Məhkəmə qərarları › İş №1(021)-97/2022

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-97/2022

08.06.2022 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-97/2022 08.06.2022 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Hakim Əbilov Qamət Mehman oğlunun sədrliyi, Abbasov Yasin Rafiq oğlunun katibliyi ilə, Dövlət ittihamçısı, Müdafiəçi, Təqsirləndirilən şəxs iştirakları ilə, xx.xx.1983-cü ildə Laçın rayonu, Qozlu kəndində anadan olmuş, Azərbaycan Respublikası vətəndaşı, evli, orta təhsilli, işsiz, Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə çəkilməmiş cəzasının qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, cəzasını çəkib qutarmış, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(017)105/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69-cu maddəsinə əsasən üzərində qəti olaraq 2 il 8 gün gün azadlığın məhdudlaşdırılması cəsası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 7(021)112\2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi 1 il azaldılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmiş, Laçın rayonu, Qozlu kəndində qeydiyyatda olmaqla Bərdə rayonu, İmamqulubəyli kəndində yaşamış, barəsində “həbs” qətimkan tədbiri seçilmiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: Təqsirləndirilən şəxs 4362-H nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsildiyi üçün hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd ov tüfənginin kəsiyini və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin X3 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 09 ədəd patronu istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi “BMW 325” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımışdır. Belə ki, Təqsirləndirilən şəxs 4362-H nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsildiyi üçün hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd ov tüfənginin kəsiyini və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin X3 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 09 ədəd patronu istintaqa məlum olmayan mənbədən naməlum tarixdə və şəraitdə qanunsuz olaraq əldə edib idarə etdiyi “BMW 325” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobildə saxlamaqla daşımış, bu barədə daxil olmuş məlumat əsasında Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşları tərəfindən 20 yanvar 2022-ci il tarixdə saat 20:49-da Təqsirləndirilən şəxs idarə etdiyi avtomobilə özünün razılığı və iştirakı ilə Bərdə şəhəri, Babək küçəsi 26 ünvanında yerləşən Bərdə RPŞ-in həyətində baxış keçirilən zaman 4362-H nömrəli, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş, 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli, odlu yivsiz silah hesab edilən, lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsildiyi üçün hazırda öz təyinatını itirmiş, texniki cəhətdən saz və atəş üçün yararlı bir ədəd ov tüfənginin kəsiyi və zavod üsulu ilə istehsal olunmuş, 5,6 mm kiçik kalibrli olmaqla həmin X3 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş, təyinatı üzrə istifadə və atəş üçün yararlı olan, döyüş sursatı hesab edilən 09 ədəd patron avtomobilin arxa yük yerindən aşkar edilərək götürülmüşdür. Təqsirləndirilən şəxs məhkəmə iclasında özünü təqsirli bilərək ifadəsində göstərdi ki, evlidir, 2 övladı vardır, əvvəllər məhkum olunmuşdur, rəsmi olaraq heç yerdə işləmir. 1992-ci il tarixdə Laçın rayonu işğal olunduqdan sonra ailə üzvləri ilə birlikdə Bərdə rayonu, İmamqulubəyli kəndinə köçmüş, həmin tarixdən hal-hazıradək həmin kənddə yaşayır. Sonuncu dəfə CM-in 234.1-ci maddəsi ilə məhkum olunmuşdur. 2020-ci il tarixdə “BMW 325” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobil almış, həmin vaxtlarda barəsində azadlığın məhdudlaşması hökmü olduğundan maşını öz adına yox, dostu X1 adına rəsmiləşdirmişdir. Buna baxmayaraq avtomobil ona məxsus olmuşdur. Təxminən 10 gün əvvəl yaşadığı kəndin yanından keçən Tərtər çayının yaxınlığında balıq tutmağa gedən zaman kolların arasında 01 ədəd sellofan torbanın olmasının şahidi olmuş, onun içərisində nə olmasına baxmaq üçün torbanı götürmüş, torbanın içərisinə baxan zaman orada daha 02 ədəd sellofan torbanın olmasının şahidi olmuşdur. Həmin torbaları açdıqda orada qundağı kəsilmiş vəziyyətdə 01 ədəd silahın, 01 ədəd ov tüfənginin, patronların, siqnal fişənginin və qoruyucu jiletin olmasının şahidi olmuş, silaha marağı olduğundan, həmçinin həmin əşyaların başqa şəxslərin əlinə keçməməsi üçün onları götürüb özünə məxsus olan avtomobilin arxa yük yerinə qoymuşdur. Məqsədi silahları bir müddət gəzdirikdən sonra polisə təhvil vermək olmuşdur. Beləliklə həmin əşyaları götürdükdən sonra bir qədər onlara baxmış, təmziləmiş, lakin yenicə cəzasının bitdiyinə görə onları polisə təhvil verməkdən qorxmuş və bir neçə aydan sonra həmin əşyaları təhvil verəcəyini düşünmüşdür. Onları tapan zaman yanında və kənarda başqa şəxslər olmamış, həmçinin həmin əşyaların onda olmasından heç kimin xəbəri olmamışdır. Beləliklə, həmin əşyaları mütəmadi olaraq avtomobilində saxlamış və bu barədə heç kimə məlumat verməmişdir. 20 yanvar 2022-ci il tarixdə saat 18:50-də Bərdə rayonu, Koroğlu küçəsində yerləşən “Qəhrəmanlar Parkı” adlanan yerdə avtomobilinin yanında olan zaman bir neçə mülki geyimli şəxslər ona yaxınlaşaraq kim olduğunu soruşmuş, özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman həmin şəxslər özlərini təqdim edərək xidməti vəsiqələrini göstərib DİN-in BMCMİ-nin olduqlarını, onun qanunsuz olaraq odlu silah əldə etməyi, üzərində daşımaqla gəzdirməyi barədə onlarda məlumat olduğunu deyərək onu Bərdə RPŞ-nə dəvət etmişlər. Vəziyyəti bilib onlara etiraz etməmiş və Bərdə RPŞ-nə gedə biləcəyini bildirmişdir. Bu zaman orada olan polis əməkdaşlarından bir nəfər avtomobili idarə etmiş, o və başqa bir nəfər polis əməkdaşı isə avtomobilin arxa sərnişin oturacaqlarında əyləşmişlər. Bərdə RPŞnə gəldikdən sonra xidməti iş otağında olan zaman təhqiqatçı tərəfindən hüquqlarının müdafiə olunması məqsədi ilə Bərdə Rayon Vəkil Bürosunun vəkillərinin adlarının olduğu siyahı ona təqdim olunmuş, siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını demiş, bundan sonra təhqiqatçı vəkil İslam Teymurovu dəvət etmiş, vəkil gəldikdən sonra təhqiqatçı ondan vəkilə etirazının olubolmadığını soruşmuş, etirazının olmadığını bildirmişdir. Daha sonra hüquq və vəzifələri izah olunaraq üzərinə şəxsi axtarış aparılacağı bildirilmiş, etiraz etmədən razılaşmışdır. Daha sonra təhqiqatçı tərəfindən üzərində şəxsi axtarış aparılmış, şəxsi axtarış aparılan zaman təhqiqatçı ilkin olaraq ona üzərində olan əşyalarını təqdim etməsini xahiş etmiş, üzərində hər hansı qanunsuz əşya olmadığını bildirib pulları, avtomobilin açarını, siqaretini, həmçinin papağını təqdim etmişdir. Bundan başqa üzərində qanunsuz əşya olmadığını, lakin idarə etdiyi avtomobildə odlu silahların, patronların və qoruyucu jiletin olduğunu, avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyini bildirmişdir. Bundan sonra həmin əşyalar özünə qaytarılmış, daha sonra videoçəkiliş dayandırılıb digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Bundan sonra avtomobilinə baxış keçirilməsinə etiraz etmədiyinə dair ərizə yazmış və maşınına iştirakı ilə baxış keçriilməyə başlanılmışdır. Baxış zamanı təhqiqatçı avtomobilində qanunsuz əşya varsa təqdim etməsini təklif etmiş, avtomobilin qapısını açmış və avtomobilin arxa yük yerini açıb orada olan 02 ədəd sellofan torbanı təqdim etmişdir. Həmin sellofan torbalar açılanda onlardan göy rəngli sellofan torbanın içərisindən 01 ədəd qundaq və lüləsi kəsilmiş vəziyyətdə olan ov tüfəngi, 01 ədəd winchester tipli silah, 01 ədəd zirehli gödəkcə, 01 ədəd göy rəngli sellofan torbanın içərisindən isə 01 ədəd siqnal tapançası, müxtəllif növlərdə ümumilikdə 37 ədəd patron, patron qabı və winchester tipli silahin qundaq hissəsi aşkar olunmuşdur. Həmin əşyalar iştiakı ilə qablaşdırılıb götürülmüş və möhürlənmişdir. Sorğu zamanı həmin əşyları təxminən 10 gün əvvəl tapdığını və avtomobilində daşıyaraq saxladığını bildirmişdir. Daha sonra videoçəkiliş dayandırılıb onunla bərabər digər iştirakçılara da həmin videoçəkiliş nümayiş etdirilmiş, sonda isə bu barədə protokol tərtib olunaraq ucadan oxunmuş, düz yazıldığı üçün digər iştirakçılarla birlikdə həmin protokola imza etmişdir. Hazırda törətdiyi cinayət əməlindən peşman olmasını nəzərə almağı və yüngül cəza təyin olunmasını məhkəmədən xahiş etdi. Təqsirləndirilən şəxs təqsirli olması özünün ifadəsi ilə yanaşı, şahid ifadələri və iş materiallarında olan digər sübutlar ilə tam sübuta yetirilmişdir. Belə ki, məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşı Şahid1 ifadəsində göstərdi ki, 20 yanvar 2022-ci il tarixdə Laçın rayonu Qozlu kəndində anadan olmuş, Bərdə rayonu İmamqulubəyli kəndində yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək idarə etdiyi avtomobildə saxlaması, eyni zamanda üzərində daşıyaraq gəzdirməsi barədə əməliyyat məlumatı daxil olmuş, həmin məlumat tərəfindən rəsmiləşdirilmiş və əməliyyat qrupu yaradılmışdır. Həmin qrupa o, əməliyyat müvəkkilləri Şahid2, Şahid3 və İstintaq və Təhqiqat İdarəsinin Təhqiqat bölməsinin XMİÜ baş təhqiqatçısı Mirata Seyidov daxil olmuşdur. Qrup üzvləri keçiriləcək əməliyyat tədbiri zamanı nə cür hərəkət etmələri barədə təlimatlandırılmışlar. Təqsirləndirilən şəxs Bərdə rayonunda yaşadığı və həmin rayon ərazisində olması ilə bağlı daxil olmuş əməliyyat məlumatına əsasən Bərdə rayonuna yola düşmüşlər. Həmin gün Bərdə rayonuna çatanda Təqsirləndirilən şəxs Bərdə şəhəri, Koroğlu küçəsində yerləşən “Qəhrəmanlar Parkı”nın qarşısında olması barədə əməliyyat məlumatı daxil olmuş və həmin istiqamətdə yola düşmüşlər. Oraya çatan zaman saat 18:50-də qeyd olunan ünvanın qarşısında “BMW 325” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilin yanında dayanan xarici görünüşü Təqsirləndirilən şəxs bənzəyən şəxsə yaxınlaşıb özlərini təqdim edərək BMCMİ-nin əməkdaşları olduqlarını bildirmişlər və həmin şəxsdən özünü təqdim etməsini xahiş etmişlər. Həmin şəxs özünü təqdim edərək Təqsirləndirilən şəxs olduğunu demiş, bu zaman Təqsirləndirilən şəxs əməliyyat-axtarış tədbirlərinin həyata keçirilməsi haqqında qərarı təqdim etmişlər və onun qanunsuz olaraq odlu silah və döyüş sursatlarını əldə edərək, üzərində və idarə etdiyi avtomobildə saxlamaqla gəzdirməsi barədə əsaslı şübhələr olduğunu izah edərək avtomobili ilə birlikdə Bərdə RPŞ-nə dəvət dəvət etmişlər. Təqsirləndirilən şəxs etiraz etməmiş və onlarla birlikdə Bərdə RPŞ-nə gələ biləcəyini demişdir. Bu zaman o, avtomobili idarə etmiş, Təqsirləndirilən şəxs avtomobilin arxa sağ oturacağında, Şahid3 isə avtomobilin arxa sol oturacağında əyləşmişlər. Polis Şöbəsinə gəldikdən sonra, Təqsirləndirilən şəxs təhqiqatçı Mirata Seyidovun olduğu xidməti iş otağına aparmışlar və təhqiqatçı Təqsirləndirilən şəxs vəkillərin siyahısı təqdim etmişdir. Təqsirləndirilən şəxs siyahıda olan vəkillərdən istənilən biri tərəfindən hüquqlarının müdafiə edilməsinə etirazının olmadığını bildirmiş, bundan sonra Bərdə Rayon Vəkil Bürosunun vəkili X8 Səfərovun hüquqlarını müdafiə etmək üçün dəvət edilmişdir. Vəkil gəldikdən sonra, Təqsirləndirilən şəxs müdafiəçisi ilə konfidensial şəraitdə görüşməsi üçün şərait yaradılməş, bundan sonra sonuncudan həmin vəkilə etirazı olub-olmadığı soruşulmuş, Təqsirləndirilən şəxs etirazının olmadığını bildirmişdir. Daha sonra Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutularaq üzərinə videoçəkilişdən istifadə edilməklə şəxsi axtarış aparılacağı izah olunmuş, sonuncu etiraz etmədən razılaşmış, şəxsi axtarış zamanı təhqiqatçı Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya varsa təqdim etməsini xahiş etmişdir. Təqsirləndirilən şəxs üzərində qanunsuz əşya olmadığını, lakin idarə etdiyi avtomobildə 01 ədəd qundağı kəsilmiş silahın, 01 ədəd vinchester tipli silahın, 01 ədəd siqnal tapançasının, 01 ədəd qoruyucu jiletin və patronların olduğunu, onları təqdim edə biləcəyini deyərək üzərində olan mobil telefonu, siqaretləri, pulları, maşın açarını və idman papağını təqdim etmişdir. Mobil telefon götürülsə də, qalan əşyalar özünə geri qaytarılmış, bundan sonra videoçəkiliş dayandırılmış və şəxsi axtarışla bağlı protokol tərtib olunmuşdur. Daha sonra Təqsirləndirilən şəxs ona məxsus olan “BMW 325” minik markalı **-NA-*** dövlət qeydiyyat nişanlı avtomobilə baxış keçirilməli olduğu izah edilmiş, sonuncu etiraz etmədiyini bildirərək bu barədə ərizə yazmışdır. Bundan sonra təhqiqatçı Mirata Seyidov şübhəli şəxs Təqsirləndirilən şəxs, onun müdafiəçisi, o və digər əməliyyatçılarla birlikdə PŞ-in həyətində olan avtomobilə baxış keçirilməyə başlanılmışdır. Baxış videoçəkilişlə aparılmış və baxış zamanı Təqsirləndirilən şəxs avtomobilində qanunsuz əşya varsa təqim etməsi təklif olunmuş, sonuncu avtomobillə maşının arxa yük hissəsini açıb orada olan 02 ədəd sellofan torbanı götürüb təqdim etmiş və onların içərisində qundağı kəsilmiş ov tüfənginin, vinchester markalı silahın, qoruyucu jiletin, siqnal tapançasının və patronların olduğunu bildirmişdir. Orada olan patronlar sayılaraq ümumilikdə 37 ədəd olması müəyyən olunmuş, sorğu zamanı Təqsirləndirilən şəxs həmin əşyaları təxminən 10 gün əvvəl yaşadığı Bərdə rayonu, İmamqulubəyli kəndinin ərazisindən keçən Tər-Tər çayının kənarından tapdığını, onları götürüb avtomobilində saxladığını, avtomobilin tanışı X1 adına rəsmiləşdirildiyini, lakin ona məxsus olduğunu bildirmişdir. Bundan sonra həmin əşyalar qablaşdırılaraq götürülmüş, bundan sonra baxışın keçirilməsi barədə protokol tərtib olunmuş, sonda protokol ucadan oxunmuş və düzgün yazıldığı üçün hərkəs tərəfindən imzalanmışdır. Məhkəmə istintaqı zamanı şahid qismində dindirilmiş Azərbaycan Respublikası DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinin əməkdaşıları Şahid2 Raqif oğlu və Şahid3 Şahid1 ilə eyni məzmunlu ifadə verərək onun dediklərini təsdiq etdilər. Cinayət işinin 8-ci vərəqəsində olan şübhəli şəxsin tutulması haqqında 20 yanvar 2022ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuşdur. Cinayət işinin 85-86-ci vərəqələrində olan təqsirləndirilən şəxs qismində cəlb etmə haqqında 22 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs 22 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmişdir. Cinayət işinin 101-105-ci vərəqələrində olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 22 yanvar 2022-ci il tarixli 4(005)70/2022 saylı qərarından görünür ki, Təqsirləndirilən şəxs barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmişdir. Həbs etmənin əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablanmışdır. Cinayət işinin 152-155-ci vərəqələrində olan Bakı Şəhər Nərimanov Rayon Məhkəməsinin 05 aprel 2022-ci il tarixli 4(005)400/2022 saylı qərarından görünür ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilmiş Təqsirləndirilən şəxs həbsdə saxlanılma müddəti 1 ay, yəni 20 may 2022-ci il tarixədək uzadılmışdır. Cinayət işinin 49-58-ci vərəqələrində olan Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Krimnalistik Tədqiqatlar İdarəsinin məhkəmə-ballistik ekspertizasının 21 yanvar 2022-ci il tarixli 22/66R nömrəli rəyində aşağıdakılar göstərilmişdir:

1. Tədqiqata təqdim edilmiş 01 ədəd 4362-H №-li silah, keçmiş SSRİ dövlətində Zlataust silah zavodunda istehsal olunmuş 16 kalibrli ZK modelli, çaxmaqlı, hamar tək lüləli ov tüfəngidir, yivsiz odlu silahdır. Lakin həmin ov tüfənginin lüləsi və qundağı sonradan kustar üsulu ilə kəsilmişdir və hal hazırda öz təyinatını itirmiş 16 kalibrli ov tüfənginin kəsiyidir, texniki cəhətdən sazdır və atəş üçün yararlıdır.

2. Tədqiqata təqdim edilmiş 01 ədəd №-si silinmiş silah, İngiltərə dövlətində zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan pompalı tüfəngdir, odlu yivsiz silahdır, texniki cəhətdən sazdır və təyinatı üzrə istifadə üçün yararlıdır.

3. Tədqiqata təqdim edilmiş 01 ədəd qara rəngli plastik materialdan anmış qundağ zavod üsulu ilə istehsal olunmuş 12 kalibrli çaxmaqsız, hamar tək lüləli, sürüşən lüləaltı yastıq vasitəsilə təkrar doldurulan pompalı tüfəngin bir hissəsidir-qundağıdır və təyinatı üzrə istifadə üçün yararlıdır.

4. Tədqiqata təqdim edilmiş 01 ədəd DP-148 №-li silah, zavod üsulu ilə Rusiya dövlətində 1989-cu ildə istehsal olunmuş 26 mm kalibrli təyinatı üzrə səsli siqnal vermək üçün nəzərdə tutulmuş SP-81 modelli tapançadır, texniki cəhətdən sazdır, təyinatı üzrə istifadə üçün yararlıdır və odlu silah hesab edilmir.

5. Tədqiqata təqdim edilmiş 25 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 12x70 kalibrli ov patronlarıdır, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün paradıdırlar. (Bax: 2 rəqəmi ilə nömrələnmiş silahın tədqiqi hissəsinə).

6. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 16x70 kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır, təyinatı üzrə istifadə və atəş üçün yararlıdır.

7. Tədqiqata təqdim edilmiş 01 ədəd patron zavod üsulu ilə xarici dövlətdə istehsal olunmuş 410 (10,3 mm) kalibrli ov patronudur, həmin kalibrli hamar lüləli ov silahlarından atəş açmaq üçün nəzərdə tutulmuş ov sursatıdır.

8. Tədqiqata təqdim edilmiş 09 ədəd patronlar zavod üsulu ilə istehsal -olunmuş 5,6 mm kiçik kalibrli olmaqla həmin X3 tapançalardan və TOZ modelli yivli tüfənglərdən atəş açmaq üçün nəzərdə tutulmuş döyüş sursatıdırlar, təyinatı üzrə istifadə və atəş üçün yararlıdırlar.

9. Tədqiqata təqdim edilmiş 01 ədəd patron, zavod üsulu ilə istehsal olunmuş 26 mm kalibrli ağ rəngli işıqlandırıcı və səsli siqnal patronudur, döyüş sursatı hesab edilmir və təyinatı üzrə istifadə üçün yararlıdır.

10. Tədqiqata təqdim edilmiş 01 ədəd əşya 26 ədəd ov partonları daşımaq üçün nəzərdə tutulmuş zavod üsulu ilə hazırlanmış patrondaşdır və döyüş sursatı hesab edilmir. Cinayət işinin 151-161-ci vərəqələrində olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(017)105/2020 saylı hökmündən görünür ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CM-nin 69-cu maddəsinə əsasən üzərində qəti olaraq 2 il 8 gün gün azadlığın məhdudlaşdırılması cəsası saxlanılmışdır. Cinayət işinin 133-135-ci vərəqələrində olan Azərbaycan Respublikası DİN-nin BƏSİİ dən alınmış tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə çəkilməmiş cəzasının qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, cəzasını çəkib qutarmış, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə 234.1-ci maddəsi ilə təqsirli bilinərək 2 il 8 gün azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə Rayon İcra və Probasiya Şöbəsi tərəfindən verilmiş 77\01 saylı xx.xx.2022-ci il tarixli Arayışdan görünür ki, Təqsirləndirilən şəxs barəsində olan Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(017)105/2020 saylı hökmü xx.xx.2020-ci ildə şöbənin icraatına daxil olmuş, Təqsirləndirilən şəxs xx.xx.2020-ci il tarixdə qeydiyyata alınmış, Bərdə Rayon Məhkəməsinin 7(021)112\2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi 1 il azaldılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin 130-cu vərəqəsində olan Laçın rayon İcra Hakimiyyəti Başçısının Qozlu kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs əsəbi, davaya meyilli, ailəcanlı, cəmiyyət içərisində özünə hörmət qazanan, vətənpərvər kimi xarakteriza olunmuşdur. Cinayət işinin 139-cu vərəqəsində olan Bərdə rayon İcra Hakimiyyəti Başçısının Zümürxan kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyi tərəfindən verilmiş xasiyyətnamədən görünür ki, Təqsirləndirilən şəxs müsbət xarakteriza olunmuşdur. Cinayət işinin 109-110-cu vərəqələrində olan maddi sübut hesab edilməsi haqqında haqqında 24 yanvar 2022-ci il tarixli qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd 4362-H nömrəli, ZK modelli, lüləsi və qundağı kəsilmiş 16 kalibrli ov tüfənginin kəsiyi və 07 ədəd 5,6 mm kalibrli patronlar maddi sübut kimi tanınmışdır. Cinayət işinin 115-ci vərəqəsində olan xx.xx.2022-ci il tarixli Cəbrayıl Mikayilov tərəfindən imzalanmış qəbzdən görünür ki, X4 özünə məxsus BMW325 minik markalı 99NA341 dövlət qeydiyyat nişanlı avtomobili və həmin avtomobilin şəhadətnaməsini baş müstəntiq Ayaz Bayramovdan təhvil almışdır. Cinayət işinin 162-169-cu vərəqələrində olan sübutların qiymətləndirilməsi haqqında qərardan görünür ki, Təqsirləndirilən şəxs idarə etdiyi avtomobildən aşkar edilərək götürülmüş 01 ədəd 4362-H nömrəli, ZK modelli, lüləsi və qundağı kəsilmiş 16 kalibrli ov tüfənginin kəsiyi və 07 ədəd 5,6 mm kalibrli patronlar maddi sübut kimi tanınmışdır. BMW325 minik markalı 99NA341 dövlət qeydiyyat nişanlı avtomobilin və həmin avtomobilin şəhadətnaməsinin sahibi X2 təhvil verilməsi nəzərə alınmışdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikası CPM-nin 144-cü maddəsinə əsasən, cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliyi müəyyənləşdirilir. Məhkəmə Azərbaycan Respublikası Konstitusiyasının 63-cü maddəsində, “İnsan hüquqlarının və əsas azadlıqlarının müdafiəsi haqqında” Avropa Konvensiyasının 6-cı maddəsinin ikinci bəndində, Azərbaycan Respublikası CPM-nin 21-ci maddəsində nəzərdə tutulan təqsirsizlik prezumpsiyasını rəhbər tutaraq belə hesab edir ki, Təqsirləndirilən şəxs əməli ibtidai istintaq orqanı tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə düzgün tövsif olunmuşdur və onlar qeyd edilən maddələr ilə təqsirli bilinərək həmin maddənin sanksiyası həddində cəzalandırılmalıdırlar. Qeyd edilən əməlin cinayət olmasını aradan qaldıran hallar, həmçinin Təqsirləndirilən şəxs cinayət məsuliyyətindən azad edilmələri üçün əsaslar yoxdur. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Qanunverici cəza təyin edərkən şəxsin bütün sosial-psixoloji keyfiyyətlərinin nəzərə alınmasını tələb edir. Şəxsin ictimai təhlükəliliyi məhz onun şəxsiyyətini xarakterizə edən amillərdəndir. Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58.3-cü maddəsinə əsasən cəza təyin edilərkən törədilmiş cinayətin xarakteri və ictimai təhlükəlilik dərəcəsi, təqsirkarın şəxsiyyəti, o cümlədən cəzanı yüngülləşdirən və ağırlaşdıran hallar, habelə təyin olunmuş cəzanın şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsiri nəzərə alınır. Məhkəmə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 59-cu maddəsinə əsaslanmaqla Təqsirləndirilən şəxs cəza təyin edərkən törətdiyi əməlindən peşman olmasını, gənc olmasını, ailəli olmasını, himayəsində 2 azyaşlı uşağının olmasını və yaşayış yerindən müsbət xarakterizə olmasını cəzasını yüngülləşdirən hal kimi qiymətləndirir. Təqsirləndirilən şəxs barəsinə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 61-ci maddəsinə əsasən cəzasını ağırlaşdıran hallar müəyyən olunmadı. Məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edərkən, cinayətlərin residivi yaranmadığını müəyyən etmişdir. Belə ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə təqsirli bilinərək 05 il müddətinə azadlıqdan məhrum etmə cəzasına məhkum edilmiş, Əzizbəyov Rayon Məhkəməsinin xx.xx.2008-ci il tarixli qərarı ilə çəkilməmiş cəzasının qalan hissəsindən vaxtından əvvəl şərti azad olunmuş, cəzasını çəkib qutarmışdır. Həmçinin Səfərov X6 Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(017)105/2020 saylı hökmü ilə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinərək 02 il 06 ay müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmiş, CMnin 69-cu maddəsinə əsasən üzərində qəti olaraq 2 il 8 gün azadlığın məhdudlaşdırılması cəsası saxlanılmış, Bərdə Rayon Məhkəməsinin 7(021)112\2021 saylı xx.xx.2021-ci il tarixli qərarı ilə 8 noyabr –Zəfər Günü münasibətilə amnistiya elan edilməsi haqqında” Azərbaycan Respublikası Milli Məclisinin xx.xx.2021-ci il tarixli Qərarının 5-ci bəndinə əsasən cəzanın çəkilməmiş hissəsi 1 il azaldılmış və cəza müddətinin sonu ilə əlaqədar xx.xx.2021-ci il tarixdə Bərdə Rayon İcra və Probasiya Şöbəsində azadlığın məhdudlaşdırılması növündə cəzaya məhkum edilmiş şəxslərin qeydiyyat kitabından qeydiyyatdan çıxarılmış, məhkumluğu ödənilməmişdir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 15.3-cü maddəsinə əsasən Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmünə əsasən Azərbaycan Respublikasının CM-nin 180.2.1, 180.2.2 və 180.2.4-cü maddələri ilə və Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmünə əsasən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.1-ci maddəsi ilə təqsirli bilinən Təqsirləndirilən şəxs törətdiyi əməllər az ağır cinayət hesab olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 83.3.3-cü maddəsinə əsasən az ağır cinayət törətməyə görə azadlıqdan məhrum etməyə məhkum edilmiş şəxslər barəsində — onlar cəzanı çəkib qurtardıqları gündən iki il keçdikdə məhkumluq ödənilmiş hesab olunur. Beləliklə müəyyən olunur ki, Təqsirləndirilən şəxs Ağır Cinayətlərə dair İşlər üzrə Azərbaycan Respublikası Məhkəməsinin xx.xx.2006-cı il tarixli hökmü üzrə məhkumluğu ödənilmiş, Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli 1(017)105/2020 saylı hökmü üzrə isə məhkumluğu ödənilməmişdir. Təqsirləndirilən şəxs Ağcabədi Rayon Məhkəməsinin xx.xx.2020-ci il tarixli hökmü ilə azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin olunduğundan cinayətin residivi yaranmadığı müəyyən olunur. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 18.4.4-cü maddəsinə əsasən azadlıqdan məhrum etmə ilə bağlı olmayan cəza təyin edilmiş cinayətlərə görə məhkumluqlar residivin müəyyən edilməsi zamanı nəzərə alınmır. Qeyd olunanları nəzərə almaqla məhkəmə, təqsirləndirilən şəxsə cəza təyini məsələsini müzakirə edib, törədilmiş cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, onun törədilməsi hallarını, habelə cəzanın fərdiləşdirilməsi prinsipini nəzərə alaraq belə nəticəyə gəlir ki, Təqsirləndirilən şəxs azadlıqdan məhrum etmədən islah etmək mümkün deyildir və ona görə də onun təqsirləndirildiyi Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsinin sanksiyasında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə cəzasının təyin olunduğu təqdirdə cəzanın məqsədi təmin edilə bilər və ona azadlıqdan məhrum etmə cəzasının təyin edilməsi qanuni və ədalətli olmaqla yanaşı, həm də cəzanın məqsədinə uyğundur. Cinayət işinin materiallarından görünür ki, Təqsirləndirilən şəxs 20 yanvar 2022-ci il tarixdə şübhəli şəxs qismində tutulmuş, 22 yanvar 2022-ci il tarixdə Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 228.1-ci maddəsi ilə ittiham elan edilərək təqsirləndirilən şəxs qismində cəlb edilmiş, 22 yanvar 2022-ci il tarixdə barəsində 03 ay həddində həbs qətimkan tədbiri seçilmiş, 05 aprel 2022-ci ildə həbsdə saxlanılma müddəti 1 ay uzadılmış, məhkəmə hazırlıq iclasının qərarı ilə barəsində seçilmiş həbs qətimkan tədbiri dəyişdirilməmişdir. Ona görə də, cəzasının əvvəli 20 yanvar 2022-ci il il tarixdən hesablanmalıdır. Azərbaycan Respublikası Cinayət-Prosessual Məcəlləsinin 158.2-ci maddəsinə əsasən, təqsirləndirilən şəxsi həbsdə saxlama müddəti şəxsin tutulma zamanı azadlığın faktiki məhdudlaşdırıldığı vaxtdan, o tutulmadıqda isə həbs qətimkan tədbirinin seçilməsi barədə məhkəmə qərarının icra edildiyi andan hesablanır. Təqsirləndirilən şəxsi həbsdə saxlama müddətinə: tutulduğu və həbsdə saxlandığı müddət; ev dustaqlığında saxlanıldığı müddət; məhkəmənin qərarı əsasında prosessual məcburiyyət tədbirlərinin tətbiqi ilə tibb müəssisəsində stasionar ekspertizanın keçirilməsi və ya müvəqqəti xəstəliyi ilə əlaqədar saxlandığı müddət; Azərbaycan Respublikasının hüdudlarından kənarda tutulduğu andan Azərbaycan Respublikasının ərazisində cinayət prosesini həyata keçirən orqana təhvil verilənədək olan müddət daxildir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 69.3-cü maddəsinə əsasən, hökm qanuni qüvvəyə minənədək həbsdə saxlamanın müddəti azadlıqdan məhrum etmə müddətinə, intizam xarakterli hərbi hissədə saxlama növündə cəzanın müddətinə bir günə bir gün, azadlığın məhdudlaşdırılması növündə cəzanın müddətinə bir günə iki gün, islah işləri və hərbi xidmət üzrə məhdudlaşdırma növündə cəzanın müddətinə bir günə üç gün, ictimai işlər növündə cəzanın müddətinə isə bir günə səkkiz saat hesabı ilə hesablanır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Cəzaçəkmə müəssisəsinin rejiminin müəyyən edilməsi ilə bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 56.1.2-ci maddəsinə əsasən cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəkməlidir. Cinayət törətmiş şəxsə təyin ediləcək cəzanın məqsədindən bəhs edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsində deyilir ki, cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Məhkəmə hesab edir ki, Təqsirləndirilən şəxs tətbiq edilməsi nəzərdə tutulan cəza cəzanın məqsədini təmin edir. Maddi sübutlarla bağlı məsələni müzakirə edərək məhkəmə hesab edir ki, iş üzrə maddi sübutlar DİN-in BMCMİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd 4362-H nömrəli, ZK modelli, lüləsi və qundağı kəsilmiş 16 kalibrli ov tüfənginin kəsiyi və 07 ədəd 5,6 mm kalibrli patronlar dövlət nəfinə müsadirə olunmalı və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilməlidir . BMW325 minik markalı 99NA341 dövlət qeydiyyat nişanlı avtomobilin və həmin avtomobilin şəhadətnaməsinin sahibi X2 təhvil verilməsi nəzərə alınmalıdır. İş üzrə ekspertiza xərci və mülki iddia yoxdur. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 357,358, 383-385 maddələrini rəhbər tutaraq məhkəmə HÖKMETDİ:

Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının CM-nin 228.1-ci maddəsində nəzərdə tutulan cinayət əməlini törətməkdə təqsirli bilinib 01 (bir) il müddətinə azadlıqdan məhrumetmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənəndək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 20 yanvar 2022-ci il tarixdən hesablansın. İş üzrə maddi sübutlar – DİN-in BMCMİ-nin maddi sübutların saxlanma otağında saxlanılan 01 ədəd 4362-H nömrəli, ZK modelli, lüləsi və qundağı kəsilmiş 16 kalibrli ov tüfənginin kəsiyi və 07 ədəd 5,6 mm kalibrli patronlar dövlət nəfinə müsadirə olunsun və saxlanması üçün Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin silah –sursat saxlancına təhvil verilsin. BMW325 minik markalı 99NA341 dövlət qeydiyyat nişanlı avtomobilin və həmin avtomobilin şəhadətnaməsinin sahibi X2 təhvil verilməsi nəzərə alınsın. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Bərdə rayon məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hökmdən protest və ya şikayət verilməmişsə 20 (iyirmi) gün başa çatdığı vaxtdan sonrakı gün qanuni qüvvəyə minir.

Hakim Qamət Əbilov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar