Məhkəmə qərarları › İş №1(021)-91/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-91/2024

07.05.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-91/2024 07.05.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən: Babaşov Fuad Bəhruz oğlu, Məhkəmə iclasının katibi: X4, Dövlət ittihamçısı: Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs: Təqsirləndirilən şəxs, Müdafiəçi: Bərdə rayon Vəkil bürosunun vəkili Müdafiəçi iştirakları ilə, Təqsirləndirilən şəxs: xx.xx.1975-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 1 ünvanında qeydiyyatda olmaqla ünvan 2ayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, o, satış məqsədi olmadan qanunsuz olaraq şəxsi istehlak miqdarından artıq miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 17:10 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:55 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində ilə nəzərdə tutulan cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs, ona Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə şəhəri, H.Əliyev prospekti, ev 155 ünvanında yaşayır və rəsmi olaraq heç yerdə işləmir, evlidir, lakin, Bərdə şəhərində anasıyla birlikdə yaşayır. O, təxminən 30 ildir ki, narkotik vasitə istifadə edir. O, əvvəllər də narkotik vasitə istifadə etdiyinə və üzərində gəzdirdiyinə görə dəfələrlə məhkum olunmuşdur. Sonuncu dəfə Bərdə Rayon Məhkəməsinin hökmü ilə azadlıqdan məhrum edilmiş və 2021-ci il tarixdə azadlığa çıxmışdır. Narkotik vasitənin hər hansı növünü heç kimə təklif etməmiş və satmamışdır. Həmçinin mahiyyəti üzrə bildirir ki, o, xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində yaşadığı Bərdə şəhəri, H.Əliyev prospekti, ev 155 ünvanının yaxınlığında yerləşən köhnə pambıq zavodunun yaxınlığında küçə ilə gedərkən bir ədəd kibrit qutusunun yerdə olduğunu görmüş, siqarət çəkdiyindən həmin kibrit qutusunu götürərək içərisində kibrit olub-olmamasını yoxlamış, həmin kibrit qutusuna baxdıqda qutunun içərisində “kakos” adlanan heroin olduğunu görmüşdür. Narkotik vasitə istifadəçisi olduğundan həmin heroini götürüb üzərində saxlamışdır. xx.xx.2024-cü il tarixdə saat 17:10 radələrində yaşadığı Bərdə şəhəri, H.Əliyev prospekti, ev 155 ünvanının yaxınlığında küçə ilə gedərkən, polis əməkdaşları onu saxlayaraq, üzərində narkotik vasitə saxlamaqda şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu öyrənmiş və o polis əməkdaşları ilə birlikdə Bərdə RPŞ-yə gəlmişlər. Şöbədə üzərinə video çəkilişlə şəxsi axtarış aparacaqlarını ona bildirmişlər. Buna görə də ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, Bərdə rayonunda fəaliyyət göstərən vəkil Müdafiəçi tanıdığından Müdafiəçi seçdikdən sonra müdafiəçi şöbəyə gəlmişdir. O, şübhəli şəxs qismində tutulmuş, bundan sonra video çəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır. Şəxsi axtarış zamanı o, üzərində saxladığı 01 ədəd bükümdə olan narkotik vasitə heroini könüllü təqdim etmişdir. Həmin narkotik vasitə olan heroinə bənzər kütlə elektron tərəzidə çəkilərək ümumi çəkisinin 1,30 qram olduğu müəyyən olunmuşdur. Daha sonra isə üzərindən aşkar edilmiş 01 bükümdə olan narkotik vasitə heroinə bənzər kütlə kağız zərfə qablaşdırılıb möhürlənmiş, üzəri tərəfindən imzalanmış və ekpertizaya göndərilməsi üçün götürülmüşdür. Daha sonra onun üzərindən aşkar edilmiş 01 ədəd mobil telefon qablaşdırılaraq, istintaqa təqdim edilməsi üçün götürülmüşdür. Bundan sonra şəxsi axtarış qurtarmış, video çəkiliş dayandırılmış, protokol tərtib edilmiş və o, həmin protokola imza etmişdir. Tutulduqdan sonra təhqiqatçı ona ekpert rəyini təqdim etmiş və 1,144 qram heroin olduğunu bildirdi. Həmçinin o, üzərindən aşkar edilərək götürülmüş heroini xx.xx.2024-cü il tarixdə saat 10-11 radələrində yaşadığı Bərdə şəhəri, H.Əliyev prospekti, ev 155 ünvanının yaxınlığında yerləşən köhnə pambıq zavodunun yaxınlığında küçə ilə gedərkən yerdən tapdığını, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətmədiyini, hazırda narkotik vasitə qəbul etməyini heç kimə demədiyini, əvvəllər, dəfələrlə məhkumluğu olduğundan narkotik vasitə istifadəçisi olduğunu hamının bildiyini bildirmişdir. Həmçinin o, heç kimə narkotik vasitə satmadığını, nə də heç bir kəsə vermədiyini qeyd etmişdir. Həmçinin o bildirmişdir ki, ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, üzərinə şəxsi axtarış keçirilərkən onu gətirən polis əməkdaşları görmüş, kənar şəxslər bunu görməmiş, vəkili Müdafiəçi başqa həmin halı kimsə də görməmişdir. Polislər onu saxlayanda o tək olmuş, yanında heç kəs olmamış və bunu da kənar şəxslərdən görən olmamışdır. Onun istifadəsində “Moto” adlı android telefon olmuş və həmin telefon üzərinə axtarış keçirilən zaman götürülmüşdür. İstifadəsində mobil nömrə olmamış, telefon nömrəsi lazım olanda anasının istifadəsində olan +994 51 763 16 35 saylı mobil nömrədən istifadə etmişdir. Həmçinin o, əvvəllər də istifadə etdiyi narkotik vasitəni yerdən tapdığını bildirmişdir. Əməlindən səmimi peşman olmasını nəzərə alaraq barəsində yüngül cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş şahid Bərdə RPŞ-nin KTQ-nun baş inspektor-kriminalisti, polis kapitanı Şahid2 ifadəsində göstərmişdir ki, 28 fevral 2024-cü il tarixdə ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək Bərdə şəhəri H.Əliyev prospekti, ev 155 ünvanında yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri üzərində saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də xx.xx.2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ-nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra onun və digər polis əməkdaşları olan Şahid3 və Şahid1 tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə saat 17:10-da Bərdə şəhəri, H.Əliyev prospektində saxlanılmaqla həmin gün saat 17:20 radələrində Bərdə RPŞ-yə gətirilmişdir. Bərdə RPŞ-də Təqsirləndirilən şəxs dövlət hesabına Müdafiəçi dəvət edilməklə təhqiqatçı Eşqin Məmmədov tərəfindən şübhəli şəxs qismində tutulmuş, hüquq və vəzifələri izah edilmişdir. Bundan sonra, onun, Bərdə RPŞ-nin CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-ın əməliyyat müvəkkili işləyən Şahid3 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmışdır. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı Eşqin Məmmədov tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, 30 ildir narkotik vasitə istifadə edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs təklif edilmişdir ki, üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil versin. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli mobil telefonu və 01 ədəd bükümdə olan kütləni masanın üzərinə qoymuşdur. Eyni zamanda sağ yan cibindən 01 ədəd üzərintə “tanqo” sözü yazılmış şokaladı, 01 ədəd 1 manatlıq pul əskinazını, 01 ədəd kibrit qutusunu, 01 ədəd bükülü kağızı masanın üzərinə qoymuşdur. Bununla yanaşı ilkin təqdim etdiyi bükümün içərisində narkotik vasitə “kakos” olduğunu və narkotik vasitə istifadəçisi olduğundən üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri onun tərəfindən yoxlanılmış, lakin əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şabalıdı rəngdə olan narkotik vasitə hesab olunan heroinə bənzər kütləyə baxış keçirilmiş, təqdim etdiyi kütlənin nə olduğu sorğu edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə hesab edilən “kakos” olduğunu bildirmişdir. İştirakçılar tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin şabalıdı rəngdə olması, eləcə də kəskin tünd iyli olması və həmin kütlənin narkotik vasitə hesab edilən heroinə bənzər olması müəyyən olunmuşdur. Ardınca həmin kütlə elektron tərəzidə çəkilmiş və 1,30 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bərdə rayon pambıq zavodu ərazisindən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş natkotik vasitəyə bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzərinə zəruri qeydlər aparılmış, həmin zərf DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-nin 94 saylı möhürü ilə möhürlənərəq götürülmüşdür. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 manat pul əskinası və digər əşyalar özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsirə və zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Bununla da Təqsirləndirilən şəxs üzərində aparılan şəxsi axtarış və götürmə istintaq hərəkəti başa çatdırılmışdır. Həmçinin o, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələrin və ya psixotrop maddələrin satışı ilə məşğul olması barədə məlumatı olmadığını, Təqsirləndirilən şəxs konkret olaraq kimlərəsə də narkotik vasitə və ya psixotrop maddə satmasını bilmədiyini qeyd etmişdir. Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili vəzifəsində işləyən, polis baş leytenantı Şahid3 məhkəməyə ərizə yazaraq xidməti işi ilə bağlı məhkəmə iclasında iştirak edə bilməyəcəyini və istintaq zamanı verdiyi ifadəsini təsdiq etdiyini bildirmişdir. Məhkəmə iclasında üzürlü səbəbdən iştirak etmədiklərindən CPM-in 317-ci maddəsinə əsasən ibtidai istintaq zamanı verdikləri ifadələri elan edilmiş digər şahidlər Şahid3 və Şahid1 da Şahid2 ilə eyni məzmunlu ifadə vermişlər. Cinayət işinin materiallarına əlavə edilmiş və məhkəmə iclasında tədqiq edilmiş: Şəxsi axtarış və götürmə haqqında 28 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs üzərindən 01(bir) ədəd sellofan bükümdə 1,30 qram narkotik vasitə heroinə bənzr kütlə aşkar edilərək götürülmüşdür. Həmin istintaq hərəkətinin görüntüləri 01(bir) ədəd «DVD» diskə köçürülməklə cinayət işinin materiallarına əlavə edilmişdir Cinayət işi materiallarında olan diskə baxış keçirilməsi haqqında 29 fevral 2024-cü il tarixli protokoldan görünür ki, Bərdə CAB-nin baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid1, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili, polis baş leytenantı Şahid3, Bərdə RPŞ-nin KTQ-nin baş inspektor-kriminalisti polis kapitanı Şahid2 və Bərdə rayon Vəkillər Bürosunun vəkili Müdafiəçi iştirakı ilə Bərdə RPŞ-nin TB-nin təhqiqatçısı, polis mayoru X2 tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılmış və bu proses 18 dəqiqə 02 saniyə davam etmişdir. Şəxsi axtarış zamanı şübhəli şəxs Təqsirləndirilən şəxs Azəbaycan Respublikasının CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri təhqiqatçı Eşqin Məmmədov tərəfindən izah edilmişdir. Təqsirləndirilən şəxs verilən şifahi suallara cavab olaraq bildirmişdir ki, 30 ildir narkotik vasitə istifadə edir. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində hər hansı bir qanunsuz əşya, narkotik vasitə və ya psixotrop maddə olub-olmaması soruşulmuş, varsa könüllü olaraq təhvil verməsi bildirilmişdir. Şübhəli şəxs Təqsirləndirilən şəxs masaya doğru yaxınlaşaraq əynində olan göy rəngli şalvarın sol yan cibindən bir ədəd gümüşü rəngli mobil telefonu və 01 ədəd bükümdə olan kütləni masanın üzərinə qoymuşdur. Eyni zamanda sağ yan cibindən 01 ədəd üzərintə “tango” sözü yazılmış şokaladı, 01 ədəd 1 manatlıq pul əskinazını, 01 ədəd kibrit qutusunu, 01 ədəd bükülü kağızı masanın üzərinə qoymuşdur. Bununla yanaşı ilkin təqdim etdiyi bükümün içərisində narkotik vasitə “kakos” olduğunu və narkotik vasitə istifadəçisi olduğundən üzərində gəzdirdiyini bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzəri polis baş leytenantı Şahid3 tərəfindən yoxlanılmış, lakin əlavə olaraq hər hansı qeyri-qanuni əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca Təqsirləndirilən şəxs təqdim etdiyi 01 ədəd şabalıdı rəngdə olan narkotik vasitə hesab olunan heroinə bənzər kütləyə baxış keçirilmiş, təqdim etdiyi kütlənin nə olduğu sorğu edilmişdir. Təqsirləndirilən şəxs həmin kütlənin narkotik vasitə hesab edilən “kakos” olduğunu bildirmişdir. İştirakçılar tərəfindən Təqsirləndirilən şəxs təqdim etdiyi kütlənin şabalıdı rəngdə olması, eləcə də kəskin tünd iyli olması və həmin kütlənin narkotik vasitə hesab edilən heroinə bənzər olması müəyyən olunmuşdur. Ardınca həmin kütlə elektron tərəzidə çəkilmiş və 1,30 qram olması müəyyən edilmişdir. Sorğu zamanı Təqsirləndirilən şəxs həmin kütləni Bərdə rayon Betonzavod ərazisindən tapdığını, öz istifadəsi üçün üzərində gəzdirdiyini bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş natkotik vasitəyə bənzər kütlə 01 ədəd ağ rəngli zərfə qoyulmuş, zərfin üzərinə zəruri qeydlər aparılmış, həmin zərf DİNnin 94 saylı möhürü ilə möhürlənmiş və iştirakçılar tərəfindən üzəri imzalandıqdan sonra götürülmüşdür. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 01 ədəd gümüşü rəngli mobil telefon istintaq zərurəti ilə əlaqədar olaraq 01 ədəd ağ rəngli zərfə qoyulmuş, DİN-nin 94 saylı möhürü ilə möhürlənərəq götürülmüşdür. Bunun ardınca Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 manat pul əskinası və digər əşyalar özünə geri qaytarılmışdır. Təqsirləndirilən şəxs saxlanılarkən polis əməkdaşları tərəfindən hər hansı təsirə və zorakılığa məruz qalmadığını, bununla əlaqədar olaraq hər hansı şikayət və tələbinin olmadığını bildirmişdir. Bunun ardınca proses iştirakçılarına prosesin keçirilməsi ilə əlaqədar olaraq hər hansı bir suallarının olub-olmaması sorğu edilmiş, lakin, iştirakçılar tərəfindən hər hansı bir sual daxil olmamışdır. İşdə olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X3 Bölməsinin 29 fevral 2024-cü il tarixli 16/290 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə heroinə bənzər kütlə…” yazılar və imzalar olan kağız paketdəki 1 ədəd sellofan bükümdə təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə heroindir. Heroin “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”-in 1-ci siyahısına daxildir. Heroinin təmiz çəkisi 1,144 qram, tədqiqata sərf edildi-0,1 qram, qalıq-1,044 qram. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Narkoloji Dispanserindən daxil olmuş məhkəmə-narkoloji ekspertizasının 16 mart 2024-cü il tarixli, 479 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroin sui-istifadə nəticəsində yaranmış narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Bərdə rayon polis şöbəsinə verilmiş əməliyyat tapşırığına cavab məktubundan görünür ki, ünvan 1 ünvanında qeydiyyatda olmaqla, şübhəli şəxs qismində tutulanadək ünvan 6 ünvanında yaşayan Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə - heroini əldə etdiyi mənbənin, o cümlədən bu barədə məlumatı olan şəxs və ya şəxslərin dairəsinin, həmçinin, narkotik vasitə və ya onun prekursorlarını, psixotrop maddə satmasını müəyyənləşdirilməsi istiqamətində bir sıra əməliyyat-axtarış tədbirləri həyata keçirilsə də, müsbət nəticə əldə edilməmişdir. Keçirilmiş əməliyyat-axtarış tədbirləri nəticəsində müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs digər hər hansı cinayət əməlinin törədilməsində iştirak etməmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs barəsində DİN-nin BƏSİİdən verilmiş tələbnamədən görünür ki, Seyidov X1 Şəhər Xalq Məhkəməsinin xx.xx.1993cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4 hissəsi ilə təqsirli bilinib 04 il azadlıqdan məhrum etmə cəzasına; Mingəçevir Şəhər Xalq Məhkəməsinin xx.xx.1996-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 143-cü maddəsinin 4-cü hissəsi ilə təqsirli bilinib əmlakı müsadirə edilməklə 09 il azadlıqdan məhrum etmə cəzasına; Nərimanov Rayon Məhkəməsinin xx.xx.2002-ci il tarixli hökmü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına; Binəqədi Rayon Məhkəməsinin xx.xx.2006-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilinib 02 il 06 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin xx.xx.2014-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 152-ci maddəsi ilə təqsirli bilinib 01 il azadlıqdan məhrum etmə cəzasına; Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə təqsirli bilinib 03 il azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Xəzər Rayon Məhkəməsinin xx.xx.2021-ci il tarixli qərarı ilə 03 ay 05 gün vaxtından əvvəl şərti azad edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2019-cu il tarixli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmişdir. Çəzaçəkmə müddətinin əvvəli 21 dekabr 2018-ci il tarixdən hesablanmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Mərkəzi xəstəxanası Publik hüquqi şəxsdən daxil olmuş məktubdan görünür ki, xx.xx.1975-ci il təvəllüdlü Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon İcra Hakimiyyəti Bərdə Mənzil Təmir-İstismar sahəsindən daxil olmuş 167 nömrəli arayışından və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs həqiqətən ünvan 7 ünvanında yaşayır. Yaşayış yeri üzrə müsbət xarexterizə olunur Cinayət işi üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş 01 (bir) ədəd sellofan bükümdə təmiz çəkisi 1,144 qram olmuş, ekspertizadan sonra qalıq çəkisi 1,044 qram qalmış kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin və iş üzrə Təqsirləndirilən şəxs üzərinə xx.xx.2024-cü il tarixli şəxsi axtarış aparılmasını və götürülməsini əks etdirən bir ədəd DVD disk qəbul edilmiş, 04 aprel 2024-cü il tarixli qərara əsasən iş üzrə maddi sübut kimi tanınmışdır. . Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, AR.CPM-in 124.2-ci maddəsinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi, maddi sübutlar, istintaq və məhkəmə hərəkətlərinin protokolları sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Qərara əsasən törədilmiş cinayət əməlinin CM-in 234.1-ci maddəsi ilə tövsif olunması yalnız təqsirkarın bu cinayətin predmetini şəxsi istehlak miqdarından artıq miqdarda əldə etməsi və saxlaması müəyyən edildikdə mümkündür. Qanunun 21.1-ci maddəsinə görə narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrıayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak miqdarından artıq miqdarı “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə külli miqdarına görə siyahısının təsdiq edilməsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikasının Qanunu ilə müəyyən olunmuşdur. Narkotik vasitələrin və psixotrop maddələri saxlama, bu maddələrin saxlanılmasının yerindən və müddətindən asılı olmayaraq, onlara qanunsuz surətdə faktiki malik olma deməkdir. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Narkotik vasitələri və ya psixotrop maddələri qanunsuz olaraq başqa şəxsdən əmanət kimi saxlamaq üçün qəbul etmiş şəxs də bu maddələri saxlamağa görə məsuliyyət daşımalıdır. Həmin Qərarın 26-cı bəndində qeyd edilmişdir ki, məhkəmələr narkomaniya xəstəliyinə düçar olmuş təqsirli şəxslər barəsində cəza təyin edərkən onların cəza çəkdiyi müddətdə narkomaniyadan məcburi qaydada müalicə olunması məsələsini həll etməlidirlər (belə müalicənin tətbiq edilməli olub-olmaması barədə müvafiq ekspertiza rəyi alınmalıdır). Bu halda məcburi müalicənin müddəti məhkəmələr tərəfindən hökmdə göstərilməməlidir. Narkomaniyadan məcburi müalicənin belə şəxslərə zərərli təsir göstərməsi həkim rəyində qeyd olunduğu halda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 fevral 2006-cı il tarixli 39 №-li qərarının 3-cü bəndində nəzərdə tutulan digər hallarda məhkəmə hökmdə Cinayət Məcəlləsinin 93.1.4-cü maddəsinin tətbiq edilməməsinin səbəblərini əsaslandırmalı, belə şəxslərin ərazi narkoloji dispanserində qeydiyyata götürülməsi təmin edilməlidir. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroini qanunsuz əldə edərək üzərində saxlamış, 28 fevral 2024-cü il tarixdə saat 17:10 radələrində Bərdə RPŞnin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə şəhəri, H.Əliyev prospektində şübhəli şəxs qismində saxlanılaraq Bərdə şəhəri, ünvan 3 ünvanında yerləşən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilib həmin gün saat 17:55 radələrində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan göy rəngli şalvarın sol yan cibindən 01 (bir) ədəd sellofan bükümdə, təmiz çəkisi 1,144 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin aşkar edilərək götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs CM-in 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətmişdir. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspertlərin rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir kir, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı AR.CM-in 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, AR.CM-nin 234.1-ci maddəsinə əsasən satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri şəxsi istehlak miqdarından artıq miqdarda əldə etmə, saxlama, hazırlama, emal etmə, daşıma bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya üç ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. 2005-ci il 28 iyun tarixli 961-İİQ saylı Azərbaycan Respublikasının Qanunu ilə təsdiq edilmiş Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə siyahıların İ siyahısına əsasən narktoik vasitə hesab edilən heroinin miqdarı 0,15 qramdan artıq olduqda şəxsi istehlak miqdarından artıq miqdar hesab edilir. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarında göstərilmişdir ki, məhkəmə hökmü ədalətli məhkəmə araşdırması nəticəsində cinayət-prosessual normalara, o cümlədən hökmün prosessual formasına və məzmununa dair tələblərə əməl olunmaqla, cinayət-hüquqi normalar düzgün tətbiq edilməklə çıxarıldıqda və məhkəmənin gəldiyi nəticələri aydın və mötəbər şəkildə əks etdirdikdə ədalətli məhkəmə aktı kimi səciyyələndirilə bilər. Hökmdə məhkəmə tərəfindən müəyyən edilən, irəli sürülmüş ittihamın həlli üçün əhəmiyyət kəsb edən hallar təsvir edilməli, məhkəmənin həmin halların həqiqət olub-olmaması inamına gəlməsi üçün əsas verən sübutlar şərh edilməlidir. Məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halların olmasını və cəzanı ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrumetmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, məhkəmə təqsirləndirilən şəxsin əvvəllər eyni və müxtəlif növ cinayət əməllərini dəfələrlə törətməsini və müxtəlif vaxtlarda müxtəlif müddətlərdə azadlıqdan məhrum etmə cəzalarına məruz qalmasını, lakin həmin cəzalardan nəticə çıxarmayaraq və islah olunmayaraq yenidən cinayət törətməsini, həmçinin üzərindən aşkar edilmiş narkotik vasitə olan heroinin miqdarının şəxsi istehlak miqdarından artıq miqdardan dəfələrlə çox olmasını nəzərə alır. AR.CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir. CPM-in 126.6-cı maddəsinə əsasən təqsirləndirilən şəxsin cinayət törətməkdə öz təqsirini etiraf etməsi yalnız iş üzrə bütün sübutların məcmusu ilə təsdiq edildiyi halda ona qarşı ittihamın əsası kimi qəbul edilə bildiyi üçün, irəli sürülmüş ittiham üzrə təqsirləndirilən şəxs barəsində ittiham hökmü də yalnız bu şərtə əməl olunmaqla çıxarıla bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin differensiasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Beləliklə, hazırkı cinayət işi üzrə məhkəmə Cinayət Məcəlləsinin vəzifələrini təmin etmək üçün, ədalətlilik və qanunçuluq prinsipinə əməl etmək üçün, CM-nin Ümumi hissəsinin müddəalarını nəzərə alaraq hesab edir ki, hazırkı iş üzrə təqsirləndirilən şəxsə azadlıqdan məhrumetmə növündə cəza təyin etməklə cəzanın məqsədlərinə nail olmaq olar. Avropa İnsan Hüquqları Məhkəməsinin “X6rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqərar edildiyi aydın görünməlidir. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə xx.xx.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə xx.xx.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə xx.xx.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, hazırki işdə CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hallara təqsirləndirilən şəxsin etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsi, yaşayış yeri üzrə müsbət xarakterizə olunması və məhkumluğunun olmaması təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən səmimi peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxsin törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Məhkəmə tərəfindən Təqsirləndirilən şəxs оğlunun CM-in 61-ci maddəsində göstərilən cəzasını ağırlaşdıran hallar müəyyən edilməmişdir. İş materiallarında olan 28 fevral 2024-cü il tarixli şübhəli şəxsin tutulması haqqında qərar və protokola əsasən Təqsirləndirilən şəxs 28 fevral 2024-cü il tarixdə saat 17:10-da Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı, polis mayoru Eşqin Məmmədov tərəfindən AR.CM-in 234.1-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli şəxs qismində tutulmuş və 01 mart 2024-cü il tarixli qərarla barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri seçilmiş və MSY-dən azad edilmişdir. Məhkəmə hesab edir ki, CM-in 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün ona təyin olunmuş cəzadan çıxılaraq üzərində qəti cəzası saxlanılmalıdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilməli və o, məhkəmə iclas zalında dərhal həbs edilməlidir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs cəzasını CM-in 56.1.2-ci maddəsinə əsasən ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 1,044 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilməldir. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 72 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 2 (iki) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə Təqsirləndirilən şəxs Bərdə rayon Polis Şöbəsində 28 fevral 2024-cü il tarixdən 01 mart 2024-cü il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 (iki) gün müddətin bir günü azadlıqdan məhrumetmənin 01 (bir) gününə bərabər hesablanmaqla ona təyin edilmiş azadlıqdan məhrumetmə cəzasından çıxılsın və Təqsirləndirilən şəxs üzərində qəti olaraq 01 (bir) il 11 (on bir) ay 28 (iyirmi səkkiz) gün müddətinə azadlıqdan məhrumetmə cəzası saxlanılsın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polis nəzarəti altına vermə” qətimkan tədbiri dəyişdirilərək barəsində “həbs” qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 07 may 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində cəza çəkdiyi müddətdə narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilsin və o, yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə qeydiyyata götürülsün. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş 1 (bir) ədəd sellofan bükümdə, ekspertiza tədqiqatına sərf edildikdən sonra qalıq təmiz çəkisi 1,044 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan 1 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə aparılmış ekspertiza tədqiqatının dəyəri cəmi 30,40 (otuz manat, qırx qəpik) manat Təqsirləndirilən şəxs tutulаrаq dövlət büdcəsinə Məhkəmə Ekspertiza Mərkəzinin büdcə təsnifatının kodu 142319, büdcə səviyyəsinin kodu 3, ekspertiza xərci, SАP(XİİS) hesаbı, Dövlət xəzinаdаrlığı аgentliyi, KOD 210005, VÖEN **********, Müxbir hesab AZ41 NABZ********************, SWİFT BİK CTREAZ22, Məhkəmə Ekspertizası Mərkəzi, VÖEN **********, hesab AZ 34CTRE******************** nömrəli hesabına ödənilsin. İş üzrə ibtidai istintaq dövründə Təqsirləndirilən şəxs dövlət hesabına hüquqlarını müdafiə etmiş Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi 12 saat müddətində göstərdiyi hüquqi yardımla bağlı hər iş saatına görə 6 manat hesablanmaqla ümumilikdə 72 manat məbləğində hüquqi yardım haqqı dövlət büdcəsindən tutularaq Bərdə rayon Vəkil Bürosunun hesabına köçürülsün. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Fuad Babaşov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar