ona görə birlikdə rayon ərazisini gəzərək oğurluq etməkləri üçün uyğun yer axtarmağa başlamışlar. xx.xx.2023-cü il tarixdə və xx.xx.2023-cü il tarixdə rayon ərazisini gəzərkən Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Nar” adlanan marketən oğurluq etmək qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə, saat 02 radələrində dostu Pərvin ona mobil telefon vasitəsi ilə zəng edərək harada olduğunu soruşmuş, o da yerini Pərvinə demişdir. Bir neçə dəqiqə sonra Pərvin onun yanına gəldikdən sonra “siz burda boş-boşuna durmazsınız, yəgin oğurluğa girmək istəyirsiniz” deyə onlara bildirmiş, o da Pərvini yanından uzaqlaşdırmaq üçün oğurlaq etmək fikrinin olmadığını bildirmişdir. Lakin, Pərvin pulunun olmadığını və oğurluq iştirak etmək istədiyini bildirmişdir. Həmin vaxt o, Nahid ilə birlikdə Pərvinə etiraz etməmişlər. Həmin vaxt o, Pərvinlə mağazanın damına çıxıb orada dəmir barmaqlıqlardan mağazanın içərisinə daxil olmağı planlaşdırmış, Nahid isə çöldə dayanıb ətrafa nəzarət edəcəkmiş. 05 avqust 2023-cü il tarixdə, gecə saat 03 radələrində o, Pərvin ilə birlikdə «Nar» marketin damına çıxıb üzərində olan dəmir vintaçan ilə plastik nəfəsliyi açmış və dəmir barmaqlıqların arasından ilk öncə özü içəri daxil olmış, ardınca Pərvin daxil olmuşdur. Marketin içərisinə daxil olan kimi kassanın yerləşdiyi yerə getmiş, rəfi açdıqda orada həmin vaxt miqdarını bilmədiyi qədər pul olduğunu görüb həmin pulları götürmüşdür. Ətrafa baxdıqda isə rəfin üzərində olan qabın içərisində olan metall pulları da götürmüşdür. Metal pulları şəffaf sellofan torbaya yığmışlar. Həmin pulu Pərvin cibinə qoymuşdur. Kağız pulları isə o özü cibinə qoymuşdur. Bundan sonra gəldikləri yolla marketdən çıxarkən Pərvin 4-5 qutu siqaret də götürüb cibinə qoymuşdur. Nahid isə onları marketin arxa hissəsində gözləyirmiş. Belə ki, Nahidin işi ətrafa nəzarət edib gələn olsa xəbər vermək imiş. Marketdən çölə çıxdıqdan sonra yenidən tanımadığı şəxsin taksi avtomobili ilə Güloğlular kəndi ərazisinə getmişlər. Orada Nahid və Pərvin ilə birlikdə kağız və metal pulları sayan zaman oğurladıqları kağız pulların 1800 manat, metal pulların isə 200 manat miqdarında olduğunu müəyyən etmişlər. Həmin pullardan Nahidin və Pərvinin hərəsinə 450 manat, ümumilikdə 900 manat olmaqla kağız pul vermişdir. Qəpik pullar ilə yanaşı qalan kağız pul da ona qalmışdır. Siqaretləri də öz aralarında bölüb çəkmişlər. Pulları böldükdə saat artıq 06 radələri imiş. Nahid və Pərvin piyada onun yanından getmişlər və o, saat 10-dək sahədə dayanmışdır. Sonra evə getmiş. Daha sonra pulları kafelərdə, oyun zallarında və digər şəxsi ehtiyacları üçün xərcləmişdir. Sonuncu oğurluq hadisəsindən sonra Pərvin və Nahid ilə xx.xx.2023-cü il tarixədək görüşməmişdir. xx.xx.2023-cü il tarixdə, saat 23 radələrində Pərvinlə Bərdə şəhəri ərazisində yerləşən “İlqar” adlanan marketin yanında zəngləşərək görüşmüşlər. Pərvinin yanında əvvəllər tanımadığı Sadiq adlı şəxs də olmuşdur. Onlarla həmin yerdə xx.xx.2023-cü il saat 05 radələrinədək oturduqdan sonra H.Aslanov küçəsi istiqamətində piyada getmişlər. Fizuli küçəsinin girişinə çatdıqda yolun solunda küçənin girişində köşk yerləşdiyini görüb köşkə daxil olub oradan çəkmək üçün siqaret oğurlamağı qərara almışlar. Köşkün yanına gəldikdə təhlükəsizlik kamerası olduğunu müəyyən etmişlər. Həmin vaxt Sadiq kameranı sındırmış, daha sonra Pərvin cibində olan bıçaqla köşkün pəncərəsin qırmışdır. Ardınca Pərvin və Sadiq pəncərədən siqaretlər götürmüşlər. Bir qədər sonra uzaqdan bir nəfər şəxsin gəldiyini görüb oradan qaçaraq “Bolmart” marketin qarşısında yerləşən dayanacaqda gizlənmişlər. Orada tanımadıqları şəxsin taksi avtomobilinə əyləşib uzaqlaşmaq istədikdə polis avtomobilinin gəldiyini görmüşlər. Taksidən düşərək müxtəlif istiqamətlərdə qaçmışlar. O, verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Fizuli küçəsinin girişində yerləşən köşkün içərisinə daxil olmamışlar. Belə ki, həmin vaxt çəkmək üçün siqaretləri qurtardığından Pərvin və Sadiq əllərini pəncərədən içəri salıb siqaretləri götürmüşlər. Məqsədləri çəkmək üçün bir neçə qutu siqaret götürmək olmuşdur. Həmin köşkdən digər hər hansı bir əşya götürməmişlər. Hadisə vaxtı kənardan onları heç kim görmürmüş. Köşkdən siqaretləri oğurladıqdan sonra uzaqdan tanımadıqları bir şəxsin gəldiyini görüb oradan qaçmışlar ki, həmin şəxs onları görməmişdir. Bundan başqa o, Təqsirləndirilən şəxs2 xeyli müddətdir tanıyır, münasibətləri daim normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 04 noyabr 2023-cü il tarixdə yeyib-içmək üçün Amil ilə birlikdə taksi avtomobili ilə Ağdam rayonuna getmişlər. Yemək yedikdən sonra 05 noyabr 2023-cü il tarixdə saat təxminən 02 radələrində Ağdam rayonundan tanımadıqları şəxsin taksi avtomobili ilə Bərdə rayonuna geri qayıtmışlar. Yolda pulları olmadığı üçün Amil ilə hər hansı bir marketə girib oğurluq etmək qərarına gəlmişlər. Ağdam-Bərdə avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsində yerləşən “Qarabağ” adlı marketin qarşısında taksini saxladıb pulunu verdikdən sonra taksi getmişdir. Amil ilə sözügedən həmin marketə oğurluq üçün girmək qərarına gəlmişlər. İlk öncə marketin arxasına keçmiş və kənarda olan nərdivanı qaldırıb marketin arxa divarına söykəmişlər. Sonra o, marketin arxa tərəfində olan kiçik nəfəslikdən marketə daxil olmuşdur. Həmin vaxt Amil marketin kənarında dayanmışdır. Belə ki, aralarında olan razılaşmaya əsasən Amil marketin kənarında dayanıb içəridən oğurluq edərkən gözətçilik etməli, yəni gələn-gedən olarsa xəbər verməli imiş. O, marketin kassasını açmış və orada olan 7700 manat pulu oradan götürüb marketə daxil olduğu yerdən çıxmışdır. Oğurladığı pulu isə Amil ilə aralarında iki yerə bölmüşlər. Sonra Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən «avtovağzaldan» sürücüsünü tanımadığı taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Bir neçə gün Bakı şəhərində oğurladığı pulları şəxsi ehtiyacları üçün xərcləmişlər. 14 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Bakı şəhərindən Bərdə şəhərinə geri qayıtmış və polis əməkdaşları onu saxlayıb Bərdə RPŞ-nə gətirmişlər. O, verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, həmin marketdə pul olduğunu əvvəlcədən bilməmiş, lakin mağazada pul ola biləcəyini yəgin edirmiş. Həmin mağazadan puldan başqa hər hansı bir əşya oğurlamamışdır. Həmin oğurluq hadisəsini Amil ilə birlikdə törətmiş, başqa heç kimin məlumatı və hər hansı köməkliyi olmamışdır. Oğurluq hadisəsi zamanı onları heç kim görməmişdir. Əməlindən peşmandır. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayon sakini Təqsirləndirilən şəxs1 qısa müddətdir tanıyır, Vüsal ilə münasibətləri normal olmuş, aralarında heç bir düşmənçilik və ya ədavətləri olmamışdır. 04 noyabr 2023-cü il tarixdə yeyib-içmək üçün Vüsal ilə birlikdə taksi ilə Ağdam rayonuna getmişdir. Yemək yedikdən sonra 05 noyabr 2023-cü il tarixdə, saat təxminən 02 radələrində Ağdam rayonundan tanımadığı şəxsin taksi avtomobili ilə Bərdə rayonuna geri qayıtmışdır. Yolda pulu olmadığı üçün Vüsal ilə hər hansı bir marketə girib oğurluq etmək qərarına gəlmişlər. Ağdam-Bərdə avtomobil yolunun Bərdə rayonu, Əliyanlı kəndindən keçən hissəsində yerləşən “Qarabağ” adlı marketin qarşısında taksidən düşdükdən sonra taksi getmişdir. Vüsal ilə sözügedən həmin marketə daxil olmuq üçün ilk öncə marketin arxasına keçib kənarda olan pilləkəni qaldırıb marketin arxa divarına söykəmişlər. Sonra Vüsal marketin arxa tərəfində olan kiçik nəfəslikdən marketə daxil olmuşdur. Həmin vaxt o, marketin kənarında dayanıb ətrafa nəzarət edirmiş. Belə ki, o, gələn şəxs barədə Vüsala məlumat verəcəkmiş. Bir qədər sonra Vüsal marketə daxil olduğu yerdən çıxmış və marketin kassasından 7700 manat nağd pul oğurladığını bildirmişdir. Vüsal oğurladığı pulun yarısını ona vermişdir.Bundan sonra onlar birlikdə Bərdə rayon ərazisində yerləşən «avtovağzal»dan tanımadıqları şəxsin taksi avtomobili ilə Bakı şəhərinə getmişlər. Bir neçə gün Bakı şəhərində oğurladıqları pulları şəxsi ehtiyacları üçün xərcləmişlər. 14 noyabr 2023-cü il tarixdə, saat 18 radələrində Vüsal Bakı şəhərindən Bərdə şəhərinə geri qayıtmışdır. Sonradan polis əməkdaşlarının Vüsalı saxlamaları eşitmiş və bir neçə müddət Bakı şəhərində qalmışdır. 15 dekabr 2023-cü il tarixdə Bərdə rayon polis şöbəsinə gələrək etmiş olduğu cinayət əməlini səmimi etiraf etmişdir. O, verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, Təqsirləndirilən şəxs1 ilə birlikdə qeyd edilən marketi təsadüfən seçmişlər. Həmin marketin sahibini əvvəlcədən tanımamış, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Həmin marketdən 7700 manat puldan başqa digər hər hansı bir əşya oğurlamamışlar. Həmin oğurluq barədə başqa heç kimin məlumatı olmamış və onlara hər hansı bir şəxs köməklik etməmişdir. Dəymiş ziyanın onun payına düşən hissəsi olan 3800 manatı Zərərçəkmiş şəxs6 ödəmiş və onunla barışıq əldə etmişdir. Əməlindən səmimi peşmandır və bir daha belə hallara yol verməyəcəkdir. Məhkəmədən barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittiham üzrə özünü təqsirli hesab edərək ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Güloğlular kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Subaydır, heç bir yerdə işləmir. Təqsirləndirilən şəxs1 tanıyır, aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. 17 yanvar 2023-cü il tarixdə, saat 21 radələrində yaşadığı kənd ərazisində Güloğlular yolunda yerləşən çayxanada olarkən tanışı Vüsal ona zəng edib harada olduğunu soruşmuş, o da Vüsala çayxanada oturduğunu demişdir. O, çayxanadan çıxıb yaşadığı evə gedərkən yolda yaşadığı küçənin baş tərəfində Vüsal ilə görüşmüşdür. Vüsal ondan hara getdiyini soruşduqda o, yaşadığı evə getdiyini demişdir. Vüsal ona təzə bazarda mağaza olduğunu bildirib həmin mağazadan oğurluq etməyi təklif etmişdir. O da evə getmək istədiyini deyib əvvəlcə razılaşmamış, sonra isə Vüsala oğurluq etmək üçün razılıq vermişdir. Onlar piyada Güloğullar kəndində yerləşən Təzə bazarın içərisi ilə gedərkən istintaq zamanı adı ona məlum olan Zərərçəkmiş şəxs1 mağazasının yanından keçərkən Vüsal ona mağazadan oğurluq etməyi təklif etmiş, o da razılıq vermişdir. Vüsal mağazanın arxa tərəfində olan giriş qapısına yaxınlaşmış, ona isə kimsə gəldiyi təqdirdə xəbər verməsini demişdir. Həmin vaxt Vüsal üzərində gətirdiyi balta ilə giriş qapısının yan tərəfində olan plastik qapını balta ilə açmış, sonra isə digər 2-ci qapıya yaxınlaşmış, mağazanın ikinci qapısı dəmirdən olduğuna görə balta ilə aça bilməmişdir. Mağazanın ikinci qapısını açmaq üçün mağazanın yaxınlığında olan su pompasının üzərində olan dəmiri onun köməkliyi ilə aşağı-yuxarı edib su gətirmək üçün nəzərdə tutulmuş pompanın dəmirini sındırmışlar. Bundan sonra Vüsal mağazaya yaxınlaşıb həmin dəmirin uc hissəsi yastı tərəfi ilə qapının kilidini açmaq istəmişdir. Dəmir qapının kilidini aça bilmədiyi üçün pompanın üzərindən qırıb gətirdiyi dəmirlə qapının şüşəsini vurub sındırmışdır. Vüsal şüşənin sındırdığı yerindən əlini içəri salıb qapının arxa tərəfində olan cəftəsini əli ilə açmışdır. Bundan sonra hər ikisi mağazanın içərisinə daxil olmuş, mağazanın içərisində alışqanın işıq salanı ilə işıq salıb mağazanın kassasını axtarmış, lakin kassada pul tapmamışlar. Mağazanın içərisini axtararkən televizorları görmüşlər. Həmin televizorlardan birini o özü, ikisini isə Vüsal götürmüşdür. Onlar televizorları mağazaya daxil olduqları qapının yanına gətirib qoymuşlar. Bundan sonra Vüsal mağazada vitrinlərdə olan boşqabların üzərinə qoyulmuş 1 ədəd saç fenini götürüb mağazanın giriş qapısının yanına gətirib qoymuş, sonra isə mağazaya daxil olduqları qapının yanında olan masanın üzərində olan 2 ədəd nərdtaxtanı və nərdtaxtanın yanında ağ rəngli sellofanda olan 14 cüt kişi corablarını Vüsal gətirib qapının ağzına yığmışdır. Onlar təxminən 15 dəqiqə mağazanın içərisində olmuş, Vüsal ona mağazadan çöldə gözləməsini tapşırıb oğurladıqları əşyaları ona verəcəyini bildirmiş, eləcə də həmin əşyaları mağazanın yaxınlığında yerləşən konalizasiya quyusunun içərisinə yığmasını tapşırmışdır. Sonra Vüsal 3 ədəd televizoru, 1 ədəd saç fenini, 2 ədəd nərdtaxtanı və 14 cüt corabları mağazanın içərisindən ona vermişdir. O da həmin əşyaları aparıb konalizasiya quyusunun içərisinə yığdıqdan sonra oradan yaşadığı evə getmişdir. Vüsal da yaşadığı evə getmişdir. Daha sonra nə baş verdiyini bilmir. xx.xx.2023-cü il tarixdə o, bazarda olarkən polis əməkdaşları onun iş yerinə gəlib ona Güloğlular kəndində yerləşən «Təzə bazar»da yerləşən Zərərçəkmiş şəxs1 mağazasından oğurluq hadisəsi barədə məlumat verib ondan şübhələndiklərini bildirən zaman o, etmiş olduğu oğurluq hadisəsini etiraf etmişdir. O, verilən suallara cavab olaraq həmçinin bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə, gecə saat 23 radələrində qeyd olunan əşyaları oğurlayıb mağazanın yaxınlığında yerləşən kanalizasiya quyusuna Vüsal ilə birlikdə yığmışdır. xx.xx.2023-cü il tarixdə o, polis şöbəsinə gəldikdən sonra Vüsalın gecə saatlarında tək olaraq gedib oğurladıqları televizorları götürüb aparması barədə məlumat almışdır. 2 ədəd nərdtaxta, 1 ədəd saç feni və 14 cüt corablar isə kanalizasiya quyusunda qalmışdır. Həmin əşyaları şübhə çəkməsin deyə əvvəlcədən quyuya yığmışlar, daha sonra isə gedib gətirəcəkləri barədə qərara gəlmişlər. Oğurluq edərkən onları heç kim görməmiş, həmin vaxt ətrafda heç kim olmamışdır. Təqsirləndirilən şəxs1 sonradan mağazanın yaxınlığındakı kanalizasiya quyusundan televizorları götürməyə gedərkən onun məlumatı olmamışdır. Vüsal ona bu barədə bir söz deməmişdir. Onlar mağazanın içərisindən qeyd edilən əşyalardan başqa hər hansı bir əşya oğurlamamışlar. Həmin oğurluq hadisəsini Vüsal ilə birlikdə etmişdir. Qeyd edilən oğurluq hadisəsində heç kimin məlumatı olmamışdır. Onlar oğurluq edən zaman hər hansı bir şəxs onlara köməklik göstərməmiş və ya onlar hər hansı bir şəxsi görməmişdir. Əməlindən səmimi peşmandır, məhkəmədən bağışlanmağını xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə vermiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs5 ifadəsində bildirmişdir ki, Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş yenidən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Güloğlular kəndində yaşayır, subaydır, əvvəllər məhkumluğu olmamışdır. Həmkəndliləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs6 ilə xeyli müddətdir dostluq münasibətləri var. Aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Həmçinin, həmkəndlisi Zemfira adlı qadın ilə münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı kənddə dostları Vaqif və Vüsal ilə görüşmüşdür. Birlikdə kəndin içərisində sahibsiz yerdə spirtli içki olan araq və pivə içmişlər. Həmin gün saat 19:30 radələrində yaşadığı Güloğlular kəndinin ərazisində birlikdə kəndin içərisində gəzmək qərarına gəlmişlər. Kəndin içərisində Zemfira adlı qadının evinin yanından keçərkən həyətə daxil olub oğurluq etmək qərarına gəlmişlər. Bundan sonra onlar birlikdə arxa tərəfdən hasarı aşaraq Zemfira adlı qadının həyətinə daxil olmuşlar. İlk öncə həyətdə olan kiçik evə pəncərədən daxil olmuşlar. Belə ki, ilk olaraq əli ilə pəncərəni itələdiyindən pəncərə açılmışdır. O, evə daxil olmış, ardınca isə Vaqif ilə Vüsal daxil olmuşdur. Evin otaqlarını axtarsalar da, pul və dəyərli əşya tapmamışlar. Ona görə də oradan heçnə oğurlamamışlar. Sonra həmin evdən çıxaraq həyətdə olan digər iri evə qapıdan daxil olmuşlar. Evin qapısı açıq vəziyyətdə olmuşdur. Evə daxil olub evlərin otaqlarını ayrı-ayrı gəzib qızıl və pul axtarmışlar. Yataq otağında olan siyirmədən 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı götürmüşlər. Yaşca böyük olduğuna görə qızılları Vüsal götürüb cibinə qoymuşdur. Sonra isə yaşadıqları evə getmişlər. Daha sonra Bərdə RPŞ-nin əməkdaşları onu tutaraq Bərdə RPŞ-nə gətirmişlər, polis şöbəsində etmiş olduğu oğurluq cinayət əməlini səmimi etiraf etmişdir. Təqsirləndirilən şəxs1 isə ona və Təqsirləndirilən şəxs6 həmin qızıl əşyasından və ya hər hansı bir məbləğdə pul verməmişdir. Belə ki, sonradan Təqsirləndirilən şəxs1 ona deməsinə görə oğurluq yolu ilə əldə etdikləri 1 ədəd qızıl üzüyü və 1 ədəd boyunbağını su kanalına atmış, 1 ədəd qızıl üzüyü isə polis əməkdaşları tərəfindən saxlanıldıqdan sonra polis şöbəsinə təqdim etmişdir. Əməlini səmimi etiraf etməsini və əməlindən peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini xahiş edir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs6 ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, Bərdə rayonu, Güloğlular kəndində yaşayır, subaydır, əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs5 həmkəndliləridir. Aralarında ədavətləri və ya düşmənçilikləri olmamışdır. Həmçinin, həmkəndlisi Zemfira adlı qadın ilə münasibətləri normal olmuşdur. xx.xx.2023-cü il tarixdə, saat 17:30 radələrində yaşadığı kənddə dostları Cəsur və Təqsirləndirilən şəxs1 ilə görüşmüşdür. Birlikdə kəndin içərisində yiyəsiz bir xarabalıq yerdə spirtli içki olan araq və pivə içmişdir. Həmin gün saat 19:30 radələrində kəndin içərisində gəzmək qərarına gəlmişlər. Kəndin içərisində Zemfira adlı qadının evinin yanından keçərkən Zemfiranın evindən oğurluq etmək qərarına gəlmişlər. Həmin vaxt birlikdə arxa tərəfdən hasarı aşaraq Zemfira adlı qadının həyətinə daxil olmuşdur. Onlar həyətə daxil olanda həyətdə heç kim yox imiş. Artıq həyətdə heç kimin olmadığını görüb həyətədə olan evlərə daxil olub oğurluq etmək qərarına gəlmişlər. İlk öncə həyətdə olan kiçik evə pəncərədən daxil olmuşlar Belə ki, Cəsur ilk olaraq əli ilə pəncərəni itələdiyindən pəncərə açıldıqdan sonra Cəsur evə daxil olmuş, ardınca isə o, Vüsal ilə birlikdə evə daxil olmuşdur. Evin otaqların axtarmış, lakin, pul və dəyərli əşya tapmamışlar. Ona görə də oradan heç nə oğurlamadan çıxıb həyətdə olan digər evə qapıdan daxil olmuşlar. Evin qapısı açıq vəziyyətdə imiş. Evə daxil olub evlərin otaqlarını ayrı-ayrı gəzib qızıl və pul axtarmışlar. Yataq otağında olan dolabın siyirməsindən 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı götürmüşlər. Yaşca böyük olduğuna görə Vüsal həmin qızılları götürüb cibinə qoyduqdan sonra oradan çıxıb yaşadıqları evə getmişlər. Təxminən bir neçə saat sonra Bərdə RPŞ-nin əməkdaşları onu rayon polis şöbəsinə aparmışlar. Əməlindən peşmandır və bağışlanmağını xahiş edir. Məhkəmə istintaqı zamanı qanuni nümayəndəsinin iştirakı ilə ifadə vermiş yetkinlik yaşına çatmayan Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş yenidən ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Qaraqoyunlu kəndində yerləşən fərdi yaşayış evində yaşayır. Subaydır, heç bir yerdə işləmir, əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən şəxs1 və Şahid2 tanışlarıdır. Belə ki, Bərdə rayonu, Şorəlli kənd sakini Şahid2 və Bərdə rayonu, Güloğlular kənd sakini Təqsirləndirilən şəxs1 xeyli müddətdir tanıyır, aralarında heç bir düşmənçilik və ədavətləri yoxdur. Bərdə rayonu, Mirzalıbəyli kəndində ərzaq dükanı işlədən Zərərçəkmiş şəxs3 tanıyır, aralarında düşmənçilik və ya ədavətləri olmamışdır. Zərərçəkmiş şəxs3 mağazası əvvəl işlədiyi qəssabxananın yanında yerləşir. xx.xx.2023-cü il tarixdə, saat 00:45 radələrində tanışı Vüsal ona zəng edib onu çay içmək üçün yaşadığı Bərdə rayonu, Güloğlular kəndinə dəvət etdiyindən Vüsalın yanına getmişdir. Orada Şorəlli kəndindən olan digər tanışı Vüsal da orada olmuşdur. Təqsirləndirilən şəxs1 və Şahid2 ona Bərdə rayonu, Mirzalıbəyli kəndində «Yuxarı Qarabağ» kanalının yanında yerləşən avtomobil təmiri sexlərindən birinə girib oğurluq etmək fikirlərinin olmasını bildirmişlər. Ona görə də ondan kömək etməsini istəmişlər. O da razılaşmışdır. Hətta ona oğurluq üçün hazırlıq gördüklərini, qar maskası, əlcək, dəmir mantirovka gördüklərini də bildirmişlər. Onlar piyada Bərdə rayonu, Mirzalıbəyli kəndinə getmişlər. Orada kanalın kənarında yerləşən avtomobil təmiri sexinin qarşısında dayanıb ətrafa nəzər yetirmişlər. Sexin qarşısı çox açıqlıq olduğu və magistral yolun kənarında yerləşdiyi üçün daxil olmaq fikrindən daşınmışlar. Onlar irəliyə gedib Zərərçəkmiş şəxs3 məxsus ərzaq dükanına daxil olmaq qərarına gəlmişlər. xx.xx.2023-cü il tarixdə, gecə saat 02 radələrində qabaqcadan planladıqları kimi o, mağazanın qarşı tərəfində dayanıb ətrafa nəzər yetirərək kimsə gələcəyi təqdirdə dərhal xəbər verməli imiş. Hər iki Vüsallar isə üzlərini qar maskası ilə bağlamış, əllərinə isə əlcək taxmışlar. İlk öncə Təqsirləndirilən şəxs1 üzərində olan dəmir mantirovka ilə mağazanın qapısını açmaq istəmişdir. Lakin, yuxarı nəzər yetirdikdə təhlükəsizlik kameralarının çəkdiyini görüb dərhal mağazanın arxa tərəfinə keçib işıqları söndürmüşlər. Sonra mağazanın ön tərəfində olan qapıya yenidən yaxınlaşmışlar. Təqsirləndirilən şəxs1 əlində olan dəmir mıxçıxardan ilə qapının iki ədəd qıfılını sındırdıqdan sonra Təqsirləndirilən şəxs1 və Şahid2 içəri daxil olmuşlar. O isə çöldə dayanmışdır. Təxminən 15 dəqiqə ərzində bütün oğurluq prosesini başa çatdırmışlar. Təqsirləndirilən şəxs1 və Şahid2 mağazadan çıxandan sonra «Yuxarı Qarabağ» kanalının yanı ilə Bərdə rayonu, Güloğlular kəndi istiqamətində piyada getmişlər. Təqsirləndirilən şəxs1 ona və Şahid2 cəmi 4 manat nağd pul, 11 qutu göy rəngli nazik “Sobranie” markalı siqaretləri və təhlükəsizlik kamerasının 1 ədəd yaddaş aparatını oğurlaması barədə məlumat vermişdir. Yolda gedərkən Təqsirləndirilən şəxs1 qar maskalarını, əlcəkləri, mağazanın təhlükəsizlik kamerasının yaddaş aparatını, dəmir mıxçıxardanı «Yuxarı Qarabağ» kanalına atmışdır. O, evə getmək üçün Təqsirləndirilən şəxs1 yol pulu istəmişdir. Vüsal ona 10 manat yol pulu vermişdir. Daha sonra onlar yaşadıqları evə getmişlər. Əməlindən peşmandır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Əyricə kəndində yaşayır. Bərdə rayonu, Güloğlular kəndində yerləşən «Təzə Bazar»da mağaza icarəyə götürüb mağazada xırdavat mallarının satışı ilə məşğul olur. O hər gün səhər saat 08 radələrində mağazanı açıb malların satışı ilə məşğul olub axşam saaat 19 radələrində mağazanı bağlayıb evinə gedir. 17 yanvar 2023-cü il tarixdə, saat 18 radələrində mağazanın həm qabaq, həm də arxa tərəfində olan qapılarını bağlayıb yaşadığı evə getmişdir. 18 yanvar 2023-cü il tarixdə, saat 08 radələrində mağazaya gedib qabaq tərəfdə olan qapını açıb mağazaya daxil olduqda sonra arxa qapısını açmağa gedərkən mağazanın dəmirdən olan arxa qapısının 1 ədəd kiçik ölçülü şüşəsinin sındığını, həmçinin mağazanın arxa tərfində olan plastik qapının kilidinin sındırıldığını və qapının aralı vəziyyətə olduğunu görmüşdür. Bundan sonra o, mağazanın içərisində olan mallara baxdıqda mağazadan 2 ədəd Koreya istehsalı olan Zimmer markalı 81 sm ölçüdə bir ədədinin dəyəri 250 manat olan televizor, 1 ədəd Koreya istehsalı olan SHİVAKİ markalı 81 sm ölçüdə dəyəri 250 manat olan televizor, 1 ədəd 28 manat dəyərində Çin İstehsalı olan BR-2217 5000 W HAİR markalı saç feni, hər birinin dəyəri 30 manat olan 2 ədəd nərdtaxta və bir cütünün dəyəri 50 qəpik olan Çin istehsalı olan 14 çüt kişi çorablarını naməlum şəxs (şəxslər)in oğurladığını müəyyən etmişdir. Ona görə də Bərdə rayon polis şöbəsinə gəlib ərizə ilə müraciət etmişdir. Hazırda ona dəymiş ziyan ödənilmişdir. Buna görə təqsirləndirilən şəxslərdən heç bir şikayəti və tələbi yoxdur. Bununla bağlı məhkəməyə yazılı ərizə də təqdim etmişdir. Məhkəmədən nəzərə alınmasını xahiş edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs4 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə ünvan 9 ünvanında yaşayır. Fərdi əməklə məşğul olur. 8 ildir ki, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən özünə məxsus «Nar» marketi işlədir. 05 avqust 2023-cü il tarixdə, saat 02 radələrində həmin marketin dəmir metaldan olan qapısını bağlayıb evinə getmişdir. Marketin siqnalizasiyası və təhlükəsizlik kameraları olsa da marketi bağlayarkən unutqanlıq edib onları işə salmamışdır. xx.xx.2023-cü il tarixdə, saat 07 radələrində oğlu Razim Bəylərov həmin marketin giriş qapısını açaraq içəri daxil olduqdan sonra marketin içərisində yerləşən kassadan ona məxsus pulların yerində olmadığını aşkar etmiş və ona zəng edərək bu barədə məlumat verdikdən sonra o, dərhal həmin marketə getmişdir. Marketin içərisində olan zaman marketin arxa hissəsində yerləşən plastik materialdan olan nəfəslikdən mağazanın içərisinə naməlum şəxs və ya şəxslər daxil olaraq marketin içərisində yerləşən kassadan 1700 manatdan çox pulunu oğurladığını, müşahidə kamerasını sındırdığını, marketin içərisinin dağınıq vəziyyətdə olmasını aşkar etmişdir. Buna görə də DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Lakin, sonradan marketdən hansı əşyalarının oğurlanmasını dəqiqləşdirən zaman 1, 5, 10, 20, 50 və 100 manatlıq pul əskinazlarından ibarət ümumilikdə 1800 manat pulun və 200 manat metal qəpik pulun oğurlanması ona məlum olmuşdur. Ona görə də rayon polis şöbəsinə gedərək ərizə ilə müraciət edib ümumilikdə 2000 manat pulunun oğurlanması barədə məlumat vermişdir. Sonradan marketin içərisinə yenidən baxış keçirdikdə siqaret piştaxtasından ümumilikdə 7,60 manat dəyərində 1 qutusunun qiyməti 3,80 manat olan 2 qutu nazik «Vinston» markalı, ümumlikdə 7,60 manat dəyərində 1 qutusunun qiyməti 3,80 manat olan 2 qutu mentollu qalın «Vinston» markalı və ümumlikdə 3,20 manat dəyərində 1 qutusunun qiyməti 3,20 olan 1 qutu qalın kompakt «LD» markalı siqaretlərin oğurlandığını da müəyyən etmişdir. Belə ki, siqaretlər az miqdarda oğurlandığından əvvəlcədən aşkar edə bilməmişdir. Lakin sonradan siqaretləri sayan zaman həmin siqaretlərin də oğlurlanması ona məlum olmuşdur. Beləliklə, baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 2018,40 manat maddi ziyan dəymişdir. O, əvvəlcə müşahidə kamerasının sındırıldığını görsə də, lakin sonradan kameranı işə saldıqda kameranın və siqnalzasiyanın işlək vəziyyətdə olduğunu müəyyən etmişdir. Ona dəymiş ziyan ödənilməmişdir. Buna görə də dəyən ziyanın ödənilməsini tələb edir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs5 ifadəsində bildirmişdir ki, o, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Bala Ərəblər kəndində yaşayır. Təxminən 4 ildir ki, yaşadığı Bərdə rayonu, Bala Ərəblər kəndinin ərazisində yerləşən özünə məxsus kiçik ərzaq mağazasını işlədir. Mağaza bir otaqdan ibarət, plastik materialdan bir qapısı və bir pəncərəsi var. Mağazanın içərisində yerləşən piştaxtada ərzaq məhsulları, siqaretlər və digər mallar var. Hər gün mağazanı səhər saat 07 radələrində açır, saat 23 radələrində isə qapısını açarla bağlayıb evinə gedir. xx.xx.2023cü il tarixdə, saat 23:05 dəqiqədə mağazanın pəncərəsini içəri hissədən, qapını isə çöl hissədən açarla bağlayıb yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saat 05 radələrində həmin mağazanı açmaq üçün gəldikdə mağazanın plastik materialından olan qapı və pəncərəsinin açıq vəziyyətdə olduğunu görmüşdür. Lakin həmin qapı və pəncərə sındırılmamışdır. Bundan sonra mağazanın içərisinə daxil olduqda mağazanın içərisinin dağınıq vəziyyətdə olduğunu görmüşdür. İlkin olaraq mağazanın içərisində siqaret və danışıq kartlarının olduğu yerə baxdıqda təxminən 90-100 manat dəyərində siqaret və danışıq kartlarının oğurlandığını düşünmüşdür. Buna görə də DİN-in 102 xidmətinə zəng edərək bu barədə məlumat vermişdir. Bir qədər sonra polis əməkdaşları hadisə yerinə gələrək hadisə yerinə baxış keçirmiş, fotoşəkillər çəkilmişdir. Lakin mağazaya yenidən baxış keçirərkən piştaxtadan 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 80 manat dəyərində 20 qutu göy rəngli «KENT-8» markalı siqaretlərin, 01 qutusunun dəyəri 4 manat olmaqla, ümumilikdə 120 manat dəyərində 30 qutu qara rəngli «KENT- 4» markalı siqaretlərin, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu qara rəngli nazik «WİNSTON» markalı siqaretlərin, 01 qutusunun dəyəri 3 manat 80 qəpik olmaqla, ümumilikdə 76 manat dəyərində 20 qutu ağ rəngli kompakt «WİNSTON» markalı siqaretləri, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli nazik «SOBRANİE» markalı siqaretlərin, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 86 manat dəyərində 20 qutu ağ rəngli kompakt ballı «SOBRANİE» markalı siqaretlərin, 01 qutusunun dəyəri 4 manat 30 qəpik olmaqla, ümumilikdə 43 manat dəyərində 10 qutu göy rəngli nazik «SOBRANİE» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 84 manat dəyərində 30 qutu boz rəngli nazik «PALL MALL markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 112 manat dəyərində 40 qutu boz rəngli nazik «PALL MALL» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla, ümumilikdə 56 manat dəyərində 20 qutu boz rəngli kompakt «ROTHMANS» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu qara rəngli nazik «MAGNA» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 96 manat dəyərində 40 qutu boz rəngli nazik «MAGNA» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «VEGAS» markalı siqaretləri, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu boz rəngli kompakt «CLLASİK» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 50 qəpik olmaqla, ümumilikdə 25 manat dəyərində 10 qutu göy rəngli nazik «CLLASİK» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla, ümumilikdə 120 manat dəyərində 50 qutu göy rəngli nazik «VİCEROY» markalı siqaretlərin, 01 qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumilikdə 24 manat dəyərində 10 qutu ağ rəngli nazik ballı «ARGO» markalı siqaretlərin, ümumilikdə 250 manat dəyərində Azercell, Bakcell və Narmobile mobil operatorlara aid danışıq kartlarının və içərisində özünə məxsus ***-***-**-** saylı mobil nömrə olan 70 manat dəyərində qara rəngli 01 ədəd «SAMSUNG-J4» markalı mobil telefonun, telefonun içərisində olan 10 manat dəyərində ***-***-**-** saylı mobil nömrənin və 60 manat dəyərində qəpik pulların oğurlandığını aşkar etmişdir. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 1620 manat maddi ziyan dəymişdir. Cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs6 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Əliyanlı kəndində yaşayır. Fərdi əməklə məşğul olur. Təxminən 6 il olar ki, Bərdə-Ağdam magistral yolunun Bərdə rayonu, Əliyanlı kəndi ərazisindən keçən hissəsində yerləşən “Qarabağ” adlı marketi icarə müqaviləsi əsasında işlədir. Belə ki, həmin marketi qardaşı Şahid4 01 yanvar 2019-cu il tarixdə icarə müqaviləsi əsasında işlətmək üçün ona vermişdir. Həmin marketdə ərzaq və qeyri ərzaq məhsulları satılır. 04 noyabr 2023-cü il tarixdə, saat 23:45 radələrində marketin qapısını bağlayıb evinə gedərkən marketin siqnalzasiyasını işə salmışdır. Həmçinin mağazanın təhlükəsizlik kameraları var. 05 noyabr 2023-cü il tarixdə, saat 05:30 radələrində marketin giriş qapısını açaraq içəri daxil olduqdan sonra marketin içərisində yerləşən kassadan özünə məxsus 7700 manat pulların yerində olmadığını görmüşdür. Bundan sonra mağazanın təhlükəsizlik kamerasına baxarkən 05 noyabr 2023-cü il tarixdə, gecə saat təxminən 02 radələrində marketə bir nəfər şəxsin daxil olub kassadan pulu oğurlamasını görmüşdür. Həmin şəxs marketin arxa tərəfində olan nəfəslikdən marketə qanunsuz daxil olmuşdur. Bundan sonra dərhal 102 xidmətinə zəng edərək məlumat vermişdir. Hadisə yerinə polis əməkdaşları gələrək hadisə yerinə baxış keçirmişlər. Beləliklə baş vermiş oğurluq hadisəsi nəticəsində ona ümumilikdə 7700 (yeddi min yeddi yüz) manat maddi ziyan dəymişdir. Dəymiş ziyanın yarısı olan 3800 manatı öz payına düşən hissədə Təqsirləndirilən şəxs2 tərəfindən ödənilmişdir və onunla barışıq əldə etmişdir. Məhkəmə istintaqı zamanı məhkəmə iclasında iştirak etmədiklərindən zərərçəkmiş şəxslərdən Zərərçəkmiş şəxs2 və Zərərçəkmiş şəxs3 və şahidlər Şahid4 və Şahid5 barələrində məhkəmənin qərarı ilə polisin vasitəsilə məhkəməyə məcburi gətirilmə barədə qərar qəbul edilərək ərazi polis orqanına göndərilsə də polis orqanı tərəfindən qərar icra edilməmiş, bunun səbəbi barədə məhkəməyə yazılı məlumat verilməmiş və həmin şəxslərin məhkəmə iclasında iştirakının təmini mümkün olmamışdır. Məhkəmə bu səbəbdən CPM-in 317-ci maddəsinə əsasən həmin şəxslərin ibtidai istintaq zamanı verdikləri ifadələrini elan etmişdir. İbtidai istintaq zamanı cinayət işi üzrə zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Güloğlular kəndində yaşayır. xx.xx.2023-cü il tarixdə, saat 20 radələrində qızı Aysel ona zəng edərək yaşadıqları evdən oğurluq olması barədə məlumat vermişdir. O, dərhal yaşadığı evə getmişdir. Yaşadığı həyətdə iki fərdi yaşayış evi var. Evin biri kiçik, digəri isə nosbətən böyük evdir. Kiçik evdən heç bir əşya oğurlanmamışdır. Böyük evin yataq otağında siyirmədən özünə məxsus 2 ədəd qızıl üzük və 1 ədəd qızıl boyunbağı oğurlanmışdır. Bundan sonra bu barədə DİN-in 102 xidmətinə zəng edərək müraciət edilmişdir. Belə ki, onun yaşadığı fərdi yaşayşı evindən xx.xx.2023-cü il tarixdə saat 19-20 radələri arasında oğurluq hadisəsi baş vermişdir. Yaşadığı evə qapıdan daxil olunmuşdur. Evindən oğurlanan 1 ədəd qızıl üzük 585 əyarlı, 2 qramdan bir qədər az çəkidədir və 2023-cü ilin yanvar ayında 170 manata almışdır. Digər üzük isə 585 əyarlı, 2 qram imiş, bir il öncə 180 manata alıbmış. 1 ədəd qızıl boyunbağı isə 583 əyarlı 35 qram olmuş, həmin boyunbağını 2019-cu ilin yay aylarında 3000 manata alıbmış. Oğurluq nəticəsində onun ümumilikdə 3350 manat dəyərində qızıl-zinət əşyaları oğurlanmışdır. Cinayət işi üzrə ibtidai istintaqda zərərçəkmiş şəxs qismində ifadə vermiş Zərərçəkmiş şəxs3 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Hacıbəyli kəndində yaşayır. O, Bərdə rayonu, Mirzalıbəyli kəndində yerləşən ərzaq mağazasını işlədir. Hər gün səhər saat 07 radələrində mağazanı açır, saat 23 radələrində mağazanı bağlayır. Mağazanın qapısı və pəncərələrində dəmir məhəccərlər var. xx.xx.2023-cü il tarixdə, saat 23:25 radələrində mağazanın qapısını bağlayıb yaşadığı evə getmişdir. xx.xx.2023-cü il tarixdə, səhər saat 07:30 radələrində işlədiyi mağazaya gələrkən giriş qapısının qıfıllarının sınmış vəziyyətdə yerdə olmasını görmüşdür. Mağazadan oğurluq olmasını düşünüb dərhal DİN-in 102 xidmətinə zəng edib məlumat vermiş, sonra özü mağazaya daxil olub baxış keçirmişdir. Mağazaya baxış keçirərkən siyirmədə olan 2800 manat nağd pulun, piştaxtada olan 123 manat dəyərində “Sobranie” markalı siqaretlərin oğurlanmasını aşkar etmişdir. Belə ki, “Sobranie” markalı siqaretin 1 qutusu 4.10 manat dəyərində olmuşdur. Həmçinin, mağazada yerləşən dəyəri 100 manat olan təhlükəsizlik kamerasının 1 ədəd yaddaş aparatının oğurlandığını da aşkar etmişdir. Mağazadan oğurluğa görə ona ümumilikdə 3023 manat maddi ziyan dəymişdir. Baş vermiş oğurluq hadisəsi zamanı mağazaya məxsus 2 ədəd qıfılların sındırılması nəticəsində ona 15 manat maddi ziyan dəymişdir. Qeyd edilən mağazadan oğurlanmış 2800 manat nağd pul alverdən yığılmış pul olmuşdur. O, həmin 2800 manat pulu mağazaya ərzaq almaq məqsədilə mağazada saxlayırmış. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid4 ifadəsində qardaşı Zərərçəkmiş şəxs6 mağazasından oğurlanmış pulun onun müalicə xərcləri üçün orada saxlanıldığını təsdiq etmiş və qardaşı Zərərçəkmiş şəxs6la eyni məzmunlu ifadə vermişdir. Cinayət işi üzrə şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Güloğlular kəndində yaşayır. 18 yanvar 2023-cü il tarixdə, saat 11:30 radələrində Bərdə rayonu, Güloğlular kəndindən gəlib iş yerinə - Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən «Təzə Bazar»ın içərisinə gedərkən mağazaların yaxınlığında üzərində qapağı olmayan kanalizasiya quyusunun içərisində corabların, 2 ədəd nərdtaxtanın və 1 ədəd saç feninin olmasını görmüşdür. Həmin yerin yaxınlığındakı mağazadan oğurluq olmasını eşitdiyi üçün o həmin əşyaları quyudan çıxarıb Bərdə rayon polis şöbəsinə gətirərək təqdim etmişdir. İş materiallarında olan hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus “Qarabağ” adlanan marketdən oğurluq faktı ilə bağlı ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan DVD diskə baxış keçirilməsi barədə protokoldan görünür ki, Zərərçəkmiş şəxs6 məxsus “Qarabağ” adlanan marketdən oğurluq faktı ilə bağlı istintaqı aparılan ********* nömrəli cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmış Zərərçəkmiş şəxs6 tərəfindən təqdim edilmiş oğurluq hadisəsinin videogörüntülərinə həmin cinayət işi üzrə şübhəli şəxs qismində Təqsirləndirilən şəxs1 iştirakı ilə baxış keçirilmiş və baxış zamanı müəyyən olmuşdur ki, DVD diskin içərisində biri 19 saniyədən, digəri isə 45 saniyədən ibarət və hər biri fərqli istiqamətlərdən qeydə alınmış ümumilikdə 2 videogörüntü var. Birinci videogörüntüdə kişi cinsli bir gənc marketin içərisində hərəkət edib kassaya tərəf yaxınlaşaraq masanın üzərinə çıxıb kassanın arxasına keçir, digər videogörüntüdə isə həmin gənc kassanın siyirməsini çəkib orada olan, videogörüntüdən əskinazları və məbləği aydın olmayan pulları götürüb əynində olan şalvarının sol yan cibinə qoyur, sonra masanın digər siyirməsini açıb orada olan pulları əlinə götürüb saxlayaraq masanın üzərinə çıxıb gedir. Baxış zamanı Təqsirləndirilən şəxs1 hər iki videogörüntüdəki şəxsin onun özü olmasını bildirmişdir. İşdə olan hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs4 məxsus “NAR” adlanan marketdən oğurluq faktı ilə bağlı ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir. İşdə olan hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs5 məxsus mağazadan oğurluq faktı ilə bağlı ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir. İşdə olan hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs3 məxsus marketdən oğurluq faktı ilə bağlı ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir. İşdə olan hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs2 yaşadığı evdən oğurluq faktı ilə bağlı ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir. İşdə olan hadisə yerinə baxış protokolundan görünür ki, Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurluq faktı ilə bağlı ilkin araşdırma zamanı hadisə yerinə baxış keçirilmiş, hadisə yerinin fotoşəkilləri çəkilərək müvafiq protokola əlavə edilmişdir. İşdə olan baxış və götürmə protokolundan görünür ki, istintaq zamanı Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurladığı 3 televizor zərərçəkmiş şəxsin iştirakı ilə müstəntiq tərəfindən maddi sübut qismində götürülmüşdür. Götürmə zamanı Zərərçəkmiş şəxs1 həmin televizorların ona məxsus olduğunu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə mağazasından oğurlandığını bildirmişdir. Götürmə zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan götürmə protokolundan görünür ki, istintaq zamanı ********* nömrəli cinayət işi üzrə şahid qismində Şahid5 Bərdə rayonu, Güloğlular kəndi ərazisində yerləşən Zərərçəkmiş şəxs1 məxsus mağazadan oğurlanmış 2 ədəd nərdtaxta, 1 ədəd saç feni və 14 cüt kişi corabı zərərçəkmiş şəxsin iştirakı ilə müstəntiq tərəfindən maddi sübut qismində götürülmüşdür. Götürmə zamanı Zərərçəkmiş şəxs1 həmin əşyaların ona məxsus olduğunu və xx.xx.2023-cü il tarixdən xx.xx.2023-cü il tarixə keçən gecə mağazasından oğurlandığını bildirmişdir. Götürmə zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, istintaq zamanı ********* nömrəli cinayət işi üzrə şahid qismində Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi müstəntiq tərəfindən yerində yoxlanılmışdır. Müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanması protokolundan görünür ki, Təqsirləndirilən şəxs3 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, istintaq zamanı ********* nömrəli cinayət işi üzrə şahid qismində Şahid5 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi müstəntiq tərəfindən yerində yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, Şahid5 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, istintaq zamanı ********** nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs4 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi Bərdə RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən yerində yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs4 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanılması protokolundan müəyyən olunur ki, Şahid2 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, istintaq zamanı ********** nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs6 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi Bərdə RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən yerində yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs6 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanılması protokolundan müəyyən edilir ki, istintaq zamanı ********** nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs5 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi Bərdə RPŞ-nin İstintaq Bölməsinin baş müstəntiqi, polis kapitanı Sənan Bayramzadə tərəfindən yerində yoxlanılmışdır. Müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs5 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisənin mexanizmi baş vermiş cinayət hadisəsi ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İşdə olan ifadənin yerində yoxlanılması protokolundan görünür ki, istintaq zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs1 ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək və ifadəsinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə ifadəsi müstəntiq tərəfindən yerində yoxlanılmışdır. Müəyyən olmuşdur ki, Təqsirləndirilən şəxs1 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisələrin mexanizmi baş vermiş cinayət hadisələri ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə Təqsirləndirilən şəxs2 ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək və ifadəsinin düzgünlüyünü müəyyən etmək məqsədi ilə ifadəsi müstəntiq tərəfindən yerində yoxlanılmışdır. Müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs2 tərəfindən istintaq hərəkətinin icrası zamanı göstərilən hadisələrin mexanizmi baş vermiş cinayət hadisələri ilə üst-üstə düşür. İstintaq hərəkətinin icrası zamanı çəkilmiş fotoşəkillər müvafiq protokola əlavə edilmişdir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 fevral 2023-cü il tarixli, 9/738 nömrəli rəyindən görünür ki, Koreya istehsalı olan Zimmer markalı, 81 sm ölçüdə 01 ədəd televizorun təzə vəziyyətdə 2023-cü ilin yanvar ayına olan bazar qiyməti nəzəri qaydada təxminən 250 manat, Koreya istehsalı olan SHİVAKİ markalı, 81 sm ölçüdə televizorun 01 ədədi 250 manat, Çin istehsalı olan, üzərində BR-2217 5000W və HAİR sözləri yazılmış 01 ədəd saç feninin dəyəri 25 manat, nərdtaxtanın 01 ədədi 30 manat, Çin istehsalı olan kişi corabların 01 cütü 0,50 manat, ümumilikdə 03 ədəd televizorların, 2 ədəd nərdtaxtanın, 1 ədəd saç feninin və 14 cüt corabların təzə vəziyyətdə 2023-cü ilin yanvar ayına olan bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 842.00 manat müəyyən edilmişdir. 230300060 nömrəli iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 19 aprel 2023-cü il tarixli, 6/2096-9/2465 nömrəli rəyinə əsasən, tədqiqata təqdim edilmiş 1 ədəd sarı rəngli metaldan, üzərində ağ şəffaf qaşlar olan üzük (2 ədəd qaş yeri boşdur) üzərində «585» əyar damğası həkk olunmuşdur, metalı 585 əyarlı qızıla uyğundur, çəkisi 1,97 qramdır, qaşları qiymətli qaşlara aid deyil. Üzük kustar üsulla hazırlanmışdır. Tədqiqata təqdim edilmiş 1 ədəd 585 əyarlı, 1,97 qram çəkili üzüyün 2023-cü ilin fevral ayına olan orta bazar qiyməti təxminən 167,0 manat müəyyən edilir. Tədqiqata təqdim edilməyən, aşağıda qeyd edilən malların 2023-cü ilin fevral-mart aylarına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri qaydada təxminən 3193,0 manat müəyyən edilir: 01 ədəd 585 əyarlı, 2 qram çəkidə üzük 170,0 manat, 1 ədəd 583 əyarlı, 35 qram çəkidə boyunbağı 2800,0 manat, 1 ədəd «Hikvision» markalı təhlükəsizlik kamerasının yaddaş aparatı 100,0 manat, 30 qutu (ədəd) göy rəngli «Sobranie» markalı siqaret 123,0 manat (30 qutu x 4,10 manat) . 230300168 nömrəli iş üzrə təyin edilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 27 sentyabr 2023-cü il tarixli, 9/6673 nömrəli rəyindən müəyyən edilir ki, aşağıda qeyd edilən malların 2023-cü ilin iyul ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən göy rəngli qalın «KENT-8» markalı siqaretlərin 1 qutusunun qiyməti 4 manat olmaqla 20 qutusu ümumilikdə 80 manat, qara rəngli nazik «KENT-4» markalı siqaretlərin 1 qutusunun qiyməti 4 manat olmaqla 30 qutusu ümumilikdə 120, qara rəngli nazik «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 20 qutusu ümumilikdə 76 manat, ağ rəngli kompakt «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 20 qutusu ümumilikdə 76 manat, ağ rəngli nazik «SOBRANİE» markalı siqaretlərin 1 ədədinin qiyməti 4,30 manat olmaqla 20 qutusu ümumilikdə 86 manat, ağ rəngli kompakt ballı «SOBRANİE» markalı siqaretlərin 1 qutusunun qiyməti 4,30 manat olmaqla 20 qutusu ümumilikdə 86 manat, göy rəngli nazik «SOBRANİE» markalı siqaretlərin 1 qutusunun qiyməti 4,30 manat olmaqla 10 qutusu ümumilikdə 43 manat, boz rəngli nazik«PALL MALL markalı siqaretlərin 1 qutusunun qiyməti 2,80 manat olmaqla 30 qutusu ümumilikdə 84 manat, boz rəngli nazik «PALL MALL» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,80 manat olmaqla 40 qutusu ümumilikdə 112 manat, boz rəngli kompakt «ROTHMANS» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,80 manat olmaqla 20 qutusu ümumilikdə 56 manat, qara rəngli nazik «MAGNA» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 40 qutusu ümumilikdə 96 manat, boz rəngli nazik «MAGNA» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 40 qutusu ümumilikdə 96 manat, göy rəngli nazik «VEGAS» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,50 manat olmaqla 10 qutusu ümumilikdə 25 manat, boz rəngli kompakt «CLLASİK» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,50 manat olmaqla 10 qutusu ümumilikdə 25 manat, göy rəngli nazik «CLLASİK» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,50 manat olmaqla 10 qutusu ümumilikdə 25 manat, göy rəngli nazik «VİCEROY» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 50 qutusu ümumilikdə 120 manat, ağ rəngli nazik ballı «ARGO» markalı siqaretlərin 1 qutusunun qiyməti 2,40 manat olmaqla 10 qutusu ümumilikdə 24 manat, mobil telefonunun satış üçün komplektləşdirilməsinə daxil edilən aksessuarların olmaması nəzərə alınmaqla, orta istismar müddəti və orta istismar intensivliyi parametrlərinə uyğun olaraq 1 ədəd qara rəngli «SAMSUNG-J4» markalı mobil telefonun qiyməti 2023-cü ilin iyul ayına olan tarixə 70 manat müəyyən edilərək Zərərçəkmiş şəxs5 ümumilikdə 1300,00 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. 2023-cü ilin avqust ayına olan tarixə nazik «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 2 qutusu ümumilikdə 7,60 manat, mentollu qalın «WİNSTON» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,80 manat olmaqla 2 qutusu ümumilikdə 7,60 manat, qalın kompakt «LD» markalı siqaretlərin 1 qutusunun qiyməti 3,20 manat olmaqla 1 qutusu ümumilikdə 3,20 manat müəyyən edilərək Zərərçəkmiş şəxs4 ümumilikdə 18,40 manat maddi ziyan dəyməsi müəyyən edilmişdir. 2023-cü ilin avqust ayına olan tarixə 1 ədəd 4-lük 50x84 sm ölçüdə şəffaf şüşə 12 manat və 1 qutusunun qiyməti 2,40 manat olmaqla 1 qutu nazik «MAGNA» markalı siqaretin qiyməti 2.40 manat müəyyən edilərək X6 ümumilikdə 14,40 manat maddi ziyan dəyməsi müəyyən edilmiş, 1 ədəd «MULTİ STAR» markalı videomüşahidə kamerası aydın deyildir. İşdə olan əməliyyat tapşırığına cavab məktubundan görünür ki, istintaq zamanı verilmiş əməliyyat tapşırıqları əsasında Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirlərinə baxmayaraq, qeyd edilən oğurluq faktları ilə bağlı cinayətlərdə istifadə edilmiş alətləri, istintaq zamanı maddi sübut qismində götürülənlərdən başqa oğurlanmış əmlakı, habelə onların kimə satılmasını müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2023-cü il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, hazırda məhkumluğu qanunla nəzərdə tutulmuş qaydada ödənilməmiş və götürülməmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs4 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs5 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, X1 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs6 27 fevral 2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın bir qismini Təqsirləndirilən şəxs2 atası X9 tərəfindən ödənildiyini, hazırda Təqsirləndirilən şəxs2 hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Cinayət işinin istintaq materiallarına əlavə edilmiş ərizədən görünür ki, iş üzrə Zərərçəkmiş şəxs3 27 fevral 2024-cü il tarixdə rayon polis şöbəsinə ərizə ilə müraciət edərək ona dəymiş ziyanın iş üzrə Təqsirləndirilən şəxs4 atası X12 tərəfindən ödənildiyini, hazırda Təqsirləndirilən şəxs4 hər hansı bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı iş materiallarına əlavə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs1 dəymiş ziyan ödənilmişdir. Buna görə heç kimdən şikayət və tələbi yoxdur. İşdə olan yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə rayonu, Ərəblər kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, Güloğlular kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkum olunmamışdır və yaşayış yerindən müsbət xarakterizə olunur. İşdə olan yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 xx xxxxxx 2006-cı il tarixdə Bərdə rayonu, Güloğlular kəndində anadan olmuşdur, həmin kənddə yaşayır, Azərbaycan Respublikasının vətəndaşıdır, natamam orta təhsillidir, subaydır, işsizdir, məhkum olunmamışdır və yaşadığı yerdə müsbət xarakterizə olunur. İşdə olan yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs5 xx xxxxx 2007-ci il tarixdə Bərdə rayonu, Güloğlular kəndində anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşıdır, natamam orta təhsilli, subay, işsiz, məhkum olunmamışdır, Bərdə rayonu, Güloğlular kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İşdə olan yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs6 xx xxxxxx 2008-ci il tarixdə Bərdə rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkum olunmamışdır, ünvan 4-də qeydiyyatda olmaqla Bərdə rayonu, Güloğlular kəndində yaşayır və yaşayış yerindən müsbət xarakterizə olunur. İşdə olan yaşayış yerindən arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 xx xxxxxx 2006-cı il tarixdə Bərdə rayonunda anadan olmuşdur, Azərbaycan Respublikasının vətəndaşı, natamam orta təhsilli, subay, işsiz, məhkum olunmamışdır, Bərdə rayonu, Qaraqoyunlu kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayır və yaşadığı yer üzrə müsbət xarakterizə olunur. İşdə olan Bərdə rayon Məhkəməsinin 7(021)-100/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından görünür ki, Təqsirləndirilən şəxs1 təyin edilmiş 01 il 05 ay 02 gün azadlığın məhdudlaşdırılması cəzası 08 ay 16 gün müddətinə azadlıqdan məhrumetmə cəzası ilə əvəz edilmiş və cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəkməsi müəyyən edilmişdir. İşdə olan Gəncə Apellyasiya Məhkəməsi Cinayət Kollegiyasının xx.xx.2024-cü il tarixli 7(104)-18/2024 saylı qərarından görünür ki, məhkum Təqsirləndirilən şəxs1 Bərdə rayon məhkəməsinin 7(021)-100/2023 saylı xx.xx.2023-cü il tarixli qərarından verdiyi apellyasiya şikayəti təmin edilməmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxslər, zərərçəkmiş şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə, iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək təkrar yaşayış sahəsinə və saxlanc yerlərinə qanunsuz daxil olmaqla və xeyli miqdarda özgənin əmlakını gizli yolla talayaraq oğurluq, Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq xeyli miqdarda ziyan vurmaqla oğurluq, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 qabaqcadan əlbir olan bir qrup şəxs halında saxlanc yerinə qanunsuz daxil olmaqla özgənin əmlakını gizli yolla talayaraq oğurluq cinayətini törətmişlər. «Oğurluq, soyğunçuluq və quldurluğa dair işlər üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 03 mart 2005-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr oğurluğa, soyğunçuluğa və quldurluğa dair işlərə baxarkən nəzərə almalıdırlar ki, qanuna görə talama dedikdə özgə əmlakının tamah məqsədilə, hüquqazidd, əvəzsiz götürülməsi və bu əmlakın təqsirkarın və ya başqa şəxsin xeyrinə yönəldilməsindən ibarət hərəkətlər başa düşülür. Mülkiyyətçinin və ya əmlakın digər sahibinin və ya kənar şəxslərin olmadığı vaxt, yaxud həmin şəxslər olsa da onların hiss etmədikləri şəraitdə əmlakı qanunsuz götürən şəxsin əməli əmlakın gizli talanması (oğurluq) kimi tövsif edilməlidir. Yaranmış konkret şəraitdə təqsirkar gizli hərəkət etdliyini güman edirsə həmin şəxslər talama hadisəsini görmüş olsalar belə təqsirkarın əməli özgə əmlakının gizli talanması hesab edilməlidir. Yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaq dedikdə oğurluq, soyğunçuluq və ya quldurluq məqsədilə həmin yerlərə gizli və ya açıq formada girmək başa düşülməlidir. «Yaşayış sahəsinə binaya, anbara və ya başqa saxlanc yerlərinə daxil olmaq» anlayışına həmin yerlərə girmədən talanacaq predmetlərin oradan müxtəlif üsul və vasitələrlə götürülməsi, çıxarılması və s. kimi hərəkətlər də aiddir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında həmçinin qeyd edilmişdir ki, təqsirli şəxsin talanmış əmlakdan istifadə etmək və ya onun üzərində istədiyi kimi sərəncam vermək üçün real imkan əldə etdiyi vaxtdan (məsələn, talanmış əmlakı öz xeyrinə və ya başqalarının nəfinə yönəltmək, yaxud tamah məqsədilə başqa formada onun üzərində sərəncam vermək), oğurluq və ya soyğunçuluq cinayəti başa çatmış hesab edilir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməllərdə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnların tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin öz ifadələrindən başqa, zərərçəkmiş şəxslərin, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərin törətmiş olduqları əməllərin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onların cinayət əməlləri məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs1 əməlləri Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə, Təqsirləndirilən şəxs4 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs6 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs5 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 əməli Azərbaycan Respublikasının CM-in 177.2.1 və 177.2.3-cü maddələri ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Məhkəmə həmçinin qeyd edir ki, Konstitusiyanın vətəndaşların vəzifələrinin əsasını müəyyən edən 72-ci maddəsinin İİ hissəsinə uyğun olaraq, hər bir şəxs Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına əməl etməli, başqa şəxslərin hüquq və azadlıqlarına hörmət bəsləməli, qanunla müəyyən edilmiş digər vəzifələri yerinə yetirməlidir. Bu baxımdan, hər bir şəxs hər hansı hərəkəti edərkən həmin hərəkətin digər şəxslərin qanunla qorunan hüquqlarını, eləcə də qanunun tələblərini pozub-pozmadığını düşünməli və bununla bağlı məsuliyyətini dərk etməlidir. Eyni zаmаndа, təqsirləndirilən şəxslərin cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə onlar, cəzayа məruz qаlmаlı və onlara Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq Təqsirləndirilən şəxs1 barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə cəzasının təyin edilməsini, qalan təqsirləndirilən şəxslər olan Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 azadlığın məhdudlaşdırılması növündə cəzaların təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun xx.xx.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Beləliklə, hazırkı cinayət işi üzrə istinad olunan Cinayət Məcəlləsinin maddəsinin sanksiyasında alternativ cəza nəzərdə tutulduğundan, məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CMnin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, CM-nin Xüsusi hissəsinin müvafiq maddəsində müəyyən edilmiş daha ciddi cəzanı tətbiq etmədən də cəzanın məqsədlərinə çatmaq olar və hazırkı iş üzrə təqsirləndirilən şəxslərə təqsirləndirildikləri maddələrin sanksiyalarında nəzərdə tutulmuş aşağı həddə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Daha ciddi cəzanın təyin edilməsi üçün əsaslar yoxdur. Məhkəmə həmçinin qeyd edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs5, Təqsirləndirilən şəxs6, Təqsirləndirilən şəxs4 cinayət törətdikləri vaxt yetkinlik yaşına çatmayan şəxslər olmuşlar. “Yetkinlik yaşına çatmayanların cinayətləri barədə işlər üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 30 iyun 2008-ci il tarixli qərarında qeyd edilmişdir ki, məhkəmələrə izah olunsun ki, yetkinlik yaşına çatmayanların törətdiyi cinayətə görə cəza təyin olunması haqqında məsələ həll edilərkən Azərbaycan Respublikası CM-nin 58-ci maddəsində qeyd olunan (törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirləndirilən şəxsin şəxsiyyəti haqqında məlumatlar, cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar) hallardan başqa, həmçinin Azərbaycan Respublikası CM-nin 86-cı maddəsində nəzərdə tutulan şərtlər (yetkinlik yaşına çatmamış şəxsin həyat və tərbiyə şəraiti, əqli və psixiki inkişaf səviyyəsi, şəxsiyyətlərinin digər xüsusiyyətləri, yetkinlik yaşına çatmış şəxslərin ona təsiri və s.) də nəzərə alınmalıdır. İlk növbədə azadlıqdan məhrum etməklə əlaqədar olmayan cəzanın tətbiq olunmasının mümkünlüyü müzakirə olunmalıdır. Yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən məhkəmələr nəzərə almalıdırlar ki, cəza maksimum dərəcədə məhkumun islah və yenidən tərbiyə olunması məqsədinə xidmət etməlidir. Məhkəmə yalnız yetkinlik yaşına çatmayan şəxsin törətdiyi cinayətin ağırlığı baxımından onun cəmiyyətdən təcrid olunmadan islah olunmasının mümkün olmadığı hallarda, qəbul olunmuş qərarı hökmdə mütləq əsaslandırmaqla ona azadlıqdan məhrum etmə növündə cəza təyin olunması haqqında qərar qəbul etməlidir. Bundan əlavə Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 435.4-cü maddəsi əsasən, yetkinlik yaşına çatmayan şəxs barəsində cəza tədbiri seçərkən məhkəmə aşağıdakıları rəhbər tutmalıdır: cəza tədbiri yalnız törədilmiş cinayətin hallarına və ağırlığına deyil, həmçinin yetkinlik yaşına çatmayan şəxsin vəziyyətinə və tələbatına, habelə cəmiyyətin tələbatına uyğun olmalıdır; yetkinlik yaşına çatmayan şəxsin azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbiri yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə endirilməlidir; yetkinlik yaşına çatmayan şəxs ağır və ya xüsusilə ağır cinayətin, habelə ağır nəticələrə səbəb olan zor tətbiq etməklə qəsdən törədilmiş cinayətin və ya digər ağır cinayətin təkrarən törədilməsində təqsirli bilinmədiyi halda onun azadlıqdan məhrum edilməsi məqsədəuyğun deyildir. Həmçinin həmin qərarın 15-ci bəndində qeyd edilmişdir ki, yetkinlik yaşına çatmayanlara cəza təyin edərkən nəzərə almaq lazımdır ki, qanunvericilikdə (CM-nin 85.1-ci maddəsi) bu kateqoriyadan olan şəxslər üçün nəzərdə tutulan cəmi 4 cəza növünün (cərimə, ictimai işlər, islah işləri, müəyyən müddətə azadlıqdan məhrum etmə) hər biri üçün qısaldılmış müddət və ya azaldılmış məbləğ nəzərdə tutulmuşdur. Ona görə də yetkinlik yaşına çatmayanlara CM-nin 85-ci maddəsinə uyğun olaraq CM-nin Xüsusi Hissəsinin sanksiyasında göstərilən cəzanın aşağı həddindən də az cəza təyin edilərkən CM-nin 62-ci maddəsinə istinad etməyə ehtiyac yoxdur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 85.3 və 85.4-cü maddələrinin Azərbaycan Respublikası Konstitusiyasının 17-ci maddəsinin V hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 23 aprel 2021-ci il tarixli qərarına əsasən Cinayət və Cinayət-Prosessual Məcəllələrində, eləcə də “Uşaq hüquqları haqqında” Qanunda cinayət icraatı qaydalarının uşaqlara tətbiqinin ayrıca xüsusiyyətləri nəzərdə tutulmuşdur. Adıçəkilən Qanunun 42-ci maddəsinə görə, uşaqlar barəsində məhkəməyədək icraatın, həmçinin birinci, apellyasiya və kassasiya instansiyaları icraatının xüsusiyyətləri Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsi ilə müəyyən edilir. Uşaqların törətdikləri cinayətlər üzrə məhkəməyədək icraat yalnız ibtidai istintaq şəklində aparılır. Uşaqlar barəsində həbsə alma qətimkan tədbirinin tətbiq edilməsinə yalnız onlara az ağır zorakı cinayətin, habelə ağır və ya xüsusilə ağır cinayətin törədilməsi istinad edildikdə yol verilir. Uşaqların azadlıqdan məhrum edilməsi ilə bağlı olan cəza tədbirləri məhkəmələr tərəfindən yalnız həmin məsələnin mükəmməl baxılmasından sonra tətbiq edilməli və imkan daxilində aşağı həddə təyin edilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin “X13rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə bütün təqsirləndirilən şəxslərə münasibətdə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxslərin etdiyi əməllərdən səmimi peşmançılıq hissi keçirmələri, yaşayış yeri üzrə müsbət xarakterizə olunmaları, onların bəzilərinin ilk dəfə hadisələrin təsadüfi axarı zəminində az ağır cinayət törətmələri və zərərçəkmiş şəxslərə dəymiş ziyanı ödəməklə onlarla barışıq əldə etmələri onların cəzasını yüngülləşdirən hallar kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslərin etdikləri əməllərindən səmimi peşmançılığını bildirməsi tutduqları əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməlindən səmimi peşmançılıq hissi keçirmələri onları törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən digər təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxslərin əməllərində CM-in 61-ci maddəsində göstərilən onların cəzalarını ağırlaşdıran hallar müəyyən edilməmişdir. Məhkəmə onu da qeyd edir ki, təqsirləndirilən şəxslərdən Təqsirləndirilən şəxs1 yetkinlik yaşına çatmasa da əvvəl törətdiyi cinayət əməlinə görə cəzanın islah təsirindən faydalanmayaraq yenidən oğurluq cinayət əməlləri törətdiyindən və dəymiş ziyanı ödəmədiyindən ona azadlıqdan məhrum etmə cəzası təyin edilməli, onun dəyişdirilmiş cəzası bitdikdən sonra hökmün elan olunduğu tarixədək həbsdə saxlandığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəzası təyin edilməli və cəzasının əvvəli isə hökmün çıxarıldığı vaxtdan hesablanmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 ilk dəfə cinayət əməli törətməsi, dəymiş ziyanı ödəməsi və zərərçəkmiş şəxslər barışıq əldə etməsini, əməlindən peşman olmasını nəzərə alaraq ona azadlığın məhdudlaşdırılması növündə cəza təyin edilməsini məqsədəmüvafiq hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 CM-nin 69.3-cü maddəsinə əsasən şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı müddət ona təyin edilmiş cəzadan çıxılmaqla üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə Təqsirləndirilən şəxs2 başqa digər təqsirləndirilən şəxslərin yetkinlik yaşına çatmadıqlarını və ilk dəfə cinayət törətmələrini, onlarla ailədə və cəmiyyətdə lazımi təhsil və təlim-tərbiyə işinin aparılmamasını nəzərə alaraq barələrində azadlığın məhdudlaşdırılması cəzası və müvafiq tərbiyəvi xarakterli məcburi tədbirlərin tətbiq edilməsini və bu vəzifələrin müvafiq dövlət orqanlarına həvalə edilməsini doğru hesab edir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 13i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs3 оğlunun üzərinə Bərdə rayonu, Güloğlular kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, kütləvi və digər tədbirlər təşkil etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs3 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs5 оğlunun üzərinə ünvan 14i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X2 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs5 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs6 оğlunun üzərinə ünvan 14i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X2 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs6 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti cəzası saxlanılmalıdır. Təqsirləndirilən şəxs4 оğlunun üzərinə ünvan 15i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X2 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilməlidir. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Təqsirləndirilən şəxs4 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut olan və ibtidai istintaq dövründə saxlanması üçün sahiblərinə təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 585 əyarlı 1,97 qram çəkidə qızıl üzük, Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd Koreya istehsalı olan “Zimmer” markalı, 81 sm diaqonallı televizor və 01 ədəd Koreya istehsalı olan “Shivaki” markalı 81 sm diaqonallı televizor, 01 ədəd Çin istehsalı olan üzərində BR-2217 5000W və “Hair” sözləri yazılmış saç feni, 02 ədəd nərdtaxta və 14 cüt Çin istehsalı olan kişi corabının sahiblərinə qaytarılması və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi nəzərə alınmalıdır. İş üzrə sübut qismində tanınmış özündə oğurluq hadisəsinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə Zərərçəkmiş şəxs6 dəymiş 7700 manat ziyanın 3800 manatının Təqsirləndirilən şəxs2, digər Zərərçəkmiş şəxs3 dəymiş 3023 manat maddi ziyanın 2800 manatının Təqsirləndirilən şəxs4 qanuni nümayəndəsi tərəfindən ödənilməsi və həmin şəxslərin barışığının olması nəzərə alınmalıdır. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilməlidir. Təqsirləndirilən şəxslərdən müştərək qaydada bərabər paylar üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 4 (dörd) ay müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 24 noyabr 2023-cü il tarixdən 20 dekabr 2023-cü il tarixədək həbsdə saxlanıldığı 26 (iyirmi altı) gün və Bərdə rayon Məhkəməsinin 20 dekabr 2023-cü il tarixli, 7(021)-100/2023 saylı qərarı ilə ona təyin edilmiş 08 (səkkiz) ay 16 (on altı) gün azadlıqdan məhrumetmə cəzasının bitdiyi tarixdən sonrakı gün olan 06 sentyabr 2024-cü il tarixdən bugünə, yəni 01 oktyabr 2024-cü il tarixədək həbsdə saxlanıldığı 25 (iyirmi beş) gün ona təyin edilmiş azadlıqdan məhrum etmə cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 02 (iki) ay 09 (doqquz) gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmə müddətinin əvvəli hökmün çıxarıldığı xx.xx.2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli tərbiyə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs2 xx.xx.2023-cü il tarixdən xx.xx.2024-cü il tarixədək şübhəli şəxs kimi tutulduğu və həbsdə saxlanıldığı 5 (beş) ay 18 (on səkkiz) gün müddətin hər bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 24 (iyirmi dörd) gün azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlunun üzərinə ünvan 13i ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, kütləvi və digər tədbirlər təşkil etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs2 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 6 (altı) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 оğlunun üzərinə Bərdə rayonu, Güloğlular kəndi ünvanındakı yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, işləmək və ailəsinə maddi yardım göstərmək, kütləvi və digər tədbirlər təşkil etməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət onun yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs3 оğlu barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs5 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs5 оğlunun üzərinə ünvan 14i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs5 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X2 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs5 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs6 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs6 оğlunun üzərinə ünvan 14i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs6 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X2 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs6 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 1 (bir) il 9 (doqquz) ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 17 mart 2023-cü il tarixdən 18 mart 2023-cü il tarixədək şübhəli şəxs qismində tutulduğu 1 (bir) gün müddət ona təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla üzərində qəti olaraq 01 (bir) il 08 (səkkiz) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Təqsirləndirilən şəxs4 оğlunun üzərinə ünvan 15i ünvanındakı yaşayış yerini axşam saat 22:30-dan səhər saat 07:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, zərərli vərdişlərdən (siqaret çəkmək, spirtli içkilər içmək və s.) uzaq olmaq, kütləvi və digər tədbirlər təşkil etməmək və ya belə tədbirlərdə iştirak etməmək, cəzanın icrasına nəzarət edən orqanları təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına, təqsirləndirilən şəxsin davranışına və onun asudə vaxtının səmərəli təşkilinə nəzarət, onunla profilaktik tərbiyə-söhbət və maarifləndirmə işinin təşkili və aparılması, ona tərbiyəvi təsir göstərmək vəzifələri Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya Şöbəsinə, Bərdə rayon İcra Hakimiyyətinin Yetkinlik X2 və Hüquqlarının Müdafiəsi üzrə Komissiyasına və ərazi üzrə Bərdə rayon X7 Yaşına Çatmayanlarla iş üzrə Bölməsi və ya nümayəndəsinə həvalə edilsin. Cəzaçəkmə müddətinin əvvəli onun Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablansın. Təqsirləndirilən şəxs4 оğlu barəsində seçilmiş “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə maddi sübut olan və ibtidai istintaq dövründə saxlanması üçün sahiblərinə təhvil verilmiş Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd 585 əyarlı 1,97 qram çəkidə qızıl üzük, Zərərçəkmiş şəxs1 məxsus 02 ədəd Koreya istehsalı olan “Zimmer” markalı, 81 sm diaqonallı televizor və 01 ədəd Koreya istehsalı olan “Shivaki” markalı 81 sm diaqonallı televizor, 01 ədəd Çin istehsalı olan üzərində BR-2217 5000W və “Hair” sözləri yazılmış saç feni, 02 ədəd nərdtaxta və 14 cüt Çin istehsalı olan kişi corabının sahiblərinə qaytarılması və Zərərçəkmiş şəxs1 dəymiş ziyanın ödənilməsi nəzərə alınsın. İş üzrə sübut qismində tanınmış özündə oğurluq hadisəsinin videogörüntüsünü özündə əks etdirən 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə Zərərçəkmiş şəxs6 dəymiş 7700 manat ziyanın 3800 manatının Təqsirləndirilən şəxs2, digər Zərərçəkmiş şəxs3 dəymiş 3023 manat maddi ziyanın 2800 manatının Təqsirləndirilən şəxs4 qanuni nümayəndəsi tərəfindən ödənilməsi və həmin şəxslərin barışığının olması nəzərə alınsın. İş üzrə zərərçəkmiş şəxslərə dəymiş maddi ziyanın ödənilməsi ilə bağlı təqsirləndirilən şəxslərə qarşı məhkəmədə mülki-mühakimə icraatı qaydasında iddia qaldırmaq hüququ izah edilsin. Təqsirləndirilən şəxslərdən müştərək qaydada bərabər paylar üzrə aparılmış ekspertiza tədqiqatlarının dəyəri olan cəmi 200 (iki yüz) manat ekspertiza xərci tutularaq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142595, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət Xəzinədаrlığı Agentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ34CTRE******************** nömrəli hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov
Məhkəmə qərarları › İş №1(021)-90/2024
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-90/2024
01.10.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver