Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-92/2021 30.08.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Sədrlik edən - Kərimov Əyyub Vaqif oğlu, Məhkəmə iclasının katibi - X3, Dövlət ittihamçısı - Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Müdafiəçi - Bərdə rayon Vəkil bürosunun vəkili X4 iştirakları ilə. Təqsirləndirilən şəxs: xx.xx.1979 cu ildə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, subay, orta təhsilli, işləməyən, 12.11.2006-ci ildə RF-nın Tümen şəhəri Kalinin rayon məhkəməsinin hökmü ilə RF-sı CM-nin 318-ci madəsinin İ hissəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 12.01.2009-cu il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, AR Milli Məclisinin 17.03.2009-cu il tarixli Amnistiya qərarına əsasən çəkilməmiş cəzası 2\1 qədər, yəni 9 ay 23 gün azaldılaraq ümumi cəzası 1 il 2 ay 7 gün təyin olunmuş, 11.01.2010-cu il tarixdə cəzasının sonu ilə azad olunmuş, 13.12.2010-cu il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 14.08.2012-ci ildə Binəqədi rayon məhkəməsinin 13.08.2012ci il tarixli qərarı ilə cəzasından 06 ay, 03 gün vaxtından əvvəl azad olunmuş, 12.08.2013-cü il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 01 il 06 ay azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 25.12.2014-cü il tarixdə cəzasının sonu ilə azad olunmuş, 14.01.2016-cı ildə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 22.08.2016-cı il tarixdə AR Milli Məclisinin 20.05.2016-cı il tarixli Amnistiya haqqında qərarının 2.4cü bəndinə əsasən narkomaniyadan məcburi müalicə kursu bitdikdən sonra azad olunmuş, 08.06.2017-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsi ilə 01 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş, 17.11.2017-ci ildə cəzasının sonu ilə azad olunmuş, 19.09.2018-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 09.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunmuş, məhkumluğu olan, Bərdə şəhəri ünvan 1 ünvanında qeydiyyatda olmaqla yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş, hal-hazırda AR ƏN-nin PX-nin 2 saylı X1 saxlanılan Təqsirləndirilən şəxs оğlunun Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra CM) 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs оğlu satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlama, daşıma cinayət əməlini törətmişdir. Belə ki, о, istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb, daşıyaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən 1 ədəd kibirit qutusunda təmiz çəkisi 3, 22 qram, 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan gödəkçəsinin sol yan cibinə, 1 ədəd sellofan torbada təmiz çəkisi 475 qram olan qurudulmuş marixuananı özünə məxsus MAN-50 markalı mopedin arxa saxlanc yerinə qoyub satış məqsədi ilə saxlayaraq daşımış, 13.02.2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri H.Əliyev prospektində “saray dairəsi” deyilən yerdə saxlanılıb polis şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd kibirit qutusunda təmiz çəkisi 3, 22 qram və MAN-50 markalı mopedində axtarış aparılarkən mopedin arxa saxlanc yerində sellofan paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlələlər, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı həmin narkotik vasitə olan qurudulmuş marixuana qeyd olunan həmin yerlərdən polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona elan edilmiş ittihamda özünü qismən yəni, CM-in 234.1-ci maddəsi ilə təqsirli bilərək ifadəsində göstərmişdir ki, narkotikdən istifadə etsə də heç vaxt onun satanı olmamışdır. Ancaq özü üçün istifadə etmişdir. O, 2020-ci ilin avqust ayının axırlarında özünə məxsus Man-50 markalı mopedlə Bərdə rayonunun Mirzəalıbəyli kəndi yaxınlığından keçən “Yuxarı Qarabağ” kanalının kənarına getmişdir. Elə orada gəzərkən birdən gözünə yabanı halda bitmiş çətənə kolları sataşmışdır. Həmin vaxt görmüşdür ki, heç kəs yoxdur həmin çətnə kollundan sellofan torbaya yığıb mopedi ilə Bərdə şəhərində olan evinə gətirmiş və dalda bir yerdə həmin çətənə kollrının yarpaqlarını sərip qurutmuşdur ki, özü istifadə etsin. Həmin qurutmuş olduğu koldan 6-7 ay olar ki, elə siqaret qutusuna yığıb cibinə qoyub ürəyi istəyəndə istifadə edir. Onda belə bir şeyin olmasından kimsənin xəbəri olmamışdır və bu barədə də o, kiməsə nə isə deməmişdir. O, həmin kolların qurumuş yarpaqlarını ovxalayıb bir ədəd kibirit qutusuna yığıb həmin kibirit qutusunu da üstündə gəzdirirmişdir ki, nə vaxt istəyirəsə həmin narkotikdən, yəni marixuanadan istifadə etmiş olsun. 13 fevral 2021-ci il tarixdə təxminən saat 18 radələrində həmin qurutmuş olduğu kolların yarpaqlarından yenə ovxalayıb 1 ədəd kibrit qutusuna yığmış və həmin kibirit qutusunu da əynində olan gödəkçəmin sol yan cibinə qoymuş və həm də evdə olan artıq qurutmuş olduğu həmin marixuanananı bir sellofan torbaya yığıb mopedinin arxa tərəfində olan saxlanc yerinə qoymuşdur. Bundan sonra özünün mopedi ilə saat 18-15 radələrində Bərdə şəhərində sarayın yanı ilə H.Əliyev prospekti ilə hərəkət edib, Bərdə rayonunun Qaradəmirçi kəndinə orada kirayə tutub qaldığı evə gedərkən, onu Bərdə rayon polis şöbəsinin işçiləri saxlatmışlar. Ona bildirmişlər ki, üzərində narkotik saxlamaqda şübhəlidir ona görə də onun üzərinə baxılması üçün onlarla birlikdə Bərdə rayon polis şöbəsinə getməlidir. O, da etiraz etməmişdir. Polis işçiləri ilə birlikdə və onların onu müşayət etmələri əsasında mopedini özü idarə edib Bərdə rayon polis şöbəsinə gəlmişdir. Onu da bildiri ki, polislər onu saxlayanda üzərində əynində olan gödəkçəsinin sol yan cibində 1 ədəd kibrit qutusunda nəşə olmuşdur. Qalan nəşə isə sellofan torbada mopedin arxasında saxlanc yerində olmuşdur. Polislər onu şöbəyə gətirərkən əllərini üstünə daxil etməməsini ona demişlər. O da onların dediyi kimi etmişdir. O, nəşənin, yəni marixuananın istifadəçisi olduğumdan üzərində saxlamışdır.Onun həmin narkotiki üzərində saxlamasından polislərin məlumatı olduğundan 13.02.2021-ci il tarixdə təxminən saat 18-15 radələrində o, Bərdə şəhərində H.Əliyev prospektində sarayın yanında polis əməkdaşları ona həmin yerdə yaxınlaşıb, özlərini təqdim etmişlər və bildirmişlər ki, üzərində narkotik vasitə saxlamaqda şübhəlidir. Ona görə də onlarla birlikdə polis şöbəsinə getməlidir ki, üzərində şəxsi axtarış aparsınlar ki, üzərində narkotik vasitə olub- olmamasını aşkar etsinlər. Ona polislər demişlər ki, polis şöbəsində üzərində axtarış keçirilənə qədər əllərini ciblərinə daxil etməsin. O da etiraz etməmiş polislərlə birlikdə polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gəldikdən sonra təhqiqatçı Vəli müəlim tərəfindən şübhəli şəxs qismində tutulmuş və ona müdafiəçi Ayna xanımı təhqiqatçı Vəli müəllim təqdim etmişdir. Ona həmin müdafiəçiyə qarşı etirazımın olub-olmadığı soruşulmuşdur. O da müdafiəçiyə qarşı etirazım olmadığını demişdir. Sonra təhqiqatçı Vəli müəllim müdafiəçinin iştirakı ilə onun şübhəli şəxs kimi malik olduğu hüquq və vəzifələrini ona izah etmişdir. Bundan sonra onun nəzərimə çatdırmışdır ki, onun üzərində şəxsi axtarış videoçəkilişlə aparılacaqdır, buna qarşı etirazı vardır.? O da etiraz etməmiş, demişdir ki, aparılsın. Həmin vaxt polislər bildirmişlər ki, üzərində hər hansı bir qeyri- qanuni saxladığı əşya, narkotik vasitə varsa çıxarıb könüllü sürətdə təqdim etsin. O da əynində olan gödəkçəsinin sol yan cibində 1 ədəd kibrit qutusunda saxladığı həmin narkotik vasitəni marixuananı cibindən çıxarıb elə kibrit qutusundaca otaqda olan stolun üzərinə qoymuşdur. Bildirmişdir ki, elə üzərində olan narkotik budur. Bunlardan başqa heç nə yoxdur. Bundan sonra şəxsi axtarışda iştirak edən polis işçisi onun üzərini axtarsa da üzərində başqa heç nə olmadığından aşkar olunmamışdır. Daha sonra təhqiqatçı Vəli müəllim onun üzərindən aşkar olunmuş marixuananı qablaşdıranda o, həmin vaxt könüllü surətdə bildirmişdir ki, onun mopedinin arxa saxlanc yerində sellofan torbada sahədən yabanı halda bitmiş çətənə kolundan yığıb qurutduğu marixuana var. Həmin marixuananı da qeyd olunan yerdən götürüb elə onlara polislərə təqdim etmişdir. Həmin üzərindən 1 ədəd kibrit qutusunda olan aşkar olunmuş marixuana polislər tərəfindən elektron tərəzidə çəkilmişdir. Marixuananın çəkisi kibrit qutusu ilə birlikdə 6,34 qram, gəlmiş, mopedindən aşkar olunmuş marixuananın çəkisi isə 485 qram gəlmişdir. Sonra həmin kütlələr təhqiqatçı tərəfindən belə qablaşdırılmışdır ki, üzərindən aşkar olunmuş 1 ədəd kibirit qutusunda olan həmin kütlə Vəli müəllim tərəfindən poçt zərfinə qoyulmuşdur.Zərfin ağzı bağlanaraq üzərinə möhür vurulmuşdur. Zərfin üzərinə o, müdafiəçi və polis işçiləri imza etmişlər. Sonra sellofan torbada olan kütlə də qablaşdırılmışdır. Təhqiqatçı Vəli müəllim həmin sellofan torbanı bir ədəd sellofan paketə qoyub ağzını bağlayıb möhürləmiş və həmin yerə yapışdırılmış kağızın üzərinə o və müdafiəçisi və polis işçiləri imza etmişlər. Həmin kütlələrin ekspertizaya göndəriləcəyini və bununla hansı növ maddə olmasını və dəqiq çəkisinin müəyyən ediləcəyi və rəy alınacağı və həmin rəyin də ona elan olunacağı bildirmişdir.Ondan polislər həmin narkotiki nə məqsədlə üzərində saxladığını soruşmuşlar. O da demişdir ki, saxlayır ki, gələcəkdə istifadə etsin, başqa məqsədlə saxlamamış, yəni kiməsə satmaq və ya pay vermək fikiri olmamışdır. Sonra isə Vəli müəllim şəxsi axtarışın keçirilməsi barədə protokol tərtib edib, protokolu ucadan onlara iştirakçılara oxumuşdur. Protokolda hər şey olduğu kimi düzgün yazıldığından, protokolda qeyd olunanların doğruluğunu onlar iştirakçılar imzaları ilə təsdiq etmişlər. Odur ki, məhkəmədən CM-nin 234.1-ci mddəsi ilə təqsirli bilinib cəza təyin edilməsini məhkəmədən xahiş etdi. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməlini törətmişdir. Belə ki, məhkəmə istintaqı zamanı Şahid2 ifadə verərək göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində CAB-nin baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis kapitanıdır. Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi, saxlaması və satması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan, onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur. Bununla belə Təqsirləndirilən şəxs əvvəllər də dəfələrlə narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olduğundan məhkum olunması onun bu əməlindən əl çəkməməsi, onun insanları narkotikə cəlb edib pul əldə etməsi barədə məlumatlar olduğundan, onun ifşa olunması və bu əməlinə görə layiq olduğu cəzanı almasına nail olmaq üçün həmin şəxsin hərəkətləri izlənilməyə başlanılmışdır.Onun Təqsirləndirilən şəxs ilə heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur. Ona görə də 13.02.2021- ci il tarixdə Bərdə rayon pols şöbəsnin CAB- nin rəisi polis mayoru Şahid1 Firudin oğlu Bərdə RPŞ-nin rəisinə raportla müraciət edib, Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirib satmasını bildirərək, onun ifşa olunması üçün aidiyyəti əməkdaşlara şöstəriş verilməsini xahiş edib bildirmişdir.Həmin raportun üzərinə rəis tərəfindən dərkənar qoyularaq, Bərdə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik - leytenantı Şahid Abdullayevin ünvanlanmışdır.Bundan sonra rəis müavini Şahid Abdullayev tərəfindən həmin məlumatın yoxlanması ona və Bərdə RPŞ- nin CAB-nin rəisi Şahid1 tapşırılmışdır. Dərhal tərəflərindən həmin məlumatın icrası ilə ələqədar icra tədbirləri görməyə başlamışlar.Almış olduqları məlumat əsasında müəyyən olunmuşdur ki, Təqsirləndirilən şəxs oğlu Bərdə şəhəri H.Əliyev prospekti ilə MAN 50 markalı mopedlə hərəkətdədir. Odur ki, o və CAB- nin rəisi Rauf Heydərov dərhal həmin yerə gedib Bərdə şəhəri köhnə mədəniyyət sarayının qarşı tərəfində dairəvi yol hissəsinin yaxınlığında Man- 50 markalı mopedlə hərəkətdə olan xx.xx.1979-cu ildə Bərdə şəhrində anadan olmuş, hazırda Bərdə şəhəri Nüşabə küçəsi döngə 2, ev 1 də daimi qeydiyyatda olub yaşayan Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edib bildirmişlər ki, o, üzərində və idarə etdiyi Man- 50 markalı mopeddə satış məqsədi ilə narkotik vasitə daşımaqda şübhəli olduğundan onlarla Bərdə rayon polis şöbəsinə getməlidir. Artıq “iş başında” yaxalanmış olduğunu görən Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Man- 50 markalı mopedlə birlikdə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, onun üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Bununla da onun üzərində olması ehtimal olunan narkotik vasitəni kənara atmamasına nail olmaq məqsədi ilə belə tərzdə hərəkət etməsini ona bildirib nəzərinə çatdırmışlar.Eyni zamanda mopedə də əl vurmaması tərəflərindən bildirilmişdir. Təqsirləndirilən şəxs də onların bu tələbinə qarşı heç bir etiraz etmədən əməl etmişdir.Bundan sonra onlarla Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində və onun idarə etdiyi mopeddinə baxış keçirilməsindən ötrü CAB-nin rəisi Şahid1 aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Bbayevə raportla müraciət etmişdir.Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru İsmayılov Vəli Əli oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM- nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə RPŞ- nin ekspert kriminalisti X19 oğlu tərəfindən“ Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacağı onun nəzərinə çatdırılmışdır.Həmçinin ondan təhqiqatçı soruşmuşdur ki, əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatsın. Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkiliş aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir.Odur ki, Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi qızı, o və Bərdə RPŞ- nin CAB-nin rəisi polis mayoru Şahid1 və həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan X13 iştirak etmişlər.Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Vəli İsmayılov tərəfindən şübhəli şəxs - Təqsirləndirilən şəxs Şahsuvar oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri- qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin.Təqdim etməyəcəyi təqdirdə üzərində onsuz da tərəflərindən axtarış aparılıb üzərində olan narkotik götürüləcəkdir. Təqsirləndirilən şəxs əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd kibirit qutusunu çıxarıb təqdim edərək və kibirit qutusun ağzını açaraq içərisində narkotik vasitə marixuana olmuş olduğunu bildirmişdir.Həmin kütləyə tərəflərindən baxılarkən marixuanaya bənzər kütələ olduğu onların iştirakçıların da diqqətini cəlb etmişdir.Bundan sonra o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq onlar onun dediyinə inanmayıb qanunun tələbi ilə hərəkət edib Bəxtiyarın üzərində şəxsi axtarışı davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir qeyri- qanuni saxladığı əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkilmiş, çəkisi 6, 34 qram gəlmişdir. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə poçt zərfinə qoyulmuşdur..Zərfin ağzı bağlanaraq üzərinə 94 saylı möhür vurulmuşdur.Həmin zərfin üzərinə təhqiqatçı Vəli İsmayılov tərəfindən “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana” sözləri yazılmiş və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin, hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət veriləcəkdir. Zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi Müdafiəçi qızı, onlar iştirakçılar və təhqiqatçı İsmayılov Vəli Əli oğlu imza etmişlər.Bundan sonra zərfin üzərinə tərtib edib qablaşdırdı, təhqiqatçı Vəli Vismayılov, imzası və 13.02 .2020 ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində axtarış və götürmə Bərdə RPŞ-nin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatdıqdan sonra elə həmin axtarışın davamı olaraq onun idarə etdiyi və Bərdə RPŞ-nin inzibati binasının həyətində saxlanılan Man- 50 markalı mopedində də axtarış aparılmışdır. Axtarış zamanı mopedin arxa oturacağının sağ yan tərəfində qara rəngli çantanın içərisindən bir ədəd göy rəngli salafan torbada olmaqla kütlə olmuş olduğu aşkar olunmuşdur. Həmin sellofan torbanın içərisində ağ rəngli ikinci bir sellofan torbanın olmuş olduğu və onun içərisini açıb baxarkən quru halda kəskin iyisi gələn kütlə olduğunu görmüşlər.Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni yabanı halda bitən çətənə kollarından özünün istifadəsi üçün yığıb toplayıb qurudaraq saxladığını bildirmişdir. Həmin kütlə elə aşkar olunduğu sellofan torbada olmaqla təhqiqatçı Vəli İsmayılov tərəfindən çəkilmiş, çəkisi 485 qram gəlmişdir.Həmin sellofan torbanın ağzı bağlanaraq Azərbaycan Respublikası DİN- nin 94 saylı möhürü vurulmaqla möhürlənmiş və üzərinə təhqiqatçı Vəli müəllim tərəfindən Təqsirləndirilən şəxs mopedindən aşkar olunmuş kütlə sözləri yazılmışdır. Aaxtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair və həm də şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən və onun müdafiəçisi Müdafiəçi qızı tərəfindən hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı Vəli İsmayılov tərəfindən protokol tərtib olunaraq protokol ucadan baxış iştirakçılarına oxunmuşdur. Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Axtarış zamanı Bərdə RPŞ- nin ekspert kriminalisti polis leytenantı X13 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi aparılaraq, həmin görüntülər dskə köçürülməklə, təqdim edildiyindən bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu həmin kütlənin marixuana olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üstündə və mopedində saxladığını bildirmişdir. Həmçinin o, bildirmişdir ki, həmin marixuananı Bərdə rayonu Mirzəalıbəyli kəndi ərazisindən keçən Yuxarı Qarabağ su kanalının kənarında yabanı halda bitmiş çətənə kollarından yığıb gətirib qurudub öz şəxsi istifadəsi üçün saxlamışdır. Ancaq alınmış əməliyyat məlumatları əsasında onun həmin narkotiki satış məqsədi ilə saxladığı və elə bunun üçün də mopedlə daşıdığı da müəyyən olunmuşdur. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra CPM) 317-ci maddəsinə əsasən, Şahid1 və X5 nun iştirakı olmadan cinayət təqibi ilə bağlı bütün halların hərtərəfli, tam və obyektiv tədqiq edilməsini mümkün hesab etmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsində CAB-nin rəisi vəzifəsində işləyir, polis mayorudur.Bərdə şəhərində yaşayan Təqsirləndirilən şəxs narkotik vasitə qəbul etməsi və üzərində gəzdirməsi, satması barədə Bərdə rayon polis şöbəsinə əməliyyat məlumatları daxil olduğundan onun həmin əməllərlə məşğul olması barədə onlarda polis əməkdaşlarında məlumatlar olmuşdur. Odur ki, həmin şəxsi Bərdə şəhər sakini olaraq narkotik vasitədən istifadə edən və satan ümumiyyətlə narkotikə meyilli bir şəxs kimi tanımışdır. Onunla heç bir ədavəti, düşmənçiliyi və qohumluğu yoxdur.O, Təqsirləndirilən şəxs ifşa olunmasından ötrü 13.02.2021-ci il tarixdə Bərdə rayon pols şöbəsnin rəisinə raportla Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitə əldə etməsi, üzərində gəzdirib satması barədə müraciət etmişdir.Həmin raport üzərinə rəis tərəfindən dərkənar qoyularaq Bərdə RPŞ-nin əməliyyat işləri üzrə rəis müavini polis polkovnik - leytenantı Şahid Abdullayevə ünvanlanmışdır.Bundan sonra rəis müavini Şahid Abdullayev tərəfindən həmin məlumatın yoxlanması ona və Bərdə RPŞ- nin CAB-nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 tapşırılmışdır.Dərhal tərəflərindən həmin məlumatın icrası ilə bağlı icra tədbirləri görməyə başlammışdır. Almış olduğu əməliyyat məlumatı əsasında müəyyən olunmuşdur ki, vət. Təqsirləndirilən şəxs oğlu Bərdə şəhəri H.Əliyev prospekti ilə Man-50 markalı mopedlə hərəkətdədir. Odur ki, o və CAB-nin baş əməliyyat müvəkili Şahid2 oğlu həmin yerə gedib, Bərdə şəhəri köhnə mədəniyyət sarayının qarşı tərəfində dairəvi yol hissəsinin yaxınlığında Man- 50 markalı mopedlə hərəkətdə olan xx.xx.1979-cu ildə Bərdə şəhrində anadan olmuş, hazırda Bərdə şəhəri Nüşabə küçəsi döngə 2, ev 1 də yaşayan Təqsirləndirilən şəxs saxlayıb, özlərini təqdim edib və ona bildirmişlər ki, üzərində və idarə etdiyi Man- 50 markalı mopeddə satış məqsədi ilə narkotik vasitə daşımaqda şübhəli olduğundan, onlarla Bərdə rayon polis şöbəsinə getməlidir.Təqsirləndirilən şəxs da onların bu tələbinə qarşı heç bir etirazı olmadan onlarla Man- 50 markalı mopedlə Bərdə rayon polis şöbəsinə gəlmişdir. Polis şöbəsinə gələrkən həmin şəxsdən onların tələbi o olmuşdur ki, Bəxtiyarın üzərində şəxsi axtarış aparılana qədər əlini ciblərinə və ümummiyyətlə üstündə olan hər hansı bir paltarına daxil etməsin. Eyni zamanda mopedə də əl vurmaması tərəflərindən bildirilmişdir. Təqsirləndirilən şəxs də onların bu tələblərinə qarşı heç bir etiraz etmədən əməl etmişdir.Bundan sonra onlarla birlikdə Bərdə rayon polis şöbəsinə gəlmiş Təqsirləndirilən şəxs üzərində və onun idarə etdiyi mopeddinə baxış keçirilməsindən ötrü o, aidiyyəti əməkdaşlara göstəriş verilməsindən ötrü Bərdə rayon polis şöbəsinin rəisi polis polkovniki Muradəli Bbayevə raportla müraciət etmişdir. Həmin raport əsasında araşdırmanın aparılması Bərdə rayon polis şöbəsinin təhqiqat bölməsinin təhqiqatçısı polis mayoru İsmayılov Vəli Əli oğluna həvalə olunmuşdur. Odur ki, təhqiqatçı Vəli İsmayılov tərəfindən Təqsirləndirilən şəxs oğlu Azərbaycan Respublikası CM- nin 234.1ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuş və ona şübhəli şəxs kimi malik olduğu Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulmuş hüquq və vəzifələri izah edilmişdir.Daha sonra şübhəli şəxs Təqsirləndirilən şəxs oğlunun üzərində şəxsi axtarış aparılarkən və aşkar olunduğu təqdirdə götürüləcək qanunsuz əşya və digər hər hansı bir maddə şəxsi axtarışda iştirak etməyə dəvət olunmuş Bərdə RPŞ-nin ekspert kriminalisti Əhmədov Sənan Əli oğlu tərəfindən“ Sony” markalı videokameradan istifadə edilməklə videoçəkilişi aparılacağı onun nəzərinə çatdırılmışdır.Həmçinin ondan təhqiqatçı Vəli müəllim əgər şəxsi axtarışın aparılmasında videoçəkilişdən istifadə ediləcəyinə qarşı hər hansı bir nazarazılığı vardırsa onda hal şahidlərinin bilavasitə iştirakı ilə onun üzərində şəxsi axtarış icra olunub başa çatdıra bilinməsinin mümkünlüyünü də Təqsirləndirilən şəxs nəzərinə çatdırmışdır. Lakin, Təqsirləndirilən şəxs onun üzərində şəxsi axtarış aparılarkən videoçəkilişlə aparıldığından hal şahidlərinin də iştirakına heç bir lüzum olmadığını bildirmişdir.Odur ki, Təqsirləndirilən şəxs üzərində şəxsi axtarış aparılmasında şübhəli şəxsin müdafiəçisi Bərdə rayon vəkil bürosunun vəkili Müdafiəçi qızı, o və Bərdə RPŞ-nin CAB- nin baş əməliyyat müvəkkili polis kapitanı Şahid2 Azay oğlu həmin şəxsi axtarışın aparılmasının videoçəkilişini aparan Əhmədov Sənan Əli oğlu iştirak etmişlər.Təqsirləndirilən şəxs üzərində şəxsi axtarışa başlamazdan əvvəl təhqiqatçı Vəli İsmayılov tərəfimdən şübhəli şəxs - Təqsirləndirilən şəxs Şahsuvar oğluna təklif olunmuşdur ki, onun üzərində qeyri- qanuni saxladığı hər hansı bir əşya, narkotik vasitə vardırsa çıxarıb könüllü surətdə təqdim etsin. Təqsirləndirilən şəxs oğlu əynində olan gödəkçəsinin sol yan cibindən bir ədəd kibirit qutusunu çıxarıb təqdim edərək və kibirit qutusun ağzını açaraq, içərisində narkotik vasitə marixuana olmuş olduğunu bildirmişdir. Həmin kütləyə təflərindən baxılarkən marixuanaya bənzər kütələ olduğu iştirakçıların da diqqətini cəlb etmişdir.Bundan sonra o, üzərində hər hansı bir əşya olmadığını bildirmişdir. Buna baxmayaraq onun üzərində şəxsi axtarışı onlar polis işçiləri davam etdirsələr də onun üzərindən hər hansı bir narkotik və başqa hər hansı bir qeyri- qanuni saxladığı əşya aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş kütlə elə elektron tərəzində çəkilmiş, çəkisi 6, 34 qram gəlmişdir. Daha sonra həmin kütlə elə aşkar olunduğu vəziyyətdə poçt zərfinə qoyulmuşdur.Zərfin ağzı bağlanaraq üzərinə 94 saylı möhür vurulmuşdur. Həmin zərfin üzərinə təhqiqatçı Vəli İsmayılov tərəfindən “Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş qurudulmuş marixuana” sözləri yazılnmış və təhqiqatçı tərəfindən şəxsi axtarışda iştirak edən şəxslərin nəzərinə çatdırılmışdır ki, həmin kütlə dəqiq çəkisinin və hansı növ maddə olmasının müəyyən edilməsindən ötrü ekspertiza tədqiqatına göndəriləcək və rəy alınaraq rəy bu barədə olan materiala əlavə olunub Təqsirləndirilən şəxs əməlinə hüquqi qiymət veriləcəkdir. Zərfin üzərinə şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu və müdafiəçi Müdafiəçi qızı onlar iştirakçılar və təhqiqatçı İsmayılov Vəli Əli oğlu imza etmişlər.Bundan sonra zərfin üzərinə tərtib edib qablaşdırdı, təhqiqatçı Vəli Vismayılov, imzası və 13.02.2020-ci il tarix sözləri yazılmışdır. Şübhəli şəxs Təqsirləndirilən şəxs üzərində axtarış və götürmə Bərdə RPŞnin növbətçi hissəsində yuxarda adları qeyd olunan şəxslərin iştirakı ilə icra olunub başa çatdıqdan sonra elə həmin axtarışın davamı olaraq Təqsirləndirilən şəxs idarə etdiyi və Bərdə RPŞ- nin inzibati binasının həyətində saxlanılan Man- 50 markalı mopedində də axtarış aparılmışdır. Axtarış zamanı mopedin arxa oturacağının sağ yan tərəfində qara rəngli çantanın içərisindən bir ədəd göy rəngli sellofan torbada olmaqla kütlə olmuş olduğu aşkar olunmuşdur. Həmin sellofan torbanın içərisində ağ rəngli ikinci bir sellofan torbanın olmuş olduğu və onun içərisini açıb baxarkən quru halda kəskin iyisi gələn kütlə olduğunu görmüşlər. Şübhəli şəxs Təqsirləndirilən şəxs həmin kütləni yabanı halda bitən çətənə kollarından özünün istifadəsi üçün yığıb toplayıb qurudaraq saxladığını bildirmişdir.Həmin kütlə elə aşkar olunduğu sellofan torbada olmaqla təhqiqatçı Vəli İsmayılov tərəfindən çəkilmiş, çəkisi 485 qram gəlmişdir. Həmin sellofan torbanın ağzı bağlanaraq Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü vurulmaqla möhürlənmiş və üzərində təhqiqatçı Vəli müəllim tərəfindən Təqsirləndirilən şəxs mopedindən aşkar olunmuş kütlə sözləri yazılmışdır. Aaxtarış aparılarkən iştirakçılar tərəfindən, axtarışın aparılma qaydasına dair və həm də şübhəli şəxs Təqsirləndirilən şəxs oğlu tərəfindən və onun müdafiəçisi Müdafiəçi qızı tərəfindən hər hansı bir şikayət, təklif və qeyd daxil olmadan axtarış icra olunub başa çatmışdır. Həmin vaxt təhqiqatçı Vəli İsmayılov tərəfindən protokol tərtib olunaraq protokol ucadan baxış iştirakçılarına oxunmuşdur. Protokolda yazılanlar doğru və düzgün yazılmış olduğundan tərəflərindən imzaları ilə təsdiq olunmuşdur. Axtarış zamanı Bərdə RPŞ- nin ekspert kriminalisti polis leytenantı X13 tərəfindən həmin axtarışın gedişatını özündə əks etdirən videoçəkilişi aparılaraq həmin görüntülər dskə köçürülməklə, təqdim edildiyindən bu barədə tərtib olunmuş protokola əlavə edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs oğlu həmin kütlənin marixuana olmuş olduğunu və öz şəxsi istifadəsi üçün üstündə və mopedində saxladığını bildirmişdir. Həmçinin o, bildirmişdir ki, həmin marixuananı Bərdə rayonu Mirzəalıbəyli kəndi ərazisindən keçən Yuxarı Qarabağ su kanalının kənarında yabanı halda bitmiş çətənə kollarından yığıb gətirib qurudub öz şəxsi istifadəsi üçün saxlamışdır. Ancaq alınmış əməliyyat məlumatları əsasında onun həmin narkotiki satış məqsədi ilə saxladığı və elə bunun üçün də mopedlə daşıdığı da müəyyən olunmuşdur. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilmiş şahid X5 ibtidai istintaqa verdiyi ifadəsində göstərmişdir ki, Təqsirləndirilən şəxs onun qardaşıdır.Qardaşı ilə birlikdə Bərdə şəhəri döngə 2 ev N-1 də yaşayırlar.Bildirir ki, onun qardaşı Bəxtiyar motorist olduğundan13 fevral 2021-ci il tarixdə təxminən saat 13 radələrində qardaşı Bəxtiyar ona bildirmişdir ki, özünə məxsus mopedi ona versin ki, Bəxtiyar işlədiyi sexə maşın ehtiyat hissələri alıb apara bilsin.O da qardaşı Bəxtiyra inanıb özünün mopedini Bəxtiyara verdiiyindən Bəxtiyar da mopedi idarə edib çıxıb getmişdir.Həmin gün təxminən saat 21 radələrində ona məlum olmuşdur ki, yəni eşitmişdir ki, qardaşı Bəxtiyar həmin mopedlə Bərdə şəhəri H.Əliyev prospektində “ saray dairəsi “ deyilən yol hissəsi ilə hərəkətdə olarkən Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən saxlanılıb polis şöbəsinə gətirilərək üzərinə və mopedə baxış keçirilərkən üzərindən və mopeddən arxa saxlanc yerindən narkotik olan marixuana aşkar olunub götürülmüşdür. Bildirir ki, həmin moped ona məxsusdur.Bununla belə əvvəlcədən bilmiş olsaydı ki, Bəxtiyar həmin mopedlə belə hərəkət edəcək heç mopedi ona idarə etməyə verməzdi. O, həmin mopedi 06 ay olar ki, Biləsuvar rayonundan adını unutmuş olduğu bir nəfər cavan oğlandan 650 manata almışdır. O, həmin mopeddən ancaq kimsə ona hər hansı bir tədbirdə videoçəkiliş aparmaq üçün müraciət etmiş olduqda ondan istifadə edib mənzil başına gedibgələrkən istifadə etmişdir. Əvvəlcədən qardaşı Bəxtiyarın belə hərəkətlər etməsindən xəbəri olmuş olsaydı o, Bəxtiyara bu şəraitin yaranmasına imkan belə işlərlə məşğul olmasına verməzdi. Qardaşı Bəxtiyarın evlərində həmin yaşıl kütləni necə qurudub saxlamasından onun xəbəri olmamışdır. Ona görə də bu barədə heç nə deyə bilmir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X7 Bölməsindən alınmış 14 fevral 2021-ci il tarixli 16\ 138 nömrəli rəydə göstərilir ki, tədqiqata təqdim olunmuş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən qurudulmuş marixuanaya bənzər kütlə yazı və imzalar olan bir ədəd zərfdəki, 1 ədəd kibirit qutusunda təmiz çəkisi 3, 22 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan olan çətənə ( kannabis ) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Tədqiqata təqdim olunmuş üzərində 3 ədəd dairəvi möhür əksi olan rəngli sellofan paketdəki, bir ədəd şəffaf sellofan paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddəllər olan olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhəri Səhiyyə İdarəsinin Rayonlararası Narkoloji dispanserindən alınmış 11 mart 2021-ci il tarixli 242 saylı rəydə göstərilir ki, Təqsirləndirilən şəxs oğlu narkotik vasitələrdən istifadə edir, narkotik vasitə olan heroindən sui- istifadə etmə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Bərdə rayon polis şöbəsinin 02.04.2021-ci il tarixli 2888 nömrəli əməliyyat tapşırığına cavab məktubunda göstərilir ki, keçirilmiş əməliyyat tədbirləri ilə Təqsirləndirilən şəxs həmin narkotik vasitə olan qurudulmuş marixuananı haradan əldə etməsini müəyyən etmək mümkün olmasa da satış məqsədi ilə əldə edib saxlamış olduğu müəyyən olunmuşdur. Ona görə də onun həmin narkotiki haradan alması və kimlərə satması istiqamətində tərəfimizdən müvafiq əməliyyat- axtarış tədbirləri davam etdirilir. İş üzrə istintaq marağı kəsb edən məlumat əldə ediləcəyi təqdirdə bu barədə istintaqa əlavə məlumat veriləcəkdir. Cinayət işinə əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən alınmış tələbnamədə göstərilir ki, Təqsirləndirilən şəxs 19.09.2018-ci il tarixdə Bərdə rayon məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 09.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan o, məhkumluğu olan şəxs hesab edilmiş və onun əməlinin cinayətlərin resedvini yaratması nəzərə alınmışdır. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, CPM-in 124.2.1, 124.2.2-ci maddələrinə əsasən cinayət prosesində təqsirləndirilən şəxsin və şahidlərin ifadələri, ekspertin rəyi sübut kimi qəbul olunur. CPM-in 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. CPM-in 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Belə olan halda məhkəmə, təqsirləndirilən şəxs və yaxud şahid qismində dindirilmiş şəxslərin ifadələrini, istintaq və məhkəmə hərəkətlərinin protokollarını və digər sənədləri ittihamın həlli üçün sübut növləri kimi qəbul edir. Məhkəmə iş üzrə tədqiq edilmiş sübutlara hüquqi qiymət verərək müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs оğlu istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitə əldə edib saxlayıb, daşıyaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında“ Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İ siyahısına əsasən 1 ədəd kibirit qutusunda təmiz çəkisi 3, 22 qram, 1 ədəd şəffaf sellofan torbada təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana əldə edib, 1 ədəd kibrit qutusunda narkotik vasitə olan qurudulmuş marixuananı əynində olan gödəkçəsinin sol yan cibinə, 1 ədəd sellofan torbada təmiz çəkisi 475 qram olan qurudulmuş marixuananı özünə məxsus MAN-50 markalı mopedin arxa saxlanc yerinə qoyub satış məqsədi ilə saxlayaraq daşımış, 13.02.2021-ci il tarixdə Bərdə rayon polis şöbəsinə daxil olmuş əməliyyat məlumatı əsasında rayon polis şöbəsinin əməkdaşları tərəfindən Bərdə şəhəri H.Əliyev prospektində “saray dairəsi” deyilən yerdə saxlanılıb polis şöbəsinə gətirilib, üzərində videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılarkən, əynində olan gödəkçəsinin sol yan cibindən 1 ədəd kibirit qutusunda təmiz çəkisi 3, 22 qram və MAN-50 markalı mopedində axtarış aparılarkən mopedin arxa saxlanc yerində sellofan paketdə təmiz çəkisi 475 qram olan bitki mənşəli kütlələlər, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış satış məqsədi ilə qanunsuz olaraq əldə edib saxlayaraq daşıdığı həmin narkotik vasitə olan qurudulmuş marixuana qeyd olunan həmin yerlərdən polis əməkdaşları tərəfindən aşkar olunub götürülmüşdür. Məhkəmə Təqsirləndirilən şəxs həm ibtidai istintaq dövründə, həm də məhkəmə istintaqı zamanı CM-in 234.2-ci maddəsi ilə özünü təqsirli bilməməsi barədə verdiyi ifadəsinə tənqidi yanaşaraq hesab edir ki, həmin ifadələr özünü müdafiə xarakterli olmaqla şahid ifadələri, ekspert rəyləri və iş materialları ilə tamamilə təkzib olunan, işin faktiki hallarına uyğun olmayan ifadələrdir. Belə ki, ibtidai istintaq və məhkəmə baxışı dövründə təqsirləndirilən şəxs X6 CM-in 234.2-ci maddəsi ilə ona istinad edilən əməli törətmədiyini bildirsə də bununla bağlı məhkəməyə heç bir mötəbər sübut təqdim etməmiş və eyni zamanda həmin hal iş materialları ilə öz təsdiqini tapmamış, əksinə iş materialları və şahid ifadələri ilə təqsirləndirilən şəxsin təqsirliliyi tam sübuta yetirilmişdir. Bununla yanaşı, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarının 9-cu bəndində göstərilmişdir ki, Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Bütün sadalanan hallara əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi CM-in 234.2-ci maddəsi ilə ona istinad edilən cinayət əməlini törətməməsi həqiqi, obyektiv ifadə kimi qəbul olunmamalı, ifadədə göstərilən xüsusatlar özünün müdafiəsinə yönəlməklə cinayət məsuliyyətindən və cəzadan kənarda qalmasına hesablanmışdır. Bundan başqa, «Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 04 mart 2011-ci il tarixli qərarında göstərilmişdir ki, məhkəmələrə izah olunsun ki, belə işlərə baxılarkan “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun (bundan sonra Qanun) 1-ci maddəsində şərh verilmiş anlayışlara dair müddəalar tətbiq edilsin. Təqsirli şəxsin narkotik vasitələri öz ixtiyarında (məsələn, üstündə, gizli saxlanc yerlərində, binalarda və s.) saxlaması ilə əlaqədar olan hər hansı qəsdən edilən hərəkətləri saxlama kimi başa düşülməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun həmin qərarında daha sonra göstərilmişdir ki, CM-in 234.2-ci maddəsinin dispozisiyasına görə narkotik vasitələri və ya psixotrop maddələri təkcə satma deyil, həm də bu maddələri satış məqsədi ilə qanunsuz olaraq əldə etmə, və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə həmin maddə ilə cinayət məsuliyyətini yaratdığı üçün yuxarıda göstərilən hərəkətlərin həmin maddələrin satış məqsədi ilə edilməsinin müəyyən olunması bu qəbildən olan işlərin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edir. Təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli Azərbaycan Respublikası Qanununun 1.0.9 və 1.0.10cu maddələrinə əsasən narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə həyata keçirilməsi üsulundan asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması dedikdə məqsədindən asılı olmayaraq, Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlər başa düşülür. Qeyd olunan Qanunun 21.1-ci maddəsinə əsasən narkotik vasitələrin və psixotrop maddələrin şəxsi istehlak üçün nəzərdə tutulan miqdarı şəxsi istehlak üçün mümkün hər bir narkotik vasitənin və ya psixotrop maddənin ayrı-ayrılıqda birdəfəlik istehlak həcminə əsasən müəyyən edilir. Şəxsi istehlak üçün nəzərdə tutulan narkotik vasitələrin və psixotrop maddələrin miqdarı onların təmiz və qarışıq vəziyyətində ayrılıqda müəyyən olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri, ekspert rəyləri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs оğlunun törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, Təqsirləndirilən şəxs оğlunun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və onun törətmiş olduğu əməl ibtidai istintaq zamanı CM-in 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayəthüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Eyni zаmаndа məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs оğlunun cinаyət məsuliyyətindən və cəzаdаn аzаd edilməsi üçün əsаslаr yоxdur. Ona görə də, CPM-in 44.2.4-cü maddəsinə əsasən göstərilən cinаyət əməlini törətməkdə təqsirli bilinməklə o, cəzayа məruz qаlmаlı və ona Cinayət Məcəlləsinin Ümumi hissəsinin müddəaları nəzərə alınmaqla Xüsusi hissəsinin müvafiq maddələrində nəzərdə tutulmuş hədlərdə ədalətli cəza təyin edilməlidir. Məhkəmə Təqsirləndirilən şəxs оğluna hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, CM-in 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən və ağırlaşdıran halların, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Belə ki, CM-in 8.1-ci (Ədalət prinsipi) maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası CM-in 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin CM-in sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, CM-in 9-cu (Humanizm prinsipi) maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, CM-in 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs оğlunun əməlinə CM-in bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, ona təqsirləndirildiyi CM-in 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilər. Məhkəmə Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə cəzası təyin edən zamanı xüsusilə vurğulayır ki, təqsirləndirilən şəxs əvvəllər də qəsdən cinayət əməli törətmiş, məhkumluğu ödənilməmiş və islah olunmamış və yenidən hazırki cinayət əməlini törətmişdir. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, CM-in 41.2-ci (Cəzanın anlayışı və məqsədi) maddəsində göstərilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrubəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25.06.2003cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09.03.2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27.07.2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29.01.2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24.05.2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə CM-in 59.1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs оğlunun cəzasını yüngülləşdirən hal müəyyən edilmədi. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulmasa da təqsirləndirilən şəxsin əməlini qisməndə olsa etiraf etməsi, etdiyi əməlindən səmimi peşmançılıq hissi keçirməsini cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özüözünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Həmçinin, CM-in 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs törətmiş olduğu cinayətlərin residivi cəzasını ağırlaşdıran hal kimi müəyyən edilir. Belə ki, «Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli Qərarının 12-ci bəndinə əsasən cinayətlərin residivi, təhlükəli residivi və xüsusilə təhlükəli residivini yaradan bir neçə cinayət törətmiş şəxsə cəza təyin edərkən cinayətin törədildiyi anadək ödənilməmiş və ya götürülməmiş məhkumluqlar nəzərə alınır. «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83-cü maddəsinin şərh olunması ilə bağlı Ağır cinayətlərə dair işlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin müraciətinə dair» Konstitusiya Məhkəməsi Plenumunun 25 may 2009-cu il tarixli qərarında qeyd edilmişdir ki, məhkumluq təkcə şəxsin məhkum olunması və ona cəzanın təyin edilməsi faktı ilə şərtləndirilmir. Məhkumluq şəxs tərəfindən təkrarən cinayət törədilərkən cinayət qanunvericiliyi ilə müəyyən olunmuş hüquqi nəticələrə səbəb olan məhkumun hüquqi vəziyyətini ifadə edir; şəxsdə olan ödənilməmiş və ya götürülməmiş məhkumluq xüsusilə, onunla dövlət arasında cinayət-hüquqi tənzimləmə əsasında formalaşan, bu şəxs tərəfindən yeni cinayətlər törədilərkən onun şəxsiyyətinin və törətdiyi cinayətlərin yüksək ictimai təhlükəli kimi qiymətləndirilməsinə xidmət edən ictimai-hüquqi münasibətləri yaradır və buna görə onun barəsində cinayət hüquqi xarakterli daha ağır tədbirlərin tətbiqini nəzərdə tutur. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs 19.09.2018-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hökmü ilə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə 02 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum olunmuş 09.06.2020-ci il tarixdə cəzasının sonu ilə azad olunduğundan o, məhkumluğu olan şəxs hesab edilmiş və onun əməlinin cinayətlərin resedvini yaratması nəzərə alınmışdır. Beləliklə, Təqsirləndirilən şəxs əvvəllər törətdiyi əməl az ağır cinayət olduğundan və CM-in 83-cü maddəsinə əsasən, az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunduğundan məhkəmə hesab edir ki, o, məhkumluq müddəti keçməmiş yenidən qəsdən törədilən cinayət əməli törətmiş və onun əməli cinayətlərin resedivini yaradır. Məhkəmə Təqsirləndirilən şəxs təyin ediləcək cəzaya münasibətdə yuxarıda şərh olunan halları nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 65.2-ci maddəsində müəyyən edilmiş qaydalar çərçivəsində cəza təyin edilməlidir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 15 fevral 2021-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 13 fevral 2021-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 fevral 2021-ci il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə hesab edir ki, CM-in 56.1.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ona təyin edilmiş cəzasını ciddi rejimli cəza çəkmə müəssisəsində çəkilməlidir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 93.1.2-ci və Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 348.2.4-cü maddəsinə əsasən narkomaniyadan məcburi müalicə təyin ediməli və o, narkoloji kabinetdə qeydiyyata alınmalıdır. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd poçt zərfində qablaşdırılmış 3, 02 və 01 ədəd MEM-nə məxsus kisədə qablaşdırılmış 474, 8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə maddi sübut olan - video görüntülərin əks edildiyi 01 ədəd DVD diski - cinayət işinin materiallarında saxlanılmalıdır. Təqsirləndirilən şəxs 30.40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikacsı Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülməlidir. İş üzrə xüsusi müsadirə olunası əmlak, mülki iddia yoxdur. Göstərilənlərə əsasən və CPM-nin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs оğlu Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək, 3 (üç) il 06 (altı) müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Cəzasını ciddi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 13 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin və o, narkoloji kabinetdə qeydiyyata alınsın. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan - 1 ədəd poçt zərfində qablaşdırılmış 3, 02 və 01 ədəd MEM-nə məxsus kisədə qablaşdırılmış 474, 8 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuana - hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə maddi sübut olan - video görüntülərin əks edildiyi 01 ədəd DVD diski - cinayət işinin materiallarında saxlanılsın. Təqsirləndirilən şəxs 30.40 (otuz manat qırx qəpik) manat ekspertiza xərci tutularaq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına köçürülsün. Hökmün icrası Bərdə rayon Polis Şöbəsinə və Gəncə 2 saylı İstintaq Təcridxanasına həvalə edilsin. Hökmdən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apelyasiya Məhkəməsinə apelyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən apelyasiya qaydasında protest və ya şikayət verilməmişsə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qüvvəyə minir. Sədrlik edən: imzа vаr Əsli ilə düzdür Hаkim: Əyyub Kərimov
Məhkəmə qərarları › İş №1(021)-92/2021
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-92/2021
30.08.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver