Məhkəmə qərarları › İş №1(021)-96/2025

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-96/2025

09.10.2025 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-96/2025 09.10.2025 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Abdullayev Ziya Yaşar oğlunun sədrliyi, Məhkəmə iclas katibi X6 iclas katibliyi, Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2, qanuni nümayəndəsi X2 və müdafiəçisi Müdafiəçi2, Təqsirləndirilən şəxs3, qanuni nümayəndəsi X5, müdafiəçisi Müdafiəçi3 iştirakları ilə Təqsirləndirilən şəxs xx.xx.2005-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, Bərdə rayon məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinərək 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olmaqla, şübhəli qismində tutulanadək Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşamış, hazırda Ədliyyə Nazirliyi Penitensiar Xidmətin 2 saylı İstintaq təcridxanasında saxlanılan, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs1 Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, natamam orta təhsilli, subay, işsiz, Bərdə rayon məhkəməsinin xx.xx.2025-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1 və 177.2.3-cü maddələri ilə təqsirli bilinərək 01 il 11 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, məhkumluğu qanunla müəyyən edilmiş qaydada ödənilməmiş və götürülməmiş, ünvan 1 ünvanda yaşayan, barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs2 Təqsirləndirilən şəxs xx.xx.2008-ci il tarixdə Mingəçevir şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, azərbaycanlı, orta təhsilli, subay, işsiz, məhkumluğu olmayan, ünvan 2 ünvanda yaşayan, barəsində “yetkinlik yaşına çatmayanı nəzarət alıtna vermə” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası Cinayət Məcəlləsinin (bundan sonra CM) 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilmələrinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə CPM-nin 344-347, 349, 351-353, 356-358-ci maddələrini rəhbər tutaraq, MÜƏYYƏNETDİ: Cinayət işinin başlanmasına səbəb ünvan 3 ünvanda yaşayan, məhkumluğu olmayan, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 talama məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs qismində birləşərək əvvəlcə Bərdə şəhəri, H.Əliyev prospektində yaşayan Zərərçəkmiş şəxs2 Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən, işlətdiyi “Misli” mərc məntəqəsinə qanunsuz daxil olaraq oradan bir ədəd “Toshiba” markalı notebook kompyuterini və 35-40 manat dəyərində uduşlu lotereyaları, ardınca Bərdə şəhəri, Nüşabə küçəsində yaşayan Zərərçəkmiş şəxs1 Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adı altında fəaliyyət göstərən işlətdiyi mağazasına qanunsuz daxil olaraq oradan isə bir ədəd “Xiaomi” markalı mobil telefonu, bir ədəd “Blackberry” markalı mobil telefonu, 10-12 ədəd Alpengold şokoladını, 2 ədəd hər birinin dəyəri 25 manat olan araq və təxminən 320 manat dəyərində siqaret və tütün məmulatlarını gizli yolla talayıb oğurluq cinayət əməlini törətməsi faktı, əsas isə həmin faktla bağlı toplanmış materialda cinayətin əlamətlərinə dəlalət edən ilkin sübutların məcmusu olmuşdur. 02 mart 2025-ci il tarixdə Bərdə rayon prokuroru, ədliyyə müşaviri X3 qərarı ilə Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X17 və X7 iştirakı ilə birgə istintaq qrupu yaradılmışdır. 02 mart 2025ci il tarixdə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilindiyindən X11 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 02 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilindiyindən Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X17 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 02 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nın 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə şübhəli bilindiyindən X11 tərəfindən şübhəli şəxs qismində tutulmuşdur. 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs3 X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona həmin maddələrdə nəzərdə tutulan ittiham elan olunmaqla barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilmişdir. 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs1 X11 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. 04 mart 2025-ci il tarixdə Təqsirləndirilən şəxs2 Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X17 tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş və həmin tarixdə ona qeyd edilən maddələrdə nəzərdə tutulan ittiham elan olunmuşdur. 04 mart 2025-ci il tarixdə cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin hakimi Ziya Abdullayevin 04 mart 2025-ci il tarixli, 4(021)-41/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs1 barəsində 3 (üç) ay müddətinə «Həbs» qətimkan tədbiri seçilmişdir. 04 mart 2025-ci il tarixdə cinayət işi üzrə Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşovun 04 mart 2025-ci il tarixli, 4(021)- 42/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində 3 (üç) ay müddətinə «Həbs» qətimkan tədbiri seçilmişdir. 11 aprel 2025-ci il tarixdə cinayət işi üzrə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi X8 xx.xx.2025-ci il tarixli 4(104)-43/2025 saylı qərarı ilə Təqsirləndirilən şəxs2 barəsində seçilmiş Bərdə Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 4(021)-56/2025 saylı qərarı ləğv edilərək barəsində seçilmiş həbs qətimkan tədbirinin sonunadək, yəni 02 iyun 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. İş üzrə Təqsirləndirilən şəxs1 X11 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində seçilmiş “həbs” qətimkan tədbirinin olması nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs2 X11 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində “ev dustaqlığı” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. İş üzrə Təqsirləndirilən şəxs3 tərəfindən xx.xx.2025-ci il tarixdə Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə yenidən ittiham elan edilmiş və barəsində “yetkinlik yaşına çatmayanı nəzarət altına vermə” qətimkan tədbiri seçilməsi nəzərə alınmışdır. Cinayət işi üzrə zəruri olan bütün istintaq hərəkətləri icra edilərək müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs1 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Misli” mərc oyunları məntəqəsinə həmin məntəqənin qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd işlək vəziyyətdə 250 manat dəyərində olan “Toshiba” markalı notebook kompyuteri və bir ədədinin dəyəri 1(bir) manat olmaqla 40 (qırx) manat dəyərində olan 40 ədəd uduşlu lotereyaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 04:05 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən “Xan köşk” adlı kioskun pəncərəsini daşla sındırıb qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində bir ədəd “Xiaomi” markalı mobil telefonu, 300 manat dəyərində bir ədəd “Blackberry” markalı mobil telefonu, bir qutusunun dəyəri 4 manat 50 qəpik olmaqla ümumi dəyəri 90 manat olan 20 qutu “Sobraniya” markalı siqaretləri, bir qutusunun dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 42 manat olan 10 qutu “Kent” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla ümumi dəyəri 28 manat olan 10 qutu LD markalı siqaretləri, bir qutusunun dəyəri 4 manat olmaqla ümumi dəyəri 100 manat olan 25 qutu “Winston” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 24 manat olan 10 qutu “Keno” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 60 qəpik olmaqla ümumi dəyəri 23 manat 40 qəpik olan 9 qutu “Want” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 90 qəpik olmaqla ümumi dəyəri 29 manat olan 10 qutu “Rothmans” markalı siqaretləri, bir qutusunun dəyəri 3 manat 10 qəpik olmaqla ümumi dəyəri 3 manat 10 qəpik olan 01 qutu “X7” markalı siqareti, bir ədədinin dəyəri 1 manat 99 qəpik olmaqla ümumi dəyəri 23 manat 88 qəpik olan 12 ədəd “Alpengold” markalı şokoladları, digər vitrindən isə hər birinin dəyəri ayrıayrılıqda 55 manat olmaqla ümumi dəyəri 110 manat olan iki ədəd “Finlandiya” markalı arağı, bir ədədinin dəyəri 50 qəpik olmaqla ümumi dəyəri 12 manat 50 qəpik olan 25 ədəd alışqanı, 18 manat məbləğində qəpikləri və 2(iki) manat pul əskinasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1305 (min üç yüz beş) manat 88 (səksən səkkiz) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Cinayət işi üzrə zəruri olan bütün istintaq hərəkətləri icra edilərək həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs2 tamah niyyəti ilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Misli” mərc oyunları məntəqəsinə həmin məntəqənin qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd işlək vəziyyətdə 250 manat dəyərində olan “Toshiba” markalı notebook kompyuteri və bir ədədinin dəyəri 1(bir) manat olmaqla 40(qırx) manat dəyərində olan 40 ədəd uduşlu loteriyaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 04:05 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən “Xan köşk” adlı kioskun pəncərəsini daşla sındırıb qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində bir ədəd “Xiaomi” markalı mobil telefonu, 300 manat dəyərində bir ədəd “Blackberry” markalı mobil telefonu, bir qutusunun dəyəri 4 manat 50 qəpik olmaqla ümumi dəyəri 90 manat olan 20 qutu “Sobraniya” markalı siqaretləri, bir qutusunun dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 42 manat olan 10 qutu “Kent” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla ümumi dəyəri 28 manat olan 10 qutu LD markalı siqaretləri, bir qutusunun dəyəri 4 manat olmaqla ümumi dəyəri 100 manat olan 25 qutu “Winston” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 24 manat olan 10 qutu “Keno” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 60 qəpik olmaqla ümumi dəyəri 23 manat 40 qəpik olan 9 qutu “Want” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 90 qəpik olmaqla ümumi dəyəri 29 manat olan 10 qutu “Rothmans” markalı siqaretləri, bir qutusunun dəyəri 3 manat 10 qəpik olmaqla ümumi dəyəri 3 manat 10 qəpik olan 01 qutu “X7” markalı siqareti, bir ədədinin dəyəri 1 manat 99 qəpik olmaqla ümumi dəyəri 23 manat 88 qəpik olan 12 ədəd “Alpengold” markalı şokoladları, digər vitrindən isə hər birinin dəyəri ayrıayrılıqda 55 manat olmaqla ümumi dəyəri 110 manat olan iki ədəd “Finlandiya” markalı arağı, bir ədədinin dəyəri 50 qəpik olmaqla ümumi dəyəri 12 manat 50 qəpik olan 25 ədəd alışqanı, 18 manat məbləğində qəpikləri və 2 (iki) manat pul əskinasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1305 (min üç yüz beş) manat 88 (səksən səkkiz) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir . Cinayət işi üzrə zəruri olan bütün istintaq hərəkətləri icra edilərək həmçinin müəyyən edilmişdir ki, Təqsirləndirilən şəxs3 tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs2 icarə əsasında işlətdiyi saxlanc yeri hesab edilən “Misli” mərc oyunları məntəqəsinə həmin məntəqənin qapısını sındırma yolu ilə qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs2 məxsus 01 ədəd işlək vəziyyətdə 250 manat dəyərində olan “Toshiba” markalı notebook kompyuteri və bir ədədinin dəyəri 1 (bir) manat olmaqla 40 (qırx) manat dəyərində olan 40 ədəd uduşlu loteriyaları gizli yolla talayaraq Zərərçəkmiş şəxs2 ümumilikdə 290 (iki yüz doxsan) manat məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bundan başqa o, təkrarən tamah niyyətilə özgənin əmlakını gizli yolla ələ keçirmək məqsədilə tanışları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə qabaqcadan əlbir olan bir qrup şəxs halında birləşərək xx.xx.2025-ci il tarixdə saat 04:05 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsinə gəlib həmin küçədə yerləşən Zərərçəkmiş şəxs1 məxsus saxlanc yeri hesab edilən “Xan köşk” adlı kioskun pəncərəsini daşla sındırıb qanunsuz daxil olaraq oradan Zərərçəkmiş şəxs1 məxsus 500 manat dəyərində bir ədəd “Xiaomi” markalı mobil telefonu, 300 manat dəyərində bir ədəd “Blackberry” markalı mobil telefonu, bir qutusunun dəyəri 4 manat 50 qəpik olmaqla ümumi dəyəri 90 manat olan 20 qutu “Sobraniya” markalı siqaretləri, bir qutusunun dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 42 manat olan 10 qutu “Kent” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 80 qəpik olmaqla ümumi dəyəri 28 manat olan 10 qutu LD markalı siqaretləri, bir qutusunun dəyəri 4 manat olmaqla ümumi dəyəri 100 manat olan 25 qutu “Winston” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 40 qəpik olmaqla ümumi dəyəri 24 manat olan 10 qutu “Keno” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 60 qəpik olmaqla ümumi dəyəri 23 manat 40 qəpik olan 9 qutu “Want” markalı siqaretləri, bir qutusunun dəyəri 2 manat 90 qəpik olmaqla ümumi dəyəri 29 manat olan 10 qutu “Rothmans” markalı siqaretləri, bir qutusunun dəyəri 3 manat 10 qəpik olmaqla ümumi dəyəri 3 manat 10 qəpik olan 01 qutu “X7” markalı siqareti, bir ədədinin dəyəri 1 manat 99 qəpik olmaqla ümumi dəyəri 23 manat 88 qəpik olan 12 ədəd “Alpengold” markalı şokoladları, digər vitrindən isə hər birinin dəyəri ayrı-ayrılıqda 55 manat olmaqla ümumi dəyəri 110 manat olan iki ədəd “Finlandiya” markalı arağı, bir ədədinin dəyəri 50 qəpik olmaqla ümumi dəyəri 12 manat 50 qəpik olan 25 ədəd alışqanı, 18 manat məbləğində qəpikləri və 2(iki) manat pul əskinasını gizli yolla talayaraq Zərərçəkmiş şəxs1 ümumilikdə 1305(min üç yüz beş) manat 88(səksən səkkiz) qəpik məbləğində maddi ziyan vurmaqla oğurluq cinayətini törətmişdir. Bu hərəkətləri ilə Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikası CM-nin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşayır. Hazırda heç bir yerdə işləmir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs3 və Bərdə şəhər sakini Təqsirləndirilən şəxs2 bir müddətdir ki tanıyır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında o, dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 ilə Bərdə şəhəri ərazisində görüşüb adını bilmədiyi çayxanaya getmiş və çay içib söhbətləşmişlər. Söhbət əsnasında o, Pərvinlə oğurluq etmək barədə danışdıqda Həsən onlara bir neçə şəxsə borcu olduğunu, maddi sıxıntıları olduğunu bildirib onlarla birgə oğurluq etməyə qoşulmağını istəmişdir. O və Pərvin isə Həsənin bu fikirinə etiraz etməyərək onunla razılaşmış və onlar çayxanada biraz da oturub oğurluğu haradan edəcəklərini planlaşdırmışlar. Həmin vaxt onlar ortaq razılığa gələrək Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə olan “Misli” mərc məntəqəsindən pul oğurlamağı qərarlaşdırmışlar. Onlar ortaq razılığa gəldikdən sonra xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsinə yaxınlaşmışlar. Həmin vaxt Həsən ona və Pərvinə məntəqənin arxa hissəsində balaca pəncərə olduğunu və pəncərənin açıq olduğunu bildirmişdir. Oraya çatdıqda o, pəncərədən içəriyə keçib dəmir qapını içəri tərəfdən açmışdır. Daha sonra Pərvin və Həsən də içəriyə daxil olmuşlar. Bundan sonra onlar zirzəminin karton qapısını əlləri ilə sındırmış və yuxarı mərtəbəyə qalxmışlar. O, əsas zala daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə həmin məntəqənin içərəsində digər tərəfdə dayanıb gəlib gedənin olub-olmadığına nəzarət etmişlər. Həmin vaxt onlar pul axtarsalar da tapa bilməmiş və oradan bir ədəd “Toshiba” markalı notebook komputerini və sonradan bildikləri qədər 40 manat dəyərində “poz qazan” loteriyalarını götürüb başqa heç bir qiymətli əşya tapa bilmədikləri üçün həmin yerdən çıxmaq qərarına gəlmişlər. Buna görə də zirzəmiyə düşərək dəmir qapıdan küçəyə çıxmışlar. Bundan sonra onlar pul tapa bilmədikləri üçün başqa yerdən yenidən oğurluq etmək qərarına gəlmişlər. Buna görə də əvvəlcə oğurladıqları komputeri yaxınlıqdan keçən dəmiryolu relslərinin kənarında gizlətmiş və onlar, yəni Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və o yenidən başqa yerdən oğurluq etmək üçün yer fikirləşə-fikiləşə piyada yol getməyə başlamışlar. Bu zaman o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskdan oğurluq etməyi təklif etmişdir. Onlar ortaq razılığa gəldikdən sonra həmin gün saat 04 radələrində həmin köşkün olduğu yerə yaxınlaşmışlar. Onlar həmin köşkün giriş qapısının şüşədən olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 yerdən daş parçası götürərək içəriyə daxil olmaları üçün kioskun pəncərəsini sındırmışdır. Əvvəlcə o, daha sonra isə Həsən içəriyə daxil olmuşdur. Həmin vaxt digər dostları Təqsirləndirilən şəxs2 isə yaxınlıqda dayanaraq ətrafda gəlibgedən olub-olmamasına nəzarət etmişdir. Əgər kimsə gəlsəydi Pərvin onlara dərhal məlumat verməli olmuşdur. O isə Həsənlə birlikdə mağazanın içərisində bir ədəd “Xiaomi” markalı mobil telefon, bir ədəd “Blackberry” markalı mobil telefon, 20 qutu müxtəlif növ “sobraniya” markalı siqaret, 10 qutu “Kent” markalı siqaret, 10 qutu LD markalı siqaret, 25 qutu “Winston” markalı siqaret, 1 blok “Keno” markalı siqaret, 9 qutu “Want” markalı siqaret, 1 blok “Rothmans” markalı siqaret, 12 ədəd “Alpengold” şokoladı, digər vitrindən isə 2 ədəd “Finlandiya” markalı araq, 25 ədəd alışqan və 18 manat məbləğində qəpik pul oğurlayıb mağazanı tərk etmişlər. Sonradan “Misli” mərc məntəqəsindən oğurladıqları əşyaları da gizlətdikləri yerdən götürüb “Xan köşk” adlı kioskdan da oğurladıqları əşyalarla birlikdə Bərdə şəhəri ərazisində qala kimi adlanan yerə gəlib həmin əşyaları gizlətmiş və səhərədək orada gözləmişlər. Orada olarkən oğurladıqları araqlardan birini içmişlər. Həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs3 Mingəçevir şəhərinə getmək istədiyini bildirib ona həmin oğurladıqları əşyaları satıb pul əldə etməyini və bir neçə gün sonra geri qayıtdığında payına düşən pulu ondan götürəcəyini bildirmişdir. Onlar öz aralarında razılaşmış və Həsən Mingəçevir şəhərinə getmişdir. O, Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsində pəncərədən içəriyə keçib dəmir qapını içəri tərəfdən açmışdır. Daha sonra Pərvin və Həsən də içəriyə daxil olmuşlar. Bundan sonra onlar zirzəminin karton qapısını əlləri ilə sındırmış və yuxarı mərtəbəyə qalxmışlar. O, əsas zala daxil olmuş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 isə həmin məntəqənin içərəsində digər tərəfdə dayanıb gəlib gedənin olub-olmadığına nəzarət etmişlər. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsindən oğurluq etdikdən sonra Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskdan oğurluq etməyi təklif etmişdir. Onlar ortaq razılığa gəldikdən sonra həmin gün saat 04 radələrində həmin köşkün olduğu yerə yaxınlaşmışlar. Onlar həmin köşkün giriş qapısının şüşədən olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 yerdən daş parçası götürərək içəriyə daxil olmaları üçün kioskun pəncərəsini sındırmışdır. Əvvəlcə o, daha sonra isə Həsən içəriyə daxil olmuşdur. Həmin vaxt digər dostları Təqsirləndirilən şəxs2 isə yaxınlıqda dayanaraq ətrafda gəlibgedən olub-olmamasına nəzarət etmişdir. O, xx.xx.2025-ci il tarixdə tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluq etdikdən sonra əldə etdikləri əşyalardan bir hissəsini, yəni 2 ədəd mobil telefonu və müxtəlif markalı siqaretləri Bərdə şəhəri, Qarabağ qəsəbəsində yerləşən yaşadığı evə gətirib gizlətmişdir. Həmin evdə ondan başqa atası Şahid1, anası Aytac, babası Hüseyn, nənəsi Qətibə və qardaşı Anar qalır. Evdə gizlətdiyi oğurluq əşyalar barədə onların heç birinin məlumatı olmamışdır. Qardaşı Anar ümumiyyətlə həmin gün evdə olmamışdır. O tutulana qədər ailə üzvləri onun ümumiyyətlə oğurluq etdiyini bilməmişlər. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluq nəticəsində əldə etdikləri əşyalar arasında 01 qutu “X7” markalı siqaret də olmuşdur. O və tanışı Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə- Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskun ön tərəf şüşəsini sındırmamışdan qabaq arxa tərəf qapıdan içəriyə girməyə cəhd etsələr də, alınmamışdır. O həmin vaxt yerdən tapdığı bıçaqla, Təqsirləndirilən şəxs3 isə yerdən tapdığı daşla qıfılı sındırmağa çalışmışlar. Onlar oğurluq etdikdən sonra həmin daşı və bıçağı dəqiq xatırlamadığı zibilliyə tullamışlar. Onlar xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan oğurluq edən zaman əlavə 2(iki) manat pul əskinası da ələ keçirmişlər. Onlar, yəni o, Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs2 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc oyunları məntəqəsindən və Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan oğurluq etdikdən sonra ələ keçirdikləri əşyalardan kiməsə satmamış, özləri istifadə etmişlər. Məhkəmədən ədalətli qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3 maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Bərdə şəhəri, Vaqif küçəsində yaşamışdır. Hazırda heç bir yerdə işləmir. Mingəçevir şəhər sakini Təqsirləndirilən şəxs3 və Bərdə şəhər sakini Təqsirləndirilən şəxs1 bir müddətdir ki tanıyır. xx.xx.2025-ci il tarixdə axşam saatlarında o, dostları Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 ilə Bərdə şəhəri ərazisində görüşüb adını bilmədiyi çayxanaya getmiş və çay içib söhbətləşmişlər. Söhbət əsnasında o, Amil ilə oğurluq etmək barədə danışdıqda Həsən onlara bir neçə şəxsə borcu olduğunu, maddi sıxıntıları olduğunu bildirib onlarla birgə oğurluq etməyə o da qoşulmağını istəmişdir. O və Amil isə Həsənin bu fikirinə etiraz etməyərək Həsənlə razılaşmış və onlar çayxanada biraz da oturub oğurluğu haradan edəcəklərini planlaşdırmışlar. Həmin vaxt onlar ortaq razılığa gələrək Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə olan “Misli” mərc məntəqəsindən pul oğurlamağı qərarlaşdırmış, ortaq razılığa gəldikdən sonra xx.xx.2025ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsinə yaxınlaşmışlar. Həmin vaxt Həsən ona və Amilə məntəqənin arxa hissəsində balaca pəncərə olduğunu və pəncərənin açıq olduğunu bildirmişdir. Oraya çatdıqda Amil pəncərədən içəriyə keçib dəmir qapını içəri tərəfdən açmış, daha sonra o və Həsən də içəriyə daxil olmuşlar. Bundan sonra onlar zirzəminin karton qapısını əlləri ilə sındırmış və yuxarı mərtəbəyə qalxmışlar. Amil əsas zala daxil olmuş, Təqsirləndirilən şəxs3 və o isə həmin məntəqənin içərəsində digər tərəfdə dayanıb gəlib gedənin olub-olmadığına nəzarət etmişlər. Həmin vaxt onlar pul axtarsalar da tapa bilməmiş və oradan bir ədəd “Toshiba” markalı notebook kompyuterini və sonradan bildikləri qədər 40 manat dəyərində “poz qazan” loteriyalarını götürüb başqa heç bir qiymətli əşya tapa bilmədikləri üçün həmin yerdən çıxmaq qərarına gəlmişlər. Buna görə də zirzəmiyə düşərək dəmir qapıdan küçəyə çıxmışlar. Bundan sonra onlar pul tapa bilmədikləri üçün başqa yerdən yenidən oğurluq etmək qərarına gəlmişlər. Buna görə də əvvəlcə oğurladıqları kompyuteri yaxınlıqdan keçən dəmiryolu relslərinin kənarında gizlətmiş və onlar, yəni Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və o yenidən başqa yerdən oğurluq etmək üçün yer fikirləşə-fikiləşə piyada yol getməyə başlamışlar. Bu zaman Amil Təqsirləndirilən şəxs3 və ona Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskdan oğurluq etməyi təklif etmiş, onlar ortaq razılığa gəldikdən sonra həmin gün saat 05 radələrində həmin köşkün olduğu yerə yaxınlaşmışlar. Onlar həmin köşkün giriş qapısının şüşədən olduğunu görmüşlər. Həmin vaxt Təqsirləndirilən şəxs3 yerdən daş parçası götürərək içəriyə daxil olmaları üçün kioskun pəncərəsini sındırmışdır. Əvvəlcə Amil daha sonra isə Həsən içəriyə daxil olmuşdur. Həmin vaxt o isə yaxınlıqda dayanaraq ətrafda gəlib-gedən olub-olmamasına nəzarət etmişdir. Əgər kimsə gəlsəydi o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 dərhal məlumat verməli olmuşdur. Amil isə Həsənlə birlikdə mağazanın içərisində bir ədəd “Xiaomi” markalı mobil telefon, bir ədəd “Blackberry” markalı mobil telefon, 20 paçka müxtəlif növ “sobraniya” markalı siqaret, 10 paçka “Kent” markalı siqaret, 10 paçka LD markalı siqaret, 25 paçka “Winston” markalı siqaret, 1 blok “Keno” markalı siqaret, 9 paçka “Want” markalı siqaret, 1 blok “Rothmans” markalı siqaret, 12 ədəd “Alpengold” şokoladı, digər vitrindən isə 2 ədəd “Finlandiya” markalı araq, 25 ədəd alışqan və 18 manat məbləğində qəpik pul oğurlayıb mağazanı tərk etmişlər. Sonradan “Misli” mərc məntəqəsindən oğurladıqları əşyaları da gizlətdikləri yerdən götürüb “Xan köşk” adlı kioskdan da oğurladıqları əşyalarla birlikdə Bərdə şəhəri ərazisində qala kimi adlanan yerə gəlib həmin əşyaları gizlətmiş və səhərədək orada gözləmişlər. Orada olarkən oğurladıqları araqlardan birini içmişlər. Həmin gün səhər saatlarında Təqsirləndirilən şəxs3 Mingəçevir şəhərinə getmək istədiyini bildirib onlara həmin oğurladıqları əşyaları satıb pul əldə etməklərini və bir neçə gün sonra geri qayıtdığında payına düşən pulu götürəcəyini bildirmişdir. Onlar öz aralarında razılaşmış və Həsən Mingəçevir şəhərinə getmişdir. O, izahatında qeyd etdiyi yerlərdən oğurluq etdiyini səmimi olaraq etiraf etmişdir. xx.xx.2025ci il tarixdə, saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Misli” mərc oyunları məntəqəsindən və həmin tarixdə saat 04:05 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Xan köşk” adlı kioskdan etdiyim oğurluq əməllərini törətməyinə görə Təqsirləndirilən şəxs1 tərəfindən nəinki əvvəlcədən, ümumiyyətlə ona hər hansısa bir təklif, vəd vermə və ya hədə qorxu gəlmə kimi bir hal olmamışdır. O, özü könüllü şəkildə, heç bir təsir altına düşmədən həmin oğurluqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə törətmişdir. Onlar, yəni o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc oyunları məntəqəsindən və Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan oğurluq etdikdən sonra ələ keçirdikləri əşyalardan kiməsə satmamış, özləri istifadə etmişlər. Onlar xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan oğurluq edən zaman əlavə 2 (iki) manat pul əskinası da ələ keçirmişlər. xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs3 ilə birlikdə oğurluq nəticəsində əldə etdikləri əşyalar arasında 01 qutu “X7” markalı siqaret də olmuşdur. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü təqsirli bilərək ifadəsində bildirmişdir ki, o, Mingəçevir şəhəri, Bahar küçəsi ev 12-də yaşayır. X34 Liseyində elektronika və kommunikasiya sistemlərinin istismarı fakultəsində təhsil alır. Hazırda heç bir yerdə işləmir. Bərdə şəhər sakinləri Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bir müddətdir ki tanıyır. X29 xəstə olduğundan səhhətində yaranmış problemlərə görə təhsil almağına köməklik edə bilmədiyi üçün maddi sıxıntıları yaranmışdır. Buna görə də bir müddətdir ki, oğurluq edərək borclarını qaytarmaq niyyətində olmuşdur. Bu səbəbdən oğurluq etməmişdən qabaq Bərdə şəhəri ərazisində yerləşən bəzi mağazaların giriş-çıxış hissələrini nəzərdən keçirmişdir. Həmin ərəfədə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsinin arxa tərəf hissəsində balaca pəncərə olduğunu və həmin pəncərənin açıq olduğunu müşahidə etmişdir. xx.xx.2025-ci il tarixdə axşam saatlarında o, dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə Bərdə şəhəri ərazisində görüşüb adını bilmədiyi çayxanaya getmiş və çay içib söhbətləşmişlər. Söhbət əsnasında Amil Pərvinlə oğurluq etmələri barədə danışdıqda o da bir neçə şəxsə borcu olduğunu, maddi sıxıntıları olduğunu dostları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 bildirib onlarla birgə oğurluq etməyə razılığı olduğunu bildirmişdir. Amil və Pərvin ona etiraz etməyərək onunla razılaşmışlar və onlar çayxanada biraz da oturub oğurluğu haradan edəcəklərini planlaşdırmışlar. Həmin vaxt onlar ortaq razılığa gələrək Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə olan “Misli” mərc məntəqəsindən pul oğurlamağı qərarlaşdırmışlar. Onlar ortaq razılığa gəldikdən sonra xx.xx.2025-ci il tarixdə saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsinə yaxınlaşmışlar. Həmin vaxt o, Amilə və Pərvinə məntəqənin arxa hissəsində balaca pəncərə olduğunu və pəncərənin açıq olduğunu bildirmişdir. Əvvəlcə Amil pəncərədən içəriyə daxil olub dəmir qapını içəridən açmış, ardınca o və Pərvin də içəriyə daxil olmuşlar. Bundan sonra onlar zirzəminin karton qapısını əlləri ilə sındırmış və yuxarı mərtəbəyə qalxmışlar. Təqsirləndirilən şəxs1 əsas zala daxil olsa da, Təqsirləndirilən şəxs2lə o, həmin məntəqənin içərəsində digər tərəfdə dayanıb gəlib gedənin olubolmadığına nəzarət etmişlər. Həmçinin həmin vaxt onlar pul axtarsalar da tapa bilməmiş və oradan bir ədəd “Toshiba” markalı notebook kompyuterini və sonradan bildikləri qədər 40 manat dəyərində “poz qazan” loteriyalarını götürüb başqa heç bir qiymətli əşya tapa bilmədikləri üçün həmin yerdən çıxmaq qərarına gəlmişlər. Buna görə də zirzəmiyə düşərək dəmir qapıdan küçəyə çıxmışlar. Bundan sonra onlar pul tapa bilmədikləri üçün başqa yerdən yenidən oğurluq etmək qərarına gəlmişlər. Buna görə də əvvəlcə oğurladıqları kompyuteri yaxınlıqdan keçən dəmiryolu relslərinin kənarında gizlətmiş və onlar, yəni Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və o yenidən başqa yerdən oğurluq etmək üçün yer fikirləşə-fikiləşə piyada yol getməyə başlamışlar. Bu zaman dostu Təqsirləndirilən şəxs1 ona və Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskdan oğurluq etməyi təklif etmişdir. Onlar ortaq razılığa gəldikdən sonra həmin gün saat 04 radələrində həmin köşkün olduğu yerə yaxınlaşmışlar. Onlar həmin köşkün giriş qapısının şüşədən olduğunu görmüşlər. Həmin vaxt o, yerdən daş parçası götürərək içəri daxil olmaqları üçün həmin köşkün pəncərəsini sındırmışdır. Əvvəlcə Amil, daha sonra isə o, içəriyə daxil olmuşdur. Həmin vaxt digər dostları Təqsirləndirilən şəxs2 isə yaxınlıqda dayanaraq ətrafda gəlib-gedən olub-olmamasına nəzarət etmişdir. Əgər kimsə gəlsəydi Pərvin onlara dərhal məlumat verməli olmuşdur. O isə Amillə birlikdə mağazanın içərisində bir ədəd “Xiaomi” markalı mobil telefon, bir ədəd “Blackberry” markalı mobil telefon, 20 qutu müxtəlif növ “sobraniya” markalı siqaret, 10 qutu “Kent” markalı siqaret, 10 qutu LD markalı siqaret, 25 qutu “Winston” markalı siqaret, 1 blok “Keno” markalı siqaret, 9 qutu “Want” markalı siqaret, 1 blok “Rothmans” markalı siqaret, 12 ədəd “Alpengold” şokoladı, digər vitrindən isə 2 ədəd “Finlandiya” markalı araq, 25 ədəd alışqan və 18 manat məbləğində qəpik pul oğurlayıb mağazanı tərk etmişlər. Sonradan “Misli” mərc məntəqəsindən oğurladıqları əşyaları da gizlətdikləri yerdən götürüb “Xan köşk” adlı kioskdan da oğurladıqları əşyalarla birlikdə Bərdə şəhəri ərazisində qala kimi adlanan yerə gəlib həmin əşyaları gizlətmiş və səhərədək orada gözləmişlər. Orada olarkən oğurladıqları araqlardan birini içmişlər. Həmin gün səhər saatlarında o, Mingəçevir şəhərinə getmək qərarına gəlmiş və buna görə də Amilə həmin oğurladıqları əşyaları satıb pul əldə etməsini və bir neçə gün sonra geri qayıtdığında onun payına düşən pulu Amildən götürəcəyini bildirmişdir. Onlar öz aralarında razılaşmış və o, Mingəçevir şəhərinə getmişdir. O, nəinki Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə, izahatında göstərdiklərindən başqa ümumiyyətlə əvvəllər hər hansısa bir əmlakın oğurlanmasında iştirak etməmiş, yalnız ifadəsində bildirdiyi kimi xx.xx.2025-ci il tarixdə izahatında göstərdiyi oğurluqları etmişdir. Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsində birgə oğurluq edərkən hər üçü içəriyə daxil olmuş, zirzəminin karton qapısını əlləri ilə sındırmış, yuxarı mərtəbəyə qalxmış, Təqsirləndirilən şəxs1 əsas zala girdikdə o, Təqsirləndirilən şəxs2lə həmin məntəqənin içərisində digər tərəfdə dayanıb gəlib gedənin olub-olmadığına nəzarət etmişlər. Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskun içərisinə oğurluq etmək məqsədilə əvvəlcə Amil, daha sonra isə o daxil olmuş, həmin vaxt digər dostları Təqsirləndirilən şəxs2 isə yaxınlıqda dayanaraq ətrafda gəlib-gedən olub-olmamasına nəzarət etmişdir. O, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 ilə birlikdə oğurluq nəticəsində əldə etdikləri əşyalar arasında 01 qutu “X7” markalı siqaret də olmuşdur. xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Misli” mərc oyunları məntəqəsindən və həmin tarixdə saat 04:05 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Xan köşk” adlı kioskdan etdiyi oğurluq əməllərini törətməyinə görə Təqsirləndirilən şəxs1 tərəfindən nəinki əvvəlcədən, ümumiyyətlə ona hər hansısa bir təklif, vəd vermə və ya hədə qorxu gəlmə kimi bir hal olmamışdır. O, özü könüllü şəkildə, heç bir təsir altına düşmədən həmin oğurluqları Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 ilə birlikdə törətmişdir. Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 və o, xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan oğurluq edən zaman 2(iki) manat pul əskinası da ələ keçirmişlər. Onlar, yəni o, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 xx.xx.2025ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc oyunları məntəqəsindən və Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskdan oğurluq etdikdən sonra ələ keçirdikləri əşyalardan kiməsə satmamış, özləri istifadə etmişlər. Məhkəmədən əməlindən peşman olmasını nəzərə alaraq yüngül cəza təyin edilməsini xahiş etdi. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs1 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təxminən bir neçə aydır ki, Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kiosku işlədir. O həmin kioskda siqaret, su və spirtli içkilərin satışı ilə məşğul olur. O, xx.xx.2025-ci il tarixdə gün ərzində işlədiyi kioskda olmuş və həmin vaxt ərzində kioska heç bir şübhəli şəxs gəlməmişdir. Sonradan həmin gün saat 01 radələrində o, işlədiyi kiosku bağlayaraq öz yaşadığı evə getmək qərarına gəlmişdir. Buna görə də o, kioskun qapısını kilidlə bağlamış və öz yaşadığı evə getmişdir. Sonradan xx.xx.2025-ci il tarixdə səhər saatlarında yaşadığı evdən işlədiyi kioska getdikdə kioskun giriş qapısının şüşəsinin daşla sındırılmış vəziyyətdə olduğunu görmüş, bu zaman o, qapını açıb içəri daxil olmuş və həmin vaxt orada quraşdırılmış vitrindən 500 manat dəyərində bir ədəd “Xiaomi” markalı mobil telefon, 300 manat dəyərində bir ədəd “Blackberry” markalı mobil telefon, bir qutusunun dəyəri 4 manat 50 qəpik olmaqla ümumi dəyəri 90 manat olan 20 qutu müxtəlif növ “Sobraniya” markalı siqaret, bir qutusunun dəyəri 4 manat 20 qəpik olmaqla ümumi dəyəri 42 manat olan 10 qutu “Kent” markalı siqaret, bir qutusunun dəyəri 3 manat 40 qəpik olmaqla ümumi dəyəri 34 manat olan 10 qutu LD markalı siqaret, bir qutusunun dəyəri 4 manat olmaqla ümumi dəyəri 100 manat olan 25 qutu “Winston” markalı siqaret, bir qutusunun dəyəri 2 manat 60 qəpik olmaqla ümumi dəyəri 26 manat olan 1 blok “Keno” markalı siqaret, bir qutusunun dəyəri 3 manat olmaqla ümumi dəyəri 27 manat olan 9 qutu “Want” markalı siqaret, bir qutusunun dəyəri 3 manat 10 qəpik olmaqla ümumi dəyəri 31 manat olan 1 blok “Rothmans” markalı siqaret, bir ədədinin dəyəri 2 manat 50 qəpik olmaqla ümumi dəyəri 30 manat olan 12 ədəd “Alpengold” şokoladı, digər vitrindən isə hər birinin dəyəri ayrı-ayrılıqda 25 manat olmaqla ümumi dəyəri 50 manat olan iki ədəd sonradan adını dəqiqləşdirdiyi “Finlandiya” markalı araq, bir ədədinin dəyəri 1 manat olmaqla ümumi dəyəri 25 manat olan 25 ədəd alışqan və 18 manat məbləğində qəpiklərin yerində olmadığını görmüş və buna görədə baş vermiş oğurluq hadisəsi ilə bağlı Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmək qərarına gəlmişdir. Bildirmişdir ki, ona məxsus köşkdən ümumi dəyəri təxminən 320 manat dəyərində müxtəlif növ siqaretlər və ümumilikdə 50 manat dəyərində iki ədəd araqlar, naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış və bununla bağlı ona təxminən ümumilikdə 1273 manat məbləğində maddi ziyan dəymişdir. Məhkəmə iclasında zərərçəkmiş şəxs ərizə təqdim edərək, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaq zamanı zərərçəkmiş şəxs qismində dindirilmiş Zərərçəkmiş şəxs2 ifadəsində bildirmişdir ki, o, rəsmi olaraq heç bir yerdə işləmir, fərdi əməklə məşğul olur. Təxminən bir neçə aydır ki, Bərdə şəhəri Ü.Hacıbəyov küçəsində yerləşən köhnə bazar adlanan ərazidə “Misli” mərc kantorunu icarədar qismində işlədir. Həmin kantorun içərisində qanuni şəkildə müxtəlif oyunlara mərclər qəbul edilir. xx.xx.2025-ci il tarixdə gün ərzində o, işlədiyi məntəqədə olmuş və həmin gün ərzində heç bir şübhəli şəxslə rastlaşmamışdır. Sonradan həmin gün saat 23 radələrində o, işlədiyi məntəqəni bağlayaraq öz yaşadığı evə getmək qərarına gəlmişdir. Buna görə də əvvəlcə məntəqənin alt mərtəbəsində olan zirzəminin giriş qapısını kilidlə bağlamış və daha sonra yuxarı mərtəbədə olan giriş qapısını bağlayaraq öz yaşadığı evə getmişdir. xx.xx.2025-ci il tarixdə səhər saatlarında o, yaşadığı evdən işlədiyi “Misli” mərc məntəqəsinə getmiş və giriş qapısını açarla açıb içəri daxil olmuşdur. Həmin vaxt o, orada olan təxminən 1 il əvvəl 250 manata almış olduğu “Toshiba” markalı notebook komputerin və bundan başqa orada olan dolabın içərisində yığdığı sonradan hesablamalarına görə təxminən 40 manat dəyərində uduşlu lotoreyalarında yerində olmadığını görmüşdür. Bu zaman məntəqədən oğurluq olduğunu anlamış və buna görə də məntəqənin zirzəmisinə düşmüşdür. Həmin vaxt zirzəmiyə keçid kimi istifadə olunan kardon qapının sındırılmış vəziyyətdə olduğunu görmüş və qapını açaraq zirzəmiyə düşmüşdür. Həmin vaxt zirzəminin giriş qapısının açıq vəziyyətdə olduğunu görmüş və buna görə də oğurluq olduğunu anladığı üçün Azərbaycan Respublikası DİN-nin 102 xidmətinə müraciət etmək qərarına gəlmişdir. Bildirmişdir ki, ona məxsus məntəqədən təxminən 1 il əvvəl 250 manata aldığı bir ədəd “Toshiba” markalı notebook komputer və sonradan hesablamalarına görə təxminən 40 manat dəyərində uduşlu lotoreyalar naməlum şəxs və ya şəxslər tərəfindən oğurlanmış və baş vermiş oğurluq hadisəsi ilə ona təxminən ümumilikdə 250-300 manat məbləğində maddi ziyan dəymişdir. Qeyd etmişdir ki, o, baş vermiş oğurluq hadisəsi ilə bağlı heç kimdən şübhələnmir. Həmin dəmir barmaqlıqlara görə ona 15 (on beş) manat da maddi ziyan dəymişdir. O, oğurlanan 01 ədəd “Toshiba” notebooku 250 (iki yüz əlli) manata almışdır. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclasında Zərərçəkmiş şəxs2 ərizə verərək, təqsirləndirilən şəxslərlə barışdığını, onlara qarşı heç bir şikayət və tələbinin olmadığını bildirmişdir. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid1 ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində anası Şahid4, atası Şahid5, həyat yoldaşı Şahid2 və oğlu Şahid3 ilə birlikdə yaşayır. Rəsmi olaraq heç bir yerdə işləmir. Fərdi əməklə məşğul olur. Təqsirləndirilən şəxs1 onun oğludur. O, Amilin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə 2 müxtəlif yerdən, yəni “Misli” mərc oyunları məntəqəsi və “Xan köşk” adlı kioskdan oğurluq etdiklərini sonradan bilmişdir. Oğlu Təqsirləndirilən şəxs1 oğurladığı əşyalardan bir neçəsini Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evdə gizlətməsi barədə əvvəlcədən məlumatı olmamışdır. 02 mart 2025-ci il tarixdə oğlu Amil Polis əməkdaşları ilə birlikdə Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evə gələrək oğurladığı əşyaları təqdim etdikdən sonra Amilin oğurluq əməlləri barədə onun, anasının, atasının və həyat yoldaşının məlumatları olmuşdur. Balaca oğlu Anar isə ümumiyyətlə həmin günlərdə evdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid2 ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində qaynanası Şahid4, qaynatası X14, həyat yoldaşı Şahid1 və oğlu Şahid3 ilə birlikdə yaşayır. Hazırda işləmir. Təqsirləndirilən şəxs1 onun oğludur. O, Amilin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə 2 müxtəlif yerdən, yəni “Misli” mərc oyunları məntəqəsi və “Xan köşk” adlı kioskdan oğurluq etdiklərini sonradan bilmişdir. Oğlu Təqsirləndirilən şəxs1 oğurladığı əşyalardan bir neçəsini Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evdə gizlətməsi barədə əvvəlcədən məlumatı olmamışdır. 02 mart 2025-ci il tarixdə oğlu Amil Polis əməkdaşları ilə birlikdə Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evə gələrək oğurladığı əşyaları təqdim etdikdən sonra Amilin oğurluq əməlləri barədə onun, qaynanasının, qaynatasının və həyat yoldaşının məlumatları olmuşdur. Balaca oğlu Anar isə həmin günlərdə evdə olmamışdır. Cinayət işi üzrə qanuni nümayəndəsi olan valideyni (atası) Şahid1 iştirakı ilə şahid qismində dindirilmiş Şahid3 ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində babası X14, nənəsi Şahid4, atası Şahid1 və anası Şahid2 ilə birlikdə yaşayır. Hazırda Bərdə şəhəri, 8 saylı tam orta məktəbin 11-ci sinif şagirdidir. Təqsirləndirilən şəxs1 onun qardaşıdır. O, Amilin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə 2 müxtəlif yerdən, yəni “Misli” mərc oyunları məntəqəsi və “Xan köşk” adlı kioskdan oğurluq etdiklərini sonradan bilmişdir. Qardaşı Təqsirləndirilən şəxs1 oğurladığı əşyalardan bir neçəsini Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evdə gizlətməsi barədə əvvəlcədən məlumatı olmamışdır. Qardaşı Amilin 02 mart 2025-ci il tarixdə Polis əməkdaşları ilə birlikdə Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evə gələrək oğurladığı əşyaları təqdim etdiyini bildikdən sonra Amilin oğurluq əməlləri barədə məlumatı olmuşdur. O həmin günlərdə evdə olmamış, Bərdə rayonu, Xanxanımlı kəndində ana babasının evində olmuşdur. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid4 ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində həyat yoldaşı Şahid5, oğlu Şahid1, gəlini Şahid2 və nəvəsi Şahid3 ilə birlikdə yaşayır. Hazırda işləmir. Təqsirləndirilən şəxs1 onun nəvəsidir. O, Amilin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə 2 müxtəlif yerdən, yəni “Misli” mərc oyunları məntəqəsi və “Xan köşk” adlı kioskdan oğurluq etdiklərini sonradan bilmişdir. Nəvəsi Təqsirləndirilən şəxs1 oğurladığı əşyalardan bir neçəsini Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evdə gizlətməsi barədə əvvəlcədən məlumatı olmamışdır. 02 mart 2025-ci il tarixdə nəvəsi Amil Polis əməkdaşları ilə birlikdə Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evə gələrək oğurladığı əşyaları təqdim etdikdən sonra Amilin oğurluq əməlləri barədə onun, həyat yoldaşının, oğlunun və gəlininin məlumatları olmuşdur. Balaca nəvəsi Anar isə həmin günlərdə evdə olmamışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Şahid5 ifadəsində bildirmişdir ki, Bərdə şəhəri, Qarabağ qəsəbəsində həyat yoldaşı Şahid4, oğlu Şahid1, gəlini Şahid2 və nəvəsi Şahid3 ilə birlikdə yaşayır. Hazırda işləmir. Təqsirləndirilən şəxs1 onun nəvəsidir. O, Amilin Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birlikdə xx.xx.2025-ci il tarixdə 2 müxtəlif yerdən, yəni “Misli” mərc oyunları məntəqəsi və “Xan köşk” adlı kioskdan oğurluq etdiklərini sonradan bilmişdir. Nəvəsi Təqsirləndirilən şəxs1 oğurladığı əşyalardan bir neçəsini Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evdə gizlətməsi barədə əvvəlcədən məlumatı olmamışdır. 02 mart 2025-ci il tarixdə nəvəsi Amil Polis əməkdaşları ilə birlikdə Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşadıqları evə gələrək oğurladığı əşyaları təqdim etdikdən sonra Amilin oğurluq əməlləri barədə onun, həyat yoldaşının, oğlunun və gəlininin məlumatları olmuşdur. Balaca nəvəsi Anar isə həmin günlərdə evdə olmamışdır. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Misli” mərc məntəqəsinə keçirilmişdir. Məntəqənin qapısı plastik, pəncərələri isə şüşəlidir. Məntəqəyə daxil olduqda sol yan tərəfdə vitrin vardır. Zalda isə oturacaq stulları, televizor və komputerlər vardır. Məntəqəyə girişdən sağ yan tərəfdən pilləkən vardır. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs2 xx.xx.2025-ci il tarixdə naməlum şəxsin zirzəmidə olan pəncərədən içəri daxil olaraq yuxarı mərtəbədə olan zaldan ona məxsus bir ədəd işlək vəziyyətdə olan “Toshiba” markalı notebook kompyuterini və dolabda olan təxminən 35-40 manat dəyərində uduşlu lotoreya biletlərini oğurladığını bildirmişdir. Baxış zamanı məntəqənin qapı və pəncərələrinə kənar müdaxilə olunmadığı müəyyən olunmuşdur. Baxış zamanı RPŞ-nin KTQ-nun baş inspektor kriminalisti Sənan Əhmədov tərəfindən əl barmaq izləri çıxarılmışdır. Baxış zamanı hadisə yerinin fotoşəkilləri çəkilmiş və protokola əlavə edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş xx.xx.2025-ci il tarixli hadisə yerinə baxış protokolundan görünür ki, baxış keçirilən yer Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Xan köşk” adlanan mağazadır. Həmin köşk Bərdə-Tərtər yolunun üzərində yerləşir. Yolun sol tərəfindədir. 3x2 metr həcmdədir. Giriş qapısı və qarşı hissəsi şüşədən ibarətdir. Köşkün qarşısında və içərisində müşahidə kameraları quraşdırılmışdır. Köşkün giriş qapısının üzərində olan şüşə daşla sındırılmışdır. Köşkə daxil olduqda vitrin hissəsində siqaretlərin olduğu yerin dağınıq olduğu müşahidə olunur. Şifahi sorğu zamanı Zərərçəkmiş şəxs1 xx.xx.2025-ci il tarixdə naməlum şəxs və şəxslərin onun işlətdiyi köşkün giriş qapısının şüşəsini sındıraraq içəriyə daxil olduqlarını və köşkün içərisində olan vitrindən təxminən 20 qutu “sobranie” markalı, 10 qutu “kent” markalı, 10 qutu “ld” markalı, 24-25 qutu “winston” markalı siqaret, 10-12 ədəd “alpengold” şokoladı, 2 ədəd “croos” markalı araq, 25 ədəd alışqan və bir ədəd “redmi” markalı mobil telefonu gizli yolla talayaraq oğurladıqlarını bildirmişdir. Zərərçəkmiş şəxs1 həmçinin köşkə daxil olan şəxslərin müşahidə kamerasına düşdüklərini qeyd etmişdir. Müşahidə kameralarına baxış keçirilmiş və videogörüntülər diskə köçürülərək protokola əlavə olunmuşdur. Baxış keçirilərkən RPŞ-nin KTQ-nin baş inspektor kriminalisti Sənan tərəfindən əl-barmaq izləri götürülmüşdür. Baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Baxış keçirilməsinə dair protokol tərtib olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 02 mart 2025-ci il tarixli “könüllü təqdim etmə, baxış keçirilmə və götürmə aparılması haqqında” protokoldan görünür ki, Təqsirləndirilən şəxs1 izahatında tanışları Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 ilə birgə xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsində yerləşən “Misli” mərc məntəqəsindən oğurladığı bir ədəd “Toshiba” markalı notebook komputerini, həmçinin Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus köşkdən oğurladığı bir ədəd “Finlandiya” markalı araq, iki ədəd “Alpengold” şokoladı, bir neçə alışqan və siqaretləri, həmçinin bir ədəd “Xiaomi” markalı mobil telefon və bir ədəd “Blackberry” markalı mobil telefonu gizlətdiyi yeri göstərə biləcəyini bildirmişdir. Buna görə də Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən Təqsirləndirilən şəxs1 iştirakı ilə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən istisamrı dayandırılmış anbara baxış keçirilmiş və baxış zamanı Təqsirləndirilən şəxs1 bir ədəd “Toshiba” markalı kompyuteri, bir ədəd “Finlandiya” markalı arağı, iki ədəd “Alpengold” şokoladı və bir neçə ədəd alışqanı təqdim etmiş, həmin əşyalar Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən götürülmüşdür. Bundan başqa Təqsirləndirilən şəxs1 oğurladıqları iki ədəd mobil telefonu və siqaretləri yaşadığı Bərdə rayonu, Qarabağ qaəsəbəsində yerləşən fərdi yaşayış evində gizlətdiyini və könüllü təqdim edə biləcəyini bildirmişdir. Buna görə də Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən Təqsirləndirilən şəxs1 yaşadığı fərdi yaşayış evinə baxış keçirilmiş və baxış zamanı bir ədəd “Xiaomi” markalı mobil telefon, bir ədəd “Blackberry” markalı mobil telefon, 13 qutu müxtəlif markalı siqaret və 10 ədəd alışqan maddi sübut kimi Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X12 tərəfindən götürülmüşdür. Baxış keçirilərkən fotoşəkillər çəkilərək protokola əlavə olunmuşdur. Baxış keçirilməsinə dair protokol tərtib olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş 03 mart 2025-ci il tarixli “diskə baxış keçirilməsi haqqında” protokoldan görünür ki, material üzrə götürülmüş bir ədəd diskin içərisini açdıqda “MP4” formatlı 04(bir) ədəd videofayl və 01(bir) ədəd fotogörüntü aşkar edilmişdir. Həmin fayllardan “document_**********260987323” adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 04 dəqiqə 13 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin videogörüntüdən Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskun arxa tərəf hissəsində bir nəfər şəxsin biraz gözlədikdən sonra həmin kioskun ön tərəfinə keçərək əlində olan əşya ilə kioskun şüşəsinə zərbə endirməsi, sonradan yenidən köşkün arxa tərəf hissəsinə gələrək yolun əks tərəfində olan şəxs(lər)i əli ilə yanına çağırması, daha sonra yenidən köşkün ön tərəfinə keçməsi, həmin vaxt yolun əks tərəfindən bir nəfər şəxsin də qaçaraq onun yanına gəlməsi, daha sonra həmin şəxslərin köşkdən çıxıb yolun qarşı tərəfi istiqamətinə qaçaraq getmələri görünmüşdür. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 videogörünüyə baxan zaman müşahidə kamerasına düşən həmin 2 nəfər şəxsin özü və tanışı Təqsirləndirilən şəxs3 olduğunu, Təqsirləndirilən şəxs3 “Xan köşk” adlı həmin kioskun şüşəsini yerdən götürdüyü daşla sındırdıqdan sonra əli ilə onu yanına çağırdığını, o, yolu keçib Təqsirləndirilən şəxs3 yanına gəldikdən sonra Təqsirləndirilən şəxs3la birlikdə kioska daxil olduqlarını, kioskdan əşyalar oğurladıqdan sonra qaçıb getdiklərini bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt digər tanışı Təqsirləndirilən şəxs2 isə oğurluq etdikləri müddətdə yolun digər tərəfində gəlib-gedənin olub-olmadığına nəzarət edərək kimsə gəldiyi halda onlara məlumat verəcəyi üçün dayandığını da bildirmişdir. Material üzrə götürülmüş bir ədəd diskin içərisində olan fayllardan “document_**********260987330” adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 04 dəqiqə 08 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin videogörüntüdən 2 nəfər şəxsin əllərində olan əşyalar ilə Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən kioskun arxa tərəf hissəsində olan giriş qapısında olan qıfılı sındırmağa çalışıb həmin yerin yaxınlığında hər hansısa bir hərəkətlilik olarkən gizləndikləri görünmüşdür. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 videogörünüyə baxan zaman müşahidə kamerasına düşən həmin 2 nəfər şəxsin özü və tanışı Təqsirləndirilən şəxs3 olduğunu, Təqsirləndirilən şəxs3 “Xan köşk” adlı həmin kioskun şüşəsini yerdən götürdüyü daşla sındırmamışdan qabaq kioskun arxa qapısında olan qıfılı sındırmaq istədiklərini, həmin vaxt onun əlində yerdən tapdığı bıçaq olduğunu, Təqsirləndirilən şəxs3 əlində isə yerdən tapdığı daş olduğunu qeyd edərək kənardan onları kiminsə görə biləcəyindən qorxub tez-tez gizlənməyə çalışdıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt digər tanışı Təqsirləndirilən şəxs2 isə oğurluq etdikləri müddətdə yolun digər tərəfində gəlib-gedənin olub-olmadığına nəzarət edərək kimsə gəldiyi halda onlara məlumat verəcəyi üçün dayandığını da bildirmişdir. Material üzrə götürülmüş bir ədəd diskin içərisində olan fayllardan “document_**********260987340” adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 05 dəqiqə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin videogörüntüdən Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskun içəri hissəsində yerdə şüşə qırıntıların olması, bundan sonra 2 nəfər şəxsin içəriyə daxil olaraq həmin köşkdə olan siqaretləri, araqları, mobil telefonları və digər əşyaları ələ keçirdikdən sonra oranı tərk etmələri görünmüşdür. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 videogörünüyə baxan zaman müşahidə kamerasına düşən həmin 2 nəfər şəxsin özü və tanışı Təqsirləndirilən şəxs3 olduğunu, Təqsirləndirilən şəxs3 “Xan köşk” adlı həmin kioskun şüşəsini yerdən götürdüyü daşla sındırdıqdan sonra onunla birlikdə içəriyə girərək içəridən siqaretləri, araqları, mobil telefonları və digər əşyaları oğurladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt digər tanışı Təqsirləndirilən şəxs2 isə oğurluq etdikləri müddətdə yolun digər tərəfində gəlib-gedənin olub-olmadığına nəzarət edərək kimsə gəldiyi halda onlara məlumat verəcəyi üçün dayandığını da bildirmişdir. Material üzrə götürülmüş bir ədəd diskin içərisində olan fayllardan “document_**********377521033” adlı video faylı açıb içərisinə baxış keçirən zaman video faylın 05 dəqiqə 01 saniyə müddətində davam etdiyi müəyyən edilmişdir. Həmin videogörüntüdən Zərərçəkmiş şəxs1 məxsus Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən “Xan köşk” adlı kioskun çöl tərəfindən içəri tərəfə doğru əşya atılması, nəticə etibarilə qapıda olan şüşənin sınaraq qırıntılarının ətrafa dağılması, bundan sonra içəriyə 2 nəfərin daxil olması, həmin şəxslərin içəridə olan siqaretləri, araqları, mobil telefonları və digər əşyaları ələ keçirdikdən sonra oranı tərk etmələri görünmüşdür. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 videogörünüyə baxan zaman müşahidə kamerasına düşən həmin 2 nəfər şəxsin özü və tanışı Təqsirləndirilən şəxs3 olduğunu, Təqsirləndirilən şəxs3 “Xan köşk” adlı həmin kioskun şüşəsini yerdən götürdüyü daşla sındırdıqdan sonra onunla birlikdə içəriyə girərək içəridən siqaretləri, araqları, mobil telefonları və digər əşyaları oğurladıqlarını bildirmişdir. Təqsirləndirilən şəxs1 həmin vaxt digər tanışı Təqsirləndirilən şəxs2 isə oğurluq etdikləri müddətdə yolun digər tərəfində gəlib-gedənin olub-olmadığına nəzarət edərək kimsə gəldiyi halda onlara məlumat verəcəyi üçün dayandığını da bildirmişdir. Material üzrə götürülmüş bir ədəd diskin içərisində olan fayllardan “photo_**********717216571_y.jpg” adlı fotogörüntünü açıb içərisinə baxış keçirən zaman həmin yerə daxil olan şəxslərdən birinin ön tərəfdən görüntüsü müşahidə edilmişdir. Şübhəli şəxs qismində tutulmuş Təqsirləndirilən şəxs1 fotogörünüyə baxan zaman müşahidə kamerasına düşən həmin şəxsin Təqsirləndirilən şəxs3 olduğunu bildirmişdir. Bununla da 02 mart 2025-ci il tarixdə Zərərçəkmiş şəxs1 Bərdə RPŞ-nin TB-nin baş təhqiqatçısı, polis mayoru X9 təqdim etdiyi xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri, H.Aslanov küçəsində yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Xan köşk” adlı kioskdan oğurluq cinayətinin baş verməsinə dair oğurluq etmiş şəxslərin həmin yerdə olan kameralara düşmüş görüntülərini əks etdirən bir ədəd DVD diskə baxış keçirilməsi başa çatmış, videoçəkiliş dayandırılmışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs1 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadə yerində yoxlanılmışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs3 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadə yerində yoxlanılmışdır. İstintaq zamanı ********* nömrəli cinayət işi üzrə təqsirləndirilən şəxs qismində Təqsirləndirilən şəxs2 ifadəsinin düzgünlüyünü müəyyən etmək və ifadəsində göstərilən xüsusatları dəqiqləşdirmək məqsədi ilə ifadəsi Bərdə RPŞ-nin İstintaq bölməsinin müstəntiqi, polis baş leytenantı X17 tərəfindən yerində yoxlanılmışdır. İstintaq zamanı verilmiş əməliyyat tapşırıqları əsasında Bərdə RPŞ-nin Cinayət Axtarış Bölməsinin əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində məlum olmuşdur ki, təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə, saat 02 radələrində Bərdə şəhəri, Ü.Hacıbəyov küçəsinə gəlib orada yerləşən Zərərçəkmiş şəxs2 işlətdiyi “Misli” mərc oyunları məntəqəsindən və xx.xx.2025-ci il tarixdə, saat 04:05 radələrində Bərdə şəhəri, H.Aslanov küçəsinə gəlib orada yerləşən Zərərçəkmiş şəxs1 məxsus “Xan köşk” adlı kioskdən oğurluq əməlləri törədən zaman onlardan başqa digər hər hansı bir şəxs və ya şəxslər iştirak etməmiş, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs1 əvvəllər törətdiyi cinayət əməllərinə görə cinayət məsuliyyətinə cəlb olunmuşdur. Təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs3 və Təqsirləndirilən şəxs1 xx.xx.2025-ci il tarixdə Bərdə şəhəri H.Aslanov küçəsində Bərdə-Tərtər yolunun üzərində yerləşən “Xan köşk” adlanan kioskun ön tərəf şüşəsini sındırmamışdan qabaq arxa tərəf qapıdan içəriyə girmək məqsədilə qıfılın qırılması üçün istifadə edilən bıçağın yerinin müəyyən edilməsi istiqamətində isə müsbət nəticə əldə etmək mümkün olmamışdır. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(021)-41/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs1 barəsində 3(üç) ay həddində “həbs” qətimkan tədbiri seçilmişdir. Cinayət işi materiallarına əlavə edilmiş Bərdə Rayon Məhkəməsinin xx.xx.2025-ci il tarixli 4(021)-42/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində 3(üç) ay müddətinə “həbs” qətimkan tədbiri seçilmişdir. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs3 məhkumluğu olmamışdır. Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Əməliyyat və Statistik İnformasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə Rayon Məhkəməsinin xx.xx.2024-cü il tarixli hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.3 və 177.2.4-cü maddələri ilə təqsirli bilinib 01 il 24 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum olunmuşdur. Cinayət işi materiallarına əlavə edilmiş Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasının hakimi X8 xx.xx.2025-ci il tarixli 4(104)-43/2025 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs2 barəsində seçilmiş Bərdə Rayon Məhkəməsinin 03 aprel 2025-ci il tarixli, 4(021)-56/2025 saylı qərarı ləğv edilərək barəsində seçilmiş həbs qətimkan tədbirinin sonunadək, yəni 02 iyun 2025-ci il tarixədək ev dustaqlığı qətimkan tədbiri ilə əvəz olunmuş və məhkəmə iclas zalından dərhal həbsdən azad edilmişdir. Cinayət işininin materiallarına əlavə edilmiş Mingəçevir şəhəri, MKTK MİS-4-dən alınmış xx.xx.2025-ci il tarixli, 186 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Abbasov X10 şəhəri, Bahar küçəsi ev 12-də qeydiyyatda olmaqla yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işininin materiallarına əlavə edilmiş Bərdə rayonu, İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 1123 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs1 Bərdə şəhəri, Qarabağ qəsəbəsində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işininin materiallarına əlavə edilmiş Bərdə rayonu, İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 1124 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs2 Bərdə şəhəri, Vaqif küçəsi ev 133-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işininin materiallarına əlavə edilmiş Bərdə rayonu, İHB-nın Bərdə şəhər İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 1220 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs1 Bərdə şəhəri, Nüşabə küçəsi ev 43-də yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işininin materiallarına əlavə edilmiş Bərdə rayonu, İHB-nın Güloğlular kənd İƏD üzrə nümayəndəliyindən alınmış xx.xx.2025-ci il tarixli, 527 nömrəli arayış və xasiyyətnamədən görünür ki, Zərərçəkmiş şəxs2 Bərdə rayonu, Qaradağlı kəndində yaşayır və yaşayış yeri üzrə müsbət xarakterizə olunur. Cinayət işininin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Ağdam Ruhi-Əsəb dispanserindən daxil olmuş xx.xx.2025-ci il tarixli, 483№li məktubdan görünür ki, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 Ağdam rayon Ruhi-Əsəb Dispanserində dispanser müşahidəsində deyildir. Cinayət işininin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası “Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi” X35 “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X21 daxil olmuş 11 aprel 2025-ci il tarixli, 18-1-21/3-1214/2025 saylı məktubdan görünür ki, Ağdam rayonu, Sarıcalı kəndində qeydiyyatda olan xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Ağdam Rayon Mərkəzi Xəstəxanası” X35in poliklinika şöbəsinin Narkoloji kabinetində qeydiyyatda yoxdur. Cinayət işininin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X4 şəhər Rayonlarası Psixo-Nevroloji dispanserindən daxil olmuş xx.xx.2025-ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri, Bahar küçəsi ev 12-də yaşayan 2008-ci il təvəllüdlü Abbasov X10 Psixo-Nevroloji Dispanserində qeydiyyatda durmur. Cinayət işininin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Səhiyyə Nazirliyi Mingəçevir şəhər X4 şəhər Rayonlarası Narkoloji Dispanserindən daxil olmuş xx.xx.2025ci il tarixli arayışdan görünür ki, Mingəçevir şəhəri, Bahar küçəsi ev 12-də qeydiyyatda olan xx.xx.2008-ci il təvəüllüdlü Təqsirləndirilən şəxs3 X1 narkoloji qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 14 aprel 2025-ci il tarixli 18-1-28/2-814/2025 saylı məktubundan görünür ki, xx.xx.2005-ci il təvəllüdlü Təqsirləndirilən şəxs1 “Bərdə RMX” Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Azərbaycan Respublikası Tibbi Ərazi Bölmələrinin İdarəetmə Birliyinin Bərdə rayon Mərkəzi Xəstəxanasından daxil olmuş 15 aprel 2025-ci il tarixli 18-1-28/2-826/2025 saylı məktubundan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs2 “Bərdə RMX” Poliklinika şöbəsinin narkoloji və ruhi-əsəb kabinetlərində dispanser qeydiyyatda yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs1 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Zərərçəkmiş şəxs2 ərizəsindən görünür ki, o, təqsirləndirilən şəxslərlə barışmış, onlara qarşı heç bir şikayət və tələbi yoxdur. Cinayət işinin materiallarına əlavə edilmiş Təqsirləndirilən şəxs3 barəsində “X36 Təhsil Mərkəzi” X21 daxil olmuş xx.xx.2025-ci il tarixli №64/1 nömrəli arayışdan görünür ki, xx.xx.2008-ci il təvəllüdlü Təqsirləndirilən şəxs3 X36 Təhsil Mərkəzinin əsas təhsil bazasından (9illik bazasında) 16 sentyabr 2024-cü il tarixdə təhsil müddəti 4 illik ödənişsiz olan “Elektronika və kommunikasiya sistemlərinin istismarı” ixtisasına daxil olmuşdur. Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə ona elan edilmiş ittiham üzrə özünü tam təqsirli bilərək öz müdafiəsi üçün heç bir dəlil gətirməmişdir. Beləliklə təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs3, Təqsirləndirilən şəxs1 və Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətmələri cinayət əməllərini törətmələri onların özlərinin cinayət işi üzrə verdikləri etirafedici ifadələr ilə yanaşı, toplanmış digər sənədlərlə - zərərçəkmiş şəxslərin və şahidlərin ifadələri, hadisə yerinə baxış protokolları, baxış və götürmə aparılması protokolları, ifadənin yerində yoxlanılması istintaq hərəkətlərinin protokolları, "xxxx" MMC-nin qiymətləndiricilərinin rəyi, cinayət işi üzrə maddi sübut qismində tanınmış 01(bir) ədəd “Xiaomi” markalı mobil telefonu, 01(bir) ədəd “Blackberry 9900” markalı mobil telefonu, 01 ədəd “Toshiba” markalı notebook kompyuteri, 02(iki)qutu “Rothmans” markalı siqaret, 06(altı) qutu “Keno” markalı siqaret, 01(bir qutu) “Winston” markalı siqaret, 01(bir qutu) “Winchester” markalı siqaret, 01(bir) qutu “Kent” markalı siqaret, 01(bir)qutu “X7” markalı siqaret, 01(bir) qutu “Want” markalı siqaret, 10(on)ədəd müxtəlif növ alışqan, 2(iki)ədəd “alpen gold” markalı şokoladı, üzərində “Fınlandıa” yazısı olan 01(bir) ədəd spirtli içki-araq və hadisənin görüntülərini əks etdirən 01 ədəd DVD disk, habelə cinayət işinə əlavə edilmiş digər sənədlərlə tam olaraq sübuta yetirilmişdir. Təqsirləndirilən şəxslər: Təqsirləndirilən şəxs1 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs2 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə, Təqsirləndirilən şəxs3 Azərbaycan Respublikasının CM-in 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələri ilə onların əməllərinə dair tövsif qanunvericiliyin tələbinə əsasən düzgün aparılmışdır. Məhkəmə təqsirləndirilən şəxslərə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Məhkəmə təqsirləndirilən şəxslər Təqsirləndirilən şəxs1, Təqsirləndirilən şəxs2 və Təqsirləndirilən şəxs3 hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onların törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətlərini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə almalıdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli qərarında məhkəmələrə tövsiyə olunmuşdur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla, ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olub-olmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxslərə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Azərbaycan Respublikası Cinayət Məcəlləsi 177.1. Oğurluq, yəni özgənin əmlakını gizli olaraq talama — 177.2. Eyni əməllər: 177.2.1. qabaqcadan əlbir olan bir qrup şəxs tərəfindən törədildikdə; 177.2.2. təkrar törədildikdə; 177.2.3. yaşayış sahəsinə, habelə binaya, anbara və ya başqa saxlanc yerlərinə qanunsuz daxil olmaqla törədildikdə bir ildən üç ilədək müddətə azadlığın məhdudlaşdırılması və ya iki ildən beş ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır Təqsirləndirilən şəxs1 əməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs2 əməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs3 əməlində Azərbaycan Respublikasının CM-in 61-ci maddəsində nəzərdə tutulan cəzasını ağırlaşdıran hal müəyyən edilməmişdir. Təqsirləndirilən şəxs1 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, dəymiş ziyanı könülllü olaraq tamamilə ödəməsi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs2 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, dəymiş ziyanı könülllü olaraq tamamilə ödəməsi və onun yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs3 zərərçəkmiş şəxslərlə barışıq əldə etməsi, dəymiş ziyanı könülllü olaraq tamamilə ödəməsi və onun yetkinlik yaşına çatmaması Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59.1.2, 59.1.12 və 59.1.13-cü maddələrinə əsasən cəzasını yüngülləşdirən hallardır. Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, ona azadlıqdan məhrum etmə növündə cəza təyin edilməlidir. Cəzaçəkmənin əvvəli 02 mart 2025-ci il tarixdən hesablanmalı, cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 1(021)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə əhatə edilməli, Təqsirləndirilən şəxs2 оğlunun Bərdə rayon məhkəməsinin 1(021)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən xx.xx.2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 02 günün 01 günü, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında saxlanıldığı 07 ay 07 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla çıxılmalı, üzərinə Bərdə şəhəri, Vaqif küçəsi, ev 133 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı və hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilməlidir. Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilməli, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasnının iki gününə bərabər hesablanmaqla, cəzadan çıxılmalı, Təqsirləndirilən şəxs3 üzərinə Mingəçevir şəhəri, Bahar küçəsi, ev 12 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulmalı, hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilməli, cəzaçəkmənin əvvəli qeydiyyata alındığı vaxtdan hesablanmalıdır. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344- 347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKM ETDİ: Təqsirləndirilən şəxs1 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 1(021)-90/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmü ilə təyin edilmiş 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasının iki günü azadlıqdan məhrum etmənin bir gününə bərabər hesablanmaqla, 01 il müddətinə azadlıqdan məhrum etmə cəzası müəyyən edilsin, həmin cəza Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.5-ci maddəsinə əsasən 02 il 03 ay müddətinə azadlıqdan məhrum etmə cəzası ilə qismən toplanmaqla Təqsirləndirilən şəxs1 02 il 09 ay müddətinə azadlıqdan məhrum etmə cəzası təyin edilsin. Bərdə rayon məhkəməsinin 1(021)-90/2024 saylı, xx.xx.2024-cü il tarixli hökmünə əsasən şəxsin tutulduğu və həbsdə saxlanıldığı 5 ay 18 ay gün Cinayət Məcəlləsinin 68.1-ci maddəsinə əsasən bir günə bir gün hesablanmaqla çıxılsın, üzərində qəti olaraq 02 il 03 ay 12 gün müddətinə azadlıqdan məhrum etmə cəzası saxlanılsın. Cəzaçəkmənin əvvəli 02 mart 2025-ci il tarixdən hesablansın. Cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs2 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 02 il müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 66.1-ci maddəsinə əsasən Bərdə rayon məhkəməsinin 1(021)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmü ilə təyin edilmiş 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası hazırki hökmlə təyin edilmiş cəza ilə əhatə edilsin. Təqsirləndirilən şəxs2 оğlunun Bərdə rayon məhkəməsinin 1(021)-25/2025 saylı, xx.xx.2025-ci il tarixli hökmünə əsasən xx.xx.2023-cü il tarixdən 14 avqust 2023-cü il tarixədək ibtidai istintaq zamanı tutulduğu və həbsdə olduğu 02 günün 01 günü, hazırki cinayət işi üzrə ibtidai istintaq zamanı tutulduğu və ev dustaqlığında saxlanıldığı 07 ay 07 günün bir günü azadlığın məhdudlaşdırılması cəzasının iki gününə bərabər tutulmaqla, 01 il 02 ay 18 gün müddət hazırki hökmlə təyin edilmiş cəzadan çıxılsın, üzərində qəti olaraq 09 ay 12 gün müddətinə azadlığın məhdudlaşdırılması saxlanılsın. Təqsirləndirilən şəxs2 üzərinə Bərdə şəhəri, Vaqif küçəsi, ev 133 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs2 yaşayış yeri üzrə Bərdə rayon İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmənin əvvəli xx.xx.2025-ci il tarixdən hesablansın. Ev dustaqlığı qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs3 оğlu Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 177.2.1, 177.2.2 və 177.2.3-cü maddələrində nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək, 01 il 09 ay müddətinə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilsin. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən Təqsirləndirilən şəxs3 ibtidai istintaq zamanı xx.xx.2025-ci il tarixdən xx.xx.2025-ci il tarixədək şübhəli şəxs qismində saxlanıldığı 02 gün müddətin bir günü azadlığın məhdudlaşdırılması cəzasnının iki gününə bərabər hesablanmaqla, 04 gün azadlığın məhdudlaşdırılması cəzasından çıxılmaqla, üzərində qəti olaraq 01 il 08 ay 26 gün müddətinə azadlığın məhdudlaşdırılması saxlanılsın. Təqsirləndirilən şəxs3 üzərinə Mingəçevir şəhəri, Bahar küçəsi, ev 12 ünvanında yaşayış yerini axşam saat 23:00-dan səhər saat 06:00-dək tərk etməmək, elektron nəzarət vasitəsini gəzdirmək və həmin vasitənin işlək vəziyyətdə saxlanılması üçün ona xidmət etmək, Bərdə rayonu ərazisini tərk etməmək, məhkəmə qərarı olmadan yaşayış yerini dəyişdirməmək, cəzanın icrasına nəzarət edən orqanı iş yerinin dəyişdirilməsi barədə əvvəlcədən məlumatlandırmaq vəzifələri qoyulsun. Hökmün icrasına nəzarət Təqsirləndirilən şəxs3 yaşayış yeri üzrə Mingəçevir şəhər İcra və Probasiya şöbəsinə həvalə edilsin. Cəzaçəkmənin əvvəli qeydiyyata alındığı vaxtdan hesablansın. Yetkinlik yaşına çatmayanı nəzarət alıtna vermə qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. İş materiallarına əlavə edilmiş 01 ədəd DVD disk iş materiallarında saxlanılsın. İş üzrə xüsusi müsadirə olunası əmlak və mülki iddia yoxdur. Hökmdən elan olunduğu gündən 20 (iyirmi) gün müddətində işə baxan Bərdə Rayon Məhkəməsi vasitəsi ilə Gəncə Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti və ya protesti verilə bilər. Hаkim: Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar