Məhkəmə qərarları › İş №1(021)-91/2023

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-91/2023

11.05.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-91/2023 11.05.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Müdafiəçi X1, Müdafiəçi X2, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs1 iştirakları ilə, xx xxxx 1983-cü il tarixdə Sabirabad şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Sabirabad şəhəri H.Əliyev prospekti ev 1də qeydiyyatda olmaqla ünvan 1 ünvanında yaşayan,barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə, xx xxxxx 1997-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, evli, məhkumluğu olmayan, ünvan 2 ünvanında qeydiyyatda olmaqla ünvan 3olisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs2 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs2 tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı Bərdə şəhəri Koroğlu küçəsi ev 51 ünvanında yaşayan Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, tanışı Bərdə rayonu Lək kəndində yaşayan digər tanışı Zərərçəkmiş şəxs ilə 2022-ci ilin mart ayının əvvəllərində danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onun atası X13 Ağır Cinayətlər Məhkəməsi azadlığa buraxdıracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 3 (üç) dəfə olmaqla xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 10000 (on min) manat pulunu, 14 mart 2022-ci il tarixdə saat 10:39 və saat 22:47 dəqiqədə özünə məxsus 416973******1352 pan nömrəli bank kartına 2 dəfə olmaqla 100 (yüz) və 50 (əlli) manat göndərtməklə Zərərçəkmiş şəxs 150 (yüz əlli) manat pulunu, həmçinin 2022-ci ilin iyun ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Ulduz” supermarketinin içərisində Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulunu, ümumilikdə 16150 (on altı min yüz əlli) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan suiistifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq etmişdir. Belə ki, Təqsirləndirilən şəxs1 tamah niyyətilə özgənin əmlakını etibardan sui-istifadə etmə və aldatma yolu ilə ələ keçirmək məqsədi ilə tanışı ünvan 1 ünvanında yaşayan Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək, tanışı Bərdə rayonu Lək kəndində yaşayan digər tanışı Zərərçəkmiş şəxs ilə 2022-ci ilin mart ayının əvvəllərində danışıb ona şəxsi əlaqələrinin geniş olmasını, onun atası X13 Ağır Cinayətlər Məhkəməsi azadlığa buraxdıracağı barədə bilə-bilə həqiqətə uyğun olmayan yalan və uydurma məlumatlar verib inandıraraq etibarını qazandıqdan sonra həmin etibardan sui-istifadə edərək, hər hansı bir səlahiyyətə malik olmadığı halda əslində sonuncuya məxsus pulu ələ keçirmək niyyəti ilə onu aldadaraq, vahid niyyətlə əhatə olunan qəsdlə, 3 (üç) dəfə olmaqla xx.xx.2022-ci il tarixdə ünvan 4 ünvanında yerləşən Gəncə Ağır Cinayətlər Məhkəməsinin inzibati binasının qarşısında Zərərçəkmiş şəxs 10000 (on min) manat pulunu, 14 mart 2022-ci il tarixdə saat 10:39 və saat 22:47 dəqiqədə özünə məxsus 416973******1352 pan nömrəli bank kartına 2 dəfə olmaqla 100 (yüz) və 50 (əlli) manat göndərtməklə Zərərçəkmiş şəxs 150 (yüz əlli) manat pulunu, həmçinin 2022-ci ilin iyun ayının əvvəllərində tarixi istintaqa dəqiq məlum olmayan vaxtda Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Ulduz” supermarketinin içərisində Zərərçəkmiş şəxs 6000 (altı min) manat pulunu, ümumilikdə 16150 (on altı min yüz əlli) manat məbləğində pulunu etibardan sui-istifadə etmə və aldatma yolu ilə alıb ələ keçirərək zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs xeyli miqdarda maddi ziyan vurmaqla dələduzluq cinayətini törətmişdir. Məhkəmə iclasında Təqsirləndirilən şəxs2 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, Sabirabad şəhərində anadan olub, hazırda ünvan 1 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Evli, 1 övladı var. Orta təhsilli, rəsmi olaraq heç bir yerdə işlemir. Ev ustası kimi işləyir, Zərərçəkmiş şəxs əvvəllər tanımamış, aralarında nifaq və münaqişə olmamışdır. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs1 3-4 il bundan qabaqdan tanımışdır. Belə ki, Orxan onunla birlikdə tikintidə kafel metlax ustası kimi işləmişdir. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs1 2022-ci ilin mart ayının əvvəllərində mobil telefon vasitesileə onunla əlaqə yaradaraq, Bərdə şəhərində işləyən Faiq adlı tanışı olduğunu, Faiqin atası Vahidin narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Bərdə RPŞ əməkdaşları tərəfindən tutulduğunu, Vahidin məhkəməsinin Gəncə Ağır Cinayətlər məhkəməsində olacağını demişdir. Fərid, Orxana pula ehtiyacının olduğunu Faiqi aldadaraq atasının həbsdən buraxılmasını vəd vermiş, 10000 manat pulunu alaraq, sonra bir neçə ay sonra həmin pulu bir təhər qaytarmağı təklif etmişdir. Orxan da Fəridlə razılaşmışdır. Orxan bir neçə dəqiqə sonra ona zəng edərək, Faiqin ona "danış gör nəqədər istəyir"- dediyini bildirmişdir. Daha sonra Orxan onu Faiq ilə danışdırmışdır. O, Faiqə Gəncə ağır cinayətlər məhkəməsinin hakimi Faiq müəllimlə danışdığını, atası Vahid və qardaşı Qalibin xəstəlik sənədlərini, eləcə də Vətən müharibəsi zamanı yaşadığı ünvana bomba düşməyi ilə bağlı saxta sənəd verəcəyi təqdirdə 10000 manat pula atası Vahidi azadlığa buraxdıra biləcəyini bildirmişdir. 2022-ci ilin mart ayının 13-də Orxana Gəncə şəhərinə gəldiyini, Faiqə 10000 manat pulu Gəncə şəhərinə gətirməsini bildirmişdir. Həmin tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsinin qarşısında Faiq və Orxan adını bilmədiyi şəxsin ağ rəngli "Range Rover" avtomobili ilə məhkəmənin qarşısında onu gözləmişdirlər. Fərid həmin avtomobilin arxa oturacağına əyləşmişdir. Faiqlə tanış olmuş və onun atasının həbsdən azadlığa buraxılması üçün məhkəmə ilə danışacağını demişdir. Faiq Orxanın və Muradın yanında 10000 manat pulu Fəridə vermişdir. Fəriddə pulu götürərək Orxan ilə birlikdə Gəncə Ağır Cinayətlər məhkəməsinə daxil olmuş və məhkəmənin inzibati binasında 15 dəqiqə gəzib, məhkəmənin inzibati binasından çıxaraq avtomobilə doğru gələrək əyləşmişlər. İnzibati binada piyada hərəkətdə olarkən Orxana Faiqə 16000 manat pul deyəcəyini, ona da hörmət edəcəyini bildirmişdir. Orxan onunla razılaşdıqdan sonra onlar avtomobilə əyləşmişlər. Faiqə müharibə zamanı evə bomba düşməsi ilə bağlı saxta arayış təqdim etmədiyi üçün atası Vahidin məhkəmədən azadlığa buraxılmasının çətin olduğunu, ilkin olaraq 10000 manat verməli olduğunu, 2-3 ay sonra isə 6000 manat verməli olduğunu bildirmişdir. Orxan Faiq və adını bilmədiyi şəxs sonuncuya məxsus avtomobil ilə Bərdə şəhərinə yola düşmüşlər, Fərid isə Bakı şəhərinə yola düşmüşdür. Yolda olarkən Orxan Fəridə zəng edərək, "1000 manatımı nə vaxt yollayırsan?"-demişdir. Orxan həm də özünə məxsus bank kartının şəklini Fəridə atmışdır. Fərid Ucar rayonu ərazisində yol kənarında yerləşən Milliön aparatından Orxana məxsus karta 900 manat pul göndərmişdir. Həmin tarixdə axşam saatlarında Orxana zəng edərək, Faiqə Gəncədə oteldə qaldığını, oteldə qalmaq və qidalanmaq xərcləri üçün 150 manat göndərməsini demesini dbildirmişdir. Səhərisi gün xx.xx.2022-ci il tarixdə Faiq Fəridə məxsus bank kartına saat 10:39-da və saat 22:47 dəqiqədə 100 və 50 manat pul yükləmişdir. Təxminən 1 ay yarım sonra Fərid, Faiq ilə mobil telefon vasitəsilə əlaqə saxlayaraq, qalan 6000 manat pulu da gəlib götürəcəyini demişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Fərid Bərdə şəhərinə gəlmiş, və Faiqin işlədiyi Bərdə şəhəri H.Əliyev prospektində yerləşən "Ulduz" supermarketinə gəlmişdir. Orada Faiqin anasıdan 6000 manat pulu almış, pulu Gəncə Apelyasiya məhkəməsində işləyən hakim köməkçilərinə verərək, Vahidi məhkəmədən həbsdən azad etdirəcəyini bildirmişdir. Fərid pulu götürüb çıxıb getmişdir. Lakin o, ümumilikdə Faiqdən Etibardan suiistifadə etmiş, dələduzluq edərək aldığı 16150 manat pulu Gəncə Ağır Cinayətlər və Gəncə Apelyasiya Məhkəmələrindən heçkimə verməmişdir. 16150 manat puldan o, 900 manatını Orxanın kartına yükləmiş, 280 manatını Orxanın borcuna görə tanımadığı şəxsə vermiş, qalan məbləği isə öz şəxsi ehtiyaclarına xərcləmişdir. Təqsirləndirilən şəxs2, əlavə ifadəsində göstərmişdir ki, o, Zərərçəkmiş şəxs 16150 manat pulu atası X20 Cinayətlər məhkəməsindən azadlığa buraxdıracağını vəd vermiş, aldadaraq, dələduzluq edərək almışdır. 2022-ci ilin mart ayının 13-də günorta radələrində Gəncə şəhərində yerləşən X10 məhkəməsinin qarşısında Fərid 10000 manat pulu Orxan və Orxanın adını bilmədiyim ağ rəngli “Range Rover” markalı avtomobili idarə edən dostunun yanında Faiqdən almışdır. Səhərisi gün Faiq Millön aparatından xx.xx.2022-ci il tarixdə özünə məxsus 416973******1352 pan nömrəli karta saat 10:39-da və saat 22:47 dəqiqədə 100 və 50 manat pul yükəmiş, qalan 6000 manat pulu isə 2022-ci ilin iyun ayının əvvəllərində Bərdə şəhərində Zərərçəkmiş şəxs işlədiyi supermarketin içərisində almışdır. Ümumilikdə Faiqdən aldığı 16150 manat puldan 7000 manatını Faiqin anasına məxsus karta yükləyərək qaytarmışdır. Fərid Orxan ilə qabaqcadan razılaşmışlar ki, Faiqi aldadaraq, dələduzluq yolu ilə onun pulunu ələ keçirsinlər. xx.xx.2022-ci il tarixdə Bakı şəhərinə gedərkən Ucar rayonu ərazisində yerləşən mağazaların birindən “Milliön”-dən 900 manat pulu Orxana məxsus bank kartına yollamışdır. 280 manat pulu isə Orxanın telefon borcuna görə adını və ismini unutduğu şəxsə vermişdir. Orxanın niyə elə etməsini bilmədiyini, onun Baş Prokurorluqda işləyən qohumu olmadığını bildirmişdir. Ola bilsin ki, Orxan Faiqi inandırması üçün Fəridin qohumunun Baş Prokurorluqda işləməsini demişdir. Həmçinin zərərçəkmiş şəxslə barışmasını, onlara dəymiş ziyanı ödəməsinin, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə iclasında Təqsirləndirilən şəxs1 ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o, ünvan 6 ünvanında ailə üzvlərilə birlikdə yaşayır. Orta təhsilli, evli, fərdi əməklə məşğul olaraq ailəsini dolandırır. 2020-2021-ci ilin may ayınadək Kəlbəcər rayon polis şöbəsində polisə ictimai dəstək vəzifəsində işləmişdir. Zərərçəkmiş şəxs Bərdə şəhərindən tanımışdır, onunla əvvəllər aralarında nifaq və münaqişə olmamışdır. 2021-ci ilin sentyabr ayında işdən çıxdıqdan sonra o, Bakı şəhərində ev təmiri ilə məşğul olmağa başlamışdır. Həmin vaxt onlara Təqsirləndirilən şəxs2 briqadir kimi nəzarət etmişdir. Fərid işlədikləri müddətdə Baş Prokurorluqda qohumunun işlədiyini, həbs edilən bir neçə nəfər şəxsi qohumunun vasitəsilə həbsdən qurtardığını demişdir. Orxan 2021-ci ilin sentyabr ayında tanışı Faiq Qedimovun "whatsapp" statusunda onun atasının tutulması barədə məlumatı görmüşdür. Orxan Fəridə zəng edərək, Faiqin atasını həbsdən buraxdıra bilib-bilməyəcəyini soruşmuşdur. Fərid ona elə tanışının olmadığını bildirmişdir. Fərid daha sonra pula ehtiyacı olduğunu ona bildirmiş, Faiqi aldadaraq atasının həbsdən buraxılması adı ilə 10000 manat pulunu almış, sonra bir neçə ay sonra həmin pulu bir təhər qaytarmağı təklif etmişdir. Orxanın da pula ehtiyacı olduğu üçün Fəridin təklifi ilə razılaşmışdır. Faiqlə əlaqə saxlayıb Fərid adlı dostunun olduğunu, onun geniş əlaqələrinin olduğunu, atası Vahidi həbsdən buraxdıra biləcəyini demişdir. Faiq Orxana "danış gör nə qədər istəyir"-demişdir. X16 pulu maraqlandığını deyərək, Faiqin yanına getmişdir. Fərid onun yanında Faiqlə danışdır. Faiq ona Fəridin Gəncə ağır cinayətlər məhkəməsinin hakimi Faiq müəllimlə danışdığını, atası Vahid və qardaşı Qalibin xəstəlik sənədlərini, eləcə də Vətən Müharibəsi zamanı yaşadığı ünvana bomba düşməyi ilə bağlı saxta sənəd verəcəyi təqdirdə 10000 manat pula atası Vahidi azadlığa buraxdıra biləcəyini bildirmişdir. 2022-ci ilin mart ayının 13-ü tarixində Orxan və Faiq dostu Murad ilə birlikdə sonuncunun idarə etdiyi ağ rəngli “Range Rover” markalı avtomobil ilə Gəncə Ağır Cinayətlər məhkəməsinə yola düşmüşdürlər. Ağır cinayətlər məhkəməsinin inzibati binasının qarşısında Təqsirləndirilən şəxs2 ilə görüşmüşdürlər. Fərid onların avtomobilinin arxa oturacağına Faiqin yanında əyləşmişdir. Orxanın və Muradın gözü qarşısında Fərid 10000 manat pulu sayaraq cibinə qoymuş və guya hakim ilə danışması üçün Ağır Cinayətlər məhkəməsinin inzibati binasına doğru Orxanla getmişdir. Onlar Məhkəmənin binasına daxil olaraq, 15 dəqiqə binanın içərisində gəzişib və yenidən avtomobilə qayıtmışlar. Fərid Faiqə atası Faiqin işinə baxan hakim ilə danışdığını, işin 2-3 ay müddətinə ləngiyəcəyini, müharibə zamanı evlərinə bomba düşməsi ilə bağlı arayış təqdim edə bilmədiyi üçün növbəti aylarda əlavə 6000 manat pul lazım olduğunu demişdir. Daha sonra onlar Bərdə şəhərinə qayıtmışlar. Yolda olarkən Orxan Fəridə 10000 manat puldan 1000 manatını Orxana göndərməsini bildirmiş, və bank kartımı ona göndərmişdir. Fərid də bir müddət sonra 900 manat pulu ona göndərmişdir. Orxan Bərdəyə qayıtdıqdan sonra X11 oteldə gecələcəyini, buna görə də ona 100 manat pul göndərməli olduğunu demişdir. Faiq səhərisi gün 14 mart 2022-ci il tarixdə saat 10:39 dəqiqədə Milliön aparatından Fəridə məxsus 416973*****1352 pan nömrəli karta 100 manat pul yollamışdır. Həmin tarixdə saat 22:47 dəqiqədə daha 50 manat pulu Fəridə məxsus karta vurmuşdur. 31 mart 2022-ci il tarixdə Faiqin atası Vahidin barəsində Gəncə ağır cinayətlər məhkəməsinin hökmü çıxmışdır. Daha sonra eşitmiş ki, Fərid 2022-ci ilin iyun ayının əvvəllərində Bərdə şəhərinə gələrək, Faiqin işlədiyi mağazada daha 6000 manat pulu Faiq və anası Səfadan götürmüşdür. Təqsirləndirilən şəxs1 əlavə ifadəsində göstərmişdir ki, o, Təqsirləndirilən şəxs2 X13 Ağır Cinayətlər Məhkəməsindən buraxdıra bilməyəcəyini əvvəlcədən bilmiş, ona pul ehtiyac olduğu üçün Təqsirləndirilən şəxs2 ilə əvvəlcədən razılaşmış ki, tanışı Zərərçəkmiş şəxs atası X12 Ağır Cinayətlər məhkəməsindən buraxdıracaqlarını vəd verərək, Faiqin ümumilikdə 16150 manat pulunu ələ keçirsinlər. Həmin puldan 900 manatını Təqsirləndirilən şəxs2 ona məxsus bank kartına göndərmiş,əlavə olaraq da Təqsirləndirilən şəxs2 onun telefon mağazasına olan 280 manat borcunu adını unutduğu şəxsə vermişdir. 13 mart 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsinin qarşısında Zərərçəkmiş şəxs onun və dostu Muradın yanında 10000 manat məbləğində pulu Təqsirləndirilən şəxs2 vermişdir. Səhərisi gün o, Zərərçəkmiş şəxs yenidən aldadaraq Fəridin Gəncə şəhərinə gəlmə qayıtma xərci kimi daha 150 manat pul göndərməli olduğunu bildirmişdir. 14 mart 2022-ci il tarixdə Zərərçəkmiş şəxs Bərdə şəhərində olan “Milliön” aparatından 150 manat pulu göndərmişdir. Qalan 6000 manat pulu Təqsirləndirilən şəxs2 2022-ci ilin iyun ayının əvvəllərində Bərdə şəhərinə Zərərçəkmiş şəxs iş yerinə gələrək orada almışdır. O, Zərərçəkmiş şəxs inandırmaq üçün Təqsirləndirilən şəxs2 Baş Prokurorluqda qohumunun işlədiyini demişdir. Həmçinin zərərçəkmiş şəxsə barışmasını, onlara dəymiş ziyanı ödəməsinin, həmçinin cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etmələrini nəzərə alınmasını məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, o, Bərdə şəhərində anadan olmuş, hazırda ailə üzvlərile birlikdə Bərdə rayonu Lək kəndində yaşayır. Evlidi, 2 övladı var. Orta təhsilli, fərdi əməklə məşğul olaraq dolanır. Belə ki, o, Bərdə şəhəri H.Əliyev prospektində yerləşən "Ulduz" supermarketində kassir vəsifəsində işləyərək ailəsini dolandırır. 29 iyul 2022-ci il tarixdə Bərdə rayon prokurorluğuna ərizə ilə müraciət etmişdir. Müraciəti ilə bağlı bildirir ki, atası X7 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat tədbirləri nəticəsində 14 iyul 2021-ci il tarixdə tutulmuşdur. İbtidai istintaq yekunlaşdıqdan sonra atası Vahidin işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. O, həmin vaxtlar atası Vahidin azadlığa buraxılması üçün yollar axtarmışdır. Əvvəllər Kəlbəcər rayon polis şöbəsinin əməkdaşı kimi tanıdığı və dostluq münasibətində olduğu Təqsirləndirilən şəxs1 təxminən 3-4 ay bundan qabaq Faiqə yaxınlaşaraq Respublika Baş Prokurorluğunda işləyən Fərid adlı tanışının olduğunu bildirmişdir. Orxan Fəridin Baş prokurorluqda işləyən qohumu olduğunu, atası Vahidin məhkəmədən sərbəst buraxdıra biləcəyini demişdir. Orxan Faiqin yanımda Fərid adlı şəxslə mobil telefonla danışdıqdan sonra mobil telefonu Faiqə uzatmışdır. Fərid ona Gəncə Ağır Cinayətlər məhkəməsinin hakimi Faiq müəllimlə danışdığını, atası Vahidin və qardaşı Qalibin xəstəliyi ilə bağlı sənədləri, eləcə də Vətən müharibəsi zamanı yaşadıqları ünvana bomba düşməyi ilə bağlı saxta arayışı verəcəyi təqdirdə, 10000 manat pula atasını məhkəmədən azadlığa buraxdıra biləcəyini demişdir. Faiq Fəridə atası və qardaşının xəstəlik kağızlarını verə biləcəyini, saxta sənədi isə düzəltdirməyəcəyini demişdir. 2022-ci ilin mart ayının 13-ü tarixində Faiq Orxan və Orxanın dostu Murad sonuncuya məxsus ağ rengli "Range Rover" markalı avtomobil ilə Gəncə şəhərinə getmişdir. Gəncə Ağır Cinayətlər məhkəməsinin qarşısında Fərid ilə görüşdükdən sonra Fərid də avtomobilə əyləşmişdir. Faiq avtomobilin arxa oturacağında Fəridə 10000 manat pulu sayaraq vermişdir. Faiqin pul verməyini avtomobildə qabaq oturacaqda oturmuş Murad və Orxan görmüşdür. Lakin Orxandan fərqli olaraq Murad pulu hansı səbəbdən Fəridə verdiyini bilməmişdir. Fərid pulu götürdükdən sonra Orxan ilə birlikdə Hakimlə danışması üçün Gənce Ağır Cinayətlər Məhkəməsinin inzibati binasına daxil olmuşdular. Bir müddət keçdikdən sonra Fərid ilə Orxan onların yanına gələrək avtomobilə əyləşmişdirlər. Fərid ona evlərinə bomba düşməyi ilə bağlı saxta arayış düzəltdirib təqdim etmədiyi üçün əlavə 6000 manat pul da verməli olduğunu demişdir. Fərid ona "Ağır Cinayətlər Məhkəməsindən buraxdıracam, əgər burdan alınmasa, 5 il azadlıqdan məhrum etmə cəzası verdirəcəm, sonra da Gəncə Apelyasiya məhkəməsi ilə danışıb azadlığa buraxdıracam"-demişdir. Faiq Fərid ilə razılaşaraq 6000 manat pulu da verə biləcəyini demişdir. Fərid 10000 manat pulu Faiqdən götürmüş, qalan 6000 manat pulu da 1-2 ay sonra götürəcəyini demişdir. Onlar çıxıb Bərdə şəhərinə qayıtmışlar, Fərid isə Gəncə şəhərində qalmışdır. Bərdə şəhərinə çatdıqda Orxan ona "Fərid kartını atacaq sənə ona 150 manat pul yolla, sənin atanın işine göre Gəncədə oteldə filan qalır."-demişdir. Faiq səhərisi gün 14 mart 2022-ci il tarixdə saat 10:39-da Milliön aparatı vasitəsi ilə Fəridə məxsus 416973******1352 pan nömrəli karta 100 manat yollamışdır. Həmin gün axşam 22 radələrində Orxan Faiqin yanına gələrək, Fəridin narazılıq etdiyini əlavə 50 manat da yollamağını bildirmişdir. Faiq də 22:47 dəqiqədə işlədiyi mağazada olan "Milliön" aparatından 50 manat pulu Fəridə məxsus 416973******1352 pan nömrəli karta göndərmişdir. Texminən 2 prosesdən sonra 31 mart 2022-ci il tarixdə Gəncə Ağır Cinayətlər məhkəməsi atası Vahidi təqsirli bilmiş, ona 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasını vermişdir. Fərid ona zəng edərək, "yerdə qalan 6000 manatı hazırla iş hazırdı atanı buraxdırıram"- demişdir. Faiq Fəridə "biz belə razılaşmamışıq, atama 5 il cəza verdirecəyini söz verdin, lakin atama 6 il azadlıqdan məhrum etmə verdilər"-demişdir. Fərid ona "İttihamçı prokuror protest verməsin deyə 6 il azadlıqdan məhrum etmə veriblər"-demişdir. Faiq 2022-ci ilin mart ayının sonlarında Fərid ilə Gəncə Ağır Cinayətlər məhkəmesinə getmişdirlər. Orada Fərid ona sənədə qol çəkdirdi və apelyasiya şikayəti verdiklərini demişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Fərid Bərdə şəhərinə gelmişdir. Bərdə şəhərində Faiqin işlediyi mağazada anası Səfa Qedimova 6000 manat pulu Feridə vermişdir. Anası o pulu mağazada satıcı işləyən Arzumanın yanında vermişdir. Fərid pulu götürərək, ona atasının buraxılacağını demişdir. 15 iyun 2022-ci il tarixdə Apellyasiya məhkəməsinin ilk iclası oldu və təxirə düşmüşdür. Həmin ərəfədə Fərid ona əfflə bağlı sənədlərə qol çəkdirmiş və atasını əfvə saldıracağını demişdir. Faiq artıq Fəridin yalançı olduğunu və onu aldatdığına əmin olmağa başlamışdır. 30 iyun 2022-ci il tarixdə Gəncə Apelyasiya məhkəməsində atasının 6 il azadlıqdan məhrum etmə cəzası qüvvəsində saxlanılmışdır. Fərid ona yuxarıların hesabını verdiyini, atasının buraxılacağını vəd vermişdir. O, Fəridi tanışı Orxanın vasitəsilə tanımışdır. Orxan onu Feridin qohumunun Baş Prokurorluqda işlədiyinə inandırmasaymış o, 16150 manat pulu Fəridə verməyəcəyini bildirmişdir. 16150 manat puldan 6920 manat pulu Fərid anası Şahid1 məxsus bank kartına göndərmişdir. Qalan 9230 manat pulu bu günə kimi qaytarmamışdır. Təqsirləndirilən şəxs2 16150 manat puldan 1280 manatını Faiqi ona caladığı üçün Orxana vermişdir. Əlavə olaraq bildirir ki, Fərid onu təxminən 10-15 dəfə Gəncə şəhərinə aparıb, gətizdirmişdir. Buna görə də təxminən 2000 manat pul xərcləyərək ziyana düşmüşdür. Zərərçəkmiş şəxs ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, Fəridə ümumilikdə 16150 manat pulu atası X19 Cinayətlər məhkəməsindən buraxılması üçün vermişdir. Çünki, Fərid ona atası X19 cinayətlər məhkəməsindən azadlığa buraxdıracağını vəd vermişdir. Fəridə inanmağına səbəb, tanışı Orxan olmuşdur. Orxan Fəridin qohumunun Baş Prokurorluqda işləməsini bildirdiyi üçün Faiq Fəridə inanmışdır. 16150 manat pulu 3 dəfəyə vermişdir. Birinci dəfə 2022-ci ilin mart ayının 13-də Gəncə Ağır cinayətlər məhkəməsinin qarşısında Orxan və Muradın yanında 10000 manat pulu Fəridə vermişdir. 2-ci dəfə 14 mart 2022-ci il tarixdə saat 10:39-da və saat 22:47 dəqiqədə Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Ulduz” supermarketinin içərisində olan “Millön” aparatından 100 və 50 manat, ümumilikdə 150 manat məbləğində pulu Fəridə məxsus 416973******1352 pan nömrəli karta göndərmişdir. Qalıq 6000 manat pulu isə 2022-ci ilin iyun ayının əvvəllərində Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Ulduz” marketin içərisində anası Səfanın və satıcı Asimanın yanında vermişdir. Təqsirləndirilən şəxs2 16150 manat puldan 6920 manatını anası Səfaya məxsus bank kartına vurmuşdur. Qalan 9230 manat pulu isə qaytarmamışdır. Həmçinin Təqsirləndirilən şəxs2 oğlu və Təqsirləndirilən şəxs1 tərəfindən ona dəymiş ziyanın tam ödənildiyini, onlardan şikayət və tələbinin olmadığını bildirərək bu barədə ərizəni məhkəməyə təqdim etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 öz ifadəsində göstərfi ki, o, Bərdə şəhəri Lək kəndində anadan olub, hazırda elə həmin ünvanda ailə üzvləri ilə birlikdə yaşayır. Evlidi, rəsmi olaraq Bərdə şəhəri H.Əliyev prospektində yerləşən “Ulduz” supermarketində satıcı işləyərək ailəsini dolandırır. Qədimov X6 iş yoldaşıdırlar, onunla əvvəllər aralarında nifaq və münaqişə olmamışdır. Təqsirləndirilən şəxs2 əvvəllər tanımamışdır. Təqsirləndirilən şəxs1 isə Bərdə rayonundan tanımışdır. Orxanın Arzumanın iş yoldaşı Faiqlə münasibətlərinin olmasından məlumatı olmuşdur. Mahiyyəti üzrə bildirir ki, Faiqin atası X8 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyul 2022-ci il tarixdə tutulmasından Arzumanın xəbəri olmuşdur. İbtidai istintaq yekunlaşdıqdan sonra Faiq atası X20 Cinayətlər Məhkəməsindən buraxdırmaq üçün kömək edəcək tanış axtarmışdır. Həmin vaxt Faiqin Orxan adlı tanışı ona 10000 manat müqabilində Baş prokurorluqda olan tanışının vasitəsi ilə Vahidi məhkəmədən azadlığa buraxdıra biləcəyini vəd vermişdir. Lakin 2022-ci ilin iyun ayının əvvəllərində Faiq ona atası Vahidin işinin məhkəmədə həlli ilə bağlı bir nəfər şəx gəlmişdir. Həmin vaxt Faiqin anası Şahid1 da işlədikləri mağazaya gəlmişdir.Həmin vaxt Faiq ondan adının sonradan Fərid olduğunu öyrəndiyi şəxsə pul verilərək fotoşəkil çəkməyə xahiş etmişdir. Həmin vaxt Arzuman özünə məxsus mobil telefonla foto şəkillər çəkərək, Faiqə məxsus mobil nömrəyə vatsap vasitəsi iləgöndərmişdir. Faiq və anası Şahid1 Fəridə 6000 manat pul verməsini görmüşdür. Həmin vaxtı Fərid, Faiq və anası Səfaya hansısa sənədləri göstərmiş, Arzuman da kənardan foto şəkillər çəkmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş şahid qismində dindirilmiş Şahid1 oğlu ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki,o, Bərdə şəhəridə anadan olub, hazırda Bərdə rayonu Lək kəndində ailə üzvləri ilə birlikdə yaşayır. Evlidi, 3 övladı var. Rəsmi olaraq Bərdə rayon Mərkəzi xəstəxanasında xadimə vəzifəsində çalışır. Qədimov X9 Səfanın oğludur. Onun Bərdə şəhər prakrorluğuna etdiyi müraciətlə tanışdır. X3 narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğu üçün Bərdə rayon polis şöbəsi əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində 14 iyul 2022-ci il tarixdə tutulmuşdur. İbtidai istintaq yekunlaşdıqdan sonra əri Vahid Qədimovun işi Gəncə Ağır Cinayətlər Məhkəməsinə göndərilmişdir. Səfa və oğlu Faiq həmin vaxtlar əri Vahidin azadlığa buraxılması üçün yollar axtarırdılar. Bu zaman oğlu Faiq ona Təqsirləndirilən şəxs1 adlı tanışının olduğunu, Orxanın ona Baş prokurorluqda Təqsirləndirilən şəxs2 adlı tanışının olmasını, Fəridin 10000 manat müqabilində əri Vahidin işini həll edərək məhkəmədən azadlığa buraxdıra biləcəyini vəd verməsini demişdir. 2021-ci ilin mart ayının 13-də oğlu Faiq və tanışı Orxan ilə birlikdə Orxanın tanışı Murad adlı şəxsin idarə etdiyi ağ rəngli “Range Rover” markalı avtomobillə Gəncə şəhərinə gedərək, Təqsirləndirilən şəxs2 ilə görüşmüşdürlər. Orada oğlu Faiq Orxan ilə Muradın yanında Təqsirləndirilən şəxs2 10000 manat pulu vermiş, Fərid də həmin pulu götürərək, Gəncə Ağır Cinayətlər Məhkəməsinin içərisinə girmiş, bir müddət keçdikdən sonra Fərid qayıdaraq avtomobilə əyləşmiş, və evlərinə bonba düşməyi ilə bağlı saxta arayış düzəltdirib təqdim etməyi üçün əlavə 6000 manat pulu da verməli olduqlarını oğlu Faiqə demişdir. 2022-ci ilin iyun ayının əvvəllərində Fərid Bərdə şəhərinə gəlmişdir. Bərdə şəhərində oğlu Faiqin işlədiyi mağazada o, 6000 manat pulu Fəridə vermişdir. Səfa o pulu mağazada satıcı işləyən Arzumanın yanında Təqsirləndirilən şəxs2ya vermişdir. Fərid pulu götürərək, ona əri Vahidin tezliklə buraxılacağını vəd vermişdir. Lakin əri X18 Ağır Cinayətlər məhkəməsinin hökmü ilə 6 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuşdur.Sonradan görmüşlər ki, Təqsirləndirilən şəxs2 ilə Təqsirləndirilən şəxs1 onları aldadaraq, dələduzluq edərək onların 16000 manat pullarını ələ keçirmişdirlər. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid3 ibtidai istintaq zamanı ifadəsində göstərmişdir ki, o, ünvan 9 ünvanında ailə üzvləri ilə birlikdə yaşayır. Subaydı, rəsmi olaraq işləmir. Bərdə şəhəri Bakı küçəsində yerləşən köhnə avtovağzalın yanında yerləşən özünə məxsus avtomobil sexində bufer ustası kimi çalışaraq dolanır. Zərərçəkmiş şəxs Bərdə şəhərindən tanıyır, aralarında nifaq və münaqişə olmamışdır. Onun Bərdə rayon prokurorluğuna etdiyi müraciətlə tanış olmuşdur. Mahiyyəti üzrə bildirir ki, Təqsirləndirilən şəxs1 4-5 ildən çox müddətdir tanıyır. Orxan ilə münasibətləri yaradığından, arada sexə gələrək ona köməklik edərək, 5-10 manat pul alırmış. 2021-ci ilin mart ayının 13-də Orxan Muraddan onu Gəncə şəhərinə aparmağını xahiş etmiş, və avtomobilinə benzin tökəcəyini demişdir. Murad razılaşdıqdan sonra Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs1 özünə məxsus ağ rəngli “X22” markalı **-TT-*** dövlət qeydiyyat nişanlı avtomobil ilə Gəncə şəhərinə aparmışdır. Gəncə şəhərində Orxan ona avtomobili Gəncə Ağır Cinayətlər məhkəməsinin qarşısına sürməyi bildirmişdir. Ağır cinayətlər məhkəməsinin qarşısına çatarkən avtomobilə bir nəfər başqa şəxs də əyləşmişdir. Sonradan həmin şəxsin adının Fərid olmasını, Faiqin atası X19 Cinayətlər məhkəməsindən buraxdıracağını öyrənmişdir. Həmin vaxt Faiq Fəridə ağ rəngli konvertə pul və bəzi sənədləri vermişdir. Fərid pulu və sənədləri götürərək, Gəncə Ağır Cinayətlər məhkəməsinin inzibati binasına daxil ollmuşdur. Təxminən 15-20 dəqiqə sonra o, yenidən qayıdaraq avtomobilə əyləşmişdir. Muradın mobil telefonuna evdən zəng gəldiyi üçün avtomobildən enərək, mobil telefonla danışmışdır. Zəngi yekunlaşdırıb avtomobilə əyləkdikdə Orxan ona Bərdə şəhərinə qayıtmağını demiş, Murad avtomobili Bərdə şəhərinə sürərək gəlmişdir. Şahid3 ifadəsinə əlavə olaraq bildirmişdir ki, o, sonradan öyrənmiş ki, Zərərçəkmiş şəxs onun idarə etdiyi avtomobilin içərisində atası X19 Cinayətlər məhkəməsindən buraxılması üçün Fərid adlı şəxsə 10000 (on min) manat pul vermişdir. Cinayət işinin 37-38 vərəqələrində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qisimdə tutulmuşdur. Cinayət işinin 87-88-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs2 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Polis X4 Yerindən dərhal azad edilmişdir. Cinayət işinin 135-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs2 məhkumluğu olmamışdır. Cinayət işinin 122-ci vərəqəsində olan 31 saylı Mənzil-Kommunal İstismar Sahəsi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 59-60 vərəqələrində olan cinayət törətməkdə şübhə edilən şəxsin tutulması haqqında xx.xx.2022-ci il tarixli qəradan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qisimdə tutulmuşdur. Cinayət işinin 104-105-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 116-117-ci vərəqələrində olan xx.xx.2022-ci il tarixli qərardan görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə Təqsirləndirilən şəxs1 barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş və Bərdə Rayon Polis X4 Yerindən dərhal azad edilmişdir. Cinayət işinin 122-ci vərəqəsində olan Qaçqınların və X5 üzrə Dövlət Komitəsinin Bərdə Rayon Nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 136-cı vərəqəsində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış xx.xx.2022-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 məhkumluğu olmamışdır. Cinayət işinin126-134-cü vərəqələrində olan Gəncə Ağır Cinayətlər Məhkəməsinin 1(100)97/2022 saylı xx.xx.2022-ci il tarixli Hökmündən görünür ki, X8 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 243.4.3-cü maddəsi ilə təqsirli bilinərək 06 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Cinayət işinə əlvə edilmiş ərizədən görünür ki, Zərərçəkmiş şəxs qeyd etmişdir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə barışmışdır, ona dəymiş ziyan tamamilə ödənilmişdir, onlardan heç bir şikayət və tələbi yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən (əməliyyat İD: 192015530, qəbzin nömrəsi:2336, terminal nömrəsi: K0137013) görünür ki, Təqsirləndirilən şəxs2 tərəfindən dövlət büdcəsinə (Büdcə təsnifat kodu: 142330, büdcə səviyyə kodu: 1Y, təyinat:dövlət nəfinə) 3713 (üç min yeddi yüz on üç) manat pul ödənilmişdir. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Kapital Bank ASC-nin xx.xx.2023-cü il tarixli ödəniş qəbzindən (əməliyyat İD: 192021105, qəbzin nömrəsi:2966, terminal nömrəsi: K0137013) görünür ki, ənov Orxan İlham oğlu tərəfindən dövlət büdcəsinə (Büdcə təsnifat kodu: 142330, büdcə səviyyə kodu: 1Y, təyinat:dövlət nəfinə) 325 (üç yüz iyirmi) manat pul ödənilmişdir. Beləliklə, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 qabaqcadan əlbir olan bir qrup şəxs qismində etibardan sui-istifadə etmə və aldatma yolu ilə özgənin xeyli miqdarda əmlakını ələ keçirməklə dələduzluq cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin, zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən bu Məcəllənin 178.2, 179.2 186.2.1, 189-1.2-1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş, zərərçəkmiş şəxslə barışmış və dəymiş ziyanı tamamilə ödəmiş şəxs, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında dövlət büdcəsinə ödəniş etdikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə iclasında Zərərçəkmiş şəxs izahatında təqsirləndirilən şəxslərlə barışdıqlarını, onlardan heç bir şikayət və tələbinin olmadığını bildirmiş, həmçinin bu barədə ərizəsi cinayət işinin matriallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər zərərçəkmiş şəxslə barışdığından, zərərçəkmiş şəxsə dəymiş ziyanı tamamilə ödədiyindən, cinayət nəticəsində vurulmuş ziyanın iyirmi beş faizi miqdarında, yəni cəmi 4038 manat dövlət büdcəsinə ödəniş etdiyindən cinayət təqibinə xitam verilməli, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2n və Təqsirləndirilən şəxs1 cinayət məsuliyyətindən azad edilməlidir. Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunmalıdır. İş üzrə mülki iddia yoxdur. İş üzrə madi sübut və məhkəmə xərci yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 178.2.1 və 178.2.4-cü maddələri ilə təqsirli bilinsin və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-1.2-ci maddəsinə əsasən cinayət məsuliyyətindən azad edilməklə cinayət təqibinə xitam verilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri ləğv olunsun. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar