Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-93/2023 20.06.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİİ dərəcəli hüquqşünas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs və onun müdafiəçisi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının üzvü, Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi2 iştirakları ilə, xx xxxxxx 1979-cu il tarixdə Bərdə rayonu Qaradəmirçi kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, işləməyən, məhkumluğu olmayan, Bərdə rayonu, Qaradəmirçi kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs 17 avqust 2022-ci il tarixdə saat 09 radələrində həmkəndlisi Zərərçəkmiş şəxs ilə ona məxsus Bərdə rayonu Qaradəmirçi kəndinin yuxarı hissəsində yerləşən pay torpağı ərazisində Zərərçəkmiş şəxs məxsus hind quşlarının onun sahəsində otlaması səbəbindən aralarında yaranmış mübahisə zamanı təpiklə Zərərçəkmiş şəxs sinə nahiyəsinə qəsdən bir neçə zərbə vuraraq, ona döş qəfəsinin sol yarısında Vİ-Xİ qabırğa səviyyəsinin qançırı, sağ X qabırğanın yerdəyişməyən sınığı, sol Vİİ-Vİİİ qabırğaların çat xətti xəsarətləri ilə nəticələnən dərəcəsinə görə sağlamlığın uzun müddətdə pozulmasına səbəb olan sağlamlığına qəsdən az ağır zərər vurmuşdur. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü tam təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, Bərdə rayon Qaradəmirçi kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləməsə də özünə məxsus torpaqda əkin-biçin işləri ilə və heyvandarlıqla məşğul olur, Zərərçəkmiş şəxs həmkəndlisidir, onunla normal münasibəti olmuşdur. Ərşadın evi onun əkin sahəsinin yaxınında yerləşir. Kənddə yerləşən əkin sahəsində 1 hektar pay torpaq sahəsi vardır. Həmin həmin torpaq sahəsinə yonca əkmişdir. 17 avqust 2022-ci il tarixdə səhər saatlarında öz sahəsinə gedirmiş, sahəyə çatan zaman həmin yerdə həmkəndlisi Zərərçəkmiş şəxs məxsus hinduşkaların otlamasını görmüş, daha sonra o, əsəbləşib Ərşada yaxınlaşmış və bu barədə ona irad bildirmiş, lakin, Ərşad hinduşkaların onun yonca sahəsində otlamamasını, yeni keçdiyini bildirmiş, sonra da “yaxşı” etdiyini bildirmişdir. Bundan qabaq da o, bir neçə dəfə Ərşada bu barədə irad bildirmişdir. Həmin səbəbdən onunla aralarında ilk olaraq sözlü mübahisə yaranmış, onlar “yaxalaşan” zaman o, yumruqları ilə Ərşadın sinəsindən itələmiş, sonra Ərşad durub onun üzərinə gəlib əlində olan ağacla sol əlinə vuraraq ona xəsarət yetirmiş, daha sonra o, ağacı Ərşadın əlindən almış, həmin vaxt yanlarına Coşqun da gəlmiş, Ərşad ona yaxınlaşmış və yumuruqla ağız nahiyyəsindən vurmuşdur. Coşqun onları sakitləşdirib aralaşdırmış, o, Coşqun ilə həmin yerdən uzaqlaşmışdır. Təqsirləndirilən şəxs həmçinin ifadəsində hadisənin 17 avqust 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən ona məxsus əkin sahəsində baş verdiyini, hadisəyə səbəb Ərşada məxsus hinduşkaların ona məxsus əkin sahəsinə keçməsi olduğunu, hadisə vaxtı orada yalnız həmkəndlisi Coşqun olduğunu, 13 sentyabr 2022-ci il tarixli 630 saylı məhkəmə-tibbi ekspertin rəyində göstərilən xəsarətləri ola bilsin ki, Ərşadı yumruqla sinəsindən itələyən zaman aldığını, bundan başqa Ərşad o, itələyəndən sonra yerə də yıxıldığını göstərmişdir. əməldən peşman olduğunu bildirmişdir. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində bildirmişdir ki, Bərdə rayon Qaradəmirçi kəndində yaşayır, rəsmi olaraq heç yerdə işləməsə də özünə məxsus torpaqda əkin-biçin işləri ilə və heyvandarlıqla məşğul olur, bundan başqa həyətində hind quşları və toyuqları vardır. Təqsirləndirilən şəxs onun həkəndlisidir, normal münasibətləri olmuşdur. Onun yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən fərdi yaşayış evinin yaxınlığında Təqsirləndirilən şəxsa məxsus pay torpaq sahəsi vardır. 17 avqust 2022-ci il tarixdə o, kənddə, evinin yaxınlığında imiş, həmin ərəfələrdə ona məxsus 5 ədəd hinduşka onun xəbəri olmadan Mahirə məxsus yonca sahəsinə keçmişdir. O, bundan xəbərdar olan kimi həmin hinduşkaları çıxarmaq üçün Mahirə məxsus pay torpaq sahəsinə keçmiş, həmin vaxt Mahir də oraya gələrək onun ünvanına nalayiq ifadələr işlədərək onu söyüb təhqir etmiş, bu səbəbdən onunla aralarında mübahisə yaranmış, mübahisə zamanı Mahir əli ilə onun paltarından tutmuş, sonra isə Mahir təpiklə onun sinəsinə vurmuş və o, yerə yıxılmış, ayağa qalmaq istəyəndə yenə də təpiklə onun sinəsindən vurmuş, bundan sonra o, ayağa qalxanda paltarından tutduğu üçün şillə ilə Mahirin sifət nahiyyəsinə həmçinin, əlində olan ağacla onun çiyin nahiyyəsinə vurmuş, bu zaman həmkəndlisi Coşqun adlı şəxs ora gəlmiş və onları sakitləşdirmiş, sonra Mahir həmin yerdən uzaqlaşmışdır. Hadisə, 17 avqust 2022-ci il tarixdə Bərdə rayon Qaradəmirçi kəndində baş vermiş, hadisə, 5-7 dəqiqə ərzində baş vermiş, bundan sonra bədənində ağrılar olduğundan o, xəstəxanaya gedərək tibbi yardım almışdır. Həmçinin Zərərçəkmiş şəxs ifadəsində hadisənin 17 avqust 2022-ci il tarixdə saat 09 radələrində yaşadığı Bərdə rayonu, Qaradəmirçi kəndində yerləşən evinin yaxınlığında olan Təqsirləndirilən şəxs məxsus əkin sahəsində baş verdiyini, hadisəyə səbəb ona məxsus hinduşkaların Mahirə məxsus əkin sahəsinə keçməsi olduğunu, hadisə vaxtı orada yalnız həmkəndlisi Coşqun olduğunu, Coşqunla əvvəllər aralarında ədavət və düşmənçilik olmadığını, normal münasibətləri olduğunu göstərmişdir. Məhkəmə baxış iclasında zərərçəkmiş şəxs X2 barışdıqları üçün icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəmə iclasında Şahid1 ifadəsində bildirmişdir ki, Bərdə rayon Qaradəmirçi kəndində ailəsi birlikdə yaşayır. Bərdə rayonu Mollalı kəndinə yerləşən Laçın rayonu Kürdhacı kənd orta məktəbində ibtidai sinif müəllimi işləyir. Zərərçəkmiş şəxs onun əridir. Təqsirləndirilən şəxs onun həmkəndlisidir. Əvvəllər onu tanısada yaxın münasibətləri olmamışdır. Çünki həmin kəndə təxminən 5-6 ildir ki, köçmüşlər. Təqsirləndirilən şəxslə aralarında əvvəllər ədavə və yaxud düşmənçilik olmamışdır. 17 avqust 2022-ci il tarixdə o, işdən icazə almışdır. Çünki, qızı Aysel Hacıyeva əri hərbiçi olduğundan öz ovladı ilə birlikdə onların evində idi və o, xəstə olduğu üçün həkimə aparmalı idilər. O səhər saatlarında oğlu Əlizamin avtomobili ilə qızı Ayseli və onu Bərdə Rayon Mərkəzi xəstəxanasına aparırdı. Lakin yolda olan zaman mən dedim ki, Mingəçevirə gedək, orda tanış həkim vardır. Bərdə şəhərini çıxan zaman Ərşad Əlizaminə zəng etdi və dedi ki, Mahir ilə dalaşmırdır, Mahir təpiklə onu vurmuşdur. Ərşad vəziyyətinin pis olduğunu bildirdi. Bundan sonra onlar dərhal evə qayıtmışlar. Bu zaman Ərşad evdə yox idi. Əlizamin Ərşada zəng etsədə telefona zəng çatmadı. Sonradan evdə qalan nəvəsi bildirmişdir ki, Ərşad polislərlə getmişdir. Şahid1 da Əlizamin ilə birlikdə Xurşudun arxasınca polis şöbəsinə getmişlər. Şöbənin qarşısına çatanda görmüşdür ki, Ərşadı həkimə aparırlar. Ərşadın üstü toz-torpaq idi, onun köynəyində təpik izləri azda olsa görünürdü və o, əli ilə böyrün tutmuşdu. Ondan nə baş verdiyini soruşduqda Mahirin onu təpiklə sinəsinə və bədənin müxtəlif nahiyələrinə vurduğunu və özünü pis hiss etdiyini bildirdi. Ərşad axşam evdə olan zaman yata bilmədi. Sinəsində, qabırğa hissələrində ağrılar olduğunu bildirirdi. Onlar səhəri gün onu Qarabağ klinikasına getmişlər. Ordan rentgen müayinəsi zamanı qabırğasında çat olduğunu bilmişlər. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid2 ifadəsində göstərmişdir ki, Bərdə rayon Qaradəmirçi kəndində valideynlərilə birlikdə yaşayır, Unibank ASC-nin Bərdə filialında aparıcı kredit mütəxəssisi vəzifəsində işləyir. Təqsirləndirilən şəxs onun həkəndlisidir, lakin əvvəllər onu tanımamış, çünki həmin kəndə təxminən 5-6 ildir ki, köçmüşlər, o da daimi işdə olur, kənd ərazisinə çox çıxmadığı üçün camaatı yaxşı tanımır. Lakin Təqsirləndirilən şəxslə aralarında əvvəllər ədavət və yaxud düşmənçilik olmamışdır. 17 avqust 2022-ci il tarixdə o, işdən icazə almışdır. Çünki, bacısı Aysel Hacıyeva xəstə olduğu üçün onu həkimə aparmalı imiş, o, səhər saatlarında anası və bacısını özünə məxsus avtomobili ilə Bərdə rayon mərkəzi xəstəxanasına aparırmış, lakin yolda olan zaman anası demişdirdi ki, Mingəçevirə gedək, orda tanış həkim vardır. Bərdə şəhərini çıxan zaman atası ona zəng etmiş və demişdir ki, Mahir ilə dalaşmırdır, Mahir təpiklə onu vurmuşdur. Atası vəziyyətinin pis olduğunu bildirmişdir. O, bu barədə anasına demiş, anası da ona bildirmişdir ki, evə qayıtsınlar. Onlar evə qayıtmışlar, atası evdə olmamış, o, atasına zəng edən zaman telefona zəng çatmamış, sonradan evdə qalan bacısı qızı bildirmişdir ki, atası polislərlə getmişdir. O da atasının arxasınca anası ilə birlikdə polis şöbəsinə gəlmiş, o, şöbənin qarşısına çatanda görmüşdür ki, atasını həkimə aparırlar. Atasının üstü toz-torpaq imiş və atası əli ilə böyrün tutmuşdu. Ondan nə baş verdiyini soruşduqda Mahirin onu təpiklə sinəsinə və bədənin müxtəlif nahiyələrinə vurduğunu və özünü pis hiss etdiyini bildirmişdir. Atası axşam evdə olan zaman yata bilməmiş, sinəsində, qabırğa hissələrində ağrılar olduğunu bildirirmiş, səhəri gün atasını Qarabağ klinikasına aparmışlar, orda rentgen müayinəsi zamanı atasının qabırğasında çat olduğunu bilinmişdir. Məhkəmə istintaqı zamanı ifadəsi elan edilərək tədqiq edilmiş şahid qismində ibtidai istintaq zamanı dindirilmiş Şahid3 ifadəsində göstərmişdir ki, “MTE və PA birliyi” PHŞ-nin Bərdə rayon şöbəsinin rəisi vəzifəsində işləyir. 17 avqust 2022-ci il tarixdə işdə olan zaman Bərdə rayonu Qaradəmirçi kənd sakini Zərərçəkmiş şəxs məhkəmə-tibbi ekspertiza keçirilməsi üçün ona təqdim edilmiş və o, həmin şəxsi müayinə etmiş, sonra isə təqdim edilən xəstəlik sənədləri əsasında 13 sentyabr 2022-ci il tarixdə 630 nömrəli rəy vermişdir. Şahid3 həmçinin verilən suallara cavab olaraq bildirmişdir ki, zərərçəkmiş Zərərçəkmiş şəxs aşkar edilmiş xəsarətlər döş qəfəsinin sol yarısında Vİ-Xİ qabırğa səviyyəsinin qançırı, sağ X qabırğanın medial kürək xətti üzrə yerdəyişməyən sınığı, sol Vİİ-Vİİİ qabırğaların öndə çat xətti aşkar edilmişdir, qeyd edilən xəsarətlər müxtəlif şəraitlərdə, müxtəlif küt əşya və əşyaların təsirindən törənə bilərdi, həmçinin xəsarətlər yumruqla itələmə zamanı törənə bilmələri inandırıcı deyildir, lakin təpiklə vurmaq nəticəsində əmələ gələ bilərdilər. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 10 aprel 2023-cü il tarixli 243 nömrəli rəyindən görünür ki, X3 məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – üst dodağın sol yarısının qançırı, üst çənədə sol 1-ci dişin laxlaması, s-ci dişin boyun nahiyəsindən sınması, diş diblərinin qansızması -- küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 08 aprel 2023-cü ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş üzləşdirmə protokolundan görünür ki, Zərərçəkmiş şəxs üzləşdirmə zamanı 17 avqust 2022-ci il tarixdə saat 09 radələrində aralarında baş vermiş dava-dalaş zamanı Təqsirləndirilən şəxs ilkin olaraq sinə nahiyyəsinə təpiklə vurduğunu, davanın gedişi zamanı isə onun əli Təqsirləndirilən şəxs sifət nahiyəsinə və əlində olan ağacla çiyninə vurduğunu bildirsə də, Təqsirləndirilən şəxs onun dedikləri ilə tam razılaşmayaraq Zərərçəkmiş şəxs əli ilə ağzına vurduğunu, əlində olan ağacla isə sol əlinə vuraraq ona xəsarət yetirdiyini, bundan sonra onun yumruğu ilə Ərşadı itələdiyini sonuncunun üzünə qarşı bildirməklə onu ifşa etmişdir. Cinayət işi materiallarına əlavə edilmiş MTE və PA birliyinin 17 avqust 2022-ci il tarixli, 630 nömrəli rəyin surətindən görünür ki, Zərərçəkmiş şəxs, məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- döş qəfəsinin sol yarısında Vİ-Xİ qabırğa səviyyəsinin qançırı, sağ X qabırğanın yerdəyişməyən sınığı, sol Vİİ-Vİİİ-ci qabırğaların çat xətti küt əşyanın (əşyaların) təsirindən törənmişdir, törəmə müddəti qərarda göstərilən 17 avqust 2022-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın uzun müddətə pozulmasına səbəb olan sağlamlığa AZ AĞİR zərər vurmaya aiddirlər. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayon Polis Şöbəsindən daxil olmuş əməliyyat tapşırığına 20 fevral 2023-cü il tarixli cavabın surətindən görünür ki, Keçirilən tədbirlər nəticəsində 17 avqust 2022-ci il tarixdə Bərdə rayon, Qaradəmirçi kəndində yerləşən Təqsirləndirilən şəxs məxsus pay torpağında Zərərçəkmiş şəxs və Təqsirləndirilən şəxs ilə aralarında baş vermiş dava-dalaş zamanı X8 Qocayevə əlində olan ağacla və öz əlləri ilə vuraraq ona yüngül dərəcəli bədən xəsarəti yetirməsi müəyyən edilmişdir, bundan başqa həmin dava-dalaş zamanı Təqsirləndirilən şəxs da Zərərçəkmiş şəxs təpiklə vuraraq ona xəsarət yetirməsi müəyyən edilmişdir. Həmçinin keçirilən tədbirlər nəticəsində hadisə vaxtı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs vuraraq xəsarət yetirdiyi ağacı müəyyən etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Zərərçəkmiş şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əməliyyat-sorğu kartotekasında heç bir məlumat yoxdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışın surətindən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır, həmin tarixli xasiyyətnamənin surətindən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışın surətindən görünür ki, Zərərçəkmiş şəxs Bərdə rayonu Qaradəmirçi kəndində yaşayır, həmin tarixli xasiyyətnamənin surətindən görünür ki, o, müsbət xarakterizə olunmuşdur. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsidir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Təqsirləndirilən şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Mahir İsmayıl oğlu oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 127.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işi üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. Hakim Elsun Əhmədov
Məhkəmə qərarları › İş №1(021)-93/2023
Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-93/2023
20.06.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver