Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-93/2022 22.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X5, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs və onun müdafiəçisi, Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakları ilə, xx xxxxxx 1994-cü ildə Bərdə şəhərində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, subay, fərdi əməklə məşğul olan, əvvəllər məhkumluğu olmaya, Bərdə şəhəri, M.F.Axundov küçəsi ev 6-da qeydiyyatda olmaqla yaşamış, barəsində həbs qətimkan tədbiri seçilmiş, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanunun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,138 qram psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 1.120 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.663 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana qanunsuz əldə edərək üzərində saxlamış, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə şəhəri, M.F.Axundov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sol yan cibindən 1,138 qram psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 1.120 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.663 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittihamda özünü təqsirli bilmədiyini, özünü ancaq Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bildiyini bildirərək ifadəsində göstərmişdir ki, o, təxminən 3-4 il müddətdir ki, narkotik vasitə olan marixuanadan istifadəçisidir. 31 yanvar 2022-ci il tarixdə şəxsi işi ilə ələqədar Yevlax şəhərinə yollanmışdır.Yevlax şəhərində olan bazarda alış- veriş edərkən yerdə siqaret qutusu tapmış və siqaret qutusunun içərisinə baxdıqda narkotik vasitə olan marixuana və heroin, həmçinin psixotrop maddə olan metanfetaminə bənzər kütlələrin olduğunu görmüşdür. Narkotik vasitələrin istifadəçisi olduğu üçün dərhal siqaret qutusunu əynində olan şalvarının cibinə gələcəkdə istifadə etmək məqsədi ilə qoymuşdur. 01 fevral 2022-ci il tarixdə, saat 17:50 radələrində yaşadığı evdən çıxaraq Yevlax şəhərində tapdığım narkotik və psixotrop maddələri əynində olan şalvarın sol yan cibinə qoymuşdur. Yaşadığı evdən çıxdıqdan sonra, polis əməkdaşları ona yaxınlaşaraq ,özlərini təqdim edib onu polis şöbəsinə dəvət etmişlər. Polis şöbəsinin inzibati binasına getməyə etiraz etməmişdir. Polis şöbəsinin inzibati binasında müdafiəçinin və polis əməkdaşlarının iştirakı ilə onun üzərində axtarış keçirilmişdir. Şəxsi axtarış zamanı o, könüllü olaraq içərisində narkotik vasitələr və psixotrop maddələr olan “Prima” markalı siqaret qutusunu təqdim etmişdir. Siqaret qutusunun içərisindən 01 ədəd bükümdə heroin,03 ədəd bükümdə metamfetamin və 02 ədəd bükümdə qurudulmuş marixuana aşkar edilmişdir. Aşkar edilmiş narkotik vasitə olan marixuana heroin, həmçinin psixotrop maddə olan metamfetaminin ona məxsus olduğunu demişdir. Həmçinin ilkin olaraq narkotik vasitə olan marixuana və heroin, həmçinin psixotrop maddə olan metamfetamini saxlamaqda niyyətinin şəxsi istifadə olduğunu qeyd etmişdir. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, 2012-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır. 2017-ci ildən Bərdə rayon X6 Mübarizə Qurumunun əməliyyat müvəkkili işləyir, polis baş leytenantı xüsusi rütbəsindədir. 01 fevral 2022-ci il tarixdə Bərdə şəhəri M.F.Axundov küçəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması və üzərində narkotik vasitələri satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Həmin gün saat 17:50 radələrində Bərdə şəhəri M.F.Axundov küçəsində saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirildi. Bərdə Rayon Polis Şöbəsində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əyninda olan şalvarın sol yan cibində saxladığı bir ədəd siqaret qutusunu təqdim edərək həmin qutunun cibində narkotik vasitələrin və psixotrop maddələrin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirdikdə 01 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər, 03 ədə bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər və 02 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildi. Məhkəmə istintaqı zamanı Şahid3 Hafiz oğlu ifadəsində göstərmişdir ki, o, 2018-ci ildə daxili işlər orqanlarında xidmət etməyə başlamışdır və həmin ildən hazırki vəzifəsində işləyir. 01 fevral 2022-ci il tarixdə Bərdə şəhəri M.F.Axundov küçəsi ev 6-da yaşayan Təqsirləndirilən şəxs narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşqul olması və üzərində narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə məşğul olması və üzərində narkotik vasitələri satış məqsədi ilə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdu. Əməliyyat məlumatı əsasında Təqsirləndirilən şəxs Həmin gün saat 17:50 radələrində Bərdə şəhəri M.F.Axundov küçəsində saxlanılmışdır. Bundan sonra Təqsirləndirilən şəxs Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirildi. Bərdə Rayon Polis Şöbəsində şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs könüllü olaraq əyninda olan şalvarın sol yan cibində saxladığı bir ədəd siqaret qutusunu təqdim edərək həmin qutunun cibində narkotik vasitələrin və psixotrop maddələrin olduğunu bildirdi. Təqsirləndirilən şəxs təqdim etdiyi siqaret qutusunun içərisinə baxış keçirdikdə 01 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan heroinə bənzər, 03 ədə bükümdə ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər və 02 ədəd bükümdə ilk baxışdan narkotik vasitə olan qurudulmuş marixuanaya bənzər kütlələr aşkar edildi. İbtidai istintaq zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində Şahid1 ifadəsinə uyğun ifadə verərək onun ifadəsində göstərdiyi xüsusatları təstiq etmişdir. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X4 Regional Bölməsinin 02 fevral 2022-ci il tarixli 16/133 nömrəli materialların və məhkəmə bioloji rəyindən görünür ki, tədqiqata təqdim edilmiş üzərində “Təqsirləndirilən şəxs üzərindən aşkar edilən narkotik vasitə bənzər kütlələr” sözləri və imzalar olan kağız paketdəki, - 1 (bir) ədəd şəffaf polietilen kəsiyi bükümündə təmiz çəkisi 1,120 qram maddə, kustar üsulla hazırlanmış narkotik vasitə - heroindir. - 1 (bir) ədəd gümüşü, 01 (bir) ədəd göy və 1 (bir) ədəd qırmızı rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,499 qram, 0,440 qram, 0,199 qram, ümumi təmiz çəkisi 1,138 qram maddə, kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindir. - 2 (iki) ədəd gümüşü rəngli kağız bükümlərdə ayrı-ayrılıqda təmiz çəkiləri 0,510 qram və 0,153 qram, ümumi təmiz çəkisi 0,663 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə - qurudulmuş marixuanadır. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 16 mart 2022-ci il tarixli 340 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitələrdən istifadə edir. Narkotik vasitə olan heroindən və psixotrop maddə olan metamfetamindən suiistifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı var. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görünür. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji dispanserinin 18 fevral 2022-ci il tarixli 103 nömrəli məhkəmə-psixiatrik rəyindən görünür ki, Təqsirləndirilən şəxs cinayət əməlini törədərkən öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz əməlinin faktiki xarakterini və ictimai təhlükəliyini dərk etmək və öz hərəkətlərini idarə etmək iqtidarında olmuşdur, yəni anlaqlı olmuşdur. Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 21.1 və 22-ci maddələrinin təsiri altına düşmür və onun məcburi müalicəyə ehtiyacı yoxdur. Təqsirləndirilən şəxs hal-hazırda da öz əməlinin faktiki xarakterini dərk etmək, ölçüb-biçmək və hərəkətlərini idarə etmək iqtidarındadır. Təqsirləndirilən şəxs anlaqlığı istisna etməyən psixi pozuntu aşkar edilmir. Cinayət işi materiallarına əlavə edilmiş 01 fevral 2022-ci il tarixli şəxsi axtarış və götürmə protokolu və videogörüntülər olan “DVD” diskdən görünür ki, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs şəxsi axtarış və götürmə keçirilmiş, şəxsi axtarış və götürmə zamanı Təqsirləndirilən şəxs əynində olan şalvarın sol yan cibindən bir ədəd siqaret qutusunu çıxardaraq könüllü olaraq təqdim edir, siqaret qutusunun içərisindən 01 ədəd bükümlərdə heroin, 03 ədəd bükümlərdə metamfetamin, 02 ədəd bükümdə qurudulmuş marixuana aşkar edildi. Həmin bükümlər elektron tərəzidə çəkildi, 01 ədəd bükümdə içərisində narkotik vasitə olan heroin olan kütlələrin təmiz çəkisi 1.30 qram, 03 ədəd bükümlərdə içərisində psixotrop maddə olan metamfetamin olan kütlələrin ayrı-ayrılıqda təmiz çəkiləri 1,02 qram, 0,32 qram və 0,27 qram, 02 ədəd bükümlərdə içərisində narkotik vasitə olan qurudulmuş marixuanana olan kütlərinin ayrı-ayrılıqda təmiz çəkiləri 0,67 qram və 0,24 qram olması müəyyən edildi. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 15 mart 2022-ci il tarixli “DVD” diskə baxış keçirilməsi haqqında protokoldan görünür ki, Bərdə RPŞ-də 01 fevral 2022-ci il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi, qurudulmuş marixuana, heroin və metamfetamin aşkar olunması istintaq hərəkərinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edildi ki, vətəndaş Təqsirləndirilən şəxs polis şöbəsinin inzibati binasında üzərinə şəxsi axtarış keçirilıməsi zamanı çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon polis şöbəsinin tяhгигаtчısının və polis əməkdaşlarının iştirakı ilə Elçin Əliyevin üzərinə keçirilmiş şəxsi axtarış zamanı bir ədəd siqaret qutusunun içərisində 01 ədəd bükümdə çəkisi 1,30 qram olan ilk baxışdan heroinə bənzər, 02 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 0,67 qram və 0,24 qram olan marixuanaya bənzər kütlələr və 03 ədəd bükümdə ayrı-ayrılıqda çəkiləri 1,02, 0,32 və 0,27 qram olan ilk baxışdan psixotrop maddə olan metamfetaminə bənzər kütlələr aşkar edilmişdir. Təqsirləndirilən şəxs şifahi sorğu zamanı narkotik vasitələrdən, o cümlədən psixotrop maddələr istifadə etməsini, üzərində narkotik vasitələri saxlamasını bildirmişdir. Aşkar edilmiş ilk baxış narkotik vasitələrə bənzəyən kütlələr qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış, və sintetik kisələr istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. 17 mart 2022-ci il tarixli “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS-lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “DVD” diskə baxış keçirildi. Baxış zamanı müəyyən edilmiş ki, Təqsirləndirilən şəxs məxsus olan +99451 *** ** ** saylı mobil nömrədən X7 məxsus +99450 *** ** ** saylı mobil nömrəyə - “qaqa götürdün aynöyünləri getir, narahat olma üstündən nə qədər istəyirsən çəkmisən halalxoşun getir qaqa” – mətnli “SMS” daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus +99451 *** ** ** saylı mobil nömrədən X8 məxsus olan +99451 *** ** ** saylı mobil nömrəyə - “bax həmişə belə tuxdalıq edirsən, sonrada danışanda başdayıb 40 dene tema gəlirsən hər dəfə yalandan bir bəhanə gətirirsən ay belə ay elə... yalvarıb məcburi gətizdirəsi deyiləm ki, sən istədin, məndə yaxşısını ayırıb qırağa qoydum ki, bu sizə qismət olsun, ya özün bil, mənim işim çıxdı gedirəm ” – mətnli “SMS” daxil olmuşdur. Bundan başqa, Təqsirləndirilən şəxs məxsus +99451 *** ** ** saylı mobil nömrədən X3 məxsus olan +99450 *** ** ** saylı mobil nömrəyə - “qaqa nəqədərə gəlirsən görüşək, qaqa dünən saat 5də demişdin, bu beyaqdan zəng edir açmıram. Dedi pul hazırdı? Dedim üstümdə var. Ele eləyəkki pis vəziyyətdə qalmıyım onun yanında, dünən pis günümüzdə əl tutub bizə” – mətnli “SMS” daxil olmuşdur. Bundan əlavə “DVD” diskdə iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. Cinayət işi materiallarına əlavə edilmiş 30 mart 2022-ci il tarixli ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməsədə, Təqsirləndirilən şəxs üzərindən aşkar etdilmiş narkotik vasitələri və psixotrop maddələri satış məqsədi ilə əldə etməsi haqda əməliyyat məlumatı vardır. Təqsirləndirilən şəxs yaşadığı evdə narkotik vasitələri saxlaması barədə hər hansı bir şəxsin məlumatı olmamışdır. Təqsirləndirilən şəxs istifadəsində olan mobil nömrənin məlumatları olan DVD diskdə olan məlumatlarda sonuncu ilə cinayətkar əlaqəyə girmiş şəxslərin şəxsiyyəti müəyyən etmək mümkün olmamışdır. Azərbaycan Respublikası DİN BƏSİİ-dən dахil оlmuş 09 fevral 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş təmiz çəkisi 1,120 qram, ekspertiza tədqiqatından sonra qalıq 1,020 qram kustar üsulla hazırlanmış narkotik vasitə olan heroin, ümumi təmiz çəkisi 1,138 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,988 qram kustar üsulla hazırlanmış psixotrop maddə olan metamfetamin və ümumi təmiz çəkisi 0,663 qram, ekspertiza tədqiqatından sonra qalıq 0,623 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana cinаyət işi üzrə mühüm əhəmiyyət kəsb еtdiyindən mаddi sübut kimi таnınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına verilmişdir. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs istintaqa məlum olmayan mənbədən və tarixdə satış məqsədi ilə qanunsuz olaraq “Narkotik vasitələrin,psixotrop maddələrin və onların prekursorlarının qanunsuz dövriyyəsi haqqında “Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsi üçün kifayət edən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların külli miqdarına görə” Azərbaycan Respublikası Qanununun İİ siyahısına əsasən şəxsi istehlak miqdarından artıq miqdarda, yəni təmiz çəkisi 1,138 qram psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 1.120 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.663 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana qanunsuz əldə edərək üzərində saxlamış, 01 fevral 2022-ci il tarixdə Təqsirləndirilən şəxs Bərdə şəhəri, M.F.Axundov küçəsində müəyyən edilərək şübhəli şəxs qismində saxlanılmaqla polis şöbəsinə gətirilmiş, polis şöbəsində üzərinə şəxsi axtarış keçirilən zaman üzərindən, yəni əynində olan şalvarın sol yan cibindən 1,138 qram psixotrop maddə olan metamfetamini, təmiz çəkisi 1.120 qram narkotik vasitə olan heroin, təmiz çəkisi 0.663 qram narkotik vasitə hesab edilən qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. “Narkotik vasitələrin, psixotrop maddələrin və ya onların prekursorlarının qanunsuz dövriyyəsinə dair cinayət işləri üzrə məhkəmə təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “04” mart 2011-ci il tarixli Qərarının 9-cu bəndinə əsasən,təqsirkarın narkotik vasitələri satmaq niyyətində olması müəyyən edilərkən başqa sübutlarla və narkotik vasitələrin miqdarı ilə yanaşı, istehlakçı ilə əvvəlcədən razılıq əldə edilməsi, narkotik vasitənin çəkilib xırda bağlamalara bükülməsi, onların hazırlanması üçün avadanlığın olması və işin digər halları nəzərə alınmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Belə ki, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqa tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Belə ki, həmin Məcəllənin 8.1-ci maddəsinə görə, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X10rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Məhkəmə onu da qeyd etməyi zəruri sayır ki, Cinayət Məcəlləsinin 59.1-ci maddəsində nəzərdə tutulmasa da, təqsirləndirilən şəxsin əməlini qismən etiraf etməsi, etdiyi əməldən səmimi peşmançılıq hissi keçirməsi, Vətən Müharibəsi iştirakçısı olması, yaşayış yeri üzrə müsbət xarakterizə olunması, cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki cinayət qanunvericliyinin 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu Məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlini etiraf etməsi, onun ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlini səmimi etiraf edərək, peşmançılıq hissi keçirməsi törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran hallar yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 03 fevral 2022-ci il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 01 fevral 2022-ci il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 01 fevral 2022-ci il tarixdən hesablanmalıdır. Belə ki, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə dörd gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamindən sui-istifadə nəticəsində narkomaniya xəstəliyindən əzab çəkdiyindən ona narkomaniya xəstəliyindən məcburi müalicə təyin edilməli və o, yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınmalı, Belə ki, Azərbaycan Respublikasının 93-1.1ci maddəsinə əsasən alkoqolizmdən və ya narkomaniyadan müalicəyə ehtiyacı olan şəxslər barəsində tibbi xarakterli məcburi tədbirlərin tətbiq edilməsinin məqsədi həmin şəxslərin müalicə olunması, səhhətinin və psixoloji vəziyyətinin yaxşılaşdırılması, ixtisaslaşdırılmış tibbi yardım və sosial qayğı göstərməklə onların normal həyat tərzinə qaytarılması, gələcəkdə həmin şəxslər tərəfindən insan psixikasına təsir göstərən maddələrdən sui-istifadənin və yeni cinayətlər törədilməsinin qarşısının alınmasından ibarətdir. Bundan başqa iş materiallarında olan 01 aprel 2022-ci il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsi üzrə önəm kəsb etdiyindən Təqsirləndirilən şəxs oğlunun üzərindən aşkar olunub götürülmüş təmiz çəkisi 1,120 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin tədqiqat prosesində tədqiqata 0, 1 qram sərf olunduğundan qalıq olaraq 1,020 qram heroin ,təmiz çəkisi 1,138 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqat prosesində tədqiqata 0, 15 qram sərf olunduğundan qalıq olaraq 0,988 qram, təmiz çəkisi 0,663 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadan tədqiqat prosesində tədqiqata 0,04 qram sərf olunduğundan qalıq olaraq 0,623 qram qaldığından qərarla maddi sübut qismində tanınaraq saxlanılması üçün Bərdə rayon Polis Şöbəsinin saxlancına təhvil verilmişdir. Həmçinin, Təqsirləndirilən şəxs üzərinə baxış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 01 ədəd DVD diski cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 1,120 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin tədqiqat prosesində tədqiqata 0, 1 qram sərf olunduğundan qalıq olaraq 1,020 qram heroin, təmiz çəkisi 1,138 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqat prosesində tədqiqata 0, 15 qram sərf olunduğundan qalıq olaraq 0,988 qram, təmiz çəkisi 0,663 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadan tədqiqat prosesində tədqiqata 0,4 qram sərf olunduğundan qalıq olaraq 0,623 qram qurudulmuş marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə 64.80 (altmış dörd manat səksən qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs cəzasının əvvəli 01 fevral 2022-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində narkomaniyadan məcburi müalicə təyin edilsin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji dispanserdə qeydiyyata alınsın. İş üzrə maddi sübut kimi Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 1,120 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə heroin tədqiqat prosesində tədqiqata 0, 1 qram sərf olunduğundan qalıq olaraq 1,020 qram heroin ,təmiz çəkisi 1,138 qram maddə kustar üsulla hazırlanmış psixotrop maddə metamfetamindən tədqiqat prosesində tədqiqata 0, 15 qram sərf olunduğundan qalıq olaraq 0,988 qram, təmiz çəkisi 0,663 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə marixuanadan tədqiqat prosesində tədqiqata 0,663 qram sərf olunduğundan qalıq olaraq 0,04 qram olan qurudulmuş marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 64.80 (altmış dörd manat səksən qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X2, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. HаkimElsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-93/2022
Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-93/2022
22.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver