Məhkəmə qərarları › İş №1(021)-95/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-95/2024

08.07.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-95/2024 08.07.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ X19 Qasım oğlunun sədrliyi, məhkəmə iclas katibi Hətəmxanlı Hətəm Şahmar oğlunun katibliyi, Dövlət ittihamçısı, zərərçəkmiş şəxs X7, Təqsirləndirilən şəxs, təqsirləndirilən şəxsin müdafiəçisi Müdafiəçi2 iştirakı ilə, xx xxxxxx 1996-cı ildə Bərdə rayonu Kələntərli kəndində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, subay, işləməyən, əvvəllər məhkum olunmamış, Bərdə rayonu Kələntərli kəndində qeydiyyatda olan və yaşayan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin (bundan sonra Azərbaycan Respublikasının CM və ya CM) 177.2.2 və 228.1-ci maddələri ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, Müəyyənetdi: İbtidai istintaq orqanı tərəfindən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 228.1-ci maddələri ilə ittiham elan edilmişdir ona görə ki, o, tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 06 yanvar 2024-cu il tarixdə saat 12 radələrində yeznəsi Zərərçəkmiş şəxs məxsus olan və Bərdə rayonu Kələntərli kəndində yerləşən fərdi yaşayış evində müvəqqəti yaşadığı müddətdə həmin evin həyətyanı sahəsində yerləşən ağaca asılmış köynəyin sağ yan cibindən bacısı X1 istifadəsində olan və Zərərçəkmiş şəxs məxsus 2021-ci il istehsalı, ümumi dəyəri 130 manat məbləğində 01 ədəd "Samsung Galaxy A12" markalı mobil telefonu və həmin mobil telefonun simkart hissəsində olan "xxxx" MMC-yə mənsub 5 manat dəyərində simkartı gizli yolla talayaraq ümümilikdə Zərərçəkmiş şəxs 135 (bir yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 07 yanvar 2024-cü il tarixində saat 04 radələrində yeznəsi Zərərçəkmiş şəxs məxsus olan və Bərdə rayonu Kələntərli kəndində yerləşən fərdi yaşayış evində müvəqqəti yaşadığı müddətdə həmin evin həyətyanı sahəsindəki əl damından Zərərçəkmiş şəxs məxsus 01 baş 4 yaşında, diri çəkisi 50 kiloqram olmaqla dəyəri 375 manat məbləğində qoyunu və 01 baş 8 aylıq, dırı çəkisi 15 kiloqram olmaqla dəyəri 125 manat məbləğində quzunu gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 500 (beş yüz) manat məbləğində maddı ziyan vurmaqla oğurluq cinayət əməlini törətmişdir. Bundan başqa o, istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd ГУ-8565 nömrəli, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1971-ci il tarixində zavod usulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu avtomat silahını 30 (otuz) ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən döyüş sursatını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı avtomatların kompleks hissəsi hesab edilən darağı əldə edib yaşadığı Bərdə rayonu Kələntərli kəndində yerləşən yaşayış olmayan "X9” kimi adlandırılan ünvanda saxlamış, 19 yanvar 2024-cü il tarixdə saat 2120 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Kələntərli kəndi ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gun saat 2240 radələrində Bərdə rayonu Kələntərli kəndində yerləşən və yaşayış olmayan “X9” kimi adlandırılan ərazidə yerləşən tikiliyə baxış keçirilən zaman həmin tikilinin tavan hissəsindən 01 ədəd ГУ-8565 nömrəli, 7,62 mm kalibrlı olmaqla keçmiş SSRİ dövlətində 1971-ci il tarixində zavod usulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu avtomat silahı, 30 (otuz) ədəd 7,62x39 mm kalıbrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən döyuş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı avtomatların kompleks hissəsi hesab edilən daraq aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs açıq məhkəmə iclasında dindirilərkən ona elan edilmiş ittihamda özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, Zərərçəkmiş şəxs yeznəsi, yəni bacısının əri, X2 isə bacısıdır. xx.xx.2024-cü ildə bacısı evində olarkən bacısına məxsus mobil telefonu oğurlamışdır. Sabahısı günü, yəni xx.xx.2024-cü il tarixdə gecə saatlarında isə yeznəsi Zərərçəkmiş şəxs məxsus evin həyətində olan evin əl damından iki xırda buynuzlu heyvan oğurlamışdır. Oğurladığı mobil telefonu Bərdə şəhərində tanımadığı şəxsə 50 manata, heyvanları isə Ağcabədi rayonu mal bazarında 290 manata satmışdır. Borcu olduğu üçün oğurluq etmişdir. Oğurluq etdikdən sonra xx.xx.2024-cü il tarixdə Bərdə rayonu Alaçadırlı kəndində polis əməkdaşları onu saxlamışlar və saxladıqdan sonra Bərdə Rayon Polis Şöbəsinə aparmışlar. Oğurluqla bağlı ondan heç nə soruşmamışlar. Bərdə RPŞ-də onun qarşısına sellofan torbada narkotik vasitə qoymuşlar və demişlər ki, etiraf etməlidir ki, narkotik vasitə onundur. Polis əməkdaşları ilə razılaşmamış, sonra polis əməkdaşları onda silah olması ilə bağlı ağ kağıza imza etdirmişlər. Polis əməkdaşları ona bildirmişlər ki, silahı aparıb öz evində gizlətsin və özləri əməliyyat tədbiri keçirərək gəlib onu öz evində tutacaqlar, silahın onun olmasını etiraf etsin. Bərdə RPŞ-də onu döyüb silahın onun olmağını etiraf etməyə məcbur ediblər. Əslində, onun silahı olmamışdır. Polis əməkdaşları işlərini gördükdən sonra müdafiəçi dəvət etmişlər. Özü X10, yəni 44 günlük Vətən Müharibəsinin iştirakçısıdır. Oğurluq etdiyini etiraf edir, lakin onun silahı olmamışdır. Polis əməkdaşları onun qoluna qandal vurub, onu masaya bağlayaraq döymüşlər. Bu səbəbdən də silahın onun olmasını etiraf etməyə məcbur olmuşdur. Müdafiəçini sənədləşdirilmə işlərində və məhkəmədə görmüşdür. Polis əməkdaşları onu döydükdən sonra həkimdən keçməmişdir və hazırda bədənində heç bir xəsarət izi yoxdur. Döyülməsini vəkilinə deməmişdir. Qeyd etdiklərinin, Vətən müharibəsi iştirakçısı olmasının, habelə ilk dəfə cinayət törətməsinin nəzərə alınaraq ona rəhm edilməsini və köməklik göstərilməsini məhkəmədən xahiş edir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə özünü təqsirli bilmədiyindən məhkəmə onun ibtidai istintaq dövründə verdiyi ifadəsini elan etmiş, Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı verdiyi ifadəsində göstərmişdir ki, xx.xx.2020-ci il tarixdə İİ Qarabağ müharibəsində iştirak etmək üçün gedib xx.xx.2020-ci il tarixdə ordudan tərxis olmuşdur. Suqovuşan-Ağdərə istiqamətlərində döyüşlərdə iştirak etmişdir. Döyüşlərdə iştirak etdiyi üçün “Müharibə iştirakçısı” və “Suqovuşanın azad olunması” medalları ilə təltif edilmişdir. Tərxis olunarkən, yəni xx.xx.2023-cü il tarixində Qarabağdan yaşadığı evə qayıdanda özü ilə 01 ədəd Kalaşnikov avtomatı, həmin avtomata aid 01 ədəd sandıqça və 30 ədəd döyüş patronu gətirmişdir. Gətirdiyi silah və döyüş sursatlarını yaşadığı Kələntərli kəndi ərazisində yerləşən Xankişi Qaybaliyevin uzun illərdir istifadə edilməyən fermasında yerləşən tikilinin tavan hissəsində gizlətmişdir. O, mütəmadi olaraq həmin yerə gedib avtomatın orada-olub olmadığına nəzarət etmişdir. Bir neçə dəfə qanunsuz gətirdiyi silah-sursatı Bərdə Rayon Polis Şöbəsinə təqdim etmək istəsə də, qorxduğu üçün bunu etməmişdir. Bəzən avtomatı satmaq fikri ağlına gəlsə də, konkret olaraq silahı satmaq istəməmişdir. xx.xx.2024-cü il tarixdə saat 21:20 radələrində yaşadığı Kələntərli kəndi ərazisində yolun kənarı ilə piyada hərəkətdə olarkən iki nəfər mülki geyimli şəxs ona yaxınlaşaraq özlərini polis əməkdaşı kimi təqdim edib xidməti vəsiqələrini göstərmişlər. Polis əməkdaşları barəsində olan əməliyyat-axtarış tədbirləri haqqında qərarla onu tanış edərək qanunsuz olaraq odlu silah saxlamaqda və əldə etməkdə, eyni zamanda narkotik vasitələri üzrində saxlamaqda və istifadəsində şübhəli olduğunu bildirərək üzərinə şəxsi axtarış keçirilməsi zərurətinin olduğunu söyləmiş və onlar birlikdə Bərdə RPŞ-yə gəlmiş, RPŞ-də üzərinə videoçəkilişlə şəxsi axtarış və baxış keçiriləcəyini bildirmişlər. Daha sonra ona müdafiəçi siyahısı təqdim edilmişdir. O, müdafiəçilərin siyahısından Müdafiəçi1 seçdikdən sonra müdafiəçisi polis şöbəsinə gəlmiş, o, müdafiəçinin iştirakı ilə şübhəli şəxs qismində tutulmuşdur. Bundan sonra videoçəkilişlə üzərinə şəxsi axtarış aparılmışdır, lakin şəxsi axtarış zamanı üzərindən qanunla qadağan edilmiş heç bir əşya və predmet aşkar edilməmişdir. Şifahi sorğu zamanı etiraf etmişdir ki, onda 01 ədəd Kalaşnikov avtomatı, həmin avtomata aid 01 ədəd sandıqça və 30 ədəd patron vardır. Bundan sonra polis əməkdaşları və müdafiəçisinin iştiraki ilə silah-sursatı gizlətdiyi yeri göstərmişdir. Orada silaha baxış keçirilmiş və qablaşdırılmışdır. O, həmin silahı və döyüş sursatlarını İİ Qarabağ müharibəsindən qayıtdıqda özü ilə gətirmiş, həmin silahdan istifadə etməmişdir. O, bu barədə heç kimə məlumat verməmişdir. O, saxlanılarkən və polis şöbəsinin inzibati binasına gətirilərkən polis əməkdaşları tərəfindən ona hər hansı qanunsuz hərəkət olmamış, zor və ya fiziki qüvvə tətbiq olunmamışdır. O, özü ilə başqa silah və ya döyüş sursatı gətirməmiş, sadəcə yerini göstərdiyi silahı və döyüş sursatını özü ilə gətirmişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs göstərdi ki, Təqsirləndirilən şəxs qaynıdır, yəni arvadının qardaşıdır. Sonuncu xx.xx.2024-cü ildə qohum kimi onlara gəlmiş və onlarda qalmışdır. Arvadı Dürdanə ilə xx.xx.2024-cü il tarixdə öz evlərinin bağçasında işləmişlər. Təqsirləndirilən şəxs onların bağçada işlədiklərini görüb, köynəyini dəyişib onlara kömək edəcəyini demişdir. Təqsirləndirilən şəxs bağdan həyətə gəlib, bacısının paltarının ağacdan asılı olduğunu və mobil telefonun paltarın cibində olduğunu görüb, telefonu götürüb çıxıb getmişdir. Həmin gün arvadı Dürdanə ona demişdir ki, telefonunu Sərxan götürüb, üzlüyünü çıxarıb, telefonu oğurlayıb aparmışdır. Həmin günün səhərisi yuxudan duranda baxmışdır ki, damın qapısı açıqdır və iki baş xırda buynuzlu heyvanı yoxdur. Arvadı Dürdanə ilə Sərxanı axtarmış, lakin tapa bilməmişlər. Sonra ərizə ilə Bərdə Rayon Polis Şöbəsinə müraciət etmişdir. Əgər Təqsirləndirilən şəxs ona borcu olduğunu bildirsəydi, bir qohum kimi kömək edərdi. Ona dəymiş maddi ziyan tam ödənilmişdir. Təqsirləndirilən şəxs heç bir şikayət və tələbi yoxdur. Məhkəmə iclasında şahid qismində dindirilmiş Bərdə Rayon Polis Şöbəsinin Cinayət Axtarış Bölməsinin əməliyyat müvəkkili vəzifəsində işləyən Şahid1 ifadə verərək göstərdi ki, Bərdə RPŞ-nə Təqsirləndirilən şəxs oğurluq etməsi barədə məlumat daxil olmuşdur. Təqsirləndirilən şəxs Bərdə RPŞ-nə gətirilmiş, orada oğurluq etməklə yanaşı eyni zamanda etiraf etmişdir ki, onda silah var və həmin silahı Bərdə rayonu Kələntərli kəndində yerləşən yaşayış olmayan və istifadəsiz fermada gizlətmişdir. Həmin fermaya gedilmiş və Təqsirləndirilən şəxs könüllü olaraq fermada gizlətdiyi avtomat silahın yerini göstərməklə çıxarıb polis əməkdaşlarına təhvil vermişdir. Fermada baxışda o, Şahid3 və Şahid2 iştirak etmişlər. Silah fermada bükülü vəziyyətdə gizlədilmiş, istifadəyə yararlı olmuşdur. X18 müharibəsi iştirakçısı olduğunu və silahı oradan gətirdiyini bildirmişdir. Hadisə yerndə videoşəkiliş olmuş, Təqsirləndirilən şəxs silayın onun olmasını könüllü etiraf etmişdir. Təqsirləndirilən şəxs Bərdə RPŞ-də döyülməmiş, tərəflərindən sonuncuya heç bir təyziq və ya təsir olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində ifadə vermiş Bərdə Rayon Polis Şöbəsinin KTQ-nun baş ispektoru Şahid3 Şahid1 ifadəsinə uyğun ifadə verərək, onun göstərdiyi xüsusatları təsdiq etdi. İş materiallarında olan: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Kriminalistik Tədqiqatlar İdarəsinin 20 yanvar 2024-cü il tarixli, 24/155 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş 01 (bir) ədəd ГУ-8565 nömrəli silah, 7,62 mm kalibrli olmaqla, zavod üsulu ilə keçmiş SSRİ dövlətində 1971-ci ildə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli avtomatdır, yivli odlu silahdır, texniki cəhətdən sazdır və atəş üçün yaralıdır. Silahın hissə və mexanizmlərin üzərində təyinatını dəyişdirən heç bir əlavə və dəyişiklik edilməmişdir. -Tədqiqata təqdim edilmiş 01 ədəd daraq zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş, həmin kalibrli Kalaşnikov konstruksiyalı avtomaltların komplekt hissəsisidir-darağıdır, döyüş sursatı hesab edilmir, texniki cəhətdən sazdır və istifadə üçün yararlıdır. -Tədqiqata təqdim edilmiş 30 ədəd patron zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş 7,62x39 mm kalibrli olmaqla, həmin kalibrli Kalaşnikov konstruksiyalı silahların ştat patronlarıdır, döyüş sursatıdır və atəş üçün yararlıdır. Qeyd: Tədqiqata təqdim edilmiş 30 ədəd 7,62x39 mm kalibrli patronlarından 03 ədədi eksperimental atəşlər zamanı istifadə olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 04 aprel 2024-cü il tarixli, 9/1941 saylı rəyindən görünür ki, analoji mallara müvafiq olaraq ekspertiza təyini haqqında qərarda göstərilən 03 ədəd malların 2024-cü ilin yanvar ayına olan orta bazar qiyməti ilə ümumi dəyəri nəzəri hesablanmaq yolu ilə təxminən 630 manat müəyyən edilmişdir:- 1 ədəd 2021-ci il istehsalı olan “Samsung Galaxy A12” markalı mobil telefonun istifadə olunması və komplektləşdirilməsinə daxil edilən aksesuarların olmaması nəzərə alınmaqla 130 manat dəyərində, 1 baş 4 yaşında diri çəkisi 50 kiloqram olan xırdabuynuzlu heyvan (qoyun) 375 manat dəyərində, 1 baş 8 aylıq diri çəkisi 15 kiloqdam olan xırdabuynuzlu heyvan 125 manat dəyərində qiymətləndirilmişdir. “Hadisə yerinə baxış keçirilməsi haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Bərdə RPŞ-nin KTQ-nun baş inspektoru Şahid3, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid2, Bərdə RPŞ-nin CAB-nin əməliyyat müvəkkili Şahid1, Bərdə RPŞ-nin MYS-nin polis nəfəri X11, şübhəli şəxs Təqsirləndirilən şəxs, Müdafiəçi1 iştirakları ilə Təqsirləndirilən şəxs bir neçə dəfə qaldığı X9 adlanan ərazidə yerləşən istifadəsiz tikiliyə baxış keçirilmişdir. Baxış zamanı müəyyən edilmişdir ki, tikilidə əvvəllər yaşayış olsa da, hazırda yaşayış yoxdur. Tikilinin qapı, pəncərələri yoxdur və 1 mərtəbədən ibarətdir. Tikiliyə baxış zamanı Təqsirləndirilən şəxs İİ Qarabağ müharibəsində iştirakından sonra özü ilə gətirdiyi 1 ədəd Kalaşnikov avtomatını, həmin avtomata aid 1 ədəd sandıqcanı və 30 ədəd darağı tavan hissədə gizlətdiyini bildirmişdir. Bərdə RPŞ-nin CABnin əməliyyat müvəkkili Şahid2 qeyd edilən yerdən ağ rəngli, qıraqları göy rəngli kisəni tavan hissədən çıxarmışdır. Kisəyə baxış keçirilən zaman içərisindən 1971-ci il istehsallı olduğu qeyd edilən ГУ-8565 saylı Kalaşnikov avtomat, 1 ədəd həmin avtomata aid sandıqca və üzərində patronlar olduğu aşkar edilmişdir. Sandıqçadan patronlar çıxarılaraq sayılmış, 30 ədəd olduğu müəyyən edilmişdir. Həmin silah-sursatlar ekspertiza tədqiqatı üçün qablaşdırılmışdır. Təqsirləndirilən şəxs məhkəmə iclasında verdiyi ifadəsində 01 ədəd ГУ-8565 nömrəli, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1971-ci il tarixində zavod usulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu avtomat silahını 30 (otuz) ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən döyüş sursatını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı avtomatların kompleks hissəsi hesab edilən darağın ona məxsus olmadığını, həmin silah-sursatın polis əməkdaşları tərəfindən Bərdə rayonu Kələntərli kəndində yerləşən yaşayış olmayan "X9” kimi adlandırılan ünvana qoyulduğunu, polis əməkdaşları tərəfindən döyülərək işgəncələrə məruz qaldığından ibtidai istintaq zamanı silah-sursatın ona məxsus olması barədə ifadə verməyə məcbur olduğunu bildirmişdir. Məhkəmə qeyd etməyi zəruri hesab edir ki, Təqsirləndirilən şəxs məhkəmə istintaqı zamanı ibtidai istintaq dövründə verdiyi ifadələrindən imtina edərək fərqli ifadə vermiş, ibtidai istintaq dövründə etirafedici ifadə verməsinin səbəbi kimi ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülərək, işgəncələrə məruz qalmasını göstərmişdir. Lakin təqsirləndirilən şəxsin özünün müdafiəsi ilə bağlı göstərdiyi həmin hal işin gerçək halları ilə təkzib olunduğundan məhkəmə onları inandırıcı hesab etmir. Məhkəmənin həmin müvqeyi həm də Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarı ilə müəyyənləşmiş hüquqi mövqedən irəli gəlir. Belə ki, qeyd edilən Qərarın 25 və 26-cı bəndlərində təsbit edilmişdir ki, “Təqsirləndirilən şəxs məhkəməyədək icraat dövründə verdiyi ifadələrini məhkəmə iclasında dəyişdirdikdə məhkəmə bunun səbəblərini araşdırmalı, o cümlədən müdafiə tərəfi ifadələrin dəyişdirilməsini məhkəməyədək icraatda ifadələrin fiziki və ya psixi zorakılığın təsiri altında alınması ilə əlaqələndirdikdə onu nəzərə almalıdır ki, Azərbaycan Respublikası CPM-in 449.1, 449.1.1, 449.1.4, 449.2.1, 449.3.3 və 449.3.4-ci maddələrinin ümumi məzmununa görə, təqsirləndirilən (şübhəli) şəxs və onun müdafiəçisi cinayət prosesini həyata keçirən orqanın, o cümlədən təhqiqatçının (onun səlahiyyətlərini həyata keçirən şəxsin) və müstəntiqin prosessual hərəkətlərindən və ya qərarlarından, eləcə də işgəncə verilməsi və ya digər amansız rəftar edilməsi daxil olmaqla tutulmuş və həbs edilmiş şəxsin hüquqlarının pozulması barədə şikayətlə məhkəmə nəzarətini həyata keçirən məhkəməyə müraciət edə bilər. Odur ki, cinayət prosesi tərəflərinin məhkəməyədək icraatda təqsirləndirilən (şübhəli) şəxsin ifadəsinin fiziki və ya psixi zorakılığın təsiri ilə alınmasına dair məhkəmədə irəli sürdükləri dəlillərinə qiymət verilərkən bu məsələnin təqsirləndirilən şəxs, onun müdafiəçisi, digər şəxslər tərəfindən məhkəməyədək icraatı aparan orqan qarşısında qaldırılıb-qaldırılmaması, qaldırıldığı halda səlahiyyətli orqan tərəfindən yoxlanılıbyoxlanılmaması, belə iddialar üzrə araşdırma aparılaraq fiziki və psixi zorakılığın tətbiq edilməsini inkar edən, məsələn, bəraətverici əsaslarla cinayət işinin başlanılmasının rədd edilməsinə dair qərar qəbul edilmişdirsə, təqsirləndirilən şəxsin və yaxud onun müdafiəçisinin həmin qərardan məhkəmə nəzarəti qaydasında şikayət verib-verməməsi, məhkəmə nəzarətini həyata keçirən məhkəmə tərəfindən baxılan məsələ üzrə hansı qərarın qəbul edildiyi nəzərə alınmalıdır. CPM-in 125.8-ci maddəsinin Konvensiyanın 3-cü maddəsinin tətbiqi məsələləri üzrə Avropa Məhkəməsinin hüquqi mövqeyi ilə qarşılıqlı əlaqələndirilməsindən görünür ki, məhkəməyədək icraatda qaldırılmadığı halda məhkəmə baxışında irəli sürülən, heç bir dəlillə möhkəmləndirilməyən, sadəcə ifadənin fiziki və ya psixi zorakılığın tətbiq edilməsi ilə alınmasına dair iddia özü-özlüyündə zorakılığın tətbiq olunduğuna dair əsaslı şübhə yaradan və bu səbəbdən müdafiə tərəfini öz iddiasını sübut etmək, o cümlədən müvafiq sübutun yolverilməzliyini əsaslandırmaq vəzifəsindən azad edən, ittiham tərəfinin üzərinə isə zorakılığın mövcud olmamasını və sübutun yolverilənliyini sübut etmək vəzifəsini qoyan hal kimi nəzərdən keçirilə bilməz. Avropa Məhkəməsinin “Cənnətov Azərbaycana qarşı” işi (Jannatov v. Azerbaijan, № 32132/07, 31 iyul 2014-cü il, § 58) üzrə qərarında qeyd olunmuşdur ki, “...pis rəftar iddiaları müvafiq dəlillərlə dəstəklənməlidir. Dəlilləri qiymətləndirərkən Məhkəmə “əsaslı şübhədən kənar” sübut standartı tətbiq edir. Belə sübut kifayət qədər güclü, aydın və uyğun gələn nəticələrin və ya təkzib olunmayan oxşar fakt prezumpsiyalarının birgə mövcudluğundan irəli gələ bilər.”. Avropa Məhkəməsinin “Məmmədov və digərləri Azərbaycana qarşı” işi (Mammadov and Others v. Azerbaijan, № 35423/07, 21 fevral 2019-cu il, § 112) üzrə qərarında verilən təfsirə görə, bu qəbildən olan iddiaların əsas sübut etmə vasitəsini zorakılığın görünən nəticəsini əks edən tibbi sənədlər təşkil edir. Bununla belə, müstəsna hallarda iddia olunanların həqiqətə uyğun olub-olmadığını müəyyən etmək üçün şikayət edənin hadisə ilə bağlı təfərrüatlı ifadələrinin əsas götürülməsi mümkündür.” Təqsirləndirilən şəxs ibtidai istintaq zamanı polis əməkdaşları tərəfindən döyülərək, işgəncələrə məruz qalması halının araşdırılması üçün məhkəmə Bərdə Rayon Polis Şöbəsinə və Gəncə 2 saylı X5 Həsənovun döyülməsi ilə bağlı məlumatların, habelə tibbi müayindən keçmişdirsə müayinənin nəticələrini əks etdirən sanədlərin, eyni zamanda bu fakta bağlı hər hansı prosessual hərəkətlər olubsa bu barədə sənədlərin məhkəməyə təqdim olunması barədə sorğu göndərmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi 2 saylı İstintaq Təcridxanasının 10 iyun 2024-cü il tarixli 3-16-xx-xx/3121/2024 saylı məktubundan görünür ki, Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixində 2 saylı İstintaq Təcridxanasına daxil olmuş, daxil olarkən ilkin tibbi müayinədən keçirilmiş və bədəni üzərində xəsarət izləri aşkar edilməmişdir. Bərdə Rayon Polis Şöbəsinin 12 iyun 2024-cü il tarixli məktubundan və ona əlavə edilmiş sənədlərdən görünür ki, Azərbaycan Respublikasının CM-nin 177.2.2 və 228.1-ci maddələri ilə Təqsirləndirilən şəxs istintaqa vermiş olduğu ifadəsində Bərdə RPŞ-də döyülməsi və ya hər hansı fiziki və psixi təsirə məruz qalması barədə bildirməmişdir. Habelə Təqsirləndirilən şəxs xx.xx.2024-cü il tarixdə Bərdə Rayon Polis Şöbəsinin MSYdə saxlanılarkən tibbi müayinədən keçmiş, bədənində hər hansı bir xəsarət aşkar edilməmiş, onun xəsarət alması ilə əlaqədar hər hansı prosessual hərəkət həyata keçirilməmişdir. Bundan başqa məhkəmədə şahid qismində ifadə verən Bərdə RPŞ-nin əməkdaşları Şahid1 Məhəmməd oğlu və Şahid3 xx.xx.2024-cü il tarixdə Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kəndində yerləşən yaşayış olmayan və istifadəsiz fermada gizlətdiyi avtomat silahının yerini könüllü olaraq göstərməklə çıxarıb polis əməkdaşlarına təhvil verdiyini bildirmişlər. Beləliklə, Təqsirləndirilən şəxs tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 06 yanvar 2024-cu il tarixdə saat 12 radələrində yeznəsi Zərərçəkmiş şəxs məxsus olan və Bərdə rayonu Kələntərli kəndində yerləşən fərdi yaşayış evində müvəqqəti yaşadığı müddətdə həmin evin həyətyanı sahəsində yerləşən ağaca asılmış köynəyin sağ yan cibindən bacısı X1 istifadəsində olan Zərərçəkmiş şəxs məxsus 2021-ci il istehsalı, ümumi dəyəri 130 manat məbləğində 01 ədəd "Samsung Galaxy A12" markalı mobil telefonu və həmin mobil telefonun simkart hissəsində olan "xxxx" MMC-yə mənsub 5 manat dəyərində simkartı gizli yolla talayaraq ümümilikdə Zərərçəkmiş şəxs 135 (bir yüz otuz beş) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; Bundan başqa onun təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə 07 yanvar 2024-cü il tarixində saat 04 radələrində yeznəsi Zərərçəkmiş şəxs məxsus olan və Bərdə rayonu Kələntərli kəndində yerləşən fərdi yaşayış evində müvəqqəti yaşadığı müddətdə həmin evin həyətyanı sahəsindəki əl damından Zərərçəkmiş şəxs məxsus 01 baş 4 yaşında, diri çəkisi 50 kiloqram olmaqla dəyəri 375 manat məbləğində qoyunu və 01 baş 8 aylıq, dırı çəkisi 15 kiloqram olmaqla dəyəri 125 manat məbləğində quzunu gizli yolla talayaraq, zərər çəkmiş şəxs Zərərçəkmiş şəxs ümumilikdə 500 (beş yüz) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayət əməlini törətməsi; Bundan başqa onun istintaqa məlum olmayan tarixdə və mənbədən qanunsuz olaraq 01 ədəd ГУ-8565 nömrəli, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1971-ci il tarixində zavod usulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu avtomat silahını 30 (otuz) ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən döyüş sursatını və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı avtomatların kompleks hissəsi hesab edilən darağı əldə edib yaşadığı Bərdə rayonu Kələntərli kəndində yerləşən yaşayış olmayan "X9” kimi adlandırılan ünvanda saxlaması, 19 yanvar 2024-cü il tarixdə saat 2120 radələrində Bərdə Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən əməliyyat-axtarış tədbirləri nəticəsində yaşadığı Bərdə rayonu Kələntərli kəndi ərazisində saxlanılaraq Bərdə Rayon Polis Şöbəsinin inzibati binasına gətirildikdən sonra həmin gun saat 2240 radələrində Bərdə rayonu Kələntərli kəndində yerləşən yaşayış olmayan “X9” kimi adlandırılan ərazidə yerləşən tikiliyə baxış keçirilən zaman həmin tikilinin tavan hissəsindən 01 ədəd ГУ-8565 nömrəli, 7,62 mm kalibrlı olmaqla keçmiş SSRİ dövlətində 1971-ci il tarixində zavod usulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu avtomat silahı, 30 (otuz) ədəd 7,62x39 mm kalıbrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş, atəş üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən döyuş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7,62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı avtomatların kompleks hissəsi hesab edilən daraq aşkar edilərək götürülməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, təqsirləndirilən şəxsin qismən etirafedici ifadəsi, zərərçəkmiş şəxsin və şahidlərin ifadələri və digər iş materialları ilə tamamilə sübuta yetirildi. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmə hökmü haqqında” 24 dekabr 2021-ci il tarixli 15 saylı qərarının 23-cü bəndində məhkəmələrə tövsiyə edilmişdir ki, “Məhkəmələr nəzərə almalıdır ki, CPM-in 351.2-ci maddəsinə əsasən ittiham hökmü ehtimallara əsaslana bilməz və yalnız məhkəmə baxışı zamanı təqsirləndirilən şəxsin təqsiri sübuta yetirildiyi halda çıxarılır. Təqsirin sübuta yetirilmiş hesab edilməsi haqqında nəticəni isə CPM-in 351.3-cü maddəsi məhkəmənin bu Məcəllənin 346.1.1-346.1.6-cı maddələrində göstərilən (cinayət hadisəsinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət tərkibinin olmasının sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin cinayətin törədilməsinə aidiyyətinin sübuta yetirilib-yetirilməməsi, cinayətin törədilməsində təqsirləndirilən şəxsin təqsirliliyinin sübuta yetirilib-yetirilməməsi, təqsirləndirilən şəxsin əməlinin ittihamda CM-in müvafiq maddəsi əsasında ona istinad edilən cinayətin əlamətlərinə uyğun olub-olmaması kimi) məsələlərə təsdiqedici cavab verməsi, habelə CPM-in 351.3.1-351.3.4-cü maddələrində təsbit edilən tələblərin hər biri nəzərə alındığı yəni, təqsirsizlik prezumpsiyası rəhbər tutulduğu, CPM-də nəzərdə tutulmuş qaydalar daxilində məhkəmə baxışında ittihama baxıldığı və bu prosessual qaydalara riayət edilməklə nəticələr əldə edildiyi, o cümlədən məhkəmənin qənaəti məhkəmə istintaqında tədqiq edilmiş mötəbər və mümkün sübutlara əsaslandığı, təqsirləndirilən şəxsin təqsirliliyinə dair aradan qaldırıla bilinməyən şübhələr onun xeyrinə şərh edildiyi vəziyyətdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gələ bilməsi ilə şərtləndirmişdir. Odur ki, şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticənin əsaslandırılmış məhkəmə qənaəti kimi çıxış etməsi üçün hökmdə aparılmış təhlildən və bununla əlaqədar məhkəmənin gətirdiyi dəlillərdən onun CPM-in 346.1.1-346.1.6-cı maddələrində göstərilən məsələlərə əsaslandırılmış şəkildə təsdiqedici cavab verdiyi və məhz CPM-in 351.3.1- 351.3.4-cü maddələrində təsbit edilən tələblərə əməl olunduğu şəraitdə şəxsin təqsirinin sübuta yetirilmiş olması haqqında nəticəyə gəldiyi aydın görünməlidir.” Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Həmin maddənin mahiyyəti ondadır ki, hər kəsin Əsas Qanunda və digər normativ - hüquqi aktlarda nəzərdə tutulan hüquq və azadlıqlarının məhkəmənin müdafiəsi altında olduğu təsdiq edilir. Bu baxımdan təqsirləndirilən şəxslərin cinayət məsuliyyətinə cəlb edilməsi, onlara cəzaların növünün və həddinin təyin olunması zamanı qanunvericiliyin tələblərinə Konstitusiyada nəzərdə tutulan təminatlar sisteminə xələl gətirilmədən əməl edilməlidir. Konstitusiyanın 63-cü maddəsinə görə, qanuni qüvvəyə minmiş məhkəmə hökmü olmadan heç kəs cinayət etməkdə təqsirli sayıla bilməz. Konstitusiyanın bu müddəası baxımından ədalət mühakiməsinin ən mühüm aktı olan məhkəmə hökmünün qanuni, əsaslı və ədalətliliyinin təmin edilməsi demokratik hüquqi dövlətdə xüsusi əhəmiyyət kəsb edir. Azərbaycan Respublikası cinayət - prosessual qanunvericiliyi cinayətin əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayəti törətməkdə təqsirləndirilən şəxsin təqsirli olub-olmamasını, habelə cinayət qanunu ilə nəzərdə tutulmuş əməlləri törətməkdə şübhəli və ya təqsirləndirilən şəxsin cinayət təqibinin və ya müdafiəsinin hüquqi prosedurlarını müəyyən edir (CPM-in 1.1-ci maddəsi). Məhkəmə hökmü şəxsin təqsirli olub-olmaması kimi həyati əhəmiyyəti olan məsələni həll edir. Bu səbəbdən prosessual qanunvericiliyin tələblərinə görə məhkəmənin hökmü qanuni və əsaslı olmalıdır (CPM-in 349.3-cü maddəsi). Məhkəmə hökmü Azərbaycan Respublikası Konstitusiyasının, Cinayət-Prosessual Məcəlləsinin, Azərbaycan Respublikası cinayət və digər qanunların tələblərinə riayət edilməklə çıxarıldıqda qanuni hesab edilir (CPM-in 10.1, 349.4-cü maddələri). Məhkəmə hökmü o vaxt qanuni hesab edilə bilər ki, hökm həm forma, həm də məzmununa görə cinayət-prosessual qanunvericiliyinin, cinayət qanununun və Azərbaycan Respublikasının digər qanunvericilik aktlarının tələblərinə cavab vermiş olsun. Hökmdə öz əksini tapmalı olan istənilən məsələ yalnız qanunvericiliyin tələbinə uyğun olaraq həll edilməlidir. Məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslandıqda, bu sübutlar ittihamın qiymətləndirilməsi üçün kifayət etdikdə, məhkəmənin müəyyən etdiyi hallar onun tədqiq etdiyi sübutlara uyğun gəldikdə məhkəmə hökmü əsaslı hesab edilir (CPM-in 349.5-ci maddəsi). Yuxarıda göstərilən maddənin tələbinə əsasən, məhkəmə hökmünün əsaslı olmasının başlıca şərtlərindən biri ondan ibarətdir ki, məhkəmənin gəldiyi nəticələr yalnız məhkəmə istintaqında tədqiq edilmiş sübutlara əsaslanmalıdır. Məhkəmə hökmünün əsaslılığının şərtlərindən biri də hökmdə müəyyən edilmiş halların məhkəmə istintaqında tədqiq edilmiş sübutlara uyğun gəlməsidir. Bu isə o deməkdir ki, şəxsin cinayət törətməkdə təqsirli olmasına dair məhkəmə qərarı mülahizələrə əsaslana bilməz və işə aid biri digərinə uyğun gələn mötəbər sübutların məcmusu ilə təsdiq olunmalıdır (CPM-in 28.5-ci maddəsi). Məhkəmə təqsirləndirilən şəxsə cəza təyin etmək məsələsini həll edərkən hesab edir ki, aşağıdakılar nəzərə alınmalıdır. Azərbaycan Respublikasının CM-nin 8.1-ci maddəsinə əsasən cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. CM-nin 9.2-ci maddəsinə görə, cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər cismani əzab vermək və ya insan ləyaqətini alçaltmaq məqsədi daşıya bilməz. Başqa sözlə, cəza “talion” prinsipinə, yəni məhkumdan əvəz çıxmaq, qisas almaq niyyətinə xidmət etməməlidir. Hər bir halda ədalət prinsipi zərərçəkmiş şəxsə qayğı və diqqətin, təqsirləndirilən şəxsə isə mərhəmətin göstərilməsini özündə ehtiva edir. Heç təsadüfi deyildir ki, qanunverici cəza təyin edərkən şəxsin bütün sosialpsixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. CM-nin 58.3-cü maddəsinə əsasən, cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən CM-nin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Qanunverici bu anlayışla hesab edir ki, cinayət qanunla qorunan ictimai münasibətlərə qəsd edir və təyin olunmuş cəza onları bərpa etməklə, sosial ədalətin bərpa olunması vəzifəsini və məhkumun islah olunmasını bilavasitə həyata keçirir. Digər tərəfdən, cəza xüsusi və ümumi prevensiyaya, yəni məhkum tərəfindən, o cümlədən başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almağa xidmət edir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası CM-in 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999cu il tarixli qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Qeyd olunanlarla yanaşı “Penitensiar sahədə fəaliyyətin təkmilləşdirilməsi, cəza siyasətinin humanistləşdirilməsi və cəmiyyətdən təcridetmə ilə əlaqədar olmayan alternativ cəza və prosessual məcburiyyət tədbirlərinin tətbiqinin genişləndirilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin 10 fevral 2017-ci il tarixli Sərəncamının 13.3 və 13.4-cü bəndlərində məhkəmələrə tövsiyə edilmişdir ki, cəzanın növü və həddini müəyyən edərkən cəzanın sosial ədalətin bərpası, məhkumun islah edilməsi və yeni cinayətlərin törədilməsinin qarşısının alınması məqsədilə tətbiq edildiyi əsas tutulmalı, cəzanın təyin edilməsi əsaslarına dair CM-in 58.1-ci maddəsinin tələblərinə riayət olunmasına xüsusi diqqət yetirilməlidir. “Azərbaycan Respublikasının bəzi qanunvericilik aktlarına əlavələr və dəyişikliklər edilməsi barədə” 11 iyun 2004-cü il tarixli 688-İİQD saylı Azərbaycan Respublikası Qanununun 3-cü hissəsinin 9-cu bəndinin və 4-cü hissəsinin 7-ci bəndinin Azərbaycan Respublikası Konstitusiyasının 130-cu maddəsinin 9-cu hissəsinə uyğunluğunun yoxlanılmasına dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli Qərarının izahında qeyd olunur ki, “İstənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir”. İş materiallarında olan və məhkəmə istintaqı zamanı tədqiq edilən: Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayonu Kələntərli kəndində rəsmi qeydiyyatdadır və hazırda Bərdə rayonu Kələntərli kəndində yaşayır. Ailə üzvləri: atası 1965-ci il təvəllüdlü X3 və anası 1965-ci il təvəllüdlü X4 ibarətdir. Bərdə Rayon İcra Hakimiyyəti Başçısının Kələntərli kənd İnzibati Ərazi Dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş 06 mart 2024-cü il tarixli Xasiyyətnamə ilə Təqsirləndirilən şəxs yaşayış yeri üzrə müsbət xarakterizə edilmişdir. İ-9056 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2720 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İ-30220 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məlumatından görünür ki, Təqsirləndirilən şəxs qardaşı X12 üçüncü dərəcəli əlildir. Diaqnoz: Hərbi əməliyyatlar nəticəsində digər növ partlayışlarla və ya qəlpələrlə törənmiş zədələnmələr. Sağ əlin V barmağının orta falanqa səviyyətində travmatik qopmasına, İİ barmağın orta distal falanqalarının İİİ, İV barmaqların orta falanqalarının açıq sınıqlarına görə aparılmış yaraların birincili cərrahi işlənməsi, güdülün formalaşması, gips longeti ilə immoblizasiyadan sonrakı kafi bitişmiş sınıqları. Əl sümüklərinin osteoparozu. V barmağın orta falanqasının cismi səviyyəsində güdülü, İİ, İİİ, İV barmaqların kontrakturası. İ-1667 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 15 dekabr tarixli, 2349 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs qardaşı X12 “Vətən uğrunda” medalı ilə təltif olunmuşdur. İ-5179 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 24 iyun tarixli, 2720 nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs qardaşı X12 “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunmuşdur. İ-29818 nömrəli Azərbaycan Respublikası Medalının vəsiqəsindən görünür ki, Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 21 aprel tarixli, 250s nömrəli Sərəncamı ilə Təqsirləndirilən şəxs qardaşı X12 “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. CM-nin 59.2-ci maddəsinə görə, cəza təyin edilərkən bu Məcəllənin 59.1.1-59.1.14cü maddələrində göstəriməmiş başqa hallar da cəzanı yüngülləşdirən hal qismində nəzərə alına bilər. İşin gerçək hallarından görünür ki, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunur, X10, yəni 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmaqla “Suqovuşanın azad olunmasına görə” medalla və “Vətən müharibəsi iştirakçısı” medalı ilə təltif olunmuşdur. Məhkəmənin qənaətinə görə, Təqsirləndirilən şəxs yaşayış yerindən müsbət xarakterizə olunması və X10, yəni 44 günlük Vətən Müharibəsinin iştirakçısı olmaqla “Vətən müharibəsi iştirakçısı” medalı və “Suqovuşanın azad olunmasına görə” medalı ilə təltif olunması CM-nin 59.2-ci maddəsinin tələbinə uyğun olaraq onun cəzasını yüngülləşdirən hal qismində nəzərə alınmalıdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi BƏSİİ-nin 06 mart 2024-cü il tarixli tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs əvvəllər məhkum olunmamışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikasının CM-nin 61-ci maddəsində göstərilən cəzanı ağırlaşdırıcı hallar yoxdur. “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 25 iyun 2003-cü il tarixli, 4 saylı Qərarının 1-ci bəndində göstərilir ki, hər bir konkret halda məhkəmələr təqsirləndirilən şəxslərə cəzaların təyin edilməsinə fərdi yanaşmalı, cinayət qanununun vəzifələri və cəzanın məqsədindən bəhs edən CM-nin 2 və 41-ci maddələrinin müddəalarının həyata keçirilməsini sözsüz təmin etməlidirlər. Cinayət qanununun ədalət prinsipindən bəhs edən CM-nin 8-ci maddəsinə görə cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmalıdır. Həmin Qərarın 2-ci bəndində qeyd olunur ki, cəzaların tətbiqi məsələsi müzakirə edilərkən cəzanın növü və miqdarının seçilməsinin mühüm əhəmiyyəti vardır. Cəza birinci növbədə təqsirləndirilən şəxsin islah olunmasına xidmət etməlidir. Qərarın 4-cü bəndinə görə, CM-nin 59-cu maddəsilə cəzanı yüngülləşdirən halların sayı məhdudlaşdırılmadığından cəza təyini zamanı həmin maddədə nəzərdə tutulmamış hallar da cəzanı yüngülləşdirən hallar qismində nəzərə alına bilər. Belə halların cəzanı yüngülləşdirən hal kimi qəbul edilməsi hökmdə əsaslandırılmalıdır. Məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edərkən təqsirləndirilən şəxsin cəzasını yüngülləşdirən halı, əməlində cəzasını ağırlaşdıran halların olmamasını, habelə ilk dəfə qəsdən cinayət törətməsini, məhkəmə iclsında bir daha hər hansı qanunsuz əməl törətməyəcəyinə vəd verməsini nəzərə alır, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, cinayətlərin törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına təsirini nəzərə alaraq, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CMnin 177.2.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması və CM-nin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəza təyin etməyi qanuni, əsaslı və ədalətli hesab edir. CM-nin 68.1 və 68.1.1-1-ci maddələrinə görə cinayətlərin məcmusu və hökmlərin məcmusu üzrə cəzalar qismən və ya tamamilə toplanılarkən azadlıqdan məhrum etmənin bir gününə azadlığın məhdudlaşdırılmasının iki günü bərabər tutulur. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsi ilə azadlıqdan məhrum etmə cəzası təyin edildiyindən barəsində Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə təyin edilmiş azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla üzərində qəti cəza saxlanılmalıdır. CM-nin 56.1.2-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs ona təyin ediləcək azadlıqdan məhrum etmə cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. İş materiallarında olan: “Cinayət törətməkdə şübhəli olan şəxsin tutulması haqqında” 19 yanvar 2024-cü il tarixli protokoldan görünür ki, Təqsirləndirilən şəxs 19 yanvar 2024-cü il tarixdə tutularaq Bərdə Rayon Polis Şöbəsinin MSY-nə təhvil verilmişdir. Bərdə Rayon Məhkəməsinin 21 yanvar 2024-cü il tarixli qərarından görünür ki, təqdimat təmin edilərək, Təqsirləndirilən şəxs barəsində 03 (üç) ay müddətinə həbs qətimkan tədbirinin seçilməsi, həbs etmənin başlanğıcının 19 yanvar 2024-cü il tarixdən hesablanması qərara alınmışdır. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs cəza çəkməsinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablanmalıdır. Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmə növündə cəza təyin edildiyindən barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının CPM-nə əsasən, məhkəmə tərəfindən müşavirə otağında müzakirə edilən (maddə 346.1.21) və ittiham hökmünün nəticəvi hissəsində göstərilən (maddə 353.4.10) məsələlərdən biri də, məhkəmə məsrəflərinin (xərclərinin) ödənilməsi məsələsidir. İş materiallarında olan ekspertiza xərcinə dair 04 aprel 2024-cü il tarixli 9/1941 nömrəli bildirişdən görünür ki, aparılmış ekspertiza tədqiqatının dəyəri 50 (əlli) manat təşkil etmişdir. Məhkəmə hesab edir ki, iş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ГУ- 8565 nömrəli, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1971-ci il tarixində zavod usulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu avtomat silahı, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı avtomatların kompleks hissəsi hesab edilən daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilməlidir. İş üzrə mülki iddia yoxdur. Nəticəvi hissə Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Cinayət-Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 358, 383-385-ci maddələrini rəhbər tutaraq məhkəmə hökm etdi: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2 və 228.1-ci maddələrində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib, Azərbaycan Respublikasının CM-nin 177.2.2-ci maddəsi ilə 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına, Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə 01 (bir) il müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 68.1.1-1-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 177.2.2-ci maddəsi ilə təyin edilmiş 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmə cəzasının bir gününə hesablanmaqla üzərində qəti olaraq 06 (altı) ay müddətə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 66.2 maddəsinə əsasən təyin edilmiş əsas cəzaları qismən toplamaqla ona qəti olaraq 01 (bir) il 03 (üç) ay müddətə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Cəzaçəkmə müddətinin başlanğıcı 19 yanvar 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənə kimi dəyişdirilmədən saxlanılsın. İş üzrə 50 (əlli) manat məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X6, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. İş üzrə maddi sübut olan və Bərdə Rayon Polis Şöbəsində saxlanılan 01 ədəd ГУ- 8565 nömrəli, 7,62 mm kalibrli olmaqla keçmiş SSRİ dövlətində 1971-ci il tarixində zavod usulu ilə istehsal olunmuş, Kalaşnikov konstruksiyalı, AKM modelli, texniki cəhətdən saz və atəş üçün yararlı olan yivli odlu avtomat silahı, 30 (otuz) ədəd 7,62x39 mm kalibrli zavod üsulu ilə keçmiş SSRİ dövlətində istehsal olunmuş atəş üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı silahların ştat patronları hesab edilən döyüş sursatı və 01 ədəd zavod üsulu ilə istehsal olunmuş 30 ədəd 7.62x39 mm kalibrli patronlar yerləşdirmək üçün nəzərdə tutulmuş texniki cəhətdən saz və istifadə üçün yararlı olmaqla Kalaşnikov konstruksiyalı avtomatların kompleks hissəsi hesab edilən daraq hökm qanuni qüvvəyə mindikdən sonra Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Maddi Texniki Təminat İdarəsinə təhvil verilsin. Hökmdən təqsirləndirilən şəxs rəsmi qaydada aldığı, digər proses iştirakçıları isə elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Sədrlik edən: Gündüz Abbasov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar