Məhkəmə qərarları › İş №1(021)-96/2022

Bərdə Rayon Məhkəməsi Qərar — İş №1(021)-96/2022

04.05.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bərdə rayonu İş № 1(021)-96/2022 04.05.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Elsun Məzahir oğlu Əhmədovun sədrliyi, Məhkəmə iclas katibi Orxan Elşən oğlu Bayramovun katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, kiçik ədliyyə müşaviri Dövlət ittihamçısı, Zərərçəkmiş şəxs, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxx 1990-ci il tarixdə Bərdə rayonu, Lənbəran kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, orta təhsilli, ailəli, fərdi əməklə məşğul olan, məhkum olunmamış, Bərdə rayonu Lənbəran kəndində qeydiyyatda olmaqla yaşayan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə işə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ Bərdə Rayon Məhkəməsinə daxil olmuş “böyük ictimai təhlükə törətməyən aşkar cinayət üzrə məhkəməyədək sadələşdirilmiş icraat aparılmasının nəticələrinə dair” yekun protokoldan görünür ki, Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aid bədən xəsarətləri yetirmişdir. Belə ki, o, 08 aprel 2022-ci il tаriхdə sааt 13 rаdələrində Bərdə rayonu Lənbəran kəndində aralarında şəxsi münasibətlər zəminində yaranmış mübahisə zamanı Zərərçəkmiş şəxs sifət nahiyyəsindən əli ilə bir dəfə qəsdən yumruq vurub sonuncuya burun nahiyəsinin qançırı, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı ilə müşayət olunan sağlamlığın qısa müddətə pozulmasına səbəb olan qəsdən sağlamlığına yüngül zərər vurmuşdur. Cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxs Təqsirləndirilən şəxs məhkəmə iclasında ona elan olunmuş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində göstərdi ki, o rəsmi olaraq hec bir yerdə işləmir, fərdi əməklə məşğuldur. Zərərçəkmiş şəxs onun həyat yoldaşıdır, birgə nigahdan 2 övladı vardır. 08 aprel 2022-ci il tarixdə saat 13 radələrində o yaşadiqları evdə olarkən həyat yoldaşı Ayşən mətbəxdə iş görürmüş və bu zaman o Zərərçəkmiş şəxs ona çay verməsini istəmişdir, lakin Ayşən ona işinin çox olduğunu və çayı biraz gec verəcəyini demişdir. Buna görədə aralarında sözlə mübahisə yaranmışdır və onlar yaşadıqları evin yataq otağında mübahisə etməyə başlamışlar. Mübahisə zamanı o bir dəfə Ayşənin sifət nahiyəsinə vurmuşdur. Nəticədə Ayşənin burnundan qan axmağa başlamışdır. Sonra isə Ayşənin ağladığını görmüş və yaşadıqları evdən həyətə çıxmışdır. Bundan sonra aralarında heç bir mübahisə baş verməmişdir. Sonradan o 09 aprel 2022-ci il tarixdə həyat yoldaşı Zərərçəkmiş şəxs Bərdə şəhərində yerləşən xəstəxanaya müraciət etdiyini və orada Zərərçəkmiş şəxs ilkin tibbi yardım göstərildiyini öyrənmişdir. Hazırda zərərməkmiş şəxslə barışdığından barəsində olan cinayət işi üzrə icraata xitam verilməsini xahiş etdi. Məhkəmə iclasında Zərərçəkmiş şəxs ifadəsində göstərmişdir ki, rəsmi olaraq heç bir yerdə işləmir,fərdi əməklə məşğuldur. Təqsirləndirilən şəxs onun həyat yoldaşıdır. Onların birgə nigahdan 2 övladı vardır. 08 aprel 2022-ci il tarixdə saat 13 radələrində öz yaşadığı evdə olarkən həyat yoldaşı Təqsirləndirilən şəxsla aralarında çübahisə olmuşdur, həmin vaxt o Mehrac onunla yaşadıqları evin yataq otağında mübahisə etməyə başlamış, mübahisə zamanı Mehrac bir dəfə yumruqla onun burun nahiyəsinə vuraraq onu döymüşdür. Sonra isə Mehrac çıxıb getmişdir. Həmin vaxt onlar yataq otağında olduğu üçün kənar şəxslər orada olmamışdır və onlar yalnız ikisi otaqda olmuşlar. Həmin vaxt onun burnundan qan axdığı üçün o yataq otağından çıxmamışdır. Həmin gün o özünü narahat hiss etdiyi üçün və burnunda küt ağrılar olduğuna görə 09 aprel 2022-ci il tarixdə Bərdə rayonunda xəstəxanaya müraciət etmişdir və orada ona ilkin tibbi yardım göstərilmişdir. Hazırda əri ilə barışdığından Təqsirləndirilən şəxs barəsində olan cinayət təqibinə xitam verilməsini xahiş etdi. Məhkəmə baxış iclasında Zərərçəkmiş şəxs təqsirləndirilən Təqsirləndirilən şəxs ilə barışdıqları üçün ona qarşı heç bir şikayət və tələbi olmadığını bildirərək icraata xitam verilməsini xahiş etmişdir. Notarial qaydada təsdiq olunmuş ərizəsini məhkəməyə təqdim etmişdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan “MTE və PA” ETT Birliyinin Bərdə r/a zona mərkəzinin 09 aprel 2022-ci il tarixli 217 nömrəli rəyindən görünür ki, Zərərçəkmiş şəxs məhkəmə-tibb müayinəsi zamanı bədəni üzərində aşağıdakı xəsarətlər – burun nahiyəsinin qançırı, burun sümüyünün yerini dəyişməyən qapalı sınığı küt əşyanın təsirindən törənmişdir, müddəti qərarda göstərilən tarixə - yəni 08 aprel 2022-ci ilə uyğun gəlir və dərəcələrinə görə sağlamlığın qısa müddətə pozulmasına səbəb olan sağlamlığa yüngül zərər vurmaya aiddir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon Lənbəran kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyindən alınmış ailə tərkibi haqqında arayışdan görünür ki, Təqsirləndirilən şəxs ailəsi 2011-ci il təvəllüdlü oğlu X3, 2005-ci il təvəllüdlü X2 ibarətdir. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan Bərdə rayon Lənbəran kənd İcra Nümayəndəliyindən alınmış Təqsirləndirilən şəxs barəsində olan xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs xx xxxx 1990-cı ildə Bərdə rayon Lənbəran kəndində anadan olmuş, orta təhsilli, evli, fərdi əməklə məşğuldur, yaşadığı ərazidə özünü intizamlı aparmış, öz həmyaşıdları arasında hörməti vardır, ailə və məişətdə özünü intizamlı apararaq içtimai işlərdə fəal iştirak etmişdir. Hal hazıradək onun barəsində heç bir şikayət və ərizə daxil olmamışdır. Məhkəməyədək sadələşdirilmiş icraat materialında olan DİN-in Baş Əməliyyat və Statistik İnformasiya İdarəsinin tələbnaməsindən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 59.1.1-ci maddəsində nəzərdə tutulmuş cəzanı yüngülləşdirən hallar onun hadisələrin təsadüfi axarı zəminində ilk dəfə böyük ictimai təhlükə törətməyən cinayəti törətməsidir. Cinayət əməli törətmiş Təqsirləndirilən şəxs barəsində Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 61-ci maddəsində nəzərdə tutulmuş cəzanı ağırlaşdırıcı hallar yoxdur. Məhkəməyə təqdim edilmiş və iş materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs notarial qaydada təsdiq olunmuş ərizəsindən görünür ki, Zərərçəkmiş şəxs ilə Təqsirləndirilən şəxs barışmışlar, onun Təqsirləndirilən şəxs qarşı heç bir şikayəti və tələbi yoxdur. Beləliklə, Zərərçəkmiş şəxs sağlamlığın qısa müddət pozulmasına səbəb olan qəsdən sağlamlığa yüngül zərər yetirmə cinayətini törətməsi məhkəmə iclasında toplanmış və tədqiq edilmiş obyektiv sübutların məcmusu, cinayət qanunu ilə nəzədə tutulmuş əməli törətmiş şəxsin ifadəsi, zərərçəkmiş şəxsin ifadəsi, ekspertiza rəyi və digər iş materialları ilə tamamilə sübuta yetirilmişdir. Onun əməli təhqiqat orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə düzgün tövsif edilmişdir. Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 40.2-ci maddəsinə uyğun olaraq, şəxs zərərcəkmiş şəxslə barışdıqda cinayət təqibinə xitam verilə bilər. Azərbaycan Respubikasının Cinayət Prosessual Məcəlləsinin 43.3-cü maddəsində göstərilir ki, məhkəmə baxışının gedişində təqsirləndirilən şəxsə qarşı cinayət təqibinə, həmçinin bu Məcəllənin 39.1.3, 39.1.5, 39.1.12 və 40.2-ci maddələrində nəzərdə tutulmuş hallarda müdafiə tərəfinin razılığı ilə xitam verilməsi barədə məhkəmə qərar çıxarmağa haqlıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73.2-ci maddəsinə müvafiq olaraq, bu Məcəllənin 127.1, 128, 129, 130, 131.2, 133.1, 134, 142.1, 143, 156.1, 157.1 və 158.1-ci maddələrində nəzərdə tutulmuş əməli (əməlləri) törətmiş şəxs zərərçəkmiş şəxslə barışdıqda və ona dəymiş ziyanı tamamilə ödədikdə cinayət məsuliyyətindən azad edilir. Məhkəmə hesab edir ki, zərərçəkmiş şəxs təqsirləndirilən şəxslə barışdığına görə və cinayət təqibinə xitam verilməli, Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilməlidir. İş üzrə maddi sübut, məhkəmə xərci və mülki iddia yoxdur. Qeyd olunanlara əsaslanaraq və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 43.3, 40.2, 321, 384.1 və Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 73-cü maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirli bilinsin. Təqsirləndirilən şəxs Zərərçəkmiş şəxs ilə barışdığından o, cinayət məsuliyyətindən azad edilsin. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 128-ci maddəsi ilə təqsirləndirilməsinə dair məhkəməyədək sadələşdirilmiş icraat materialı üzrə cinayət təqibinə xitam verilsin. Qərardan 20 (iyirmi) gün müddətində Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya apellyasiya protesti verilə bilər. HakimElsun Əhmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar