Məhkəmə qərarları › İş №1(021)-93/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-93/2025

18.08.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-93/2025 18.08.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Fərman Firidun oğlunun sədrliyi, X1 iclas katibliyi, Dövlət ittihamçısı, Müdafiəçi X8, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxxx 1995-ci ildə Bərdə şəhərində anadan olmuş, azərbaycanlı, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.3, 332.2.2 və 332.2.3-cü maddələri təqsirli bilinib 07 il azadlıqdan məhrum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2018-ci ildə cəza sonu ilə müəssisənin qeydiyyatından çıxarılmış, məhkumluğu ödənilmiş, Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatda olmaqla, həmin ünvanda yaşayan, barəsində «polisin nəzarəti altına vermə» qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, Təqsirləndirilən şəxs , o, qanunsuz olaraq satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin miqdarına, habelə onların xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən 1 (bir) ədəd «LD» markalı siqaret qutusunda təmiz çəkisi 10,70 qram və həmin siqaret qutusundakı 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,06 qram, ümumi təmiz çəkisi xeyli miqdarda, yəni 10,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq üzərində saxlamış, 27 fevral 2025-ci il tarixdə, saat 12:46 dəqiqədə Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu, Vəliuşağı küçəsində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan tünd boz rəngli qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd «LD» markalı siqaret qutusunda təmiz çəkisi 10,70 qram və həmin siqaret qutusundakı 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,06 qram, ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 10,76 qram çəkidə bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs bildirmişdir ki, ailə üzvləri ilə birlikdə Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır. Evlidir, himayəsində 3 azyaşlı uşaqları var. Rəsmi olaraq heç bir yerdə işləməsə də fərdi əməklə məşğul olur. 12 dekabr 2019-cu il tarixdə X4 ilə rəsmi olaraq ailə həyatı qurmuş, birgə nikahdan 2021-ci il təvəllüdlü X3, 2022-ci il təvəllüdlü X5 və 2025-ci il təvəllüdlü X6 anadan olmuşdur. O, təxminən 02 il olar ki, narkotik vasitə olan qurudulmuş marixuanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə edir. Lakin narkotik vasitə olan qurudulmuş marixuanadan heç kimə təklif etməmiş və satmamışdır. Mahiyyəti üzrə bildirmişdir ki, təxminən 1 (bir) ay əvvəl yəni, 2025-ci ilin yanvar ayının axarlarında o, yaşadığı Bərdə rayonu, Vəliuşağı kənd ərazisində yerləşən su kanalının yaxınlığında tək olan zaman 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu görüb onu cəlb etdiyi üçün həmin siqaret qutusunu götürüb içərisinə baxan zaman siqaret qutusunun içərisində narkotik vasitə olan qurudulmuş marixuanadan istifadə etdiyi üçün qurudulmuş marixuananın olduğunu görmüşdür. Eyni zaman da həmin siqaret qutusunun içərisində 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində tütünlə birlikdə qurudulmuş marixuananın olduğunu görmüşdür. O, həmin 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu cibinə qoyub oradan uzaqlaşdıqdan sonra marixuanadan şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Lakin həmin narkotik vasitədən heç kimə satmaq və pay vermək fikri olmamışdır. Həmçinin həmin narkotik vasitənin üzərində olması barədə heç kimin məlumatı olmamışdır. 27 fevral 2025-cü il tarixdə, təxminən saat 12 radələrində o, tək olaraq yaşadığı Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində olan zaman qeyd etdiyi 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olan və həmin siqaret qutusunun içərisində 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində tütünlə qarışıq, yəni, tütünlə birlikdə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu şəxsi istifadəsi üçün əynində olan tünd boz rəngli qış gödəkçənin sol iç cibində olmuşdur. Həmin vaxt 3 nəfər mülki geyimdə olan polis əməkdaşları ona yaxınlaşaraq özlərini təqdim edib Bərdə rayon polis şöbəsinin polis əməkdaşları olduqlarını bildirdikdən sonra üzərində narkotik vasitə olmasında şübhəli olduğundan üzərinə vidoçəkiliş vasitəsi ilə baxış keçiriləcəyi barədə hüquq vəzifləri izah edilmişdir. Həmin vaxt o, polis əməkdaşlarına üzərinə baxış keçirilməsinə etiraz etmədiyini bildirdikdən sonra mülki geyimdə olan özünü təqdim etmiş polis mayoru Şahid1 ona üzərində qanunla qadağan edilmiş hər hansı bir əşya varsa könüllü təqdim etməyini demişdir. O, da könüllü olaraq əynində olan tünd göy rəngli qış gödəkçənin sol iç cibində saxladığı 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olan və həmin siqaret qutusunun içərisində 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində tütünlə qarışıq, yəni, tütünlə birlikdə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Həmin vaxt polis mayoru Şahid1 digər mülki geyimdə olan polis əməkdaşlarının və onun iştirakı ilə qeyd etdiyi 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisinə baxış keçirilən zaman siqaret qutusunda narkotik vasitə olan qurudulmuş marixuana və həmin siqaret qutusunun içərisində 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində tütünlə qarışıq, yəni, tütünlə birlikdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Bundan sonra polis mayoru Şahid1 tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusu elektron tərəzidə çəkilərkən ümumi çəkisi 15,99 qram çəkidə olması müəyyən edilmişdir. Bundan sonra polis əməkdaşı Şahid1 tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusu 1 (bir) ədəd ağ rəngli zərfin içərisinə qoyularaq qablaşdırılmış və zərfin üzəri DİN-nin 94 saylı möhürü ilə möhürləndikdən sonra polis mayoru Şahid1 tərəfindən götürülmüşdür. Daha sonra onun üzərinə yoxlama və götürülmə aparılan zaman özünə məxsus olan 738 (yeddi yüz otuz səkkiz) manat pul və özünə məxsus olan 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonu aşkar edilsə də lakin üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Həmin vaxt ona məxsus olan 738 (yeddi yüz otuz səkkiz) manat pul özünə qaytarılıb təhvil verilsə də lakin ona məxsus olan 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən polis əməkdaşı polis mayoru Şahid1 tərəfindən götürülmüşdür. Bundan sonra üzərinə yoxlama və götürülmə aparılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. O, polis şöbəsinin inzibati binasında olan zaman Bərdə RPŞ-nin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı Pərvin Səfərli tərəfindən şübhəli şəxs qismində tutulmağı barədə qərar qəbul edilmiş və hüquqlarının müdafiə edilməsi məqsədi ilə ona dövlət hesabına vəkil Müdafiəçi təqdim olunmuşdur. Polis əməkdaşı tərəfindən vəkili Müdafiəçi iştirakı ilə ona Azərbaycan Respublikası CPM-nin 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri izah edilmişdir. Həmin vaxt polis mayoru Şahid1 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 15,99 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu və 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonu təhqiqatçı, polis kapitanı Pərvin Səfərliyə təqdim edib həmin əşyaların 27 fevral 2025-ci il tarixdə, saat 12:46 dəqiqədə onun yaşadığı kənd ərazisində üzərində yoxlama və götürülmə aparılan zaman üzərindən aşkar edilərək götürüldüyünü demişdir. Həmin vaxt o, da könüllü olaraq qeyd olunan xüsusatları bir daha təsdiq edərək polis mayoru Şahid1 təqdim etdiyi içərisində ümumi çəkisi 15,99 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun və 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonun ona məxsus olduğunu demişdir. Bundan sonra polis mayoru Şahid1 tərəfindən videoçəkiliş vasitəsi ilə üzərinə şəxsi axtarış və götürülmə keçirilən zaman əynində olan qara rəngli cins şalvarın sol yan cibindən özünə məxsus olan qeyd etdiyi 738 (yeddi yüz otuz səkkiz) manat pul aşkar edilmişdir. Daha sonra təhqiqatçı, polis kapitanı Pərvin Səfərli tərəfindən iş üçün əhəmiyyət kəsb etdiyindən 1 (bir) ədəd ağ rəngli zərfin içərisində olan üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 15,99 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusu, 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonu və 738 (yeddi yüz otuz səkkiz) manat pul götürülmüşdür. Ona verilən şifahi sorğu zamanı o, üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 15,99 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu təxminən 1 ay əvvəl yəni, 2025-ci ilin yanvar ayının axırlarında yaşadığı Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində yerləşən su kanalının yaxınlığından tapdığını bir daha demişdir. Bununla da onun üzərinə şəxsi axtarış və götürmə keçirilməsi başa çatdığından videoçəkiliş dayandırılmışdır. O, kənd məhsulu olan kələm alqı-satqısı ilə məşğul olduğu üçün üzərindən aşkar edilərək götürülmüş həmin 738 (yeddi yüz otuz səkkiz) manat pul tutulmamışdan 1 gün əvvəl tanımadığı şəxsə yaşadığı kənd ərazisində kələm satdığı üçün 738 manat pul üzərində olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq bildirmişdir ki, o, təxminən 02 ildir ki, narkotik vasitə olan qurudulmuş mariuxanadan siqaret vasitəsilə çəkmə yolu ilə istifadə etsə də lakin narkotik vasitənin digər vasitələrindən istifadə etməmişdir. Üzərindən aşkar edilərək götürülmüş içərisində ümumi çəkisi 15,99 qram çəkidə narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu təxminən 1 ay əvvəl yəni, 2025-ci ilin yanvar ayının axırlarında yaşadığı Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində yerləşən su kanalının yaxınlığından tapmış və həmin narkotik vasitəni şəxsi istifadəsi üçün üzərində saxlamışdır. Ona polis əməkdaşları tərəfindən heç bir təziq və zor tədbiq olunmamışdır. Üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanadan başqa digər yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kim bilməmişdir. O, narkotik vasitə olan qurudulmuş marixuanadan gizli şəkildə qəbul etmişdir. O, heç kimə üzərində saxladığı narkotik vasitədən heç kəsə satmamış və hər hansı bir şəxsə verməmişdir. Hazırda istifadəsində ***-***-**-**, ***-***-**-** saylı mobil telefon nömrələri vardır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının omasını nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, şahid ifadəsi, şəxsi axtarış və götürmə aparlması haqqında protokol, ekspert rəyləri, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istitaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, o, Bərdə RPŞ-nin X2 baş əməliyyat müvəkkili vəzifəsində işləyir, polis mayoru rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 27 fevral 2025-ci il tarixdə Bərdə RPŞnə Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan Təqsirləndirilən şəxs üzərində qanunsuz olaraq narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Məlumat barədə rayon polis şöbəsinin rəhbərliyinə raportla müraciət edildikdən sonra tərəfindən Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə rayon polis şöbəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün yəni, 27 fevral 2025-ci il tarixdə saat 12:46 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə rayonu, Vəliuşağı kəndində tərəflərindən saxlanılmışdır. Həmin vaxt orada Təqsirləndirilən şəxs polis kiçik leytenantı Şahid2 və polis serjantı Şahid3 iştirakları ilə tərəfindən hüquq və vəzifələri, o cümlədən tutulan andan müdafiəçiyə malik olmaq hüququ izah edildikdən sonra polis kiçik leytenantı Şahid2 tərəfindən videoçəkilişdən istifadə edilməklə əməliyyat-axtarış tədbirinin keçirilməsinə və üstünün yoxlanılmasına dair hər hansı bir etirazının olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra tərəfindən Təqsirləndirilən şəxs üzərində hər hansı qanunsuz əşya və predmet varsa təqdim edilməsi təklifi edilmişdir. Həmin vaxt Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu çıxarıb təqdim etmişdir. Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisinə tərəfindən baxış keçirilərkən həmin 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisindən siqaret dənəsində tütünlə qarışıq, tütünlə birlikdə narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilmişdir. Sonra tərəfindən Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən polis kiçik leytenantı Şahid2 və polis serjantı Şahid3 iştirakı ilə 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuana elektron tərəzidə çəkilərkən ümumi çəkisinin 15,99 qram olması müəyyən edilmişdir. Sonra tərəfindən içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd «LD» markalı siqaret qutusu ağ rəngli kağız zərfin içərisinə qoyulmuş, zərfin üzəri Azərbaycan Respublikası DİN-nin 94 saylı möhürü ilə möhürlənmiş və ekspertizaya göndərilməsi üçün zərfin üzərində qeydlər aparıldıqdan sonra Təqsirləndirilən şəxs olmaqla baxışda iştirak edən həmin iştirakçılar tərəfindən zərfin üzəri imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suala cavab olaraq üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananı təxminən 1 ay əvvəl yaşadığı Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində yerləşən su kanalının yaxınlığından tapdığını bildirmişdir. Sonra Təqsirləndirilən şəxs üstü yoxlanılarkən 738 (yeddi yüz otuz səkkiz) manat pul və 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonu aşkar edilsə də lakin üzərindən qanunla qadağan edilmiş əşya və predmet aşkar olunmamışdır. Həmin vaxt Təqsirləndirilən şəxs 738 (yeddi yüz otuz səkkiz) manat pulu haradan əldə etməsini soruşduqda Təqsirləndirilən şəxs kənd məhsulu olan kələm alqı-satqısı ilə məşğul olduğu üçün üzərindən aşkar edilən həmin 738 (yeddi yüz otuz səkkiz) manat pulu 1 gün əvvəl tanımadığı şəxsə yaşadığı kənd ərazisində kələm satdığından həmin 738 manat pulun üzərində olduğunu bildirmişdir. Bundan sonra həmin 738 manat pul qaytarılıb Təqsirləndirilən şəxs özünə təhvil verilsə də lakin 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonu iş üçün əhəmiyyət kəsb etdiyindən tərəfindən götürülmışdır. Bununla da Təqsirləndirilən şəxs üstünün yoxlanılması başa çatdığından videoçəkiliş dayandırıldıqdan sonra Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayon polis şöbəsinin inzibati binasına gətirilmişdir. xx.xx.2025-ci il tarixdə saat 12:46 dəqiqədə tərəflərindən Təqsirləndirilən şəxs Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində saxlanılarkən və Təqsirləndirilən şəxs üstü videoçəkiliş vasitəsi ilə yoxlanılarkən ətrafda hər hansı bir şəxs olmamışdır. Bərdə rayon polis şöbəsinin inzibati binasında olarkən Təqsirləndirilən şəxs müdafiəçisi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi, onun, Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə rayon polis şöbəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 iştirakları ilə Azərbaycan Respublikası CM-in 90-cı maddəsində nəzərdə tutulan hüquq və vəzifələri Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsinin təhqiqatçısı, polis kapitanı X12 tərəfindən izah edildikdən sonra üzərində polis kiçik leytenantı Şahid2 tərəfindən videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılmasına hər hansı bir etirazının olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs heç bir etirazının və vəsatətinin olmadığını bildirdikdən sonra o, xx.xx.2025-ci il tarixdə, saat 12:46 dəqiqədə Təqsirləndirilən şəxs yaşadığı Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində tərəflərindən saxlanılmasını, Təqsirləndirilən şəxs təqdim etdiyi 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində olan 15,99 qram narkotik vasitə olan qurudulmuş marixuananın və 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonun götürüldüyünü təhqiqatçı, polis kapitanı Pərvin Səfərliyə bildirdikdən sonra 1 (bir) ədəd ağ rəngli zərfi, 1 (bir) ədəd «Honor X8» markalı mobil telefonu və 1 (bir) ədəd «DVD» diski təhqiqatçı, polis kapitanı Pərvin Səfərliyevə təqdim edib zərfin içəriçində Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotik vasitə olan qurudulmuş marixuanın olduğunu və «DVD» diskin içərisində isə həmin narkotik vasitənin götürülməsini özündə əks etdirən videoçəkilişin olması barədə məlumat vermişdir. Təhqiqatçı, polis kapitanı Pərvin Səfərlinin xidməti iş otağında olan kompyuterdə texniki nasazlıq olduğundan həmin «DVD» diskə baxış keçirilməsi mümkün olmadığından polis kapitanı Pərvin Səfərli həmin «DVD» diskin içərisinə köçürülmüş mobil telefonda olan videoçəkilişə iştirakları ilə Təqsirləndirilən şəxs əynində olan tünd boz rəngli qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd «LD» markalı siqaret qutusunu çıxarıb təqdim etməsini və həmin «LD» markalı siqaret qutusunun içərisindən narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilməsini özündə əks etdirən videogörüntüyə baxış keçirmişdir. Təhqiqatçı, polis kapitanı Pərvin Səfərli tərəfindən Təqsirləndirilən şəxs verilən suala cavab olaraq Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş marixuananın özünə məxsus olduğunu və həmin narkotik vasitəni təxminən 1 ay əvvəl yəni, 2025-ci ilin yanvar ayının axırlarında yaşadığı Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində yerləşən su kanalının yaxınlığından tapdığını, həmin narkotik vasitədən istifadə etmədiyini, hər hansı bir şəxsə təklif etmədiyini və satmadığını bildirmişdir. Bundan sonra tərəfindən Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilən zaman Təqsirləndirilən şəxs əynində olan qara rəngli cins şalvar sol yan cibindən ümümilikdə 738 (yeddi yüz otuz səkkiz) manat pul aşkar edilsə də lakin digər hər hansı bir qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş həmin 738 (yeddi yüz otuz səkkiz) manat pul təhqiqatçı, polis kapitanı Pərvin Səfərli tərəfindən qablaşdırılaraq götürülmüşdür. Daha sonra onun təhqiqatçı, polis kapitanı Pərvin Səfərliyə təqdim etdiyi 1 (bir) ədəd «DVD» disk və 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində narkotik vasitə qurudulmuş marixuana olan 1 (bir) ədəd ağ rəngli zərf iş üçün əhəmiyyət kəsb etdiyindən təhqiqatçı, polis kapitanı Pərvin Səfərli tərəfindən götürülmüşdür. Bununla da Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış və götürmə aparılması başa çatdığından videoçəkiliş dayandırılmışdır. Həmçinin Şahid1 verilən suallara cavab olaraq bildirmişdir ki, o, Təqsirləndirilən şəxs əvvəllər tanımamış, aralarında heç bir ədavət və düşmənçilikləri olmamışdır. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş narkotik vasitə olan qurudulmuş mariuxananı haradan və necə əldə etməsini, narkotik vasitələrin və psixotrop maddələrin satışı ilə məşğul olub-olmaması barədə konkret məlumatı yoxdur, lakin bu istiqamətdə tərəflərindən əməliyyat tədbirləri davam etdirilir. Lakin Təqsirləndirilən şəxs özünün bildirməsinə əsasən, qeyd edilən narkotik vasitə olan qurudulmuş mariuxananı təxminən 1 ay əvvəl yəni, 2025-ci ilin yanvar ayının axırlarında yaşadığı Bərdə rayonu, Vəliuşağı kəndi ərazisində yerləşən su kanalının yaxınlığından yerdən tapmış, şəxsi istifadəsi üçün üzərində saxlamış və satmaq məqsədi olmamışdır. Məhkəmə istitaqı zamanı şahid qismində dindirilmiş Bərdə rayon polis şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid2 və Bərdə rayon polis şöbəsinin Post Patrul Xidmət Bölüyünün polis nəfəri, polis serjantı Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirdiklərini təsdiq etmişlər. Cinayət işinin 1-ci vərəqəsində olan 28 fevral 2025-ci il tarixli cinayət işi başlanması və aidiyyati üzrə göndərmək haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi 28 fevral 2025-ci il tarixdə Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə başlanmışdır. Cinayət işinin 7-49-cu vərəqəsində olan materiallardan görünür ki, cinayət işinin başlanmasına səbəb Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, məhkumluğu olmayan, Təqsirləndirilən şəxs 1 (bir) ədəd «LD» markalı siqaret qutusunda təmiz çəkisi 10,70 qram və həmin siqaret qutusundakı 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,06 qram, ümumi təmiz çəkisi xeyli miqdarda yəni, 10,76 qram çəkidə narkotik vasitə olan qurudulmuş marixuananı əldə edib qanunsuz olaraq üzərində saxlamış, 27 fevral 2025-ci il tarixdə saat 12:46 dəqiqədə Təqsirləndirilən şəxs Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu, Vəliuşağı kənd ərazisində şübhəli şəxs qismində saxlanılıb üzərinə yoxlama və götürmə aparılan zaman əynində olan tünd boz rəngli qış gödəkçəsinin sol iç cibindən 1 (bir) ədəd «LD» markalı siqaret qutusunda təmiz çəkisi 10,70 qram və həmin siqaret qutusundakı 1 (bir) ədəd «LD» markalı siqaret dənəsində, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,06 qram, ümumi təmiz çəkisi xeyli miqdar hesab edilən 10,76 qram çəkidə bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananın aşkar edilərək götürülməsi, əsas isə bu barədə Bərdə rayon Polis şöbəsinin Təhqiqat bölməsində toplanmış HK-1/745 saylı materialda Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlinin törədilməsinə dəlalət edən kifayət qədər dəlillərin müəyyən edilməsi olmuşdur. Cinayət işinin 16-cı vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 27 fevral 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsində nəzərdə tutulmuş cinayət əməlini törətməkdə şübhəli bilinərək 27 fevral 2025-ci il tarixdə tutulmuşdur. Cinayət işinin 81-82-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2025ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 100-101-ci vərəqələrində olan 01 mart 2025-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 01 mart 2025-ci il tarixdə barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 79-80-ci vərəqələrində olan “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2025-ci il tarixli 133 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. Cinayət işinin 47-60-cı vərəqələrində olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası X11 bölməsinin 27 fevral 2025-ci il tarixli, 16/198 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində «Təqsirləndirilən şəxs üzərindən aşkar edilmiş narkotikə bənzər kütlə» yazı və imzalar olan kağız paketdəki, 1 (bir) ədəd LD markalı siqaret qutusunda təmiz çəkisi 10,70 qram və həmin siqaret qutusundakı 1 (bir) ədəd LD markalı siqaret dənəsində, tütünlə qarışıq, tütünlə birlikdə təmiz çəkisi 0,17 qram, tütündən ayrıldıqdan sonra təmiz çəkisi 0,06 qram, ümumi təmiz çəkisi 10,76 qram olan bitki mənşəli kütlələr tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Qeyd: Marixuana təmiz çəkisi 10,70 qr, 0,06 qr, tədqiqata sərf edildi-0,04 qr, 0,02 qr, qalıq-10,66 qr, 0,04 qr. (Aparılmış tədqiqatın dəyəri 30.40 manat təşkil edir) Cinayət işinin 184-cü vərəqəsində olan Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Gəncə şəhəri Narkoloji Dispanserinin xx.xx.2025-ci il tarixli 738 saylı rəyi ilə müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub. Narkomaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə proflaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinin 141-183-cü vərəqələrində olan Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli 1-xx-xx-2016 nömrəli hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.2.3, 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinib, CM-nin 182.2.1, 182.2.2 və 182.2.3-cü maddələri ilə 05 (beş) il azadlıqdan məhrumetmə cəzasına, CM-nin 332.2.1, 332.2.2 və 332.2.3-cü maddələri ilə 03 (üç) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, Azərbaycan Respublikası CM-nin 66.3-cü maddəsi ilə Təqsirləndirilən şəxs təyin edilmiş cəzalar qismən toplanılmaqla o, qəti olaraq 07 (yeddi) il azadlıqdan məhrumetmə cəzasına məhkum edilmiş, cəza ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkilməklə əvvəli 17 aprel 2015-ci ildən hesablanmışdır. Cinayət işinin materiallarında olan Azərbaycan Respublikası Ali Məhkəmənin xx.xx.2017-ci il tarixli 1-1(102)4/2017 saylı qərarı ilə X7 CM-nin 182.2.1, 182.2.2, 182.2.3cü maddələri ilə təyin edilmş 05 (beş) il azadlıqdan məhrumetmə cəzasının müddəti CMnin 62-ci maddəsi tətbiq olunmaqla 2 (iki) il 6 (altı) ay müddətinə, CM-nin 332.2.1, 332.2.2, 332.2.3-cü maddələri ilə təyin edilmiş 03 (üç) il il müddətinə azadlıqdan məhrum etmə cəzasının müddəti isə CM-nin 62-ci maddəsi tətbiq olunmaqla 1 (bir) il 6 (altı) ay müddətinə endirilmiş, CM-nin 66.3-cü maddəsinə əsasən bu qərarla C.V.Baxışəliyevə müəyyən olunmuş cəzalar qismən toplamaq yolu ilə onun üzərində qəti olaraq 3 (üç) il 6 (altı) ay müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılmışdır. Cinayət işinin 85-86-cı vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.3, 332.2.2 və 332.2.3-cü maddələri təqsirli bilinib 07 il azadlıqdan məhrum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2018-ci ildə cəza sonu ilə müəssisənin qeydiyyatından çıxarılmışdır. Cinayət işinin 112-ci vərəqəsində olan edilmiş Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X24 tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nin Poliklinikasının Narkoloji və Ruhi-əsəb kabinetlərində dipanser qeydiyyatında yoxdur. Cinayət işinin 128-133-cü vərəqəsində olan Bərdə şəhər İcra Nümayəndəliyi tərəfindən verilmiş arayışdan, xasiyyətnamədən, nikah haqqında şəhadətnamədən və doğum haqqında şəhadətnamələrdən görünür ki, Azərbaycan Respublikası Bərdə rayon İcra Hakimiyyəti Başçısının Vəliuşağı kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 93 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.1996-cı il təvəllüdlü həyat yoldaşı X4, xx.xx.2021-ci il təvəllüdlü qızı X3, xx.xx.2022ci il təvəllüdlü qızı X9 və xx.xx.2025-ci təvəllüdlü oğlu X10 ilə birlikdə Bərdə rayonu, Vəliuşağı kəndində yaşayır, yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Himayəsində 3 azyaşlı uşağı vardır. Cinayət işinin 186-199-cu vərəqələrində olan maddi sübutların qiymətləndirilməsi haqqında 02 may 2025-ci il tarixli qərardan görünür ki, iş üzrə Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülmüş, ekspertiza tədqiqatına sərf edildikdən sonra 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində ümumi qalıq təmiz çəkisi 10,70 qram bitki mənşəli kütlələr, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana, cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən maddi sübut kimi tanınmış və saxlanılması üçün Bərdə rayon Polis şöbəsinin Maddi sübutların saxlanması otağına təhvil verilmişdir. İş üzrə Təqsirləndirilən şəxs Azərbaycan respublikası CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməli törətməsi barədə özünün etirafedici ifadəsindən əlavə, şahidlərin ifadələri, 27 fevral 2025-ci il tarixli «Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair» protokolu, həmin protokola əlavə edilmiş, 1 (bir) ədəd «DVD» disk, 27 fevral 2025-ci il tarixli «Təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında» protokolu, həmin protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, 28 fevral 2025-ci il tarixli «Şübhəli şəxsin dindirilməsi haqqında»> protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» disk, «xx.xx.2025-ci il tarixli əməliyyat- axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» diskə baxış keçirilməsi haqqında» 28 fevral 2025-ci il tarixli protokolu, «xx.xx.2025-ci il tarixli, təqdim olunmuş əşyaya baxış, şəxsi axtarış və götürmə aparılması haqqında protokola əlavə edilmiş 1 (bir) ədəd «DVD» diskə baxış keçirilməsi haqqında» 28 fevral 2025-ci il tarixli protokolu, məhkəmə-bioloji ekspertizasının 27 fevral 2025-ci il tarixli, 16/198 nömrəli rəyi, məhkəmə-narkoloji ekspertizasının 02 may 2025-ci il tarixli, 738 nömrəli rəyi, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilmiş və cinayət işinin materiallarına əlavə edilmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Məhkəmə qeyd etməyi zəruri sayır ki, CM-in 59.1-ci maddəsində nəzərdə tutulan yüngülləşdirici hala təqsirləndirilən şəxsin etdiyi cinayət əməlindən peşman olmasını, himayəsində 3 azyaşlı uşağının olmasını onun cəzasını yüngülləşdirən hal kimi nəzərə alınmalıdır. Çünki, CM-in 59.2-ci maddəsinə görə cəza təyin edilərkən bu məcələnin 59.1.1-59.1.14-cü maddələrində göstərilməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. Bu halda Azərbaycan Respublikasının Ali Məhkəməsinin “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi haqqında” 2003-cü il 04 saylı qərarının 4-cü bəndində göstərildiyi kimi belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxsin əməlindən peşmanlıq hissi keçirməsi onun tərəfindən ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və bunu bildirməsi tutduğu əmələ görə özü-özünü məzəmmət etdiyini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxs tərəfindən törətdiyi cinayət əməlindən səmimi peşmançılıq hissi keçirməsi onu törətdiyi cinayətə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 182.2.1, 182.2.2, 182.3, 332.2.2 və 332.2.3-cü maddələri təqsirli bilinib 07 il azadlıqdan məhrum edilmiş, Şirvan Apelyasiya Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə hökm dəyişdirilmədən saxlanılmış, xx.xx.2017-ci ildə Azərbaycan Respublikası Ali Məhkəmənin qərarı ilə Azərbaycan Respublikası CM-nin 62-ci maddəsi tətbiq edilərək cəzası 03 il 06 aya endirilmiş, xx.xx.2018-ci ildə cəza sonu ilə müəssisənin qeydiyyatından çıxarılmışdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.4-cü maddəsinə əsasən Füzuli Hərbi Məhkəməsinin xx.xx.2016-cı il tarixli hökmü ilə Azərbaycan Respublikasının CM-nin 182.2.1, 182.2.2, 182.3, 332.2.2 və 332.2.3-cü maddələri ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməl ağır cinayət hesab olunur. Azərbaycan Respublikası CM-nin 83.3.4-cü maddəsinə əsasən ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən altı il keçdikdə məhkumluğu ödənilmiş hesab edilir. Göründüyü kimi Təqsirləndirilən şəxs cəzadan azad edildiyi gündən 6 il müddət keçdiyinə görə məhkumluğu ödənilmişdir. Cinayət Məcəlləsinin 18.4.3-cü madəsinə əsasən bu Məcəllənin 83-cü maddəsində nəzərdə tutulmuş qaydada götürülmüş və ya ödənilmiş məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, məhkumluğunun olmamasını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixində şübhəli şəxs kimi tutulmuş, 01 mart 2025-ci il tarixdə Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 01 mart 2025-ci il tarixdə həbsdən azad edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, Təqsirləndirilən şəxs cəza təyini məsələsini müzakirə edib hesab edir ki, Azərbaycan Respublikası Cinayət Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günü iki günə bərabər hesabı ilə hesablanmalıdır. Beləliklə, məhkəmə qeyd edir ki, Təqsirləndirilən şəxs həbsdə saxlandığı 2 (iki) gün müddət nəzərə alınmalıdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Bundan başqa, məhkəmə, ambulator məcburi-narkoloji tibbi yoxlamanın rəyini nəzərə alaraq, Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində qeydiyyata alınmasını məqsədə müvafiq sayır. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 30.40 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə RPŞ-də saxlanılan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində ümumi qalıq təmiz çəkisi 10,70 qram çəkidə bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 234.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 03 (üç) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, Təqsirləndirilən şəxs 27 fevral 2025-ci il tarixindən 01 mart 2025-ci il tarixinədək həbsdə saxlanıldığı 02 (iki) gün müddət həbsdə saxlamanın 01 (bir) günü azadlığın məhdudlaşdırılması cəzasının 02 (iki) gününə bərabər olmaq hesabı ilə üzərində qəti olaraq 02 (iki) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs ərazi narkoloji dispanserində proflaktiki qeydiyyata alınsın. Bərdə Rayon Polis Şöbəsində saxlanılan maddi sübut hesab olunan 1 (bir) ədəd «LD» markalı siqaret qutusunun içərisində ümumi qalıq təmiz çəkisi 10,70 qram çəkidə bitki mənşəlli tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana hökm qanuni qüvvəyə mindikdən sonra məhv edilsin. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 30.40 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Fərman Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar