Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-94/2025 01.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Saat 17:00 Hakim Məhərrəmov Bayram Yusif oğlunun sədrliyi, məhkəmə iclasının katibi X2 iclas katibliyi, dövlət ittihamçısı Azərbaycan Respublikası Baş Prokurorluğunun Dövlət ittihamının müdafiəsi üzrə idarəsinin Birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs, müdafiəçi Bərdə rayon Vəkil Bürosunun vəkili Müdafiəçi iştirakı ilə, xx xxx 1988-ci ildə Bərdə rayonunda doğulmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkum edilməmiş, Bərdə rayonu, Vəliuşağı kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yaşayan, barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏNETDİ: İşin halları: İbtidai istintaq orqanı tərəfindən verilmiş ittihama əsasən, Təqsirləndirilən şəxs təqsirləndirilir ondan ötrü ki, о, satış məqsədi olmadan qanunsuz olaraq xeyli miqdarda narkotik vasitəni əldə edərək saxlamışdır. Belə ki, o, satış məqsədi olmadan istintaqa məlum olmayan mənbədən və tarixdə “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsinə haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən xeyli miqdarda, yəni təmiz çəkisi 16,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz əldə edərək üzərində saxlamış, 03 mart 2025-ci il tarixdə saat 10:20 radələrində Bərdə RPŞ-nin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində Bərdə rayonu, Əyricə kəndi yolunda şübhəli şəxs qismində saxlanılaraq orada üstünün yoxlanılması zamanı əynində olan qara rəngli gödəkçənin sol iç cibindən 01 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 16,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmənin nəticəyə gəlməsi üçün əsaslandığı sübutlar: Təqsirləndirilən şəxsin ifadələri: Məhkəmədə təqsirləndirilən şəxs qismində dindirilmiş Təqsirləndirilən şəxs özünü ona elan edilmiş ittiham üzrə təqsirli bilərək ibtidai istintaqda verdiyi ifadəsini təsdiq etmişdir. Belə ki, təqsirləndirilən şəxs məhkəməyə verdiyi ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində ailəsi ilə birlikdə yaşayır, rəsmi olaraq heç bir yerdə işləmir. Təxminən 8 ildir ki, narkotik vasitə hesab edilən marixuanadan istifadə etmişdir. Lakin buna baxmayaraq o, narkotik vasitələrin qanunsuz dövriyyəsi və satışı ilə məşğul olmamışdır. Təxminən mart ayının əvvəllərində Bərdə rayonu, Otuzikilər kəndində kələm sahəsində işləyən zaman sellofan torbada “nəşə”, yəni qurudulmuş marixuana tapmışdır. O, uzun müddətdir ki, narkotik vasitə istifadə etdiyi üçün, həmin kütlənin narkotik olduğunu bilmiş və öz istifadəsi üçün götürmüşdür. Həmin marixuanadan bir azınıda istifadə etmiş və həmin narkotiki üzərində saxlamışdır. Bu barədə heç kimə məlumat verməmiş, ümumiyyətlə onun narkotik istifadə etdiyini heç kim bilməmiş və o, bilinməsini istəməmişdir. O, Bərdə rayonu, Əyricə kənd yolunda piyada hərəkətdə olarkən ona 3 nəfər mülki geyimdə polis əməkdaşları yaxınlaşaraq özlərini təqdim etmişdirlər. Onun narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlamağında şübhəli olduğunu bildirərək, ona üzərində narkotik vasitə olub olmamasını, varsa təqdim etməsi təklif etmişdirlər. Bu təklifdən sonra o, əynində olan qara rəngli gödəkçənin sol iç cibində saxladığı 1(bir) ədəd sellofanda olan kütləni təqdim etmiş və içərisində olan kütlənin narkotik vasitə hesab edilən marixuana olduğunu bildirmişdir. Həmin vaxt polis əməkdaşları videoçəkliş vasitəsi ilə onun təqdim etdiyi bir ədəd sellofanda olan marixuananı ondan götürmüşlər və elektron tərəzidə çəkilmiş, həmin vaxt ümumi çəkisi 19,40 qram olduğu müəyyən olunmuş, daha sonra həmin sellofan içərisində olan kütlə ilə birlikdə ağ rəngli zərfə qablaşdırılmış və o, həmin zərfə imza atmışdır. Sonra üzərini yoxlamışlar. Yoxlama zamanı özü ona məxsus olan “Nokia” markalı mobil telefonu və siqarət paçkası təqdim etmiş, üzərindən başqa qanunsuz əşya aşkar olunmamışdır. Sorğu zamanı o, üzərindən aşkar olumuş narkotik vasitəni Bərdə rayon Otuzikilər kəndi ərazisindən kələm sahəsindən tapdığını və öz şəxsi istifadəsi üçün üzərində saxladığını bildirmişdir. Daha sonra onu polis əməkdaşları Bərdə rayon polis şöbəsinə aparmışdırlar. Burada ona hüquq və vəzifələri izah olunaraq, müdafiəçi ilə təmin olunmuşdue. Sonradan vəkili X3 iştirakı ilə üzərinə şəxsi axtarış keçirilmiş, həmin vaxt ona məxsus mobil telefon iş üzrə əhəmiyyət kəsb etdiyi üçün polis əməkdaşları tərəfindən götürülmüş və axtarış zamanı heç bir qanunsuz əşya ve predmet aşkar olunmamışdır. Etdiyi əməldən peşman olmuşdur. Həmçinin Təqsirləndirilən şəxs bildirmişdir ki, o, başqa yerlərdə narkotik vasitə və ya psixotrop maddə gizlətməmiş, narkotik vasitə qəbul etməyini heç kimə deməmişdir. O, heç kimə narkotik vasitə satmamış, nə də heç bir kəsə verməmişdir. Ona polislər tərəfindən hər hansı bir formada fiziki güc tətbiq edilməmiş, onun üzərinə baxış keçirilərkən onu saxlayan polis əməkdaşları görmüş, kənar şəxslər bunu görməmişdir. O, əvvəllərdə narkotik vasitəni tapmış, o, heç kimə narkotik vasitə qəbul etdiyini deməmiş, yəni narkotik vasitəni gizlin çəkmişdir. Onun istifadəsində üzərindən götürülmüş "Nokia" markalı sadə mobil telefon olmuş və həmin mobil telefon ona məxsus olmuşdur. Mobil telefonun üzərində olan ***-***-**-** saylı mobil nömrədən başqa nömrəsi olmamış, həmin nömrədə onun özünə məxsus olmuşdur. Şahid ifadələri: Məhkəmədə şahid qismində dindirilmiş Şahid2 ibtidai istintaqa verdiyi ifadəsini təsdiq edərək göstərmişdir ki, təqsirləndirilən şəxslə qohumluq münasibəti, düşmənçiliyi və ədavəti yoxdur. Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəflərindən xx.xx.2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10:20-də Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayonu, Əyricə kəndi yaxınlığında saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələrin qanunsuz olaraq saxlamasında şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vaistə və ya qeyri qanuni əşya olubolmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı 1 (bir) ədəd şəffaf rəngli torbanı təqdim etmişdir. Yoxlama zamanı sonuncunun üzərində olan “Nokia” markalı mobil telefon, 1 qutu siqaret və alışqan aşkar olunmuşdur. Həmin əşyalar Nail Fəttullayevin özünə qaytarılmışdır. Daha sonra təqdim etdiyi sellefon torba elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 19 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı Bərdə rayonu, Otuzikilər kəndində işlədiyi əkin sahəsində tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Bərdə RPŞ-nin inzibati binasına daxil olduq və inzibati binada götürülən əşyalar təhqiqatçı Vüsal Bayramova təqdim edilmişdir. Bərdə RPŞ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs məxsus olan “Nokia” markalı mobil telefon götürülmüşdür. Məhkəmədə şahid qismində dindirilmiş Şahid3 eyni məzmunlu ifadə verərək şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirdiklərini təsdiq etmişdir. Məhkəmədə ifadəsi elan edilmiş Şahid1 ibtidai istintaqa verdiyi ifadəsində bildirmişdir ki, o, Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsində əməliyyat müvəkkili vəzifəsində işləyir, baş leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirmişdir ki, 03 mart 2025-ci il tarixdə Bərdə rayonu, Otuzikilər kəndində qeydiyyatda olmaqla Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində yaşayan xx.xx.1988-ci il təvəllüdlü Təqsirləndirilən şəxs qanunsuz olaraq üzərində narkotik vasitə saxlaması barədə əməliyyat məlumatı daxil olmuşdur. Buna görə də tərəflərindən xx.xx.2025-ci il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərarı Bərdə RPŞ-nin rəhbərliyinə məruzə etdikdən sonra, ondan, Bərdə RPŞ-nin CAB-nın baş əməliyyat müvəkkili, polis baş leytenantı Şahid2 və Bərdə RPŞ-nin CAB-nın əməliyyat müvəkkili, polis kiçik leytenantı Şahid3 ibarət əməliyyat qrupu yaradılmışdır. Həmin gün saat 10:20də Təqsirləndirilən şəxs tərəflərindən Bərdə rayonu, Əyricə kəndi yaxınlığında saxlanılmış və Təqsirləndirilən şəxs saxlanılmasının səbəbi olaraq narkotik vasitələrin qanunsuz olaraq saxlamasında şübhəli olduğunu bildirmişdirlər. Bundan sonra Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vaistə və ya qeyri qanuni əşya olub-olmaması soruşulmuşdur. Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol yan cibində saxladığı 1 (bir) ədəd şəffaf rəngli torbanı təqdim etmişdir. Yoxlama zamanı sonuncunun üzərində olan “Nokia” markalı mobil telefon, 1 qutu siqaret və alışqan aşkar olunmuşdur. Həmin əşyalar Nail Fəttullayevin özünə qaytarılmışdır. Daha sonra təqdim etdiyi sellefon torba elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 19 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı Bərdə rayonu, Otuzikilər kəndində işlədiyi əkin sahəsində tapdığını bildirmişdir. Bundan sonra Təqsirləndirilən şəxslə birlikdə Bərdə RPŞ-nin inzibati binasına daxil olduq və inzibati binada götürülən əşyalar təhqiqatçı Vüsal Bayramova təqdim edilmişdir. Bərdə RPŞ-də təhqiqatçı tərəfindən şəxsi axtarış keçirilmiş və həmin vaxt Təqsirləndirilən şəxs məxsus olan “Nokia” markalı mobil telefon götürülmüşdür. Cinayət işinin materiallarına istinadlar: “Əməliyyat-axtarış tədbirinin keçirilməsinə və şübhəli şəxsin üstünün yoxlanılmasına dair” 03 mart 2025-ci il tarixli protokoldan və protokola əlavə edilmiş 1 (bir) ədəd DVD diskdən görünür ki, həmin gün saat 10:20 dəqiqədən saat 10:33 dəqiqəyədək olan müddət ərzində video çəkilişlə Bərdə rayonu, Əyricə kəndində Təqsirləndirilən şəxs üstü yoxlanılmış, şübhəli şəxs Təqsirləndirilən şəxs hüquq və vəzifələri izah edilmiş və bundan sonra Təqsirləndirilən şəxs üzərində hər hansı bir narkotik vasitə və ya qeyri qanuni əşya olub olmaması soruşulmuş və Təqsirləndirilən şəxs əynində olan qara rəngli gödəkcənin sol iç cibində saxladığı 1 (bir) ədəd şəffaf rəngli torbanı təqdim etmişdir. Yoxlama zamanı sonuncunun üzərində olan “Nokia” markalı mobil telefon, 1 qutu siqaret və alışqan aşkar olunmuşdur. Həmin əşyalar Təqsirləndirilən şəxs özünə qaytarılmışdır. Daha sonra təqdim etdiyi sellofan torba elektron tərəzidə çəkilmiş və qablaşdırma ilə birlikdə çəkisi 19,40 qram olmuşdur. Sonra həmin kütlə qablaşdırılmış, imzalanmış və götürülmüşdür. Təqsirləndirilən şəxs verilən suallara cavab olaraq üzərindən aşkar olunmuş narkotik vasitə olan marixuananı Bərdə rayonu, Otuzikilər kəndində işlədiyi əkin sahəsində tapdığını bildirmişdir. Məhkəmə-bioloji ekspertizasının 04 mart 2025-ci il tarixli, 16/222 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim olunmuş, üzərində, “Vət.Təqsirləndirilən şəxs üzərindən aşkar olunmuş 1 bükümdə narkotik vasitəyə bənzər kütlə” yazı və imzalar olan kağız paketlərdəki, 1 (bir) ədəd sellofan paketdə təmiz çəkisi 16,20 qram olan bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuanadır. Marixuananın təmiz çəkisi 16,20 qram, tədqiqata sərf edildi - 0,08 qram, qalıq - 16,12 qram. Məhkəmə-narkoloji ekspertizasının 30 aprel 2025-ci il tarixli, 698 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannobinoidlərdən epizodik istifadə etmə halları olub, o, narkomaniya xəstəliyindən əzab çəkmir, narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görünür. Məhkəmə-tibbi ekspertizasının 04 mart 2025-ci il tarixli 143 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət aşkar edilməmişdir. «Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi» publik hüquqi şəxs «Bərdə rayon Mərkəzi Xəstəxanası» publik hüquqi şəxsin xx.xx.2025-ci il tarixli məktubundan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon X1 şöbəsinin Narkoloji və Ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatında yoxdur (cild 1, iş vərəq 85). Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin xx.xx.2025-ci il tarixli arayışından görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. (cild 1, iş vərəqləri 101-102) Məhkəmənin istinad etdiyi hüquq və gəldiyi nəticə:
1. Azərbaycan Respublikasının cinayət qanunvericiliyinin tələblərinə əsasən məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs əməli Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Cinayət Məcəlləsinin) 234.1-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Törədilmiş əməl Cinayət Məcəlləsinin 15-ci maddəsinə əsasən az ağır cinayətlər kateqoriyasına aiddir. Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin (bundan sonra Cinayət-Prosessual Məcəllənin) 28.5-ci maddəsinə əsasən, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə kifayət qədər uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır. Həmin Məcəllənin 44.1-ci maddəsinin tələbinə görə, məhkəmə baxışı gedişində tədqiq olunmuş sübutların məcmusuna əsasən təqsirləndirilən şəxsin cinayətdə təqsiri müəyyən edilərsə, məhkəmə ittiham hökmü çıxarır. Məhkəmədə tədqiq olunmuş iş materiallarında olan sənədləri ilə, həmçinin məhkəmədə dindirilmiş təqsirləndirilən şəxsin və şahidlərin ifadələri ilə cinayət əməli sübuta yetirilmişdir.
2. Belə ki, Cinayət Məcəlləsinin 234.1-ci maddəsində satış məqsədi olmadan qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri xeyli miqdarda əldə etmə, saxlama hazırlama, emal etmə, daşıma əməllərinə görə cinayət məsuliyyəti nəzərdə tutulur.
3. Azərbaycan Respublikasının “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli 959-İİQ nömrəli Qanunun 1.0.9-cu maddəsinə əsasən, narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının qanunsuz əldə edilməsi dedikdə, həyata keçirilməsi üsulundan asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının alınmasına, hədiyyə və ya qarşılıqlı hesablaşma vasitəsi kimi qəbul edilməsinə, başqa mallara və əşyalara dəyişdirilməsinə, mənimsənilməsinə və ya hər hansı digər üsulla onlara yiyələnməyə yönəldilmiş bütün hərəkətlər nəzərdə tutulur. Həmin Qanunun 1.0.10cu maddəsinə görə, narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz saxlanması məqsədindən asılı olmayaraq Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydaları pozmaqla şəxsin idarəçiliyində olan narkotik vasitələrin və psixotrop maddələrin öz sərəncamında saxlanmasına yönəldilmiş bütün hərəkətlərdir.
4. Azərbaycan Respublikasının 2005-ci il 28 iyun tarixli 961-İİQ nömrəli Qanunu ilə təsdiq edilmiş “Şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə Siyahı”larda narkotik vasitə marixuana (kannabis) İ nömrəli siyahıya daxildir. Həmin siyahı üzrə şəxsin cinayət məsuliyyətinə cəlb edilməsinə əsas verən qurudulmuş marixuananın xeyli miqdarını 5 qramdan 500 qramadək çəkisi təşkil edir.
5. Məhkəmə işdə iştirak edən şəxslərin ifadələrini dinləyib, cinayət işinin materiallarını tədqiq edib, müəyyən etmişdir ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə üzərində narkotik vasitə saxlamaqda şübhəli bilinərək Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən saxlanılmış, onun üstünün yoxlanılması zamanı üzərindən narkotik vasitəyə oxşar maddə aşkar edilmiş, keçirilmiş məhkəmə-biolojı ekspertizası ilə həmin maddənin narkotik vasitə olan qurudulmuş marixuana olduğu müəyyən edilmişdir. Təqsirləndirilən şəxs məhkəmədə ifadə verərkən özünü təqsirli bilmiş, narkotik vasitədən istifadə etdiyini, tutulma zamanı üzərində aşkar olunan narkotik vasitəni mart ayının əvvəllərində Bərdə rayonu, Otuzikilər kəndində kələm sahəsində işləyən zaman sellofan torbada tapdığını bildirmişdir. Beləliklə, təqsirləndirilən şəxsin narkotik vasitə olan qurudulmuş marixuananın əldə edilməsi və üzərində saxlanılması əməli sübuta yetirilmişdir.
6. Məhkəmə, gəldiyi nəticələrin yalnız məhkəmə istintaqında tədqiq edilmiş mötəbər sübutlara əsaslandığını qeyd edərək belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini qəsdən törətməsi sübuta yetirilmişdir. O, qeyd edilən cinayət əməlini törətməkdə təqsirlidir.
7. Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən və cəzadan azad olunması üçün əsaslar yoxdur. Təqsirləndirilən şəxs qanunla müəyyən edilmiş qaydada, Cinayət Məcəlləsinin 234.1-ci maddəsinin sanksiyası həddində azadlığın məhdudlaşdırılması cəzası təyin edilməlidir.
8. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən onun törətdiyi cinayətin xarakterini və ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən halları, o cümlədən onu səciyyələndirən halları, habelə təyin olunacaq cəzanın onun islah olunmasına və ailəsinin həyat şəraitinə təsirini nəzərə alır. Məhkəmə Təqsirləndirilən şəxs himayəsində bir azyaşlı uşağın olmasını, törətmiş əməldə özünü təqsirli bilərək səmimi peşman olmasını, yaşayış yeri üzrə müsbət xarakterizə olunmasını Cinayət Məcəlləsinin 59.1.4-cü və 59.2-ci maddələrinə əsasən cəzasını yüngülləşdirən hallar qismində nəzərə alır. Təqsirləndirilən şəxs barəsində Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdıran hallar müəyyən edilmədi.
9. Cinayət Məcəlləsinin 52-1.1-ci maddəsinə görə, azadlığın məhdudlaşdırılması cəzası məhkumun cəmiyyətdən tam təcrid olunmadan yaşayış yeri üzrə nəzarət altında saxlanılmasından ibarətdir. Məhkəmə azadlığın məhdudlaşdırılması cəzası təyin edilmiş məhkumun yaşayış yerini (tamamilə və ya günün müəyyən vaxtlarında) və müəyyən ərazi hüdudlarını tərk etməsinə məhdudiyyət qoyur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalıdır.
10. Təqsirləndirilən şəxs təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının müddəti 2 il olaraq müəyyən edilməlidir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə görə, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanır. Cinayət-Prosessual Məcəllənin 158.2-ci maddəsinə görə, həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırdığı vaxtdan hesablanır. “Cinayət törətməsinə şübhə yaranan şəxsin tutulması barədə” protokoldan görünür ki, Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə şübhəli şəxs qismində tutulub, 05 mart 2025-ci il tarixdə ona ittiham elan olunub və barəsində “polisin nəzarəti altına vermə” qətimkan tədbiri seçilmişdir. Cinayət Məcəlləsinin 69.3-cü maddəsinin tələblərinə əsasən Təqsirləndirilən şəxs tutulduğu 2 gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılmalı və üzərində qəti olaraq 1 il 11 ay 26 gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılmalıdır. Cəzaçəkmə müddətinin əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda - Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsində qeydiyyata alındığı vaxtdan hesablanmalıdır.
11. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməməlidir.
12. Cinayət-Prosessual Məcəlləsinin 132.1.4-cü maddəsinə əsasən mülki dövriyyəsi məhdudlaşdırılmış və mülki dövriyyədən çıxarılmış əşyalar müvafiq təşkilatlara verilməli, onların dəyəri olmadıqda isə məhv edilməlidir. İş üzrə maddi sübut qismində tanınmış ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 16,12 qram kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuana məhv edilməlidir. Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə üstünün yoxlanılmasını əks etdirən bir ədəd DVD disk cinayət işinin materiallarında saxlanılmalıdır.
13. Cinayət-Prosessual Məcəlləsinin 197.1.4-cü maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məbləğ məhkəmə məsrəflərinə daxildir. Həmin Məcəllənin 198.1-ci maddəsinə əsasən mütəxəssisə, ekspertə ödənilməli haqlar və tərcüməçiyə ödəniş haqqı kimi verilməli olan məhkəmə məsrəfləri məhkəmə tərəfindən məhkumun üzərinə qoyula bilər və məhkəmənin qərarı ilə ondan tutulub dövlət nəfinə və ya müvafiq xərc çəkmiş dövlət orqanının, fiziki, yaxud hüquqi şəxsin hesabına keçirilə bilər. Qeyd edilənləri nəzərə alaraq məhkəmə bu qənaətə gəlir ki, iş üzrə məhkəməyədək icraat zamanı keçirilmiş ekspertiza tədqiqatının xərci olan 30,4 manat məbləğində vəsait Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilməlidir.
14. Məhkəmə gəldiyi nəticələri Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” 28 iyun 2005-ci il tarixli, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli, “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli qərarlarının izah və tövsiyələri baxımından da əsaslı hesab edir. Yuxarıdakılara əsasən və Cinayət-Prosessual Məcəllənin 346-347, 349, 351-353, 356, 358, 384-385-ci maddələrini rəhbər tutaraq məhkəmə,
HÖKMETDİ:
1. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə nəzərdə tutulmuş cinayət əməlini törətməkdə təqsirli bilinsin, ona 2 (iki) il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin edilsin.
2. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı tutulduğu 2 (iki) gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün hesabı ilə hesablanmaqla 4 (dörd) gün azadlığın məhdudlaşdırılması cəzası ona təyin edilmiş 2 (iki) il müddətə azadlığın məhdudlaşdırılması cəzasından çıxılsın və üzərində qəti olaraq 1 (bir) il 11 (on bir) ay 26 (iyirmi altı) gün müddətə azadlığın məhdudlaşdırılması cəzası saxlanılsın.
3. Təqsirləndirilən şəxs üzərinə hər gün saat 22:00-dan növbəti gün saat 07:00-dək Bərdə şəhəri, Bahadur Hacıyev küçəsində olan yaşayış yerini tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazi hüdudlarını tərk etməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun.
4. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs yaşayış yeri üzrə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bərdə rayon İcra və Probasiya Şöbəsinə həvalə edilsin.
5. Təqsirləndirilən şəxs cəzasını çəkməsinin əvvəli onun cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın.
6. Təqsirləndirilən şəxs barəsində seçilmiş “polisin nəzarəti altına vermə” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilməsin.
7. İş üzrə maddi sübut qismində tanınmış Bərdə rayon Polis Şöbəsinin maddi sübutların saxlanılması otağında saxlanılan ekspertiza tədqiqatından sonra qalıq təmiz çəkisi 16,12 qram narkotik vasitə olan qurudulmuş marixuana məhv edilsin.
8. İş üzrə maddi sübut qismində tanınmış Təqsirləndirilən şəxs 03 mart 2025-ci il tarixdə üstünün yoxlanılmasını əks etdirən 01 (bir) ədəd DVD disk cinayət işinin materiallarında saxlanılsın.
9. Məhkəmə məsrəfi hesab edilən 30 (otuz) manat 40 (qırx) qəpik ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq dövlət büdcəsinə ödənilsin.
10. Hökmdən elan olunduğu andan 20 gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər.
11. Hökmdən apellyasiya qaydasında şikayət və ya protest verilmədikdə, hökm həmin müddətin başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.
Sədrlik edən hakim: Bayram Məhərrəmov