Məhkəmə qərarları › İş №1(021)-94/2021

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-94/2021

16.06.2021 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-94/2021 16.06.2021 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əhmədov Elsun Məzahir oğlunun sədrliyi ilə Məhkəmə iclas katibi X8, Dövlət ittihamçısı Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, 1-ci dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs və onun nümayəndəsi X9, Təqsirləndirilən şəxs1 və onun müdafiəçisi X6, Təsirləndirilən şəxs Təqsirləndirilən şəxs4 və onun müdafiəçisi Müdafiəçi4, Təqirləndirilən şəxs Təqsirləndirilən şəxs3 və onun müdafiəçisi X10, Təqsirləndrilən şəxs Təqsirləndirilən şəxs2 və onun müdafiəçisi X2 iştirakları ilə, 01 avqust 1993-cü il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində həbs qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri ilə, xx xxxxxx 1987-ci il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3cü maddəsi ilə, xx xxxxxxx 1981-ci il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan, barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə və xx xxx 1986-cı il tarixdə Bərdə rayonu, Qazaxlar kəndində doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, azərbaycanlı, evli, orta təhsilli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə rayonu, Qazaxlar kəndində qeydiyyatda olmaqla həmin ünvanda yaşayan barəsində polisin nəzarəti altına vermə qətimkan tədbiri sеçilmiş Təqsirləndirilən şəxs4 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3cü maddəsi ilə təqsirləndirilmələrinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: Təqsirləndirilən şəxs1 03 yanvar 2021-ci il tarixdə, saat 00:15 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən kənd yolunda həmkəndlisi Zərərçəkmiş şəxs sonuncunun həmkəndlisi Təqsirləndirilən şəxs3 həyətinə icazəsiz şəkildə düşüb pəncərəsindən evinə baxmasını kənddə yayacağını deyib haqqında kənd camaatı arasında rüsvayedici məlumatlar yaymaqla hədələyib Zərərçəkmiş şəxs 1000 manat pulu hədə-qorxu ilə tələb edərək, vahid niyyətlə 03 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən “Hələc” kolluğu deyilən yerdə Zərərçəkmiş şəxs 500 manat pulu, daha sonra eyni məqsədlə 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən kənd yolunda Zərərçəkmiş şəxs qalıq 500 manat pulu hədə-qorxu ilə tələb edərək həmin gün saat 21 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən kənd yolunda 90 manatı almaqla, ümumilikdə, Zərərçəkmiş şəxs 590 manatını hədə-qorxu ilə talamışdır. Bundan başqa, o, 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Tərtər rayonu, Horuzlu kəndində yerləşən meşədə Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs3 həyətinə düşüb pəncərəsindən evinə baxmasını bəhanə gətirərək Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını açıq talamaq məqsədi ilə 05 fevral 2021-ci il tarixdə, saat 10 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında Zərərçəkmiş şəxs xaya nahiyəsindən bir neçə dəfə vuraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onun əlindən 620 manat nağd pulu və 01 baş diri çəkisi 180 kq olan 850 manat dəyərində dananı alıb açıq talayaraq təkrarən soyğunçuluq etmişdir. Bundan başqa o, 08 fevral 2021-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Qazaxlar kəndi ərazisində yerləşən kənd qəbirstanlığının yanında aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs əlində olan bıçaqla sol bud nahiyəsinə vuraraq ona sol budun ön-bayır səthinin budun içərisinə doğru kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Təqsirləndirilən şəxs2 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Tərtər rayonu, Horuzlu kəndində yerləşən meşədə Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs3 həyətinə düşüb pəncərəsindən evinə baxmasını bəhanə gətirərək Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs4 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə birləşərək Tərtər rayonu, Horuzlu kəndində yerləşən meşədə Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs3 həyətinə düşüb pəncərəsindən evinə baxmasını bəhanə gətirərək Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlini törətmişdir. Təqsirləndirilən şəxs3 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs2 ilə birləşərək Tərtər rayonu, Horuzlu kəndində yerləşən meşədə Zərərçəkmiş şəxs onun həyətinə düşüb pəncərəsindən evinə baxmasını bəhanə gətirərək Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 ona Azərbaycan Respublikası CM-nin 128, 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri ilə elan edilmiş ittihamla özünü qismən təqsirli bilərək göstərmişdir ki, o, 2019-cu ilin yay aylarında Tural atasının yanına gəlib evinin həyətinə kiminsə keçib evin içərisinə baxmasını demişdir. Tural ondan şübhələnməsini demişdir. Bundan sonra o, Turalın evinin həyətinə daxil olan şəxsi tapmaq üçün evin həyətində pusqu qurmuşdur. Sonradan isə həmin şəxsi tapmaq mükün olmamışdır. 2021-ci ilin yanvar ayının əvvəllərində o, evinin darvazasından Turalgilin həyətində Ceyhunu görmüşdür. O, bu zaman Ceyhunun cinsi orqanını əliylə oynatmasını görmüşdür. Bu zaman o, öz evinin həyətyani sahəsində Ceyhunu çağırmışdır. O, Ceyhuna : “Qaçma, yola çıx, səninlə işim var”- demişdir. Ceyhun həmin yerdən qaçmış, lakin o, atasına məxsus mobil telefon ilə zəng vurub Ceyhunun evinin yaxınlığında görüşmüşdür. Bu zaman Ceyhun ondan üzr istəmiş və bağışlamağı xahiş etmişdir. O, Ceyhuna bağışlamağı mümkün olmadığı demişdir. O, siqaret çəkmək istəmiş və Ceyhun ona yandıran gətirməyə getmişdir. O, kəndin “Halac” kolluğu adlanan yerinə getmişdir. Ceyhunda onun yanına gəlmiş və yandıranı ona vermişdir. O, “Halac kolluğu” deyilən yerdə əliylə sifətindən bir neçə vurmuşdur. Ceyhun ona Məhəmmədin, Samirin və Turalın yaşayış evinin həyatyani sahəsinə keçib evin pəncərəsindən içəri baxdığını etiraf etmişdir. O, Bakı şəhərinə getməli olmuşdur. O, Ceyhunu görüşməyi təklif etmişdir. Bu zaman o, Ceyhunla saat 13 radələrində Bərdə rayonu Yenidaşkənd kəndində yerləşən “Soyuqbulağ” deyilən yerdə görüşmüşdür. Bu zaman o, Ceyhundan 300 manat pulu borc qismində almışdır. Bu söhbət təxminən bir neçə gün sonra Tural ona zəng edib həyətində kimisə görməyini demişdir. Həmin şəxsin isə bizim həyətinə keçdiyini bildirmişdir. O, Turala həyətinə keçmədiyini demişdir. O, Tural ilə danışdıqdan sonra Ceyhunun evinə getmişdir. Ceyhunu darvazanın ağzına çağırıb Ceyhunla söhbət etmişdir. Bu zaman yanlarına Murad gəlmişdir. O, Ceyhuna Turalın ona zəng edib evində kimisə görməsini demişdir. Ceyhun ona evində qonaq olmağını və sonra söhbət etməyini demişdir. O, bu söhbətdən bir neçə gün sonra Mahir ilə telefonla danışıb Mahirə Turalın həyətinə düşən şəxsin Ceyhun olmasını demişdir. Mahir ona görüşməyi demişdir. Bu zaman o, Mahirlə kənd yolunda görüşmüşdür. Mahir ona Ceyhun ilə danışıb görüşə gətirməyini demişdir. O, sonradan çayxanaya olarkən oraya Ceyhun gəlmişdir. O, Mahirə zəng vurmuş, Mahir onunla danışmış və Ceyhunu çölə çıxartmağını demişdir. O, Ceyhun ilə çayxanadan çıxdıqda Ceyhunla söhbət etmişdir. Mahir avtomobilini onların yanına sürüb saxlamışdır. O, Ceyhuna avtomobilə oturmağı təklif etmişdir. Ceyhun qarşıda oturmuşdur. Mahirin telefon ilə çağırdığı Tural və Babəkdə avtomobilə oturmuşdur. O, da Mahirin VAZ 2107 markalı ** DM *** dövlət qeydiyyat nömrəli avtomobilinin arxa oturacağına oturmuşdur. Saat 21 radələrində o, Babək, Mahir, Tural və Ceyhun avtomobil ilə Horuzlu meşəsinə getmişlər. Qabaqda Ceyhun oturmuşdur. Saat 21 radələrində Mahir avtomobili Horuzlu meşəsinə tərəf edarə etmiş, meşənin içərisində avtomobili saxlamışdır. Avtomobildən düşərək, avtomobilin yanından kənara çəkilmişdir. Mahir Ceyhuna hansı səbəbdən Ələsgərin və Turalın evinlərin həyətinə düşüb evin içərisinə baxmağını soruşmuşdur. Mahir Ceyhuna yaxın olmağını hansı səbəbə evləri girməsini yenidən soruşmuşdur. Ceyhun içkili olmasını, hansı səbəbdən evlərə girməsini bilmədiyini demişdir. Ceyhunu başını aşağı salıb bağışlamaqlarını demişdir. Mahir Ceyhuna açıqlama verməsə camaatın qarşısını ala bilməyəcəyini demişdir. Ceyhun Mahirə heçnə deməmişdir. Bu zaman o, Tural, Babək və Mahir Ceyhunun anasına, nəslinə və varyoxuna söymüşlər, Ceyhun sakitcə durub onlara qulaq asmışdır. O, Ceyhunun sol göy nahiyəsindən əliylə vurmuşdur. Ceyhuna nə etməyi məsləhətləşmişdir. Mahir Ceyhunu döyməyi təklif etmişdir. Lakin o, Tural və Babək Mahirlə razılaşmamışlar. O, Tural və Babək Ceyhunun başına işəməyi təklif etmişdir. O, Ceyhuna şalvarını aşağı çəkməyini demişdir. Ceyhun şalvarını və alt paltarını aşağı çəkmişdir. Mahir bu zaman telefonuyla Ceynuhunu çəkməyə başlamışdır. Tural Ceyhunun boynundan tutub aşağı əyməyə başlamış, o, isə Ceyhunun üstünə işəməyə başlamışdır. O, Ceyhunun bacısını söymüşdür. O, Ceyhunun başına işəmışdır. O, Tural və Babək əl və ayaq ilə Ceyhunu vurmuşlar. Tural bu zaman əliylə Ceyhunu başından vurmuşdur. Mahirdə Ceyhunu söymüşdür. Bundan sonra Tural Ceyhunun papağına işəmiş və Ceyhunun başına taxmışdır. Babək bu zaman Ceyhunun üstünə işəməyə başlamışdır. O, yenidən Ceyhunu soyundurmağa başladı və əynində olan kurtkanı və koftanı çıxartmışdır. Tural Ceyhuna yerə oturmağı demişdir. Mahir Ceyhuna arvadı ilə cinsi əlaqəda olacağını demişidir. O, bu zaman Ceyhunun kurtkasının cibindən götürdüyü pulları Ceyhunun üzünə çırpmışdır. Meşədə olarkən oradan Ceyhunun üzünə çırpılan pulları o və orada olan şəxslər götürməmişlər, pullar yerdə qalmışdır. O, Mahir, Babək və Tural Mahirin avtomobilə oturub evə qayıtmışdır. Bu hadisədən sonra o, bu şəxslərlə arada bir görüşmüşdür. 08 fevral 2021-ci il tarixdə saat 16 radələrində o, Ceyhuna zəng edib kənd qəbirstanlığının arxasına çağırmışdır. Kənd qəbirstanlığının arxasında o, Ceyhuna hansı səbəbə onun yaşadığı evin həyatyani sahəsinə meşədə olan söhbətdən sonra keçdiyini soruşmuşdur. Ceyhun ona cavab verə bilməmiş və “yaxşı eləmişəm” - deyib onu yumruqla vurmaq istəmişdir. O, dərhal Ceyhunu yumruqla vurmaq istəyəndə Ceyhun onu tutmuşdur. Bu zaman əvvəlcədən üzərində gətirdiyi bıçaqla o, Ceyhunu vurmuşdur. Ceyhundan aralandıqdan sonra yanlarına Teymurun gəldiyini görmüşdür. O, Teymur və Ceyhunu orada qoyub getmişdir. O, qəbirstanlığın yanında əlini yuyaraq orada bıçağı atıb evə yollanmışdır. O, Ceyhunu hədələyib hər hansı bir pul tələb etməmişdir. O, Ceyhundan mal bazarında diziylə vurub 620 manat pulu və bir baş dananı aparmamışdır. O, ümumiyyətlə Rəşad adlı şəxsi tanımır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, mal bazarında alver edir. Zərərçəkmiş şəxs uşaqlıqdan tanıyır. Onun Ceyhunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 o, uşaqlıqdan həmkəndlisi kimi tanıyır, Ələsgər onun əmisi oğludur. Onun Ələsgərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2019-cu ilin yay aylarında Tural ona dəfələrlə evinə kiminsə girməsini demişdir. O, Tural və Mahir dəfələrlə Turalın yaşadığı evə gedib Turalın həyətinə girib evə baxan şəxsi tapmaq istəmişdir. Lakin hər dəfə o, Tural və Mahir həyətə daxil olan şəxsi əllərindən qaçırmışlar. 2021-ci ilin yanvar ayının sonlarında Ələsgər onunla kənd yolunda görüşərkən, Turalın evinə girib evə gizlincə baxan şəxsin Ceyhun olmasını demişdir. O, Ələsgərin dediklərini inanmamış və bu barədə Tural və Mahir ilə söhbət etmişdir. Orada o, Tural və Mahir üçü Ələsgər və Ceyhunu üzləşdirmək qərarına gəlmişlər. Bundan sonra o, kənd çayçısının həyətində olarkən Mahir ona zəng edib Ceyhun ilə getməsini demişdir. O, tez Mahirin VAZ 2107 markalı ** DM *** dövlət qeydiyyat nömrəli avtomobilinin arxa oturacağına oturmuşdur. Saat 21 radələrində o, Ələsgər, Mahir, Tural və Ceyhun avtomobil ilə Horuzlu meşəsinə getmişlər. Qabaqda Ceyhun oturmuşdur. Saat 21 radələrində Mahir avtomobili Horuzlu meşəsinə tərəf edarə edib, meşənin içərisində avtomobili saxlamışlar. Avtomobildən düşüb, avtomobilin yanından kənara çəkilmişlər. Mahir Ceyhuna hansı səbəbdən Ələsgərin və Turalın evinlərin həyətinə düşüb evin içərisinə baxmağını soruşmuşdur. Mahir Ceyhuna yaxın olmağını hansı səbəbə evləri girməsini yenidən soruşmuşdur. Ceyhun içkili olmasını, hansı səbəbdən evlərə girməsini bilmədiyini demişdir. Ceyhunu başını aşağı salıb bağışlamaqlarını demişdir. Mahir Ceyhuna açıqlama verməsə camaatın qarşısını ala bilməyəcəyini demişdir. Ceyhun Mahirə heçnə deməmişdir. Bu zaman o, Ələsgər, Tural və Mahir Ceyhunun anasına, nəslinə və varyoxuna söymüşlər, Ceyhun sakitcə durub onlara qulaq asmışdır. Ələsgər Ceyhunun sol göz nahiyəsindən əliylə vurmuşdur. Ceyhunə nə etməyi məsləhətmışlər. Mahir Ceyhunu döyməyi təklif etmışdır. Lakin o, Tural və Ələsgər Mahirlə razılaşmamışlar. O, Tural və Ələsgər Ceyhunun başına işəməyi təklif etmişdir. Ələsgər Ceyhuna şalvarını aşağı çəkməyini demişdir. Ceyhun şalvarını və alt paltarını aşağı çəkmişdir. Mahir bu zaman telefonuyla Ceynuhunu çəkməyə başlamışdır. Tural Ceyhunun boynundan tutub aşağı əyməyə başlamış, Ələsgər isə Ceyhunun üstünə işəməyə başlamışdır. Ələsgər Ceyhunun bacısını söymüşdür. Ələsgər Ceyhunun başına işəmişdir. Tural bu zaman əliylə Ceyhunu başından vurmuşdur. Mahirdə Ceyhunu söymüşdür. Bundan sonra Tural Ceyhunun papağına işəyib Ceyhunun başına taxmışdır. O, bu zaman Ceyhunun üstünə işəməyə başlamışdır. Ələsgər yenidən Ceyhunu soyundurmağa başlamış və əynində olan kurtkanı və koftanı çıxartmışdır. Tural Ceyhuna yerə oturmağı demişdir. Mahir Ceyhuna arvadını ilə cinsi əlaqəda olacağını demişdir. Ələsgər bu zaman Ceyhunun kurtkasının cibindən götürdüyü pulları Ceyhunun üzünə çırpmışdır. O, Mahir, Ələsgər və Tural Mahirin avtomobilə oturub evə qayıtmışlar. Bu hadisədən sonra o, bu şəxslərlə arada bir görüşmüşdür. 08 fevral 2021-ci il tarixdə saat 20 radələrində o, kənd çayxanasında olarkən Ələsgərin Ceyhunun bıçaqla vurmasını öyrənmişdir. Həmçinin Təqsirləndirilən şəxs2 ifadəsində göstərmişdir ki, o, videogörüntüdə olan şəxslərdən Ələsgər, o və Tural Ceyhunu söyərək onun üstünə işəmişlər. Videonu çəkən şəxs isə Mahirdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, yaşadığı kəntdə və qonşu kəntlərdən süd yığaraq satır. Zərərçəkmiş şəxs o, uşaqlıqdan tanıyır, Ceyhun onun uzaq qohumudur. Onun Ceyhunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 o, uşaqlıqdan həmkəndlisi və qonşusu kimi tanıyır. Onun Ələsgərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Ceyhun qohumu kimi onun yaşadığı evə gəlib-getmişdir. 2019-cu ilin yay aylarında yoldaşı Ramilə ona həyətdə kiminsə gəzməsini demişdir. Bu söhbətdən sonra o, həyətində kiminsə olmasını izləməyə başlamışdır. Bu məsələni o, qohumu Mahirə deyərək, Mahirdən kömək istəmişdir. O, və Mahir həyətində gəzən şəxsi axtarmağa başlamışlar. Həmin vaxt bir dəfə o, evdə olarkən evin həyətində kiminsə olmasını görmüşdür. Bundan sonra o, dərhal həyətə düşən şəxsin arxasınca getsədə tuta bilməmişdir. O, qonşusu Ələsgərə həyətində adam gəzməsini demiş, həmin adamı gördükdə ona deməsini demişdir. Bu hadisələr sonra 2021-ci ilin yanvar ayının sonlarında Ələsgər ona zəng etmişdir. O, Ələsgərə evdə olmağını dedikdə, Ələsgər onun yaşadığı evə gəlib onunla söhbət etmişdir. Onun həyətinə düşən şəxsin Ceyhun olmasını demişdir. O, bu söhbət barədə Mahiri çağırmış və Mahirlə Ceyhun barədə danışmışdır. Mahir onunla söhbətdən sonra evə getmişdir. O, Mahir və Babək Ceyhun ilə söhbət etməyi razılaşmışdır. Onun yaşadığı evin kənarında kənd çayçısı var. Həmin vaxt Mahir ona zəng edərək çayçıdan Ceyhun və Ələsgər çıxdığını, onunda gəlməyini demişdir. O, yaşadığı evdə çıxdıqda Ceyhun Mahirə məxsus VAZ 2107 markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobilin ön oturacağında Babək və Ələsgər isə avtomobil arxa oturacağında oturmuşlar. O, həmin avtomobilə oturmuşdur. Saat 21 radələrində Mahir avtomobili Horuzlu meşəsinə tərəf edarə edib, meşənin içərisində avtomobili saxlamışdır. Avtomobildən düşüb, avtomobilin yanından kənara çəkilmişlər. Mahir Ceyhuna hansı səbəbdən Ələsgərin və Turalın evinlərin həyətinə düşüb evin içərisinə baxmağını soruşmuşdur. Mahir Ceyhuna yaxın olmağını hansı səbəbə evləri girməsini yenidən soruşmuşdur. Ceyhun içkili olmasını, hansı səbəbdən evlərə girməsini bilmədiyini demişdir. Ceyhunu başını aşağı salıb onu bağışlamaqlarını demişdir. Mahir Ceyhuna açıqlama verməsə camaatın qarşısını ala bilməyəcəyini demişdir. Ceyhun Mahirə heçnə deməmişdir. Bu zaman o, Ələsgər, Babək və Mahir Ceynunun anasına, nəslinə və varyoxuna söymüşlər, Ceyhun sakitcə durub onlara qulaq asmışdır. Ələsgər Ceyhunun sol göz nahiyəsindən əliylə vurmuşdur. Ceyhuna nə etməyi məsləhətləşmişlər. Mahir Ceyhunu döyməyi təklif etmişdir. Lakin o, Babək və Ələsgər Mahirlə razılaşmamışlar. O, Babək və Ələsgər Ceyhunun başına işəməyi təklif etdik. Ələsgər Ceyhuna şalvarını aşağı çəkməyini demişdir. Ceyhun şalvarını və alt paltarını aşağı çəkmişdir. Mahir bu zaman telefonuyla Ceynuhunu çəkməyə başlamışdır. O, Ceyhunun boynundan tutub aşağı əyməyə başlamış, Ələsgər isə Ceyhunun üstünə işəməyə başlamışdır. Ələsgər Ceyhunun bacısını söymüşdür. Ələsgər Ceyhunun başına işəmişdir. O, bu zaman əliylə Ceyhunu başından vurmuşdur. Mahirdə Ceyhunu söymüşdür. Bundan sonra o, Ceyhunun papağına işəyib Ceyhunun başına taxmışdır. Babəkdə bu zaman Ceyhunun üstünə işəməyə başlamışdır. Ələsgər yenidən Ceyhunu soyundurmağa başlamış və əynində olan kurtkanı və koftanı çıxartmışdır. O, Ceyhuna yerə oturmağı demişdir. Mahir Ceyhuna arvadı ilə cinsi əlaqəda olacağını demişdir. Ələsgər bu zaman Ceyhunun kurtkasının cibindən götürdüyü pulları üzünə çırpmışdır. O, Mahir, Ələsgər və Babək Mahirin avtomobilə oturub evə qayıtmışdır. Bu hadisədən sonra o, bu şəxslərlə arada bir görüşmüşdür. 08 fevral 2021-ci il tarixdə saat 20 radələrində o, Ələsgərdən Ceyhunu kənd qəbirstanlığında bıçaqla vurmasını öyrənmişdir. Həmçinin Təqsirləndirilən şəxs3 ifadəsində göstərmişdir ki, o, Ceyhunu vurmamış, Ələsgər Ceyhunun başına işəsin diyə əliylə başından tutub aşağı əymiş, həmçinin o, Ceyhunun papağını işəyib Ceyhunun başına taxmış və Ceyhunu nəlayiq söyüşlərlə söymüşdür. Videogörüntülər olan şəxslərdən Ələsgər, o və Babək Ceyhunu söyərək üstünə işəyirlər. Videonu çəkən şəxs isə Mahirdir. Həmçinin Mahirdə onu hadisə zamanı söymüşdür. Zərərçəkmiş şəxs gödəkcəsinin cibindən pulları Ələsgər götürərək Ceyhunun üzünə çırpmışdır. Lakin həmin vaxt Ceyhunun pulları yerə tökülsədə pulları götürən olmamışdır. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs4 ona elan edilmiş ittihamla özünü təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, pendir istehsalı ilə məşğul olur, onun Bərdə şəhəri Kələntərli qəsəbəsində sexi var. Zərərçəkmiş şəxs o, uşaqlıqdan tanıyır. Onun Ceyhunla heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs1 o, uşaqlıqdan tanıyır. Onun Ələsgərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 2019-cu ilin yay aylarında əmisi oğlu Tural ona pəncərəsini güdən olmasını demişdir. Tural evdə yatarkən kimisə görməsini və həmin şəxsin arxasınca qaçmasını, lakin tuta bilməməsini demişdir. Bundan sonra o və Tural gecələr küçədə evləri güdən şəxsi tapmaq üçün gəzmişlər. Lakin sonradan həmin şəxsi tapa bilməmişlər. Turalın arvadı da həyətdə kimisə görməsini demişdir. Ona sonradan Ələsgərində həmin şəxsi axtarması məlum olmuşdur. Təxminin 2021-ci ilin yanvar ayının sonlarında Turalın yoldaşı Ramilə ona qapısında adam keçərək İlhamgilə getməsini demişdir. O, Ələsgərdən şübhəlib Ələsgərlə bu barədə söhbət etmişdir. Ələsgər ona gecəni evdə olmamasını demişdir. Bundan sonra o, Turalgilə getmişdir. O, Turala kəntdə Ələsgərin kimisə evlərini gedən şəxsi tutmasını demişdir. Bundan sonra o və Tural Ələsgərin yanına getmişlər. Ələsgər ilə söhbət etdikdə Ələsgər ona evlərin həyətinə daxil olaraq evləri gedən şəxsin Ceyhun olmasını bildirmişdir. Bu söhbətdən sonra o, evə getmişdir. Evdə oturarkən Ələsgərə bir iki dəfə zəng Ceyhunun yerini öyrənməsi üçün zəng etmişdir. Bir neçə dəqiqədən sonra Ələsgər ona zəng edərək Ceyhunun çayçıda olmasını bildirmişdir. O, özünə məxsus “VAZ 2107” markalı ** DM *** dövlət qeydiyyat nişanlı avtomobil ilə çayçıya tərəf getmişdir. O, bu zaman Babəkə zəng etmişdir. Babək ona zəng edib çayxanada olmasını demişdir. O, çayxanaya çatdıqda Ələsgər və Ceyhunun çayxanadan çıxıb kənd yolu ilə hərəkət etməsini görmüşdür. O, Turala zəng edib Ceyhunu avtomobil ilə götürməyini, Ceyhundan evdən çıxmasını demişdir. O, avtomobili onların yanına vermişdir. Ceyhun qabaqda əyləşmiş, arxada isə həmin vaxt Tural və Ələsgər əyləşmişdir. Arxadan isə Babək gəlib avtomobilə əyləşmişdir. Saat 21 radələrində o, avtomobili Horuzlu meşəsinə tərəf edarə edib, meşənin içərisində avtomobili saxlamışdır. Avtomobildən düşüb, avtomobilin yanından kənara çəkilmişdir. O, Ceyhuna hansı Ələsgərin və Turalın evinlərin həyətinə düşüb evin içərisinə baxmağını soruşmuşdur. O, Ceyhuna yaxın olmağını hansı səbəbə evləri girməsini yenidən soruşmuşdur. Ceyhun içkili olmasını, hansı səbəbdən evlərə girməsini bilmədiyini demişdir. Ceyhunu başını aşağı salıb bağışlamaqlarını demişdir. Ceyhuna açıqlama verməsə camaatın qarşısını ala bilməyəcəyini demişdir. Ceyhun ona heçnə deməmişdir. Bu zaman o, Ələsgər, Babək və Tural Ceynunun anasına, nəslinə və varyoxuna söymüşlər, Ceyhun sakitcə durub onlara qulaq asmışdır. Ələsgər Ceyhunun sol göz nahiyəsindən əliylə vurmuşdur. Ceyhunə nə etməyi məsləhətmişlər. O, Ceyhunu döyməyi təklif etmişdir. Lakin Tural, Babək və Ələsgər onunla razılaşmamışlar. Tural, Babək və Ələsgər Ceyhunun başına işəməyi təklif etmişlər. Ələsgər Ceyhuna şalvarını aşağı çəkməyini demişdir. Ceyhun şalvarını və alt paltarını aşağı çəkmişdir. O, bu zaman telefonuyla Ceynuhunu çəkməyə başlamışdır. Tural Ceyhunun boynundan tutub aşağı əyməyə başlamış, Ələsgər isə Ceyhunun üstünə işəməyə başlamışdır. Ələsgər Ceyhunun bacısını söymüşdür. Ələsgər Ceyhunun başına işəmişdir. Tural bu zaman əliylə Ceyhunu başından vurmuşdur. O isə Ceyhunu söymüşdür. Bundan sonra Tural Ceyhunun papağına işəyb Ceyhunun başına taxmışdır. Babəkdə bu zaman Ceyhunun üstünə işəməyə başlamışdır. Ələsgər yenidən Ceyhunu soyundurmağa başlamış və əynində olan kurtkanı və koftanı çıxartmışdır. Tural Ceyhuna yerə oturmağı demişdir. O, Ceyhuna arvadı ilə cinsi əlaqəda olacağını demişdir. Ələsgər bu zaman Ceyhunun kurtkasının cibindən götürdüyü pulları Ceyhunun üzünə çırpmışdır. O, Tural, Ələsgər və Babək onun avtomobilə oturub evə qayıtmışdır. Bu hadisədən sonra o, bu şəxslərlə arada bir görüşmüşdür. 08 fevral 2021-ci il tarixdə saat 20 radələrində qəbirstanlıqda o, X7 bıçaqla vurmasını öyrənmişdir. O, Ceyhunu vurmamış, lakin onu söymüşdür, videogörüntülər olan şəxslərdən Ələsgər, Tural və Babək Ceyhunu söyərək Ceyhunun üstünə işəyirlər. Videonu çəkən şəxs isə odur və Ceyhunu hadisə zamanı söymüşdür. O, Ələsgər, Tural və Babək Ceyhunu söyərək Ceyhunun üstünə işəməsi ilə razı olmuş, özü həmin vaxt videoçəkməyi öz üzərinə götürmüş, lakin Ceyhunun Turalın evinə baxması onada pis təsir göstərmişdir. O, Ceyhunu vurmasamda Ceyhunu nəlayiq söyüşlərlə söymüşdür. Ələsgər meşədə Ceyhunun üzünə pul çırpdıqdan sonra orada yerə dağılan pulları götürən olmamışdır. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxslər ittiham aktında onlara qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı zərəçəkmiş şəxs və mülki iddiaçı Zərərçəkmiş şəxs ifadə verərək bildirmişdir ki, o, Təqsirləndirilən şəxs1 həmkəndlisi kimi uşaqlıqdan tanıyır. Onun Ələsgər ilə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs2 o, həmkəndlisi kimi tanıyır, onun Babəklə yaxın münasibəti olmuş, heç bir düşmənçiliyi və ədavəti olmamışdır. Təqsirləndirilən şəxs4 o, həmkəndlisi kimi uşaqlıqdan tanıyır, onun Mahirlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs3 həmkəndlisi kimi uşaqlıqdan tanıyır, onun Tural ilə yaxın münasibəti olmuşdur, onun Turalla heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 02 yanvar 2021-ci il tarixdə saat 19 radələrində o, yaşadığı Bərdə rayonu Qazaxlar kəndində yerləşən evində qardaşı Xanlar və həmkəndlisi X3 ilə birlikdə yeyib içmişlər. Qardaşı onlarla bir müddət oturduqdan sonra yaşadığı Yevlax şəhərinə yola düşmüşdür. O, Seymur ilə bir litr araq içib kəndə hava almağa çıxmışdır. Saat 23 radələrində o, Seymurdan aralanmış, Seymur evinə getmiş o, isə öz evinə getməyə tərəf başlamışdır. Lakin o, evə getməyərək yolda həmkəndlisi İntiqamın oğlunun əsgərlikdən gəlməsi münasibəti ilə təbrik etməsi üçün İntiqamgilə getmiş,. İntiqamgildə bir stəkan çay içib tort yeyib yenidən kəntdə gəzməyə başlamışdır. O, çox içkili olduğundan kənd yolundan gedərkən bir küçədə yaşadığı Tural evinin yanından keçərkən o, hasardan onun evinə həyətinə daxil olmuşdur. O, həyətə düşdükdən sonra yaşayış evinin arxasından keçib pəncərədən evin daxilinə baxarkən evin içərisində o, Turalı görmüşdür. Bu zaman o, evin giriş qapısına keçib Turalı çağırmaq istəyəndə, onu Ələsgər çağırmışdır. O, rüsvay olmaqdan, Turalın adına bir pis söz gəlməyindən qorxub, oradan qaçıb yola çıxmışdır. Sonra isə evə getmişdir. Bu zaman darvazanın qarşısına çatdıqda Ələsgər atasına məxsus 050 *** ** ** saylı mobil nömrə ilə ona zəng etmişdir. Ələsgər ona harda olmağını, olduğu yerdə qalmağını, onunla işi olmasını demişdir. Ələsgər bir neçə dəqiqə sonra onun yanına gəlmişdir. Ələsgər ona harada olmağını soruşmuşdur. O, kəntdən gəlməyini demişdir. Ələsgər ona Turalın evinin pəncərəsinin altında onu görməyini demişdir. O, Ələsgəri kəndin kənarında olan torpaq sahəsinə getməyi demişdir. Torpaq sahəsinin kənarında kənd yolunda o, Ələsgərdən içkili olmağını, bilmədən Turalın həyətinə daxil olmağını deyib, bu söhbəti kiməsə danışmamağını xahiş etmişdir. Onun Turalın həyətinə düşməməsinin yayılması, yəni onun kəntdə olan etibarımı itirərək, onun və Turalın yoldaşının adına rüsvay edici söz yayılma ola biləcəyini anlamışdır. O, onun və dostu Turalın arvadı ilə adımın çıxması xəcalət çəkmiş, onun ailəsinin dağılmasına səbəb ola biləcəyini anlamışdır. O, Ələsgərə bu söhbəti bağlamağı xahiş etmiş, belə hərəkətlər etmək kəntdə ayıbdır və qəbul edilməz olmasını bildirmişdir. Ələsgər onun Turalın həyətinə düşməsini kəndə yaymaması qarşılığında ondan 1000 manat pul tələb etmişdir. O, Ələsgərə çoxlu borcunun olmasını, 1000 manat pulunun olmamasını demişdir. Ələsgər çox adamın həyətinə düşməsini demiş, o isə Ələsgərə kiminsə həyətinə düşməməyini demişdir. Bu zaman Ələsgər ona 03 yanvar 2021-ci il saat 12 radələrinədək 1000 manat verməyəcəyi halda onun Turalın evinə düşməyini kəntdə yayaraq onu biyabır edəcəyini demişdir. Ələsgər onu qorxutmaq üçün silahının olmasını, heç kimdən qorxmamasını, ondan alacağı pulu isə 500 manatını içəridə, yəni cəzaçəkmə müəssələrində olan dostlarına yollayacağını demişdir. 03 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Ələsgər ona zəng etdikdə, o, Ceyhuna görüşməyi demişdir. O, Ələsgər ilə yaşadığı evin darvazasının qarşısında görüşüb, “Hələc” adlı kəndin ərazisində yerləşən kolluğa getmişdir. O, orada Ələsgərə onun Turalın həyətinə düşməyini heç kimə deməməsi üçün yalvarmış, lakin Ələsgər 1000 manatı verməsə bu söhbətin bağlanmayacağını demişdir. O, kəntdə biyabır olmamağa görə üstündə olan 500 manat pulu Ələsgərə vermişdir. Ələsgər ona 10 yanvar 2021-ci il tarixədək yerdə qalan 500 manatı verməsi üçün müddət qoymuşdur. O, Ələsgər ilə razılaşmamışdır. Sonradan bir neçə gün sonra Ələsgər ona “What`s app” vasitəsilə yazaraq ondan yerdə qalan 500 manatın 300 manatını istəmiş, yerdə qalan 200 manatı isə fevralın əvvəllərində verməyini demişdir. 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində o, evdə olarkən səhər dayanmadan ona zəng edən Ələsgərin telefonuna cavab vermişdir. Ələsgər ona yaşadığı evə gələrək onun ailəsi Turalın həyətinə düşməyini deyəcəyini ona deyib, ondan yerdə qalan 500 manat pulu istəmişdir. Bir müddət sonra Ələsgər yaşadığı evə gələrək onu çağırmışdır. O, darvazanın qarşısına çıxaraq Ələsgər ilə görüşmüşdür. Bu zaman orada Ələsgərə evdə qonaq olmasını, sonra danışmağı demişdir. Onun və Ələsgərin səsinə yanına qonşu Nurlan gəlmişdir. Eyni vaxtda isə idarə etdiyi “VAZ 2107” markalı avtomobil ilə Muradda yanına gəlmişdir. Murad o və Ələsgər ilə görüşmüşdür. Bir neçə dəqiqə Murad ilə söhbət etdikdən sonra Ələsgər onu kənara çağırmışdır. Murad və Nurlan getmişlər. O və Ələsgər kənd yolu ilə hərəkət edərkən söhbət etmişlər. Ələsgər ona: “Mən var yox söyüncü söymüşəm, yerdə qalan 500 manat pulu səndən alacam... Mən...sənin pulun var ya yoxdu”-sözlərini demişdir. O, bundan sonra Ələsgərdən aralaşıb evə getmişdir. O, evdə olarkən saat 21 radələrində “What`s app” vasitəsi ilə Ələsgər ona yazaraq onu çölə çağırmışdır. Çölə çıxdıqda o Ələsgərə zəng etmiş, Ələsgər onun darvazasının qarşısına çatdığını demişdir. Ələsgər onun yanına gəldikdə pul lazım olduğunu demişdir. O, Ələsgərə xəstə olmağını, pulunun olmadığı demişdir. O, üzərində olan 90 manat puldan 50 manatı Ələsgərə verib, Ələsgərə: “Ələsgər ala bu 50 manat pulu, nə edirsən et, məndən əlçək, mənim söhbətimi bağla ”-demiş və 50 manatı Ələsgərə vermişdir. Ələsgər ona onun Turalın həyətinə girməyimin söhbətinin üstündən keçməyəcəyini deyib, üzərində nə qədər pul olmasını soruşmuşdur. O, üzərində olan 40 manatı çıxartdıqda, Ələsgər ondan 40 manat puluda tələb etmişdir. O, Ələsgərin onun Turalın həyətinə düşməyini kiməsə yaymasından qorxub 40 manatıda Ələsgərə vermişdir. Ələsgər ona söhbətin bağlanmağını bildirmişdir. 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində o kəndin mərkəzində olan çayxanaya getmişdir. Çayxanada Ələsgər, Nurlan və Seymuru görmüşdür. O, Ələsgər, Nurlan və Seymurun yanına getmişdir. O, Seymur ilə çayxananın qarşısına çıxıb söhbət etmişdir. Babək kənd tərəfdən onlar tərəfə gəlib, salam vermişdir. Çayxananın içərisinə keçmişdir. Çayxanadan bir nüçə dəqiqə sonra Ələsgər ilə çölə çıxmışdır. Ələsgər çöldə Babək ilə söhbət edərkən, Babəkdən telefon alıb kənara çəkilmişdir. Ələsgər telefonla danışmışdır. Ələsgər evə gedən olmasını soruşmuşdur. O, Ələsgər birlikdə getməyi təklif etmişdir. O, Ələsgər ilə gedərkən Babək ondan 20-30 addım geridə telefonla danışaraq gəlmışdir. Bu zaman Mahirin idarə etdiyi ** DM *** dövlət qeydiyyat nişanlı ağ rəngli “VAZ 2107” markalı avtomobili o və Ələsgərin yanında, Turalın darvazasının qarışısında saxlamışdır. Ələsgər ona avtomobilə oturub belə getməyi demişdir. O, könüllü olaraq avtomobilin ön oturacağında oturmuşdur. Arxada sol tərəfdə Babək, ortada Ələsgər, sağ tərəfdə isə evdən çölə çıxan Tural gəlib oturmuşdur. Darvazasının qarşısına çatdıqda o, düşməyi demişdir. Bu zaman Ələsgər belə getməyi iş olmağını demişdir. O Ələsgərlə razılaşıb könüllü olaraq getmişdir. Bu zaman Tərtər rayonu Kəbirli kəndinin kənarında Horuzlu meşəsində Mahir avtomobili saxlamışdır. Meşənin içərisində avtomobildən düşmüşlər. Təxminən avtomobildən 50 metr aralaşmışlar. Babək ona bu nə hərəkət etməyini soruşmuşdur. O, Babəkə nə etməsini demişdir. Babək ona Ələsgərin onu Turalın evinin həyətində tutmasını demişdir. Mahir ona hansı səbəbdən Turalın evinlərin həyətinə düşüb evin içərisinə baxmağını soruşmuşdur. Mahir ona yaxın olmağını hansı səbəbə evləri girməsini yenidən soruşmuşdur. O, içkili olmağını, səvh hərəkət etməyini demişdir. O, orada olanlardan onu bağışlamaqlarını xahiş etmişdir. Mahir ona açıqlama verməsə camaatın qarşısını ala bilməyəcəyini demişdir. Bu zaman Ələsgər, Tural, Babək və Mahir onun anasına, nəslinə və varyoxuna söymüşlər, o, Ələsgər, Tural, Babək və Mahirdən qorxub heçnə deyə bilməmişdir. Ələsgər onu sol göz nahiyəsindən əliylə vurmüşdür. Tural, Ələsgər, Babək və Mahir ona nə etməyi məsləhətləşmişlər. Mahir onu döyməməyi demişdir. Ələsgər, Tural və Babək onun başına işəməyi təklif etmişlər. Ələsgər ona şalvarını aşağı çəkməyini demişdir. O, şalvarını və alt paltarını aşağı çəkmişdir. Mahir bu zaman telefonuyla onu çəkməyə başlamışdır. Tural onun başında olan papağı çıxadıb götürərək, onun boynundan tutub aşağı əyməyə başlamışdır. Ələsgər isə onun üstünə işəməyə başlamışdır. Ələsgər onun bacısına söymüşdür. Ələsgər və Babək onun başına işəmişlər. Tural bu zaman əliylə onun başından vurmuşdur. Mahirdə bu zaman onu nəlayiq söyüşlərlə söymüşlər. Bundan sonra Tural onun papağına işəyib onun başına taxmışdır. Tural bu zaman onun üstünə işəməyə başlamışdır. Ələsgər yenidən onu soyundurmağa başlamış və əynində olan kurtkanı və koftanı çıxartmışdır. Tural ona yerə oturmağı demişdir. Ələsgər isə kurtkasının cibində olan 4500 manatı götürüb sifətinə tutub pulu başına çırpmışdır. Mahir ona arvadı ilə cinsi əlaqəda olacağını demişdir. O, bundan sonra əynini geyinmiş və pulu yerdən yığmağa başlamışdır. 05 fevral 2021-ci il tarixdə saat 06 radələrində həmkəndlisi Şöhrət ilə Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına getmişdir. O, üzərində 1390 manat pulu mal alıb satması üçün götürmüşdür. Bu zaman həmkəndlisi Turan adlı şəxs ona borclu olduğu 50 manat pulu vermişdir. Bazarda Ələsgər onun yanına gəlmişdir. O, Ələsgərə hansı səbəbdən kəntdə onun Turalın evinə düşməyini yaymasını soruşmuşdur. Ələsgər söyüş söyərək yaymamasını demişdir. O, Ələsgərdən borca verdiyi 800 manat pulu istəmişdir. Ələsgər pulu ona verməyəcəyini demişdir. O, 01 baş 820 manat dəyərində dana almışdır. Cibində 620 manat pul qalmışdır. Lakin o, aldığı malı sata bilməmişdir. Bundan sonra Ələsgər ona xatırlamadığı nömrə ilə zəng edib kənara çəkilməyi demişdir. Saat 10 radələrində o, mal bazarında “Qazelin” arxasına dana ilə birlikdə keçmişdir. Ələsgər ondan üzərində nə qədər pul olmasını soruşmuşdur. O, pulunun olmamasını dedikdə Ələsgər onun yaxasından tutub diziylə xəyasından vurmuşdur. O, əliylə cibindən 620 manat pul çıxartmışdır. Ələsgər həmin pulu onu söyərək əlindən almışdır. Həmin vaxt o, dananı götürüb getmək istədikdə Ələsgər ona dananı aparsa onu camatın içərisində vurmağını demişdir. Bundan sonra Ələsgər diri çəkisi 180 kq olan dananı özü açıb aparmışdır. Həmin vaxt orada Rəşad adlı şəxs olmuşdur. O, Ələsgərə dananı açmamağını dedikdə Ələsgər zorla dananı açıb getmişdir. Həmin vaxt o, Ələsgərə yol pulunun olmasını dedikdə Ələsgər ona 50 manat vermişdir. O, dananın aparmamasını, cibində pulunun olmamasını dedikdə yenidən ona 50 manat pul vermişdi. 08 fevral 2021-ci il tarixdə mən evdə olarkən Ələsgər ona zəng etmişdir. O, telefonu götürdükdə Ələsgər onunla söhbətinin olmasını demişdir. Saat 16 radələrində o, telefonuna cavab verdikdə Ələsgər onu qəbirstanlığa çağırmışdır. O, kəndin qəbirstanlığının kənarında Ələsgər ilə görüşmüşdür. Ələsgər ona hansı səbəbdən yaşadığı evin həyətinə düşməyini demişdir. O, Ələsgərə evinin həyətinə düşməməyini demişdir. O, Ələsgərə onun həyətinə düşən şəxsin var yoxuna söymüşdür. Ələsgər ona var yoxunun olmadığını demişdir. O, Ələsgərdən ondan nə istəməsini demişdir. O, Ələsgərin yaxasında tutmuş, Ələsgə bu zaman cibindən bıçaq çıxartmışdır. O, əliylə Ələsgərin sifət nahiyəsinə əliylə vurmuş, lakin dəyib-dəymədiyini bilmir. Ələsgər isə bıçaqla onun sol budundan vurmuşdur. Bu zaman Teymur adlı şəxs gəlib onu və Ələsgəri aralamışdır. Ələsgər isə çıxıb getmişdir. Teymur ona köməklik edib evinə gətirmişdir. Həmin günün gecəsi onun qan axması kəsmədiyindən qaynatası Əli onu Bərdə rayon mərkəzi xəstəxanasına ambulansla gətirmişdir. Zərəçəkmiş şəxs Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizə ilə müraciət edərək ona dəymiş 2060 manat maddi və 50.000 manat mənəvi ziyanın ödənilməsini tələb etmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun kürəkənidir. Təqsirləndirilən şəxs1 o uşaqlıdan tanıyır, onun Ələsgərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. 08 fevral 2021-ci il tarixdə saat 22-23 radələrində o, yaşadığı evdə yatarkən oğlu Əliyar və Vüsalə onun yaşadığı evə gəlmişdir. O, Əliyar və Vüsalənin yanına getdikdə Vüsalə ona Ceyhunun Ələsgər tərəfindən bıçaqlanması demişdir. O, tez oğlu Əliyar ilə birlikdə Qazaxlar kəndinə Ceyhunun yanına getmişdir. O, tez 09 fevral 2021-ci il tarixdə saat 02 radələrində təcili tibbi yardıma zəng etmişdir. Əliyar isə Kəbirli kəndinə qayıtmışdır. Təcili tibbi yardım ilə Bərdə RMX-na getmişdir. O, xəstəxanada Ceyhundan 08 fevral 2021-ci il tarixdə saat 16 radələrində pul üstündə düşən mübahisə zamanı Ələsgərin Ceyhunu bıçaqla vurmasını öyrənmişdir. Daha sonra isə polis əməkdaşları xəstəxanaya gəlmişlər. Ceyhun bu zaman 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixdə həmkəndliləri Ələsgər, Babək, Tural və Mahir adlı şəxs tərəfindən kənd ətrafı meşəyə aparılmasını, meşədə sonuncuların Ceyhunu nəlayiq söyüşlərlə söymüşlər, Ceyhunun əynindəki paltarları əynindən çıxardıb üstünə işəmişlər və baş verən hadisəni telefona çəkmişlər. Həmçinin o, Ələsgər Ceynuhun içkili olaraq Turalın həyətinə düşməsini digər şəxslərə yayması ilə hədə qorxu gəlib onun bilmədiyi məbləğdə pullarını almış, mal bazarında isə üstündə olan pulları və 01 baş malını almasını öyrənmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 uşaqlıqdan tanıyır. Onun Ələsgərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Zərərçəkmiş şəxs o, qonşu kimi tanıyır. Onun Ələsgərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. Onun “VAZ 2107” markalı ** BM *** dövlət qeydiyyat nişanlı avtomobili var. Həmin avtomobil ilə o, taksi fəaliyyəti ilə məşğul olur. Tarixini dəqiq deyə bilməyəcəyi bir vaxtda Ələsgər ona zəng vuraraq Ceyhunda 500 manat pulun olmasını bildirdi. O Ceyhundan pulu götürərək Ələsgərin verdiyi karta göndərmişdir. 11 fevral 2021-ci il tarixdə kənd caamatı arasında gedən söhbətlərdən Zərərçəkmiş şəxs həmkəndliləri Təqsirləndirilən şəxs4, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 tərəfindən Qazaxlar kəndinin yaxınlığında yerləşən meşədə üstünəyə işəməkəri və Ceyhunu nəlayiq söyüşlərlər söyməsini bilmişdir. Təqdim edilən videoya baxmış və Zərərçəkmiş şəxs görmüş, həmin videoda Ceyhunun şalvarını aşağı çəkilib üstünə işəmişlər. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 ifadə verərək bildirdi ki, o, Goranboy rayonu N saylı hərbir hissədə müddətdən artıq hərbi xidmətçi qismində işləyir. Zərərçəkmiş şəxs əmisidir. Təqsirləndirilən şəxs1 uşaqlıdan tanıyır, Ələsgər onun sinif yoldaşı olmuş, onun Ələsgərlə heç bir düşmənçiliyi və ədavəti yoxdur. O, İİ Vətən müharibəsində iştirak etdikdən sonra yaşadığı Qazaxlar kəndinə qayıtmışdır. 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində o, işdən qayıdarkən əmisi Ceyhunu yaşadığı Bərdə rayonu Qazaxlar kəndində olan evinin darvazasının qarşısında Ələsgər və Nurlan ilə birlikdə durmuşdur. O, özünə məxsus VAZ 2107 markalı ** BD *** dövlət qeydiyyat nişanlı avtomobili kənd yolunda darvazanın yaxınlığında saxlamışdır. O, avtomobildən düşüb Ələsgər, Nurlan və Ceyhun ilə görüşmüşdür. Bir az Ələsgər, Nurlan və Ceyhunla söhbət etdikdən sonra Ələsgər Ceyhunu kənara çəkilməyi, Ceyhunla işi olmasını demişdir. Ələsgər və Ceyhun bu zaman Nurlanın yaşadığı evləri tərəfə getmişlər. Nurlan isə Ceyhunun yaşadığı evin darvazasının qarşısında dayanmışdır. Bundan əlavə, 08 fevral 2021-ci il tarixdə Ələsgər onun əmisi Ceyhunu Qazaxlar kəndi ərazisində yerləşən qəbirstanlığa çağırıb Ceyhunun evinin həyətinə hansı səbəbdən düşməsini deyərək mübahisə etmiş və bu zaman Ələsgər Ceyhunu bıçaqla vurmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadə verərək bildirdi ki, o, Zərərçəkmiş şəxs qonşu kimi uşaqlıqdan tanıyır. Onun Ceyhun ilə heç bir ədavəti və düşmənçiliyi yoxdur. Təqsirləndirilən şəxs1 o, uşaqlıqdan tanıyır. Ələsgər onun sinif yoldaşı olmuşdur. Ələsgərlə onun heç bir ədavəti və düşmənçiliyi yoxdur. 05 fevral 2021-ci il tarixdə gecə saatlarında Ceyhun ona zəng edərək idarə etdiyi “Qazel” markalı avtomobildə yer olubolmamasını soruşmuşdur. O, Ceyhuna yer olmasını demişdir. Bu zaman səhər saatlarında Ceyhun onunla birlikdə Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarına yollanmışdır. Mal bazarına çatdıqda Ceyhun avtomobildən düşüb mal bazarında mal alıb-satmağa getmişdir. Bundan sonra həmin günü o, Ceyhunu və Ələsgəri görməmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid6 ifadə verərək bildirdi ki, Zərərçəkmiş şəxs onun oğludur. 08 fevral 2021-ci il tarixdə o oğlu Ehtiramın Laçın şəhərində olmasından Ceyhunun evində qalmışdır. Saat 00 radələrində Ceyhun ona zəng edərək bıçaqlanmasını bildirmişdir. 09 fevral 2021-ci il tarixdə səhər o, xəstəxanaya getmişdir. Xəstəxanada olarkən o, Ceyhunun Ələsgər tərəfindin sol budundan bıçaqlamasını bilmişdir. Səbəb olaraq Ceyhun ona Ələsgər ilə arasında olan pul söhbətlərinə görə baş verməsini demişdir. Bundan sonra o, Ceyhundan Ceyhunun təxminən 18 yanvar 2021-ci il tarixdən 20 yanvar 2021-ci il tarixədək olan müddət ərzində Ələsgər, Tural, Babək və Mahir tərəfindən kənd ətrafı olan meşəyə aparılmasını və meşədə sonuncular onun üstünə işənməsi və söyülməsini öyrənmişdir. Ceyhun meşədə baş verən hadisələri utandığından heç kimə danışmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid8 ifadə verərək bildirdi ki, Təqsirləndirilən şəxs1 onun oğludur. Zərərçəkmiş şəxs onun qonşusudur. Onun Ceyhub heç bir düşmənçiliyi və ədavəti olmamışdır. 09 fevral 2021-ci il tarixdə o, polis şöbəsində Ələsgərin saxlanmasını örəndikdən sonra polis şöbəsində yollanmışdır. Polis şöbəsində o, Ələsgərin cinayət törətməsini öyrənmişdir. O, kəndə qayıtdıqdan sonra Ələsgərin Ceyhunu bıçaqlamasını və buna görə polis şöbəsində olmasını bilmişdir. O, yenidən polis şöbəsinə gəldikdə Ələsgərin Ceyhunu qorxuzaraq pulunu almasını və Mal bazarında Ceyhunun pulunu və baş malını aparmasını, Tural, Babək və Mahirlə birlikdə kəndin kənarında olan meşəyə apararaq Ceyhunu söyüb üzərinə işəməsini öyrənmişdir. İş materiallarına əlavə edilmiş 09 fevral 2021-ci il tarixli baxış protokolundan və prokola əlavə edilmiş videogörüntülərdən görünür ki, Zərərçəkmiş şəxs məxsus qara rəngli “Samsung” markalı mobil telefonun “What`s app” sosial şəbəkəsinə daxil olundu, “Elesger” adı ilə söhbətdə yazışmalarda “Elesger” adlı şəxsdən: “Geleceysen soyuqbulağa ...”, “...kartın çıxartdın, çıxardım”, həmçinin 16 saniyə müddətində səs yazısı: “sənə yazıram hardasan, ... sənin ağzını, gəlirəm kəndə yığacam səni çıx yola.”. Bundan sonra Təqsirləndirilən şəxs1 məxsus 050 *** ** ** saylı mobil nömrə ilə Zərərçəkmiş şəxs: “Bir dəfələrik bağlanacaq sənol. Eşitdin, deyəsən başa düşmədin məni”. Həmçinin 31 saniyəlik səs yazısında: “Özüm gələcəm axşam, saat 8-9-da, oturarıq maşında, yəni əvvəl nətər olmuşdu, elə olacaq, mən özüm gələndə söhbəti bağlayacam. İkimiz söhbət edəcəyik, heç kim olmayacaq, ya keçərik məhlənin arxasına”-sözlərini deyir. İş materiallarına əlavə edilmiş 09 fevral 2021-ci il tarixli Təqsirləndirilən şəxs4 təqdim etdiyi “DVD” diskə baxış protokolundan görünür ki, “DVD” disk “Sony” markalı noutbuka taxıldı və “KM Player” vasitəsilə açılaraq baxış keçirildi. Videoda bir nəfər kişinin şalvarının aşağı çəkilməsi, onun üzərinə su sıçraması, kişinin cinsi orqanının çöldə qalması, həmin şəxsin: “Mahir o işi görmə nə olar”- deyir. Bundan sonra əlini üzünə tutur. Onun ətrafında video çəkən şəxsdən başqa daha iki nəfər görünür. Başına kopyuşon keçirdən şəxs boynundan tuturaq başını aşağı əyir, ətrafda olan şəxslər: “Sənin ağzını...”-deyir, “Sənin arvadını... Sənin bacını...Başını aşağı əy...”-sözlərini deyir. Üstünə su sıçrayan şəxs: “ ta bəsdi...”-sözlərini deyir. Ətrafda olan şəxslər: “Ceyhun sənə yaxşılıq düşmür... Sənin varyoxunu, peysər”sözlərini deyir. Bir nəfər şəxs əliylə onun baş nahiyəsinə vurur. Kamera çəkən şəxs: “Sən çox ... adamsan”-deyir. Bundan sonra Ceyhun əyninə soyunması deyilir. Ceyhun ta bəsdi, bir nəfər şəxs isə onun cibindən papağı götürür. Ceyhuna əynindən paltarını soyunmağı deyilir. Ceyhun Babək dayan deyir. Həmin vaxt kamera çəkən şəxs isə: “soyunda...”-deyir. Digər şəxs isə: “Papağına işəyirəm...”-deyir. Ceyhun əynindəki paltarları çıxardır. Ceyhunun başına papaq taxılır. Bir nəfər hərbi geyimli şəxs təpiklə Ceynunu vuraraq söyür və Ceyhun yerə yıxılır. Ceyhun: “Ta bəsdi...nə olar... elədiyinizi elədiniz...”-deyir. Bu zaman Ceyhunun üzünə pul çırpılır. Təqsirləndirilən şəxs4 Ceyhunun üzərinə işəyək onu vurub söyən şəxslərin özünün, Ələsgər, Tural və Babək adlı şəxslərin olmasını bildiririr. Videogörüntü 03 dəqiqə 08 saniyə davam edir. İş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə şübhəli bilindiyindən şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarına əlavə edilmiş 20 fevral 2021-ci il tarixdə cinayət işi üzrə cinayət əməli Azərbaycan Respubliksı Cinayət Məcəlləsinin 133.1-ci maddəsindən həmin Məcəllənin 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələrinə tövsif edilmişdir. İş materiallarına əlavə edilmiş 20 fevral 2021-ci il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs1 təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir İş materiallarına əlavə edilmiş 20 fevral 2021-ci il tarixdə Bərdə Rayon Məhkəməsinin hakimi Məhərrəm Allahverdiyev tərəfindən Təqsirləndirilən şəxs1 barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 11 mart 2021-ci il tаriхdə Təqsirləndirilən şəxs2 оğlu cinayət işi üzrə Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifаyət qədər sübutlаr оlduğu üçün həmin mаddə ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 02 aprel 2021-ci il tаriхdə X20 оğlu cinayət işi üzrə Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifаyət qədər sübutlаr оlduğu üçün həmin mаddə ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 06 aprel 2021-ci il tаriхdə Təqsirləndirilən şəxs4 оğlu cinayət işi üzrə Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətdiyinə kifаyət qədər sübutlаr оlduğu üçün həmin mаddə ilə təqsirləndirilən şəхs qismində cəlb edilmiş və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. İş materiallarına əlavə edilmiş 09 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri ilə istintaq edilən ********* nömrəli cinayət işi üzrə cinayət əməli həmin Məcəllənin 128, 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələrinə tövsif edilərək istintaqı həmin maddələr ilə davam etdirilmişdir. Cinayət işi üzrə ifadələr arasında ziddiyətləri aradan qaldırmaq məqsədilə Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs1 üzləşdirilmişdir. Üzləşdirmə zamanı Zərərçəkmiş şəxs Təqsirləndirilən şəxs1 üzünə: “02 yanvar 2021-ci il tarixdə saat saat 23 radələrində Bərdə rayonu Qazaxlar kəndində sən mənə Turalın evinin pəncərəsinin altında məni görməyini dedin, sən mənim Turalın həyətinə düşməmi kəndə yaymamağının qarşılığında məndən 1000 manat pul tələb etdin. Sən 03 yanvar 2021-ci il saat 12 radələrinədək ona 1000 manat verməyəcəyim halda mənim Turalın evinə düşməyimi kəndə yayaraq məni biyabır edəcəyini dedin. 03 yanvar 2021-ci il tarixdə saat 12 radələrində sən “Hələc” adlı kəndin ərazisində yerləşən kolluğda sən kəntdə məni biyabır etməməyinə görə üstümdə olan 500 manat pul aldın. 12 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Bərdə rayonu Qazaxlar kəndində yaşadığım evin darvazasının qarşısında məndən Turalın həyətinə düşməyimi kəntdə yaşayan camaata yaymaqla məni qorxudub məndən 90 manat pul tələb etdin və mən rüsvay olmağımdan qorxub sənə 90 manat pul verdim. 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində Tərtər rayonu Kəbirli kəndində yerləşən Horuzlu meşəsində sən, Tural, Babək və Mahir məni söyüb təhqir edərək, mənə psixi iztirablar verərək mənim özüm-özümə söydürmüsünüz, sən, Tural, Babək üstümə işəmisiniz, sən Ələsgər məni soyundurub, məni təpiklə vurusan, mənim gödəkcəmin içərisindən pulları çıxardıb sifətimə vurursan. 05 fevral 2021-ci il tarixdə saat 10 radələrində Bərdə şəhəri, Alpoud kəndində yerləşən mal bazarında sən Ələsgər mənim yaxamdan tutaraq məndən pul istədi, mən pulum olmadığı dedikdə, diziylə xəyamdan bir dəfə vuraraq cibimdən çıxartdığım əlində olan 620 manat pulu əlimdən aldın, sonra isə “Qazel” markalı avtomobilə bağlanmış 01 baş 820 manat dəyərində 180 kq diri çəkisi olan erkək dananı bağlandığı yerdən açaraq mənim aparma sözlərimə məhəl qoymaraq apardın. 08 fevral 2021-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən qəbirstanlığın yaxınlığında mənim sənin həyətinə düşməmi səbəb gətirərək bıçaqla mənim sol budumdan vurdun.”- demişdir. İş materiallarına əlavə edilmiş 19 fevral 2021-ci il tarixli hadisə yerinə baxış keçirilməsi haqqında protokoldan və fotocədvəldən görünür ki, 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Tərtər rayonu, Horuzlu kəndində yerləşən meşədə Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermişlər və 08 fevral 2021-ci il tarixdə saat 16 radələrində Təqsirləndirilən şəxs1 Bərdə rayonu Qazaxlar kəndi ərazisində yerləşən kənd qəbirstanlığının yanında aralarında yaranmış şəxsi münasibətləri zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs əlində olan bıçaqla sol bud nahiyəsinə vuraraq ona sol budun ön-bayır səthinin budun içərisinə doğru kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. İş materiallarına əlavə edilmiş 18 fevral 2021-ci il tarixli ********* nömrəli cinayət işi üzrə əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, 08 fevral 2021-ci il tarixdə Zərərçəkmiş şəxs Bərdə rayonu Qazaxlar meşəsində yerləşən qəbirstanlıqda Təqsirləndirilən şəxs1 əlində olan bıçaqla vurarkən hadisəni görmüş şəxsləri və hadisə zamanı istifadə edilmiş bıçağın yerini müəyyən etmək mümkün olmamışdır. İş materiallarına əlavə edilmiş “MTE və PA” birliyinin 19 fevral 2021-ci il tarixli 134 saylı rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibbi müayinəsi zamanı aşkar edilmiş xəsarətlər- sol budun ön-bayır səthinin budun içərisinə doğru kəsilmiş-deşilmiş yarası kəsicideşici alət ola bilsin bıçaqla törənmişdir, müddəti qərarda göstərilən 08 fevral 2021-ci il tarixə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa Yüngül zərər vurmaya aiddirlər. İş materiallarına əlavə edilmiş “MTE və PA” birliyinin 20 fevral 2021-ci il tarixli 135 saylı rəyindən görünür ki, Təqsirləndirilən şəxs1 məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilmədi. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 31 mart 2021-ci il tarixli 9/1200 nömrəli rəyindən görünür ki, 1 baş bir yaşında diri çəkisi 180 kq olan iribuynuzlu heyvanın 2021-ci ilin fevral ayına olan orta bazar qiyməti nəzəri qaydada təxminən 850,00 manat müəyyən edilir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Gəncə şəhər Psixonevroloji Dispanseri 06 aprel 2021-ci il tarixli 44 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs sersor-perseptiv proseslərinin fərdi xüsusiyyətlərini və hadisə şəraitini nəzərə alaraq, o, iş üçün əhəmiyyətli halları düzgün qavraya bilmişdir. Baş vermiş hadisə zamanı Zərərçəkmiş şəxs psixoloji iztirab yetirilmişdir. İş materiallarına əlavə edilmiş 09 fevral 2021-ci il tarixli baxış protokolu ilə götürülmüş Təqsirləndirilən şəxs4 təqdim etdiyi Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlinin videogörüntüləri olan 01 ədəd DVD diski cinayət təqibi üzrə əhəmiyyət kəsb edən halların müəyyən edilməsinə kömək etdiyindən iş üzrə maddi sübut tanınmış və cinayət işinin materiallarına əlavə edilmişdir. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 17 fevral 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə rayon məhkəməsinin 13 yanvar 2012-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə 1500 manat cərimə cəzasına məhkum olunmuş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilmiş və götürülmüş, Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 17 fevral 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs4 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 17 fevral 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs3 əvvəllər məhkumluğu olmamışdır. İş materiallarına əlavə edilmiş Azərbaycan Respublikası DİN-nin BƏSİİ-dən dахil оlmuş 17 fevral 2021-ci il tаriхli tələbnаmədən görünür ki, Təqsirləndirilən şəxs1 əvvəllər məhkumluğu olmamışdır. Təqsirləndirilən Təqsirləndirilən şəxs1 törətmiş olduğu cinayət əməllərini qismən etiraf edərək, müdafiəsi üçün öz ifadəsində və cinayət işinin materialları ilə tanış olduqdan sonra özünü Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.3-cü maddələri ilə təqsirli bilməsini, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2, 180.2.4 və 182.1-ci maddələri təqsirli bilməməsini, Zərərçəkmiş şəxs hədələyərək hər hansı bir pul tələb etməməsini, Ceyhunu mal bazarında diziylə vurub 620 manat pulu və bir baş dananı aparmamasını dəlil gətirmiş, lakin şahid ifadələri, üzləşdirmə protokolu, ifadənin yerində yoxlanması bu dəlilini təkzib edilmiş, müvafiq olaraq 20 fevral 2021-ci il, 09 aprel 2021-ci il və 14 aprel 2021-ci il tarixdə müstəntiq tərəfindən qəbul edilmiş qərarla özünü müdafiə xarakterli kimi qiymətləndirilərək rədd edilmişdir. Həmçinin məhkəmədə onu xesusi olaraq vurğulamaq istəyir ki, Təqsirləndirilən şəxs1 məhkəmədə gətrdiyi dəlillər və əməlini qismən etiraf etməsi özünü müdafiə xarakteri daşıyır və cinayət məsuliyyətindən yaxa qurtarmaq məqsədi daşıyır. Təqsirləndirilən Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətmiş olduğu cinayət əməlini tam еtiraf еtməklə özlərini müdafiə üçün dəlillər göstərməmişlər. İş materiallarında olan Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materiallarında olan Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. O, İİ Qarabağ müharibəsinin iştirakçısıdır. İş materillarında olan Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. İş materillarında olan Bərdə rayonu Şatırlı kənd icra nümayəndəliyindən daxil olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs4 yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Beləliklə, məhkəmə sübutlаrı аyrı-аyrılıqdа və məcmu hаlındа qiymətləndirərək hesаb edir ki, təqsirləndirilən şəxslərin törətdiyi əməldə cinаyət hаdisəsinin və cinаyət tərkibinin оlmаsı, cinаyətin оnun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxslərin özünün etirafedici ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tаm sübutа yetirilmişdir. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Məhkəmə törədilmiş cinayət əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmiş və ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri ilə, Təqsirləndirilən şəxs2 oğlunun Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə, Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi düzgün tövsif olunmuşdur. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğluna, Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs4 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxslərin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs1 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsinin sanksiyasında min manatdan min beş yüz manatadək miqdarda cərimə və ya iki yüz qırx saatdan üç yüz altmış saatadək ictimai işlər və ya bir ilədək müddətə islah işləri və ya bir ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya bir ilədək müddətə azadlıqdan məhrumetmə cəzaları, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələrinin sanksiyasında üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 182.1-ci maddəsinin sanksiyasında üç ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3cü maddəsinin sanksiyasında iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzası nəzərdə tutulur. Qeyd edilən maddələr üzrə məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslər barəsində azadlıqdan məhrum etmə cəzaları təyin olunmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X14rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs1 himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs2 himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.4-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs4 himayəsində azyaşlı uşağının olması onun məsuliyyətini yüngülləşdirən haldır. Bu baxımdan da, məhkəmə bu qənaətə gəlir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 əməllərini etiraf etmələri, Təqsirləndirilən şəxs1 cinayət əməllərini qismən etiraf etməsi, onları ictimai dəyərlərə və ədalət mühakiməsinə hörmət hissinin qorunub saxlandığına dəlalət edir və səmimi peşmançılığını bildirmələri tutduğu əmələ görə özü-özlərini məzəmmət etdiklərini təsdiq edir. Məhkəmə onu da xatırladır ki, təqsirləndirilən şəxslər tərəfindən törətdikləri cinayət əməllərini səmimi etiraf edərək, peşmançılıq hissi keçirmələri törətdiyi cinayətlərə tənqidi münasibət bəsləməyən təqsirkarlardan fərqləndirmək üçün ciddi əsasdır. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.11-ci mаddəsinə əsasən Təqsirləndirilən şəxs1 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.11-ci mаddəsinə əsasən Təqsirləndirilən şəxs2 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.11-ci mаddəsinə əsasən Təqsirləndirilən şəxs3 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Аzərbаycаn Rеspublikаsı Cinayət Məcəlləsinin 61.1.11-ci mаddəsinə əsasən Təqsirləndirilən şəxs4 məsuliyyətini ağırlaşdıran hal yoxdur. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Çünki təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi, cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədlərini təmin edir. Belə ki, təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. İş materiallarından göründüyü kimi 09 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.3, 180.2.2 və 180.2.4, 182.1-ci maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində Bərdə Rayon Məhkəməsi tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. İş materiallarından göründüyü kimi 09 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs2 11 mart 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. İş materiallarından göründüyü kimi 09 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs3 02 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. İş materiallarından göründüyü kimi 09 aprel 2021-ci il tarixdə Təqsirləndirilən şəxs4 06 aprel 2021-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə elan olunmuş ittiham və barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri öz qüvvəsində saxlanılmışdır. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 158.6-cı maddəsinə əsasən cinayət işi üzrə icraatın aparılması zamanı (məhkəməyədək, habelə birinci və apellyasiya instansiyası məhkəmələrində aparılmış icraat daxil olmaqla) şəxsin həbsdə saxlanılması müddəti məhkəmə tərəfindən ona təyin olunmuş cəza müddətinə daxil edilir. Həmin Məcəllənin 158.2-ci maddəsinə əsasən təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığının faktiki məhdudlaşdırıldığı vaxtdan, o, tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə ev dustaqlığında saxlanıldığı müddət də daxildir. Bundan başqa məhkəmə qeyd edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinin tələblərinə görə qəsdən törədilmiş böyük ictimai təhlükə törətməyən, az ağır və ağır cinayətlərə görə ilk dəfə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər və ehtiyatsızlıqdan törədilmiş cinayətlərə görə beş ildən artıq müddətə azadlıqdan məhrum etməyə məhkum olunmuş şəxslər cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisələrində çəkirlər. Belə olan halda məhkəmə qeyd edir ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 cəzalarını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməli, barələrində həbs qətimkan tədbirləri seçilərək hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. İş üzrə maddi sübut 09 fevral 2021-ci il tarixli baxış protokolu ilə götürülmüş Təqsirləndirilən şəxs4 təqdim etdiyi Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlinin videogörüntüləri olan 01 ədəd DVD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs məhkəməyə iddia ərizəsi ilə müraciət edərək cavabdeh şəxs Təqsirləndirilən şəxs1 maddi zərər qismində 2060 manat məbləğin, cavabdeh şəxslər Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 mənəvi zərərin əvəzi qismində isə 50 000 manat məbləğin və 30 manat dövlət rüsumunun vəsaitinin müştərək qaydada tutularaq ona ödənilməsini xahiş etmişdir. Zərərçəkmiş şəxs (mülki iddiaçı) Zərərçəkmiş şəxs iddia tələbini onunla əsaslandırmışdır ki, Təqsirləndirilən şəxs1 03 yanvar 2021-ci il tarixdə, saat 00:15 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən kənd yolunda həmkəndlisi Zərərçəkmiş şəxs sonuncunun həmkəndlisi Təqsirləndirilən şəxs3 həyətinə icazəsiz şəkildə düşüb pəncərəsindən evinə baxmasını kənddə yayacağını deyib haqqında kənd camaatı arasında rüsvayedici məlumatlar yaymaqla hədələyib Zərərçəkmiş şəxs 1000 manat pulu hədə-qorxu ilə tələb edərək, vahid niyyətlə 03 yanvar 2021-ci il tarixdə saat 12 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən “Hələc” kolluğu deyilən yerdə Zərərçəkmiş şəxs 500 manat pulu, daha sonra eyni məqsədlə 12 yanvar 2021-ci il tarixdə saat 20 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən kənd yolunda Zərərçəkmiş şəxs qalıq 500 manat pulu hədə-qorxu ilə tələb edərək həmin gün saat 21 radələrində Bərdə rayonu Qazaxlar kəndində yerləşən kənd yolunda 90 manatı almaqla, ümumilikdə, Zərərçəkmiş şəxs 590 manatını hədəqorxu ilə talamışdır. Bundan başqa, o, 28 yanvar 2021-ci il tarixdə saat 21 radələrində qabaqcadan əlbir olan bir qrup şəxs qismində Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs4 və Təqsirləndirilən şəxs3 ilə birləşərək Tərtər rayonu, Horuzlu kəndində yerləşən meşədə Zərərçəkmiş şəxs həmkəndlisi Təqsirləndirilən şəxs3 həyətinə düşüb pəncərəsindən evinə baxmasını bəhanə gətirərək Zərərçəkmiş şəxs bir neçə dəfə təpik və əli ilə vurmaqla, əynində olan paltarları soyundurub üstünə və başına işəyərək söyüşlər söyüb Zərərçəkmiş şəxs qarşı sair zorakı hərəkətlər edərək sonuncuya güclü fiziki ağrı və psixi iztirablar verməklə əzab vermə cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə qəsdən özgənin əmlakını açıq talamaq məqsədi ilə 05 fevral 2021-ci il tarixdə, saat 10 radələrində Bərdə rayonu Alpoud kəndində yerləşən mal bazarında Zərərçəkmiş şəxs xaya nahiyəsindən bir neçə dəfə vuraraq sonuncunun həyatı və sağlamlığı üçün təhlükəli olmayan zor tətbiq edib onun əlindən 620 manat nağd pulu və 01 baş diri çəkisi 180 kq olan 850 manat dəyərində dananı alıb açıq talayaraq təkrarən soyğunçuluq etmişdir. Bundan başqa o, 08 fevral 2021-ci il tarixdə saat 16 radələrində Bərdə rayonu Qazaxlar kəndi ərazisində yerləşən kənd qəbirstanlığının yanında aralarında yaranmış şəxsi münasibətlər zəminində baş vermiş mübahisə zamanı həmkəndlisi Zərərçəkmiş şəxs əlində olan bıçaqla sol bud nahiyəsinə vuraraq ona sol budun ön-bayır səthinin budun içərisinə doğru kəsilmiş-deşilmiş yarası ilə müşayiət olunan dərəcəsinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan bədən xəsarətləri yetirməklə qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Beləliklə hesab edir ki, pozulmuş hüquqlarının bərpası üçün mülki cavabdehlər Təqsirləndirilən şəxs1 maddi zərər qismində 2060 manat məbləğin, cavabdeh şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 mənəvi zərərin əvəzi qismində isə 50 000 manat məbləğin və 30 manat dövlət rüsumunun vəsaitinin müştərək qaydada tutularaq onun xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 89.1-ci maddəsinin tələbinə əsasən cinayət qanunu ilə nəzərdə tutulmuş əməl nəticəsində maddi ziyan vurulması qənaətinə gəlməyə kifayət qədər əsaslar olduqda onun cinayət mühakimə icraatı qaydasında ödənilməsi barədə cinayət işinin icraatı zamanı iddia vermiş fiziki və ya hüquqi şəxs mülki iddiaçı qismində tanınır. Həmin Məcəllənin 179-cu maddəsinin tələbinə əsasən cinayət mühakimə icraatında mülki iddia bu Məcəllənin müddəaları ilə müəyyən edilmiş qaydalara əsasən verilir, sübut və həll olunur. Mülki prosessual qanunvericiliyin normaları cinayət mühakimə icraatının prinsiplərinə zidd olmadıqda və mülki iddia üzrə icraatda zəruri olan qaydalar bu Məcəllədə nəzərdə tutulmadıqda mülki prosessual qanunvericiliyin normalarının tətbiqinə yol verilir. Mülki iddia üzrə qərar iddianın predmetindən asılı olaraq mülki qanunvericiliyin və digər qanunvericilik sahələrinin normalarına uyğun qəbul edilir. Həmin Məcəllənin 181-ci maddəsinin tələbinə görə ziyan bilavasitə cinayət qanunu ilə nəzərdə tutulmuş əməllə vurulduqda əmlakına vurulmuş ziyana görə fiziki şəxs cinayət mühakimə icraatı zamanı mülki iddia verməyə haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, mülki cavabdehlər – təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 oğlu, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 törətdikləri cinayət əməllərinə görə təqsirləri məhkəmə araşdırılması zamanı təsdiqini tapdığından onların vurulmuş zərərlə bağlı həm də mülki məsuliyyətləri yaranmışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin nomalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlik) . Həmin Məcəllənin 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsulliyyəti daşıyır. Qeyd olunan Məcəllənin 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Həmin Məcəllənin 21.1-ci maddəsinə əsasən hüququ pozulmuş şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. Qeyd olunan Məcəllənin 21.2-ci maddəsinə əsasən zərər dedikdə hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi xərclər və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi, (real zərər), habelə, hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldə çıxmış fayda) başa düşülür. İş materialları ilə sübut olunur ki, Təqsirləndirilən şəxs1 törətdiyi cinayət əməli nəticəsində Zərərçəkmiş şəxs 2060 manat məbləğində maddi ziyan vurmuşdur. Məhkəmə həmçinin hesab edir ki, təqsirləndirilən şəxslərin (mülki cavabdehlərin) təqsirli və hüquqa zidd əməlləri nəticəsində zərərçəkmiş şəxsə (mülki iddiaçıya) mənəvi zərərin dəyməsi iş materiallarında sübuta yetirilir. «Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 2-ci bəndinə əsasən Azərbaycan Respublikasının Qanunvericiliyi, «İnsan Hüquqlarının və X5 Haqqında Konvensiya»nın müddəları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər anlayışı» insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi-qeyri əmlak xarakterli hüquq və azadlığının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” 24 aprel 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, Mənəvi zərərin ödənilməsi barəsində qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi» haqqında Azərbaycan Respublikasının Ali Məhkəməsi Plenumunun 03 noyabr 2008-ci il tarixli 7 №-li qərarının 8-ci bəndinə əsasən izah olunmuşdur ki, Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barəsində iddia o hallarda təmin oluna bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Qanunvericiliyin tələblərinə əsasən məhkəmə hesab edir ki, hazırki iş üzrə verilmiş mülki iddia maddi ziyanla bağlı hissədə cavabdeh Təqsirləndirilən şəxs1 tam, mənəvi zərərlə bağlı hissədə isə cavabdeh təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydada qismən təmin edilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128, 133.2.3, 180.2.2, 180.2.4 və 182.1-ci maddələri təqsirli bilinərək, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə 03 ay müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsi ilə təqsirli bilinərək 02 (iki) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 180.2.2 və 180.2.4-cü maddələri ilə 04 (dörd) il müddətə azadlıqdan məhrum etmə cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 182.1-ci maddəsi ilə 03 (üç) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.2-ci maddəsinə əsasən təyin edilmiş cəzalar qismən toplanılmaqla Təqsirləndirilən şəxs1 qəti olaraq 06 (altı) il müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Təqsirləndirilən şəxs1 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs1 cəzasının əvvəli 18 fevral 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs1 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimikan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs2 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs2 cəzası 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs2 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimikan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs3 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs3 cəzası 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs3 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs4 Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 133.2.3-cü maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 02 (iki) il 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimikan tədbiri dəyişdirilərək barəsində həbs qətimkan tədbiri seçilsin və o, məhkəmə iclas zalında dərhal həbs edilsin. Təqsirləndirilən şəxs4 barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alana kimi dəyişdirilməsin. Təqsirləndirilən şəxs4 cəzası 16 iyun 2021-ci il tarixdən hesablansın. Təqsirləndirilən şəxs4 cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia qismən təmin edilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə 2060 manat məbləğində maddi ziyan Təqsirləndirilən şəxs1 tutularaq Zərərçəkmiş şəxs xeyrinə ödənilsin. Zərərçəkmiş şəxs tərəfindən verilmiş mülki iddia üzrə 10.000 manat məbləğində mənəvi zərər və 30 manat dövlət rüsumu təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs4 müştərək qaydadada tutularaq Zərərçəkmiş şəxs ödənilsin. Mülki iddia qalan hissədə təmin edilməsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar