Məhkəmə qərarları › İş №1(021)-96/2023

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-96/2023

10.08.2023 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-96/2023 10.08.2023 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Tağıyev Babək Vaqif oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1987-ci il tarixdə Laçın rayonu, Ələkçi kədində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, işsiz, məhkumluğu olmayan, Laçın rayonu, Ələkçi kəndində qeydiyyatda olan, Bərdə rayonu, İ Qaradəmirçi kəndində yaşayan, barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs meşə fonduna daxil olmayan ağacları qanunsuz olaraq kəsərək Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda maddi ziyan vurmuşdur. Belə ki, Təqsirləndirilən şəxs 17 noyabr 2022-ci il tarixdə saat 15 radələrində Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin 24 noyabr 2017-ci il tarixli, ********** qeydiyyat nömrə çıxarışına əsasən Babaşova Əsmər Elxan qızının xüsusi mülkiyyətində olan kənd təsərrüfatı təyinatlı Bərdə rayonu, Birinci Qaradəmirçi kəndi ərazsisində yerləşən 1,448 ha torpaq sahəsində meşə fonduna daxil olmayan diametri 48 sm və 55 sm olan 2 ədəd köküstü yaş qovaq cinsinə mənsub ağacı kök boğazından qanunsuz olaraq kəsib Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyinin 7 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinə xeyli miqdarda, yəni 1950 manat məbləğində maddi ziyan vurmuşdur. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü qismən təqsirli bilərək ifadəsində göstərdi ki, o və ailəsi Bərdə rayonu, İ Qaradəmirçi kəndində köhnə tikilidə yaşayı. Həmin torpaq sahəsinə dair hər hansı sənədi yoxdur, məcburi köçkün olaraq 1994-cü ildən həmin ərazidə məskunlaşmışdır. Həmin ərazidə 20 ailə məskunlaşmış, həmin ərazi Kəhriz qəsəbəsi adlanır. Şahid5 tanıyır, onunla düşmənçiliyi və ədavəti yoxdur. 17 noyabr 2022-ci il tarixdə saat 15 radələrində yaşadığı evdən 400-500 metr irəlidə Şahid5 istifadə etdiyi pay torpaq sahəsində 02 ədəd qovaq ağacını özünə məxsus elektrik mişarı (drujba) ilə kəsmiş, həmin vaxt yanında qardaşı Şahid3 olmuşdur. Ağacları o, özü kəsmiş, Teymur yanında dayanmışdır. Daha sonra 02 ədəd qovaq ağacını “drujba” ilə hissələrə bölərək kənara yığmış, Qaradəmirçi kəndində asfalt yoldan bir nəfər tanımadığı ağ rəngli “Qaz 24” markalı, dövlət qeydiyyat nişanını xatırlamadığı avtomobili saxlatmış, ondan kömək istəmiş, həmin şəxsin avtomobilini pay torpaq sahəsinin kənarına gətirərək həmin kəsdiyi qovaq ağacını hissələr şəklini avtomobilə yükləmiş və evə aparmışdır. Şahid5 pay torpağındakı 02 ədəd qovaq ağacının kəsməkdə məqsədi yaşadığı fərdi yaşayış evində qazın olmamasıdır. Onun ailəsi ilə birlikdə məskunlaşdığı “Kəhriz” qəsəbəsinə dövlət tərəfindən qaz çəkilməmiş, lakin elektrik enerjisi ilə təmin edilmişdir. Həmçinin Təqsirləndirilən şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, o, Şahid5 pay torpağında olan 02 ədəd qovaq ağacını kəsmək üçün heç kimdən icazə almamış, ona həmin ağacların kəsilməsi üçün göstəriş verilməmişdir. O, evini istiliklə təmin etmək üçün həmin 02 ədəd qovaq ağacını kəsmişdir. Şahid3 onun ağacları qanunsuz kəsdiyini bilməmiş, həmçinin qardaşı Teymur onkoloji xəstə olduğu üçün ağacları kəsməkdə və yükləməkdə hər hansı yardım göstərmək iqtidarında olmamışdır. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını və zərərçəkmiş şəxsə dəymiş ziyanı bir qisminin ödəməsini nəzərə almağı və ona yüngül cəza verilməsini məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs ona istinad edilən cinayət əməlini törətməsi özünün etirafı ilə yanaşı, zərərçəkmiş hüquqi şəxsin nümayəndəsinin ifadəsi, şahid ifadələri, baxış keçirilməsi haqqında protokol, ekspert rəyi, istintaq hərəkəti protokollarına əlavələr və digər istintaq materialları ilə aşağıdakı qaydada tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə iclasında zərərçəkmiş hüquqi şəxsin nümayəndəsi Zərərçəkmiş şəxs ifadəsində göstərdi ki, Ağcabədi şəhəri, Ü.Hacıbəyli prospektində təzə məhəllədə ailəsi ilə birlikdə yaşayır, 09 Saylı Ekologiya və Təbii Sərvətlər İdarəsinin hüquq məsələləri üzrə baş məsləhətçisi işləyir. 17 noyabr 2022-ci il tarixdə Bərdə rayon Qaradəmirçi kənd sakini Şahid4 FHN-nin qaynar xəttinə zəng etmiş, Bərdə rayonu, Qaradəmirçi kəndində pay torpaq sahəsində ağacların kəsilməsi barədə məlumat vermiş, həmin məlumat Ekologiya Nazirliyinin “qaynar xəttinə” yönəldilmişdir. Həmin məlumat əsasında 25 noyabr 2022-ci il tarixdə ağacların kəsildiyi əraziyə baxış keçirmək üçün idarənin əməkdaşları ağacların kəsildiyi yerə getmişlər. Həmin ərazinin Şahid5 məxsus olduğunu müəyyənləşdirmişlər. Şahid5 Bərdə rayonu, İ Qaradəmirçi kəndində 1,448 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkilmişdir. Həmin torpaq sahəsində 02 ədəd, hər birinin diametri 48 və 55 sm olmaqla qovaq ağacının kökündən kəsildiyi müəyyənləşdirilmişdir. Ağacların kəsildiyi əraziyə İ Qaradəmirçi bələdiyyə sədri Zülfiyyə Əliyeva və torpağın faktiki istifadəçisi Şahid5 iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Şahid5 həmin ağacları tərəfindən kəsilmədiyini, ağacların kəsilməsi üçün heç vaxt heç bir quruma nə şifahi, nə yazılı müraciət edilmədiyini bildirmişdir. Bələdiyyə sədri Zülfiyyə Qurbanovada ağacların kəsilməsi barədə ona nə şifahi, nə yazılı heç kimin müraciət etmədiyini bildirmişdir. Daha sonra Bərdə rayon prokurorluğu tərəfindən ağac kəsilən əraziyə baxış keçirilərkən 02 ədəd qovaq ağacının Səyyaf adlı Laçın rayonundan məcburi köçkün olan şəxs tərəfindən kəsildiyi müəyyənləşdirilmişdir. Həmçinin Zərərçəkmiş şəxs ona verilmiş suallara cavab olaraq bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 321 saylı qərarına əsasən ağacların götürülməsini həyata keçirən fiziki və ya hüquqi şəxslər istifadələrində olan torpaq sahələrinə münasibətdə müvafiq icra hakimiyyəti orqanına, digər torpaq sahələrinə münasibətdə isə yerli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə ərizə ilə müraciət etməli, həmin müraciət Ekologiya və Təbii Sərvətlər Nazirliyinin X7 Agentliyinə göndərildikdən sonra agentlik tərəfindən müvafiq rəy verilmiş və daha sonra həmin qurumlar tərəfindən qərar qəbul edilərək götürmə vərəqi əsasında götürmə həyata keçirilmişdir. Təqsirləndirilən şəxs ağacları kəsmək üçün aiddiyyatı heç bir qrumdan icazə almamışdır. Məhkəmə istintaqı zamanı iş üzrə şahid qismində dindirilmiş Şahid1 ifadəsində göstərdi ki, o, 2006-ci il tarixdən Ekologiya və Təbii Sərvətlər Nazirliyinin müxtəlif strukturlarında, 2018-ci il tarixdən 9 saylı ETSİ-nin ƏMMN və EM sektorunun məsləhətçi müfəttişi vəzifəsində çalışır.17 noyabr 2022-ci il tarixdə Bərdə rayon Qaradəmirçi kənd sakini Şahid4 FHN-nin qaynar xəttinə zəng etmiş, Bərdə rayonu, Qaradəmirçi kəndində pay torpaq sahəsində ağacların kəsilməsi barədə məlumat vermiş, həmin məlumat Ekologiya Nazirliyinin “qaynar xəttinə” yönəldilmişdir. Həmin məlumat əsasında 25 noyabr 2022-ci il tarixdə ağacların kəsildiyi əraziyə baxış keçirmək üçün idarənin əməkdaşı Şahid2 ilə getmişlər. Həmin ərazinin Şahid5 məxsus olduğunu müəyyənləmişdir. Şahid5la heç bir düşmənçiliyim və ədavətim yoxdur. Onun Bərdə rayonu İ Qaradəmirçi kəndində 1,448 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkilmişdir. Həmin torpaq sahəsində 02 ədəd, hər birinin diametri 48 və 55 sm olmaqla qovaq ağacının kökündən kəsildiyi müəyyənləşdirilmişdir. Bu zaman ağacların kəsildiyi əraziyə İ Qaradəmirçi bələdiyyə sədri Zülfiyyə Əliyeva və torpağın faktiki istifadəçisi Şahid5 iştirakı ilə baxış keçirilmişdir. Baxış keçirilən zaman Şahid5 həmin ağacları tərəfindən kəsilmədiyini, ağacların kəsilməsi üçün heç vaxt heç bir quruma nə şifahi, nə yazılı müraciət edilmədiyini bildirmişdir. Bələdiyyə sədri Zülfiyyə Qurbanovada ağacların kəsilməsi barədə ona nə şifahi, nə yazılı heç kimin müraciət etmədiyini bildirmişdir. Daha sonra Bərdə rayon prokurorluğu tərəfindən ağac kəsilən əraziyə baxış keçirilərkən 02 ədəd qovaq ağacının Səyyaf adlı Laçın rayonundan məcburi köçkün olan şəxs tərəfindən kəsildiyi müəyyənləşdirilmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 şahid qismində dindirilmiş Şahid1 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid1 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etdi. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid3 təqsirləndirilən şəxs qisməndə dindirilmiş Təqsirləndirilən şəxs ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid3 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etdi. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid5 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, ona və ailəsinə məxsus Bərdə rayonu, İ Qaradəmirçi kəndində 1,448 ha pay torpaq sahəsi vardır. Həmin torpaq sahəsində kənd təsərrüfatı məhsulları əkir. Həmin torpaq sahəsi xüsusi mülkiyyət əsasında qızı Babaşova Əsmər Elxan qızına məxsusdur, lakin faktiki o, istifadə edir, qızı ailə quraraq Bərdə rayonu, Kələntərli kəndində yaşayır. Həmin pay torpaq sahəsində taxıl və yonca əkir, həmçinin torpaq sahəsində 02 ədəd qovaq ağacı, 02 ədəd çəkil ağacı vardır. Həmin qovaq ağaclarını təxminən 10 ildən çoxdur ki, əkmişdir. 25 noyabr 2022-ci il tarixdə 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin əməkdaşları ona zəng edərək torpaq sahəmdə 02 ədəd qovaq ağacının kəsilməsi barədə məlumat vermişlər, həmin qurumun əməkdaşları ilə birlikdə pay torpaq sahəsinə getmiş, həmin kəsilmiş ağaclara baxış keçirilmişdir. Pay torpağında yerləşən 02 ədəd qovaq ağaclarını o, kəsməmiş, həmin qovaq ağaclarının kəsilməsi barədə hər hansı şəxsə göstəriş verməmiş və icazə verməmişdir. O, Bərdə rayonu, İ Qaradəmirçi kəndində faktiki istifadəsində olan pay torpağında qovaq yaxud hər hansı ağacın kəsilməsi üçün heç bir quruma nə şifahi, nə də yazılı şəkildə müraciət etməmişdir. Həmçinin Şahid5 ona verilmiş suallara cavab olaraq bildirmişdir ki, faktiki istifadəsində olan Bərdə rayonu, İ Qaradəmirçi kəndində yerləşən pay torpağımda 02 ədəd qovaq ağacını Bərdə rayonu, İ Qaradəmirçi kəndində pay torpağına yaxın yerdə yaşayan, Laçın rayonundan məcburi köçkün Səyyaf adlı şəxs kəsmişdir. Qovaq ağacının kəsilməsi barədə məlumatı adiyyəti qurumlara Vaqif adlı şəxs vermişdir. Səyayf adlı şəxs pay torpağında olan 02 ədəd qovaq ağacını ondan xəbərsiz, gizli olaraq kəsmiş, o, heç kimə qovaq ağaclarını kəsmək üçün icazə və göstəriş verməmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş Şahid4 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, Bərdə rayonu, Qaradəmirçi kəndində yaşayır. 16 ildir "xxxx" ASC-nin Bərdə rayon şöbəsində elektro-montyor vəzifəsində işləyir. Onun xidmət sahəsi İİ Qaradəmirçi kəndində olan yarım stansiyadır, orada növbədə olur. 17 noybar 2022-ci il tarixdə o, İİ Qaradəmirçi kəndində yarım stansiyada növbədə olarkən günorta saat 15-16 radələrində yarım stansiyadan 250-300 metr irəlidə bir nəfər şəxsin “drujba” ilə ağac kəsdiyini, digər şəxsin isə onun yanında olduğunu görmüşdür. Həmin şəxs yarım stansiyadan irəlidə olan pay torpaq sahəsində olan 02 ədəd ağacı kəsmişdir. Bundan sonra o, Ekologiya və Təbii Sərvətlər Nazirliyini qaynar xəttinə və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyini “102” xidmətinə zəng etmişdir. İstintaq zamanı şahid qismində dindirilmiş Babaşova Əsmər Elxan qızı şahid qismində dindirilmiş Şahid5 ifadəsi ilə eyni məzmunlu ifadə verərək Şahid5 ifadəsində göstərdiyi xüsusatları bir daha tam təsdiq etmişdir. Məhkəmə iclasında ifadəsi elan olunmuş X6 ibtidai istintaq zamanı şahid qismində dindirilərkən ifadəsində göstərmişdir ki, o, 2020-ci il tarixdə Bərdə rayon X1 sədir vəzifəsində işləyir . 25 noyabir 2022-ci il tarixdə 09 saylı Reginal Ekologiya və Təbii Sərvət İdarəsinin əməkdaşları Bərdə rayonu, Qaradəmirçi kəndində 02 ədəd qovaq ağacının kəsilməsi barədə məlumat vermişlər. Ağacların kəsildiyi əraziyə baxış kecirərək həmin ağacların Bərdə rayonu, Birinci Qaradəmirçi kənd sakini Şahid5 pay torpağında olduğu müəyyənləşmişdir. Elxan ağacların onun tərəfindən kəsilmədiyini nədə kəsilməsi üçün göstəriş vermədiyini bildirmişdir. Bələdiyyədə mövcud olan sənədlərə baxış keçirərkən həmin ağacların kəsildiyi torpağın bələdiyyə məxsus olmadığı kənd sakini X5 məxsus olduğu təsdiqlənmişdir. Cinayət işinin 1-3-cü vərəqələrində olan cinayət işinin başlanması haqqında xx.xx.2022-ci il tarixli qəradan görünür ki, cinayət işi 30 dekabr 2022-ci il tarixdə Azərbaycan Respublikası Baş prokurorunun müavini, İİ dərəcəli dövlət ədliyyə müşaviri Elmar Camalov tərəfindən fakta görə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə başlanmış və ibtidai istintaqın aparılması Bərdə RPŞ-nin İstintaq bölməsinə tapşırılmışdır. Cinayət işinin başlanmasına səbəb Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi X10 Təhlükəsizlik Xidmətindən Azərbaycan RespublikasıBaş prokurorluğuna daxil olmuş məlumat, əsas isə həmin faktla bağlı toplanmış material olmuşdur. Cinayət işinin 147-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 15 mart 2023-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 168-169-cu vərəqələrində olan başqa yerə getməmək haqqında iltizam qətimkan tədbirinin seçilməsi haqqında 15 mart 202-cü il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Cinayət işinin 13-15-ci vərəqələrində olan Azərbaycan Respublikasının 9 saylı Regional Ekologiya və Təbii Sərvətlər İdarəsinin 25 noyabr 2022-ci il tarixli 76249 nömrəli aktından görünür ki, Bərdə rayon İİ Qaradəmirçi kənd sakini Şahid5 ilə aparılan sorğu zamanı o, izahat verərək 2 ədəd qovaq cinsinə mənsub olan ağacları onun mülkiyyətində olan pay torpağına aid olduğunu, lakin ağacların kəsilməsindən məlumatsız olduğunu bildirmişdir. Bərdə rayon X3 xx.xx.2022-ci il tarixli 07 saylı arayış verərək kəsilmiş 2 (iki) ədəd yaş halda Qovaq cinsinə mənsub ağacların yerləşdiyi torpaq sahəsinin ikinci Qaradəmirçi kənd sakini Şahid5 məxsus pay torpağın aid olduğunu bildirmişdir. Qeyd olunan ünvanda 2 (iki) ədəd yaş halda Qovaq cinsinə mənsub olan ağacların qanunsuz olaraq kəsilməklə Azərbaycan Respublikasının “X2” qanunu pozaraq və Nazirlər Kabinetinin 27 oktyabr 2016-cı il tarixli 421 saylı qərarı ilə təsdiq edilmiş normativlərə əsasən təbiətə ziyan dəymiş, ərazidə çəkilmiş foto şəkillər, alımış izhatlar və Bərdə rayon X1 xx.xx.2022-ci il tarixli 27 saylı arayışı akta əlavə olunmuşdur. Cinayət işinin 19-20-ci vərəqələrində olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 7 saylı Bərdə Ərazi İdarəsinin xx.xx.2020-ci il tarixli, A№ 466224 nömrəli Torpa sahəsinin planı və ölçüsü sənədindən görünür ki, Bərdə rayonu, Birinci Qaradəmirçi kəndi ərazsisində yerləşən 1,448 ha kənd təsərrüfatı təyinatlı torpaq sahəsi Babaşova Əsmər Elxan qızının xüsusi mülkiyyətindədir. Cinayət işinin 61-64-cü vərəqələrində olan Azərbaycan Respublikası Məhkəmə Ekspertizası Mərkəzinin məhkəmə əmtəəşünaslıq ekspertizasının 30 dekabr 2022-ci il tarixli, 7/1430-9/9262 nömrəli rəyində göstərilmişdir ki, Tədqiqata təqdim edilmiş Bərdə rayonu, İİ Qaradəmirçi kəndində Şahid5 pay torpağında kəsilmiş ağaclara baxış keçirdikdə-02(iki) ədəd yaş halda qovaq cinsinə məxsus diametrləri 48 sm və 55 sm olan, orta yaş dövründə olub, təxminən 3 ay əvvəl kəsilmişdir. Rəyin bioloji hissəsində göstərilənlərə əsasən ekspertiza təyini haqqında qərarda göstərilən qovaq cinsinə məxsus diametrləri 48 sm və 55 sm olan köküstə yaş ağaclarının qanunsuz götürülməsinə görə Azərbaycan Respublikasının Nazirlər Kabiinetinin xx.xx.2016-cı il tarixli 421 nömrəli Qərarına əsasən təbiətə dəymiş ziyanın ümumi məbləği tikinti və abadlaşdıırma istisna olmaqla 1950,00 (min doqquz yüz əlli) manat müəyyən edilir. (Aparılmış tədqiqatın dəyəri 100 manat təşkil edir) Cinayət işinin 70-ci vərəqəsində olan xx.xx.2023-cü il tarixli zərərçəkmiş şəxs qismində tanınma haqqında qərardan görünür ki, ********* nömrəli cinayət işi üzrə Azərbaycan Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi 9 saylı Regional Ekologiya və Sərvətlər İdarəsi maddi ziyan dəydiyi üçün cinayət işi üzrə zərərçəkmiş şəxs qismində tanınmışdır. Cinayət 141-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi““Bərdə rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 132 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Mərkəzi Xəstəxanasının ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət 142-ci vərəqəsində olan Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi “Bərdə rayon Mərkəzi Xəstəxanası” X12 tərəfindən verilmiş xx.xx.2023-cü il tarixli 165 nömrəli arayışdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər poliklinikasının narkoloji kabinetində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin 109-cu vərəqəsində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2023-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs məhkumluğu olmamışdır. Cinayət işinin 122-ci vərəqəsində olan Bərdə rayonu İcra Hakimiyyəti Başçısının Qaradəmirçi kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Qaradəmirçi kəndində yaşayır və yaşadığı yerdən müsbət xarakterizə olunmuşdur. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixli qəbzlərdən görünür ki, Təqsirləndirilən şəxs dəymiş ziyana görə cəmi 1150 (bir min yüz əlli) manat (500 manat +650 manat) ödəmişdir. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddəsi ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, himayəsində 4 azyaşlı övladının olmasını zərərçəkmiş şəxsə dəymiş ziyanın bir qismini ödəməsini cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən Təqsirləndirilən şəxs barəsində cəzanı ağırlaşdıran hallar müəyyən olunmamışdır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini və təyin olunacaq cəzanın şəxsin islah olunmasına təsirini nəzərə alaraq, belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkündür və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 259.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlığın məhdudlaşdırılması cəzasının təyin olunduğu təqdirdə təmin edilə bilər və ona azadlığın məhdudlaşdırılması cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 15 mart 2023-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 259.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 15 mart 2023-cü il tarixdə barəsində “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri seçilmişdir. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulmalıdır. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Ekspertiza xərci ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, məhkəmə xərci – ekspertiza tədqiqatının dəyəri olan 100 AZN Təqsirləndirilən şəxs alınaraq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilməlidir. İş üzrə mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 259.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinərək 01 (bir) il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azadlığın məhdudlaşdırılması növündə cəzanın əvvəli Təqsirləndirilən şəxs cəzanı icra edən orqanda qeydiyyata alındığı vaxtdan hesablansın. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 52-1-ci maddəsinə əsasən, Təqsirləndirilən şəxs üzərinə gün ərzində saat 22:00-dan 07:00-dək yaşayış yerini tərk etməmək,elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitəni işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayon ərazisini tərk eməmək, müvafiq məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, habelə cəzanın icrasına nəzarət edən orqanı iş və ya təhsil yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifəsi qoyulsun. Təqsirləndirilən şəxs barəsində seçilmiş “başqa yerə getməmək haqqında iltizam” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılsın. İş üzrə məhkəmə xərci olan, aparılmış ekspertiza tədqiqatının dəyəri 100 manat Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X4, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SWİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir. Hakim: Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar