Məhkəmə qərarları › İş №1(021)-98/2024

Bərdə Rayon Məhkəməsi Hökm — İş №1(021)-98/2024

20.08.2024 · Cinayət işi, məhkəməyədək sadələşdirilmiş icraatın materialları və ya xüsusi ittiham qaydasında şikayət
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından HÖKM Bərdə rayonu İş № 1(021)-98/2024 20.08.2024 BƏRDƏ RAYON MƏHKƏMƏSİ Məhkəmənin hakimi Ziya Yaşar oğlu Abdullayevin sədrliyi, Məhkəmə iclas katibi Babək Vaqif oğlu Tağıyevin katibliyi, Azərbaycan Respublikası Baş X1 müdafiəsi üzrə idarəsinin birinci instansiya məhkəmələrində dövlət ittihamının müdafiəsi üzrə şöbəsinin prokuroru, İİ dərəcəli hüquqşunas Dövlət ittihamçısı, Təqsirləndirilən şəxs iştirakları ilə, xx xxxxxx 1985-ci il tarixdə Bərdə şəhərində anadan olmuş, Azərbaycan Respublikasının vətəndaşı, orta təhsilli, evli, fərdi əməklə məşğul olan, məhkumluğu olmayan, Bərdə şəhəri ünvan 1 ünvanda yaşayan, hazırda Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Penitensiar Xidmətinin Gəncə 2 saylı İstintaq təcridxanasında həbsdə saxlanılan Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə təqsirləndirilməsinə dair cinayət işinə Bərdə Rayon Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏNETDİ: İttiham aktından görünür ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə ‘Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, yəni təmiz çəkisi 420 qram olan çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 28 nömrəli fərdi yaşayış evində qanunsuz olaraq evin yataq otağında çarpayının altında saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 12 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı evin yataq otağında yerləşən çarpayının altından satış məqsədilə saxladığı qırmızı rəngli polietilen torbada təmiz çəkisi 430 qram olan çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə istintaqı zamanı araşdırılan və tədqiq edilən aşağıdakı sübutlarla təsdiq olunur ki, təqsirləndirilən şəxs ittiham aktında ona qarşı elan olunmuş cinayət əməllərini törətmişdir. Məhkəmə istintaqı zamanı ifadə vermiş Təqsirləndirilən şəxs Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilərək ifadəsində göstərmişdir ki, o, təxminən 1 ildir ki, qurudulmuş marixuana el arasında “nəşə” kimi adlanan narkotik vasitə istifadəçisidir. Mütəmadi olaraq narkotik vasitə istifadə edir. 2024-cü ilin yanvar ayının əvvəllərində o, Bərdə rayon ərazisindən keçən Qarabağ kanalından balıq tutmaq üçün getmişdir. Həmin vaxtı o, Qarabağ kanalının kənarında qırmızı rəngli sellofan torba tapmış və torbanı açaraq içərisində qurudulmuş nəşə olduğunu görmüşdür. O, nəşədən istifadə etdiyi üçün onu tanımış və öz istifadəsi üçün torbanı özü ilə götürmüşdür. Sonra yaşadığı Bərdə şəhəri ünvan 2 nömrəli evə gətirib yataq otağında olan çarpayının alt tərəfində gizlətmişdir. O, həmin narkotik vasitədən istifadə edirmiş. 19 fevral 2024-cü il tarixdə saat 12 radələrində yaşadığı evin yaxınlığında olduğu zaman polis əməkdaşları ona yaxınlaşmış, özlərini təqdim edərək, onun narkotik vasitə saxlamağı barədə məlumatlarının olduqlarını ona bildirmişdilər. O, polis əməkdaşlarına hər hansı bir etiraz etməmiş, səmimi olaraq yaşadığı evdə narkotik vasitə hesab edilən qurudulmuş marixuananı saxlamağını bildirmişdir. Bunun ardınca onun yaşadığı evə baxışın keçriləcəyi bildirilmiş, o, buna etiraz etməmiş, bununla əlaqədar olaraq onun ərizəsi alınmış, ardınca polis əməkdaşları onun yaşadığı evə baxış keçirmişdilər, baxış zamanı yaşadığı evin yataq otağında olan çarpayının alt hissəsində saxladığı ona məxsus qırmızı rəngli sellofan torbada olan narkotik vasitə hesab edilən qurudulmuş marixuananı polis əməkdaşlarına könüllü olaraq təqdim etmişdir. Həmin vaxtı polis əməkdaşları onun yaşadığı evdə həmin qurudulmuş marixuananı elektron tərəzidə çəkmişdilər çəkisi 420 qram olmuş və həmin kütləni qablaşdıraraq götürülmüş və ekspertiza tədqiqatına göndəriləcəyi bildirilmişdir. Bundan sonra onun yaşadığı evə baxış keçirilmiş, yaşadığı evdən əlavə olaraq qanunsuz əşya və ya predmet aşkar edilməmişdir. Bunun ardınca polis əməkdaşları onu polis şöbəsinə gətirmişdilər, polis şöbəsində Müdafiəçi iştirakı ilə üzərinə baxış keçirilmiş, lakin, üzərindən hər hansı bir qeyri qanuni əşya və ya predmet aşkar edilməmişdir. Lakin, onun üzərində olan özünə məxsus bir ədəd “Alcatel” markalı mobil telefon polis əməkdaşları tərəfindən qablaşdırılmış, istintaq zərurəti ilə əlaqədar olaraq götürülmüşdür. Məhkəmə araşdırması zamanı X13 özünü CM-nin 234.2-ci maddə ilə təqsirli bilmədiyini, yalnız CM-nin 234.1-ci maddəsi ilə özünü təqsili bildiyini, bundan başqa göstərmişdir ki, indiyədək heç vaxt narkotik vasitələrin satışı ilə məşğul olmamışdır. Məhkəmə istintaqı zamanı Şahid1 ifadəsində göstərmişdir ki, o, 2017-ci ildən daxili işlər orqanlarında xidmət edir. 2022-ci ilin iyul ayından Bərdə rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili işləyir, polis kapitanı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhəri Füzuli küçəsi ev 28-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Ona görə də, tərəfindən 19 fevral 2024-cü il tarixdə təxirəsalınmaz əməliyyat tədbirlərinin həyata keçirilməsi haqqında qərar qəbul edilmiş, həmin qərar Bərdə RPŞ- nin rəisi tərəfindən təsdiqlənmişdir. Bundan sonra həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmış və yaşadığı Bərdə şəhəri ünvan 2 ünvanında yerləşən evinə onun, polis leytenantı Şahid3 və Şahid2 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində yataq otağında olan çarpayının altından qırmızı rəngli polietilen torbada, narkotik vasitələr olan qurudulmuş marixuana aşkar edilmişdir. Qırmızı rəngli polietilen torbada olan narkotik vastəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də narkotik vasitə saxladığını və istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş qırmızı rəngli polietilen torba elektron tərəzidə çəkilmiş, çəkisi 430 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə kağız zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nın NMQ-nun əməliyyat müvəkilli, polis leytenantı Şahid3, Bərdə KTQ-nun inispektor kriminalisti, polis kapitanı Şahid2, Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon aşkar edilmiş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid2 ifadəsində göstərmişdir ki, o, Bərdə rayon polis şöbəsinin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert kriminalistidir. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhəri Füzuli küçəsi ev 28-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmış və yaşadığı Bərdə şəhəri ünvan 2 ünvanında yerləşən evinə onun, polis leytenantı Şahid3 və Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində yataq otağında olan çarpayının altından qırmızı rəngli polietilen torbada, narkotik vasitələr olan qurudulmuş marixuana aşkar edilmişdir. Qırmızı rəngli polietilen torbada olan narkotik vastəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də narkotik vasitə saxladığını və istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş qırmızı rəngli polietilen torba elektron tərəzidə çəkilmiş, çəkisi 430 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə kağız zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə RPŞ-nın NMQ-nun əməliyyat müvəkilli, polis leytenantı Şahid3, Bərdə rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon aşkar edilmiş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Məhkəmə istintaqı zamanı Şahid3 ifadəsində göstərmişdir ki, Bərdə rayon polis şöbəsinin X2 əməliyyat müvəkkili işləyir, polis leytenantı xüsusi rütbəsindədir. Mahiyyəti üzrə bildirir ki, Bərdə şəhəri Füzuli küçəsi ev 28-də yaşayan Təqsirləndirilən şəxs qanunsuz olaraq narkotik vasitələri yaşadığı evdə saxlaması və satması barədə əməliyyat məlumatı daxil olmuşdur. Bundan sonra həmin gün saat 12 radələrində Təqsirləndirilən şəxs yaşadığı evdə saxlanılmış və yaşadığı Bərdə şəhəri ünvan 2 ünvanında yerləşən evinə onun, Bərdə RPŞ-nin ekspertkriminalisti Şahid2 və Bərdə rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili, polis kapitanı Şahid1 iştirakı ilə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilməsinə etiraz etməmişdir. Baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evində yataq otağında olan çarpayının altından qırmızı rəngli polietilen torbada, narkotik vasitələr olan qurudulmuş marixuana aşkar edilmişdir. Qırmızı rəngli polietilen torbada olan narkotik vastəyə baxış keçirilmişdir. Təqsirləndirilən şəxs narkotik vasitələrin aludəçisi olduğunu, buna görə də narkotik vasitə saxladığını və istifadə etdiyini bildirmişdir. Bundan sonra aşkar edilmiş qırmızı rəngli polietilen torba elektron tərəzidə çəkilmiş, çəkisi 430 qram olması müəyyən edilmişdir. Aşkar edilmiş narkotik vasitə kağız zərfdə qablaşdırılmış, baxış iştirakçıları tərəfindən imzalanmışdır. Təqsirləndirilən şəxs polis şöbəsinə dəvət edilmişdir. Polis şöbəsində müdafiəçi dəvət edilmiş, bundan sonra Təqsirləndirilən şəxs üzərinə onun, Bərdə rayon polis şöbəsinin Kriminalistik-Tədqiqatlar qrupunun ekspert kriminalist Şahid2, Bərdə rayon polis şöbəsinin X2 baş əməliyyat müvəkkili polis kapitanı Şahid1, Müdafiəçi iştirakı ilə şəxsi axtarış keçirilmiş, lakin Təqsirləndirilən şəxs üzərindən hər hansı bir narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Təqsirləndirilən şəxs məxsus 1 ədəd mobil telefon aşkar edilmiş təhqiqatçı tərəfindən qablaşdırılmışdır. Cinayət işinə əlavə edilmiş Ədliyyə Nazirliyi Məhkəmə X6 Regional Bölməsinin 20 fevral 2024-cü il tarixli 16/242 nömrəli rəyindən görünür ki, tədqiqata təqdim edilmiş, üzərində “Təqsirləndirilən şəxs yaşadığı evindən aşkar edilmiş marixuanaya bənzər kütlələr..” yazılar və imzalar olan qırmızı rəngli politilen torbada, təmiz çəkisi 420 qram bitki mənşəli kütlə, tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadır. Marixuana “Azərbaycan Respublikasının ərazisində dövriyyəsi qadağan edilən narkotik vasitələr”in 1-ci siyahısına daxildir. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 20 fevral 2024cü il tarixli protokoldan görünür ki, 19 fevral 2024-cü il tarixdə Bərdə rayon polis şöbəsinin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Bərdə şəhəri Füzuli küçəsi ev 28 ünvanında yerləşən yaşayış evinə baxış keçirilməsi, narkotik vasitə olan qurudulmuş marixuananın aşkar olunması istintaq hərəkətinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə tərəfindən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edildi ki, vətəndaş Təqsirləndirilən şəxs Bərdə şəhəri ünvan 2 nömrəli yaşayış evinə baxış keçirilməsi zamanı 11 dəqiqə 32 saniyə müddətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə rayon polis şöbəsinin təhqiqatçısının, polis əməkdaşlarının iştirakı ilə Təqsirləndirilən şəxs Bərdə şəhəri ünvan 2 nömrəli yaşayış evinə baxış keçirilmiş, baxış zamanı Təqsirləndirilən şəxs fərdi yaşayış evinin yataq otağında yerləşən çarpayının altında qırmızı rəngli polietilen torbada təmiz çəkisi 420 qram olan bitki mənşəli kütlə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı saxladığını, həmin narkotik vasitələri bir neçə ay əvvəl Qarabağ kanalın kənarında taparaq əldə etdiyini bildirmişdir. Aşkar edilmiş narkotik vasitələr qablaşdırılmış və elektron tərəzidə çəkilmişdir. Həmin kütlənin ilkin çəkisi 430 qram müəyyən edilmişdir. Həmçinin bundan sonra Təqsirləndirilən şəxs yaşadığı evə baxış keçirilmiş və hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, baxış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkəti çəkliş zamanı qeydə alınmışdır. Cinayət işi materiallarına əlavə edilmiş diskə baxış keçirilməsi haqqında 20 fevral 2024cü il tarixli protokoldan görünür ki, 19 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası Bərdə RPŞ-nin əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində Təqsirləndirilən şəxs Azərbaycan Respublikası DİN-nin Bərdə RPŞ-də şəxsi axtarış keçirilməsi istintaq hərəkərinin keçirilməsi zamanı çəkilişdən istifadə olunmuş və həmin çəkiliş diskinə şübhəli şəxs Təqsirləndirilən şəxs və müdafiəçisi Müdafiəçi iştirakları ilə tərəfimdən baxış keçirildi. Diskə baxış zamanı müəyyən edildi ki, vətəndaş Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilməsi zamanı çəkiliş olmuş, üzərinə şəxsi axtrış keçirilıməsi zamanı 07 dəqiqə 04 saniyə müddətində çəkiliş olmuş, çəkiliş zamanı Bərdə RPŞ-nin təhqiqatçısının, polis əməkdaşlarının və müdafiəçinin iştirakı ilə Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərindən 1 ədəd qara rəngli mobil telefon aşkar edilmişdi. Bundan sonra Təqsirləndirilən şəxs üzərindən hər hansı bir şübhəli əşya və ya predmet aşkar edilməmiş, şəxsi axtarış keçirilməsi zamanı zəruri sənədləşmə aparılmış və istintaq hərəkəti çəkiliş zamanı qeydə alınmışdır. 19 fevral 2024-cü il tarixli şəxsi axtarış və götürmə protokolu və “DVD” diskdən görünür ki, şəxsi axtarış zamanı Təqsirləndirilən şəxs üzərinə şəxsi axtarış keçirilmiş və 1 ədəd Alcatel markalı mobil telefon aşkar edilərək iş üçün əhəmiyyət kəsb etdiyindən qablaşdırılmış, bundan əlavə narkotik vasitə və ya qanunla saxlanılması qadağan edilmiş əşya və ya predmet aşkar edilməmişdir. Cinayət işinə əlavə edilmiş “MTE və PA” ETT birliyinin Bərdə rayonlararası zona mərkəzinin xx.xx.2024-cü il tarixli 108 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs məhkəmə-tibbi müayinəsi zamanı onun bədəni üzərində hər hansı bir xəsarət müəyyən edilməmişdir. Cinayət işinə əlavə edilmiş 21 fevral 2024-cü il tarixli Bərdə rayon İcra hakimiyyəti başçısının Bərdə şəhər inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin arayışından görünür ki, Təqsirləndirilən şəxs Bərdə şəhər ünvan 2 nömrəli evdə yaşayır, həmin tarixli xasiyyətnamədən görünür ki, o, yaşayış yeri üzrə müsbət xarakterizə olunmuşdur. 29 fevral 2024-cü il tarixli əməliyyat tapşırığına cavabda göstərilmişdir ki, tərəflərindən əməliyyat tapşırığına uyğun olaraq əməliyyat-axtarış tədbirləri həyata keçirilmişdir. Təqsirləndirilən şəxs əvvəllər narkotik vasitələrin satışı ilə məşğul olub-olmaması və həmin narkotik vasitəni kimdən alması əməliyyat yolu ilə müəyyən etmək mümkün olmamışdır. Təqsirləndirilən şəxs narkotik vasitələri satmış olduğu şəxslərin dairəsi müəyyən edilməmiş, Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilmiş narkotik vasitələri əldə etməsi və satması haqda əməliyyat məlumatları vardır. Təqsirləndirilən şəxs satış məqsədi ilə saxladığı narkotik vasitələrin digər şəxslərlə cinayətkar əlbirliyi və yaxın qohumları ilə əlbir olması müəyyən olunmamışdır. Cinayət işinə əlavə edilmiş Səhiyyə Nazirliyi Gəncə şəhəri narkoloji dispanserinin 01 aprel 2024-cü il tarixli 550 nömrəli rəyindən görünür ki, Təqsirləndirilən şəxs narkotik vasitə olan kannabinoidlərdən istifadə etmə halları olub. Narkamaniya xəstəliyindən əzab çəkmir. Narkomaniya xəstəliyindən məcburi müalicəyə ehtiyacı yoxdur. Narkoloji kabinetdə profilaktiki qeydiyyata alınması məsləhət görülür. Cinayət işinə əlavə edilmiş Bərdə rayon Mərkəzi Xəstəxanası publik hüquqi şəxsin 23 fevral 2024-cü il tarixli 18-1-28/2-371/2024 nömrəli məktubdan görünür ki, Təqsirləndirilən şəxs Bərdə RMX-nın Poliklinika şöbəsinin Narkoloji kabinetində xx.xx.2023-cü il tarixdən “Opioidlərin və psixostimuliyatorların birgə qəbulu” diaqnozu ə dispanser qeydiyyatdadır. Təqsirləndirilən şəxs Bərdə RMX-nın Polklinika şöbəsinin Ruhi-əsəb kabinetində dispanser qeydiyyatda yoxdur. Azərbaycan Respublikası DİN BƏSİİ-dən daxil olmuş 05 mart 2024-cü il tarixli tələbnamədən görünür ki, Təqsirləndirilən şəxs Bərdə rayon Məhkəməsinin xx.xx.2018-ci il tarixli hökmü ilə Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə 01 il müddətinə azadlığını məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. xx.xx.2019-cu ildə cəza müddəti başa çatdığından qeydiyyatdan çıxarılmışdır. Cinayət işinin materiallarına əlavə edilmiş Bərdə rayon Məhkəməsinin xx.xx.2018- ci il tarixli 1 (021 )-128/2018 nömrəli hökmün surətindən görünür ki, iş üzrə Təqsirləndirilən şəxs, Azərbaycan Respublikası CM-nin 178.1-ci maddəsi ilə təqsirli bilinib 01 il müddətə azadlığın məhdudlaşdırılması cəzasına məhkum edilmişdir. 02 aprel 2024-cü il tarixdə ********* nömrəli cinayət işi üzrə “Azercell MMC”-dən daxil olmuş içərisində mobil nömrələrin anten dairəsinin, sahiblərinin şəxsiyyəti barədə, həmin mobil nömrələrə daxil olan və çıxan zənglər cədvəli, cədvəldə göstərilən mobil -nömrələrin sahiblərinin şəxsiyyəti və yaşayış yeri barədə, göndərilən və daxil olan SMS- lərin, “WhatsApp” yazışmaları və danışıqları barədə məlumatları olan “CD” diskə baxış keçirildi. Baxış zamanı müəyyən edilmişdir ki, Şahid4 məxsus -**********62 saylı mobil nömrə ilə Təqsirləndirilən şəxs məxsus olan -**********17 saylı mobil nömrə arasında - “Qaqa Men O Goydeki Rebim Şahidiki X47 X4 X60 X35 Pulumu Gedib O X26. X48 X66 X20 X21 X52 X49 X32 QAqa X70 X36 X61 Qepik Pulumda yoxdu. X53 X27 X28 Ona Gore O X67 X22 X54 X29 X23 X33 X10 X55 X62 X41 X42 X56 Qalam Qaqa. X71 X50 X57 X37 X16. Qaqa balarimin cani abu gun meni lomkad qoyma qaqa iki oxlanlarimin cani oxlanin herseyni sikim varyoxnu sikim seni sabah sah elemeyenin qaqa qeyretine nehlet axlina nese gelmesin qaqa bugun lomkada qalmayim qaqa bu kisliyi ele qaqa bunumn qarsiliqini gor qaqa sen allah X36 and ola sabah goresen menim kisliymi seni gozdezrem. Qaqa bu gecende bir teher acacam sa qaqan qurban tezden meni bidene ise yola sal gedim pul alaq gedek bakidan getirek sen balalarimizin cani ma bidene komek dur” - mətnli “SMS”lər daxil olmuşdur. Bundan başqa, X3 məxsus +**********42 saylı mobil nömrəilə Təqsirləndirilən şəxs istifadəsində olan +**********17, mobil nömrə ilə - “X63 X38 X39 X58 X30 X68 X43 X64 Sizde Olacam. X44 X65 Bele Olmusam. X51 X59 X31 X45 X46 Qoymaram. X63 X69 X40 Axi” - mətnli “SMS’lər daxil olmuşdur. Həmçinin, Şahid5 məxsus +**********83 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********17, mobil nömrəyə - “Sen ne sey adamsan sen evde yoxsan narkamanari usdumuze yolayirsan ki evedeym besdide ta oturmayaq xarabada ne gondersen bunlari bura deyrsen evdeyem evi dagidilar narkamanar” - mətnli “SMS” daxil olmuşdur. Həmçinin, X9 məxsus +**********54 saylı mobil nömrədən Təqsirləndirilən şəxs istifadəsində olan +**********17, mobil nömrəyə - “nolar qaqa vezyetim cox pisdi qaqa qadanalim bele eleme. Qaqa qadanalim nolar lomkadan olem qaqa sen allah ma ” mətnli “SMS” daxil olmuşdur. Bundan əlavə “CD” diskdə iş üçün əhəmiyyət kəsb edən digər məlumat aşkar edilmədi. 19 fevral 2024-cü il tarixli baxış və götürmə aparılması haqqında protokolla Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş, qırmızı rəngli politilen torbada təmiz çəkisi 420 qram, ekspertiza tədqiqatından sonra qalıq 419,8 qram olan bitki mənşəli qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübüt kimi tanınmış və Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Təqsirləndirilən şəxs ona Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham üzrə özünü təqsirli bilsə də, lakin, -narkotik vasitələrin alqı-satqısı ilə məşğul olmaması və özünü Azərbaycan Respublikası CM-nin 234.1-ci maddəsi ilə təqsirli bilməsi barədə dəlil gətirmiş, həmin xüsusatlar tərəfindən vəsatət kimi qiymətləndirilərək əsassız olduğundan müvafiq olaraq 21 fevral 2024-cü il tarixli və 18 aprel 2024-cü il tarixli qərarlarla rədd edilmişdir. İş materiallarından görünür ki, 19 fevral 2024-cü il tarixdə saat 13:05-də Bərdə RPŞ-nin Təhqiqat bölməsinin baş Təhqiqatçısı, polis mayoru X11 tərəfindən Təqsirləndirilən şəxs şübhəli şəxs qismində tutulmuşdur. İş materiallarından görünür ki, 21 fevral 2024-cü il tarixdə Təqsirləndirilən şəxs cinayət işi üzrə cinayət eməli Azərbaycan Respublikası CM-nın 234.1-ci maddəsindən həmin Məcəllənin 234.2-ci maddəsinə tövsif edilmişdir. İş materiallarından görünür ki, 21 fevral 2024-cü il tarixdə cinayət işi üzrə Təqsirləndirilən şəxs qismində cəlb edilmiş və ona Azərbaycan Respublikası CM-nın 234.2-ci maddələrində nəzərdə tutulan ittiham elan edilmişdir. İş materiallarından görünür ki, 21 fevral 2024-cü il tarixdə Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşov tərəfindən Təqsirləndirilən şəxs barəsində 3 (üç) ay müddətinə həbs qətimkan tədbiri seçilmişdir. İş materiallarından görünür ki, 16 aprel 2024-cü il tarixli qərarla Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-in 234.2-ci maddəsi ilə elan olunmuş ittiham qüvvəsində saxlanılmış və barəsində Bərdə Rayon Məhkəməsinin hakimi Fuad Babaşov tərəfindən seçilmiş həbs qətimkan tədbiri nəzərə alınmışdır. Beləliklə, istintaqla sübut edilmişdir ki, Təqsirləndirilən şəxs satış məqsədi ilə istintaqa məlum olmayan mənbədən və tarixdə ‘Narkotik vasitələrin, psixotrop maddələrin və onların prekursorlarının dövriyyəsi haqqında” Azərbaycan Respublikası Qanunu ilə qadağan edilmiş və “Şəxsin cinayət məsuliyətinə cəlb edilməsinə əsas verən narkotik vasitələrin və psixotrop maddələrin xeyli, külli və xüsusilə külli miqdarlarına görə siyahılarının təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun İ siyahısına əsasən, yəni təmiz çəkisi 420 qram olan çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuananı qanunsuz olaraq əldə edib yaşadığı Bərdə şəhəri, Füzuli küçəsində yerləşən 28 nömrəli fərdi yaşayış evində qanunsuz olaraq evin yataq otağında çarpayının altında saxlamış, 19 fevral 2024-cü il tarixdə saat 12 radələrində Bərdə rayon polis şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş əməliyyat-axtarış tədbirləri zamanı onun yaşadığı evin yataq otağında yerləşən çarpayının altından satış məqsədilə saxladığı qırmızı rəngli polietilen torbada təmiz çəkisi 420 qram olan çəkidə tərkibində narkotik maddələr olan çətənə (kannabis) bitkisindən kustar üsulla hazırlanmış narkotik vasitə olan qurudulmuş marixuana aşkar edilərək götürülmüşdür. Məhkəmə təqsirləndirilən şəxsə istinad edilən cinayət əməlinə cinayət-prosessual qanunvericiliyinin sübutlar və sübutetmə ilə bağlı müddəaları baxımından yanaşaraq hesab edir ki, məhkəmə istintaqında tədqiq edilmiş sübutlar həqiqiliyinə, yaranma mənbəyinə və əldə edilməsi hallarına görə sübut kimi qəbul ediləndir, sübutların hüquqi qüvvəsini şübhə altına alan hallar yoxdur və sübutların məcmusu ittihama qiymət verilməsi baxımından kifayət edir. Belə ki, Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 139.0.4-cü maddəsinə əsasən, cinayət qanunu ilə nəzərdə tutulmuş əməlin törədilməsində şəxsin təqsirliliyi cinayət təqibi üzrə icraat zamanı yalnız sübutlara əsasən müəyyən edilir. Həmin Məcəllənin 143-145-ci maddələrinə əsasən, sübutların toplanılması ibtidai araşdırma və məhkəmə baxışı zamanı dindirmə, üzləşdirmə, götürmə, axtarış, baxış, ekspertiza, tanınmaya təqdim etmə və digər prosessual hərəkətlərlə həyata keçirilir. Cinayət təqibi üzrə toplanmış sübutlar tam, hərtərəfli və obyektiv yoxlanılmalıdır. Yoxlama zamanı cinayət təqibi üzrə toplanmış sübutlar təhlil olunur və bir-biri ilə müqayisə edilir, yeni sübutlar toplanır, əldə olunmuş sübutların mənbəyinin mötəbərliliyi müəyyənləşdirilir. Hər bir sübut mənsubiyyəti, mümkünlüyü, mötəbərliyi üzrə qiymətləndirilməlidir. Cinayət təqibi üzrə toplanmış bütün sübutların məcmusuna isə ittihamın həlli üçün onların kifayət etməsinə əsasən qiymət verilməlidir. Avropa İnsan Hüquqları Məhkəməsi qeyd edir ki, məhkəmə sübutları qiymətləndirən zaman “əsaslı şübhələr yaratmayan” sübut standartını əsas kimi götürür. Belə sübut kifayət qədər güclü, aydın və ziddiyyət təşkil etməyən mülahizələrdən və ya faktların eyni dərəcədə təkzib olunmayan ehtimallarından irəli gələ bilər (digər qərarlarla yanaşı bax: “Avşar Türkiyəyə qarşı” Avşar v. Turkey, no. 25657/94, § 282, ECHR.) Həmçinin, “Berbera, Messege və Habordo İspaniyaya qarşı” işində Avropa məhkəməsi qeyd etmişdir ki, təqsirləndirilən şəxsin təqsirliliyi barədə məhkəmənin nəticəsi həm yetərlilik, həm də inandırıcılıq tələblərinə uyğun olmalı, onun əsasını isə yalnız elə sübutlar təşkil etməlidir ki, hansı ki, qanuna müvafiq yəni, qanuni yolla əldə olunmuşdur. Həmçinin vurğulanmışdır ki, məhkəmə üzvləri öz vəzifələrini həyata keçirərkən prosesə əvvəlcədən təqsirləndirilən şəxsin onun təqsirləndirildiyi əməli törətməsi fikri ilə başlamamalıdır və hər hansı şübhə onun xeyrinə həll olunmalıdır. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun «Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 244.1-ci maddəsinin şərh edilməsinə dair» 17 mart 2011-ci il tarixli Qərarında qeyd edilmişdir ki, cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi törədilən konkret cinayət əməlinin cəhətləri ilə cinayət-hüquq normasının dispozisiyasında nəzərdə tutulan tərkib əlamətləri arasında uyğunluğu müəyyən etməklə, müvafiq prosessual sənəddə öz əksini tapan və cinayət-hüquqi nəticələrə səbəb olan əmələ verilən cinayət hüquqi qiymətdir. Cinayətin tövsifi mühüm sosial və hüquqi əhəmiyyətə malikdir. Tövsif Cinayət Məcəlləsində müəyyən edilmiş vəzifələrin yerinə yetirilməsi baxımından, cinayət qanununu tətbiq etməyə səlahiyyəti olan vəzifəli şəxslər tərəfindən həyata keçirilən mühüm məntiqi proses olub, onun yekununda konkret sosial hadisəyə, cəmiyyət üçün təhlükəli olan insan davranışına hüquqi qiymət verilir. Bu isə ilk növbədə işin faktiki hallarının hərtərəfli öyrənilməsini, cinayət hüquq normasının seçilməsini və onun məzmununun izah edilməsini tələb edir. Həmin qərarda daha sonra qeyd edilmişdir ki, hər bir cinayət əməli araşdırılarkən onun tərkibinin düzgün müəyyən edilməsi və düzgün tövsif edilməsi cinayət əlamətlərini əks etdirən əməllərin cinayət olub-olmamasını, cinayət törətməkdə təqsirləndirilən şəxsin təqsiri olubolmamasını müəyyənləşdirməyə, habelə həmin cinayətə görə təqsirləndirilən şəxsə ədalətli cəza təyin edilməsinə yönəlmişdir. Əks hal təqsiri olmayan şəxsin məsuliyyətə alınmasına, yaxud da cinayət törətməkdə təqsirli olan şəxsin məsuliyyətdən kənarda qalmasına, cəzanın düzgün olmayan tətbiqinə səbəb ola bilər. Bu isə öz növbəsində Cinayət Məcəlləsinin əsaslandığı qanunçuluq, qanun qarşısında bərabərlik, təqsirə görə məsuliyyət, ədalət və humanizm prinsiplərinin pozulmasına gətirib çıxara bilər. Beləliklə, məhkəmə sübutları ayrı-ayrılıqda və məcmu halında qiymətləndirərək hesab edir ki, təqsirləndirilən şəxsin törətdiyi əməldə cinayət hadisəsinin və cinayət tərkibinin olması, cinayətin onun tərəfindən törədilməsi və təqsirliliyi təqsirləndirilən şəxsin öz ifadəsindən başqa, şahidlərin ifadələri və cinayət işinin digər materialları ilə tam sübuta yetirilmişdir. Məhkəmə Təqsirləndirilən şəxs törətmiş olduğu əməlin hüquqi tövsif məsələsini müzakirə edərək hesab edir ki, onun cinayət əməli məhkəmə istintaqı zamanı tam sübuta yetirilmişdir və Təqsirləndirilən şəxs törətmiş olduğu əməl ibtidai istintaq zamanı ibtidai araşdırmanı aparan orqan tərəfindən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə düzgün tövsif olunmuşdur. Məhkəmə Təqsirləndirilən şəxs hansı cəza növünün təyini ilə bağlı məsələni müzakirə edərək hesab edir ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinə uyğun olaraq onun törətdiyi cinayətlərin xarakterini, ictimai təhlükəlilik dərəcəsini və şəxsiyyətini, eləcə də cəzasını yüngülləşdirən halları, həmçinin ağırlaşdıran halların olmamasını, habelə təyin olunacaq cəzanın təqsirləndirilən şəxsin islah olunmasına və onun ailəsinin həyat şəraitinə təsirini nəzərə alaraq barəsində təqsirli bilindiyi maddələrin sanksiyalarında nəzərdə tutulmuş azadlıqdan məhrum etmə növündə cəzanın təyin edilməsini ədalət və humanizm prinsiplərinə uyğun hesab edir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” 25 iyun 2003-cü il tarixli 4 saylı qərarında məhkəmələrə tövsiyə olunur ki, hər bir konkret halda təqsirləndirilən şəxslərə təyin edilən cinayət cəzası Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8-ci maddəsinə müvafiq olaraq cinayətin törədilməsi şəraitinə, təqsirkarın şəxsiyyətinə uyğun olmaqla ədalətli olmalıdır. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 8.1-ci maddəsinə əsasən, cinayət törətmiş şəxs haqqında tətbiq edilən cəza və ya digər cinayət-hüquqi xarakterli tədbirlər ədalətli olmalıdır, yəni cinayətin xarakterinə və ictimai təhlükəlilik dərəcəsinə, onun törədilməsi hallarına və cinayət törətməkdə təqsirli bilinən şəxsin şəxsiyyətinə uyğun olmalıdır. Məhkumun islah edilməsi cinayətkarın qanuna tabe olan insana çevrilməsini, məhkumu yeni cinayətlərə sövq edə bilən zərərli sosial-psixoloji meyllərdən, kriminogen xüsusiyyətlərdən azad etməyi nəzərdə tutur. İslah prosesi məhkumun ictimai-faydalı fəaliyyətə qayıtması, ümumi yaşayış qaydalarına hörmətlə yanaşması, normal cəmiyyətə tamamilə uyğunlaşması məqsədlərini güdür. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 yanvar 2005-ci il tarixli qərarında qeyd olunmuşdur ki, istənilən məhkəmə aktının qanuni və əsaslı hesab olunması üçün mütləq şərtlərdən biri onun ədalətli olmasıdır, çünki ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər, ədalətin bərqərar edildiyi də aydın görünməlidir. Qeyd olunan qərarların və maddənin məna və mahiyyətinə görə, cinayət məsuliyyətinin diferensasiyası, cinayətlərin xarakterinə görə dəyərləndirilməsi baş verir. Cinayət qanunu ədalətlilik prinsipinə söykənərək, müxtəlif xarakterli ictimai münasibətləri cəmiyyətin həyatında oynadığı roluna görə müxtəlif dərəcədə dəyərləndirir. Bundan asılı olaraq cinayətlərə görə məsuliyyət müəyyən edən normaların daxil olduqları fəsillərin Cinayət Məcəlləsinin sistemində yeri bu normaların funksional fəaliyyətinə sosial ədalət baxımından verilən qiymətlə müəyyən edilir. Cinayət hüququnun prinsipi kimi tətbiq edilən ədalətlilik özünün fərqləndirici meyarı ilə cinayət sayılan əməllə başqa hüquq pozuntuları arasında “sərhədi” müəyyən edir. Bu prinsip cinayət sayılan əmələ görə qanun qarşısında vətəndaşların istisnasız məsuliyyətini müəyyən etməklə, cinayət məsuliyyətini tənləşdirir. Cinayətin növlərinə görə cəza nəzərdə tutan sanksiyalar qurarkən ədalət prinsipinin eyni vaxtda həm tənləşdirici, həm də fərdiləşdirici “ölçüləri” rəhbər tutulur. Qeyd olunanlarla yanaşı, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 9-cu maddəsində göstərilmişdir ki, Cinayət Məcəlləsi insanların təhlükəsizliyini təmin edir. Cinayət törətmiş şəxsə tətbiq edilən cəza və digər cinayət-hüquqi xarakterli tədbirlər işgəncə və ya digər qəddar, qeyri-insani, yaxud ləyaqəti alçaldan xarakter və ya məqsəd daşıya bilməz. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Azərbaycan Respublikasının Cinayət Prosessual Məcəlləsinin 512.2 və 519.0.4-cü maddələrinin şərh edilməsinə dair 10 fevral 2012-ci il tarixli qərarında göstərilmişdir ki, Cinayət Məcəlləsinin 9-cu maddəsinin mənasına görə, cinayət hüququ şəxsiyyəti, zərərçəkənin hüquqlarını, cəmiyyətin mənafeyini qorumaqla yanaşı, öz əməli ilə sadalanan dəyərlərə qəsd edən təqsirkar şəxs barəsində də humanist mövqedə durmalıdır. Humanizmin anlamı əməlin kriminallaşdırılmasında və məsuliyyətin differensiasiyasında ədalət prinsipinin tələblərinin gözlənilməsini, cinayət tərkibinin məsuliyyətin yeganə hüquqi əsası hesab edilməsini, məsuliyyətin təqsir dərəcəsindən asılı olaraq fərdiləşdirilməsini, cinayət hüquqi təsir tədbirlərinə qənaət edilməsini, böyük ictimai təhlükə törətməyən əməlləri edən şəxslərin qanunla müəyyən edilmiş əsaslar olduqda məsuliyyətdən və cəzadan azad edilməsini nəzərdə tutur. Cinayət hüququnda humanizm–cinayət törədən şəxslərə cəza təyini zamanı, eləcə də müxtəlif növ cəzadan şərti və şərtsiz azad etmə institutlarının tətbiqində xeyirxahlıq münasibətini ifadə edir. Göründüyü kimi, əməllərin kriminallaşdırılmasında ədalətlilik prinsipi bir tərəfdən ziyan yetirən əməlin bağlı olduğu sosial proseslərin təhlilini, digər tərəfdən belə əməlin obyektiv xüsusiyyətlərini, əhatənin sosial qrupların həmrəy olduğu dəyərləri, normaları nəzərə almaqla zərər yetirən əmələ qiymət verməyi tələb edir. Burada ədalətliliyin əsası kimi həqiqət, obyektiv qərar qəbul etməyin, bu və ya başqa şəraiti qiymətləndirməyin zəruri şərti kimi çıxış edir. Təqsirləndirilən şəxs əməlinə Cinayət Məcəlləsinin bu prinsipi baxımından yanaşıb onun istisnasız məsuliyyətini müəyyən edib cinayət məsuliyyətini tənləşdirdikdə, məhkəmə belə qənaətə gəlir ki, Təqsirləndirilən şəxs təqsirləndirildiyi Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında daha yüngül cəzanın da nəzərdə tutulduğu halda, ona ağır cəzanın təyin edilməsi məqsədəmüvafiq və cinayət qanunvericiliyinin qeyd olunan prinsipi baxımından ədalətli sayıla bilməz. Qeyd olunanlarla yanaşı, məsələyə cəzanın islah təsiri baxımından yanaşdıqda da, məhkəmə hesab edir ki, təqsirləndirilən şəxsə təyin olunmuş cəza əsaslı olmalıdır. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 41.2-ci maddəsinə əsasən cəza sosial ədalətin bərpası, məhkumun islah edilməsi və həm məhkumlar, həm də başqa şəxslər tərəfindən yeni cinayətlərin törədilməsinin qarşısını almaq məqsədi ilə tətbiq edilir. Belə ki, Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinə əsasən satış məqsədi ilə qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri əldə etmə və ya saxlama, hazırlama, istehsal etmə, emal etmə, daşıma, göndərmə, yaxud qanunsuz olaraq narkotik vasitələri və ya psixotrop maddələri satma- əmlakı müsadirə olunmaqla və ya olunmamaqla üç ildən yeddi ilədək müddətə azadlıqdan məhrum etmə ilə cəzalandırılır. Sadalananlara əsasən məhkəmə həmçinin qeyd edir ki, “Məhkəmələr tərəfindən cinayət cəzalarının təyin edilməsi təcrübəsi haqqında” Ali Məhkəmənin Plenumunun 25 iyun 2003-cü il tarixli qərarında göstərilmişdir ki, məhkəmələr böyük ictimai təhlükə törətməyən və ya az ağır cinayət törətmiş, cəmiyyətdən təcrid edilməsinə ehtiyac olmayan şəxs barəsində işin konkret hallarını, şəxsiyyəti barədə məlumatları nəzərə almaqla daha yüngül cəza təyin edilməsi məsələsini müzakirə etməlidirlər. Avropa İnsan Hüquqları Məhkəməsinin “X19rşı” iş üzrə 26 oktyabr 1984-cü il tarixli qərarında qeyd edilmişdir ki, ədalət mühakiməsinin həyata keçirilməsi ilə bərabər ədalətin bərqarar edildiyi aydın görünməlidir. Avropa İnsan Hüquqları Məhkəməsinin məhkəmələrin yekun qərarlarının hüquqiliyi ilə bağlı “Bratyakin Rusiyaya qarşı” iş üzrə 09 mart 2006, “Fadin Rusiyaya qarşı” iş üzrə 27 iyul 2006, “Lenskaya Rusiyaya qarşı” iş üzrə 29 yanvar 2009, “Radçikov Rusiyaya qarşı” iş üzrə 24 may 2007-ci il tarixli qərarlarına əsasən hüquqi dövlətin ən mühüm prinsiplərindən biri digər hallarla yanaşı məhkəmənin yekun qərarlarının sual doğurmamalı olmasını nəzərdə tutan hüquqi müəyyənlikdir. Eyni hüquqi mövqeyi paylaşan Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin “Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 32-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının “9-cu maddəsinin 4-cü hissəsinə uyğunluğu haqqında” 12 yanvar 1999-cu il qərarında göstərilir ki, cəza törədilmiş cinayət üçün yalnız sitəm olmayıb, eyni zamanda məhkumları islah etmə, tərbiyələndirmə, habelə yeni cinayət edilməsinin qarşısını almaq məqsədi daşıyır. Təqsirləndirilən şəxs cəzasını ağırlaşdıran və yüngülləşdirən hallar müəyyən edilməmişdir. Beləliklə, məhkəmə Təqsirləndirilən şəxs cəza təyin edilməsi məsələsini müzakirə edərkən onun törətdiyi cinayətin xarakterini, ictimai təhlükəlilik dərəcəsini, şəxsiyyətini, cəzanı yüngülləşdirən və işin digər hallarını nəzərə alaraq ona Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 234.2-ci maddəsinin sanksiyasında nəzərdə tutulan azadlıqdan məhrum etmə cəzasının təyin edilməsini məqsədə uyğun hesab edir. Məhkəmə, Təqsirləndirilən şəxs cəmiyyətdən təcrid edilməklə barəsində azadlıqdan məhrum etmə növündə cəza təyin edilməsi cəza təyin etmənin ümumi prinsiplərini müəyyən edən Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 58-ci maddəsinin tələblərinə uyğun olmaqla hazırkı iş üzrə cəza təyin edilməsinin məqsədini təmin edir. Çünki təqsirləndirilən şəxsə təyin edilən cəzanın əsas fəlsəfəsi onun yenidən cinayət törətməkdən çəkindirməkdir. Cəzanın məqsədi şəxsdən hər hansısa bir formada qisas almaq, eləcə də onun maddi və sosial vəziyyətini daha da ağırlaşdırmaq deyildir. Bundan başqa, Bərdə Rayon Məhkəməsinin 21 fevral 2024-cü il tarixli qərarı ilə Təqsirləndirilən şəxs haqqında «həbs» qətimkan tədbiri seçilmiş, həbsdə saxlanılma müddətinin əvvəli 19 fevral 2024-cü il tarixdən hesablanmışdır. Belə olan halda, Təqsirləndirilən şəxs оğlunun cəzaçəkmə müddətinin əvvəli tutulduğu andan yəni, 19 fevral 2024-cü il tarixdən hesablanmalıdır. Məhkəmə həmçinin hesab edir ki, Təqsirləndirilən şəxs оğlu barəsində seçilmiş “həbs” qətimkan tədbiri hökm qanuni qüvvəyə minənədək dəyişdirilmədən saxlanılmalıdır. Bundan başqa iş materiallarında olan 16 aprel 2024-cü il tarixli “Sübutların qiymətləndirilməsi haqqında” qərardan görünür ki, Təqsirləndirilən şəxs 21 fevral 2024-cü il tarixdə Azərbaycan Respublikası CM-nin 234.2-ci maddəsi ilə elan olunmuş ittiham öz qüvvəsində saxlanılmışdır. Təqsirləndirilən şəxs barəsində seçilmiş “həbs” qətimkan tədbiri nəzərə alınmışdır. Təqsirləndirilən şəxs əməlində Azərbaycan Respublikası CM-nin 234.4.1 və 234.4.2-ci maddələrinin tərkibi olmadığından onun barəsində həmin maddələr ilə cinayət təqibinin başlanması rədd edilmiş və bu barədə material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilmişdir. ********* nömrəli cinayət işindən şəxsiyyəti istintaqla müəyyən edilməmiş Təqsirləndirilən şəxs psixotrop maddə olan metamfetamini, narkotik vasitə olan heroini və tiryəki satmış şəxs və ya şəxslərin barəsində material ayrılaraq Bərdə rayon prokurorluğuna göndərilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilib götürülən narkotik vasitə qurudulmuş marixuananın əldə etdiyi vaxt və mənbə istintaqa məlum olmayan vaxt və mənbə kimi qiymətləndirilmişdir. Təqsirləndirilən şəxs ifadəsində narkotik vasitə olan qurudulmuş marixuananı şəxsi istifadəsi üçün saxlaması və narkotik vasitələrin satışı ilə məşğul olmaması barədə göstərdikləri əsassız olduğundan rədd edilmişdir. Təqsirləndirilən şəxs üzərindən aşkar edilərək götürülümüş ona məxsus “ALCATEL” markalı mobil telefona baxış keçirilərkən iş üzrə əhəmiyyət kəsb edəcək Təqsirləndirilən şəxs kiməsə narkotik vasitə satması və ya alması ilə bağlı məzmunda zənglərin, sms-lərin və WhatsApp yazışmalarının olmadığı aşkar edildiyindən maddi sübut kimi tanınmasın və Təqsirləndirilən şəxs öz razılığı ilə ona məxsus “ALCATEL” markalı mobil telefonun anası X7 təhvil verilməsi nəzərə alınmışdır. Şahid4, X8, Şahid5 və X12 adlı şəxslərin və digər şəxslərin narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar cinayətlər törətməsi cinayət işinin materialalları ilə sübuta yetmədiyindən barələrində cinayət işinin başlanması rədd edilmişdir. Təqsirləndirilən şəxs yaşadığı evdən aşkar edilərək götürülmüş - qırmızı rəngli politilen torbada təmiz çəkisi 420 qram, ekspertiza tədqiqatından sonra qalıq 419,8 qram olan bitki mənşəli qurudulmuş marixuana cinayət işi üzrə mühüm əhəmiyyət kəsb etdiyindən maddi sübut kimi tanınmış və tanış etmədən sonra Bərdə RPŞ-nin maddi sübutların saxlanma otağına təhvil verilmişdir. Cinayət işi üzrə təqsirləndirilən şəxsin, şahidlərin ifadələri, baxış və götürmə aparılması haqqında protokol, şəxsi axtarış və götürmə aparılması protokolu, məhkəmə- bioloji, məhkəmə-narkoloji ekspertizasının rəyləri, istintaq hərəkətinin görüntülərini özündə əks etdirən 02 (iki) ədəd «DVD» disk və digər istintaq sənədləri obyektiv olub cinayət işinin materialları ilə uyğunluq təşkil etdiyindən sübut növü kimi qəbul edilməli və həmçinin "xxxx" MMC-dən daxil olmuş 1 (bir) ədəd CD disk cinayət işinin materiallarına əlavə edilmişdir. Məhkəmə qeyd edir ki, məhkəmə istintaqı zamanı Təqsirləndirilən şəxs təqsirini etiraf etməməsi özünü müdafiə xarakteri daşıyır. Məhkəmə hesab edir ki, şəxsin əldə etmiş olduğu narkotik vasitənin həcminin çox olması, bu səbəbdən şəxsi istifadə üçün əldə edilməsinin qeyri-inandırıcı xarakter daşıması, eyni zamanda cinayət işinin metariallarına əsasən narkotik vasitənin əldə edilməsinə dair sms yazışmaların müəyyənliyi Təqsirləndirilən şəxs törətmiş olduğu cinayət əməlini tam sübuta yetirir. Məhkəmə hesab edir ki, iş üzrə Bərdə rayon Polis Şöbəsinin maddi sübut kimi saxlanılan 420 qram maddə kustar üsulla hazırlanmış narkotik vasitə qurudulmuş marixuanadan tədqiqat prosesində tədqiqata 0,2 qram sərf olunduğundan qalıq olaraq 419,8 qram qurudulmuş marixuna hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilməlidir. İş üzrə maddi sübut Təqsirləndirilən şəxs yaşadığı evdə şəxsi axtarış keçirilərkən çəkilmiş video görüntülərin əks edildiyi 02 ədəd DVD və 1 (bir) ədəd CD disk cinayət işi üzrə maddi sübut kimi cinayət işinin materiallarında saxlanılmalıdır. İş üzrə 32.40 (otuz iki manat qırx qəpik) məbləğində ekspertiza xərci Təqsirləndirilən şəxs alınaraq dövlət büdcəsinə keçirilməlidir. Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 99-1.2-ci maddəsinə əsasən məhkəmə hər bir cinayət işi üzrə bu Məcəllənin 99-1.1-ci maddələrində nəzərdə tutulmuş müsadirə edilməli əmlakın olub-olmaması məsələsini həll edir. Xüsusi müsadirə həm fiziki, həm də hüquqi şəxslərə tətbiq oluna bilər. Məhkəmə hesab edir ki, hazırkı cinayət işi üzrə təqsirləndirilən şəxsə məxsus olan hər hansı müsadirə edilməli əmlak müəyyən olunmamışdır. İş üzrə xüsusi müsadirə olunası əmlak yoxdur. Göstərilənlərə əsasən və Azərbaycan Respublikası Cinayət Prosessual Məcəlləsinin 344-347, 349, 351-353, 356, 384-385-ci maddələrini rəhbər tutaraq, məhkəmə HÖKMETDİ: Təqsirləndirilən şəxs Azərbaycan Respublikasının Cinayət Məcəlləsinin 234.2-ci maddəsi ilə nəzərdə tutulan cinayət əməllərini törətməkdə təqsirli bilinərək 03 (üç) il 06 ay müddətə azadlıqdan məhrum etmə cəzasına məhkum edilsin. Təqsirləndirilən şəxs barəsində seçilmiş həbs qətimkan tədbiri hökm qanuni qüvvəsini alanadək dəyişdirilmədən saxlanılsın. Təqsirləndirilən şəxs cəzasının əvvəli 19 fevral 2024-cü il tarixdən hesablansın. Təqsirləndirilən şəxs cəzasını ümumi rejimli cəzaçəkmə müəssisəsində çəksin. Təqsirləndirilən şəxs yaşayış yeri üzrə ərazi narkoloji kabinetdə profilaktiki qeydiyyata alınsın. Təqsirləndirilən şəxs aşkar edilmiş, ekspertiza tədqiqatından sonraki 419,8 qram olan maddə bitki mənşəli qurudulmuş marixuana hökm qanuni qüvvəsini aldıqdan sonra məhv edilsin. İş üzrə ekspertiza tədqiqatının dəyəri 32,40 (otuz iki qırx qəpik) manat məbləğində pul Təqsirləndirilən şəxs tutularaq Məhkəmə Ekspertizası Mərkəzinin Az.MEM-in VÖEN ********** X5, KOD 210005 VÖEN ********** m\h AZ41NABZ******************** SFİFT BİK CTREAZ22 hesabına keçirilsin. Hökmdən elan olunduğu andan 20 (iyirmi) gün müddətində Azərbaycan Respublikası Bərdə Rayon Məhkəməsi vasitəsilə Gəncə Apellyasiya Məhkəməsinin Cinayət Kollegiyasına apellyasiya şikayəti və ya protesti verilə bilər. Hakim:Ziya Abdullayev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar